«Evimə 7 nəfər hücum edib, amma bir nəfər həbs edilib» — Vətəndaş nazirə şikayət etdi
TEREF yazır ki, Abşeron rayon Hökməli qəsəbəsi, Yeni yaşayış massivində yaşayan Abasov Şahin Vidadi oğlu saytımıza ünvanladığı şikayət məktubunda
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov cənablarına şikayət edib.

Şikayətdə deyilir:


Hörmətli cənab nazir!

Mən Abasov Şahin Vidadi oğlu 1985-ci ildə Cəlilabad rayon Gülməmmədli kəndində anadan olmuşam. Hazırda Bakı şəhərində yaşayıram, ailəliyəm iki övladım var. Özüm “Atico MMC”də sürücü işləyirəm. Hər gün işə gedib-gələndə benzin pulu üçün idarə etdiyim “Mercedes” markalı avtomobillə yoldan adam başı 1 manat olmaqla 4 nəfər sərnişin götürürəm. Bu il yanvarın 8-i işdən çıxıb “20 Yanvar”dan qadın və kişi olmaqla maşınıma 2 nəfər adam mindirdim. “Şamaxinka”dan isə daha 2 nəfər cavan oğlan götürdüm və onlardan biri sərxoş idi. Sərxoş şəxs arxada orta oturacaqda, sağında qadın, solunda isə daha bir sərnişin əyləşmişdi.
Həmin şəxs dedi ki, “içkili olduğum üçün maşınımı Yol polisi cərimə meydançasına apardı, amma pulun verib çıxardacam, maşındı da tutublar” belə öz-özünə danışmağa davam etdi. Mən də sakit maşınımı sürürdüm, yol tıxac idi, yavaş-yavaş gedirdik. Sonra həmin şəxsə zəng olundu. O, telefonda qeyri-etik ifadələr işlətməyə başladı və yanındakı qadın sərnişin bu sözlərinə görə ona iradını bildirdi. O, qadınla mübahisə edərək dedi ki, “kəs səsini, xoşun gəlmir düş rədd ol başqa maşına min get”. Mən ona dedim ki, ayıbdır, bu nə hərəkətdi edirsən, hörmət elə qadına. O, isə bu dəfə mənim üstümə qışqırdı və təhqir etdi. Ondan sonra maşını saxladım düşdüm. Sağ tərəf arxa qapını açdım xanım düşdü və sonra sərxoş şəxsə dedim ki, mənim maşınımı tərk elə! O, isə məni təhqir elədi, söydü və yumruq atdı o da alt dodağıma dəydi bu azmış kimi, köynəyimin də boynunu cırdı. Sonra mən bunu maşından çəkib düşürdüm. Onu da xatırladım ki, hadisə Yeni avtovağzalın yaxınlığında baş verib”.

Hörmətli cənab nazir!

Mən yoluma davam edəndə sərxoş şəxs dedi ki, “hara qaçırsan, onsuz da gəlib tapacam səni”. Elə evimə təzə çatmışdım ki, gördüm evin qapısını sındırırlar. Evdə isə 7 və 8 yaşında iki azyaşlı uşağım və həyat yoldaşım bu səsdən qorxmağa başladılar. Uşaqlar qorxudan əsirdilər. Onların evimə girərək ailəmə hücum edəcəklərindən ehtiyat edib özümü evdən həyətə atdım. Bunu görən həyat yoldaşım qorxduğu üçün Daxili İşlər Nazirliyinin “102” xidmət-zəng mərkəzinə zəng vurdu. Küçəyə çıxanda gördüm ki, iki maşın dayanıb və 7 nəfər adam qapımın ağzında məni gözləyir.

Həmin şəxslər mənim qollarımı tutdular və mübahisə etdiyim şəxs mənim burnuma, ağzıma zərbələr endirməyə başladı. Onda məni aldığım zərbələr yox, iki azyaşlı övladlarımın “Buraxın atamızı, öldürməyin onu”, - deyə qışqırtısı ağrıtdı. Ona qədər mən övladlarımın gözündə dünyanın ən güclü atası idim. Amma həmin gün 7 nəfərin qarşısında çox aciz qaldım, çünki qollarımı tutmuşdular və mübahisə etdiyim şəxs isə dayanmadan mənə zərbələr endirirdi. Həmin şəxslər maşınlarına minib gedəndə dedilər ki, “biz söhbətimizi belə həll edirik”. Zərbələrin təsirindən huşumu itirdim və qonşular kömək edərək məni yerdən qaldırıb evə apardılar. Həmin şəxslərin evimə gəlməsiylə bağlı kamera görüntüləri də var və istintaqa təqdim etmişəm.

Hörmətli cənab nazir!

Ondan sonra polis əməkdaşları məni Abşeron rayon Polis İdarəsinin Qobu Polis bölməsinə apardılar və orda izahat yazdım. Burnumun isə qanı dayanmırdı deyə Abşeron rayon Mərkəzi Xəstəxanasına gəldim və burnumu rentgen etdilər. Məlum oldu ki, burnumu sındırıblar. Həmin vaxt isə xəstəxanada lor həkimi olmadığı üçün məni M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinə göndərdilər. Orda həkimlər burnuma sarğı qoydu”. Həkim dedi ki, təcili əməliyyat olunmalısan. Yanvarın 11-də burnumdan çox ağır əməliyyat keçirdim.

Hörmətli cənab nazir!

Hadisəni Abşeron Baş Polis İdarəsi araşdırır. Hadisəni törədən şəxslərin kimliyi də artıq müəyyən edilib. Məlum oldu ki, mənimlə mübahisə edib, burnumu və dişimi sındıran şəxs Sənan Eyvazovdur. Mən S.Eyvazovla polis idarəsində üz-üzə gəldim. Müstəntiqin otağında o mənə dedi ki, “şikayət etdiyinə görə sən o ünvanda yaşayamayacaqsan. Həbsdən çıxandan sonra səni belə qoymayacam”.

Hörmətli cənab nazir!

Mən istintaqın gedişindən narazıyam. Evimə 7 nəfər hücum edib, qollarımı tutublar, S.Eyvazov məni döyüb. Bu gün isə təkcə S.Eyvazov saxlanılıb, qalan şəxslərdən 5-nin izahatı alınıb sərbəst buraxılıb, qollarımı tutan bir nəfər isə ümumiyyətlə istintaqdan gizlədilir. Hansı ki, həmin şəxslərin də günahı S.Eyvazov qədərdir. Amma bu gün onlar azadlıqda gəzir. Siz təsəvvür edin ki, iki azyaşlı övladımı və həyat yoldaşımı psixoloqa aparıram ki, mənim döyülmə səhnəmi yadlarından çıxara bilsinlər. Azyaşlı övladlarım çox pis travma alıb. Özüm bir ay işə gedə bilməmişəm. Zərbəyə görə burnumda sağ çəpərdə defarmasiya var, nəfəs almağımda çətinlik yaradır.
S.Eyvazovun adamları isə bir neçə dəfə evimə gəlib mənə deyiblər ki, “şikayətçi olub özünə düşmən qazanma”.

Hörmətli cənab nazir!

Sizdən xahişim odur ki, bu hadisəni şəxsi nəzrətinizə götürəsiniz və həmin şəxslərin də məsuliyyətə cəlb edilməsi üçün müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz.

Öncədən sizə özüm və ailəm adından təşəkkür edirəm.
Abasov Şahin Vidadi oğlu
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-02_sahin-1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-02_sahin-2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-02_sahin-3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-02_sahin-4.jpg
 

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO
19 Aprel 2025 Yenə həmin dalğa, həmin koordinat - Gülnaz Kərimova-İlhamə Abdullayeva cütlüyü İŞ BAŞINDA...
19 Aprel 2025 Rafiq Quliyev yenə qanunsuz tikintiyi icazə verib?-Video-Foto
19 Aprel 2025 Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto
19 Aprel 2025 AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…- FOTOLAR- SİYAHI
18 Aprel 2025 Bakıda konsert təşkilatçılarının gizlin əməlləri-Qalmaqal
18 Aprel 2025 Göygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları... - İLGİNC FAKTLAR
18 Aprel 2025 Fəxri Kazımov 11.7 milyon manatı......
18 Aprel 2025 Seyidzadənin gizli əməlləri ÜZƏ ÇIXDI - TƏFƏRRÜAT
18 Aprel 2025 Naxçıvan icra Hakimiyyətinin başçısının müavini Bakıda 3 mərtəbəli ticarət mərkəzi tikdirib
18 Aprel 2025 Nərimanov rayonunda bu tikintiyə kim icazə verdi?-Video
18 Aprel 2025 Vətəndaş başçının qəbuluna ZORLA SOXULUR: Başqa yolu yoxdur... - DƏLİXANADIR, VALLAH...
17 Aprel 2025 “Uğur 777” klinikası: Adı UĞURDUR, əməliyyatları UĞURSUZ... - Səhiyyə Nazirliyinin gözündən iraq...
17 Aprel 2025 BAKININ MƏRKƏZİNDƏ DAHA BİR QANUNSUZ SÖKÜNTÜ – Obyektini sökdülər, içindəki əşyaları oğurladılar... / Video
17 Aprel 2025 Burda təkcə TƏHSİL ZAY DEYİL... - NARAZILIQ VAR...
17 Aprel 2025 “DEDİ Kİ, İSTƏYİRSƏN PREZİDENTƏ YOX, LAP SƏDDAM HÜSEYNƏ ŞİKAYƏT ET...” – Nazir Rəşad Nəbiyev tapşırıq verdi, işçiləri əməl etmədi
17 Aprel 2025  “Azərlotereya”nın baş sponsor oyunbazlığı - Bəs nooldu “Misli” Premyer Liqanın baş sponsoru idi?
17 Aprel 2025 Sabirabadın Əhmədabad kənd məktəbini xarabalığa çevirən direktor Nəsibə Bağırova kimdir? - ŞOK SƏS YAZISI
17 Aprel 2025 İş yeri satılan xadimədən direktora RÜŞVƏT İTTİHAMI - Əmrullayevin də xəbəri var...
17 Aprel 2025 Lökbatan qəsəbəsindəki "VİP LOMBARD" vətəndaşa fırıldaq gəlib - ŞOK FAKTLAR (VİDEO)

Dünyapress TV

Xəbər lenti