Keçəl olmamaq üçün həkim müraciət etdi, olub-qalan saçları da töküldü…
Culfa sakini tərəfindən Hurriyyet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, tibb bacısı özünü həkim kimi təqdim edərk, onları aldadıb:

“Mənim oğlumun tükü tökülürdü. Naxçıvanda Leyla adlı tibb bacısı var, özünü həkim kimi tanıdır. Onun yanına getdik, oğluma baxıb dedi ki, gedin analiz verin. 20-30 manat xərc çəkib analiz verdik. Cavabını aparıb Leyla xanıma təqdim etdik. Baxıb dedi ki, narahat olmayın, müalicə edəcəm, xeyri olacaq.

Mən dedim ki, qızım, bunların irsində keçəllik var, xeyri olacaqsa müalicə et, olmayacaqsa qalsın. Dedi ki, yox, narahat olmayın, 100 faiz olmasa da, belə qalacaq, qalanı tökülməyəcək.

Razılaşdıq, bu başladı müalicəyə. Dedi ki, 1 iynə 75 manatdır, ümumilikdə bir neçə ay ərzində 13 iynə vurdu. Hər dəfə deyirdi ki, narahat olmayın, düzələcək. Əlavə olaraq dərman da yazdı ki, evdə bunları da istifadə edin. Həmin dərmanların da birini 20 manatdan aldıq. Daha sonra pul bibər, dəfnə yarpağı və bir neçə bitkidən də istifadə elədi, ilyarım gözlədik, oğlumun başında tük qalmadı, hamısı töküldü.

İndi zəng vurub deyirik ki, başında tük qalmayıb, hər dəfə bir bəhanə axtarır. Sonra da dedi ki, mənim arxam var, heç kim mənə heç nə edə bilməz. Dedim ki, gedib şikayət edəcəm, cavab verdi ki, istəyirsən, gəlim bir yerdə gedək. Səs yazıları da var. Məni borclu çıxarır, təhdid edir.

Məcbur qalıb, yeni təyin olunan nazirini qəbuluna getdik. Başımıza gələnləri danışdıq. Hüquqşünasa tapşırdı ki, məşğul olsun. Amma 1 ayda 10 dəfə zəng vurmuşam, heç bir nəticə yoxdur, gah deyirlər ki, baxılacaq, gah da hüquqşünas telefonu üzümə söndürür.

Mən sizin saytınız vasitəsilə lazımi orqanlara müraciət edirəm, xahiş edirəm ki, bu məsələni araşdırsınlar və ailəmin təhlükəsizliyini təmin etsinlər. Çünki Leyla xanım tərəfindən açıq-aşkar təhdid olunuram”.

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 

Bölmənin digər xəbərləri

16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
16 May 2025 Nərimanov rayonunda ağacları kəsən "Ailə Park"ın rəhbəri Hüseyn Mədətov sakinlərin evlərinə də uçurub VİDEO
15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...

Dünyapress TV

Xəbər lenti