Transbroker MMC-nin keçmiş rəhbəri Əbülfəz Məlikovun dünənki həbsi ölkədə geniş rezonans doğurub. Xüsusilə media nümayəndələri arasında məşhur olan və həmişə "sirli" obrazı ilə sadəcə adı ortalarda dolaşan Əbülfəz Məlikov son illər transbrokerin faktiki olaraq fəaliyyətinin dayandırılmasından sonra ortalarda yox idi. Onun bir müddət Gilan-Aqroya rəhbərlik etdiyi, daha sonra isə ölkəni tərk edərək İspaniyaya yerləşdiyi haqda xəbərlər çıxdı. Məlumatlı mənbələr həqiqətən də Məlikov və şəriklərinə məxsus İspaniyanın, Fransanın və İtaliyanın turizm bölgələrində hotellər zinciri yaratdığını təsdiq etdilər. Amma daha sona Azərbaycanın gömrük sistemində aparılan bir sıra kosmetik dəyişikliklərdən sonra onun ölkəyə qayıtdığı (və ya qaytarıldığı) deyilir. Son dəfə Bakı Baş gömrük idarəsinin rəhbərliyinin (başda rəis Vüsal Novruzov olmaqla) işdən uzaqlaşdırıldığı dövrdə istindaqa gizli ifadə verən Məlikovun o vaxtdan bu yana adı heç yerdə hallanmırdı. Gömrükdəki son həbslərdən və tutulan generalların davam edən istintaqından sonra Məlikov yenidən DTX təhqiqatçılarının diqqət mərkəzinə düşdü. Nəhayət, dünən Səbail məhkəməsinin qərarı ilə Əbülfəz Məlikovun haqqında həbs qətimkan tədbiri seçilərək onu qandallayıb DTX-nın təcridxanasın apardılar. Məlikovun çarpaz dindirilməsi və gömrüyün generalları ilə üzləşməsi hələ bir neçə həftə sürəcək. Sonunda isə biz yeni həbslərin şahidi olacağıq. Teref.az yazır ki, bunu Qafqaz Ömərov buizi maraqlandıran suallarımızınn cavabında deyib. Onu deyə bilərəm ki, bu sahədəki cinayətlər zəncirvari şəkildə həyata keçirilməsə, heç vaxt baş tuta bilməz. Gömrük idarəsinin zabitləri - broker sisteminin rəhbərliyi - mal sahibi və kargo şirkəti - cinayət bu qurumların arasındakı sıx əlaqə vasitəsi ilə həyata keçirilir, həm də ən yüksək səviyyədə. Adi əməkdaşların adi bir səhvi, və haqlarında 2-dən çox şikayət və yə donos işdən xaic olunma ilə nəticələnir. Onu qeyd etmək vacibdir ki, 2006-cı ildə yaradılmış Transbroker MMC və ona verilən geniş səlahiyyətlərin nəticəsində gömrük sistemində aşağı vəzifəli işçilərin, gömrük müfəttişi və broker əməkdaşının korrupsiya imkanları ciddi şəkildə mədudlaşırdı. Həmin sistemdə korrupsiya ancaq rəhbərliklər arasında - gömrüyün yerli idarələrinin rəhbərlikləri, mərkəzi maliyyə şöbəsi, TransBrokerin əsas şöbə rəisləri və sistemin başında duranlar arasındakı cinayət əlaqəsi nəticəsində mümkün ola bilirdi. Bundan əlavə, malların aktlaşdırılmasından sonra broker əməkdaşları həmin kağızları ərazi rəhbərlərinə verirdilər. Aktlar yığılaraq qrupların Bakıdakı çoxsaylı ofislərinə çatdırılırdı. Buradakı əməkdaşlar hər ərazinin aktlarının nəticəsini başqa bir akta toplayır və daha yuxarı, Məlikovun bazsındakı mühasibatlığa göndərirdilər. Köhnə aktlar isə yerindəcə kəsmə aparatından keçirilərək məhv edilirdi. Daha sonra həftəlik və ya aylıq hesabat Məlikov-Səfər Mehdiyev-Vüsal Novruzov tərəfindən şəxsən Heydərova təqdim olunurdu. Bu, sistemin tam şakildə FHN rəhbəri Kəmaləddin Heydərovun nəzarətində olduğu vaxtlarda baş verirdi. Heç bir mal haqda məlumat kompüterə daxil edilmirdi və hər şey əlyazma şəklində, kustar olaraq siyahiya alınırdı. Aşağıda nəzarətin güclü olması və idxal edilən malların peşəkər qaydada qeydiyyatdan keçirilməsi yuxarıları tam olaraq kimin nə qədər və hansı malı ölkəyə gətirdiyi haqda dolğun informasiya ilə təmin edirdi. Ölkədə müəyyən dairələr tərəfindən idxala qoyulan monopoliya əslində bu sxemin sayəsində genişlənərək daha da dərinləşdi. Nəticədə isə ayrı-ayrı çeşid malların gömrükdən keçməsinə qeyri-formal qadağalar qoyuldu. İnhisarda olan malın analoqunun və ya əslinin monopolistdən kənar hər hansı bir iş adamı tərəfindən ölkəyə gətirilməsi "cinayət" sayılırdı. Dəfələrlə belə mallar gətirən biznesmenlərin malları müsadirə olunmuş, və ya həmin mallara dəyərlərinin 10 qatı qədər gömrük rüsumu tətbiq edilmişdi. Azərbaycanda inhisar ucbatından iflasa uğrayan onlarla təmiz iş adamı var. Əbülfəz Məlikovun bu şəkildə gerçəkləşən həbsi isə onu deməyə əsas verir ki, bütün bu şəxslərin uzun illər hesabat verdiklləri boslar, başda Kəmaləddin Heydərov olmaqla, yaxında istintaqa cəlb ediləcəklər. Əks təqdirdə ortadakı vergidən və gömrük nəzarətindən yayındırılmış milyardlarla manatı sadəcə bu şəxslər, yuxarının xəbəri olmadan mənimsəyə bilməzdilər. Mətbuatda ağızdan eşidilən köhnə söz-söhbətləri "şok xəbər" və ya "dosye" kimi təqdim edənlər isə məsələdən tamamilə xəbərsizdirlər. Azərbaycanın idxal-ixrac əməliyyatlarında bir zamanlar yaxından iştirak etmiş iranlı iş adamlarını mafioz kimi qələmə verərək xəbər başlıqlarının "ŞOK" effektli qırmızı rəngi ilə guya "araşdırma" apardıqlarını və nəyisə ortaya çıxardıqlarını düşünən həmkralar, xüsusən də bu adalara erməni soyadları birləşdirərək məqalələrini daha da oxunaqlı etmək istəmniz kənardan sadəcə gülünc görünür. Əbülfəz Məlikovun adı ilə yanaşı adı çəkilən Mənuçöhr Əhədpur və digər iranlı iş adamları Azərbaycanda ticarətlə məşğul olmuşlar və dünyanın əksər ölkələrinin biznes dairələri ilə sıx münasibətləri olub. Hələ Heydər Əliyev Naxçıvanda olarkən Cavad Mərəndi və Mənuçöhr Əhədpurun onun yanında olduqları, ərzaq və digər məhsulların qıtlığının aradan qaldırılması məsələsində Naxçıvana yardım etdikləri də faktdır. Heydər Əliyev 1993-cü ildə Bakıya gəldikdən sonra ölkənun dağılmış iqtisadiyyatının fonunda xarici ölkələrlə yeni qurulacaq ticarət münasibətlərinin yaxşılaşdırılması və möhkəmləndirməsi məqsədi ilə ölkənin mal dövriyyəsinin yavaş-yavaş nəzarətə götürülməsi, idxal-ixrac əməliyatlarının qaydaya salınması, habelə gömrük sisteminin qurulması niyyəti ilə yuxarıda adları çəkilən iranlı (azərbaycanlı) təcrübəli iş adamlarına böyük dövlət imtiyazı verdi. Həm Cavad Mərəndi, həm Mənuçöhr Əhədpur o vaxtlar beynəlxalq markaların Azərbaycana və Orta Asiyaya gətirilməsində böyük rol oynayıblar. Britaniya vətəndaşı Cavad Mərəndi Coca-Cola Company, Phillip Morris international və McDonalds kimi dünya nəhəglərinin Azərbaycan və Orta Asiyadakı müəssisələrinin yaradılmasında böyük rol oynayıb, bu layihlərin nümayəndəsi, baş məsləhətçisi və baş meneceri vəzifələrini tutub. Cavad Mərəndi əslən Cənubi Azərbaycanın Mərənd şəhərindəndir. Tehranda anadan olub. Azərbaycanlıdır. Britaniya vətəndaşıdır. Mərandi Londonun Belqraviya bölgəsindəki İton meydanında təxminən 22,5 milyon funt sterlinq dəyəri olan bir evdə yaşayır. Mənuçöhr Xangah oğlu Əhədpur (Əhədov). Ailəsi İrana Bakıdan köçüb. Özü Tehranda anadan olub. 1971-75-ci illərdə Birminhemdəki New Castle universitetini bitirib. AZGroup şirkətinin qurucusu və prezidenti olub. Azərbaycan at idmanı federasiyasının vitse-prezidenti olub. At idmanı stadionu və 2012-ci ildə Bakıda keçirilmiş City Challenge avtoyarışlarının təşkilatçısı olub. Daha sonra, bunun sayəsində Bakının Formula-1 yarışlarına ev sahibliyi etməsi prosesi asanlaşdı. AzərSun şirkətinin təsisçilərindəndir. Araşdırmadan da göründüyü kimi, beynəlxalq ticarəti keçmiş musiqiçi Kəmaləddin Heydərova və keçmiş pərəkəndə siqaret satıcısı Əbülfəz Məlikova məhz bu biznesmenlər öyrədiblər. AzərSun şirkətinin rəhbəri Abdulbari Gözəl, Paolo Pərviz və digər Azərbaycandakı yeni yaradılan o vaxtların iri layihələrinin başqa rəhbərləri də ölkəyə həmin illərdə gəliblər. Həmin vaxtlar Azərbaycanda bir-birinin ardınca açılan Holdinqlərin, başda AzərSun və Gilan olmaqla, əksəriyyətinin Mərəndi və Əhədpurun biznes planları əsasında yaradıldığı bu sahəyə aidiyyatı olanlar tərəfindən bilinir, və heç kimə də sir deyil. Burada konspiroloji nəzəriyyə axtarmaq isə ümumiyyətlə yersizdir. Hazırda onların heç biri (Abdulbari xaric) Azərbaycanda deyil. Artıq aradan keçən illər ərzində ölkədə çox şeylər dəyişib. Struktur, kadrlar, biznes elita və s. Mərəndi və Əhədpur kimi savadlı, ağıllı, təcrübəli və sanballı menecerlərdən biznes dərsi alan keçmiş musuqiçi və siqaret satıcısı isə elə ağıllarına və intellektlərinə uyğun, öz iyrəncliyi və amansızlığı ilə dünyanın heç bir ölkəsində analoqu olmayan inhisar sistemi yaratdılar. Nəticəsində isə Azərbaycan dünyada kölgə iqtisadiyyatının həcminə görə uzun illər liderlik etdi. Hazırda bu sahədə vəziyyət heç də ürəkaçan deyil. Gömrük sistemi də bütün digər sahələr kimi iflic vəziyyətindədir. Monopoliya əl dəyişdirir və son illər yaradılmış istehsal sahələri gömrük və vergi qanunvericiliklərindəki boşluqlar, çatışmazlıq, o cümlədən bu sahələrdəki ixtisaslı kadrların olmaması ucbatından işləyə bilmir. Daxili bazarı tənzimləmək, dempinq rüsumları tətbiq etmək, ölkədə istehsal olunan malın anloqunun idxalına qoyulmalı olan qadağalar böyük monopoliyanın güclü lobbisinə ilişir və nəticədə bütün sistem axsayır, itirən isə ölkə və xalq olur. Qafqaz Ömərov Teref.az
Adını xatırlamıram, deputatlardan hansısa demişdi ki, "Məmurlar arasında ən çox söyüləni deputatlardır".
O haqlı idi. Düzdür, məmurların bəlkə də 95%-i haqqı tapdanmış vətəndaşlar tərəfindən söyülür. Ümumiyyətlə istər alqış olsun, istər qarğış, istər hörmət olsun, istərsə də təhqir bunu hər kəs özü qazanır. Kimsə kiməsə salyanlılar demişkən, "eycahançılıqdan" qarğış eləmir.
Məsələn, götürək elə kiçik sahibkarlığı. Əvvəllər, bir iş qurmaq üçün, "dişlə-dirnaqla" 5-10 manat pul yığa bilənlər, məhlədə balaca market açırdı, sakitcə dolanırdı. Yerini bilən kimi Fövqəladə Hallar Nazirliyinin işçiləri, Vergi əməkdaşları, əmək müfəttişliyi, ərazi üzrə sahə müvəkkili və sair qapısında sıraya durub, işləməyə imkan vermirdilər. Həmin kiçik sahibkarlar isə tamaşada deyildiyi kimi, "yerdə qalan 5 manatla" ailəsini ailəsini saxlamaq məcburiyyətində qalırdılar.
Kənardan "varlı" görünən bu sahibkarlar, bəzi məmurların "gözünü açdı" sanki. Şəbəkə market sistemi Bakıya gəldi və bizə fərqli qiymətə satsalar da, vitrində yazdıqları ucuz qiymətlərlə camaatı aldadıb, kiçik marketləri sıxışdırıb, sıradan çıxara bildi.
Şəbəkə marketlərləri və digər böyük biznesləri məmurların adına bağlamağımız da təsadüfi deyil. Demək olar ki, hansı böyük şirkət, müəssisə, market, aptek, hətta tikinti şirkətlərini araşdırırsan, mütləq şəkildə ya sahibkarın özü məmur çıxır, ya da məmurun yaxın adamı - dostu, qohumu, yaxud ailə üzvü olur.
Yeri gəlmişkən, sahibinin məmurun ailə üzvü olduğu deyilən böyük tikinti şirkətlərindən biri də "Protean Constitution" ASC-dir ki, orada çalışan və iş yerində sağlamlığını, daha doğrusu bir ayağını itirən Tovuz rayon, "Əsrik Cırdaxan" kənd sakini Nəsibov Bəybala Cəbrayıl oğlu "DogruXeber.az"a videomüraciət ünvanlayıb.
Gördüyünüz kimi, Bəybala Nəsibov İqbal Ağazadənin qardaşı İlqar Ağazadə adlı şəxsin rəhbərliyi altında "Protean Constitution" şirkətində ekskavator operatoru olaraq işə qəbul edilib. Şirkətin göndərişi ilə Qubadlı - Eyvazlı yol layihəsinin tikintisi üçün Qarabağa gedib və orada bədbəxt hadisə yaşanıb. Belə ki, o idarə etdiyi texnikanın yanacağı erkən bitib və prorabın göstərişi ilə işdən erkən çıxmalı olublar. Yolda avtomobili saxladıb, təbii ehtiyacını ödəmək üçün yol kənarına çəkilib və düşmən tərəfin torpaqlarımızda basdırdıqları minalardan birinin partlaması nəticəsində sol ayağını itirib.
Bəybala deyir ki, hadisədən sonra, xəstəxanada ikən, huşsuz vəziyyətdə olduğu zaman şirkətin nümayəndəsi gəlib, tələsik bəzi (əmək müqaviləsi, sığorta sənədləri və digər)sənədləri imzaladıb ki, əvvəlkilər itib. Maraqlıdır, oboyda şirkətdə sənəd necə itə bilər? Özü də bir nəfərin - xəsarət alan şəxsin sənədləri.
Qeyd: Bəybalanın dediyinə görə nə işə götürülərkən, nə də xəstəxanada yatarkən tələsik imzaladılan sənədlərin heç birini oxumayıb.
Şirkət deyib, "özünüz çəkin müalicə xərclərini, şirkət hamısını qarşılayacaq", məsələnin ictimailəşdirilməsinə də imkan verilməyib ki, "şirkət nə lazımdır edəcək, ictimailəşdirməyin". 45 gün ərzində müalicə üçün çəkilən 9.000 (doqquz min) manat xərcin müqabilində, şirkət tərəfindən cəmi iki dəfə 500 manat pul verilib və sonra da deyilib ki, "işləyib pulunu qazanırdın da, nə pul verəcəyik?"...
Hər halda Bəybala Nəsibov özü belə deyir.
Yeri gəlmişkən, Bəybala Nəsibov xəstəxanada yatırıldığı müddətdə onun atasının və qardaşının sözügedən şirkətin məsul şəxsləri ilə olan telefon danışıqlarının səs yazıları da redaksiyamıza göndərilib. Həmin səs yazılarını dinləyərkən, hər danışıqda şirkət nümayəndəsinin hüquq-mühafizə orqanlarına verəcəkləri izahat üçün təlimatlandırıldıqları aydın görünür. Səs yazılarından belə anlaşılır ki, Bəybalanın yanında olan iş yoldaşları, ailəsi və Bəybalanın özü "hazır ssenari" ilə izahat verməli olublar.
Bundan əlavə, Bəybala bildirir ki, onlara müqavilədə 500 (beş yüz) AZN maaş yazılıb, amma 1400 (min dörd yüz) manat maaş alıblar hər ay ki, bu da şirkətin dövlət vergisindən yayınmağıdır. Əmək müqaviləsində iş günü həftənin 5 günü, iş saatı 8-dən 5-ə qədər yazılıb, amma həftənin hər günü səhər 7-dən, axşam 7-yə qədər işləyiblər. Ayda cəmi 3 gün evlərinə getmək üçün icazə verilib ki, bu da əmək qanunlarının kobud şəkildə pozulmasıdır.
Görünür, bu qədər qanun pozuntularının davamlı baş verdiyi böyük tikinti şirkətində çalışanların təhlükəsizliyi belə düzgün təmin edilməyib. Xəsarət alan işçilərə isə nəinki müalicə xərcləri, heç dəymiş ziyana görə təzminat da ödənmir. Hansı ki, Bəybala Nəsibovun redaksiyamıza göndərdiyi telefon danışıqlarının səs yazılarının hamısında İstər Bəybalanın dediyinə görə şirkətin rəhbəri, eyni zamanda "Ümid" partiyasının sədri İqbal Ağazadənin qardaşı İlqar Ağazadə özü olsun, istərsə də digər məsul şəxs hər şeyin yaxşı olacağı, bütün xərclərin ödəniləcəyi vədlərini verirlər. Beləcə bir müddət keçdikdən sonra, cavablar artıq dəyişilib - "nə pulu verəcəyik, işləyib, özünə pul qazanıb da".
Bəybala bildirir ki, artıq əmək qabiliyyətini itirməsinə baxmayaraq, ona üçüncü qrup əlilik dərəcəsi təyin edilib. Bu qrupla da aldığı təqaüd onun nəinki ailəsini saxlamaq, heç müalicə xərclərini ödəmir.
P.S: Bəybala Nəsibovun müraciəti ilə əlaqədar Şirkətin rəhbəri deyə bizə təqdim etdiyi İlqar Ağazadə ilə telefon əlaqəsi saxladıq. Özümüzü təqdim edib, redaksiyamıza daxil olan müraciət barəsində məlumat verdik və qarşı tərəf olaraq, mövqeyini öyrənmək istədiyimizi bildirdik.
İlk öncə onu qeyd edək ki, bir neçə dəqiqəlik dialoqumuz boyu İlqar Ağazadə bizimlə çox aqressiv danışdı.
Əvvəl dedi ki, "Mən rəhbər deyiləm, səhmdaram. Mənim məlumatım yoxdur o barədə".
Sonra dedi, "Bəybalanın məsələsi ilə bağlı Respublika prokurorluğunda da, Qubadlı rayon prokurorluğunda da cinayət işi açılıb, araşdırılır. Günahkar kimdirsə cəzasını da çəkəcək"
Sonra, "Bəybala işdən çıxıb gedəndə maşını saxladıb, düşüb, yeməli bitki var (adını anlaya bilmədik) onu yığmağa gedib, düşüb minaya. Orda hər yerdə znaklar var da. Onun nə işi var idi orda? Başqaları niyə düşməyib?
İşdən çıxandan sonra, iş yerindən kilometrlərlə uzaqda hadisə olub, onun şirkətə nə dəxli var?" - deyə daha da aqressiv şəkildə danışmağa başladı.
Dedik, "Axı Bəybala yanacaq bitdiyi üçün işdən erkən çıxdığını və yolda düşüb təbii ehtiyacını ödəyərkən bu hadisənin baş verdiyini, həmçinin oranın minalanmış sahə olduğuna dair heç bir bildiriş nişanı olmadığını deyir ".
İlqar Ağazadə, - "Yalan deyir o, bitki yığanda olub. Orda znaklar da var, çəkiliş də var. Noldu oqədər adam düşmədi? Özü də iki aydır ona yardım olunur, o bunların heç birini qiymətləndirməyib, sizə belə danışıbsa, onda mən heç nə deyə bilmərəm. Mən rəhbər deyiləm, mən səhmdaram. Siz məndən nə mövqe öyrənirsiniz, idarə heyətinin sədri var Məhəmməd Təhməzov. Ona zəng edin, ondan öyrənin."
Məhəmməd Məmmədovun telefon nömrəsini istədik, yalnız ofis nömrəsini verdi və sağollaşdıq.
Bəli, dəyərli izləyicilər, gördüyünüz kimi biri-birindən fərqli cümlələrlə İlqar Ağazadənin "cavablar"ı bu qədər oldu.
"Heç nə bilmirəm" deyə-deyə maşallah əməllicə məlumatlı imiş İlqar müəllim.
Yeri gəlmişkən, bizə göndərilən səs yazılarından biri də Bəybalanın atası ilə İlqar Ağazadənin telefon danışığıdır ki, İlqar müəllimin orada ataya "hər şeyin yaxşı olacağ"ına dair təsəlli, ya da ümid verəcək cümlələr yer alır.
Əlqərəz...
İlqar Ağazadə ilə danışığımız bitdikdən dərhal sonra verdiyi telefon nömrəsi vasitəsilə "Protean Constitution" tikinti şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Təhməzova zəng etdik. Telefona cavab verən xanım Məhəmməd Təhməzovun işdə olmadığını, müalicə üçün hazırda ölkə xaricində olduğunu bildirdi və qeyd etdi ki, "siz nömrə qoyun, müəllim gələndə verərəm, əlaqə saxlanılar".
Bir sözlə, xanım nə Məhəmməd Təhməzova məxsus bir nömrə verdi, nə də özü onunla əlaqə saxlayıb, dediklərimiz barəsində məlumat verdi.
Beləliklə, bu da daha bir tikinti şirkətində, daha bir xəsarət almış işçinin hüquqlarının pozulmasına dair iddiaları.
Qeyd edək ki, bu kimi hadisələr - yəni işçinin xəsarət alması faktları yüzlərlə, bəlkə də minlərlədir. Əksəriyyətinin də əmək müqaviləsi yoxdur və əksəriyyəti də şirkətin məsul əməkdaşlarının ssenarisi ilə hüquq-mühafizə orqanlarına yazılı izahat verdikdən sonra, beləcə kənarda qalırlar.
Siz siz olun, hər hansı bir idarədə, müəssisədə işə başlayarkən, ilk növbədə əmək müqaviləsini və təhlükəsizlik təminatını tələb edin, sığorta sənədləri imzalayın. Özü də imzalamalı olduğunuz sənədləri imzalamadan öncə mütləq oxuyun.
Məsələnin araşdırılması ilə bağlı aidiyyatı qurumlara göndərilməsi iüçün tərəfimizdən sorğular hazırlanır. Mövzuya qayıdacağıq.
Anar Kərimov iki ildən artıqdır ki, Azərbaycan mədəniyyətinə rəhbərlik edir. O, bu müddətin təxminən 6 ayını nazir vəzifələrini icra edən şəxs kimi (20 iyul 2020 — 5 yanvar 2021), yerdə qalan ilyarımını isə nazir kimi bu postu tutur. İndiyədək ölüm ayağında olan bir-iki Xalq artistinin evinə cəmiyyətin israrlı çağırışından sonra getməsini nəzərə almasaq, Kərimovu kabinetindən kənarda görən olmayıb desək, yalan danışmış olmarıq. Milli Yaylaq Festivalındakı biabırçılıqlar və digər mövzulara keçməzdən öncə 45 yaşlı enerjili, diplomat nazirimizin fəaliyyəti, daha doğrusu fəaliyyətsizliyi barədə cəmi bir neçə fakta nəzər salaq. Bu il Azərbaycanda ilk kino təşkilatını yaradan Lətif Səfərovun anadan olmasının 120 ili tamam olur. Aranızda belə bir tədbirin keçirilməsi, yaxud keçiriləcəyi barədə məlumatı olan varmı? Təbii ki, xeyr! İyunun 22-də isə 1967–1977-ci illərdə “Azərbaycantelefilm”in baş rejissoru olmuş Rüfət Şabanovun anadan olmasının 100 ili tamam oldu. Yenə də eyni mənzərə…Rasim Ocaqov, Əlihüseyn Hüseynov, Xalq rəssamı Rafiq Nəsirov kimi sənətkarların (75illik yubiley) heç biri yada düşmədi. Amma əvəzində Milli Yaylaq Festivalında ayaqyolunu 1 manat etmək yaddan çıxmadı. Niyəsini az sonra biləcəksiniz… Sözün doğrusu, bu mənada naziri də başa düşmək lazımdır. Mümkündür ki, cənab Kərimovun başı özünün yenicə təyin etdiyi kadrı, Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Azər Rəcəbovun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılmasına qarışıbmış. Birdən Rəcəbov ağzından nazirin ziyanına söz qaçırar… Təyinata bax, a kişi. Səni dekabrda nazir rəis təyin etsin, cəmi 6 ay sonra korrupsiyaya bulaşasan və hətta həbs ediləsən. Maraqlıdır, Kərimov Rəcəbovu rəis təyin edərkən, ona hansı təlimatları veribmiş? Cəmi bir neçə gün sonra – iyulun 4-də isə mediada Mədəniyyət Nazirliyi tərəfindən Regional Mədəniyyət İdarələrində və tabe müəssisələrdə aparılmış yoxlama və xidməti araşdırmaların nəticələrinə əsasən son bir il ərzində hüquq mühafizə orqanlarına 11 müraciətin göndərilməsi barədə məlumatlar yayılır. Bununla bağlı Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayır. Məlumatda bildirilir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2021-ci il və 2022-ci ilin birinci yarısında Mədəniyyət Nazirliyinin müraciəti əsasında 11 halda araşdırma aparılıb. Bunlardan Bakı şəhəri, Bərdə, Şamaxı, Ağcabədi və Kürdəmir rayonları ərazisində yerləşən mədəniyyət müəssisələrinin rəhbər vəzifəli şəxslərinin əsasən dələduzluq, mənimsəmə və israf etmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayətləri törətmələri faktlarına dair 8 cinayət işi başlanılıb: “Bunlardan 4 şəxs barəsində 4 cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib, 1 cinayət işi üzrə dövlətə vurulmuş zərərin ödənilməsi təmin edildiyindən icraata xitam verilib, 3 cinayət işi üzrə isə hazırda istintaq davam etdirilir. Törədilmiş qanuna zidd əməllər nəticəsində dövlət büdcəsinə vurulmuş 1 milyon 870 min manat zərərin 917 min manat hissəsinin istintaq dövründə ödənilməsi təmin edilib, zərərin qalan hissəsinin ödənilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilməkdədir. Araşdırma zamanı Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilmiş materiallarda 4 müəssisə ilə bağlı cinayət işinin başlanması üçün kifayət qədər əsaslar müəyyən edilməyib, qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair 5 təqdimat göndərilib, 2 nəfər şəxsə münasibətdə qanun pozuntularından çəkindirmək məqsədi ilə prokuror tərəfindən xəbərdarlıq elan edilib”. Hələ mən onu demirəm ki, nazirin Ağdaş regional mədəniyyət idarəsinə rəis təyin etdiyi Səxavət Məmmədov 40 yaşından sonra Mədəniyyət və İncəsənət universitetinin qiyabi rejissorluğunu bitirib. Onu da hansı yollarla, bilənlər bilir. Və Səxavət Məmmədovun adı hələ Əbülfəs Qarayevin dövründən dəfələrlə mediada qalmaqallı mövzularda hallanıb. Və Anar Kərimovun qələminin mürəkkəbini ilk islatdığı günlərdə verdiyi qərarlardan biri məhz Səxavət Məmmədovun Ağdaş regional mədəniyyət idarəsinə rəis təyin etməsi olmuşdu. Görünür, Səxavət Məmmədov barəsində mediada tirajlanan neqativ xəbərlər Anar Kərimovun diqqətini xüsusilə çəkib. Yeri gəlmişkən Mingəçevir Dövlət Dram Teatrına hazırda rəhbərlik edən Anar Quliyev Səxavət Məmmədovun kadrı hesab edilir. Amma insafən A.Quliyev teatr sahəsində yetərincə təcrübəli şəxsdir, teatra yaxın adamdır, Gürcüstanda hansısa 69-cu dərəcəli ali məktəbin məzunudur və sair. Hətta deyərdim ki, teatrın altını da bilir, üstünü də. Ona görə ki, direktor olmazdan öncə o, teatrın zirzəmisində uzun illər “kserokopiya” aparatı işlədib. “Kserokopiya” aparatı işlətmək sizə zarafat gəlməsin, hər oğulun bacaracağı iş deyil. Amma paralel olaraq da, Quliyevin adı teatrın hansısa ştatında gedirmiş. Yeri gəlmişkən, bu təyinat da Anar Kərimovun nazir olduğu dönəmə təsadüf edir. İndi qayıdaq yenidən Milli Yaylaq Festivalına… Təxminən üç gündür ki, ölkə mediası mədəniyyət naziri Anar Kərimovdan danışır, yazır, müzakirə edir. Daha doğrusu Anar Kərimovun rəhbərlik etdiyi nazirliyin təşkilatçısı olduğu Milli Yaylaq festivalından. Ayrıntılar hər kəsə bəlli olduğundan detallara varmaq istəmirəm. Sizə üç gündür bütün ölkənin müzakirə etdiyi şəxsin – Anar Kərimovun birinci müavini Elnur Əliyev vasitəsilə özünə haqq qazandırmasını təqdim edirəm, özünüz qiymət verin. Sitat: Tədbirdə 120 min insan iştirak edib. Bu qədər insan üçün infrasturktur yaratmaq çox çətindir və buna görə də bunları nəzərə almaq lazımdır. Tədbir olduqca geniş kompleksli şəkildə həyata keçirilib. Nəzərə almaq lazımdır ki, bu tədbir çox geniş kompleksli bir tədbir idi. Proqramdakı dəyişikliklər isə həm hava şəraiti, həm də xarici qonaqların subyektiv məsələlərinə görə oldu. Amma istənilən halda, tədbir Azərbaycanda çox nadir tədbirlərdən biri idi ki, bu qədər genişmiqyaslı şəkildə həyata keçirilib. Yeri gəlmişkən, 120 min insanı 1 manatdan hesablayanda günə 120 min manat pul edir. Nəzərə alsaq ki, hər insan gündə ən azı bir dəfə təbii ehtiyaclarını ödəyir və bunu bir neçə günə vuranda, ortalıqda necə deyərlər, babat rəqəm formalaşır. Babat rəqəm isə babat pul deməkdir. Təbii ki, “silinən” pulları hələ nəzərə almırıq. Bu arada Milli Məclisin deputatları da Milli Yaylaq Festivalından narazı qalanların siyahısındadır. Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, millət vəkili Fazil Mustafanın dediklərindən: “Milli Məclisin Mədəniyyət Komitəsi Yaylaq Festivalına dəvət olunmayıb. Təşkilatçılar Mədəniyyət Komitəsinin mövqeyini, fikrini nəzərə almayıblar. Bu onu göstərir ki, Mədəniyyət Nazirliyinin Mədəniyyət Komitəsilə əlaqəsi, münasibəti yox səviyyəsindədir”. Millət vəkil bildirib ki, MM-in Mədəniyyət Komitəsi təcrübə baxımından belə mötəbər tədbirin keçirilməsinə töhfə verə bilərdi: “Milli Məclisin Mədəniyyət Komitəsi Yaylaq Festivalına dəvət olunmayıb. Təşkilatçılar Mədəniyyət Komitəsinin mövqeyini, fikrini nəzərə almayıblar. Bu onu göstərir ki, Mədəniyyət Nazirliyinin Mədəniyyət Komitəsilə əlaqəsi, münasibəti yox səviyyəsindədir”. Millət vəkil bildirib ki, MM-in Mədəniyyət Komitəsi təcrübə baxımından belə mötəbər tədbirin keçirilməsinə töhfə verə bilərdi: “Üzücüdür ki, Yaylaq Festivalının təşkilatçılığında problemlər ortaya çıxıb. Vəsait xərclənməyinə baxmayaraq, elementar məsələlər düzgün həll edilməyib. Regionun yağışlı olmasını nəzərə alaraq, hər bir situasiyaya hazır olmaq lazım idi. Bu kimi məsələlərdə sadəcə koordinasiya, iş birliyi çox önəmlidir. Açığı, Yaylaq Festivalı, onun mahiyyəti, əhəmiyyəti, təbliği və başqa məsələlərdə Mədəniyyət Komitəsi kənarda qalıb. Jurnalistlərin festivaldan narazılığı barədə isə mediadan oxumuşam. Buna görə çox üzülürəm. Çünki hamı çalışır ki, media nümayəndələri tədbiri yaxşı işıqlandırsınlar. Burada isə təşkilatçılar sanki əksinə ediblər, çalışıblar ki, media bunu əhəmiyyətsiz bir şeyə çevirsin və buna da nail olublar. Bu qədər vəsait xərclənən tədbir elementar addımların atılmaması səbəbindən ciddi narazılıqlara səbəb olub. Bu baxımdan hesab edirəm ki, gələcəkdə belə tədbirlər zamanı iş koordinasiyalı şəkildə görülməlidir”. F. Mustafa qeyd edib ki, həm Gəncə Şəhər İcra Hakimiyyəti, həm Mədəniyyət Nazirliyi üzərinə düşən öhdəliyi lazımı səviyyədə yerinə yetirməyib: “Bu problemlər mütəxəssislərin azlığını göstərir. Son vaxtlar ayrı-ayrı nazirliklərdə müxtəlif sahələrə təyin olunan kadrların təcrübəsi demək olar ki, yox səviyyədədir. İxtisasları da konkret həmin sahəyə uyğun deyil. Ona görə də belə nəticələr ortaya çıxır. Elementar mədəniyyət tədbirlərini təşkil edən insanlar var. Onlar qısa müddətə və az məsrəflə çox yüksək səviyyədə bunu təşkil edə bilərdilər”. Deputatın sözlərinə görə, elə MM-in Mədəniyyət Komitəsinin bu tədbirə dəvət olunmaması da çox şeyi deyir: “Ona görə də biz bu məsələlərə kənar müşahidəçi kimi baxırıq. Onların minnəti olsun ki, biz orada iştirak edib, öz töhfəmizi verək. Bütövlükdə təcrübəsizlik hər şeydə özünü göstərir. Bu cür tədbirlərdə şəffaflıq yoxdursa, ayrılan vəsaitin xərclənməsi ilə bağlı atılan addımlar hər hansı bir şəkildə göstərilmirsə, neqativ problemlər qaçılmazdır”. Yekun olaraq, mədəniyyət nazirinin iki illik fəaliyyəti barədə nə demək olar? Görünən budur ki, A.Kərimov hələ ki, Əbülfəs Qarayevin ölənlərinə rəhmət oxutdurmaqla məşğuldur. Çevrəsində yaratdığı korrupsioner, 40 yaşında rejissor olan, “kserokopiya” aparatı işlədənlərdən ibarət “Kurtlar vadisi” komandası isə mədəniyyət üçün çox təhlükəlidir. Ən azından zaman bu yerə qədər belə göstərib.(azadmedia)
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Tovuz Regional Şöbəsinə yeni təyinat alan rəisi sektor müdiri arasında qalmaqal yaranıb. DİA.AZ dünyanınsəsi.az-a istinadla xəbər verir ki, Sənan Əsgərli tutduğu vəzifədən azad edilib, onun əvəzinə Abdullazadə Hüseyn bu vıəzifəyə təyinat alıb. Məlumat üçün qeyd edək ki, yeni rəisi bölmədə çalışan bütün əməkdaşları “dar ağacı”na çəkir.Hər kəsdən tələb edir ki, sabiq müdir AQTA-nın Tovuz bölməsinin ərazilərinə daxil olan rayonlarda hansı obyektlərdən pul yığır.Əksər işçilər yeni rəisin bu tələbi ilə razlaşıb.Amma, idxal-ixraca nəzarət sektorunun baş məsləhətçisi İlyasov Kamran Famil oğlu etiraz etdiyindən onu tutduğu vəzifədən uzaqlaşdırıb. Sektor müdirinin atası Famil İlyasov bu aybəcərliklə bağlı AQTA-nın rəhbərliyindən Tovuzda baş verən hadisələri nəzarətə götürülməsini xahiş edir. Qeyd edək ki, H.Abdullazadə buraxmış olduğu nöqsanlara görə bundan əvvəl AQTA-nın Gəncə Regional Şöbəsinin rəisi vəzifəsindən uzaqlaşdırılmışdır. Səsləndirilən İddia ilə bağlı qarşı tərəfin mövqeyini dərc edə bilərik.
Fövqəladə Hallar Naziri, general-polkovnik Kəmaləddin Heydərovun ölkəmizdə mövcüd olan oliqarx siyahısına başçılıq edə bilməsə də, bu siyahıda ön sıralarda olması heç kəsə sirr deyil. Mövzuya insafən yanaşsaq Kəmaləddin Heydərov digər oliqarxlara nisbətən dövlətimizin və millətimizin mənafeyini üstün tutur. Daha dəqiq desək, FHN-nın şefi dövlət və cəmiyyət üçün təhlükəli şəxs hesab olunmur. Dəyərli oxucular, sizi yormadan dərhal mətləbə keçirik. Qəbələ rayon Yanğından Mühafizə İdarəsində büdcə necə talan olunur? Sözügedən idarənin rəisi Arzu Umuyev və müavinləri Ruslan Məmmədov, Zaur Cəfərov, növbə rəisləri Elton, Tariyel, Elvin, Yaşar əlbir olaraq idarədə ölü canlara himayədarlıq edirlər. Həmin siyahının bir qismini oxuculara təqdim edirik: 1. Babək ( oteldə işləyir) 2. Ramin ( Vəndam kəndində moykada işləyir) 3. Orxan ( oteldə işləyir) 4. Vilayət ( 6 ildir işə gəlmir) 5. Səxavət ( ustadır, 6 ildir işə gəlmir). 6. Orxan. P.S. Arzu Umuyevin Bakıda, Şəkidə və Qəbələdə olan daşınmaz əmlaklarının siyahısını təqdim edəcəyik.
Sözügedən tərəflərin də mövqeyini dinləməyə hazırıq. Dağlar.tv
Goranboy rayon sakini, Qaçqınkom-un Göranboy rayon idarəsinin müdiri işləmiş, uzun illər digər məsul vəzifələr tutmuş Firəddin Əsgərov Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovu məhkəməyə verir...
Bu barədə F.Əsgərov "Təzadlar"a özü məlumat verdi. O, həmçinin redaksiyaya Azərbaycan Prezidenti İlham Əliyevə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə (surəti “Təzadlar” qəzeti redaksiyasına) ünvanlı daha bir şikayət ərizəsinin surətini göndərib. F.Əsgərov şikayət ərizəsində hazırda Siyəzən rayon İcra Hakimiyyətinin başçısı olan, az əvvəl Goranboyun və Şabranın İH başçısı işləmiş Novruz Novruzovun onun nəvəsini işlə təmin etmək adı ilə ondan 20 min manat pul aldığını, lakin vəd etdiyi işi həll elmədiyini, bu günədək də aldığı pulu qaytarmağa söz versə də qaytarmadığını yazır.
Onu da deyək ki, əməkdaşlarımız şikayətçinin xahişi ilə Goranboya ezam edilmiş və ondan, eləcə də pulun verilməsində şahid olan şəxslə videomüsahibə götürmüşlər. Maraqlıdır ki, pulun verilməsi ilə bağlı zərərçəkmiş Firəddin Əsgərovun şikayətini bir neçə ay əvvələdək araşdırmalı olmuş Xocalı rayon prokuroru (elə bu şikayəti araşdırmaq əvəzinə «Prokuorluq haqqında» Qanunun tələblərini kobud surətdə pozmuş, bu qanunsuz hərəkətlərə yol verdiyinə görə Daşkəsən rayonuna prokuror göndərilmişdir) Şahin İmanovun da adı bu qamaqalda çəkilir. KİV olaraq qarşı tərəflərin mövqeyini öyrənməyə çalışmışıq, amma RİH başçısı işləyən Novruz Novruzovun adından redaksiyaya bildirilib ki, guya bu şikayət şər və böhtandır. "...Elədirsə, niyə Novruz Novruzov ona böhtan atdığıma görə məni məhkəməyə vermir? Mən pulumun geri alınması üçün bir neçə dəfə, sonuncu dəfə isə bu yaxınlarda Siyəzəndə oldum, özü ilə görüşdüm. Söz verdi ki, pulu qaytaracaq. Lakin mən geri qayıdıb gözləyirəm, o isə hər dəfə məni aldadır... Bir neçə telefonu var, heç birinə cavab vermir. Aldığım məlumata görə oğlu əvvəllər DTX-də çalışıb, hansısa məsələyə görə vəzifəsindən kənarlaşdırılıb, bu barədə hələki danışmaq istəmirəm... Oğlu hazırda Əmlak Komitəsinin Sumqayıt Ərazi İdarəsində işləyir, Sumqayıtda Notariusun kürəkənidir. Atasını da ziyana salıb, səbəbini lazım olarsa açıqlayacam... Artıq bıçaq boğaza dirənib. Prezident Administrasiyasında Ərazi İdarəetmə şöbəsinin müdiri Zeynal Nağdəliyevin qəbuluna yazılmışam, qəbula gedib hər şeyi deyəcəyəm. Bu adam məni ələ salır, uzun illər qurulmuş dostluğa, kəsdiyimiz çörəyə arxa çevirdi, məni aldatdı, faktiki rüşvət aldı, indi 20 min manat nədir ki, qaytarmır??? Desin ki, vallah imkanım yoxdur, mənə keç, mən o pulu başıma fırladıb keçərəm. Amma indiki zamanda mənə qarşı olan münasibəti ona bağışlaya bilmərəm",- deyə F.Əsgərov dedi.
O, həmçinin Novruz Novruzovu məhkəməyə verməyə hazırlaşdığını da bildirdi: "Artıq vəkillə müqavilə bağlamışam və bir epizod üzrə Novruz Novruzovu məhkəməyə verirəm... Qoy görüm cavabdeh kimi məhkəmədə nə deyəcək??? Eləcə də bu yaxınlarda Bakıda geniş mətbuat konfransı keçirərək bu məsələni ictimaiyyətin, həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin, hüquq mühafizə orqanları rəhbərlərinin və Novruz Novruzovun ailə üzvlərinin, qohumlarının... diqqətinə çatdıracağam...".
Son söz Novruz Novruzovundur... Əlavə məlumat veriləcək.
Sonda: həqiqətən də əgər bu iddia çər və böhtandırsa, onda Novruz Novruzov niyə F.Əsgərovu böhtan atdığına görə məhkəməyə vermir???
Teref.az xəbər verir ki, Göyçay rayonu Potu kənd sakini Qafarov Səxavət Əlikram oğlu yazır: "Hörmətli cənab Prezident! Yazaraq Sizi məlum etmək istəyirəm ki, Sizin göstərişinizə əsasən 19 avqust 2022-ci il tarixdə Göyçay Rayon Mərkəzi Xəstəxanasında vətəndaşları qəbul edəcək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin qəbuluna düşmək qeyri-mümkündür. Hətta qəbula yazılmaq üçün Agentliyin elektron poçtuna yazılı müraciət etsəm də, mənə cavab verən yoxdur. Çünki məni Zaur Əliyevin qəbuluna buraxmaq istəmirlər. Səbəb isə ondan ibarətdir ki, Yaşar Əhmədov qorxur ki, mən Göyçay Rayon Mərkəzi Xəstəxanasında baş verən çoxlu sayda özbaşınalıqlardan Zaur Əliyevə şikayət edəcəyəm. Məhz ona görə də yalnız özlərinə sərf edən vətəndaşları qəbula yazırlar, mənim kimi haqq uğrunda mübarizə aparan şəxsləri isə qəbuldan məhrum edirlər. Onların etdiyi tamamilə ədalətsizlikdir, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində göstərilən "Bərabərlik hüququ"na qarşı gəlməkdir. Hörmətli cənab Prezident! Sizdən facebook üzərindən çox xahiş edirəm, yuxarıda qeyd etdiyim qəbulda iştirak etməyimə köməklik göstərəsiniz". Saxavet Qafarov Teref.az olaraq şikayətdə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq! Terefd.az
Mərdan Camalovun dayısı oğlu Azər isə killerlik edirmiş…
Məlumat üçün qeyd edək ki, dünən Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ehtibar Sarıbalayev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı təmiz çəkisi 455 qram narkotik vasitə olan marixuana aşkarlanıb. Dindirilmə zamanı həmin şəxs narkotik vasitənin ona məxsus olduğunu etiraf edib. Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Bura qədər rəsmi məlumat. Görəsən, Şirvan Şəhər Polis İdarəsi, Şirvan Şəhər İcra Hakimiyyəti, Şəhərin Bələdiyyəsi, Şəhərin Ağsaqallar Şurası, Şəhərin din xadimləri və s bu günədək hara baxırdı ki, vəziyyət bu həddə gəlib çatıb. Nə üçün Şirvan şəhərinə yeni polis rəisi təyin olunmayana qədər Şirvanda bu işlər görülməyib? Sağ olsun Daxili İşlər Naziri, cənab Vilayət Eyvazovu. Gənclərin irəli çəkilməsi və kadrların düzgün seçilməsi həm kollektivi, həm də Şirvan camaatını ruhlandırır. Yeni təyin olunmuş polis rəisi vətəndaşları şəxsən özü qəbul edir. Baş verə biləcək cinayət hadisələrini önləməyi işçilərinə tövsiyə edir. Bu, cümlələr Şirvan sakinlərinin redaksiyamıza olan telefon zəngində bildirilib. Sakinlər həm də bildirirlər ki, narkotacirlərə qarşı polisin apardığı mübarizə bəzi dırnaqarası jurnalistləri qıcıqlandırır. Belə ki, həmin qıcıqlanan jurnalistin sürücüsü də deyəsən bu işlərlə məşğuldur. Bu məsələləri buraxırıq zamanın ixtiyarına. İstintaq işlərinə mane olmamaq üçün həmin şəxsin adını çəkmirik. İndi isə mövzumuzu davam edirik. Məlumat üçün qeyd edək ki, Şirvan şəhərinə uzun müddət Mərdan Camalov rəhbərlik edib. Bəli, Mərdan Camalov düz 15 il ( 2009 -2015 –ci illər ) Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı olub və hazırda Zərdab Rayon İcra Hakimiyyətinin başçısıdıır. Oxucular təəccüblə soruşa bilərlər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı bu gün yayılan xəbərin cənab Mərdan Camalova nə dəxli var..? Birincisi, nəzərə almaq lazımdır ki, Mərdan Camalov 15 il Şirvan şəhərinin rəhbəri olub. Və bu gün yayılan neqativ xəbərə görə, o, ən azı mənəvi məsuliyyət daşıyır. Guya Mərdan Camalovun Şirvandakı narkotacirlər barədə məlumatı yox idi..? Gündəlik-Bakı olaraq neçə vaxtdır ki, cənab Mərdan Camalovun Şirvan şəhərindəki əməlləri barədə yazırıq. Niyə bircə dəfə müvafiq dövlət orqanları maraqlanmadı, soruşmadı ki, Mərdan hara, narkoşəbəkə hara..? İndi bir-bir bu məsələyə toxunaq. Yaxından-uzaqdan Mərdan Camalovu tanıyanlar bilir ki, onun qardaşı Şirvanda bütün günü damağında Kazbek “çəkə-çəkə” o yana gedir, bu yana gedir... O, ən çox sevdiyi mahnı olan “Siqaramın dumanı sən...”i zümzümə edərək gündə 3-4 dəfə qardaşının kabinetinə girib çıxırdı. İcra başçısının qardaşı bu gündədirsə, indi başqalarını təsəvvür edin. Bu hələ harasıdır..? Mərdan Camalovun ən yaxın və doğma adamı olan dayısı və bacanağı, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru olan Balamirzə müəllim kollecin ərazisini aptekə satıb, özünün də dərman deposu var. Görəsən, Mərdan Camalov bilmirdi ki, dayısının dərman deposunda nələr satılır..? Biz hələ Əmişin əməllərinə dərindən toxunmuruq. Bəli, Mərdan Camalovun yaxın qohumu Əmiş adlı şəxs Şirvanda nakotik yaymaqla məşğuldur, ona rayonda baron Əmiş deyirlər. Hətta Əmişin uşaqlarının anası, yəni həyat yoldaşı da Şirvanda “mal” satmaqla məşğuldur. İndi görüsünüzmü, Mərdan Camalov qırxayaq ( osminoq ) kimi haralaradək kök atmayıb. Bəli, narkotacirlərin çoxu kriminal aləmlə birgə fəaliyyət göstərirlər. Deyirlər ki, Mərdan Camalovun dayısı Pirverdinin oğlu Azər killerliklə məşğul olub. Bəli, Mərdan Camalovun dayısı Pirverdi Məmmədov əvvəl rayonda yağ zavodunun direktoru olub, sonra qohumu mərhum nazir Yavər Camalovun sayəsində xeyli müddət Bakı neft şirkətlərində qaraj müdiri işləyib. Bəli, Mərdan Camalovun dayısı Pirverdinin oğlu Azər Məmmədov baron Teyyub Tağıyevi güllələdiyi üçün həbs olunub və hazırda 9 saylı həbsxanada məhbus həyatı yaşayır. Azər Məmmədov özü də vaxtilə DİN-in əməkdaşı olub. Və bu Azər Məmmədovun ilk cinayəti deyil. O, bir neçə dəfə müxtəlif şəxsləri güllələyib. Azər Məmmədov qohumu Mərdan Camalova arxayın olaraq sahibkarlardan zorla pul tələb edirmiş, yəni qara məsələlərə baxırmış. İndi gördünüzmü, bu gün yayılan rəsmi xəbərlə Mərdan Camalovun xeyli əlaqəsi var. Oğul istəyirəm ki, bu əlaqəni detallarına qədər araşdırıb Mərdan Camlovun hansı cinayətkar şəbəkənin ortasında olduğunu ortaya qoya. Və Mərdan Camalovu göndərə zona... Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq. gundelik baki.com
“Yeri var, ancaq özü yoxdur”. Bu bir tapmaca deyil, söhbət Sumqayıt şəhərinin iri küçələrindən birində əvvəllər mövcud olan, indi isə naməlum səbəblərdən yerindən götürülən dayanacaqdan gedir. Hansı ki, həmin dayanacaqda insanlar əyləşib marşrut gözləyir və ya əksinə mənzil başına çataraq məhz burada avtobusdan düşürdülər. İndi isə dayanacaqdan geriyə yalnız yeri qalıb, özü isə yoxdur. Əvəzində isə dayanacaqla üzbəüz tikilən böyük bir obyekt gözə girir. “Sabira” qadın fitness mərkəzi adını daşıyan bu obyektin kimə məxsus olması haqda az sonra…
Sumqayıt Dövlət Universitetinin ikinci korpusuna yaxın ərazidə yerləşən başıbəlalı dayanacağın niyə götürülməsi müəyyən suallar doğurur. Bizdə olan məlumatlara görə, əvvəlki dayanacaqda köşk olmadığı üçün götürülüb. Yaxın vaxtlarda ikitərəfli köşk olan yeni dayanacaq qoyulacaq. Hazırda Sumqayıda demək olar ki, bütün dayanacaqların köşkə çevrildiyini nəzərə alsaq, bizə verilən məlumatların dəqiqliyinə şübhə qalmır. Hər fürsəti dəyərləndirən işbazların dayanacaqları ticarət obyektinə çevirməsi və buna şəhər rəhbərliyinin göz yumması isə ayrı bir mövzunun müzakirəsidir.
Digər bir versiyaya görə isə, həmin dayanacaq Sumqayıt Şəhər Memarlıq və Şəhərsalma İdarəsində yüksək vəzifə tutan bir məmurun tikdirdiyi obyektin dizaynını pozduğu üçün sözügedən ərazidən götürülüb. Ölkədə bu cür məmur-oliqarx özbaşınalıqlarının olduğunu nəzərə alsaq, bu versiya da çox inandırıcıdır. Səbəb nə olursa-olsun, dayanacağın götürülməsi həm avtobus sürücülərinin, həm də vətəndaşların işini qəlizləşdirir, onların narahatlığına səbəb olur.
“Sabira” qadın fitness mərkəzinə gəlincə, bu obyektin Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova məxsus olduğu haqda məlumatlar var. Belə ki, cənab başçıya məxsus olan bu obyekt onun anasının adını daşıyır. Analar müqəddəsdir və onların adının əbədiləşdirilməsi isə çox vacibdir. Ancaq Malik İsaqovun anasının adına təhsil kompleksi, yaxud digər ictimai əhəmiyyətli bir obyekt yox, məhz fitness mərkəzi tikdirməsi bir müəmmadır, hansı ki, bu sirri yalnız cənab başçı özü çözə bilər. Biz isə ümid edirik ki, yeri olub, özü yoxa çıxan dayanacaq tezliklə həmin əraziyə geri qaytarılacaq və insanların rahatlığı təmin olunacaq. Müşviq Tofiqoğlu,