Ardını oxu...
Akim Bədəlovun şirkəti Ağ Şəhərdə ev tikmir, ev yıxır...

Akim Bədəlov 3 MİLYARDI necə mənimsədi..?

İlk öncə onu qeyd edək ki, Ağ Şəhər layihəsi cənab Prezident İlham Əliyevin ən gözəl ideyalarından, təşəbbüslərindən və layihələrindən biridir.
Yəni böyük bir ərazidəki köhnə, müddəti keçmiş, müasir tələblərə cavab verməyən evlər, mənzillər, obyektlər sahiblərindən sərfəli qiymətlərə alınaraq yerində müasir şəhər salınır. Amma...
Əmması odur ki, digər xoşməramlı layihələri vətəndaşların narazılıq mənbəyinə çevirən bəzi rüşvətxor məmurlar Ağ Şəhərdə sakinlərə sanki qara günlər yaşatmağa başladılar.
Biz Gündəlik-Bakı olaraq Ağ Şəhərdə qanuni evi başına uçurdulan, evi buldozerə verilən sakinlər haqqında silsilə yazılar dərc etmişik.
Yəni Ağ Şəhərdə baş verən problemlər bizə tam bəllidir.
Təsəvvür edirsiniz, vətəndaş onun evinə qoyulan qiymətlə razılaşmayanda, qazını kəsirlər, işığını, suyunu kəsirlər, sonda vətəndaşın ev əşyaları içəridə ola-ola evi buldozerə verib uçurdurlar.
Gündəlik-Bakı dəfələrlə yazıb ki, heç orta əsrlərdə də belə hal olmayıb, axı hətta dini kitablarda da mülkiyyətin müqəddəsliyi, toxunulmazlığı qeyd olunub.
Sözün qısası, Ağ Şəhərdə vətəndaşlara cəhənnəm əzabı yaşadırlar.
Bu problemin başqa tərəfidir.
Bir də var, problemin bambaşqa tərəfi.
Belə ki, hansısa vətəndaş Ağ Şəhərdə tikilən binalardan mənzil almaq üçün şirkətlə müqavilə bağlayıb, vaxtında mənzilin pulunu köçürüb, amma...
Əmması odur ki, vətəndaş illər uzunu kirayədə qalaraq mənzilini ala bilmir.
Belə şirkətlərdən biri də “ERA TOWER” tikinti şirkətidir.
Bu şirkət kimə məxsus olsa yaxşıdır.
Akim Bədəlova.
Kimdir Akim Bədəlov..?
Akim Bədəlovun adı keçmiş dövlət katibi, Qarakənddə ermənilərin vurduğu vertolyotda şəhid olan Tofiq İsmayılovun ailəsinə məxsus əmlakın ələ keçirilməsində hallanıb.
Bu adam uzun illər Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sədri olub. Sonradan şirkətin əsasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb və Akim Bədəlov sədr olub.
Yəni 20 ildən çoxdur ki, bu adam bu sahəyə rəhbərlik edib.
Guya Allah qoymasa külək əsəndə, Günəş möhkəm isti verəndə Akim Bədəlov alternativ enerji istehsal edəcək.
Amma son 20 ildə Akim Bədəlov heç on kvadratı isidəcək enerji ortaya qoya bilmədi.
Hamı şahiddir ki, Bakıdan rayonlara gedəndə yolların qırağında, dağ başında, təpələrdə quraşdırılmış külək enerji qurğularının heç pəri də tərpənmir, Günəş batereyalarından isə danışmağa dəyməz.
Amma əvəzində yayılan xəbərlərə görə, Akim Bədəlov 3 milyarda yaxın pulu mənimsəyib.
Təsəvvür edirsiniz, 3 MİLYARD...Ermənistanın büdcəsi qədər...
Bu adamdan soruşan yoxdur ki, 20 il müddətində dövlətin ayırdığı pulları hansı xarici ölkələrə köçürdün..?
Akim Bədəlov bəlkə də XXI əsrin ən böyük maxinatorudur.
Bütün bunları görən, cənab Prezident Agentliyi ləğv elədi. Amma Akim Bədəlov öz əməllərindən geri çəkilmir.
Belə ki, yuxarıda qeyd etdiyimiz kimi Akim Bədəlova məxsus “Era Tover” şirkəti vətəndaşların milyonlarını mənimsəyib.
Ağ Şəhərdə binalardan birinin sakinləri illərdir ev üzünə həsrət qalıblar. Onların sözlərinə görə, 2013-cü ildən tikintisi başlayan “Era Tower” yaşayış binası hələ də öz sakinlərinə təhvil verilməyib. Sözügedən 22 mərtəbəli binanın tikintisi 3 ildir demək olar ki, tam dayanıb. Səbəb kimi isə sakinlərə binanın tikintisi üçün ayrılan pulun xərcləndiyi bildirilib. Bu səbəbdən 50-yə yaxın alıcı hələ də illərdir pulunu verib həsrətini çəkdikləri evə sahib ola bilməyiblər. Şikayətçilər bildirir ki, onlar arasında hətta illərdir kirayələrdə qalıb ev gözləyənlər də var.
Təsəvvür edirsiniz, 2013-cü ildən bəri, yəni 20 ildir ki, binanınn tikintisi davam edir.
Vətəndaşın 2013-də doğulan oğlu, qızı indi evlənməli, ərə getməlidir.
Akim Bədəlov isə deyir ki, binanı tikməyə pul yoxdur.
Deməli, vətəndaşların ödədiyi milyonları Akim Bədəlov mənimsəyib.
Akim Bədəlov düşünür ki, dövlətin 3 milyardını mənimsədim nə oldu ki, Dadaşbalanın, Fatmanisənin 50-100 minini mənimsəsəm nə olacaq..?
Bax, bu cəzasızlıq mühiti bir gün problem ola bilər.
Ulu Öndərimiz Heydər Əliyev əbəs yerə demirdi ki, dövlət cinayətkar cəzasız qalanda sarsılır.
Adam dəhşətə gəlir ee…
Pulunu ver, kirayədə qal və 20 il gözlə. Amma indi də ümid yoxdur ki, bina nə vaxtsa tikiləcək.
Görün şirkətin təsisçilərindən biri olan Akim Bədəlovun oğlu Aqşin Bədəlov şikayətçilərə nə deyir:
“Pulumuz yoxdur, tikə bilmirik, hara istəyirsiniz şikayət edin”.
Vətəndaşlar aksiya keçirməyə hazırlaşır, ancaq Akim Bədəlov onları qəbul etmir.
Binanı tikən MMC-nin direktoru isə deyir ki, borcumuz çoxdur, onu ödəyəndən sonra tikintiyə başlayacağıq.
Burada deyiblər ee…yaz gələr yonca bitər…doyunca yeyərsən.
Son olaraq qeyd etmək istəyirik ki, Azərbaycan qanunları bütün gücü ilə işləməyənədək, bu hallar davam edəcək.
gundelik baki.com
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 
 


Ardını oxu...

Xaçmaz rayonunun Çaykənarı (Alekseyevka) kəndində müəllim işləyən Rəvanə Asiman məktəbdə qanunsuz halların olması, şagirdlərə dərman paylanılması, işlədiyi dövrdə haqsızlıqlarla üzləşməsi ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

 

Müəllim paylaşımında bu səbəblərə görə, ərizə yazaraq 2 il çalışdığı məktəbdən ayrıldığını bildirib. 

 

Paylaşımda onun çalışdığı məktəb rəhbərliyinə qarşı çox ciddi ittihamlar yer alıb. Onun fikrincə, şagirdlərə narkotik tərkibli dərmanlar paylanıb və bu fakt məktəb rəhbərliyini narahat etməyib: 

 

“Direktor mənə sual verir: Siz uşaqlara niyə kitab oxudursunuz ki?

 

Tərbiyə işləri üzrə müavin vulqar və təhqiredici üslubda danışır. Kitabxana kartları pulla satılır və kitabxana açılmır. Gündə sadəcə 15 dəqiqə açıq olurdu.

 

Odun sobasını yandıran xala belə vəzifəsini icra etmir. Müəllim dərsə içkili halda girir. 

 

Şagirdlərə dərman paylanılır və bu, heç kəsi narahat etmir…”

 

R. Asiman əlavə edib ki, bu məsələlərlə əlaqədar aidiyyəti dövlət orqanlarına, o cümlədən Təhsil Şöbəsinə şikayət etsə də, nəticəsiz qalıb: “On dəfəyə yaxın Təhsil Nazirliyi və Təhsil Şöbəsinə yazılı və şifahi şikayətimi bildirdim. Demək olar ki, hamısı nəticəsiz qalırdı. Təhsil Nazirliyinə göndərdiyim ərizə çap şəklində çıxarılıb məktəbə gətirildi və son nəticədə mən xəbərçi oldum, yoxlama belə nəticəyə gəldi ki, “məktəb ailədir, ailənin sirri kənara çıxmaz””.

 

Sosial şəbəkələrdə müəllimin paylaşımı, eləcə də, məktəbdə uşaqlara dərman paylanılması ilə bağlı iddiaya şərhlər yazılıb. İzləyicilərdən biri bunun narkotik olduğunu sual edib. Müəllim isə cavabında təkrar həmin hadisənin yaşandığını təsdiqləyib və ekspertizanın cavabını bilmədiyini qeyd edib.

 

R. Asiman onu da vurğulayıb ki, çalışdığı dövr ərzində ona şər atılıb, təhqir olunub, mobbinqə məruz qalıb. Aidiyyəti dövlət orqanlarına göndərdiyi şikayət məktubları isə cavabsız qalıb.

 

Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır: 

 

“Qeyd edilən hallar təsdiqini tapdığı təqdirdə mövcud qanunvericilik çərçivəsində tədbirlər görüləcək və nəticəsi barədə məlumat veriləcək”.

 
 
Ardını oxu...
Ağdamdakı yurd – yuvasından didərgin düşmüş , Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq massivi, 86b saylı komada məskunlaşan 2-ci dərəcəli əlil İbrahimov Elçin Əfqan oğluna iki tələbə oğlu ilə birlikdə ödənilən ünvanlı dövlət sosial yardımının müddəti bu ilin martında bitib. Yenidən sənədlərini ƏƏSMN-in elektron sisteminə göndərən yardıma ehtiyacı olan vətəndaşın 5 aydır gözləməkdən “gözünün kökü saralıb”. “Bu gün- sabah” deyə-deyə bu günlərdə 142 çağrı mərkəzindən bildiriblər ki, yardımdan imtina edilib. Səbəbi isə çox ilgincdir. Sən demə, əlil ata evdə olmayanda ayrıldığı həyat yoldaşı uşaqları ilə evdə görüşübmüş! (?) Ananı uşaqları ilə bir yerdə “cinayət” başında yaxalayan sosial məmurlar- “cinayət axtarışı agentləri” bu “əsas”la “donos” raportu” yazıb, imtinaya nail olublar.
İndi əlil vətəndaş, yurdu işğaldan azad olunan və hələ də minalardan köçməyə yaramayan məcburi köçkün ailəsi çarəsiz durumdadır. “Suçu” o qədər böyükdür ki, əfvə də düşmür. Gərək dövlət sosial yardım orqanlarına yalan məlumat verməyəydi, düzgünü deyəydi ki, uşaqları rəsmi qaydada ayrıldığı anaları ilə görüşür. (?) Bu məlumatı gizlətməsi isə yardım verilməsindən imtinaya əsas olub.
Maraqlıdır, bəyəm ananın balaları ilə görüşməsi cinayətdir? Lap olsun, bu cinayət ünvanlı sosial yardımın verilməsindən imtinaya necə əsas ola bilər? Bəyəm ananın uşaqları ilə görüşməsi ailənin maddi gəlirini artırır? Axı ana heç yerdə işləmir! Belə çıxır, ana balaları ilə, həyat yoldaşı ilə düşmən olmalıdır? Bu necə sosial yardım siyasətidir?
Ümid edirik ki, rəhbərlik sosial “cinayət” agentlərinin özbaşınalığına son qoyar və ailə əfvə düşər.
Məğrur Bədəlsoy
Teref.az
 
 
 
Ardını oxu...
Oğuz rayonu Azərbaycan Respublikasının inzibati ərazi vahidlərindən biridir və bu rayon 08 avqust 1930-cu ildə təşkil olunmuşdur. Bundan əlavə, Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri hesab olunan bu rayonda, insanların neolit dövründə məskunlaşmaları tarixi faktlarla sübuta yetirilib. Əvvəllər bu rayonun adı Vartaşen olsa da, 1991-ci ilin fevral ayının 7-də Ali Sovetin birinci sessiyasında rayonun adı dəyişdirilir və Oğuz rayonu adlandırılır. Bu rayon respublikamızın səfalı və mənzərəli bir guşəsində yerləşir və hal-hazırda Oğuzda icra başçısı vəzifəsini Qurbanov Eyvaz Daşdəmir oğlu daşıyır. Qeyd edək ki, bu şəxs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 20 aprel 2011-ci il tarixli Sərəncamı ilə, RİH-nin başçısı vəzifəsinə təyin edilmişdir. Bütün bunlara baxmayaraq, hal-hazırda Oğuzun əksər sahələrində RİH-i başçısının fəaliyyətsizliyi ucbatından problemlər aşıb-daşır, vətəndaş narazılığı, giley-güzarı və s. “pik nöqtə”yə çatır. Eyvaz Qurbanov ötən 11 il ərzində icra başçısı vəzifəsini daşısa da, bu rayonun digər sahələrində olduğu kimi, səhiyyə sahəsində də acınacaqlı durum hökm sürməkdədir. Məsələn, adicə MRX-da mövcud olan şəraitsizlik ucbatından problemlər sərhəd tanımır.

Ardını oxu...

Son vaxtlar isə Oğuz MRX-nın nəzdindəki səhiyyə müəssisələrində baş alıb gedən çoxsaylı qanunsuzluqların, süründürməçilik hallarının, həddi-hüdudu bilinməyən haqsızlıqların, sakinlərin etdikləri giley-güzarların və s-lərin varlığı, məhz ölkəmizin əksər nüfuzlu media qurumlarının gündəmini zəbt edən əsas mövzulardan birinə çevrilmişdir. Bugünlərdə redaksiyamıza MRX-da şöbə müdiri vəzifəsini daşıyan Kazım həkimin iş saatlarında qumar oynaması ilə bağlı çəkiliş təqdim olunub ki, bu da birbaşa Azərbaycan səhiyyəsi üçün “üzqaralığı” deməkdir. Yəni, təqdim olunan çəkilişə diqqət yetirdikdə sanki şoka deyil, birbaşa “şökə” düşməli olduq. Deməli, Kazım həkimin çalışdığı iş yerində qumar oynaması onu sübut edir ki, bu səhiyyə müəssisəsinin rəhbərliyi də yerində olmayan şəxsdir. Əgər bu belə olmasaydı, o halda şöbə müdiri vəzifəsini daşıyan bu şəxs çalışdığı iş yerini qumarxanaya çevirməzdi?

Bir xatırlamanı yada salaq ki, Azərbaycanda qumarxana-kazino biznesi 1998-ci ildən rəsmi şəkildə qadağan olunub və bununla bağlı 27 yanvar 1998-ci il tarixdə mərhum prezidentimiz Heydər Əliyev Sərəncam da imzalayıb. O halda sual oluna bilər ki, görəsən Oğuz MRX-da şöbə müdiri vəzifəsini daşıyan Kazım həkimin, qeyd olunan Sərəncamdan irəli gələn tələblərə əməl etməməsinin kökündə nələr durur? Məsələnin daha maraqlı və düşündürücü tərəfi odur ki, redaksiyamıza təqdim olunmuş belə bir çəkilişlə bağlı Kazım həkimə zəng edib mövqe öyrənməyə çalışdıqda o, “Artıq siz 4-cü nəfərsiniz ki, bu mövzu ilə bağlı mənə zəng etmisiniz. Başa düşün ki, şəkil pandemiya dövründə çəkilib. Yaxşı olar ki, çəkilişi sizə təqdim edən şəxsi yanıma göndərin, mən ona həyatı başa salaram. Siz belə bir telefon zənglərinizlə məni şantaj edirsiniz” cavabını verdi. O halda dərk edib başa düşdük ki, hələ də bu şəxs öz hikkəsindən əl çəkməyib və etdiyi hərəkətlərinə hansısa formada haqq qazandırmaq niyyətindədir. Bəli, şöbə müdiri vəzifəsini daşıyan Kazım həkimin nələri düşünməsindən, nələri götür-qoy etməsindən asılı olmayaraq bəlli olan odur ki, bu şəxs iş saatlarında və özünəməxsus iş otağında qumar oynamaqla məşğul olur. Qaldı ki, bu şəxsin “Siz məni şantaj edirsiniz” cavabına, o halda sual oluna bilər ki, əgər şantaj olunursuzsa, nə əcəb bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmirsiniz? Deməli, torbada “qara pişik” var ki, müraciət etməyi məsləhət görmürsünüz.

Daha usandırıcı hallardan biri isə, Kazım həkimin mövqeyini, işgüzar nüfuzunu, ləyaqətini, daşıdığı vəzifəsinin imkanlarını və s. qorumağa çalışan Pərvanə Əsgərova adlı bir xanımın “qalxan” rolunda rol oynaması oldu. Yəni, redaksiyamıza təqdim olunan çəkilişlə bağlı şöbə müdirinə zəng etməyimiz və qarşı tərəf olaraq Kazım həkimdən mövqe öyrənməyə çalışmağımız, birbaşa Pərvanə xanımın “çesti”nə dəyir. Belə bir səbəbdən də bu xanım 077-552-15-65 nömrəli telefonla zəng edib, bizə qarşı “səlib yürüşü”nə başladığını elan etdi. Amma, necə? Elə bu necəliyin mahiyyətini hər kəsin diqqətinə çatdırmağı özümüzə borc bildik ki, “qalxan” rolundan rol oynayan bu xanım telefon danışığı zamanı heç bir etikaya sığmayan, nə əxlaqımızla, nə də ki, mənəviyyatımızla uzlaşmayan söyüş sözlərindən, hətta heçbir halda qadın adına yaraşmayan ifadələrdən də istifadə etdi. O halda dərk edib başa düşdük ki, Pərvanə Əsgərovanın özünü və sözünü “Ərəbzəngi”yə bənzətməsinin bəzi əmmaları var. Yəni, ola bilər ki, bu xanımın bizə qarşı atdığı “riskovı addımlar”a Kazım həkimin qumar oyunlarından əldə etdiyi gəlirlər öz təsirini göstərir. Ola bilər!

Baş verən belə bir olaylar onu söyləməyə əsas verir ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” İdarə Heyətinin sədri cənab Vüqar Qurbanov və Oğuz MRX-nın rəhbərliyində olan vəzifə sahibləri, şöbə müdiri vəzifəsini daşıyan Kazım həkimin hərəkətlərinə laqeyid qalmalarında hansısa amillər təsir edir. Əgər bu belə olmasaydı, o halda çoxdan Kazım həkim “məhşər ayağı”na çəkilərdi. Deməli, ...

Nyus.Az.

Ardını oxu...
Azərbaycan Respublikasi Dövlət Neft Şirkətinin "Neft Kəmərləri" İdarəsinin dövlətə vergi borcu üzə çıxıb.

DİA.AZ xəbər verir ki, 32gun.az-ın əldə etdiyi məlumata görə, idarənin bu günə olan vergi borcu 110 milyon manatdan çoxdur. (110993808.07 AZN)

Sözügedən idrənin rəisi Vasif Əmirov Rəşadət oğludur.

Ardını oxu...

05.06.2003-cü il tarixidə Dövlət qeydiyyatına alınan "Neft Kəmərləri" İdarəsinin nizamnamə kapitalı 2949 manatdır.

Xatırladaq ki, mətbuatda gedən məlumata görə, Vasif Əmirovun Türkiyədə bir neçə milyoluq villa alıb.

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Nazirlər Kabinetinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Zakir İlqar oğlu Paşayev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikintiyə icazə verilməsi ilə bağlı informativ və statistik xarakterli məlumat bazasını sildirib.

Teref.az xəbər verir ki, bu barədə Azfakt.com saytı məlumat yayıb.

Nazirlər Kabinetinin şöbə müdirinin bu addımı atmasına səbəb onun Bilgəh qəsəbəsində inşa etdirdiyi obyekt barədə məlumatın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikintiyə icazə verilməsi ilə bağlı informativ və statistik xarakterli məlumat bazasına yerləşdirilməsi olub.

Qeyd edək ki, Arxitektura Komitəsinin bazasında olan məlumatda Zakir Paşayevin Bilgəhdə 0.12 sot ərazidə 720 kvadrat metrlik 2 mərtəbəli ictimai iaşə obyekti inşa etdirdiyi bildirilirdi.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat bazasının silinməsinə münasibət bildirməyib.

https://www.arxkom.gov.az/storage/codes/Tikintiye-3542_1628758686.pdf
Ardını oxu...
 
 
 
Ardını oxu...
Son zamanlar Azərbaycanda təqaüdə çıxmaq istəyən, yaxud “təkrar araşdırma” məqsədilə pensiyası kəsilən vətəndaşlar ciddi problemlə qarşılaşıb. Hurriyyet.az-a daxil olan məlumatlar əsasında deyə bilərik ki, xüsusən də cəzaçəkmə müəssisələrində məhkum həyatı yaşayan insanların bu məsələdə daha çox haqqı tapdalanır.

Belə ki, Ədliyyə Nazirliyinin strukturuna daxil olan Penitensiar Xidmətin Tibb Baş İdarəsi əlillərin və digər məhbusların təqaüdlərinin bərpa olunması üçün onların sənədlərini Tibbi Sosial Sığorta İdarəsinə göndərməyə çalışsa da, bu, mümkün olmur. Yəni bir aydan çoxdur ki, məhbusların sənədlərini Tibbi Sosial Sığorta İdarəsinin elektron bazasına yerləşdirə bilmirlər. Səbəb də odur ki, Tibbi Sosial Sığorta İdarəsi elektron sistemin yenilədiyini deyir. Amma idarədən o da bildirilir ki, bu proses cəmi 3 gün çəkib. İddia olunur ki, bu günlər ərzində sistem bağlı olsa da, qalan vaxtlarda belə bir problem yaşanmayıb.

Tibbi Sosial Sığorta İdarəsinin məlum iddiasına rəğmən, Penitensiar Xidmətin Tibb Baş İdarəsindən deyirlər ki, hələ də elektron sistemə daxil olmaq mümkün olmur.

Yeri gəlmişkən, bu problemlə təkcə Penitensiar Xidmətin Tibb Baş İdarəsi qarşılaşmayıb. Biləsuvar rayon Mərkəzi Xəstəxanasından da “Hürriyyət”ə təsdiq ediblər ki, Tibbi Sosial Sığorta İdarəsinin elektron bazası bağlı olduğundan, pensiyaya çıxmaq istəyən vətəndaşların sənədlərini bu idarəyə göndərə, yəni onların sisteminə daxil ola bilmirlər.

Penitensiar Xidmətin Tibb Baş İdarəsi də Hürriyyət”ə açıqlamasında bildirib ki, sistem bağlı olduğundan, hazırda məhbusların sənədlərini elektron bazaya daxil etmək mümkün olmur.

Tibbi Sosial Sığorta İdarəsi isə sistemdə hər hansı problem olmadığını iddia edir. Bununla belə, konkret olaraq Penitensiar Xidmətin Tibb Baş İdarəsinin nə üçün belə bir problemlə qarşılaşdığı haqda yoxlama aparıb, cavab verəcəklərini bildiriblər. Lakin günlərdir hələ də “yoxlama gedir”.

Əlbəttə, vətəndaşların pensiyalarının bu cür yollarla gecikdirilməsi heç də təsadüf deyil. Qeyd edək ki, istər məhbus həyatı yaşayan insanların, xüsusən də müharibə əlillərinin və sağlamlıq durumu məhdud olan digər vətəndaşların pensiyaları 1 ildən çoxdur “təkrar araşdırma” aparılması adı ilə kəsilib və onlardan sənədlərini yenidən Tibbi Sosial Sığorta İdarəsinə göndərmələri tələb olunub. Lakin indiyədək məhbus həyatı yaşayan əlil vətəndaşların sənədləri Penitensiar Xidmətin Tibb Baş İdarəsi tərəfindən Tibbi Sosial Sığorta İdarəsinə göndərilmir...

Son bir həftə ərzində biz “Hürriyyət” olaraq bu məsəli ilə bağlı geniş araşdırma başlatdığımızdan, indi də deyirlər ki, Tibbi Sosial Sığorta İdarəsinin elektron bazası bağlı olduğundan, məhbusların sənədlərini sistemə daxil edə bilmirik.

Şübhəsiz, bu kimi süründürməçiliyin məqsədi odur ki, Tibbi Sosial Sığorta İdarəsinə sənədlər nə qədər çox gec gedərsə, pensiya da bir o qədər gec kəsilər. Yəni yeni qanunvericiliyə əsasən, vətəndaşlara pensiya onların sənədləri Tibbi Sosial Sığorta İdarəsinə daxil olan tarixdən kəsildiyi üçün, bu cür yollarla insanların “cibinə girirlər”.

Əslində, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin dediyi “biz 200 milyon vəsaitə qənaət etmişik”, - fikri də məhz burdan qaynaqlanır. Görünən odur ki, nazirin “qənaət” etdiyi vəsait məhz burdan yaranır. Belə ki, Sahil Babyev əlillərin pensiyasını yubatmaqla büdcəyə “qənaət” edir.

Bu da onu deməyə əsas verir ki, Sahil Babayevin sayəsində hökumətimiz “dilənçi” vəziyyətinə düşüb, gözünü əllilərin, yaşlı insanların cibinə dikib.

Hurriyyet.az

P.S. Mövzuya qayıdacağıq.
 
 
 
Ardını oxu...
Xatırlayırsınızsa, ötən yazımızda Beyləqan polis şöbəsinin və DTX-nin rayon şöbəsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat tədbiri nəticəsində Beyləqan rayon xəstəxanasında yanacaq satan oğruların cinayət başında yaxalandıqları, 8 nəfərin saxlanıldığı və barələrində cinayət işi başlanıldığı barədə məlumat vermişdik. Həmçinin həmin yazımızda Beyləqan rayon prokurorluqda ifadə verən təcili yardım xidmətinin sürücüləri ifadələrində direktor Nürəngiz Bəşirovanın onlara sığorta pulunu, əlavə xərcləri vermədiyinə görə ehtiyac üzündən bunu etmək məcburiyyətində qaldıqlarını, məlum yanacaq oğurluğu hadisəsindən ciddi surətdə narahat olan N.Bəşirova “sudan duru çıxmaq” üçün çabalar göstərərək, havadarlarına ağız açaraq onlardan kömək umduğu haqda da yazmışdıq.

RealMedia.az olaraq qeyd edək ki, yazımızın üzərindən qısa vaxt keçməsinə bağmayaraq N.Bəşirovanın yaxın ətrafında olan adamları dövriyyəyə belə bir informasiya buraxdılar ki, guya direktor xəstəxanadan yanacaq oğurlanması faktından xəbərsiz olmayıb, baş verən oğurluq hadisəsini özü aşkarlayıb və bu barədə hüquq-mühafizə orqanlarına xəbər veribmiş. Belə çıxır ki, Nürəngiz Bəşirova keçirilən əməliyyatla bağlı məlumatı hüquq mühafizə orqanlarına özü verib. Yəni əməliyyat direktorun məlumatı əsasında keçirilib. ƏLbəttə ki, bu olduqca absurd bir fikirdir. Əslində buna qırxlı çağaya da desən inanmaz. Əgər belədirsə onda ortaya belə bir haqlı suallar çıxır: Əcəba, humanist bir peşənin sahibi olan N.Bəşirovanın xəstəxanada sürücülərin oğurluq etməsindən xəbəri var imişsə, onda bunun qarşısını almaq üçün əlində başqa vasitəmi yox idi? Əlbəttə, var idi! Onları xəbərdarlıq etməklə, vurduqları ziyanı ödətdirib yalnız işdən çıxarmaqla kifayətlənə bilməzdimi? Bilərdi! Bundan başqa, bəs xəstəxanada yaratdığı daxili mühafizə xidmətinin qoluzorluları hara baxırdılar, onların işi yalnız direktora cangüdənlik etməkdən və yaxud onun çantasını daşımaqdanmi ibarətdir?
Düzü deyim ki, bu məsələ mənə heç inandırıcı gəlmədi.
Mən hesab edirəm ki, direktorun yaxınları onu məsuliyyətdən kənarda saxlamaq üçün dövriyyəyə belə bir məlumat yayıblar. Məsələn, tutar qatıq, tutmaz ayran.
Əslində isə məlumatı hüquq mühafizə və xüsusi xidmət orqanlarına verən direktor deyil. Məlumatı verən xəstəxananın təcili tibbi yardım şöbəsində işləyən qadındır. Və onun məlumatı kimə verdiyi də bizə məlumdur. Sadəcə olaraq hələ ki, prokurorluğun məsələyə rəsmi münasibətini gözləyirik. Məsələn, işi araşdıran prokurorluq durub desək ki, elə məlumatı bizə Nürəngiz Bəşirova verib, onun məlumatı əsasında əməliyyat keçirilib, bax onda biz hər şeyi açıb ağardacağıq. Hələ ki, bəzi məlumatları gizli ona görə saxlayırıq ki, istintaqın gedişinə maneçilik yaranmasın.
Onu da qeyd edik ki, rayon prokurorluğunun məsələyə vicdanla yanaşacağına, işin obyektiv və qərəzsiz şəkildə aparacağına əminik. İnanmırıq ki, prokuror nəyinsə xatirinə və yaxudda ki, kimlərinsə təsiri dairəsinə düşərək direktoru məsuliyyətdən kənarda saxlamağa çalışa.

RealMedia.az
 
Ardını oxu...
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynovun Çexiyanın paytaxtı Praqada otellərinin olduğu bildirilir.

TEREF.AZ bildirir ki, axar.az-a daxil olan məlumata görə, İ.Hüseynovun bu otel biznesində şəriki DGK-nin sabiq sədri Səfər Mehdiyevdir.

Xatırladaq ki, İ.Hüseynov Səfər Mehdiyevin ən sadiq kadrlarından hesab olunur. Belə ki, 2018-ci ildə sədr təyin edilən S.Mehdiyev cəmi iki ay sonra İ.Hüseynovun özünə birinci müavin təyin edilməsinə nail olmuşdu.

Bəzi iddialara görə, İ.Hüseynov Səfər Mehdiyevin “qara kassası” olub.
Ardını oxu...
Tanınmış jurnalist, Araşdırmaçı Jurnalistlər Birliyinin Baş katibi Şəfayət Avılbəyli 7 saylı poliklinikada haqsızlıqla üzləşib.

Bu barədə jurnalist özü bildirib. Onun sözlərinə görə, bu gün 12 yaşlı övladını sözügedən poliklinikaya apararaq sistem köçürmək istəyib.

Lakin ona bildirilib ki, Baş həkim sistem köçürməyi qadağan edib. “Uşaq tənginəfəslik və mədə pozulması üzünüdən gecə 3 dəfə qaytarıb. Səhər 7 saylı poliklinikaya apardım ki, sistem köçürsünlər. Lakin sahə həkimi dedi ki, Baş həkim sistem köçürməyi qadağan edib. Təsəvvür edin, uşağın vəziyyətini dərhal qiymətləndirib tədbir görmək əvəzinə yerlərindən belə, durmadılar. Səbəb isə icbari sığortadır. Çünki bilirlər ki, onlara pul verilməyəcək, indi vətəndaşlar icbari sığorta ilə gəlirlər”, - deyə jurnalist bildirib.

Şəfayət Avılbəylinin sözlərinə görə, poliklinikanın Baş həkiminə müraciət etsə də, nəticə olmayıb. “Baş həkim Səriyyə xanım bildirdi ki, biz başqa həkimin yazdığı sistemi köçürmürük. Beləliklə, heç bir tədbir görmədilər”, - deyən jurnalist məsələ ilə bağlı Baş Porkurorluğa müraciət edəcəyini söyləyib.

O daha sonra bildirib: “Bu gün adi bir vətəndaş olaraq səhiyyə sistemimizin bəzi ünsürlərdən təmizlənməsinin vacibliyini bir daha dərk etdim. 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin daxili nizam-intizam qaydalarına zidd olan, həkimlik prinsiplərini alt-üst edən -xəstəxanaya müraciət edən xəstələrə sistem vurulmasını ləğv etməsi hansı səbəblərdən olduğunu aydınlaşdırdım.Sən demə bu xəstəxana və poliklinikasında ümumiyyətlə digər xəstəxanaların həkimlərin tövsiyyəsi keçərli deyil. Və təcili xəstəyə ilkin yardım göstərilməsi belə baş həkimin iki dodağının arasında olmalıdır. Xülasə başıma gələnləri yazmaqla bir daha bildirim ki,bu gün azyaşlı oğlumun səhhəti ilə bağlı müraciət etdiyim aidiyyatı poliklinikamızda adlarını həkim qoyan bəzi qeyri- peşəkarların, qeyri-etik davranışları üzündən gün ərzində uşağa qoşulaşı vacib olan sistemi vurdura bilmədim.

Nə var, Nə var ƏLAHƏZRƏT BAŞ HƏKİM SƏRİYYƏ XANIMIN XÜSUSİ TAPŞIRIĞI VARMIŞ Kİ, DİGƏR XƏSTƏXANANIN HƏKİMLƏRİNİN YAZDIĞI RESEPT VƏ TÖVSİYYƏLƏR BURADA KEÇƏRLİ DEYİL.. Məntiqə və əndazəyə sığmayan yanaşma?!

Uşağa və böyüklərə yay fəslinə uyğun olaraq zəhərlənmə və digər hallar hər yerdə və hər məkanda baş verə bilər.Bu hallar müraciət əsasında həkimlər tərəfində sorğusuz -sualsız müayinəsi yerinə yetirilməlidir. lakin Maştağada bu baş verərsə xəstəyə,özüdə ciddi xəstəliyi olan uşağa sistem qoşulmalı olsa belə bu ancaq tibb bacılarını evə çağırtmaqla həyata keçirə bilərsən.Bəs, görəsən bu təmtəraqlı xəstəxanalar və irəsində ayaqlarının tığğıltıları ilə görəv yapan ağ xalatlılar nə üçündür?

Eyni zamanda mən bir jurnalis,müəllim olaraq 3 yerdən İCBARİ TİBBİ SIĞORTA ÖDƏYİCİSİ? Nə üçün Bu qədirbilməzlər üçün?.Məsələnin digər tərəfi isə illərlə 7 saylı xəstəxanada kök salmış Səriyyə xanım kimi baş həkimlər hansı titul və göstəricilərinə görə baş həkim statusunda olmasıdır?” //32gun.az//
 
 
 

Dünyapress TV

Xəbər lenti