Naxçıvan MR Kəngərli rayonunun bir qrup sakini ictimaiyyətə və Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) rəsmi müraciət ünvanlayıb. Müraciətdə, rayondakı rüşvət, korrupsiya və digər qanun pozuntularından söz açılır. Müraciət edənlər, hazırda Naxçıvanda yoxlamalar aparan DTX əməkdaşlarından bu pozuntuları da araşdırmalarını xahiş edurlər. DİA.AZ olaraq Kəngərli rayon Qarabağlar kənd sakini Amar Hüseynin „Gündəlik Naxçıvan“a göndərdiyi həmin müraciəti təqdim edirik: „Sizin (DTX-nın) Naxçıvanda apardığınız yoxlamalar zamanı korrupsiya və rüşvətxorluq hallarını üzə çıxarmanız, günahkarları cəzalandırmanız bütün naxçıvanlılar kimi bizim də ürəyimizdən xəbər verir. Sizin qurum artıq Naxçıvanda insanların ümid yerinə çevrilib. Bizim rayonda da qanunsuzluqlar baş alıb, gedir, rüşvət boğaza çıxıb. Sizdən xahiş edirik ki, Kəngərli rayonunda baş vermiş aşağıda göstərilən qanunazidd əməlləri araşdırıb, cinayətkarların layiqincə cəzalandırılmasını təmin edəsiniz: - Aztəminatlı ailələrə dövlət tərəfindən pul yardımı formasında verilən ünvanlı dövlət sosial yardım Kəngərli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müxtəlif yollarla mənimsənilir. - Təşkilatlardan vergi şəkilində dövlət büdcəsinə köçürülməli olan vəsaitin bir hissəsi mənimsənilərək, rayon rəhbərliyinə məxsus fondlara köçürülür və yeyilir. - Dövlət Sosial Müdafi Fondu rəhbərliyi, pensiya təyin olunan vətəndaşlardan aldıqları pensiyanın ilk 2-3 ayının rüşvət şəklində mənimsəyir. - Təhsil ,səhiyyə ,mədəniyyət və digər təşkilatl rəhbərləri qohum-əqrabanın adına saxta maaşlar yazıb, dövlət büdcəsini mənimsəyirlər. - Kənd təsərrüfatına ayrılan vəsait mənimsənilir. Bu yolla əhali əsas gəlir sahəsi olan torpaqdan uzaqlaşdırılır. Ayrılan vəsaitlər aidiyyatı üzrə istifadə edilmir. Əkinəyararlı torpaq sahələrinin suvarma sistemlərinə ayrılan vəsait, becərilmə üçün ayrılan yanacaq və kübrə pullarının bir hissəsi rayon rəhbərliyi tərəfindən mənimsənilir. - Naxçıvan Aqroservis ”Açıq Səhmdar Cəmiyyəti və İcra hakimiyyətinin xətti ilə əhaliyə verilən cins mal-qaranın qiymətinin suni şəkildə artırıb, bu sahənin inkişafına dövlət tərfindən ayrılmış vəsait mənimsənilir. - Kəngərli rayon ərazisində olan əkinə yararlı hektarlarla torpaq vəzifəli şəxslər tətəfindən zəbt olunur. - Əkilməmiş torpaq sahələrinin əkin sahəsi kimin yaxın qohumların adına rəsmiləşdirərək, büdcədən ayrılan subsidiyalar saxta yollarla mənimsənilir. - İdarə və təşkilatlara dövlət büdcəsindən ayrılan təsərrüfat xərcləri müxtəlif yollarla talanır. - Bələdiyyə hesablarında olan vəsaitlər İcra hakimiyyəti tərəfindən mənimsənilir. - Rayon ərazisində olan yeraltı və yerüstü sərvətlər özlərinə aid olan şirkətlərlə daşınıb, daxili və xarici bazarlarda satılır. - Müxtəlif adlar altında (iməcilik, futbol, tədbir, konsert pulları) idarə və təşkilatlardan aylıq rüşvət toplanılır. - Sahibkarlığa kömək fondu tərəfindən sahibkarlara ayrılan kreditin bir hissəsi rayon İcra hakimiyyəti tərəfindən mənimsənilir. - Heç bir məhkəmə qərarı olmadan rayon və kənd mərkəzlərində yerləşən vətəndaşlara məxsus olan sahibkarlıq obyektləri əsassız olaraq sökülür, talan edilir. - Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün gərəkli olan İcra hakimiyyətindən verilən sərəncam üçün xüsusi rüşvət tələb olunur. -İstedadlı gənc kadrları müxtəlif bəhanələrlə idarəçilik sistemindən uzaqlaşdırılır. - Bir çox sahələrdə elmsiz, rəhbərliyin çirkin əməllərini ört- basdır etməyə yarayan insanların dövlət orqanlarında işləməsinə üstünlük verilir. - İcra başçısı işə götürülən şəxslərdən rüşvət alır - Yeni tikilən idarə və müəssisələrdə mal-material və xidmət haqqı şişirdirilir, bu yolla dövlət büdcəsi mənimsənilir. - Vətəndaşlara qarşı törədilən qanunsuz əməllərdə polis gücündən istifadə olunur, bu yolla vətəndaşlar arasında polisin nüfuzuna xələl vurulur. - Baş vermiş cinayət hadisələri Kəngərli rayon Prokurorluğunda ört-basdıt edilir. - Dövlət tərəfindən sahibkarlığın inkişafına dəsdək məqsədilə ayrılan layihələr İcra başçısının yaxın adamlarının adına rəsmiləşdirərək, ayrılan vəsait oğurlanır. - Vətəndaşların iməcilik adı altında istismar edilir, bu yolla yaşıllaşdırma tədbirlərinə ayrılan vəsaitlər mənimsənilir. - Dövlət tərəfindən baytarlıq tədbirlərinin aparılması üçün vəsaiti, tədbirləri aparmadan saxta şəkildə sənədlər tərtib edilərək yeyilir - Rayon ərazisində fəaliyyət göstərən sahibkarlıq obyektlərindən yüksək məbləğdə vergi alındığı halda həmin pulun az bir hissəsi dövlət büdcəsinə ödənilir. Yığılan verginin qalan hissəsi isə aidiyyatı qrumun rəhbərləri tərəfindən mənimsənilir. - Yeni qaz xətlərinin çəkilməsi zamanı mövcud olan köhnə qaz xətti boruları İcra başçısı tətəfindən mənimsənilib, satılır və ya öz biznesi üçün tikdirdiyi obyektlərdə istifadə olunur. Əgər, araşdırmalara başlanılarsa, daha çox faktlar təqdim etməyə hazırıq“