Karqo şirkətlərinin qanunsuz əməllləri - FOTOFAKT
Artıq neçə illərdir ki, Azəraycan vətəndaşları bir çox istehlak məhsullarını onlayn şəkildə xarici ölkələrdən, xüsusən də Türkiyədən sifariş edirlər. Sifarişlərə daha çox geyim məhsulları daxildir ki, insanlar qiymət fərqi, çeşid çoxluğu və s. səbəbdən məhsulları xaricdən almağa üstünlük verirlər.

Bu prosesin nəticəsi olaraq Azərbaycanda son 5-6 ildə karqo şirkətləri yaranmağa başlayıb. İlkin araşdırmamıza görə, hazırda yerli bazarda bu xidməti həyata keçirən onlarla karqo şirkəti mövcuddur. Bu şirkətlərin əsas işi vətəndaşların xarici ölkələrdən sifariş etdiyi məhsulu öz xarici anbarlarına qəbul edib, onların ölkəyə gətirilməsi və müştərilərə çatdırılmasıdır.

Qeyd olunan xidmət sahəsinin həcmi böyüdükcə, zaman -zaman qanunvericilikdə də bu istiqamətdə müəyyən düzəlişlər edilib. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddənin 1.0.8-ci bəndinə əsasən lisenziya – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən təqdim olunan rəsmi sənəddir. Lisenziya yalnız qanunvericiliklə müəyyənləşdirilmiş sahələrdə fəaliyyət göstərəcək şəxslərə verilir. Qanunun 1 nömrəli əlavəsində “sürətli poçt xidməti” lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısına aid edilib.

Burdan belə nəticəyə gəlmək olar ki, xarici ölkələrdən vətəndaşların məhsulunu ölkəyə gətirən bu şirkətlər də lisenziya əsasında faəliyyət göstərməlidir. Lisenziyaların əldə olunması üçün tələb olunan prosedurlardan biri də həmin poçt xidmətinin fəaliyyət göstərdiyi ticarət obyektləri vergi orqanında uçota alınmalıdır.

Ancaq araşdırmamız göstərir ki, bu sahədə fəaliyyət göstərən bir çox şirkətlər qanunu açıq-aşkar çeynəməklə məşğuldur.

Expargo, Mover.az, Kango.az kimi şirkətlərin filial ünvanları bölməsinə nəzər yetirdikdə məlum olur ki, bu şirkətlər yuxarıdakı qanunvericiliyin tələbini pozmaqla müştərilərə xidmət göstərirlər. Belə ki, bu şirkətlər müxtəlif ərazilərdə telefon dükanları, aptek, geyim, ərzaq mağazaları və s ticarət obyektlərinin daxilində müştərilərə poçt xidməti göstərirlər. Bu isə vergi qanunvericiliyinə görə yolverilməzdir.

Bundan başqa, bu kimi hallara görə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci və Cinayət Məcəlləsinin 192-ci maddələrində nəzərdə tutulmuş cərimə tətbiq edilməlidir.

Məsələ ondadır ki, bu şirkətlər qanunsuz fəaliyyət göstərdiklərini gizlətmirlər də. Öz saytlarında qeyri-qanuni fəaliyyət göstərdikləri ticarət obyektlərinin adlarını bir-bir qeyd ediblər, dəqiq küçə adreslərini və telefon nömrələrini də yazıblar.

Bu cür fəaliyyət göstərməklə yuxarıda adı çəkilən şirkətlər qanunvericilikdən yayınmaqla daha çox gəlir əldə etmək niyyətindədirlər. Çünki ölkəmizdə Azərpoçt xidmətinin bütün ölkə böyü daşınmaları həyata keçirmək imkanı var və qeyd edilən Expargo, Mover.az, Kango.az kimi şirkətlər bu imkandan yararlanıb, dövlətin büdcəsinə vəsait köçürməkdənsə, dolayı yollarla öz işlərini görmək və vergidən yayınmaqla məşğuldurlar.

Qaynarinfo məsələ ilə ilə əlaqədar Dövlət Vergi Xidməti ilə əlaqə saxlasa da, suallara cavab almaq mümkün olmayıb. Əməkdaşımız iki gün ərzində quruma etdiyi aramsız zənglər cavabsız qalıb.

Yuxarıda adıçəkilən şirkətlərin də mövqeyini öyrənmək müşkülə çevrilib. Mover.az və Expargo-dan əməkdaşımıza onunla əlaqə saxlayacaqlarını bildirsələr də, bu baş verməyib. Kango.az isə sualları yazılı formada şirkətin email ünvanına göndərməyi xahiş edib. Bu suallara qısa müddət ərzində cavab veriləcəyi deyilsə də, 2 gün ərzində hər hansı şirkətdən hər hansı cavab almaq mümkün olmayıb./Qaynarinfo/
7.png
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2022-12_1671466313_6.png
1671466314_5.png
1671466315_4.png
1671466316_3.png
1671466317_2.png
 
 
 

Əsas təhdid nədir?
SSRİ-nin dağılmasıyla “soyuq müharibə” bitdi və birqütblü dünyada Amerika Birləşmiş Ştatlarının hegemonluğu artdı. Ancaq 2000-ci illərdən başlayaraq Vaşinqtonun çətinlikləri başladı, Rusiya, Çin, Hindistan və Braziliya kimi ölkələr öz bölgələrində fəallıqlarını artdırdılar.
Buna baxmayaraq, Vaşinqton öz liderliyi uğrunda siyasi və diplomatik mübarizəsini davam etdirir. ABŞ prezidenti Co Bayden hesab edir ki, dünyada ABŞ-ın liderliyinə ehtiyac var: “Biz strateji rəqabət şəraitində dünya quruluşunun formalaşdırılması uğrunda mübarizə aparırıq. Biz çağırışlarla üz-üzəyik. Dəyərlərimizi bölüşən tərəfdaşlarımızla təhlükəsiz dünyanı formalaşdırmağa çalışırıq”.
Bu sözləri Rusiya və Çində belə qəbul edirlər ki, onlar ABŞ-ın həm də ona görə rəqibləridir ki, Vaşinqtonun dəyərlərinə zidd siyasət yürüdürlər. Vaşintonda Rusiyadan çox Çini əsas təhdid kimi qiymətləndirirlər. Pekin Vaşinqtonun strateji rəqibidir. ABŞ-ın siyasi və ekspert dairələrində belə bir fikir var ki, Çin beynəlxalq münasibətləri özü istədiyi formada formatlaşdırmağa çalışır. Vaşinqton bunun qarşısını almağa çalışır. ABŞ-ın Çinə qarşı müqavimət siyasəti Donald Trampın prezidentliyi dövründə başladı. Hazırki prezident Co Bayden bu siyasəti davam etdirir. 1970-ci illərdə Pekinlə təmaslara başlayan Vaşinqton düşünürdü ki, bu siyasət nəticəsində zaman keçdikcə Çin dəyişəcək. Ancaq bu baş vermədi və Çin Kommunist Partiyasının rəhbərliyi əksinə ölkələrinin mövqelərini beynəlxalq aləmdə möhkəmlətməyə başladılar. Çin Amerika modelini qəbul etmədi.
ABŞ prezidenti Co Bayden Çinlə mübarizə aparmaqla yanaşı, Pekinlə dialoqdan da imtina etmir. Bayden Çin lideri Si Sinpinlə ara-sıra görüşür və müxtəlif mövzularda fikir mübadiləsi aparır. Bayden Si Sinpinə açıq deyib ki, Vaşinqton Pekinlə həm mübarizə aparacaq, həm də əməkdaşlıq edəcək. İki ölkənin əməkdaşlıq etdiyi sahələdir bunlardır: iqlimin dəyişməsi, qlobal makroiqtisadi sabitlik, səhiyyə və qlobal ərzaq təhlükəsizliyi. Bu iki ölkə arasında bu mövzular ətrafındA məhdud əməkdaşlığı şərtləndirir.
Çinin ABŞ-la mübarizə aparmaq planı yoxdur. Buna baxmayaraq, Pekin müxtəlif ölkələrlə əməkdaşlığında öz qaydalarını tətbiq etməyə çalışır. Si Sinpin Kommunist Partiyasının son qurultayında bu prinsipi belə izah edib: “Çin modernləşmiş aparıcı sosialist dövlətinə çevirməli, beynəlxalq aləmdə çəkimizi artırmalıyıq”. Ancaq bunun özünü Qərbdə təhdid kimi qiymətləndirirlər.
Vaşinqton Pekinin bir başqa siyasətindən də narahatdır. “Bloomberg” agentliyinin məlumatına görə, ABŞ Afrika ölkələrinin Çinə borclarını ödəməkdə çətinlik çəkdiyi üçün borc şərtləri ətrafında şəffaflığın artırılmasını tələb edəcək. Dövlət Departamentinin iqtisadi artım, enerji və ətraf mühit məsələləri üzrə katibi Xose Fernandes deyib ki, Vaşinqton həmçinin “bu ölkələrin xalqlarını sıxışdıran sarsıdıcı borcdan necə çıxa biləcəklərini anlamağa çalışacaq”. Fernandez bu sözləri Vaşinqtonda 40-dan çox dövlət başçısının qatıldığı ABŞ-Afrika Liderləri Sammiti çərçivəsində verdiyi müsahibədə deyib. Prezident Co Bayden ABŞ-ın Çinin milyardlarla dollarlıq sərmayə vasitəsilə nüfuz qazandığı qitə ilə əlaqələrini canlandırmaq istəyir. Çinin ABŞ-dakı səfirliyinin sözçüsü Liu Pengyu isə bildirib ki, Çin inkişaf etməkdə olan ölkələrin, o cümlədən Afrika ölkələrinin üzləşdiyi borc məsələlərinə “böyük əhəmiyyət verir” və onlara “borc təzyiqini” azaltmağa kömək etmək öhdəliyi götürüb.
Kovid Çindən dünya ölkələrinə yayılmağa başlasa da, xəstəlikdən ölənlərin sayı bu ölkə üçün faciəvi olmadı. Əksinə xəstəlik ABŞ-a çatdıqda ölənlərin sayı yüzminlərə çatdı. Xəstəlliyin mənbəyi məsələsi ABŞ-la Çin arasında hələ də fikir ayrılığıdır. Buna baxmayaraq, Pekin xəstəliklə mübarizədə kəskin addımlardan çəkinməyə başlayıb. Çinlilərin bir neçə günlük sərt etirazı Pekini geri addım atmağa məcbur etdi.
“Vaşinqton post” qəzetinini yazdığına görə, Çin "sıfır covid" siyasətini ləğv etməyə başladıqdan cəmi bir həftə sonra, təxminən üç illik qapanmanın sona çatdığını göstərən böyük şəhərlərdə ailələr yeni tapdıqları azadlığa qovuşublar. Ancaq bu azadlıq onlara baha başa gəlib. Çinlilər qorxudan dərman ehtiyatlarını artırıb və ev müalicəsi ilə məşğul olublar. Bu da apteklərdə dərman qıtlığı yaradıb. Apteklərdə qızdırma dərmanları, eləcə də ənənəvi bitki mənşəli dərmanlar tükənib. Məqalədə bir çinliyə iatinad edilərək yazılıb ki, apteklərdən birində satıcı paket dərman onun əlinə qoyaraq “bunu da al, çünki sonra bu da tükənəcək” deyib. Müxtəlif şayiələr Çindəki supermarketlərdə ərzaq qıtlığı da yaradıb.
“Atlas” Araşdırmalar Mərkəzi
Teref.az
 
 
 

Bölmənin digər xəbərləri

23 May 2025  TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...
23 May 2025 AAAF Park-da daha bir özbaşınalıq - BU NƏDİ BELƏ?
23 May 2025 Bakıda məktəb direktoru tərəfindən təhdid edilən müəllimə danışdı – VİDEO
23 May 2025 Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... - VİDEOFAKT
23 May 2025 Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib? VİDEO/FOTO
23 May 2025 General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO) General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO)
22 May 2025 Bakıda məktəbdə insident - Döyülən var
22 May 2025 Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
22 May 2025 Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR
22 May 2025 Sumqayıtda ağaclar kəsildi yerində obyekt tikilir….
22 May 2025 Məktəb direktorundan növbəti 'ŞEDEVR' - VİDEO
22 May 2025 Elçin Babayeb BDU-nun həyətində “Cofeshop” açır?
22 May 2025 Aeroportda gömrükdə çantanı əlindən alıb qaytarmırlar…..
22 May 2025 Bu da memarların tender oyunları - İcazə verin şübhələnək...
22 May 2025 Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – FOTO
22 May 2025 Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR..
21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?
21 May 2025 Bu xəstəxanada rüşvət verməyənlər taleyin ümidinə buraxırlar. VİDEO
21 May 2025 KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
21 May 2025 Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər

Dünyapress TV

Xəbər lenti