Energetika Nazirliyi yanında dövlətin pulu necə “bərpa olunur”? -
Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi bu ayın 12 –də ofis icarəsi ilə bağlı "Azəridmanservis”" MMC və "İnzibati binaların istismarı mərkəzi" MMC ilə müqavilələr bağlayıb. Bu müqavilələr üzrə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi "Azəridmanservis”" MMC-nə 56753 manat, "İnzibati binaların istismarı mərkəzi" MMC –nə isə 23987 manat ödəyəcək.
Olsun, ilk baxışdan qeyri-adi bir nəsnə görünməsə də, Yenixeber.org-a daxil olan məlumatlarda bu əməkdaşlıqların ilginc tərəflərindən bəhs olunur... Məlumata görə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi hər iki müqaviləni müvafiq satınalama müsabiqələri keçirmədən, birbaşa -bir mənbədən istifadə etməklə bağlayıb(?)

Bu əməkdaşlıq barədə məlumatlar dövlət satınalma portalı vasitəsilə ictimaiyyətə açıqlanıb. Amma,... Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə məlumat vermir(?)
“Dövlət Satınalmaları Haqqında” qanuna uyğun olaraq müvafiq satınalama sorğusu baş tutmadan, tələbat və satınalmada bir mənbədən istifadə edilməsi metodunun səbəbləri, eləcə də, görüləcək xidmətlər barədə məlumat verilmədən...(?) Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi tərəflərlə toplam 80740 manatlıq müqavilə bağlayıb!
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi həm də bu əməkdaşlıqların təfərrüatını açıqlamır(?) Maraqlıdır ki, dövlət satınalma portalında da, müqavilənin predmeti, gerçəkləşdiriləcək əməkdaşlıqlarla bağlı heç bir məlumat yoxdur(?) Baxmayaraq ki, dövlət qurumu olaraq şəffaflığı təmin etmək, ölkə ictiamiyyətinə dəqiq, dolğun məlumat vermək Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin də, vəzifə borclarından biridir...

Xüsusi ilə ölkəmizin indiki məlum, maliyyə-iqtisadi durumunda bu məsələ dövlət yetkililərinin məsuliyyətini birə beş artırmış olmalıdır. Həm də, nə az, nə çox söhbət dövlətin 80740 manatıdan gedir...

***

Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanı ilə qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 5000 manatadək olan satınalmalar müqavilə, 5000-50000 manat arası satınalmalar kotirovka sorğusu metodu, qiyməti 50000 manatdan çox olan işlərin, malların və xidmətlərin satınalınması istisna yoxdursa, açıq tender üsulu ilə həyata keçirilir...

Elə isə sual olunur: Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi nədən bu qanunu “unudub” və müvafiq satınalam sorğusu baş tutmadan hansısa şirkətlərlə birbaşa müqavilə bağlayıb? Hansı işlərin görüləcəyi haqqında da, heç bir məlumat açıqlamadan(?) Niyə nəzərdə tutulan əməkdaşlığın detalları açıqlanmır? Burada hansı bir istisna mümkündür ki? Və s.
Amma suallar bununla bitmir...Biz Yenixeber.org olaraq bu və digər suallara aydınlıq gətirmək məqsədi ilə tərəflərlə əlaqə yaratmağa çalışdıq.
Bu ayın 12 -də Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru cənab Cavid Abdullayevə elektron sorğu ünvanladıq. 4 gün sonra qarşı tərəfdən cavab gəldi: Nəzərinizə çatdırırıq ki, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin "AZƏRİDMANSERVİS" MMC ilə aktiv müqaviləsi yoxdur.
Buna nə dərəcədə cavab demək mümkündürsə,... Əvvəla, təkrar qeyd edək ki, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin ofis icarəsi ilə bağlı "Azəridmanservis”" MMC ilə 12.12.2022 –ci il tarixdə 56753 manatlıq müqavilə bağlaması haqqında Dövlət satınalmalarının vahid internet portalında da bir mənbədən istifadə edilməsi ilə bağlı məlumat yerləşdirilib. Digər tərəfdən, bizim cavab almaq istədiyimiz suallar bugünədək niyə cavabsız qalır?
Hörmətli Cavid müəllim bizimlə telefonla danışsa da, suallarımızdan yayındı... Sonda online deyil, rəsmi sorğu ünvanlamağımızı təklif etdi. Müasir jurnalistikanın operativliyini, online sorğunun da məlum qayda və prinsiplərə uyğun olduğunu xatırlatsaq da nəticə olmadı... Önəmli olanı sualların hansı formada ünvanlanması deyil, cavab vermək istəyi, toplanmasında bizim ödənişlərimizin də yer aldığı dövlətin pulunun necə xərclənməsinə aydınlıq gətirməkdir!

***

Paralellik aparmaq niyyətində olmasaq da, xatırladaq ki, bir il əvvəl həbsə atılan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq rəhbəri Vüqar Səfərliyə qarşı korrupsiya ittihamlarında biri də ofis icarəsi ilə bağlı idi... Məlum olmuşdur ki, Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq qurumun fəaliyyətinin təşkili üçün inzibati bina üzrə münasib yerin ayrılması və ya qeyri-yaşayış sahəsinin aşağı qiymətlərlə icarəyə verilməsi üçün Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilən qanuni prosedurlara qəsdən əməl etmədən, həmin Fondun maliyyələşməsinin həyata keçirildiyi dövlət büdcəsindən ayrılmış vəsait üzrə icarə xərclərinin özünün əvvəllər sədri olduğu, sonradan isə özünə yaxın şəxslərin fəaliyyətlərinə faktiki nəzarəti həyata keçirməkdə davam etdiyi şirkətlərə, habelə yaxın münasibətdə olduğu digər şəxslərə gəlir qismində verilməsinə nail olmaqdan ötrü həmin şəxslərin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən müəssisə binasının 3-cü mərtəbəsinin Fondun inzibati istifadəsinə verilməsi məqsədilə maddi baxımdan Fond üçün daha ağır şərtlərlə icarəyə götürülməsinə dair müqavilələr bağlayıb, 2011-2019-cu illər ərzində cəmi 812 min manat məbləğində pul vəsaitini icarə haqqı adı ilə köçürməklə dövlət büdcəsinə külli miqdarda ziyan vurub.

***

Digər tərəflər - "Azəridmanservis”" MMC və "İnzibati binaların istismarı mərkəzi" MMC ilə isə heç bir əlaqə yaratmaq mümkün olmadı. Heç də az olmayan dövlət vəsaitinə iddialı bu qurumlarla bağlı internet üzərindən əldə etdiyimiz vasitələrlə əlaqə yarada bilmədik...
(Mövzunun davamı olacaq.)
Yazıda adları yer alan tərəflərin cavab haqqını tanıyırıq.
//Yenixeber.org//
 

Bölmənin digər xəbərləri

23 May 2025  TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...
23 May 2025 AAAF Park-da daha bir özbaşınalıq - BU NƏDİ BELƏ?
23 May 2025 Bakıda məktəb direktoru tərəfindən təhdid edilən müəllimə danışdı – VİDEO
23 May 2025 Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... - VİDEOFAKT
23 May 2025 Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib? VİDEO/FOTO
23 May 2025 General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO) General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO)
22 May 2025 Bakıda məktəbdə insident - Döyülən var
22 May 2025 Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
22 May 2025 Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR
22 May 2025 Sumqayıtda ağaclar kəsildi yerində obyekt tikilir….
22 May 2025 Məktəb direktorundan növbəti 'ŞEDEVR' - VİDEO
22 May 2025 Elçin Babayeb BDU-nun həyətində “Cofeshop” açır?
22 May 2025 Aeroportda gömrükdə çantanı əlindən alıb qaytarmırlar…..
22 May 2025 Bu da memarların tender oyunları - İcazə verin şübhələnək...
22 May 2025 Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – FOTO
22 May 2025 Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR..
21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?
21 May 2025 Bu xəstəxanada rüşvət verməyənlər taleyin ümidinə buraxırlar. VİDEO
21 May 2025 KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
21 May 2025 Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər

Dünyapress TV

Xəbər lenti