Ardını oxu...
 
Şəmkir rayonu Çinarlı qəsəbəsi Natiq Süleymanov adına 2i sayılı orta məktəbin ibtidai sinif müəllimi Məmmədova Sədaqət Yolçu qızı tərəfindən saytımiza onun əsassız olaraq sinifinin əlindən alınması ilə bağlı şikayəti daxil olub.

Belə ki, şikayətçi qeyd edir ki, onun 18 illik müəllimlik təcrübəsi var, iki diplomu var, müəllimlərin diaqnostik qiymətləndirilməsindən keçib və onun sinifi əsassız olaraq əlindən alınaraq başqa müəllimə verilməyə çalışılır. Şikayətçi qeyd edir ki, məsələ ilə bağlı Şəmkir rayonu üzrə təhsil sektorunun müdiri Qüdrət Əliyevə bu vəziyyətə aydınlıq gətirməsini tələb edib, o isə onluq bir şey olmadığını bildirib. Regional Təhsil İdarəsinə müraciət etməsini deyib. Regional Təhsil İdarəsi isə onlarlıq bir şey olmadığını bildiriblər. Bir sözlə aidiyyatı qurumlar müəllimə doğru-düzgün izahat verə bilmir. Şikayətçi Məmmədova Sədaqət Yolçu qızı çarəsiz vəziyyətdə bu özbaşınalığa aydınlıq gətirilməsini və Elm və Təhsil Nazirliyini bu məsələyə diqqət ayırmasını xaihiş edir.

Dunyaninsesi.Az

 

XalqXeber.Az
Ardını oxu...
Göyçay rayonu Hacağabəyli kənd sakinləri tərəfindən

ŞİKAYƏT

Uzun müddət idi ki, Göyçay rayonu Hacağabəyli kənd sakinləri qazsızlığıa görə çox əziyyət çəkirdi.Sovetlər dönəmində kəndimizə qaz xətti çəkilib əhali istifadə edib. Ancaq 1994-cü il tarixdə kəndin qaz xətti ləğv edildi deyə sakinlər qazsız qalı.Buna görə çox əziyyət çəkirdik həyətlərdəki meyvə ağaclarını kəsib odun kimi istifadə etmişik, hər il odun almağa görə zülm çəkmişik. Sağ olsun preziident cənab İlham Əliyevin tapşırığı əsasında 2022-ci ilin yanvar ayı tarixlində Göyçay rayonu Hacağbəyli kəndinə qaz xətti çəkildi.Ancaq istifadəyə vermirlər ki, sayğacı öz vəsaitimiz hesabına almalıyıq.Bir sayğacın qiymətini isə 282 manat deyirlər.Buna isə bizim maddi imkanımız yoxdur.Ancaq nazirlər kabinetinin qərarı var ki, bir kəndə qaz xətti çəkilməsi üçün lahiyə-smeta tərtib edilibsə sayğacda daxil olmaqla bütün işlər dövlətin vəsaiti hesabına aparılmalıdır.
“Azərqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsindən və Göyçay Qaz Sahəsindən bizə bildirirlər ki, sayğacı dövlət vəsaiti hesabına yox öz vəsaitiniz hesabına almalısınız.Biz bunun yalnış olduğunu bilirik. Hacağabəyli kəndində 60-dan çox təsərrüfat var.Əhalinin əsas məşğuliyyəti əkinçilik və meyvəçilikdir.Bizim kəndin qazı olmadığı üçün təsərrüfatlardakı bütün meyvə ağaclarını kəsib odun kimi istifadə etmişik.Bu səbəbdən yoxsul vəziyyətdəyik.Kəndimizdə vətən müharibəsi iştirakçıları var.Əhalinin əksər hissəsi işsizdir.Maddi imkansızlığa görə qarşıdan gələn soyuqlara görə odun tədarükü edə bilməmişik. Çox sevindik ki, kəndimizə qaz xətti çəkildi və əziyyət çəkməkdən qurtulduq.Ancaq bizə qaz sayğacının pulla satılması xəbərinə çox məyus olduq.Buna baxmayaraq ümüdümüzü üzmədik , ona görə kİ. Azərbaycan Respublikasının İlham Əliyev kimi qayğıkeş prezidenti var.

Buna görə biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və “Azərqaz” İstehsalat Birliyinin baş direktoru cənab Ruslan Əliyevə müraciət edirik.Xahiş edirik Göyçay rayonu Hacağabəyli kənd sakinlərinin yoxsul vəziyyətdə yaşamsını və qarşıdan soyuqların gəlməsini nəzərə alıb evlərimizə qaz sayğacının dövlət vəsaiti hesabına tətbiq edilməsinə köməklik göstərəsiniz.

İmza; Göyçay rayonu Hacağabəyli kənd sakinləri
Vətən müharibəsi veteranı Səfərov Kamil Famil oğlu (050) 395-79-18
Vətən müharibəsi veteranı Ədalət Şamil oğlu (050) 713-74-84
Vətən müharibəsi veteranı.Xasıyev Vüsal Bahadur oğlu (010) 811-42-76
Vətən müharibəsi veteranı Xasıyev Ramazan Ələddin oğlu (050) 502-30-01
Vətən müharibəsi veteranı Quliyev Orxan Elman oğlu (070) 547-97-48
Fətəliyev Eldar Asib oğlu
Xasıyev Qadir Bahadur oğlu
Fətəliyev Rafiq Xudu oğlu
Fətəliyev Elməddin Eldəniz oğlu
Fətəliyev Ağaismayıl Xudu oğlu

 
 
 
Ardını oxu...
Dünən Bakı Dövlət Universitetinin tələbəsi Nərgiz Şərifzadə təhsil aldığı ali təhsil müəssisəsi ilə bağlı sosial şəbəkə hesabında yazdığı statusda universitetdəki mövcud vəziyyəti və qanunsuzluqları ictimailəşdirib. Bir çox elektron kütləvi informasiya vasitələrində də yayılan paylaşımda deyilir ki,

“Artıq 4-cü ildi ki, Bakı Dövlət Universitetində hüquq “təhsili” alırıq. Universitetin illik təhsil haqqı ( hüquq fakültəsi üçün) 4500 AZN təşkil edir. Bu məbləği 1-2 nəfər vermir, 300 nəfərdən 100-ü ödənişli oxuyursa toplanılan məbləği hesablamaq çətin deyil.

Bəs yaxşı bu məbləğin qarşılığında necə təhsil alırıq?

1. Sinif otaqlarında smart lövhələr əvəzinə sıradan lövhələr var hansı ki, heç istifadə olunmur, çünki istifadəsi bizə kifayət etmir.
2. Hava isti olanda özümüzü dəftərlə yelləməkdən dərsə fokuslana bilmirik. Otaqlarda kondisioner yoxdu, olanlardan da istifadə olunmur.
3. Tələbələr universitet tərəfindən kitabla təmin olunmur. Kitabları məcbur özümüz tapmalı oluruq (elektron yaxud ksereks). Tapmaq qalsın bir qırağa bəzi müəllimlər məcburi kitab aldırır. Əgər bir fəndən iki müəllim dərs deyirsə hər ikisinin kitabını almaq lazımdı. Keçən il bir müəllim hər dərsin yarım saatını öz kitabının reklamına ayırırdı. Hər dəfə də gözucu yoxlayırdı ki görsün kim kitab almayıb.
Bütün bunları ümumiləşdirib bir sual vermək istəyirəm, #4500haragedir?

P.S bunlar sadəcə maddi məsələlərlə bağlı problemlərdir, hamısını saymalı olsaq aldığımız təhsildə problemlər daha çoxdur”.

Universitetin başqa bir tələbəsi isə etdiyi paylaşımda qeyd edir ki, “2700 ödəyirik. “Müəllim utanmasa illuminatidən (?-red) masonlardan danıçacaq. Dərs keçdiyimiz neçə otaqda qapının qulpu qırıq idi, pəncərə bağlanmırdı, lövhə isə…”

Tələbələrin tutduğu bu iradlar və haqlı olaraq qoyduğu suallar hər kəsi düşündürməyə bilmir. Həqiqətən də. bu pullar hara gedir? Paylaşımlardan da göründüyü kimi, tələbələr o qədər də böyük, qlobal problemlərdən şikayətçi deyillər. Sinif otaqlarında smart lövhələr əvəzinə sıradan lövhələr var hansı ki, heç istifadə olunmur, kondisioner yoxdu, olanlardan da istifadə olunmur, neçə otaqda qapının qulpu qırıq idi, pəncərə bağlanmırdı və sair. Göründüyü kimi bunlar adı problemlərdir. Bakı Dövlət Universiteti isə bu kimi kiçik məsələlərin həllinə hər il külli miqdarda vəsait ayırır.

Aktualinfo.org Bakı Dövlət Universiteti tərəfindən təhsil müəssisəsinin təmiri və avadanlıqların alınması üçün son illər satınalmalar yolu ilə ayırdığı vəsaitlər ətrafında araşdırma aparmışdır. Qeyd etdiyimiz kimi, araşdırmalardan da məlum olur ki, universitet hər il bir sıra xidmətlərin və malların satınalmasına külli miqdarda vəsait ayırır. Onlardan bəzilərini təqdim edirik.

Bakı Dövlət Universiteti üçün İKT avadanlıqları və aksesuarlarının satın alınması üzrə keçirilmiş tenderdə “AE UNION” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 09.08.2022-ci ildə 1 131 138.47 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Bakı Dövlət Universitetində xarici və daxili tərtibat işlərinin satın alınması üzrə keçirilmiş tenderdə “CİHAN REKLAM AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 26.07.2022-ci ildə 169 983.25 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Bakı Dövlət Universiteti üçün bir sıra mal-materialların və texniki ləvazimatların satın alınması üzrə keçirilmiş tenderdə “TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 15.07.2022-ci ildə 717 332.9 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Bakı Dövlət Universitetində “Code Academy” tərəfindən tədrisin təşkili üçün xüsusi auditoriyaların hazırlanması, eləcə də İKT avadanlıqları və inventarların satın alınması üzrə keçirilmiş tenderdə “BESTCOMP GROUP” Qapalı Səhmdar Cəmiyyəti ilə 29.03.2022-ci ildə 488 654.52 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Bakı Dövlət Universitetinin Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi üçün mal-materiallar, avadanlıq, cihaz, mebel, inventar, ehtiyat hissələri və alətlərin satınalınması üzrə keçirilmiş tenderdə “AZECOLAB” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 23.02.2022-ci ildə 330 656.06 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Bakı Dövlət Universitetinin qazanxana bina və avadanlıqlarının,sanitariya qovşaqlarının əsaslı təmiri işlərinin satın alınması üzrə keçirilmiş tenderdə “VEST-LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 26.08.2021-ci ildə 172 601.81 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

İKT avadanlıqlarının, aksesuar və ehtiyat hissələrinin satınalınması üzrə keçirilmiş tenderdə “İNFİNİTECH”Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 17.08.2020-ci ildə 1 387 920.24 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Bakı Dövlət Universiteti üçün inventarların satınalınması üzrə keçirilmiş tenderdə “İDEAL OFFİCE” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 17.08.2020-ci ildə 250 160 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Bakı Dövlət Universitetinin yataqxana binasının əsaslı təmiri işləri üzrə keçirilmiş tenderdə “STAR CONSTRUKTİON-12” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 27.07.2020-ci ildə 4 196 772.56 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Dəftərxana ləvazimatlarının alınması üzrə keçirilmiş tenderdə “A4 PLAZA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 10.06.2020-ci ildə 333 180.32 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Təsərrüfat mallarının satınalınması üzrə keçirilmiş tenderdə “Stone Construction” Qapalı Səhmdar Cəmiyyəti ilə 18.03.2020-ci ildə 272 320.7 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Bunlar Bakı Dövlət Universiteti tərəfindən 2020-2022-ci illərdə təhsil müəsisəsində əsaslı təmiri işlərinin, İKT avadanlıqlarının aksesuar və ehtiyat hissələrinin, inventarların, təsərrüfat mallarının,mal-materiallar,avadanlıqların, satın alınması üçün ayrılmış vəsaitlərdir. Qoy tələbələr elə bilməsin ki, universitet bu məqsədlərlə vəsait ayırmır. Ayırır, həm də külli miqdarda. Göründüyü kimi təkcə 2020-2022-ci illərdə yuxarıda sadaladığımız işlərin satınalmasına ümumi olaraq 9 450 720 manat vəsait ayırıb. Bəs onda universitetin sinif otaqlarında nə üçün smart lövhələr yoxdu, kondisionerlər yoxdu və yaxud işləmir, otaqlarda qapıların qulpu niyə qırıq, pəncərələr niyə bağlanmır? Hara gedir bu ayrılan pullar?
Ardını oxu...
Qeyd edək ki, yuxarıda göstərdiklərimiz Bakı Dövlət Universiteti tərəfindən keçirilmiş tenderlərin bir qismidir. Son illərdə universitet tərəfindən elmi konfransların keçirilməsinə, beynəlxalq tədbirlərin təşkilinə, mühafizə xidmətinin və bir çox işlərin satınalınmasına hər il külli miqdarda vəsait ayrılır. Onu da qeyd edək ki, “STAR CONSTRUKTİON-12”, “Stone Construction”, “VEST-LTD”, “TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA” kimi şirkətlər ayrı-ayrı adamların adına yaradılmış, amma bir nəfərə məxsusdur. Hansı ki, bu barədə dövrü mətbuatda kifayət qədər geniş məlumatlar var. Hansı ki, bu şirkətlər iş görməkdə deyil, “otkat” qaytarmaq üzrə püxtələşib və məşhurlaşıblar.

Məlum olduğu kimi Bakı Dövlət Universitetinə uzun illər Abel Məhərrəmov rektorluq edib. Sabiq rektorun bu təhsil ocağından yığdığı pullar vasitəsi ilə əldə etdiyi dəyəri milyonlarla manatla ölçülən obyektlər, mülklər, xarici ölkələrdəki evlər, barədə sosial şəbəkələrdə və elektron kütləvi informasiya vasitələrində demək olar ki, günaşırı yeni məlumatlar yayılır. Universitetin hazırki rektoru Elçin Babayev isə bu vəzifəyə 2019-cu ilin mart ayından təyin olunub. Cəmi üç ildir bu vəzifə başında oturmasına baxmayaraq görsənən odur ki, Elçin Babayev də sabiq rektorun yolu ilə getməyə üstünlük verir. Elə deyilsə, yuxarıda təqdim etdiyimiz tenderlərə ayrılan vəsaitlərin hara getdiyinə aydınlıq gətirsin. Bununla Elçin Babayev həm də tələbələrinin qaldırdığı suallara aydınlıq gətirmiş olacaq.

 
 
 
Ardını oxu...
“Axı bu, necə olur? Mən hardasa qeydiyyatda olmalıyam axı. Bu vətənə görə cavan canımda qəlpələr daşıyıram, bütün sağlamlığımı itirmişəm, sizə medallarımı da çəkib göndərəcəm. Bəs necə olur ki, indi məni vətəndaş olaraq bu ölkədə qeydiyyata almırlar? Vuruşmuşam ki, öz ölkəmdə rahat yaşayım, ancaq yaralanıb, havadan asılı qalmışam”.

Bunu Meydan TV-yə Bakı sakini Ağası Hüseynzadə deyir. Müharibənin ilk günlərində – 4 oktyabr 2020-ci il tarixində Tərtərdə hərbi xidmət keçərkən yaralanıb, qarın boşluğuna qəlpə dolub. Hərbi xidmətdən qayıtdıqdan sonra özünə iş tapa bilmir. Tapdıqlarısa ağır şərtlər altında olduğuna görə sağlamlığı bu işlərdə 1-2 gündən artıq işləməyə yol vermir. Həm görməyən gözü, həm qarnındakı qəlpələr, həm də yaşayış qeydiyyatının olmaması onu işsiz qoyub.
Ardını oxu...
“Bir neçə gün əvvəl işə düzəldim, ancaq dedilər, bağışla, işçi kimi tələblərə cavab vermirsən, get, əvvəl sağlamlığını bərpa elə. Özümə təzədən iş axtarmağa başladım, gözətçi işi tapdım. Bu dəfə sənədləşmə məsələsində problemlə qarşılaşdım”, – şikayətçi deyir.

Onun sözlərinə görə, vaxtilə yaşadığı mənzildən qeydiyyatdan çıxarılıb və başqa yerdə yaşayış qeydiyyatında olmadığı üçün onu işə götürmürlər:

“Yaşadığım mənzil bir müddət əvvəl satılıb, mənzilin yeni sahibi məni qeydiyyatdan çıxarıb. Mən də müvəqqəti yaşayış qeydiyyatına düşmək üçün faktiki yaşadığım ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinə müraciət etmişəm. Bildirdilər ki, bir müddətdir vətəndaşların polis idarəsinin ünvanına müvəqqəti qeydiyyata düşməsi dayandırılıb, qeydiyyatda olanlarınsa qeydiyyatları ləğv edilib. Qeydiyyatım olmasa, mənim kimliyimin yenilənməsi də mümkün olmayacaq. Bu kimliklə mən nə əlillik, nə pensiya, nə də iş üçün müraciət edə bilməyəcəm. Belə çıxır ki, uğrunda yaralandığım ölkəmdə mənə yer yoxdur”.

Ağası Hüseynzadə deyir, qarnında qəlpələrlə ömrünün ən gənc illərini küçələrdə avara-sərgərdan dolaşmaqla keçirir. Bir gözü tamamilə görmür, qaş qaralanda getdiyi yolda gözü ayağının altını görmədiyi üçün dəfələrlə kanalizasiya quyusuna düşüb. Bir tərəfdən də qarın boşluğundakı qəlpələr ona əziyyət verir. Özünün sözlərinə görə, iki il əvvəl əlilliyin təyin edilməsi üçün müraciət edib, get-gələ salıblar, “şirinlik” verə bilmədiyi üçün sənədlərini qoltuğuna veriblər.
Ardını oxu...
Başqa vətəndaş – Səfər Babayev də uzun illərdir müvəqqəti qeydiyyatda olduğu polis idarəsində xəbərdarlıq olunmadan qeydiyyatdan çıxarıldığını deyib. O, bundan sənədləşmə işinə görə ASAN Xidmətdə olarkən xəbər tutub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, vətəndaşların polisin inzibati binalarından müvəqqəti qeydiyyatdan çıxarılaraq, onların faktiki yaşayış yeri üzrə qeydiyyata salınması, ilk növbədə, həmin şəxslərin özləri üçün çox vacib olan hüquqi prosedurdur:

“2000-ci illərin əvvəllərində yaşayış yeri olmayan, məhkəmə qətnaməsi əsasında qeydiyyatdan çıxarılan, mülkiyyət hüququnu təsdiqləyən sənədi olmayan evlərdə yaşayan və bu kimi digər kateqoriyadan olan şəxslər polisin inzibati binalarında müvəqqəti qeydiyyata alınırdılar. Hazırkı araşdırmalar göstərir ki, ötən dövrdə həmin şəxslərin bir çoxu sonradan müvafiq sənədləri olan evlərə, mənzillərə köçsələr də, polisin inzibati binalarından qeydiyyatdan çıxarılmayıb və ya bu barədə polis orqanlarına məlumat verilməyib. Ona görə də vətəndaş qeydiyyatı uçotunun dəqiqliyini təmin etmək, bu sahədəki pərakəndəliyi aradan qaldırmaq məqsədilə müvafiq tədbirlər həyata keçirilir”.

DİN açıqlamasında daha sonra qeyd olunur ki, bu hüquqi proseduru zəruri edən səbəblərdən biri də hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə, boşanma və başqa məsələlərdə inzibati binalarda qeydiyyatda olan şəxslərlə bağlı digər dövlət qurumlarından polis orqanlarına sorğular daxil olduqda həmin şəxslərin tapılmasında çətinliyin yaranmasıdır:
Ardını oxu...
“Artıq bu kateqoriyadan olan vətəndaşlarımızın faktiki yaşayış yerlərinin və ya başqa ünvana qeydiyyata düşməyə imkanlarının olub-olmaması araşdırılır. Şəxsin faktiki yaşayış yeri və ya başqa ünvana qeydiyyata düşmək imkanı varsa, o polisin inzibati binasından qeydiyyatdan çıxarılaraq olduğu yer üzrə qeydiyyata alınır. Bu prosedurun icrası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna uyğun şəkildə təmin edilir”.

Hüquqşünas Namizəd Səfərov polis idarələrində vətəndaşların müvəqqəti yaşayış qeydiyyatına düşməsinin ləğvini qanunsuz sayır. Onun sözlərinə görə, vətəndaşın yaşayış üzrə daimi və ya müvəqqəti qeydiyyatı olmayanda o, bəzi zəruri xidmətlərdən məhrum olur, məsələn, pensiya ala, tibbi sığortadan istifadə edə bilmir:

“Yaşayış yeri olmasa, ilk olaraq şəxsiyyət vəsiqəsi verilmir və ya şəxsiyyət vəsiqəsini dəyişmək zamanı çatanda şəxs bunu edə bilməyəcək. Azərbaycanda isə işə girəndə, tibbi müəssisədə qeydiyyata düşəndə, pensiya almaq istəyəndə və bu kimi bir çox yerdə şəxsiyyət vəsiqəsi tələb edilir. İndi daimi qeydiyyata düşmək üçün heç yerdə evi olmayanlar nə etsinlər, bu suala cavab yoxdur”.
 
Ardını oxu...
Bu deyim ulularımızdan qalıb "Qulaq gündə bir söz eşitməsə kar olar".
Uzun müddətdir ki, həkimlərin yaş həddi ilə bağlı mətbuatda böyük müzakirələr aparılır. 65 yaşdan yuxarı həkimlərin, həkimlik vəzifələrinin və vəzifə tutma qabiliyyətlərinin olmaması göstərilir.
Xatırladaq ki, Nərimanov rayonu ərazisində 5 saylı xəstəxana kimi tanınan müalicə müəssisəsi vardır.
Təbib yarandıqdan sonra bir neçə poliklinikalar bu xəstəxananın tərkibində birləşdilər.
Əlillik dərəcələrinin təyin olunması bu poliklinikaların səlahiyyətində oldu. 5 saylı xəstəxanaya isə dostları arasında "012 Diskover Fazil" kimi tanınan, Fazil doktoru baş həkim təyin etdilər.
Vaxtilə rayonlardan alma gətirib satan dostları deyir ki, bu gün Fazil doktor Səhiyyə Nazirliyində söz sahibidir.
Biz də öz növbəmizdə kiçicik bir araşdırma apararaq gördük ki, bu gün saat 14 radələrində Fazil doktorun adamları Nərimanov rayonunda yerləşən 8 saylı poliklinikaya, 67 yaşlı 18 saylı poliklinikanın baş həkimi Şəhla Məmmədovanı baş həkim təyin ediblər. O Şəhla Məmmədova ki, 18 saylı poliklinikada Solmaz xanımın yanında işləyirdi. Və sonradan Solmaz xanım 2 saylı poliklinikaya baş həkim gedəndə, Şəhla Məmmədovanı o zamankı Səhiiyyə nazirinin ən sevimli müavini olan Nigar xanımın yanına aparır və həmin gündən etibarən Şəhla Məmmədovanın vəzifədə irəlliləmək prossesləri başlayır. Bu gündə Təbibin hüquqşünası ilə bərabər 8 saylı poliklinikaya gələn 4 nəfər vəzifəli şəxsin içərisində Şəhla Məmmədova da olub.
Redaksiyamıza məlumat verən mənbə onu da bildirir ki, poliklinikaya daxil olan şəxslər hal-hazırda baş həkim səlahiyyətlərini icra edən şəhid ailəsi, 55 yaşlı həkim Gülnarə Əfəndiyevaya veşlərini yığışdır sənin yerinə baş həkim təyin olunub.
Budur, 55 yaşlı hələ təqaüd vaxtına 10 il qalmış bacarıqlı həkimin yerinə, 67 yaşlı təqaüdçü, vaxtı 2 dəfə uzadılmış poliklinika müdiri daha böyük poliklinikaya rəhbər təyin edilir.
Görəsən, bu məsələdən Səhiyyə naziri Teymur Musayevin, Təbib rəhbəri Vüqar Qurbanovun xəbəri varmı?
Mövzunu diqqətdə saxlayacağıq, araşdırmamız davam edir.
P.S. 55 minlik 2-ci mərtəbənin təmir işləri ilə Səhiyyə Nazirliyinə, 200 minlik vəsaitlə baş həkim olan Gülmirzənin dostu kimdir?
gundelik baki.com
 
 
 
Ardını oxu...
DİA.AZ: - "Azərbaycan Dəmir Yolları" QSC-nin Mühafizə Departamentinin əməkdaşları çətin durumda qalıblar. DİA.AZ bildirir ki, onlardan haqsız olaraq pul tələb olunur və buna etiraz edəndə rəhbərlik tərəfindən təzyiqlərə məruz qalırlar.

Şikayətçi ADY əməkdaşlarından birinin verdiyi açıqlamada qeyd olunur ki, o, rəhbərlik tərəfindən rəsmən şərlənib" "Məndən şikayət yazıblar ki, guya mən qarovul rəisinin köməkçisini təhqir eləmişəm. Halbuki belə bir şey olmayıb. Məni tamam başqa səbəbə görə, cəzalandırmaq istəyirlər..."

Daha ətraflı aşağıdakı videoda:



İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
 
 

Bu deyim ulularımızdan qalıb "Qulaq gündə bir söz eşitməsə kar olar".

 
Uzun müddətdir ki, həkimlərin yaş həddi ilə bağlı mətbuatda böyük müzakirələr aparılır. 65 yaşdan yuxarı həkimlərin, həkimlik vəzifələrinin və vəzifə tutma qabiliyyətlərinin olmaması göstərilir.
Xatırladaq ki, Nərimanov rayonu ərazisində 5 saylı xəstəxana kimi tanınan müalicə müəssisəsi vardır.
Təbib yarandıqdan sonra bir neçə poliklinikalar bu xəstəxananın tərkibində birləşdilər.
Əlillik dərəcələrinin təyin olunması bu poliklinikaların səlahiyyətində oldu. 5 saylı xəstəxanaya isə dostları arasında "012 Diskover Fazil" kimi tanınan, Fazil doktoru baş həkim təyin etdilər.
Vaxtilə rayonlardan alma gətirib satan dostları deyir ki, bu gün Fazil doktor Səhiyyə Nazirliyində söz sahibidir.
Biz də öz növbəmizdə kiçicik bir araşdırma apararaq gördük ki, bu gün saat 14 radələrində Fazil doktorun adamları Nərimanov rayonunda yerləşən 8 saylı poliklinikaya, 67 yaşlı 18 saylı poliklinikanın baş həkimi Şəhla Məmmədovanı baş həkim təyin ediblər. O Şəhla Məmmədova ki, 18 saylı poliklinikada Solmaz xanımın yanında işləyirdi. Və sonradan Solmaz xanım 2 saylı poliklinikaya baş həkim gedəndə, Şəhla Məmmədovanı o zamankı Səhiiyyə nazirinin ən sevimli müavini olan Nigar xanımın yanına aparır və həmin gündən etibarən Şəhla Məmmədovanın vəzifədə irəlliləmək prossesləri başlayır. Bu gündə Təbibin hüquqşünası ilə bərabər 8 saylı poliklinikaya gələn 4 nəfər vəzifəli şəxsin içərisində Şəhla Məmmədova da olub.
Redaksiyamıza məlumat verən mənbə onu da bildirir ki, poliklinikaya daxil olan şəxslər hal-hazırda baş həkim səlahiyyətlərini icra edən şəhid ailəsi, 55 yaşlı həkim Gülnarə Əfəndiyevaya veşlərini yığışdır sənin yerinə baş həkim təyin olunub.
Budur, 55 yaşlı hələ təqaüd vaxtına 10 il qalmış bacarıqlı həkimin yerinə, 67 yaşlı təqaüdçü, vaxtı 2 dəfə uzadılmış poliklinika müdiri daha böyük poliklinikaya rəhbər təyin edilir.
Görəsən, bu məsələdən Səhiyyə naziri Teymur Musayevin, Təbib rəhbəri Vüqar Qurbanovun xəbəri varmı?
Mövzunu diqqətdə saxlayacağıq, araşdırmamız davam edir.
P.S. 55 minlik 2-ci mərtəbənin təmir işləri ilə Səhiyyə Nazirliyinə, 200 minlik vəsaitlə baş həkim olan Gülmirzənin dostu kimdir?
 //gundelik-baku.com//

 

XalqXeber.Az
 
Ardını oxu...
 

Xatırladaq ki, hələ iki il bundan əvvəl Fəyyaz Ələkbərov adlı şəxs MİDA yaşayış kompleksindən ev almaq istəyərkən fırıldaqla üzləşdiyini bildirirdi. Şikayətçinin sözlərinə görə, bütün maxinasiyaların başında dayanan Kamil Hüseynov adlı şəxs bir neçə mənzil tikinti kooperativinin sahibi, həmçinin dövlət orqanlarından birində səlahiyyətli şəxs olduğundan polis bu işi düzgün araşdırmır. Araşdırmalardan bəlli olur ki, Kamil Hüseynov və qardaşları tikinti sektorunda bir neçə şirkətə sahibdirlər. K.Hüseynov “Akkord Azər-Yurd” MMC-nin sahibi, “Azər-Yurd” MMC-nin və “Deutsche Fassaden Technologien” MMC-nin direkoru olubdu. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytında 2019-cu ildə Kamil Hüseynova “Çinar” MTK adından tiktinti aparması üçün icazə alındığı qeyd olunur. Digər qardaş Vaqif Hüseynov isə 2007-ci ildə qeydiyyata alınan “KOMBARO-AZERLAND” MMC-nin qanuni təmsilçisi, 2005-ci ildə qeydiyyata alınan “DİZAYN” MTK-nın direktoru olub.
Aktualxeber.az-a daxil olan məlumata görə hələ “Akkord”da əvvəlcə istehsalat departamentinin direktoru, sonra isə rəhbər işləyən zaman Kamil Hüseynov tərəfindən milyonlarla dövlət vəsaiti mənimsənilibdi. Bir faktı qeyd edək ki, Elçin Bədəlovun “Akkord”a rəhbərlik etdiyi dövrdə Azərbaycan Beynəlxalq Bankından götürülmüş yarım milyard manatdan çox kredit bölgələrdə müxtəlif layihələr adıyla su-kanalizasiya departamentinin rəhbəri Fariz Cəmilli və istehsalat departamentinin direktoru Kamil Hüseynov tərəfindən mənimsənilmişdi. Kreditlərin qaytarılması məsələsi gündəmə gələndə isə şirkət çətin vəziyyətə düşmüşdü və orada yoxlamalar başlamışdı. Qeyd edilir ki, yoxlamalar ilk olaraq kreditin ən çox mənimsənildiyi su-kanalizasiya və istehsalat departamentlərində başlayıb və külli miqdarda yeyinti faktları aşkarlanmışdı. Təsəvvür edin ki, təkcə Şəmkir layihəsinin anbarında 300 min manatlıq material əskikliyi aşkar edilmişdi. Ümumilikdə isə departamentdə 20 milyon manata yaxın yeyinti aşkar olunmuşdu.
Son zamanlar “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun müşaviri olan Kamil Hüseynov bu gün öz qanunsuz əməllərini orada davam etdirməkdədir. Redaksiyamıza müraciət edən rəhmətə gedən İntiqam İsmayıloğlunun hüquqi varisi olan anası da “Azər-Yurd” MTK-dan və Kamil Hüseynovdan şikayətçidir. Onun əlində qüvvəyə minmiş məhkəmə qərarı olsa da K.Hüseynovdan onlara çatacaq 135.270 manat pulu 10 ildir ki, ala bilmirlər. Bir maraqlı faktı da qeyd edək ki, maliyyə arayışında və müqavilədə K.Hüseynovun adı göstərilsə də sənədlərə qardaşı Vaqif Hüseynov imza atmışdır. Şikayətçini qəbul edən V.Hüseynov iddia edir ki, pulu almadan bilməyərəkdən qəbz veribdir. Güya ki, həmin ev torpaqla barter olunmalıymış. Görəsən indi hansı zəmanədir ki, 135.270 manat pulu almadan tam ödəniş barədə kassa mədaxil orderinin qəbzini kimsə verə?! Buradan da görsənir ki, bu işdə ciddi bir maxinasiya var və hüquq-mühafizə orqanlarının araşdırması vacib olan xüsusatlar vardır. Çünki belə olmasaydı vətəndaşdan xəbərsiz onun ziyanına olan məhkəmə qərarları çıxarmazdılar. Ümidvarıq ki, əlaqədar orqanlar vaxtında lazımi tədbirlər görəcək və vətəndaşlara dəyən maddi ziyan da ödəniləcəkdir.
Qarşı tərəfi də dinləməyə hazırıq. //aktualxeber.az//

 

XalqXeber.Az
 
Ardını oxu...

Yeni 2022/2023-cü tədris ili başlar-başlamaz məktəblərdə şagirdlərin valideynlərindən müxtəlif adlarla qanunsuz pul yığımına start verilib. Abşeron rayonunun Masazır qəsəbəsindəki 3 saylı tam orta məktəbdə də həmçinin.

Ardını oxu...Redaksiyamıza daxil olmuş məlumata görə, 3 saylı məktəbdə birinci siniflər 28 nəfər şagirddən komplektləşdirilməli olduğu halda, Mətanət müəllimənin sinfində adı başqa siniflərdə gedənlərlə birgə 40-a yaxın şagird oturur. Bütün yaxşı hesab olunan müəllimlərin siniflərində vəziyyət belədir. Zəif hesab edilən müəllimlərin siniflərində isə orta hesabla 15 şagird olur, digərlərinin adları bir sinifin jurnalında getsə də, özləri başqa sinifdə “yaxşı müəllimdən” dərs alırlar. Məlumatda qeyd olunur ki, valideyn öz uşağına belə imtiyaz qazandırmaq üçün məktəbin direktor əvəzi Xəyalə Hacıyevaya 300 manat pul verməlidir.

Etibarlı mənbə bildirir: “Təşkilatçı işləyən Məleykə xanım heç bir pedaqoji ixtisası olmadığı halda iki sinifin qeyri — qanunu sinif rəhbəridir. Direktor müavinlərinin də hərəsi iki sinifin qeyri — qanuni sinif rəhbəridirlər. Kitabxana müdiri Vəfa xanım kitabları pulla satır. Deyir “mən yetim uşaq böyüdürəm, əcəb eyləyirəm”. Direktor müavini Əhmədova Fəxrənisə hamıdan tələb edir ki, kim dərslərinin cədvəldə ardıcıl düşməsini istəyirsə, 100 (bir yüz) manat verməlidir. Acınacaqlı vəziyət odur ki, bunu pedeqoji şurada direktorun yanında acıq aydın elan edib. Heç nədən utanmadan, cəkinmədən məktəbi bazara döndərib. Kitabxanaçıya, laboranta, bir necə texniki işcilərə də sinif rəhbərliyi verilib, müəllimlərin adına yazılır. Qeyri-qanuni pulları Fəxrənisə yıgır, imtiyazları, vəzifələri paylayır. Bütün dərslər pulla satılıb. Xəyalə xanım dərs ilinin sonunda bütün XI sinif şagirdlərindən 200 manat pul yıgdı. Hələ attestatı yazmaq ucun yığılan pullar bir yana. Evdə təhsilə laborant göndərilir, pul müəllimə yazılır, alınıb laborantla bölünür. Kecən tədris ilində dəfələrlə direktor müavinləri arasında düşən davaya görə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat gedib. Hələ də işi məhkəmədə olan direktor müavini var. Bəzi texniki işcilər evdə oturub, maaş kartları Xəyalə xanımdadır. Nəzarətsiz məktəb kimi ətrafda Masazır 3 nömrəli məktəbin reytinqi çox aşagı düşüb. Direktor yalnız direktor müavinləri ilə kabinetində cay icməklə məşguldur. 15 sentyabrda nazirin əmri ilə “Əlifba bayramı” tədbirləri yasaqlansa da, bu məktəbdə birinci siniflərin sinif rəhbərlərinə süfrə açdırıb yeyib — içiblər, direktor başda olmaqla. Heç şəhidlərimizin ruhundan utanmayıblar, bütöv Azərbaycan ağlayır, bunlar isə məktəbdə qonaqlıq edir, tort yeyirlər”.

Redaksiyamıza həmçinin direktor müavini Fəxrənsə Əhmədovanın direktorun müəllimlərdən 50 manat pul tələbini çatdırdığı vatsap səs yazısı da təqdim olunub.

P.S. Bu yerdə xatırlatmağa dəyər ki, bundan əvvəl Masazırdakı 4 saylı tam orta məktəbdəki qanunsuzluqlar barədə də tənqidi məqalələr dərc etmişdik. Həmin məktəbdəki korrupsiya halları, eləcə də narkotik maddələrin istifadəsinə göz yumulması, şərait yaradılması barədə Təhsil Nazirliyinə və hüquq-mühafizə orqanlarına rəsmi məktublarla müraciət etmişdik. Təhsil Nazirliyi məqalələrimizdə ehtiva olunan məsələlərin araşdırılmasını Sumqayıt Regional Təhsil İdarəsinə tapşırsa da, görünür, 4 saylı məktəbdə qalanan narkotikin tüstüsü araşdırmaçı məmurların vicdanını susdurdu, görən gözlərini kor elədi.

Məqalədə adları keçən şəxslərin də mövqeyini öyrənmək üçün dəfələrlə 3 nömrəli məktəbə zəng etsək də, telefonu götürən olmadı.

P.S. Mənbə onu da, bildirir ki, direktorun ad günü və müxtəlif tədbirlərdə öz əlaltıları vasitəsilə özünə bahalı zinət əşyaları aldırır.

RealMedia.az olaraq qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Mövzuya qayıdacağıq.

Mənbə: Deryaz.az

Dünyapress TV

Xəbər lenti