Niyazi Bayramov dövlət büdcəsini BELƏ DAĞIDIR... - Bu faktlar ARAŞDIRILARSA...
Azərbaycanın ikinci böyük şəhərinin sakini Orxan İsmayılov Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinə iradından sonra hədələndiyini iddia edir. O, Birliyin tenderlərində qalib gələn iki şirkət üçün eyni VÖEN-in göstərildiyini üzə çıxarıb. Qısası, tenderlərdə qalib şirkətlər ayrı-ayrı adlardadır, lakin VÖEN birdir. Bu fakt bir qanuni şirkətin müxtəlif saxta adlar altında tenderlərdə qalib elan edildiyi barədə şübhələr yaradır.

TEREF.AZ xəbər verir ki, Orxan İsmayılov bildirib ki, araşdırması zamanı, tenderlərdə qalib elan edilən “LK Machinery” MMC üçün göstərilən VÖEN-in (1503554731) əslində "Abşeron Tekstil” MMC-yə məxsus olduğunu aşkar edib.

Qeyd edək ki, Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına “LK Machinery” adı ilə sorğu etdikdə "Bu ada uyğun VÖEN müəyyən edilmədi", "Məlumat tapılmadı!" cavabları verilir. 1503554731 VÖEN-i ilə sorğu etdikdə isə “Abşeron Tekstil” MMC haqqında bəzi məlumatlar göstərilir.

Orxan İsmayılov müraciətində yazıb:

"Mən vətəndaş olaraq “Facebook” sosial şəbəkəsində Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin (Gəncə MKTİB) “facebook” səhifəsinə yazaraq Gəncədə MKTİB-in küçə təmizliyi ilə məşğul olan işçilərinin isti qış geyimləri ilə hansı səbəbdən təmin olunmadıqları, soyuqda həmin işçilərin necə gəldi geyindiklərini irad tutdum. Bu iradıma cavab olaraq Gəncə MKTİB tərəfindən mən barəmdə hüquq-mühafizə orqanlarının ölçü götürəcəyi ilə bağlı hədələndim və səhifəyə girişim bloklandı. Mən Gəncə MKTİB tərəfindən işçilərinin geyim təminatı ilə bağlı müstəqil araşdırma apardım və www.etender.gov.az portalı üzərindən sorğu verərək Gəncə MKTİB-in keçirdiyi tenderlərə baxdım. Maraqlı məlumatlar əldə etdim və onları ölkə ictimaiyyətinə sizin sayt vasitəsi ilə təqdim edirəm.

Tender məlumatlarına baxdıqda məlum olur ki, işçilərin xüsusi geyimlərlə təminatı ilə bağlı Gəncə MKTİB 2020-ci ildən bu günə qədər 3 dəfə - 31.12.2020, 31.03.2022, 31.12.2022 tarixlərində - tender keçirdib. İki tenderdə “LK Machinery” MMC, bir tenderdə isə “Abşeron Tekstil” MMC qalib olublar.

Sual doğuran məqamlardan biri odur ki, hər iki şirkətin VÖEN-i eynidir – 1503554731. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında 1503554731 VÖEN üzrə axtarış etdikdə “Abşeron Tekstil” MMC-nin məlumatları çıxır, halbuki, tender sənədlərində həmin VÖEN hər iki şirkət üçün eynidir.

2017-ci ildə dövlət qeydiyyatına alınmış “Abşeron Tekstil” MMC-nin hüquqi ünvanı, Bakı şəhəri, Nərimanov rayonu, akademik Həsən Əliyev, ev 79/2, m.50, qanuni təmsilçisi Məmmədova Ziyafət Əkbər qızıdır.

İkinci sual doğuran məqam isə tenderlərdə qalib olan iki şirkətə xüsusi geyimlər üçün ödənilən məbləğlərdir. Müvafiq olaraq 284757.60 AZN (iki yüz səksən dörd min yeddi yüz əlli yeddi manat altmış qəpik), 316862.57 AZN (üç yüz on altı min səkkiz yüz altmış iki manat əlli yeddi qəpik), 105521.5 AZN (yüz beş min beş yüz iyirmi bir manat əlli qəpik), cəmi 707141.67 AZN (yeddi yüz yeddi min yüz qırx bir manat altmış yeddi qəpik) bütün məlumatları eyni, sadəcə adları fərqli mahiyyətcə eyni şirkətin hesabına köçürülüb. 707141.67 AZN-ə alınan xüsusi geyimlər ilə, yəqin ki, ölkənin MKTİB işçilərinin xeyli hissəsini il boyu geyindirmək olar və həmin geyimlər dünya brendlərinə məxsus olar. Həmin geyimlər həqiqətən də alınıbmı və iki ildə həmin geyimlər necə istifadə olunub?

Tenderlər üzrə alınmış xüsusi geyimlərin miqdarı belədir:

630 dəst xüsusi geyim (gödəkçə, pencək, şalvar)

1050 ədəd jilet

485 ədəd xalat

500 cüt çəkmə

800 c

üt bot

830 ədəd kombinezon

950 ədəd plaş

960 ədəd xüsusi geyim dəsti (gödəkçə, pencək, şalvar)

1400 ədəd jilet

550 cüt bot

1050 cüt rezin çəkmə

1400 ədəd xüsusi geyim forması

950 ədəd xalat

16800 cüt əlcək

Mən Gəncə şəhəri sakini kimi Gəncənin küçələrində işləyən MKTİB işçilərinin əynində qış fəslində sadalanan xüsusi geyimlərdən yalnız mavi rəngli yay mövsümü xalatları nadir hallarda görürəm, son çəkdiyim fotoşəkildə də iki nəfər MKTİB işçisi öz paltarlarını geyiniblər. Gəncə MKTİB-in rəis müavininin qəbulunda olarkən mən ona birlikdə Gəncə MKTİB-in anbarında həmin geyimləri saymağı təklif etdim. Cavab almadım.

Hörmətli marja.az redaksiyası, vətəndaşların dövlət vəsaitinin necə və hara xərclənməsinə ictimai nəzarətinin effektiv olması üçün sizə sənədlərin surətində əks olunan iddia və şübhələrimi əlavə etməklə mövqeyimi dərc etməyinizi sizdən xahiş edirəm.

Tenderlərdə mənə şübhəli gələn məqamlara aidiyyatı dövlət qurumlarının cavab verəcəyinə ümid edirəm". //Marja//

Bölmənin digər xəbərləri

19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video

Dünyapress TV

Xəbər lenti