Doğulan uşaqlara gözəl adlar qoymaq çox vacib məsələdir. Çünki uşaq böyüyəndə ona qoyulmuş addan utanıb, xəcalət çəkməsin. Bir də var əksinə ola. Yəni uşağa gözəl ad qoyursan, uşaq böyüyəndə öz çirkin əməlləri ilə ona qoyulan gözəl adı zibil edir, batırır. Belə olanda deyirlər ki, “Sənə o gözəl adı verənin lap....” İndi haqqında bəhs edəcəyimiz Adəm və Hatəm qardaşları da belədir. Adəmin ilk peyğəmbər olduğu hamıya bəllidir, Hatəm isə böyük səxavət sahibi kimi tanınır, hətta müqəddəs kitablarda adı keçir. Bu adları qardaşlara verənlər düşünüblər ki, böyüyəndə fəzilət sahibi, iman əhli olarlar. Binəvalar nə bilsin ki, Adəm və Hatəm qardaşları böyüyəndə Peysər, Pəzəvəng olub, şam tutacaqlar... Bəli, bu qardaşları tanıyanlar, onların əməllərini bilənlər onlara Adəm və Hatəm demir, əə Peysər, əə Pəzəvəng deyə müraciət edirlər. Deməli, insan övladının çörəyi müxtəlif yerlərdən çıxır, biri yer əkir, biri daş yonur, o biri yol çəkir, bir başqası dəllək olub baş qırxır... Bu qardaşların isə dədə-baba peşəsi baş tutmaqdır. Bunların da çörəyi baş tutmaqdan, əxlaqsızlıq yuvası işlətməkdən çıxır. Bundan böyük rəzalət nə ola bilər ? Bəli, millətimiz çörəyə Quran kimi and içir, filankəslə çörək kəsmişəm deyib kəsdiyi çörəyə xəyanət etmir. Görəsən, bu qardaşlar qazandıqları, övladlarına yedirdikləri çörəyin haradan gəldiyini, necə qazanıldığını başa düşmürlər ? Görəsən, bu qardaşların süfrəsində əyləşib bir tikə çörək kəsənlər nə hiss keçirirlər ? Bəli, kişinin çörəyini kəsərlər, amma Peysərin, Pəzəvəngin çörəyinə əl uzatmaq özü də günahdır... Ümumiyyətlə, əxlaqsızlıq yuvası işlətməklə çörək qazanmaq, ailə dolandırmaq, arvad-uşaq saxlamaq, bəlkə də Adəm və Hatəm qardaşları üçün baş ucalığıdır. Hələ Allah qoymasa, bu qardaşlardan biri olan Adəm istəyir ki, böyük adam olsun. Günümüzə bax ee, vəzifə həvəsi hara, əxlaqsızlıq yuvası hara, baş tutmaq hara, PRİTON hara ? Bu adam dövlətin içinə girib vəzifə tutaraq öz çirkin əməllərini rahatcasına həyata keçirərək, nə vaxtsa yüksək pensiya da almaq haqqında düşünür. Amma Adəm və Hatəm qardaşlarına demək istəyirik ki, hər yerdən pensiyaya çıxmaq olur, hətta türmədən də, amma baş tutmaqdan pensiyaya çıxmaq olmur. Görəsən, bu qardaşlar səhər evdən çıxanda arvad-uşağa nə deyirlər? Yəqin deyirlər ki, işə gedirik. Ta demirlər ki, baş tutmağa, əxlaqsızlıq yuvası işlətməyə gedirik. Görəsən bunların evlərindəkilər bilmir ki, hansı və nə yolla qazanılmış çörəyi yeyirlər... Niyə bilmirlər ? Əla bilirlər. Arvad görmür ki, Adəmdən bütün günü kəllə-paça iyi gəlir… Ehh, arvad sevinir ki, Peysər ona əxlaqsızlıq yuvasından qazandığı pulla qızıl üzük alıb… Vallah hər mənada çox ağrılı mövzudur. Bunlar məsələnin mənəvi tərəfidir. Bəs problemin hüquqi tərəfi ilə niyə müvafiq dövlət qurumları məşğul olmurlar ? Sözün düzü, son illər cəmiyyətin bəlasına çevrilən narlotikə qarşı hüquq-mühafizə orqanlarının sistemli şəkildə apardığı mübarizə cəmiyyət tərəfindən bəyənilir. Məgər əxlaqsızlıq yuvası saxlamaq, qadın alveri ilə məşğul olmaq patıdan-fatıdan az təhlükəlidir? Bir neçə gün öncə məktəblilərə patı satan şəxs həbs olundu. Axı, adına əxlaqsızlıq problemi dediyimiz bəla artıq məktəblərin, yaşayış evlərinin, məscidlərin, hətta dövlət qurumlarının yanında yerləşir. Bunu hüquq-mühafizə orqanları görmür? Qardaşlar təkcə baş tutmaqla deyil ee, işverənliklə də məşğul olurlar. Bəli, Adəm və hatəm qardaşlarının əxlaqsızlıq yuvaları həm də “kompromat” mənbəyidir. Qardaşlar “qonaqlar”ın əməllərini çəkib sonra onları şantaj edib külli miqdarda pul alırlar. Görəsən bu cinayətkar qardaşların əməllərini niyə hüquq-mühafizə orqanları görmək istəmir? Bu “paparoza” qardaşlara kimlər “krışa”lıq edir ? Yəqin ki, qardaşlar aylıq gəlirlərini kiminləsə bölürlər… P.S İnanın, günün birində cənab Prezidentimiz bu işin başında kimlər dayanırsa hamısını silib atacaq arxivə.
Mədəniyyət Nazirliyinin Daxili Audit Şöbəsi Mingəçevir Teatrında araşdırmalara başlayıb.
DİA.AZ-ın Bakupost.az-a istinadən məlumatına görə, araşdırmalara Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru Vüsal Mehrəliyevin teatrın direktoru Anar Quliyevin vəzifəsindən sui-istifadə edərək, teatrı şəxsi biznesi kimi idarə etməsi ilə bağlı şikayəti səbəb olub.
Qeyd edək ki, ötən gün Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru Vüsal Mehrəliyev tanınmış jurnalist İntiqam Valehoğluna verdiyi açıqlamada teatrda10-12 nəfər “ölü can”ın olduğunu bildirib. İddiaya görə, adı ştat cədvəlində olan bu şəxslər işə çıxmır, onlara yazılan maaş isə rəhbərlik tərəfindən mənimsənilir.
Rejissorun teatrın canlanması üçün ştatda olub fəaliyyəti olmayan şəxsləri çıxarıb yerinə yeni aktyorlar dəvət etmək təklifinə Anar Quliyevin “Mədəniyyət Nazirliyi, konkret olaraq Anar Kərimov icazə verib, mən də bildiyimi edirəm” deyə cavab verdiyi bildirilir.
Fotoda: Mingəçevir Dövlət Dram Teatrının direktoru Anar Quliyev
Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru Vüsal Mehrəliyev
Bәrdә rayonu Adil Süleymanov adına Şorәlli kәnd tam orta mәktәb direktorunun müəllimdən pul tələb etməsi ilə bağlı səs yazısı yayılıb.
DİA.AZ xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətt"inə məlumat daxil olub.
Direktor Əliyeva Gülnarə Qanboy qızının müəllimdən müxtəlif vaxtlarda pul tələb etməsi iddia edilib.
Şikayətçi - adı çəkilən məktəbin müəllimi Babayeva Dursun BAKU.WS-ə bildirib ki, direktor ondan hər ay 165 manat rüşvət alıb:
"11-ci sinfin 5 saat riyaziyyat dərsini və sinif rəhbərliyini mənə verdi. Dedi ki, uşaqlar dərsə gəlmir, o dərsin jurnalını yazacaqsan, hər bir şeyini sən edəcəksən, summativlərini sən aparacaqsan. Amma pulunu mənə verəcəksən. Hər ay məndən 165 manat aldı. Bundan öncəki il isə 10-cu sinif üçün hər ay 150 manat vermişdim".
Babayeva Dursun məktəb direktoru Əliyeva Gülnarə barəsindəki iddialarını sübut etmək üçün redaksiyamıza səs yazısı da göndərib. O deyib ki, səs yazısında məktəb direktoru Əliyeva Gülnarə, onun müavini Əliyev Mayil və özünün rüşvətlə bağlı danışığı öz əksini tapıb.
Məsələ ilə bağlı direktor Əliyeva Gülnarə ilə əlaqə saxladıq və barəsində olan iddialara münasibət öyrənməyə çalışdıq. Direktor BAKU.WS-ə bildirdi ki, hazırda dərsə girir və yarım saat sonra danışa biləcək. Lakin deyilən müddətdən sonra bir neçə dəfə onunla əlaqə saxlasaq da, telefona cavab vermədi.
Direktor, müavini və müəllim arasındakı səsyazısını olduğu kimi təqdim edirik:
Artıq bir neçə dəfədir ki, Şamaxı rayonunun Muğanlı kəndində yaşayan və 2014-cü ildən üz-üzə qaldıqları ədalətsizliyə, hər cür haqsızlığa, özbaşınalığa tab gətirə bilmədiyi üçün, bu ilin avqust ayında dünyasını dəyişən mərhum Rəcəbov Yadigar Ağadadaş oğlunun ailə üzvlərinə məxsus fərdi yaşayış evi ilə bağlı yaşanan problemi ölkə gündəminə çıxartmışıq. Təəssüflər olsun ki, bugünə kimi nə qədər tənqidi məqalələr yazsaq da, problemlərin mahiyyətini qabartsaq da, tərəfimizdən aidiyyatı dövlət qurumlarına sorğu məktubları ünvanlasaq da, qeyd olunan problem həll olunmur ki, olunmur. Bu da onu söyləməyə əsas verir ki, cənab Kəmaləddin Heydərovun rəhbərlik etdiyi FHN-nin tabeli qurumlarında, ələlxüsus Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində anarxiya, nəzarətsizlik, xaos, hərcmərclik və s. hökm sürməkdədir. Əgər bu belə olmasaydı, o halda deryaz.az saytının redaksiyasından göndərilən məktublara vaxtlı-vaxtında cavab verilərdi, ünvanladığımız suallar doğru-düzgün cavablandırılardı. Qeyd edək ki, Yadigar Rəcəbovun ailə üzvlərinə məxsus fərdi yaşayış evi ilə bağlı bu ilin aprel ayında FHN-nə ünvanladığımız məktuba, 01 iyul 2022-ci il tarixdə Agentliyinin rəis müavini Elxan Əsədovun imzası ilə təsdiq olunmuş cavab verilib. Yaşanan problemlə bağlı 08 iyulda FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanladığımız təkrar məktuba isə, uzun çəkçevirdən, günlərlə etdiyimiz telefon zənglərimizdən, müəyyən giley-güzardan sonra sentyabr ayının əvvəllərində cavab əldə edə bildik. Qeyd edək ki, istər aprel ayında, istərsə də 08 iyulda ünvanladığımız məktublara, bu Agentliyinin rəis müavini Elxan Əsədovun imzası ilə təsdiq olunmuş eyni məzmunlu cavablar verilib. Hər iki məktubun məzmunu eynidir, sadəcə olaraq tarix və nömrələr dəyişdirilib. Hansı ki, iyul ayının əvvəlində göndərdiyimiz məktubda bir neçə sual yazıb, baş verən problemlərlə bağlı konkret cavab əldə etmək istəyimizi qarşı tərəfə bildirmişdik. Çox təəssüflər olsun ki, geniş ictimaiyyət arasında kifayət qədər nüfuz sahibi olan Kəmaləddin Heydərovun rəhbərlik etdiyi FHN-nin tabeli qurumlarından birində, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində bu cür idarəçilik, bu cür yanaşma mövcuddur. Baş verənləri təhlil edib belə qənaətə gəlmək olar ki, bu Nazirliyin tabeli qurumunda çəkilişi həyata keçirilmiş və bir neçə gün bundan öncə yayımlanmış intim olaylarına adi baxmaq gərəkdir. Çünki yuxarıda qeyd etdiyimiz kimi, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində anarxiya, hərcmərclik, nəzarətsizlik, xaos və s. hökm sürməkdədir. Ona görə də, Nazirliyin tabeli qurumlarında baş verən qanunsuzluqları, özbaşınalıqları və s., bir növ adi məişət məsələlərindən biri hesab etmək qənaətinə də gəlmək olar.
İndi isə yaşanan olayların xronikasını hər kəsin diqqətinə çatdıraq. Əvvəla onu qeyd edək ki, 2012-ci ilin mart ayında Şamaxı rayonunun Muğanlı kəndi ərazisində torpaq sürüşməsi hadisəsi baş verir və hadisə nəticəsində 62 ailənin yaşadığı fərdi yaşayış evləri və həyətyanı torpaq sahələri yararsız vəziyyətə düşür. Hadisədən sonra bu kəndin ərazisinə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” İnstitunun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə birlikdə baxış keçirirlər və yarasız vəziyyətə düşmüş evlərlə, həyətyanı torpaq sahələri ilə bağlı akt da tərtib edirlər. Həmin vaxt 47 ailəyə məxsus fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin yararsız vəziyyətə düşməsi müəyyən edilir və bununla bağlı akt da tərtib olunur. Hətta, tərtib olunmuş akt əsasında 47 ailəyə daha təhlükəsiz ərazidə yeni fərdi yaşayış evlərinin tikilməsi üçün “Azərinşaatlayihə” İnstituna layihə-smeta sənədlərinin hazırlanması barədə göstəriş də verilir. Az sonra yerli icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə 47 ailədə yaşayan şəxslərin ümumi siyahısı dəqiqləşdirilir və hər ailədə yaşayanların sayı barədə məlumatlar aidiyyatı üzrə dövlət qurumlarına təqdim olunur. Qeyd edək ki, 2012-ci ildə baş verən torpaq sürüşməsi hadisəsindən sonra Muğanlı kəndində evləri qəzalı, həyətyanı torpaq sahələri yarasız vəziyyətə düşən ailələrə bağlı tərtib olunmuş siyahıda Yadigar Rəcəbovun ailə üzvləri 46-cı sırada (7 nəfər olmaqla) olurlar. Çox keçmir ki, Muğanlı kəndinin daha təhlükəsiz ərazisində yeni fərdi yaşayış evlərinin inşaasına başlanılır və büdcə vəsaitiləri hesabına tikilən evlər 2014-cü ildə zərərçəkən ailələrə paylanılır. Tərtib olunmuş siyahıda Yadigar Rəcəbovun 7 nəfərdən ibarət ailə üzvləri 46-cı sırada olsalar da, son anda Şamaxı RİH əməkdaşları bu ailə üçün inşa olunmuş evi onlara deyil, məhz başqa bir ailəyə təhfil verirlər. Belə olan halda Yadigar Rəcəbov ailə üzvləri adından möhtərəm Prezidentə, FHN-nə, Şamaxı RİH Aparatına şikayət ərizələri göndərir və bu cür ədalətsiz yanaşma ilə bağlı aidiyyatı dövlət qurumlarını da məlumatlandırır. Diqqəti cəlb edən hal o olur ki, Rəcəbovlar ailəsinə verilməli olan evə yerləşdirilmiş ailə, üç gündən sonra Şamaxı RİH əməkdaşlarının iştirakı ilə həmin evdən çıxarılır və ev ötən 8 il ərzində boş qalır. Redaksiyamıza daxil olan məlumatlara görə, Rəcəbovlar ailəsinə verilməli olan evdən çıxarılmış ailə, son 10-15 gündür ki, hansısa qüvvələrin himayədarlığı sayəsində gecə saatlarında təkrar həmin evə yerləşdirilib.
Məsələnin diqqəti cəlb edən tərəfi odur ki, Muğanlı kəndində torpaq sürüşməsi hadisəsi 2012-ci ilin mart ayında baş verir və tərtib olunmuş siyahı əsasında inşa olunmuş fərdi yaşayış evləri 2014-cü ildə zərərçəkən ailələrə paylanılır və həmin vaxt Yadigar Rəcəbovun ailəsinə ev almaq nəsib olmur. Çünki, istər bu şəxsin özü tərəfindən, istərsə də redaksiyamız tərəfindən müxtəlif dövlət qurumlarına, ələlxüsus FHN-nə ünvanlanan məktublara verilən cavablarda qeyd olunur ki, “Evlər paylanana qədər sizə (Yadigar Rəcəbovgilə) məxsus fərdi yaşayış evinizlə bağlı Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəsisləri tərəfindən akt tərtib olunmamışdır. Bu yöndə akt tərtib olunmadığından ilkin siyahıda adınızın olmasına baxmayaraq, sonradan adınız siyahıdan çıxarılmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə fərdi yaşayış evinizə viziual texniki baxış keçirilmiş və 03 mart 2014-cü il tarixdə müvafiq akt tərtib edilmiş və həmin aktda fərdi yaşayış evinizin qəzalı vəziyyətdə olması qeyd olunmuşdur. Sizin fərdi yaşayış evinizlə bağlı akt tərtib olunana qədər yeni tikilmiş evlər vətəndaşlara paylanılmışdır”. Verilmiş belə bir cavabdan sonra ortaya düşündürücü sual çıxır ki, axı torpaq sürüşməsi hadisəsi 2012-ci ilin mart ayında baş verib? Həmin vaxtlarda hansı səbəbdən Yadigar Rəcəbovgilin yaşadıqları evin sağ-sol hissəsində yaşayan qonşuların evlərinə baxış keçirilib akt tərtib olunur, amma bu şəxsin evinə vizual baxış keçirib akt tərtib etmək 03 mart 2014-cü il tarixə saxlanılır? Deməli, bu cür cavabın verilməsinin arxasında hansısa “qaranlıq məqamlar” var.
Ünvanlanladığımız məktublara FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən yuxarıda qeyd olunan məzmunda cavablar verildiyindən, biz məsələnin mahiyyətini araşdırmağa və əsl həqiqətləri üzə çıxarmağa çalışdıq. Bu məqsədlə bir neçə suallar tərtib edib FHN-nə rəsmi məktub ünvanlasaq da, yenə də lazım olan cavabı əldə edə bilmədik. Bu da onu söyləməyə əsas verir ki, əgər FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ünvanladığımız suallara doğru-düzgün cavab verərsə, o halda qol qoyulan fırıldaq əməllərini aşkara çıxarmış olar. Onu da qeyd edək ki, FHN-nin bu tabeli qurumudan lazımi cavabı əldə etməyi heç cür bacara bilmədiyimizdən, son anda məcbur olub problemin həllinə köməklik göstərilməsi məqsədilə, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevə və digər dövlət qurumlarının rəhbər şəxslərinə məktubla müraciət etməli olduq. Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra, ən azından cənab
Kəmaləddin Heydərov problemin araşdırılması yöndə, məhz tabeliyində olan vəzifə sahiblərinə lazımi tapşırıqlarını verəcək. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Bildiririk ki, "Kanal14" YouTube kanalında canlı efir başladığından bəri də efirə bağlanıb, canlı yayımda şikayət və müraciətlərini ictimailəşdirmək istəyən vətəndaşların sayı daha da artıb.
Belə ki, "Kamalın zamanı" proqramına zəng edərək, canlı yayıma bağlanan və oğlunun işsiz, eyni zamanda, 44 günlük vətən müharibəsi zamanı döyüşdə aldığı qəlpə yaraları, həmçinin ciddi psixoloji sarsıntılarından dolayı səhhətindəki bütün problemlərdən və müalicəsi üçün maddi imkanlarının olmadığından danışan ananı yəqin ki, izləmisiniz.
Xatırlatmaq üçün, qeyd edirik ki, ana deyir, "Mingəçevir şəhərində yaşayırıq. Oğlum - Babayev Rasim Asim oğlu müharibə iştirakçısıdır. Müharibə zamanı qəlpə yaraları və kəllə-beyin travması alıb, üstəlik də döyüş zamanı keçirdiyi psixoloji sarsıntılar onu məhv edir. Müalicə etdirmək imkanım yoxdur. Təzə yaralananda xəstəxanada həkim ona sakitləşdirici dərmanlar yazmışdı və demişdi ki, "Həmişə bu dərmanlardan istifadə etsin". Onu da nə vaxt içirirəm, uşaq saatlarca yatır. Nə vaxta qədər yatacaq bu?!.
Maddi sıxıntılar da bir yandan sıxır. Düşündüm, bəlkə bir işdə işləsə həm başı qarışar, həm ən azından maddi sıxıntıları qismən azalmış olar. Odur ki, dəfələrlə mən də, oğlum özü də iş üçün Məşğulluq mərkəzinə, Şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Elə deyirlər "iş yoxdur, olanda deyərik". Amma, görürəm, eşidirəm işdən çıxanlar, işə alınanlar o qədər var ki."
Yayım efirə getdikdən az sonra Mingəçevir şəhər İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsi yayımın şərh bölməsində cavab verdi ki, "Rasim Babayev Məşğulluq mərkəzində işsiz kimi qeydiyyatdadır və 178-ci sıradadır."
Bəli, bu 178-i iki il gözləyən Rasimin bundan sonra daha nə qədər gözləyəcəyini adəm övladlarından kimsə bilmir.
Yeri gəlmişkən, qəhrəman oğul yetişdirən ananın ardından daha bir Mingəçevir şəhər sakini Sərdar Əsgərov, həmçinin Elçin Həsənzadə redaksiyamıza zəng edib, canlı yayıma qoşulmaq istədiklərini bildirdilər. Hər iki şəxs sosial durumu və işsizlikdən gileylənir.
Qeyd edək ki, Elçin Həsənzadə əvvəllər mediada çalışıb. Özünün dediyinə görə, Sumqayıt şəhərinin keçmiş İcra başçısı, həmçinin Mingəçevir şəhər İcra başçısı haqqında faktlar və tənqidi yazılar yazdığına görə həbs olunub. Həbsdən çıxdıqdan sonra bilib ki, həbsdə olduğu müddətdə onu rəsmi qeydiyyatda olduğu Sumqayıt şəhərində qeydiyyatdan çıxarıblar. Sonra çox çətinliklə Sumqayıt şəhərində qohumunun evinə müvəqqəti qeydiyyata düşüb.
Özü də ailəsi və azyaşlı övladıyla maddi sıxıntıları, həmçinin işsizlik problemi ilə çarpışır. Məşğulluq mərkəzində qeydiyyatda olsa da hələ də heç bir işlə təmin olunmayıb.
Sərdar Əsgərov.
Bu şəxs də Mingəçevir şəhər sakinidir. İki oğul övladı var. Əsgər atasıdır. Bildirir ki, "İşsizəm. Səhhətimdə olan problemimdən dolayı az məbləğdə sosial müavinət alıram. Lakin, məbləğ heç özümü idarə etməyə yetmir, o ki qaldı ailəmi dolandırmaq.
Mingəçevir şəhərində iş üçün müraciət etmədiyim istər dövlət olsun, istər özəl müəssisə qalmayıb. Məşğulluq mərkəzi də elə deyir "iş yoxdur". Amma, mən də bu şəhərdə yaşayıram, mənə iş yoxdur deyə-deyə kimləri haralarda, hansı şərtlərlə işə götürürlər görürəm, eşidirəm."
Yeri gəlmişkən, Mingəçevir şəhər Sakinləri tərəfindən redaksiyamıza daha bir ilginc məlumat daxil olub.
Bildiyimiz kimi bu günlərdə erməni təxribatı nəticəsində 70-dən çox şəhid verdik. Bu "Azərbaycanlıyam" deyən hər kəsin acısıdır.
Lakin, sakinlərin redaksiyamıza bildirdiyinə görə, "Evlərə şəhid gəldiyi bir vaxtda, İcra başçısı İlham İsmayılovun çox yaxın qohumu - iş adamı Ağahəsən Şükürovun sahibi olduğu "Billur" və "Zümrüd" şadlıq saraylarında hər gün "vur çatlasın" imiş. Toylar, doğum günləri və sair..."
Bildiririk ki, İlham İsmayılovun bu qohumunun oğlu Taryel Şükürov da Şəhər İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi işləyir.
Qeyd edək ki, şəhər bələdiyyəsinin sədri Ramiz Əliyevin də İlham İsmayılovla "kirvə" olduğu və hətta onu hazırkı vəzifəsinə İlham İsmayılovun "seçdiyi' deyilir.
Eyni zamanda, Başçının əmisi oğlu Nəriman İsmayılovun "az-Qress" qəsəbəsi adlanan ərazidə İcra nümayəndəsi vəzifəsini icra etdiyi də əldə etdiyimiz məlumatlara daxildir.
Deyilənə görə, hələ bu da hamısı deyil. Bunun da nə anlama gəldiyi hər kəsə aydındır əlbəttə.
P.S: Qeyd edilənlərlə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Bakı Dövlət Universitetinin tələbəsi Nərgiz Şərifzadə ali təhsil müəssisəsini sərt tənqid edib.
AzToday.az xəbər verir ki, tələbə sosial şəbəkə hesabında yazdığı statusda universitetdəki mövcud vəziyyəti və qanunsuzluqları ictimailəşdirib.
Həmin statusu təqdim edirik:
"Artıq 4-cü ildi ki, Bakı Dövlət Universitetində hüquq "təhsili” alırıq. Universitetin illik təhsil haqqı ( hüquq fakültəsi üçün) 4500 AZN təşkil edir. Bu məbləği 1-2 nəfər vermir, 300 nəfərdən 100-ü ödənişli oxuyursa toplanılan məbləği hesablamaq çətin deyil.
Bəs yaxşı bu məbləğin qarşılığında necə təhsil alırıq?
1. Sinif otaqlarında smart lövhələr əvəzinə sıradan lövhələr var hansı ki, heç istifadə olunmur, çünki istifadəsi bizə kifayət etmir. 2. Hava isti olanda özümüzü dəftərlə yelləməkdən dərsə fokuslana bilmirik. Otaqlarda kondisioner yoxdu, olanlardan da istifadə olunmur. 3. Tələbələr universitet tərəfindən kitabla təmin olunmur. Kitabları məcbur özümüz tapmalı oluruq (elektron yaxud ksereks). Tapmaq qalsın bir qırağa bəzi müəllimlər məcburi kitab aldırır. Əgər bir fəndən iki müəllim dərs deyirsə hər ikisinin kitabını almaq lazımdı. Keçən il bir müəllim hər dərsin yarım saatını öz kitabının reklamına ayırırdı. Hər dəfə də gözucu yoxlayırdı ki görsün kim kitab almayıb. Bütün bunları ümumiləşdirib bir sual vermək istəyirəm, #4500haragedir?
P.S bunlar sadəcə maddi məsələlərlə bağlı problemlərdir, hamısını saymalı olsaq aldığımız təhsildə problemlər daha çoxdur”.
RealMedia.az xəbər verir ki, artıq bununla ikinci dəfədir ki, icra başçısı yaşadığı (kirayə qaldığı) evi dəyişir. Xatırladaq ki, icra başçısı son günlərə qədər Beyləqanlı iş adamı kimi tanınan Q. Qəhrəmanova məxsus evdə kirayə qalıb. Və iş adamı ilə də yaxın münasibətləri olub. RealMedia.az-ı məlumatlandıran mənbə iddia edir ki, bu dəfə icra başçısının evdən çıx(arıl)ması bir qədər sensasialıdır. Bildirilir ki, son vaxtlar Baş prokurorluq (KQMBİ) tərəfindən daxil olmuş şikayət əsasında Beyləqan rayonunda apardığı araşdırmalar və bu araşdırmalar zamanı aşkarlanmış korrupsiya cinayətləri ilə faktı ilə bağlı Beyləqan rayon icra hakimiyyətinin başçısına və ayrı-ayrı vəzifəli şəxsləri barədə başlanılmış cinayət işi ilə əlaqədardır. Belə ki, Baş prokurorluq tərəfindən icra başçısına və ayrı-ayrı vəzifəli şəxslər barəsində açılmış cinayət işindən sonra ev sahibi Q. Qəhrəmanov icra başçısını ona məxsus kirayə yaşadığı evdən qovub. Məsələnin maraqlı tərəfi isə ondan ibarətdir ki, sən demə, icra başçısı Asif Ağayev həm də qaldığı mənzilin kirayə haqqını da vermirmiş. Bunu isə icra başçısına yaxın şəxslər bildirirlər. Və qeyd olunur ki, bir aydan sonra Asif Ağayevin Beyləqana icra başçısı təyin olunmasının 4 ili tamam olacaq. İcra başçısı kirayə qaldığı müddətlərdə bir dəfə də olsun kirayə haqqını ödəməyib. İcra başçısının 23500 manat kirayə pulu borclu olduğu da bildirilir. Bilgilərə görə icra başçsı ayı 500 manata kirayə qalırmış. Mənbə iddia edir ki, hazırda icra başçısı köçmək istədiyi yeni evi təmir etdirir. Diqqətimizi çəkən məqam isə icra başçısının hansı məhləyə, məhz nə üçün o məhləyə köç etməsidir. Bu barədə isə eksklüziv olaraq növbəti günlərdə yazacağıq. RealMedia.az
Redaksiyamıza Bakı şəhəri, Masazır qəsəbəsi 59 ünvanında yaşayan A. A.İsgəndərlinin şikayət məktubu daxil olub.
Şikayətçi 1 sentyabr 2022-ci ildə İcbari Sığorta Bürosunun əməkdaşı Ə.Rüstəmova tərəfindən təhqir olunduğunu yazır.
1-ci qrup əlil və ağır miopatiya – əzələ xəstəsi olduğunu bildirən A.İsgəndərlinin sözlərinə görə, həmin gün yaxın qohumları ilə gün ərzində üç dəfə İcbari Sığorta Bürosunun binasına gəlib: “Hər dəfə də İcbari Sığorta Bürosunun müştəri xidmətləri şöbəsinin işçisi Əfsanə Rüstəmova məni qəbul etməyib. Birinci gəlişimdə panikür-pedikürlə məşğul idi, dedi, vaxtım yoxdu. İkinci dəfə gələndə özünün xüsusi pəhriz yeməyini iş yerində – müstəri xidmətləri göstərməli olduğu stolun üstündə yeyirdi. Hər dəfə də bu mənzərəni 10-15 müstəri dayanıb təəccüb içində seyr edirdi. Üçüncü dəfə gələndə mənim əsəblərim dözmədi. Çünki Masazırda yaşayıram, hər dəfə gəlib-getməyə taksiyə pul verirəm. Səbrim çatmadı, etirazımı bildirdim ki, müstərilərə bu cür xidmət göstərilmir. Mən Əfsanə Rüstəmovaya dedim ki, siz müştərilərə yox, özünüzə xidmət edirsiniz. Bundan sonra o, ayağa qalxdı, stula təpik vurdu və mənə ağır təhqirlər yağdırdı. Mən ona dedim ki, sizin mənimlə bu tonda danışmağa ixtiyarınız yoxdur, mən sizin rəhbərliyə və Mərkəzi Banka şikayət edəcəyəm. O qışqıra-qışqıra ayağa qalxdı, stolun üstündəki sənədləri götürüb göyə səpələdi, dedi ki, “qələt edir bizim rəhbərlik də, Mərkəzi Bank da, sən də, mən sənə nəinki xidmət göstərəcəm, heç səninlə danışmaq belə istəmirəm, çıx rədd ol burdan çölə!”
Orada dayanan digər müştərilər də təəccüb içərisində deyindilər ki, bura necə idarədir, adamla necə rəftar edirlər, işçi vətəndaşları adam yerinə qoymur, bildiyini eləyir. Müştərilər bildirdilər ki, bu Əfsanə Rüstəmovanın birinci hərəkəti deyil, o dəfələrlə insanlara qarşı bu cür kobud hərəkətlər edib, müştərilərə qəbz-zad da vermir, mühasibatlıq işləri bərbad gündədir, belə ki, o, müdiri saymadığından sənədləşmə işlərini düzgün aparmır. Əlbəttə, sənədləşmə işlərində bu cür özbaşınalığın olması Əfsanə Rüstəmovanın özünə xeyirdir, çünki o bu özbaşınalıqdan sui-istifadə edir.
Dediyim kimi, mən birinci qrup ömürlük miopatiya xəstəsiyəm. Maraqlanarkan üzə çıxdı ki, bu işçi ilə heç İcbari Sığorta Bürosunun rəhbərliyi özü belə bacarmır.
Mən İcbari Sığorta Bürosunun rəhbərliyindən, Mərkəzi Bankdan və Milli Məclisdən xahiş edirəm ki, Əfsanə Rüstəmova barəsində müvafiq tədbirlər görülsün. O cümlədən, prokurorluq orqanlarından xahiş edirəm ki, İcbari Sığorta Bürosunda həmin gün mənimlə işçi Əfsanə Rüstəmova arasında yaşanmış qalmaqalın, mübahisənin videogörtüntülərini götürsünlər, məsələyə hüquqi müstəvidə qiymət versinlər. Eyni zamanda, Vergilər Nazirliyindən xahiş edirəm ki, İcbari Sığorta Bürosunda sənədləşməni yoxlasınlar, onda görəcəklər ki, nə qədər neqativ hallar və vergidən yayınmalar ortalığa çıxır”.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək cəhdimiz alınmadı. Odur ki, maraqlı tərəfləri də dinləməyə hazırıq. //tezadlar.az//
Goranboy rayonunda məktəb direktoru müəllimə xəsarət yetirib.
DİA.AZ xəbər verir ki, hadisə rayonun Kələk kənd tam orta məktəbində baş verib.
Belə ki, Goranboy rayon Kələk kənd Qafqaz Məmmədov adına tam orta məktəbin direktoru ilə müəllimlərdən biri ilə mübahisə yaranıb. Nəticədə direktor müəllimi döyüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-a bildirib ki, hadisə ilə bağlı Goranboy Rayon Polis Şöbəsinə artıq müraciət daxil olub:
“Əməkdaşlar hadisə yerinə gediblər. Araşdırmanın nəticəsində asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən isə bildirilib ki, məsələ araşdırılır.