DİA.AZ: - Tanınmış insan hüquqları müdafiəçi, “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı növbəti vətəndaş gileyini paylaşıb. DİA.AZ bildirir ki, narazı vətəndaş, Sabirabad rayonu Mirhəsən Mirağa oğlu küçəsi ev29a Hüseynov İlkin Fərhad oğlu Azərbaycan Respublikasının Energetika Nazirliyinə, Azəriqaz İB Baş direktoruna, SOCAR-ın prezidentinə və Respublika prokuroruna ünvanladığı müraciətində yazır: "Cənab Nazir, şikayyətim “Azəriqaz” İstehsalat Birliyi Salyan Regional Qaz İstismar idarəsinin rəisi Azər Musayevdən, rəis müavini Qənimət Səmədovdan və Fərid Ağayevdəndir.Yuxarıda qeyd etdiyim vəzifəli şəxslər regionda at oynadırlar qeyri qanuni olaraq qazdan istifadəyə görə vətəndaşları bu qişin soyuq vaxtında cərimələyərək evlərə qazın verilməsini qeyri qanuni olaraq dayandırırlar, belə ki mübahisələnən hər bir qanun pozuntusu yalnız məhkəmə yolu ilə həll olumması halda, bu vəzifəli şəxsər özlərini hakim sayaraq qərar qəbul edirlər. Bildirmək istəyirəm ki, 28.11.2022-ci il tarixdə idarənin əməkdaşları tərəfindən mənim icazəm olmadan qeyri qanuni olaraq yaşadığım evə basqın etdilər, kənar xətt axtarmaq adı ilə həyətimdə olan kanlizasiya beton konustruksiyanı uçurdular ,nəticədə Azəriqazın 3 əməkdaşı həmin uçurtduqları beton kanalizasiyaya düşdülər. Səhəri güni Fərid Ağayev mənim yaşadığım evə gələrək mənə idarənin rəis müavini Qənimət Səmədovun təstiq etdiyi ölmüş şəxsin yəni mərhum atam Hüseynov Fərhad Əşrəf oğlunun (26.11.2013-ci il tarixdə vəfat etmişdir) qeyri qanuni olan 0351835 saylı aktı təqdim edərək mənə imzalamamı tələb etdi, məndə öz növbəmdə hansı aktdan söhbət gedə bilər dedikdə o, mənə cavabında dünən yadımızdan çıxıb yazmamışıq ona görə tez-bazar gətirdim imza edəsiz, bildirmək istəyirəm ki, akt yəni hansısa bir hadisəni yazılı olaraq şahidlərin iştirakı ilə yazılan bir təstiqi sənətdir. Yalnız idarənin əməkdşları dövlətin qanunlarına məhəl qoymayaraq həmin aktı təstiq edərək hesablanması üçün reginal idarəyə göndərib, idarənin rəisi Azər Musayevdə aktı dəqiqləşdirmədən qanun pozuntusu ilə 30 noybr 2022-ci il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edərək ölmuş şəxsin adına cərimə 360 günə hesablanaraq cəmi 83808 kub metr (səksən üç min səggiz yüz səggiz) qaz yəni 100.56.96 manat (on min əlli altı manat qoxsan altı qəpik) tətbiq edilmişdir, belə ki, Nazirlər Kabinetinin 80 saylı qərarının bir neçə maddəsi pozulur. Bundan əlavə 16 dekabr 2017-ci ildə SOCAR vitse prezidenti Rəhman Qurbanovun təsdiq etdiyi “Sayğacla ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair; Metodiki tövsiyyələrə əsasən 1.4.1 bəndində abonentə cərimə tətbiq olunarkən dəymiş ziyanın 90 gün ərzində sərf olunan qaz həcmi miqdarında nəzərdə tutulur, Azəriqaz İstehsalat Birliyi Salyan Regional Qaz İstismarı İdarəsinin rəisi Azər Musayev tərəfindən hazırlanan qaydada isə bu 360 günlə əvəz olunub nəticədə tədbiq olunan qeyri qanuni aktda cərimə dörd qat qədər şişirdilib. Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 6 bəndinin bütün müddialları pozulmuşdur, qərarda yazılmş hər hansı aktla bağlı hesablanan cərimələr vətəndaşın saldo hesabına cərimə kimi vurulması nəzərdə tutulmayıb, yəni yaşadığım evin qazını məhkəmədə mübahisələnib yekun qətnamə çıxıb icraya yönəlmədən qeyri qanuni olaraq qazın verilməsi dayandırılmışdır. Belə nəticəyə gəlmək olur ki, Azəriqaz İstehsalat Birliyi Salyan Regional Qaz İstismarı İdarəsinin rəisi Azər Musayev rəis müavini Qənimət Səmədov və onların əlaltıları Fərid Ağayev vəzifələrindən sui istifadə, vəzifə səlahiyyətlərini aşmaq, hərci-mərciliy, Sizin apardığınız siyasətinizə kölgə salmaq kimi qiymtləndirmək olar. Cənab Nazir ökəmizdə qanunların çiçəklndiyi bir vaxtda Azəriqaz İstehsalat Birliyi Salyan Regional Qaz İstismarı İdarəsinin rəisi Azər Musayev rəis müavini Qənimət Səmədov və onların əlaltıları Fərid Ağayev kimi məmurların bu vəzifələrdə işləməkləri bilavastə yol verilməzdir. Odur ki, xahiş edirəm yuxarıda göstərdiyim məmurlar barəsində qanuna müvafiq olar cəzalanmasına göstəriş verəsiniz".
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
***
DİA.AZ bildirir ki, qarşı tərəf adından Elçin Qocayev M.Qəhrəmanlıya cavab reaksiyasını ünvanlayıb. Həmin açıqlamanı da olduğu kimi təqdim edirik:
"Hörmətli Mirvari xanım ! Sabirabad rayonu, M.Mirağa oğlu küçəsi, ev 29 A ünvanında yaşayan İlkin Hüseynovun sosial şəbəkə üzərindən daxil olmuş müraciəti “Azəriqaz” İstehsalat Birliyində araşdırılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən ünvan 235403500000900 saylı abonent kodu ilə (abonent adı: Hüseynov Fərhad) istehlakçı qeydiyyatındadır. 28.11.2022-ci il tarixində “Azəriqaz” İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsinin nümayəndələri tərəfindən sözügedən ünvanın qaz təchizatına baxış keçirilən zaman ünvanda təbii qazdan sayğacdan kənar, qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. Bildiririk ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1.-ci hissəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin tələblərinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericıliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Bununla əlaqədar olaraq, qazın alqı-satqısı Müqaviləsinin 2.1.5-ci yarımbəndinə əsasən istehlakçıya verilən qazın həcminin dəqiq uçotununun aparılması məqsədilə 28.11.2022-ci il tarixli 0351835 saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunmuş və dəymiş zərər müəyyən edilmişdir. Eyni zamanda Salyan Regional Qaz İstismarı İdarəsinə tapşırılmışdır ki, qeyd olunan məsələyə dair istehlakçı ilə qarşılıqlı anlaşmanın əldə edilməsi mümkün olmadığı halda Müqavilənin 5.2-ci bəndinə əsasən, müvafiq qaydada məhkəməyə müraciət olunması təmin edilsin".