DİA.AZ: - Keçən günlərdə barəsində müxtəlif iddialar səslənən və kifayət qədər SİRLİ MƏMUR təsiri bağışlayan Bakı şəhər İcra Hakimiyyətində Ərazinin planlaşdırılması və inkişafı şöbəsinin müdiri Mübariz Əlmədətovla bağlı ilginc iddiaların yer aldığı materialı təqdim etmişdik.
Qeyd edək ki, bu yazımızın ardından müxtəlif mənbələrdən olduqca ilginc məlumatlar əldə etmişik. Aydın olur ki, əslində "köhnə komanda"nın İŞDÜZƏLDƏNİ kimi tanınan Mübariz Əlmədətov hüquq-mühafizə orqanlarının da hədəfindədir.
Mötəbər mənbə iddia edir: "Ola bilsin ki, yaxın günlərdə inunla bağlı konkret addım atılsın... Çünki adam çox irəçli gedib..."
Məsələ diqqətimizdədir. Əlavə bilgilərimiz olacaq... İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
ŞOK: Bu cinayət əməlinin başında duran Azəddin Cəlilov deyir ki, buna görə 150 min vermişəm... Qısa məlumat üçün qeyd edək ki, 10 may 2023-cü il tarixdə APA-nın Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadla yaydığı məlumatdan bəlli olur ki, 2023-cü il may ayının 1-də saat 04:25 radələrində Dövlət Sərhəd Xidmətinin “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində 99-KU-990 dövlət nömrə nişanlı “KİA” markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü, Əliyev Murad Əkbər oğlu və Şərur rayon sakini, 1983-cü il təvəllüdlü, Əsgərov Emin Xubeş oğlu saxlanılıb. Avtomobilə baxış keçirilən zaman, ümumi çəkisi 31 kiloqram 500 qram narkotik vasitə - marixuana aşkar olunaraq götürülüb. Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. Bu təxminən 3 ay öncə APA-nın yaydığı rəsmi məlumatdır. Biz bir media olaraq bu tip məlumatlara çox həssas yanaşırıq və anındaca konkret mövqe bildiririk. Çünki bu gün az qala bütün dünya AĞ ÖLÜM deyilən bu fəlakətlə mübarizə aparır. Və yuxarıdakı rəsmi məlumatdan aydın olur ki, söhbət 31,5 kiloqram natkotikdən gedir. Yəni hansısa uşaq-muşaqdan, həvəskar dəstədən deyil, təcrübəli narkotacirlərdən söhbət gedir. Bütün bunlara görə apardığımız araşdırma nəticəsində bəlli oldu ki, narkotik maddənin daşınmasında istifadə olunan 99-KU-990 dövlət nömrə nişanlı KİA markalı avtomobilin sahibi Naxçıvanın, Şərur rayonundan olan Cəlilov Azəddin Əbülfəz oğludur. Onun hazırda yaşadığı ünvan: Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev32, giriş 2A, mənzil 30. Həm də maraqlı odur ki, bu cinayət əməlində istifadə olunan, nakotikin daşındığı avtomobilin kimə məxsus olması barədə mediada, rəsmi xəbərlərdə bircə cümlə də yoxdur. Görünür, maraqlı qüvvələr bu cinayət əməlini sonadək araşdırmaq istəməyib. Təsəvvür edirsiniz bu boyda cinayət əməlinin üstündən 3 ay keçib, amma heç kim soruşmayıb ki, bu avtomobil kimə məxsusdur..? Bu avtomobilin sahibi kimdir, nəçidir..? Bu hələ harasıdır..? Bizim araşdırmamız zamanı bəlli oldu ki, istintaq başa çatmamış həmin avtomobil öz sahibinə, yəni Azəddin Cəlilova qaytarılıb. Təsəvvür edirsiniz, istintaq prosesində əşyayi-dəlil kimi hətta adi bir bıçaq da kənara qoyula bilməz, amma DSX-nin istintaqçıları 31,5 kiloqram narkotikin daşındığı avtomobili RAHATCA öz sahibinə qaytarıblar. Doğrudanmı, RAHATCA..? Bəlkə...? Gəlin görək, bu barədə avtomobilin sahibi, el arasında Azad deyilən, Cəlilov Azəddin Əbülfəz oğlu yaxınlarına nə deyir: May ayından bugünədək qazandıqlarımın hamısı əlimdən çıxdı... Maraqlıdır, hadisə may ayında baş verib və o gündən bu günədək Azəddinin yığdıqları əlindən çıxıb... Bu məqamda Azəddindən soruşan lazımdır ki, kimlərə nə qədər vermisən ki, canını cəzadan qurtara bilmisən...? Sonrakı araşdrımamız zamanı bəlli oldu ki, Azəddinin özünü, avtomobilini XİLAS etməsi bir yana, indi də cinayət ortağı, hazırda həbsdə olan Emin Xubeş oğlu Əsgərovu azadlığa çıxartmaq istəyir. Təsəvvür edirsiniz nələr baş verir...? Bəli, Emin Xubeş oğlu Əsgərov ultimatium göndərib ki, əgər 4 aylıq həbs qəti imkan tədbiri başa çatarkən məni azad etməsəniz, açacam sandığı, tökəcəm pambığı, əsl cinayətkarın adını açıb məhkəmədə deyəcəm... Və Azəddin Emin Əsgərovun həbsdən azad olunması üçün bütün gücünü, pulunu-varını ortaya qoyaraq, yükək vəzifədə çalışan dostlarını səfərbər edib. Və... Və qısa müddət əvvəl redaksiyamıza daxil olan məlumata görə, yaxın saatlarda Emin Əsgərovun cinayət əməlinə xitam veriləcək və o azadlığa buraxılacaq. Və 31,5 kiloqram narkotikin guya başqa bir şəxsə məxsus olması versiyası ortaya atılacaq. Budur, Emin Xubeş oğlu Əsgərovun 31.5 kq narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan sərhədlərini pozaraq, ölkəmizə gətirməsi, gətirərkən həbs zamanı hadisə yerindən qaçması, əsgərlərimiz tərəfindən tutularaq həbs olunması yalan çıxdı. İşə xitam, Emin Xubeş oğlu Əsgərova isə daha çoxlu şey-şüy gətirmək nəsib oldu. Görəsən, bu dövlətin hüquq-mühafizə orqanları, məhkəməsi, prokuroru hara baxır..? Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyev isə arın-arxayın öz işindədir.
"Bu tam da şikayət postu deyil. Məlumat üçün deyim. "Coca cola" şirkətinin keçirdiyi kampaniyada - gümüşü qapağın altındakı kodu 7676-a sms ilə göndərməklə keçirilən lotereyanın 10-cu həftəsinin cavabları çıxıb və sayta yüklənib... DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Famil Laçınski adlı istifadəçi giley edir.
Daha sonra narazı vətəndaş yazır: "Diqqətimi bir şey çəkdi, sonu 593 olan mobil nömrə sahibi 600+ hədiyyədən 45-ini qazanıb.
Qazandığı ən bahalı hədiyyə 2 ədəd iPhone 14 pro mobil telefon, 14 pro airpods və digər hədiyyələr qulaqlıq, səs gücləndirici və s. Bu qədər təsadüf olar, ya "Coca cola" şirkəti karusel çevirir???"
Məsələ ilə bağlı TEREF.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
“Təhsil Araşdırmalar Mərkəzi”nin araşdırmalarına görə, son zamanlarda regional təhsil idarələri içində, Lənkəran-Astara “Regionalı” xüsusilə fərqlənir. Belə ki, bu ilin əvvəlindən bəri, bölgə təhsili ilə bağlı ortaya çıxan bir çox dramatik pozuntular, diqqəti cəlb edir.
Doğrudur, bir çox hallarda LARTİ rəsmi açıqlama veribdir, lakin açıqlamaların məzmunu eynidir: “Araşdırma aparılmış, bəhs olunan qanun pozuntusuna rastlanmamışdır”.
(Məsələn, Astara təhsilində gündəmə gələn 2 ekstraordinal hadisə barədə bu ilin yanvar ayındakını rəsmi açıqlamanı təqdim edirik: https://www.mektebgushesi.az/2023/01/26/l%C9%99nk%C9%99ran-astara-regional-t%C9%99hsil-idar%C9%99sind%C9%99n-yoxlamalarla-bagli-aciqlama/ )
Yəqin ki, bu şablon və bəsit taktika, bundan sonra üçün də keçərli olacaq: hər dəfə hansısa məktəbdə ya da təhsil idarəsinin birbaşa özündə, problemlər gündəmə gələcək və LARTİ açıqlama verərək ki, “Araşdırma aparılmış, iddia təsdiqini tapmamışdır” deyəcək və beləcə, kimlərsə də buna inanacaq.
Lakin, cənab müdir Elxan Nəcəfov unudur ki, bu taktika ilə, medianı və QHT-ləri aldatmaq mümkün deyil. Əksinə, “zibillər”, “xalının altına süpürüldükcə” vəziyyət daha da qəlizləşir.
Yəqin ki, az-çox savadı olan Elxan bəy bunu bilməmiş deyil; deməli, məqsəd, sadəcə olaraq, vaxt udmaq, hansısa başqa işlərə köklənməkdir. Həmin işlər də, hər halda, “təhsildənkənar” işlərdir.
Elə tanınmış təhsil eksperti Kamran Əsədov da bu fikirdədir. O, düşünür ki, Elxan Nəcəfovun ən ali məqsədi, təhsili inkişaf etdirmək yox, “haqq toplamaqdır.
Gəlin onu dinləyək:
“Regional Təhsil İdarələri yaradılanda, böyük ümidlər var idi. Amma elə ilk vəzifə təyinatları göstərdi ki, heç də məqsəd, təhsilin inkişafı deyil, yeyintidir.
Deməli, Elm və Təhsil nazirliyinin xeyir-duası, dəstəyi ilə, Regional Təhsil İdarələri, orta məktəblərə yoxlamalar yollayır. Amma burada məqsəd, qudurğanlıq edənlərin cəzalandırılması deyil, onlardan haqq almaq, nazirlik üçün yığılanlardan özünə pay qoparmaqdır.”
Araşdırmaçı-ekspert, fikrini əsaslandırmaq üçün, cəmiyyətin bilmədiyi konkret bir fakt açıqlayıb: “Misal üçün, 2023-cü ilin əvvəlində Lənkəran-Astara Regional Təhsil İdarəsinin yoxlama heyəti, Yardımlı rayon Alar kəndində yerləşən orta məktəbdə yoxlama aparıb.
Yoxlama zamanı, ortaya, ciddi qanun pozuntuları çıxıb. Məsələn:
Dövlətin, məktəbin istilik sistemi üçün ayırdığı vəsait, mənimsənilib.
Vakant müəllim yerləri gizlədilib.
Fakultativ məşğələlər yazılıb, amma keçirilmir.
Dövlətin, məktəbin təmizlənməsi üçün ayırdığı materiallar mənimsənilib.
Biologiya müəllimi vəfat edib, lakin oun dərs saatı, diaqnostik balı olmayan direktora yazılıb.”
K. Əsədov fikrinin davamında qeyd edir: “Kifayət qədər belə ciddi qanun pozuntuları var. Bunlar, hələ bir məktəbdə olanlardır. Digər bir çox məktəblərdə də analoji vəziyyət hökm sürür…”
_________
Qeyd edək ki, Lənkəran-Astara Regional təhsil idarəsi rəhbəri Elxan Nəcəfovla bağlı, ekspertin söylədikləri, ilk maxinasiya faktları deyil. Son bir neçə ayda, dəfələrlə bu cür yaramaz halların, maxinasiyaların üstü açılıbdır.
Cənab müdir bir şeyi unudur ki, sosial və elektron mediada bütün bunlar gündəmə gəldikcə, onun olmayan reytinqi daha da aşağı düşür və limiti tükənir.
Yeri gəlmişkən, Regional rəhbərlərin əməlləri barədə hüquqi prosedurlar, artıq başlayıb! Bəli, Quba-Xaçmaz təhsil idarəsinin rəisi barədə cinayət işinin açılması, həm də o deməkdir ki, Elxan Nəcəfova verilən şans da sona çatmaqdadır! O, tezliklə, etdiyi əməllərin hesabını verməli olacaq!
“Təhsil Araşdırmalar Mərkəzi”nin hazırladığı sujeti təqdim edirik: Teref.az
Lerikin deputatı İqbal Məmmədov Piran kəndindən keçən çayı sözün əsl mənasında qan gölünə döndərib. 10 ildir işlətdiyi broyler çayı yarasız edib, çaydan su əvəzinə qan gedir.
Tanınmış jurnalist Cavanşir Həsənli növbəti ilginc faktla çıxış edib. DİA.AZ bildirir ki, neçə müddət idi araşdırmalarına ara verən jurnalist bu dəfə də maraqlı paylaşımı ilə diqqət çəkib.
Jurnalist yazır: "Görəsən, hökumətin xəbəri varmı ki, Boss Şelf-in direktoru İxtiyar Axundov, onun həyat yoldaşı Balacaxanım Axundova və qızı Emiliya 2020-ci ilin noyabrında Kolumbiya Əyalət Məhkəməsində ABŞ Dövlət Departamentinə qarşı daimi mühacirət tələbi ilə məhkəmə iddiası qaldırıb.
2021-ci ilin aprelin 28-də iddiaçıların ərizələrini (03374 saylı) geri götürməsi ilə məhkəmə işinə xitam verilib".
Məsələ ilə bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Hər dəfə min bir bəhanə ilə sözügedən bölgənin mədəniyyət işçilərinin vəzifə maaşları aylarla gecikdirilir. Sanki bu idarənin keçmiş rəhbəri Mirvari xanım işdən gedərkən bütün ruzi-bərəkəti də özüylə aparıb. Belə ki, onun yerinə kimi təyin edirlərsə altı ay, bir il belə işləyə bilmir. Və işlədiyi müddətcə yalnız problemlərlə üzləşir desək, yanılmarıq. Bu ilin mart ayı ərəfəsində bu mövzuya qayıtmışdıq. Belə ki, bir neçə ayın vəzifə maaşlarını ala bilməyən mədəniyyət işçiləri, hətta Novruz bayramı ərəfəsində kasıb təbəqədən sayılan kənd mədəniyyət evlərinin işçiləri maaşsız qalmışdılar. Sağolsunlar nazirliyin işçiləri məsələyə müdaxilə etdikdən sonra maaşlar verildi. Mirvari xanımdan sonra Tərlan, Azər müəllim xeyli işlədilər. Daha sonra Ağaəli adlı bir nəfər bir müddət bu vəzifəni icra etdi. Bu gün yenə də, bu vəzifəni başqa adam idarə edir, həm də, müvəqqəti. Nargilə Qafarova da, rəisin səlahiyyətlərini müvəqqəti icra etməyə gəlib, həm də necə gəlib???Bu artıq ayrı bir mövzudur, buna da, ayrıca bir yazı yazacağıq. Görünən odur ki, hər dəfə rəis dəyişilən zaman mütləq bir problem yaşanır, bu dəfə yenə də, mədəniyyət işçilərinin vəzifə maaşları gecikdirilir. Deyirlər ki, struktur dəyişikliyi olmalıdır. Ay qadan alım struktur dəyişikliyi edirsən et, əvvəlcə bu kasıbların maaşlarını verin, sonra nəyi dəyişirsinizsə dəyişin dəəəə, bəlkə bu pulları faizlə,sələmə buraxırsınız????????Hamı bilir ki, mədəniyyət sahəsinin işçiləri ən az maaş alanlardandır,bu insanların övladları bu ayı ac qalmalıdır ki, mədəniyyət sahəsində struktur dəyişkənliyi gedir?!Mədəniyyət naziri Əbülfəz Qarayev vəzifəsindən azad olunduğu gündən bu sahədə də, problemlər bitmir ki, bitmir. Mən bir ziyalı kimi, araşdırmaçı jurnalist kimi deyə bilərəm ki, burada günah Mədəniyyət nazirinin üzərinə düşür. Anar Kərimov təyin olunduğu gündən min bir problemlər yaşandı. Sonunda korrupsiya, həbslər vəs. Bundan sonra yeni Mədəniyyət naziri Adil Kərimli təyin olundu. Maaşlar verilmir, bu sadə kəndlinin günahı nədir bilmirəm?!!!! Bəlkə yenə də, yeyinti üçün yollar axtarılır, bəlkə də, yenə korrupsiya və həbslər olacaq?Onu da bilmirəm, ancaq nə olursa olsun insanları ailəsini dolandıracaq çörək puluyla imtahan etmək Prezident İlham Əliyevin daxili siyasətinə qarşı çıxmaqdır. Prezident İlham Əliyev Ali Baş komandan kimi Bizə Zəfər yaşatdı, Qarabağımızı azad etdi, bütün dünya tərəfindən ona xüsusi simpatiya olunan bir vaxtda, cənab Prezidentin təyin etdiyi məmurlar naxələf çıxırlar?! Xalqı dövlətdən narazı salmaqla Siz nə düşünür və kimə işləyirsiniz??? Nargilə Qafarova gəldiyi gündən yalnız yerli mədəniyyət idarə rəhbərlərinə barmaq silkələməklə yaddaşlarda qalmağa başlayıb, uçub tökülməkdə olan heç olmasa bir mədəniyyət müəssisəsi haqqında öz nazirinə yardım üçün müraciət etsəydi, yerlərdə sadə insanların da, sevgisini qazanardı. Cənab Nazir, hörmətli Adil müəllim, müraciətim sizədir, Siz hüquq sahəsini gözəl bilirsiniz, güman ki, hesab-kitabdan da, pis deyilsiniz. 300 azn maaş alan ailə başçısı bu günkü bahalıqla ailəsini güclə dolandırdığı bir vaxtda bu sahənin işçilərinin maaşlarını niyə vaxtında vermirsiniz? Necə olur ki, Qəbələ rayonundan bura Regional Mədəniyyət idarəsinə rəis göndərirsiniz?Məgər bu bölgədə bir nəfər belə savadlı mədəniyyət işçisi yoxdur?, əgər bu belədirsə bütün mədəniyyət müəssisələrini bir əmrlə bağladın, kimə lazımdır savadsız işçilər? Nəzərinizə çatdırım ki, Şimal-qərb bölgəsində, məhz mədəniyyət sahəsində elə savadlı insanlar vardır ki, nazir belə ola bilərlər. Vəzifə elə şeydir ki, bu bir taleh quşudur, qonur insanın başına. Odur ki, Siz və yerlərə təyin etdiyiniz Nargilə xanım kimi rəis əvəziləri bu təbəqənin insanlarına hörmətlə yanaşın. Mən dəqiq bilirəm ki, 300 azn lə yaşamağın, xeyir-şərə getməyin, geyinməyin, xəstələnməyin vəs. nə olduğunu Sizin kimi məmurlar bilmirlər. Sizi Dövlət başçımızın apardığı daxili siyasətə kölgə salmamağa dəvət edirəm. Ən azından bunu bir Ziyalı, Veteran YAP-çı kimi sizdən tələb edirəm. Ailələrini güclə dolandıran təbəqənin hissiyatları ilə oynamaq dövlətimizin siyasətinə ziddir. Əlmaniz Ələkbərli Azərbaycan Yazıçılar Və Jurnalistlər Birliyinin Üzvü. Azərbaycan Yazıçılar Birliyinin Şimal-qərb regional Bölməsinin sədri. Yazı Əlmaniz Ələkbərlinin səhifəsindən götürülüb.. Teref.az
Son vaxtlar Azərbaycanda istehsal olunan bir çox ərzaq məhsulları ilə bağlı narazılıqlar artıb. Apardığımız araşdırmalar sübut edir ki, bəzi məhsullar həqiqətən də istehlaka yararsız və insan orqanizmi üçün təhlükəlidirlər.
TEREF.AZ bildirir ki, oxşar problemlə bağlı Bizim.Media-ya müraciət edən şikayətçilərdən biri “Oba Market” şəbəkəsinin Kənd Əhmədli qəsəbəsində yerləşən mağazasından aldığı klassik “Qrill sosisləri”adı altında istehsal olunan məhsuldan şikayət etdiyini bildirib.
O, qeyd edib ki, axşam aldığı sosiskanı səhər bişirmək istəyərkən xoşagəlməz mənzərə ilə qarşılaşıb:
“Səhər sosiskanı yumurta ilə bişirmək istədim, amma yararsız hala düşdü və yemək mümkün olmadı. Buna görə də birini götürüb, həm keyfiyyətinə, həm də dadına baxmaq üçün bıçaqla kəsdim və bir dilim ağzıma qoydum. Dadı çox acıdır, sanki ət məhsulu deyil, bişmiş kağız yeyirdim. Bir neçə dəqiqə sonra boğazımda acılıq və yanğı hiss etdim.
Bişirdiyim yeməyi və kəsdiyim parçanı zibil qabına ataraq işə getdim. Axşam qayıtdıqdan sonra yenidən yoxlamaq qərarına gəldim və sizə göndərdiyim videoda olduğu kimi, əlimlə əzməyə başladım. Sanki əti deyil, palçığı əzirəm, yaxud əlimlə xəmir yoğururam. Videoda hər şey açıq görünür”.
Qeyd edək ki, sözügedən məhsul fiziki şəxs olan Vüqar Məmmədova (VÖEN - 1604408182) məxsus müəssisədə istehsal olunub. İlk baxışdan məhsulun qablaşdırılmasında da hər hansı problem yoxdur.
Amma...
Qablaşdırmanın üzərində, məhsulun tərkibində toyuq əti, bitki yağı, nişasta, içməli su, xörək duzu, natrium-nitril, ətirli istiot, sarımsaq, eləcə də stabilizator, emilqatorlar, turşuluq tənzimləyiciləri kimi qida əlavələrinin qatıldığı qeyd olunub. Hətta 100 qr məhsulda qida və enerji dəyərlərinin tərkibi də göstərilib. Bunlarla məhsulun keyfiyyətli olduğu mənzərəsi yaradılsa da, edilən şikayət və çəkilən foto-video görüntülər əksini sübut edir.
Mövzu ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu ilə müraciət etdik.
Qurumdan sorğumuza verilən cavabda, AQTA tərəfindən sözügedən istehsalçı müəssisədə bu ilin iyun ayında yoxlama aparıldığı və inzibati və qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlərin görüldüyü bildirilib:
Qeyd olunur ki, yaxın tarixlərdə yoxlama nəticəsində aşkar edilmiş pozuntuların müəyyən edilmiş müddət ərzində aradan qaldırılıb-qaldırılmaması üzrə təkrar yoxlama keçirilməsi nəzərdə tutulub.
“Yoxlamanın nəticəsi barədə məlumat veriləcək. Əlavə olaraq, istehlakçılar qida məhsulları ilə bağlı sualları yarandığı təqdirdə Agentliyin 1003 - Çağrı Mərkəzinə zəng vuraraq müraciət edə bilərlər. Müraciət daxil olduqdan sonra müvafiq araşdırmalar aparılacaq və qanunvericiliyə uyğun tədbirlər görüləcək” – deyə cavabda vurğulanıb.
Məqalədə adı çəkilən tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq.