Ardını oxu...
ZİRVƏ hazırlıq kursunun təsisçisi və direktoru Rahib İmrahimov aztəminatlı ailələrin uşaqlarına dərs keçir, yoxsa..?
Biz hələ müstəqil Azərbaycan dövlətinin vətəndaşı deyil, sovet vətəndaşı olduğumuz dönəmdə, yəni 1990-cı ildə Fətullah Güləni tanıdıq. Bilməyənlər üçün qeyd edək ki, 1990-cı ilin Qanlı Yanvarında sovet qoşunları Bakıda qanlı genosid törətdi və xeyli sayda soydaşlarımızı qanına qəltan elədi.
Təəssüf ki, o zaman bizim səsimizə səs verən tapılmadı. Ulu Öndərimiz o zaman həyatını riskə ataraq Moskvada iclas keçirdi və dünyaya bu qanlı hadisəni bəyan elədi. Bu zamanlar hamının gözü dikilmişdi dünyaya... Amma dünyanın gözləri kor, qulaqları isə kar olaraq qalırdı...
Belə məqamda heç kimin tanımadığı Fətullah Gülən adında birisi televizorda göz yaşı axıdıb, ağlayıb-sıtqıyıb, başına-gözünə döyərək 20 Yanvar şəhidlərindən danışmağa başaldı.
Sözün düzü, o zaman hamımıza təsəlli olan bu olayı sonralar analiz edəndə Fətullah Gülənin ARTİSTLİYİ açıq-aşkar hiss olunurdu. Və beləcə 1 ildən sonra SSRİ dağıldı...
Fətullah Gülənin emissarları Bakıya ayaq açdı. Beləcə heç kimin hiss eləmədiyi tərzdə Bakıda və bəzi bölgələrdə Fətullah Gülənin liseyləri, kursları, ali məktəbləri işə düşdü. Bu o zaman çoxlarına adi hadisə kimi gələ bilərdi. Amma Fətullah Gülən bu məqsədlə yüz milyonlarla pul buraxmışdı. Və məqsəd məktəblər vasitəsilə özünün gələcək davamçılarını hazırlamaq idi.
Sözün qısası, Azərbaycanda bu istiqamətdə qısa zamanda xeyli təhsil ocaqları, hazırlıq kursları yaranmağa başaldı.
Belə FETÖ ocaqlarından biri də ZİRVƏ hazırlıq kurslarıdır. Hazırlıq kursu ilə ümumi tanışlıq üçün qurumun www.zirve.edu.az saytına daxil olaraq bəzi məlumatlara nəzər salırıq. Çoxları elə bilir ki, Zirvə hazırlıq kursu ancaq şagirdləri ali məktəblərə hazırlayır. Amma qurumun saytında qeyd olunur ki, burada Abituriyent hazırlığı, Məktəbəqədər hazırlıq, Təkmilləşdirmə, MİQ hazırlığı, Magistr hazırlığı, Xarici dil hazırlığı, YÖS hazırlığı, Liseylərə hazırlıq, Kompüter hazırığı kursları fəaliyyət göstərir.
Yəni söhbət adi bir hazırlıq kurslarından getmir. Üstəlik Zirvə kursunun, az qala, hər qəsəbədə, Bakıda, Sumqayıtda, Tovuzda və başqa bölgələrdə filialları fəaliyyət göstərir. Yəqin oxucuda aydın təsəvvür yarandı ki, ZİRVƏ kursu dövlətimizin bütün ərazisində öz təhsil şəbəkəsini qurub. Zirvə Kurslarının Təsisçisi - Direktoru isə Rahib İmrahimovdur.
Biz heç kimin fəaliyyətinə kölgə salmaq fikrində deyilik. Amma qardaş Türkiyədə baş verənlər bizi gənc dövlət olaraq həmişə düşündürməlidir. Amerikada oturub böyük bir casus şəbəkəsi quran Fətullah Gülən də ilk işlərini təhsil sahəsindən başlamışdır. Və Fətullah Gülən deyirdi ki, mən Türkiyədə kasıb balalarına sahib çıxacağam, onların yüksək təhsil almasına dəstək olacağam.
Bizi qınamayın, eyni fikirlərə ZİRVƏ kurslarının saytında da rast gəlirik. “Zirvə Kursları "Ürəklər gülsün" layihəsinə qoşulub, aztəminatlı ailələrin övladlarına təmənnasız dərs keçir və s... İstər-istəməz eyni dəst-xətt yada düşür... Bir daha təkrar edirik ki, bizim kiminsə fəaliyyətinə kölgə salmaq fikirimiz yoxdur, bizi bu məsələdə dövlətimizin gələcəyi düşündürür... Və heç kimə sirr deyil ki, FETÖ layihəsi Azərbaycanda az qala təhsil sahəsinin bütün orqanlarına yerimişdi...
Neçə-neçə ali məktəbdə FETÖ-nün nümayəndələri fəaliyyət göstərir. Biz əsas mövzudan kənara çıxmaq istəmirik, amma yazmağa məcburuq ki, FETÖ-nün nümayəndələri təkcə təhsil müəssisələrində deyil, nazirliklərdə, komitələrdə mövcuddur. Bir zamanlar, Kənd Təsərrüfatı Nazirliyində kimlərin FETÖ-yə qulluq etməsindən də danışılırdı. Yəni ZİRVƏ kurslarının nümayəndələri elə bilməsin ki, məqsədimiz ZİRVƏ ilə bağlıdır. Bu çox geniş mövzudur. Və bu məsələdə çox ayıq-sayıq olmalıyıq. Və biz də bir Azərbaycan dövləti olaraq Türkiyəyə VƏFA BORCUMUZU verməliyik.
Bəli, redaksiyamıza daxil olan məlumata görə, ZİRVƏ kurslarının təsisçisi və direktoru Rahib İmrahimov baldızı Rita xanımı və digər yaxın qohumlarını, dostlarını quruma işə qəbul edərək, sanki ailə şirkəti, ailə məktəbi yaradıblar. Yuxarıda qeyd etdiyimiz kimi bu “AİLƏ MƏKTƏBİ”nin nümayəndələri yaşadıqları ərazidə yeniyetmələri, gəncləri başlarına yığıb dini mövzularda təlimlər keçirlər, kimlərisə təbliğ edirlər, onları məktəblərə pulsuz hazırlaşdırırlar... Bir sözlə, əsl FETÖ metodları...
Biz ZİRVƏ rəhbərliyinin özəl həyatına qarışmırıq, Kürdəmir yolunda həyat yoldaşı Humay xanımla avtoqəza keçirib salamat qalmalarından və s. bəhs etmirik. Bizi ancaq dövlətimizin gələcəyi maraqlandırır.
Məlumdur ki, son vaxtlar hüquq-mühafizə orqanlarımız ölkəmizdəki FETÖ-çulara qarşı ciddi əməliyyatlar keçirib. Biz demirik ki, ZİRVƏ kurslarının rəhbəri Rahib İmrahimov FETÖ-çudur, amma bizə elə gəlir ki, ZİRVƏ kursları da ciddi nəzarətə götürülməli və orada yoxlamalar aparılmalıdır.
P. S. Zirvə kurslarının rəhbəri Rahib İmrahimov nədənsə özünü məşhur türk kinosundakı Kimsəsiz Doğan obrazında görür. Bu haqda geniş araşdırmamız olacaq. //gundelik-baku.com//
 
Ardını oxu...
Haqqında söz açdığımız orta yaşlı iş adamı Ceyhun Həsən oğlu Abbasov 1996-cı ildə Azərbaycan Texniki Universitetini “Mühəndis-elektronik-konstruktor” ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildən etibarən bizneslə məşğuldur. Biznesinin də ixtisası ilə heç bir əlaqəsi yoxdur. Belə çıxır, adam universitetə daxil olanda bilirmiş ki, ixtisas bilgiləri ona gərək olmayacaq, sadəcə diplomu imtiyaza görə almaq lazım imiş. Hərçənd, ölkəmizdə elektronik konstruksiyalar hazırlamaq, sahəsində elə bir uğura imza atmış mühəndis yoxdur ki, səsi – sorağı ölkımizin sərhədini aşsın. Elə bir iş adamı da yoxdur ki, elektronika məhsullarının istehsalı və satışı ilə məşğul olsun. Bir sözlə, bizdə elektronçu mühəndis böyük kapital qazanmaq üçün yalnız alverçi Ceyhun Abbasovun yolu ilə gedə bilər, elektrikli və sürücüsüz avtomobillər istehsal edən İlon Maskın yolu ilə deyil. Özü də biznesə haram qatmaqla. Elə bugünkü söhbətimiz də Ceyhun Abbasovun haramxorluğundan gedəcək.
Ceyhun Abbasov da elektronika mühəndisliyindənsə, alverçiliyi seçib. Hazırda fəaliyətini qurucusu və rəhbəri olduğu “Avrora Qrup”un prezidenti kimi davam etdirir. Şirkət distribüter daha peşəkar və davamlı həyata keçirmək üçün mərkəzi ofisi Bakıda olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda filialları fəaliyyət göstərir. Hal-hazırda qida sektorunda ölkəmizin ən monopolist distribüter şirkətlərindən biridir. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin “toxunulmaz” partnyoru olan “Avrora Qrup”un portfoliosuna “Danone”, “Ehrman”, “Arla”, “Rolton”, “Hochland”, “KraftHeinz” “Pernod Ricard”, “Diageo”, “Carlsberg”, “Jagermeister”, “Gruppo Campari”, “Brown Forman”, “Bacardi Limited” və s. kimi aparıcı şirkətlər daxildir. 12000-dən çox ticarət nöqtəsinə 1000-dən çox məhsul çeşidinin satışını həyata keçirir. Şirkətin istehsalat sahələrini özündə birləşdirən “Avrora Sənaye Parkı”nda Makaron fabriki, Qənnadı fabriki, Qazlı və qazsız içkilər fabriki, Karbon Dioksid fabriki, Un istehsalı fabriki vardır. Fabriklərdə İsveçrənin “Buhler”, “Franz Haas”, İtaliyanın “İmaforni”, “CFT”, “Fava”, “Ricciarelli”, “Landucci”, Almaniyanın “KRONES” və digər avadanlıqlar quraşdırılmışdır. 2010-cu ildə Bolmart Supermarketlər Şəbəkəsi xalqın xidmətinə verilib.
2014-cü ildə İtalyanın CFT avadanlıqları əsasında qazlı sərinləşdirici içki zavodu fəaliyyətə başlayıb. Zavodda “Bizon” markası ilə qazlı sərinləşdirici içki istehsal olunur. Zavod həmçinin Go, Jaguar və Berg qazlı sərinləşdirici içkilərinin rəsmi istehsalçı partnyorudur.
Göründüyü kimi, enerji içkilərinin istehsalı və satışı Ceyhun Abbasovun təsisçisi olduğu şirkətin fəaliyyətinin yalnız bir, amma həm də vacib istiqamətidir. Əslində bu içkilər də narkotik kimi insanlarda asılılıq yaradır. Belə energetik içkilərdən biri də BİZON-dur. Hətta məşhur reklamı da var: BİZ ONU SEÇDİK. Bu məhsulun Azərbaycanda istehsalçısı “Avrora” MMC tərəfindən istehsal olunan “Bizon Energy”dir. Energetik içkilərin, o cümlədən BİZONUN zərərindən, dünyada qadağan olunmasından çox danışılıb. Amma, sən demə, Ceyhun Abbasovun hər gün yüz minlərə, bəlkə də milyonlara satdığı və üzərində energetik içki ( “ENERGY” və “CHARGE YOUR POWER”) yazdığı BİZON saxta imiş. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Avrora” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Bəlli olub ki, alkoqolsuz içkilərin üzərində, “alkoqolsuz” sözlərinin istifadə olunması, istehlakçılarda həmin məhsulun enerji içkisi olması təəssüratının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatların verilməsi əlamətləri müəyyən edilib. Yəni iş adamı Ceyhun Abbasov neçə ildir ki, istehlakçıları aldadır – “BİZON” enerji içkisi deyilmiş…
Ekspertlər qeyd edir ki, “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”na əsasən, alkoqolsuz içkilərin tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və s. kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə, yaxud həmin maddələrdən yalnız kofein olduqda və miqdarı 15 mq/100 ml-dan artıq olarsa, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir. Amma Ceyhun Abbasovun BİZON-u bu qayda və normalara cavab vermir. Ceyhun Abbasov öz müsahibələrinin birində energetik içkilərə aksizlərin tətbiq olunmasını pisləyir, hətta özündən razı bu adam deputatları, dövlət qurumlarını ittiham edir. Onu tanıyanların dediyinə görə, Ceyhun Abbasov hər yerdə “Mən Ordubadlı Ceyhunam….yuxarılarda….hüquq-mühafizə orqanlarında adamlarım var…kimi istəsəm “nakazat” edərəm” deyir….
“Bizon”un yeniyetmə və gənclərə, hamilə qadınlara, süd verən analara, ürək -damar xəstəliyindən əziyyət çəkənlərə, böyrək və qaraciyər xəstələrinə tövsiyə olunmaması C.Abbasovun heç vecinə də deyil. Energetik içkilər qəfil ölümlərə səbəb ola bilir. Bunu mütəxəssislər deyir. Belə ki, bu içkilər insanın istər psixoloji durumuna, istərsə də ürək-damar sisteminə, maddələr mübadiləsinə mənfi təsir göstərir, yuxu, əsəb sistemini pozur. Hətta Milli Məclisdə bütövlükdə energetik içkilərin ölkəmizdə satışı ilə bağlı müəyyən qadağaların tətbiq edilməsinə təşəbbüslər də hələ ki, nəticəsiz qalıb. Halbuki energetik içkilərin istehsalı, satışı, reklam edilməsi bir çox qabaqcıl Avropa ölkələrində (Norveç, Danimarka, Fransa və s.) qanunla qadağan edilib. Qonşu Rusiyada da, nəhayət, prezidentin işə qarışması sayəsində məsələ həllini tapıb. Yəqin, bizdə də gərək mütləq məsələyə Prezident özü şəxsən müdaxilə etsin.
 
Göyçay rayon xəstəxanası
Bu yaxınlarda Göyçay rayon Çərəkə kənd sakini Akif Əhmədovun redaksiyamıza müraciəti ilə bağlı saytımızda yazı dərc olunmuşdu.Ürək agrıdıcı hadisə ilə üzləşmişdik.

Agrı -acı içində qıvrılan bir insanın başına gələn faciə adamı sarsıtmaya bilmir.
Akif Əhmədov Göyçay rayon xəstəxanasının cərrahı Famil həkimdən şikayət eləmişdi.Yazırdı ki, bir müddət əvvəl qarnında ugursuz əməliyyat aparıb.İndi təkrar əməliyyat edib saglamlığını bərpa etmək istəyir.Lakin Famil həkim səhvini boynuna almaq istəmir, əməliyyat üçün vəsait lazımdır.Baş çəkdiyi respublika klinikalarında bunun çətin əməliyyat olduğu bildirilib.
Çarəsiz qalan A.Əhmədov həkimin səhvini sübut etmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə müraciət etməli olub.Elə ən qəribə hadisə ilə də burada rastlaşıb.Onu ekspertizadan keçirib rayonun hüquq -mühafizə orqanlarna da daşdan keçən rəy göndəriblər ki, şikayətçi Akif Əhmədov haqlıdır, onun səhhətində yaranan problem qarnında aparılmış tibbi əməliyyatın nəticəsində yaranıb., günahkar həkimdir.
Şərəf və ləyaqətini böhtan atmaqla ləkələmiş hesab etdiyi Akif Əhmədovu məhkəməyə vermiş Famil həkim rəyə etirazını bildirib, yenidən ekspertiza keçirilməsi ilə bağlı müraciət edib,Bu dəfə Eksperiza Birliyi başqa bir rəy verib.(?)
Rəydə Akif Əhmədovun səhhətindəki problemin tibbi əməliyyat nəticəsində baş verə bilməsi ehtimal olunur.Bu xəbər şikayətçini şoka salır.O, yenidən Ekspertiza Birliyinə yollanır, niyə ikili rəy verildiyini soruşur.Akif Əhmədova cavab verən, qəbul edən səlahiyyətli bir şəxs tapılmır.O, Səhiyyə Nazirliyinə yollanır.Oradan onu yenidən Ekspertiza Birliyinə göndərirlər.Bu dəfə Birliyin direktor müavini Ziya müəllim onu qəbul edir.Səhv etdiklərini,onun haqlı olduğunu, məsələni böyüməməyi, rfih mətbuata açıqlama verməməyi, rayon hüquq -mühafizə orqanlarnkarlndan göndəriş alıb yenidən ekspertizadan keçməsini ona təklif edir.O da rayona gəlir lakin prokurorluğun əməkdaşı Nicat müəllim ona göndəriş verməkdən imtina edib
Redaksiyamızdan onunla əlaqə saxlayıb niyə şikayətçiyə ikinci göndəriş verilmir,sualına cavabı Akif Əhmədova verilən cavabın eyni oldu.
Əvvəla şikayətçi bir dəfə onlara müraciət edib, ikincisi Famil həkimin istəyi ilə baş tutub.
Həqiqətin üzə çıxması üçün və prokurorluq da bunda maraqlıdırsa , tərəddüd etmədən şikayətçiyə göndəriş verilməlidir.Bi necə yanaşmadır görəsən?
Üstəlik o bildirir ki, rayona qayıtdıqdan sonra, ona təzyiq edib göstərdikləri sənədə qol çəkdirmək istəyiblər ki,işi məhkəməyə göndərsinlər .İmza atmadıgına görə döyüldüyünü bildirir

Akif Əhmədov hesab edir ki, Ekspertiza Birliyinin direktor müavini Ziya müəllim ona qarşı səmimi olmayan mövqe tutmaqdadır.Deyir ki,özlərini günahkar hesab edən kəs, həmin ikinci rəyi verənlər haqda lazımi tədbir görər,onu beləcə başdan eləməzdi.A.Əhmədovun vəziyyəti gündən günə pisləşir.Başına bir iş gəlsə axırı nə olacaq? Bu işin məsuliyyəti kimin boynuna yazılacaq?
Yəqin ki, tezliklə məsələyə aydınlıq gətirən tapılar... //aktualxeber.az//
 
Ardını oxu...
Bu dəfəki “qurban”, gənc alimdir

Astara rayonu, artıq belə görünür ki, tamamilə mafia qanunlarına təslim olub və burdan gələn hər yeni xəbər, sanki əvvəlkini “kölgə”də buraxmalıdır.

Son zamanlarda gündəmdə olan Astara Rayon Məhkəməsinin hakimi Mübariz Məmmədov, yenə də qeyri-peşəkarlığı ilə diqqət mərkəzinə düşüb.

Belə ki, Astara şəhər 4 saylı tam orta məktəbin qanunsuz şəkildə işdən çıxarılmış psixoloqu Daşqın Əliyevlə bağlı avqustun 10-da, Astara Rayon Məhkəməsində keçirilmiş prosesdə, sözün həqiqi mənasında, şou yaşanıb və bu şounu da hakim M. Məmmədov təşkil edib.

Məhkəmə prosesi, psixoloqun işə bərpasından sonra ona dəymiş zərərin ödənilməsi və müqavilənin forması ilə bağlı olub. Lənkəran-Astara Regional Təhsil İdarəsi və Lənkəran İcra Şöbəsi, Məhkəməyə müraciət edərək, psixoloqun işə bərpasının detallarını aydınlaşdırmaq istəyiblər. Avqustun 10-na təyin olunmuş iclasda, məhkəmə hakimi Mübariz Məmmədov, Lənkəran-Astara Təhsil İdarəsinin marağını təmin etmək üçün, sözün həqiqi mənasında, hər şeyi edib: Daşqın Əliyevə, məhkəmədə demək olar ki, danışmaq haqqı verməyərək, dəfələrlə sözünü kəsib, üstəlik də bunu, küçə üslubunda, “ayə” xitabıyla edib. Bir sözlə, gənc alimin vəkilinin prosesdə iştirak etməməsindən istifadə edərək, hakim və LARTİ, onu “təkləməyə” çalışaraq, hansısa “güzəştlərə” razı salmaq istəyiblər. Nəticədə, heç bir hüquqi əsas olmadan, psixoloqun, işə, daimi deyil, müddətli müqavilə ilə bərpa olunması gərəkdiyi bildirilib. Lakin, guya “balans yaratmaq üçün” digər məsələdə-dəyən zərərin tam ödənilməsi və verilməyən maaşların verilməsi məsələsində, psixoloqun əleyhinə olmayan qərar veriləcəyi bildirilib.

Lakin, məhkəməyə, görünür ki, çox “iştahlı” gələn LARTİ, bu qərarı da öz lehinə dəyişdirmək üçün xeyli “dirəşib”. Hakim M. Məmmədov, 180 dərəcə qanunsuzluğa yol verə bilməyəcəyini, “balans” yaratmalı olduğunu, “müəllim” deyə xitab etdiyi Lənkəran “Regional” və Astara təhsil sektoru nümayəndələrinə başa salmağa çalışsa da, onlar, bunu anlamayıblar. Nəticədə, onlar, vaxt qazanmaq məqsədiylə, prosesin təxirə salınması üçün hakimə müraciət ediblər. Hakim M. Məmmədov, heç bir əsas olmadan, onların bu son istəyini də qəbul edib.

Qeyd edək ki, məhkəmədə, LARTİ-ni, Astara təhsil sektoru üzrə təmsil edən məsləhətçi Elçin Mirzəzadə, elə hakim M. Məmmədov kimi, ciddi qalmaqallarla gündəmə gələn birisidir. Məhz onun direktor olduğu zamanda(2018-də), şəhər 6 saylı məktəbdən qanunsuz şəkildə işdən çıxarılan psixoloq Daşqın Əliyev, sonradan ciddi ictimai təpkidən sonra işə bərpa olunmuşdu və o zamanki Təhsil müdiri Rəşad Həsənov, buna görə üzr istəmişdi.

______

Avqustun 10-da Astara rayonunda baş verən şou-prosesin səs-küyü, artıq öz əksini tapmaqdadır. Cəmi bir neçə həftə öncə, “Ülviyyə Bayramova məsələsi”ndə, mübahisəli qərarı ilə gündəmə gələn hakim M. Məmmədov, göstərdiyi yeni “tamaşa” ilə, yenidən medianın və ictimaiyyətin diqqət mərkəzinə düşmüş oldu.

Baş verənlərlə bağlı mediaya açıqlama verən alim-psixoloq Daşqın Əliyev, hakimin aşkar tərəfkeşliyi və ədəbsiz üslubu qarşısında təəccübləndiyini bildirdi: “Biz, indiyə qədər, Astarada hər cür ədalətsizliyi yaşamışıq və bunu mediamız bilir. Amma, etiraf edim ki, bu dəfə hətta biz də təəccübləndik! Doğrudur, bu iclasda, hakimin tərəfsiz qalacağını zatən gözləmirdik və ən azı 1 məsələdə, LARTİ-nin istəyini yerinə yetirəcəyini gözləyirdik. Lakin, hakim Mübariz Məmmədovun, “mötəbər qurum”un istəyini təmin edərkən, zəif gördüyü “qeyri-mötəbər” quruma-“Gənc Alimlər”ə bu qədər təhqiramiz yanaşacağını, tərəfkeşliyini kobud formada edəcəyini və mənimlə “ayə, səsini kəs!” deyə danışacağını gözləmirdim. Birincisi, məhkəmə hakiminin, bir gənc alimə, hətta sadə vətəndaşa, “ayə” deyə xitab etməyə haqqı yoxdu və bu, aşkar etikasızlıqdı. İkincisi də, az qala dövlət ittihamçısı kimi çıxış edən LARTİ-nin haqqımda dediyi ittihamlara cavab vermə hüququm var, qanun bunu deyir. Məhkəmə iclasının video-qeydinə baxsaz görərsiz ki, mənə söz verilmə haqqı, 10-un 1-ə nisbətində olmuşdur. Mən, Azərbaycanda sosial mediaya dair yeganə kitabın müəllifi olan, gənc elm adamıyam. Əgər hakim M.Məmmədov məni də təhqir edirsə, indi görün, sadə vətəndaşların başına nə oyunu açır! Biz mediadan xahiş edirik ki, Astara məhkəməsində baş verən haqsızlıqları gündəmə gətirsinlər, susmasınlar. Mediamız, qəddar təhsil müdiri Rəşad Həsənovun haqından gələrək, çox böyük bir iş başardı. İndi də Astaradakı digər məmurlar, o cümlədən M. Məmmədov barəsində susmamaları üçün saytlara, səhifələrə müraciət edirik! Media, məmurların haqqından gələcək qədər güclü bir amildir!

_______

Qeyd edək ki, gənc alimin ittihamlarına cavab verən LARTİ təmsilçisi, hakimi müdafiə edərək, “Daşqın Əliyev sakit insandır, özü az danışmaq istəyib, kimsə mane olmayıb” deyə ilginc açıqlama verib.

________

P.S. Maraqlıdır ki, LARTİ, “təhlükəli adam” olduğu üçün D. Əliyevlə daimi deyil, müddətli müqavilə bağlanılmasında israr edir, lakin məhkəmədə az danışmasını isə, “sakit adam” olması ilə açıqlayır. Görəsən, bu, riyakarlıq deyilmi?
"Astaranın Gənc Alimləri"
Teref.az olaraq məqalədə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az

Biz təkrar-təkrar yazmağa məcburuq ki, ölkənin məhkəmə-hüquq sistemini xüsusi və dövlət notariuslarının fəaliyyəti olmadan təsəvvür etmək mümkün deyil. Çünki məhkəmələr öz qərarlarında notarius tərəfindən iddiaçı tərəflərə verilmiş sənədlər əsasında qərar çıxarırlar. Bu gün sorğu keçirsək, vətəndaşların əksəriyyəti bilmir ki, notariusun işi, funksiyası nədir..?
Ona görə də, cəmiyyətin ciddi hüquqi maarifçiliyə ehtiyacı var. Məhz buna görə də məcbur olub, təkrar-təkrar notariusların funksiyalarını qısaca yazırıq:
Əqdləri və Etibarnamələri təsdiq edir; Miras əmlakın mühafizə olunması üçün tədbirlər görür; Vərəsəlik hüququ haqqında şəhadətnamələr verir; Ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verir; Yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr verir; Sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir; Sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir; Sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir; Şəxsin sağ olması faktını təsdiq edir; Şəxsin müəyyən yerdə olması faktının təsdiq edir; Şəxslə fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir; Sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir; Fiziki və hüquqi şəxslərin ərizələrini başqa fiziki və hüquqi şəxslərə verir; Öhdəliyin icra predmetini saxlanmağa, pul məbləğlərini, qiymətli kağızları və vəsiyyətnamələri depozitə qəbul edir; İcra qeydlərini aparır; Veksellərə protestləri tərtib edir; Çeklərin ödənilmək üçün təqdim edilməsi və çeklərin ödənilmədiyini təsdiq edir; Sənədləri saxlanmaq üçün qəbul edir; Dəniz protestlərini tərtib edir; Sübutları təmin edir.
Yəni bu boyda səlahiyyət verilmiş notariuslar artıq böyük cinayət əməllərinin ortağına çevriliblər. Belə notariuslardan biri də Nərimanovdakı 21 SAYLI NOTARİAT KONTORU-dur. Xüsusi notarius: Kərimov Daxil Fazil oğludur. Telefon: (012) 567-60-20; Ünvan: Nərimanov rayonu, Təbriz küçəsi 227d. Məlumat üçün qeyd edək ki, Kərimov Daxil Fazil oğlu Şirvan şəhərində yerləşən Dövlət notariusunun sabiq müdiri olub və bacısı oğlu Şirvanov Əlixan Fətulla oğlu isə onun köməkçisi işləyib.
Daxil Kərimov Nərimanov 21 saylı notariusa müdir gələrkən bacısı oğlu Şirvanov Əlixan Fətulla oğlunu Şirvan notariusa müdir təyin etdirib. Sanki notariuslar bunlar üçün ailə şirkətidir. Deməli, Daxil Kərimov cinayət yolu ilə qazandığı pulların hesabına Bakıda, Hacıqabulda mülklərə, Cəlilabadda torpaq sahələrinə sahib olub. İndi isə Daxil Kərimov uzun illər saxta notarius fəaliyyəti ilə vətəndaşlardan yığdığı pulların hesabına məhkəmə hakimi olmaq istəyir. Və deyir ki, hakimlərin nəyi məndən artıqdır..?
Bütün bunlar azmış kimi Daxil Kərimov həm də maklerlik edir, kimlərisə işə düzəldir, kimlərəsə vəzifə, söz verir, hakim işləyən dostu Qurbanın əli ilə kimlərisə həbs etdirir, kimlərisə həbsdən azad etdirir…
Sözün qısası, Daxil Kərimov yanına gələnlərə cır səslə “Nəyin var? Nə verə bilərsən” deməkdən başqa söz bilmir… Bir sözlə, Daxil Kərimov üçün saxta etibarnamələr vermək, saxta alqı-satqı müqavilələri tərtib etmək, saxta imzaları təsdiq etmək adi işə, normaya çevrilib. Yəni vətəndaşların hüquqlarını qorumalı olan Daxil Kərimov kimi notaruslar cinayətkar şəbəkə yaradıblar. Təsəvvür edirsiniz, Daxil Kərimov 2 uşaq anasının adına saxta etibarnamə ilə 50 min kredit götürüb bölüşdürərək gənc ailəni evsiz qoyur.
Beləsi haqqında deyirlər ki, EVİN BAŞINA UÇSUN… Təsəvvür edirsiniz, məhkəmədə işə baxan hakim 4-cü dəfə notarius Daxil Kərimovu məhkəməyə dəvət edir ki, izahat versin. Amma Daxil Kərimov hətta məhkəməni sayıb prosesə gəlmir.
Gör bu insan nə dərəcədə həddini aşıb ki, hər yerdə də deyir ki, mən Daxiləm heç kimdən çəkinmirəm… Bəs görəsən, Ədliyyə Nazirliyi Daxil Kərimov haqqında nə düşünür?

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//

 

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin təşkilatçılığı ilə Qax şəhərində “Məişət zorakılığı: dövlət və cəmiyyətin ortaq problemi” adlı layihəsi çərçivəsində tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva məişət zorakılığının geniş vüsət alması və bu sahədə maarifləndirilmə işinin aparılmasını önəmli olmasını vurğulayaraq, “Məişət zorakılığı: dövlət və cəmiyyətin ortaq problemi” adlı layihənin Qax şəhərində keçirilməsinin zəruriliyini diqqətə çatdırmışdır. Layihə barəsində ümumi məlumatla çıxış edən təşkilat rəhbəri layihəni maliyyələşdirildiyi üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və təşkilatçılığa görə isə Qax rayon İcra Hakimiyyətinə öz təşəkkürünü bildirmişdir.

Daha sonra layihə üzrə təlimçi-ekspert, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Araz Nurməmmədov məişət zorakılığının yaranma səbəbləri, məişət zorakılığı üzrə yaranmış nəzəriyyələr, məişət zorakılığının qarşısının alınması istiqamətində dövlətin apardığı islahatlar, məişət zorakılığı barədə daxili və beynəlxalq qanunvericilik və eləcə də təcrübə barədə müzakirə aparmışdır. Tədbir interaktiv formada keçmiş, tədbir iştirakçıları məişət zorakılığının dövlət və cəmiyyətin ortaq problemi kimi yanaşılmasının zəruriliyini vurğulamışlar.

Ardını oxu... Ardını oxu... Ardını oxu... Ardını oxu... Ardını oxu... Ardını oxu...

 

Ardını oxu...
DİA.AZ: - "Azəriqaz"da qanun pozuntuları davam edir. Hər halda, müşahidə olunan şikayət saylarının artmasından belə demək olar. DİA.AZ bildirir ki, davamlı şəkildə "Açıq Qapı", "Açıq mikrofon", "Açıq söhbət" kimi aldadıcı tədbirlər keçirən qurumun rəhbərliyinin vətəndaşlara deyil, həm də elə öz işçilərinə olan münasibəti əslində, məsələnin nə yerdə olduğunu gün kimi ortaya çıxarır.

Bu barədə yetərincə faktları işıqlandırmışıq. Hər halda, məhz tənqidçi-etirazçı mövqeyinə görə öz işçisini həbsə atdırmaq Ruslan Əliyevin vicdanına yazılan bir hadisə kimi unudula bilməz.

Bu dəfə də "Azəriqaz" işçiləri şikayətçidir. DİA.AZ onların ezamiyyə ödənişləri ilə bağlı yaradılan süni problemlərdən necə əziyyət çəkdiklərini subtlayan gileyi təqdim edir:

" `Azəriqaz` İstehsalat Birliyinin təmir tikinti idarəsinin işçiləriyik. Nazirlər kabinetinin qərarı var ki, ezamiyyə pulu çeksiz şəkildə ödənilsin.

Biz bu gün ezamiyyətlə bağlı bizim mühasibatlığa zəng elədik, bildirdilər ki çekləri hələ ki gətirməlisiz.

Xahiş edirəm bizim məsələnin - bu çeklərin ləğvilə bağlı problemimizin həllinə köməklik edəsiniz..."

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
DİA.AZ: - Bu ilin mart ayında Dövlət Neft Şirkətinin (SOCAR) Nəqliyyat idarəsinin rəisi Elçin Zülfüqarov vəzifəsindən azad ediləndə işçilərdə ümid yarandı ki, aparılan kadr islahatları əliqabarlı neftçilərin marağına cavab verəcək. Amma aydın oldu ki, Elçin Zülfüqarovun yerinə gətirilən Ələddin Məmmədov da elə köhnə üsullarla işləməkdən savayı ayrı bir yol tanımır. Yenə də köhnə hamam, köhnə tas... DİA.AZ qeyd edir ki, məhz bu səbəbdən sözügedən idarədəki özbaşınalıqlarla bağlı yerli KİV-dən gileylər səngimir.

Belə bir növbəti gileyi Neftçilərin Hüquqularının Müdafiəsi Təşkilatının sədri, tanınmıhüquq müdafiəçisi Mirvari Qəhrəmanlı təqdim edib. DİA.AZ olaraq xatırladaq ki, aşağıda toxunulan məsələ ilə bağlı bir dəfə material təqdim etmişdik...

YAZISI BURADA: İşçilərin ezamiyə pulunu kəsirlər... - AXI NİYƏ?!

O zaman SOCAR Kompleks Qazma İşləri Trestinin rəisi Pirim İsayevin işçilərin ezamiyə pulunu cibişdanına ötürməsi faktını işıqlandırmışdıq. Bu dəfə isə bir neçə ünvanda yeyinti faktı var...

Mirvari Qəhrəmanlı yazır: " "Ezamiyyə xərcləri" siyasəti şirkətin bir neçə strukturunda müşahidə olunur.Yoxlanılmasına ciddi ehtiyac duyulur.Bilmək istərdim, bu siyasətdən korrupsiya ,yaxud qeyri peşəkarlıq iyi gəlir?
Ezamiyyə xərclərini işçiyə cibinizdən ödəyirsiniz ki,cənab müdir?
SOCAR nəqliyyat idarəsinin Ələddin Məmmədov ezamiyyətə göndərdiyi işçilərin ezamiyyə xərclərini tam ödəməkdən imtina edir:
Xatırlatma! Məllim, cənab rəis və onun müavinləri!! Ezamiyyə xərci əmək haqqı deyil,elə ezamiyyə xərcidir. Neçə günlüyə göndərmisiniz,o qədər də günün pulunu ödəməlisiniz. Savadınıza sizi o vəzifəyə təyin edənlər quzu kəssin elə!
Cənab rəis qanun deyir ki:
-Ezamiyyə barədə əmri olan işçinin nəzərdə tutulan ezamiyyə yerinə gedib-qayıtması, bu barədə ezamiyyə vərəqində müvafiq qeydin edilməsi, möhürlə təsdiq edilməsi, xidməti tapşırığı yerinə yetirməsi, həmin İşçinin ezamiyyədə olmasını təsdiq edir, ona əmək haqqının və ezamiyyə xərclərinin AR Nazirlər Kabinetinin qərarında nəzərdə tutulan qaydada ezamiyyə pulu alma hüququ verir.
Şikayət:
- Deməli biz aylıq bölgələrə ezam olunuruq. Azəriqazin və ya digər təşkilatların sifarişi ilə. Bizim ezamiyyə xərclərimiz nəinki əvvəlcədən ödənilir, hətta növbəti ayın ortqlarına qədər uzadılır. Uzadılmaqla yanaşı ezamiyyə xərclərimizdən əsassız vəsait tutulur. Guya ezamiyyətdə həftə sonları işləmirik deyə. Amma Bizə verilən Ezamiyyə vərəqində 30 gün qeyd olunur odəniş isə 22-23 günün ödənişi olunur. Mühasibatlığdan da heç bir açıqlama vermirlər.
-SOCAR nəqliyyat idarəsinin 2 saylı texnoloji nəqliyyat Departamentinin yeni teyin olunmuş iqtisadiyyat uzre muavini bizlerin pulunu kesir. 31 günlük ezamiyyətə gedirik . Bazar gunlerini kesir vermir.Deyir men bele isteyirem kesirem. Aciz durumdayiq . Bu istide neqliyyat vasitelerinde hec bir soyutma sistemi olmadan yuk maşinlarini idare edirik gun erzinde 10 -15 man suya pul veririk neticede bizim ezamiyye xercini kesirler . Ezamiyyete Azeriqaz IB butun rayonlarda qaz ceklishlerini heyata keciririk. ezamiyyet muddeti ayin teqvimininine gore 1 ay muddetine nəzərdə tutulur.
Cənab rəis, və qaraj müdirləri! Qanun onu da xatırladır ki:
-Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə əsasən İşçinin: ezamiyyə xərclərinin, məzuniyyət və əmək haqlarının-qanunvericiliklə nəzərdə qaydada ödənilməsində tutulmuş müavinət və digər ödənişlərin ödənilməsində qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər 700 manatdan - 1500 manatadək məbləğdə cərimə edilir.
Sonda: Cənab vəzifə sahibləri!İşçinin ezamiyyə pulundan qeyri qanuni tutduöunuz vəsaitlərin sonrakı taleyi necə olur..."

Məsələ ilə bağlı dia.az olaraq bütün əlaqədar qurum və şəxslərin mövqelərini işıqlandırmağa hazırıq...
Ardını oxu...
Xeyli müddətdir ki, bir media qurumu olaraq Sumqayıt Səhiyyə Şöbəsinin keçmiş müdiri, hazırda Sumqayıt Tibb Mərkəzinin ( Publik Hüquqi Şəxsin) direktoru Səkinə Sadıxovanın qanunsuz əməlləri barədə araşdırma yazıları dərc edirik. Oxucuda aydın təsəvvür yaranması üçün qeyd edək ki, bu Tibb Mərkəzinin nəzdində xeyli sayda xəstəxana, polkilinika, Təcili Tibbi Yardım Stansiyası və digər tibb müəssisələri var.
Yəni TƏBİB rəhbərliyi bütün bunları birləşdirib verib Səkinə Sadıxovanın əlinə, daha doğrusu, səlahiyyətinə. Səkinə Sadıxova bu xeyli sayda tibb müəssisələrin müdirləri, baş həkimləri ilə necə davaranır, xoşu gəlməyən poliklinikaları birləşdirir, istədiyi təcrübəli, peşəkar həkimi işdən qovub yerinə özü ağılda, özü savadda adamları işə götürür, Sumqayıt boyda şəhərin səhiyyə sistemində intriqa mühiti yaradır və s. Biz bu barədə kifayət qədər yazmışıq.
Bu hələ harasıdır..? Səkinə Sadıxovanın keçirdiyi saxta tenderlər, dövlət tərəfindən ayrılan dərman preparatlarının özəl apteklərdə satılması, xəstələrə ayrılan ərzaqların özəl mağazalarda satılması yolu ilə milyonlara sahib olması barədə də kifayət qədər yazılıb. Biz hələ Səkinə Sadıxovanın Sumqayıt Təcili Yardım Stansiyasında sürücüləri hansı qiymətə işə götürməsini, stansiyaya ayrılan benzinin, yanacağın, avtomobil ehtiyyat hissələrin satılmasını demirik. Təsəvvür edirsiniz, Səkinə Sadıxova təcili yardım maşınlarının sürücülərinə deyir ki, benzini, ehtiyyat hissələri öz cibinizin pulu ilə almalısınız.
Bütün bunları yenidən yazıb vaxt və zaman itirmək istəmirik. Xatırlatma üçün onu da qeyd edək ki, Hesablama Palatasından daxil olmuş material əsasında Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin üç maddəsi ilə Səkinə Sadıxova barəsində cinayət işi qaldırılıb. Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Bu barədə də uzun-uzadı yazmaq istəmirik, çünki kifayət qədər yazılıb.
İndi bəhs edəcəyimiz mövzu tamamilə yeni məsələdir. Ötən yazımızda qeyd etdiyimiz kimi Səkinə Sadıxova heç bir ali tibb təhsili olmayan Elnarə Məmmədovanı Sumqayıt Tibb Mərkəzinin Kadrlar şöbəsinə müdir təyin edib. Özü də Elnarə Arif qızı Məmmədovanın 44 yaşında Gürcüstan Respublikasından aldığı saxta diplomla.
Detallara varmadan Elnarənin keçmişinə nəzər salaraq və vaxt ayrımadan onu qeyd edək ki, Elnarə heç bir tibb təhsili olmadan Qobustan Mərkəzi Xəstəxanasının o zamankı baş həkimi Emin Hüseynlə tanış olur və Emin Hüseyn Astaraya baş həkim təyin olunarkən Elnarənin həmin xəstənada Kadr şəbəsinə müdir təyin edir.
Sonradan Astaradan qovulan Emin Hüseyn yenidən Qobustan Mərkəzi Xəstəxanasına baş həkim gələrkən Elnarəni də özü ilə kadr şöbəsinə müdir gətirir. Sözün qısası, Emin Hüseyn Şamaxı Mərkəzi Xəstəxanasına direktor təyin olunarkən Elnarəni özü ilə apara bilmir və Qobustanın yeni baş həkimi Qurban Kərimov Elnarəni Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən qovur. Sonra Sumqayıtda məhkəmə prosesi başlayır və TƏBİB-in müdaxiləsindən sonra Elnarə süddən çıxan qaşıq kimi təmiz çıxır.
Ötən yazımızda sual verdik ki, TƏBİB-in əməllərini başa düşdük, bəs məhkəmə hakimləri görmədi ki, Elnarənin diplomu saxtadır, niyə bu barədə sorğu vermədilər..? Sözün qısası, indi gələk konkret mətləb üstünə. Deməli, redaksiyamıza daxil olan rəsmi məlumata görə, Təhsil Nazirliyinin Kvalifikasiya şöbəsinə Elnarə Məmmədovanın Gürcüstan Respublikasından aldığı diplomun təsdiqi ilə bağlı heç bir müraciət daxil olmayıb və Təhsil Nazirliyinin Məlumat Bazasında Elnarə Məmmədovanın diplomu ilə bağlı heç bir məlumat yoxdur.
Onda ortaya sual çıxır: Bəs Elnarə Məmmədovaya onun diplomunu təsdiq edən sənədi kim və neçəyə verib..? Məlumdur ki, Elnarə Məmmədova həmin saxta diplomla Sumqayıt ərazisində mühüm dövlət qurumunda, özü də vəzifədə çalışır. Deməli, bu məsələ Sumqayıt prokurorluğunda araşdırılıb ortaya ciddi nəticə qoyulmalıdır.
Biz üzümüzü Sumqayıt şəhər prokuroru, hörmətli Mürvət Həsənova tutaraq deyirik. Hörmətli Mürvət müəllim. Siz uzun müddətdir ki, prokurorluq orqanlarında çalışırsınız, hətta Bakı şəhər prokurorunun müavini vəzifəsində çalışmısınız. Hörmətli Baş prokurorumuz Kamran Əliyevin etimadı ilə Sumqayıt boyda şəhərin prokuroru təyin edilmisiniz.
Ümid edirik ki, Elnarə Məmmədovanın saxta diplomla dövlət vəzifəsində çalışmasına və diplomun saxta olmasına aydınlıq gətirəcəksiniz. Bütün dünyada saxta diplom vermək, saxta diplomla çalışmaq cinayət əməli hesab olunur.
Və sonda özünü muzdlu jurnalist hesab edən və barəmizdə guya ittiham yazıları yazanlara üzümüzü tutub deyirik ki, bizim mübarizəmiz sizin kimi YAL davası deyil, Azərbaycan Dövlətinin gələcəyi üçündür.
Gündəlik Bakı
 
Ardını oxu...
Təsvir

Qəsəbə sakini: Camaat marsdan torpaq alır, yaşayış qurur, amma biz Bakının 8 km-də su üzünə həsrətik

Meydan TV
50
Bəyəndikləriniz
848
Baxış sayı
15 avq
2023
Hökməli qəsəbəsinin Beton yol adlanan ərazisinin sakinləri suyun və kanalizasiya xəttinin olmamasından şikayətçidirlər. İllərdir içməli suyu pulla alan sakinlər hər ay məvaciblərinin bir hissəsini məhz su almaq üçün kənara qoymalı olurlar. Susuz qalmamağın dərdindən onlar hər dəfə bir maşın suya 35 manat ödəyirlər. Vay o gündən ki, suyun qurtardığı vaxt pul da olmaya.

Qəsəbə sakini Ramil Tağıyev deyir ki, bu gün Hökməli qəsəbəsi, beton yol deyilən bu ərazidə 1000-dən çox ev var: "Bu qədər sakinin ciddi su və kanalizasiya xətti problemi var. Hal-hazırda həyətimdə 2 quyu qazmışam, ikisi də dolub. İndi məcbur olub küçəyə axıdıram kanalizasiyanı. Bilirəm ki, söyürlər, amma neyləyə bilərəm?”

Vətəndaşlar vəziyyətdən çıxış yolu kimi şəxsi həyətlərində, eləcə də darvazalarının qarşısında quyu – şambo qazdıraraq çirkab suları ora axıdırlar. Bu da torpaq qatının, yeraltı su mənbələrinin çirklənməsinə, digər ekoloji problemlərə səbəb olur.

Digər qəsəbə sakini Yadigar Şükürov isə bildirir ki, Bakının 8 km-də su üzünə həsrətdirlər: "Dərdimizin sayı-hesabı yoxdur, amma onlardan ən vacibi su, kanalizasiyanın olmamasıdır. Şambo sözünü eşidəndə mən iyrənirəm. 21 əsrin yarısı gedib, başqa ölkənin camaatı marsdan torpaq alır, yaşayış qurur, amma biz Bakının 8 km-də su üzünə həsrətik".

Əsasən kasıb təbəqənin məskunlaşdığı Betonyolu adlanan ərazidə vətəndaşlar öz şəxsi hesabına su xətti çəkməyin mümkünsüz olduğunu bildirirlər.

Qəsəbə sakini Tahir Süleymanov: "Burada yaşayanlar əsasən kasıb təbəqədən olan insanlardır. Varlı olsaq, özümüz öz hesabımıza suyumuzu çəkərik, ancaq yoxdur pulumuz. Biz də öz cibimizdən köməklik etməyə razıyıq yetər ki, suyumuzu çəksinlər. Dəfələrlə aidiyyatı qurumlara müraciət etməyimizə baxmayaraq heç bir müsbət reaksiya olmayıb".

Qəsəbə sakini Hökümə Süleymanova: "10 ildən çoxdur burada yaşayırıq. İndiyə kimi nə kanalizasiyamız olub, nə suyumuz. Kanalizasiya qapıda qazdığımız quyulara tökülür. Kanalizasiyanı axıtmaq üçün həyətdə şambo qazırıq. 10-15 gündənbir şambo dolur, məcbur olub 35 manat verib təmizlədib bir də istifadə edirik".

Qəsəbə sakinləri ilə söhbət zamanı məlum olur ki, onlar suyu pulla, susatan maşınlardan alırlar. Ortahesabla hər ay bir ev suya 70 manata yaxın xərc çəkir.

Qəsəbə sakini İbrahim Aslanov: “Suyun 12 tonunu 35 manata alırıq. Yay aylarında məcbur olub ayda iki maşın su alırıq. Bu isə əhalinin maddi cəhətdən əlavə ziyana düşməsinə səbəb olur. Kanalizasiyamız yoxdur, hazırda həyətimdə şambo qazıram. Hamının kanalizasiyası dolub axır yola. Camaat əziyyət çəkir. Aidiyyatı orqanlardan xahiş edirik bizə köməklik etsinlər".
Meydan TV

 

Dünyapress TV

Xəbər lenti