Bakıda qəza törədən “Galenvagen" dövlət nömrə nişanını GİZLƏTDİ - FOTO
Bakının Yasamal rayonunda avtonəqliyyat hadisəsi baş verib.

TEREF.AZ axar.az-a istinadla xəbər verir ki, yolun əks istiqamətindən qarşı-qarşıya gələn “Galenvagen" markalı avtomobillə SAB şirkətinə məxsus "Ford” markalı mikroavtobus toqquşub.

Hadisədən dərhal sonra “Galenvagen" markalı avtomobilin sürücüsü dövlət nömrə nişanını gizlətməyi də unutmayıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobillərə ciddi ziyan dəyib. Bundan başqa, yol kənarında dayanan başqa bir mikroavtobus da qismən zədələnib.

Qəza yerinə yol polisi əməkdaşları cəlb edilib.
 

Dünyapress TV

Xəbər lenti