Ardını oxu...
 
 

 
“Veysəloğlu” şirkətinin tabeliyində olan “Araz” marketlər şəbəkəsində istehlakçıları aldadırlar. TİA.Az bildirir ki, Araz Məmmədov bu haqda fakt təqdim edib. Müştəri deyir ki, bu mağazadan alış-veriş edərkən diqqətli olun: “Babək prospektində yerləşən mağazadan “Uludağ” adlı içki götürdüm, deməli vitrində 2.49 silinib endirimlə 1.89 göstərilib, çekdə isə məhsulun qiyməti 2.29 azn çıxdı. Bunu görüb qayıdıb etiraz etdikdən sonra məbləği geri qaytardılar.

 
Belə başa düşmək olur ki, əslində məhsulun qiyməti 2.29 manatdır, vitrində qiymətdən baha 2.49 göstərib üstündən xətt çəkib 1.89 qoyurlar ki guya böyük endirim olub. Məhsulun öz qiymətindən baha yazıb endirimli göstərməyi bir yana qalsın, kassada heç endirimli qiyməti də çıxmır, öz qiymətini vururlar”.
Ardını oxu...

Şikayətçi qeyd edir ki, endirimli göstərilən məhsulları gün ərzində nə qədər alıcı görüb inanıb alır, bəlkə çoxu heç fikir də vermir və aldanır: “Gərək aldığın məhsulların bütün qiymətlərini və çeki analiz edəsən, yoxsa mağaza tərəfdən aldanmağından heç xəbərin olmayacaq” .

TİA.Az
Ardını oxu...
Ardını oxu...

 

XalqXeber.Az

Ardını oxu...
Neftçala sakini Şəfaqət Bədəlova 18 ildir ki, çalışdığı "Azəriqaz" İstehsalat Birliyində (İB) hüquqlarının pozulduğundan şikayətçidir.

DİA.AZ xəbər verir ki, o, bu barədə ölkə başçısına müraciət edib.

"Arqument.az"a göndərilmiş şikayət məktubunda deyilir: "Mən Şəfaqət Bədəl qızı Bədəlova 2005- ci il 16 martda "Azəriqaz" İB-nin Neftçala Qaz İdarəsinə kompüter operator vəzifəsinə işə düzəlmişəm. Sonra 2008- ci ildə analıq məzuniyyətinə çıxdım. 2008-ci ildə "Azəriqaz" İB-nin rəhbəri Əlixan Məlikov idi. Lakin sonradan 2010-cu ildə analıq məzuniyyətimin artırılması üçün müraciət etdikdə kadrların nümayəndəsi Elçin Alışov vəzifəmin ləğv olunduğunu bildirdi. Məni aldadaraq başqa vəzifəyə ixtisasıma uyğun olmayan Qəza dispetçer xidmətinin texniki vəzifəsinə ərizə yazmağımı tələb etdi. Dedi ki, əyər o vəzifəyə keçməsən, işsiz qalacaqsan. Mən ailə vəziyyətimi və acınacaqlı maddi durumumu nəzərə alıb Elçin Alışovun bu təklifi ilə ərizə yazdım. Lakin sonradan işçilər mənə aldadıldığımı dedilər. Vəzifəmin adının dəyişdirərək texnik qoymuşdular. Əvvəlki vəzifəmi isə mənimlə işləyən birlikdə Fuad Məmmədovun əmisi oğlu Ramil Məmmədova vermişdilər. Yəni qadın işinə kişini, kişi işinə qadını keçirmişdilər. Mən ali təhsilli onlar isə orta təhsilli idilər".

"Mən məzuniyyətdən gələndən sonra şifahi şəkildə kadrlara dəfələrlə müraciət etdim. "Azəriqaz" mənim məsələmə laqeyid yanaşdı. Anlayışım olmaya-olmaya məni sahə texniki qoymuşdular. 2014-cü ildə attestasiya imtahanı keçirildi. Məlumat verildi ki, kəsilmişəm. Lakin heç mənim adım siyahıda yox idi. Həmin imtahanın nəticələrini dəfələrlə tələb etdim, amma heç bir əsas göstərmədilər. Ancaq o vaxt Tərlan Nağıyev və başqaları imtahandan keçməyənlərə 3 dəfə imtahana girməyə şans vermişdilər. Mənə bu şans da verilmədi. Problemlə bağlı Əmək Məcəlləsinin 79-cu maddəsini əsas götürərək İnsan resursları departamentinə müraciət etdim. Himayəmdə azyaşlı övladım olduğu üçün yenidən işə, lakin başqa vəzifəyə qaytarıldım. Bununla bağlı dəfələrlə "Azəriqaz"ın kadrlar şöbəsinə - Narxanım Səmədzadəyə və onun hazırda işləyən işçisi Həqiqət xanıma müraciət etmişdim. Onlar mənə laqeyid yanaşaraq təhqir etdilər", - deyə o bildirib.

Onun sözlərinə görə, oxşar problemlə 2021-ci ildə də qarşılaşıb: "2021-ci ildə yenidən attestasiya imtahanı keçirildi. Müraciətdə bildirilirdi ki, təkbaşına yaşayan və himayəsində azyaşlı uşaqlar olan analar imtahana getməyəcək. Bizə 6 ay hazırlaşmaq üçün möhlət verilmişdi. Bildirdim ki, mən də təkbaşına yaşayıram və himayəmdə azyaşlı uşaq var. İmtahana 2 ay qalmış adım siyahıda gəldi. Soruşdum ki, niyə nəzərə alınmıram? Kadrların nümayəndəsi Fizuli Zülfüqarov dedi ki, SOCAR sizi nəzərə almadı, ancaq şəhid və qaziləri nəzərə alır. Müddət az olsa da, imtahanda keçid balı yığdım, yəni 40 baldan 30-nu topladım. 395 sual tərtib edən region olmalıydı, lakin biz "Azəriqaz"ın suallarına cavab verdik. Mən hazırda təkbaşına anayam. Oğlum Abdullazadə Allahyar Neftçala rayonu və region üzrə yaşıdları arasında 7 ildir ki, şahmat üzrə 1-ci yeri qazanır və futboldada fəaldır. Mən ən çox onun gələcəyi üçün narahatam".

"Dəfələrlə aidiyyatı qurumlara müraciət etmişəm, lakin müraciətimə baxılmır. 28.07.2022-ci il tarixdə "Azəriqaz"a yenidən yaxınlaşaraq sədr Ruslan Əliyevə müraciət etmək istədim. Lakin məlumat verdilər ki, o, hazırda Qarabağdadır. Məni birinci şikayətlər şöbəsinin rəhbəri İbrahim adlı şəxs qəbul etdi. 5 dəqiqə şifahi dinlədi, sonra o da kadrlar yönəldərək Xəqani müəllimin qəbuluna apardı. İlk şikayətim dərəcənin artırılması ilə bağlı idi, lakin təəssüf ki, Xəqani müəllim də, Ruslan Əliyev də müraciətimə laqeyd yanaşdılar. Əsassız yanaşma ilə dərəcə məsələsini əhali sayının azlığı ilə əlaqələndirdilər. Yaxşı, əhali sayı azdırsa, niyə satış şöbəsində işləyən orta təhsilli - kollec bitirən şəxs 8-ci dərəcəli olur, mən isə ali təhsilli olsam da, 7-ci dərəcəli? Bu qurumda o qədər yalan var ki, saymaqla bitməz. Bizim idarəmizdə heç bir işçi ixtisas üzrə işləmir. Mən özüm iqtisadçı olsam da, 3 ixtisas üzrə işləmişəm. Mənim kimi, idarəmizdə məcburi işləyən o qədər bacarıqlı adam var ki, 290 manata qulluq edirlər", - deyə şikayətçi vurğulayıb.

Şikayətlə bağlı "Azəriqaz" İstehsalat Birliyindən münasibət öyrənmək mümkün olmayıb

Ardını oxu...
Korrupsiya bataqlığından xilas ola bilməyən Azərbaycan səhiyyəsini bu bəladan xilas etmək üçün nə qədər tədbirlər görülsə də heç bir nəticə əldə olunmur. İcbari tibbi sığortanın tətbiq olunması, həkimlərin əmək haqlarının yüksək dərəcədə artırılması belə səhiyyə sistemində metastaz halını almış korrupsiyanı “müalicə” edə bilmir. Adi bir fakta gözucu nəzər salsaq paytaxtın xəstəxanalarında “65 yaş +” korrupsiya piramidasının hansı dərəcədə yayıldığının şahidi olarıq. Belə ki, işləmənin son həddinə, yəni 65 yaşa çatmış həkimlərin əmək müqaviləsinin yenidən hər il 80 yaşa qədər uzadılması səhiyyə sistemində əməlli-başlı gəlir mənbəyinə çevrilib (yazdıqlarım institutda fəaliyyət göstərən həkimlərə şamil edilmir). Hamıya məlumdur ki, əmək müqaviləsini heç kimin ağ saçlarına, ağ birçəyinə görə uzatmırlar. Burada maraqlar böyükdür və araşdırma aparılarsa, 10 ildən çox ard-arda əmək müqaviləsi uzadılan ağ xalatlıların, daha doğrusu ağ saçlıların sayı dodaq uçurdar (xatırladım ki, bu barədə redaksiyamızın əməkdaşları paytaxt xəstəxanalarında jurnalist araşdırması aparmış, yüzlərlə belə faktın olmasını müşahidə etmişdir).
Maraqlıdır ki, öz peşəsində çalışmaq istəyən bir xeyli gənc kadr vakant yer tapıb fəaliyyət göstərə bilmir. Amma, təqaüd yaşını çoxdan keçənlər hər il müqaviləsi uzadılmaqla yenidən işdə saxlanılır.
Səhiyyə naziri Teymur Musayevdən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyevdən, TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanovdan soruşmaq istərdik ki, əcaba bu lütfkarlığın səbəbi nədir ? “Yol böyüyündür” deyən dədələrimizin ruhuna ehtiram, yoxsa tamam başqa bir səbəb? Sadəcə paytaxtın xəstəxanalarında yüngülvari bir araşdırma aparın, görün nə qədər belə faktlarla rastlaşacaqsınız. Bütün bunlar sırf korrupsiya halları deyilmi, belə uzatmaların hansı maraqlar hesabına baş tutduğunu bilmirsinizmi?
Bu barədə yuxarıda qeyd etdiyim aidiyyatı rəhbərliklərin də mövqeyi maraqlı olardı. Nə vaxta qədər döyüşə, pardon əməliyyata qocalar gedəcək? Prezidentin gənclər siyasətinə Azərbaycan səhiyyəsinin verdiyi töhfə budurmu ?
İnanırıq ki, xəstəxanalarda illərdir davam edən bu korrupsiya mexanizmi tezliklə dağıdılacaq, nəhayət ki, gənclərə də yol açılacaq !

Nicat Mahmudov
Rubrika.Az
Ardını oxu...
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti "Bakı şəhəri üzrə su təchizatı və kanalizasiya sisteminin bir hissəsinin yenidən qurulması işlərinin satın alınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, "Azərsu" ASC-nin avqust ayının 5-də yekun vurduğu satınalmanın məbləği 5.115.050 manat, qalibi isə "Arko Təmir Tikinti Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

"Arko Təmir Tikinti Şirkəti" 2011-ci ilin aprel ayında təsis edilib.

Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Əhmədov Rasim Qazməmməd oğludur.

"Arko Təmir Tikinti Şirkəti" MMC-nin fəaliyyət profili, maddi texniki bazası barədə açıq internet resurslarında məlumat yoxdur.

Qlobal.az-ın əldə etdiyi məlumata görə "Arko Təmir Tikinti Şirkəti" MMC-nin qanuni təmsilçisi Rasim Əhmədov Milli Məclisin deputatı Vahid Əhmədovun qardaşıdır.

Vahid Əhmədov Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. O, 1992-1994-cü illərdə Baş nazirin müavini, Baş nazirin birinci müavini vəzifələrində çalışıb.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən ilin sentyabr ayının 14-də Şəmkir və Cəlilabad rayon icra Hakimiyyətlərinin başçılarını qəbul edərkən çıxışında bəzi vəzifəli şəxslərin tenderdə yol verdikləri korrupsiya faktına toxunaraq dövlət xətti ilə aparılan layihələrin, dövlət alışlarının icrası ilə əlaqədar tenderlərdə vəzifəli şəxslərə yaxın olan şirkətlərin qalib gəldiyini bildirirdi.
 
 
 
Ardını oxu...
Sosial.gov.az hökumət portalı çat verir
1997-ci ilin avqustun 2 – dək Qarabağ savaşı ilə bağlı əlilliyi müəyyən edilmiş şəxslərə sosial sığorta ödəmələrinin verilməsinə başlanılması ilə qaranlıq məqamların üzə çıxması da qeydə alınıb. Ən başlıca qaranlıq , 30 ilə yaxındır müharibə əlili kimi pensiya alanların heç də hamısının 30 ildir həsrətində olduqları “qanpulu”nu ala bilmədiyi barədədir. Amma ödənişlərin verilməsi tapşırılan ƏƏSMN yetkililəri indiyədək bildirirdi ki, heç bir sənədə , müraciətə ehtiyac yoxdur, bütün müharibə əlillərinin adı nazirlikdə var. İndi isə məlum olur ki, hamının adı, sənədi reyestrə salınmayıb, e-sistemdə yoxdur. Bu necə ola bilər? Bəs bu əlillərə necə pensiya, müavinət, Prezident təqaüdü ödənilir? Belə çıxır, Qarabağ müharibəsi əlillərinin xəsarət almaları haqqında sənədləri, əlillik dərəcəsinin təyin edilməsi haqqında arayışlar e-sistemdə yoxdur və ya bu sistemə salınmayıb? Ha fikirləşirsən, bu dolaşıqlığa cavab tapa bilmirsən. Axı bu sənədlərsiz heç kəs dövlətdən 30 ildir pensiya, müavinət, təqaüd ala bilməz! Tutaq ki, yaralanma haqqında arayışın verilməsini uyğun hərbi qurum təmin edir, bəs axı əlillik barədə arayışı elə ƏƏSMN özü verir! Və ƏƏSMN hərbi qurumdan uyğun tibbi şəhadətnamə almayınca nə əlillik təyin edir, nə də onun müharibə ilə bağlı səbəbini!
Ortalıq minə yaxın Qarabağ əlilinə proaktiv qaydada birdəfəlik ödəmənin verilməməsi və onlardan aidiyyatı qurumlardan e-sistemdə olmayan sənədləri alıb sistemdə elektronlaşdırmalarının tələb edilməsi sosial.gov.az elektron hökumət portalının çat verdiyini deməyə əsas verir. Onu da vurğulayaq ki, sözügedən portalın idarəediciləri elə ƏƏSMN-in məsul şəxsləridir. Niyə əlillər barəsində bilgiləri sistemdən gizlədiblər, niyə sistemə düzgün bilgiləri yerləşdirmirlər?
Birinci Qarabağ savaşının birdəfəlik ödəmə ala bilməyən əlilləri ƏƏSMN-ə hansı qurumdan, hansı sənədi təqdim etməlidirlər ki, hökumətin 30 ildir yediyi sığorta haqqını, eldə deyildiyi kimi, qanpulunu ala bilsinlər? Onu da vurğulayaq ki, sonradan dünyasını dəyişən müharibə əlillərinin varislərinə ödənişin verilməsində də problemlər yetərincədir. Onlardan istənilən sənədlər də elə ƏƏSMN-in reyestrində olmalıdır. Ən azı, ona görə ki, qanunvericiliyə əsasən, müharibə əlili dünyasını dəyişəndə ailəsi şəhid statusu əldə edir və onlara 11 min manat məbləğində ödəniş verilməsini qanun doğrulayır.
İstənilən halda qanpulunu ala bilməyənlərə, yəni adı e-sistemdə olmayanlara da imtinanın əsaslarını göstərən sms-bildiriş göndərilməlidir. Axı müharibə əlillərinin birdəfəlik ödəmələrin verilməsindən imtinadan məhkəməyə müraciət etmək hüququ var! Əlbəttə, məhkəmə olsa ..
Məğrur Bədəlsoy
 
 
 

Ardını oxu...
Azərbaycanın bir sıra ölkələrdəki səfirlik və baş konsulluqlarının rəsmi internet səhifələri illərdir ki, yenilənmir. DİA.AZ editor.az-a istinadla xəbər verir ki, bəzi ölkələrdəki diplomatik təmsilçiliklərimizin saytlarına son xəbər bir neçə il öncə qoyulub.

Dünyanın az qala informasiya ilə idarə olunduğu, bütün dünyanın hər hansı xəbəri dəqiqləşdirmək üçün internetə müraciət etdiyi bir dövrdə bəzi səfirlik və konsulluqlarımızın saytlarına nəzər saldıqda sanki bu diplomatik təmsilçiklərimizin fəaliyyətini dondurduğu təəssüratı yaranır.

Çünki bu ölkələrdəki səfirlik və konsulluqlarımızın saytlarında bir neçə il, ən yaxşı halda bir neçə ay ərzində nə onların fəaliyyətini, nə də ölkəmizin xarici siyasətini əks etdirən xəbərlərə rast gəlmək mümkün olmur.

Məsələn, Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş Konsulluğunun rəsmi internet səhifəsinə son informasiya 2020-10-20 tarixində yerləşdirilib. (https://kars.mfa.gov.az/az/news/3121/turkiye-respublikasina-sefer-eden- azerbaycan-respublikasi-vetendaslarinin-pasportlarinin-zeruri-etibarliliq-muddeti-barede-melumat).

Azərbaycanın Dubaydakı Baş Konsulluğunun rəsmi saytı isə son dəfə 2021-02-26 tarixində yenilənib.(https://dubai.mfa.gov.az/az/news/3165/dubayda-ermeni-silahlilarinin- azerbaycanlilara-qarsi-toretdiyi-vehsilikleri-eks-etdiren-fotoguse-yaradilib).

Ölkəmizin Təbriz şəhərindəki Baş Konsulluğunun rəsmi səhifəsinə isə son xəbər 2021-12-24 tarixində yerləşdirilib. (https://tabriz.mfa.gov.az/az/news/3283/azerbaycan-respublikasinin-prezidenti-ilham-eliyev-dekabrin-22-de-iran-islam-respublikasinin-xarici-isler- naziri-huseyn-emir-abdullahianin-basciliq-etdiyi-numayende-heyetini-qebul-edib)

Azərbaycanın Özbəkistandakı səfirliyinin saytı da digərlərində fərqlənmir. Diplomatik təmsilçiliyimizin internet səhifəsinə elan xarakterli son xəbər 2022-03-19 tarixində yerləşdirilib. (https://tashkent.mfa.gov.az/az/news/3148/azal-aprel- ayinda-bakidan-daskend-seherine-ucuslara-baslayacaq)

Azərbaycanın Litvadakı səfirliyinin saytı isə demək olar ki, işləmir. Texniki baxımdan yararsız vəziyyətdə olan internet səhifəsinə son xəbər 2021-06-30 tarixində yerləşdirilib. (https://vilnius.mfa.gov.az/az/news/3149/xususi-karantin-rejiminin-muddetinin-uzadilmasi-ve-bezi- mehdudiyyetlerin-aradan-qaldirilmasi-ile-bagli-tedbirler-barede)

Azərbaycanın Avstriyadakı səfirliyinin saytında da vəziyyət fərqli deyil. Bu ölkədəki təmsilçiliyimizin internet səhifəsində son xəbər 2021-05-24 tarixində dərc edilib. (https://vienna.mfa.gov.az/az/news/3220/28-may-respublika-gunu-munasibetile-28-may-2021-ci-il-tarixi- azerbaycan-respublikasinin-avstriya-respublikasindaki-sefirliyinde-qeyri-is-gunudur)

XİN-in keçmiş mətbuat katibi Elxan Poluxovun rəhbərlik etdiyi Azərbaycanın Braziliya Fedarativ Respublikasındakı səfirliyinin saytı da digərlərindən fərqlənmir. Bu ölkədki diplomatik təmsilçiliyimizin rəsmi internet səhifəsinə son xəbər 2021-12-14 tarixində yerləşdirilib. (https://brasilia.mfa.gov.az/files/shares/International%20Essay% 20Competition%20A%20Letter%20to%20Nizami%20Ganjavi.pdf)

Azərbaycanın Qazaxıstandakı səfirliyinin saytına da son xəbər təxminən 7 ay öncə-2022-01-20 tarixində yerləşdirilib. (https://nursultan.mfa.gov.az/az/news/3293/ azerbaycan-respublikasi-xarici-isler-nazirliyinin-20-yanvar-umumxalq-huzn-gunu-ile-elaqedar-beyanati) .

Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin saytına yerləşdirilən son xəbər isə 2021-12-08 tarixinə təsadüf edir. (https://seoul.mfa.gov.az/az/news/3171/hazirda-koreya-respublikasinda-yasayan- azerbaycan-respublikasi-vetendaslarinin-diqqetine)

Livandakı səfirliyimizin saytı da digər ölkələrdəki diplomatik təmsilçililklərimizin internet səhifələri ilə eyni taleyi paylaşır. Burada da sayta son xəbər 2021-07-26 tarixində yerləşdirilib. (https://beirut.mfa.gov.az/az/news/3056/2019-2023-cu-iller-ucun- azerbaycan-respublikasinda-ali-tehsil-sisteminin-beynelxalq-reqabetliliyinin-artirilmasi-uzre-dovlet-proqrami)

Hesab edirik ki, hərbi müstəvidə olduğu kimi, informasiya cəbhəsində də düşmən təxribatlarının artan xəttlə inkişaf etdiyi, bunun fonunda ölkəmizin diplomatik müstəvidə hücum mövqeyində olduğu, ölkəmizdə hər gün nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi, ümumilikdə isə bütün dünyanın informasiya ilə səmərəli işləməyin yolları üzərində baş sındırdığı bir dövrdə çox mühüm ölkələrdəki səfirlik və konsulluqlarımızın bu işə son dərəcə laqeyd yanaşması qətiyyən qalib və müzəffər ölkənin xarici siyasətinə adekvat durum deyil.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Ardını oxu...
Hər şey metro giriş-çıxışlarında, insanların çoxluq təşkil etdiyi küçə və prospektlərdə balaca və köhnə stol ilə astaca başladı. Sonra bu nimdaş stolları və yaşlı dayıları xüsusi dizaynla hazırlanmış səyyar satış arabaları və qismən cavanlar əvəzlədi. Daşına bilən təkərli araba və içindəki milyonlar...

Bu hələ başlanğıcdır... və ya idi.

Kiminsə məharətlə düşündüyü, bəlkə də hansısa ölkədə bahalı istirahətlər zamanı gördüyü milyon manatların cibə daşıya bilən "idea"sı.

ALINDI.

Milyonlar bəlkə də milyardlar su kimi axır. Dəyəri 10 qəpik olan bir parça kağız, bir də pozanı əvəz edən qəpik..

Daha sonra telekanallara, "Azərpoçt"a, bir az da irəli məktəb, uşaq bağçası darvazalarına, ən nəhayət gözləim Azərbaycana yayıldı.

Söhbət “Azərlotoreya” nın qumar oyunları hesab olunan "Poz Qazan" ani lotereyaları - "Qızıl", "Şans ulduzu", "Brilliant"dan gedir.

Qumar - bir az ağır səslənir? Yaxşı xoşunuz gəlmirsə adını dəyişək - insanların evini yıxan, külli miqdarda borca salan bir parça kağız. Necədi, xoşunuza gəldi?

İki gün öncə... "Koroğlu" metrosunun çıxışı və böyük izdiham.

Ayaqqabısı nimdaş olsa da cəsarətinə söz olmayan yaşlı nənə 400-500 manat qazanan bəla kağızını satan ağsaqqalı az qala öldürür.

Nə baş verir?

Sən demə nənə öyrənib ki, oğlu hər gün işdən çıxanda bu təkərli ev yıxan masanın üstündəki kağızlardan - "Poz qazan" alır. Səhərdən axşama kimi 20 manata işləyən oğul evə gələrkən qazandıqlarını bu masada qoyur. Üstəlik, satıcı bunu artıq tanıyır deyə borcu da var.

Nənənin əsəbdən qurumuş dodaqları arasından yalnlz bu sözləri eşitmək olur - "Allah evinizi yıxsın, balanızı öldürsün!" ...

Qarğışlar insan bağırtısı, ah-naləsi idi. Nənənin satıcıya dediyi bu sözlər metro pramidasının şüşələrinə dəyərək yerə çırpılır. Bəlkə də biz tamaşa edənlərin başına düşür.

Vəssalam!

Ətrafdakılar dodaqlarının altında "ağlı var almasın!" təpkiləri də göstərir. Növbəti təkərli bəla stolunda isə başqa qurbanlar pozmağa davam edir.

Artıq kütlənin təbliğatın necə quluna çevrildiyini asanlıqla görmək olur. Onlar artıq "poz qazan" aludəçisidirlər, sabahın real borcluları, lotoreya almaq üçün öğurluq belə etməyə hazır olanlar.

Davam edin, cənablar!

"Poz Qazan" ani lotereyaları bizi, sizi, övladlarımızı və gəncliyimizi hara aparır sualına cavab tapana kimi davam edin! Bu suala cavab tapanda "poz qazan" aludəçilərinin sayı 10 milyona çatacaq. Axı biz hamımız bunu istəyirik.

“Azərlotereya” ASC...

Uzun illər “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Maqsud Tağıyev olub. Hazırda hökümət “Azərlotereya”nın idarəetmə sistemi türk abilərimizə verib.

Bizimxeber.az təklif edir ki, "Azərlotoreya"nın kimlərə həvalə olunduğuna diqqət edək!

Onları virtual olaraq tanıyaq.

Ardını oxu...

Zafer Reisoğlu - "Azərlotereya" Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin yeni sədri

Özünün dediyinə görə, Zafer Reisoğlu bu ilin may ayına kimi Türkiyədə “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətində çalışıb.

Bizimxeber.az xatırladır!

O, Azərbaycan mətbuatına verdiyi müsahibədə deyir: "Energetika sahəsində, pərakəndə satış, marketinq, turizm kimi bənzər sektorlarda fəaliyyət göstərmişəm. Daha öncə “Total”, “ECE” kimi beynəlxalq şirkətlərdə və Türkiyənin aparıcı qruplarından biri olan “Demirören Holding”də satış, marketinq sahələrində və xüsusi layihələrin idarə edilməsi üzrə rəhbər olaraq çalışmışam. Əmək fəaliyyətimdə qısa müddətlik də olsa, jurnalistika sahəsinə də yer vermişəm. «Yeni Alanya» qəzetində köşə yazarı kimi çıxış etmişəm. 2019-cu ildən şans oyunları sektorunda çalışmağa başlamışam".

Amma... Google axtarış sistemində Zafer Reisoğlu imzasını axtararkən rast gəldiklərimiz yaınız bunlardır. "Zafer Reisoğlu "Azərlotereya" Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinə yeni sədri oldu" və başqa heç nə yoxdur...

Əcəba o yekəlikdə şirkətlərdə çalışan abimizin fəaliyyətini Google niyə görə bilmir? Düşmənçiliyimi var?

Ardını oxu...

Google sisteminə etibar etmək istəmirik və axtarışları “Demirören Holding”ə məxsus https://www.demiroren.com.tr/ sayt ünvanı üzərindən davam etdirirk. Yenə nəticə "0".

Heç bir məlumat tapılmadı...

Vətəndaşlarımıza "böyük uduş" vəd edən Zafer Reisoğlunun bu sahədə nə qədər təcrübəli olduğu böyük sual altına düşür. Axı inkişaf təcrübəyə əsaslanır. Elə deyilmi, cənablar?!

Zafer Reisoğlu Azərbaycan mətbuatına verdiyi müsahibədə daha sonra deyir: “Azərlotereya” ASC keçən ilin avqustundan Türkiyənin dünyada nüfuzlu «Demirören Şans Oyunları Yatırımları A.Ş.» şirkətinin törəmə müəssisəsi olan «YMT Sans B.V.» şirkətinə 10+5 illik müddətə idarəetməyə verilib".

«YMT Sans B.V.» şirkəti...

Bu şirkət barədə də aparılan araşdırmanın nəticələri "0". Google bu şirkəti də tanımır.

Şirkətin adı yalnız Reisoğlnun müsahibəsində keçir. Görünür «YMT Sans B.V.» yeni yaradılıb, bu sahədə heç bir təcrübəyə malik deyil və YMT, B.V. kimlərinsə baş hərfləridir. Orası bizi hələlik abilərimiz demiş ilgiləndirməz...

Daha incə məqam. “Demirören Holding” “Azərlotereya”nı ABŞ şirkəti olan ortağı "Scientific Games" ilə birlikdə işlədir iddiası...

Ardını oxu...

“Demirören Holding”lə Amerikanın "Scientific Games" şirkətinin ortaqlığı 2019-cu ilə dayanır. Bu ortaqlığın mürəkkəb səbəbləri var... İdman müsabiqələri, müştərək oyunlar və sairə...

Ardını oxu...

Bütün bunlardan sonra "Azərlotoreya"nın diğər rəsmi şəxslərini

-Maliyyə üzrə Baş rəhbər — Osman Karakuş
-Əməliyyatlar üzrə Baş rəhbər — Salih Tüfekçi
-Marketinq üzrə Baş rəhbər — Sənan Orucov
-Rəqəmsal üzrə Baş rəhbər — Yılmaz Sonışık
-Müşavir — Mikayıl Nəcəfovun kimliyini araşdırmağa ehtiyac qalmır.

Xüsusilə qeyd edək ki, bu gün "Azərlotoreya"nın fəaliyyətini müdafiə edən, "bütün dünyada var, bizdə niyə olmasın?" deyənlərə məqalənin sonunu oxumağı tövsiyyə edirəm.

Dünyanın bütün ölkələrində fəaliyyət göstərən lotoreya şirkətlərinin dövlət və vətəndaş qarşısında vədləri və öhdəlikləri hansılardır?

- Qazanılan pullarla gənc nəslin tərbiyələndirilməsi üçün Elmi Oyunlar və elmi lotoreyalar hazırlamaq

- Ətraf mühitin qorunması üçün böyük layihələrə dəstək vermək

- Çoxsaylı sosial təbliğat səyləri ilə təhsilin, müxtəlifliyin, psixi sağlamlığın və daha çoxunun yaxşılaşdırılmasına töhfə vermək

- İnsanlara lotoreya ilə davranış qaydalarını, müsbət və mənfi tərəflərini mütəmadi aşılamaq.

Bəs bizdə?

Psixoloji təsir təbliğatı aparılmayan, vətəndaşı məlumatlandırmayan, "pul qazanacaqsız" deyib harda gəldi satışını təşkil etmək?

Yalnız pul qazanmaq?

18 yaşı olmayan məktəbliyə lotoreya satmaq?

Yoxsa "evini sat lotoreya al, çoxlu pul qazanacaqsan" təbliğatını aparmaq?

Bizimxeber.az-ın Araşdırma Qrupu
Ardını oxu...
Məlumdur ki, bir müddət əvvəl Dövlət Gömrük Komitəsinin bir neçə yüksək rütbəli məmuru həbs edildi.
Onlardan biri də “Azərterminalkompleks” Birliyinin direktoru vəzifəsində işləyən Ehtiram Xəlilov idi.
Bizim Ehtirama, yaxud başqa birisinə haqq qazandırmaq fikrimiz yoxdur. Əksinə onlar qanun qarşısında ən sərt formada cavab verməlidirlər. Amma...
Əmması odur ki, həmin “Azərterminalkompleks” Birliyini əslində DGK sədri Səfər Mehdiyevin qaynı Zeynal Tarquliyev idarə edirdi.
Təsəvvür edirsiniz, Zeynal Tarquliyev dəyəri 5-10 qəpik olan kağız parçasını, yəni rəngli vərəqləri gömrük bəyannamələri adı altında iş adamlarına 210 manata satırdı. Kimsə inadkarlıq edib qəbz tələb edəndə 18 manatın qəbzi verilirdi. Yəni iş adamı 210 manat ödəyib əvəzində 18 manatlıq qəbz alırdı və (210 - 18 = ) 192 manat(lar) Səfər Mehdiyevin cibinə gedirdi.
Və onu da nəzərə alın ki, Milli Məclis Gömrük Məcəlləsi qəbul edib və orada yazılıb: ”Bəyannamə elektron, yaxud da kagız üzərində verilə bilər”.
Səfər Mehdiyevin qaynı Tarquliyev isə deyirdi, nə Milli Məclis, nə Nazirlər Kabineti, mən heç birini tanımıram, mənim rəhbərim Səfər Mehdiyevdir.
Bəli, adi kağız parçasını 210 manata satmaq. Belə kağız parçaları 10 min, 100 min dəfə satılıb.
Biz bu məsələnin üzərində geniş dayanmaq istəmirik.
Əgər istintaq orqanları bu məsələni ciddi araşdırmaq istəsə, əlimizdə olan peşəkar mütəxəssis təhlillərini onlara təqdim edə bilərik.
Bütün bunlar azmış kimi, Səfər Mehdiyev uzun illər qara metal biznesində yüz milyonlar qazanıb, büdəcəyə isə sağalmaz yaralar vurub.
Belə ki, Azərbaycandan xaricə xammal şəkilində metal ixrac edəndə malın kodu dəyişdirilərək hazır məhsul kimi göstərilib. Və Səfər Mehdiyev yenə yüz milyonlara sahib olub. Yenə lazım gələrsə konkret materialları təqdim edə bilərik.
Belə faktlar yüzlərlədir.
Məsələn, iş adamları bilir ki, gömrükdə tərəzi pulu deyilən məsələ var. Təkcə tərəzidən Səfər Mehdiyevin qohumu olan şəxs milyonlar qazanıb.
Bunu uzadıb oxucunu yormaq fikrimiz yoxdur.
Amma Səfər Mehdiyev səsini başına ataraq deyirdi ki, gömrükdə rüşvət və inhisar olsa, istefa verəcəm.
Biz isə Səfər Mehdiyevə deyirk ki, sənin barəndə yazdığımız yazılardan 1 gün sonra sənə dəstək verən bəzi saytlarda tərbiyəsiz açıqlamalar verirdin, bizə hədə-qorxu gəlirdin.
“Gömrükdə rüşvət və inhisarçılıq olarsa, istefa verəcəm” deyən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdyev uzun illər qurumda rüşvət-korrupsiya-monopoliya sisteminin baş “prorab”ı olub. Bu gün isə gömrük sistemində korrupsiyanın-inhisarçılğın və tayfabazlığın-traybolizmin baş memarıdır.
Şübhəniz varsa, buyurun baxın:
1.Qaynı Tarquluyev İlham. DGK-da tikintilərə nəzarət edir. Saxta tenderləri “udur”.
2. Qaynı İlham Tarquliyevin kürəkəni Kamran. ER və DNBGİ-də baş inspektordur. Bütün “pullu işlərə” ancaq o baxır.
3.Köməkcisi Rəşad. Yaxın qohumudur.
4. Uşaqlıq dostu və qohumu Rəsulov Məsum. Dövlət Gömrük Komitəsinin Qacaqmalcılıq və Gömrük qaydalarının Pozulması ilə mübarizə Baş idarəsinin rəisidir. İki ilə general rütbəsi alıb. Səfər Mehdiyevdən sonra əsas söz sahibidir.
5. Qaynı Tarquluyev Zeynal. “Azterminalkompleks” İstehsalat Birliyinin rəis müavinidir. “Qara kassa”ya o nəzarət edir. Gömrük İdarələri ətrafında ofislər açaraq, “lojistik xidmətlər” göstərir. Gömrükdə hər kəs həmin “xidmətə” yönəldilir.
6. Qardaşı oğlu Məhəmməd. Avtonəqliyyat və Aksizli Mallar Baş Gömrük İdarəsində İnzibati idarəetmə şöbəsinin rəisidir.
7. Bacısı oğlu Fərman. Dövlət Gömrük Komitəsində Audit və Təhlil Baş İdarəsində Baş inspektordur. Bakı Baş Gömrük İdarəsində “Broker xidməti” acıb. İş adamlarına sövdələşmələrlə “güzəştlı” xidmət göstərir.
8. Bacısı oğlu Əli. Avtonəqliyyat və Aksizli Mallar Baş Gömrük İdarəsində Baş inspektor.
9. Bacısı oğlu Məhərrəm. Bakı Baş Gömrük İdarəsində Baş inspektor işləyir.
10. Qardaşının kürəkəni Sənan. Avtonəqliyyat və Aksizli Mallar Baş Gömrük İdarəsində Qiymətləndirmə şöbəsinin rəisidir. Respublikaya idxal edilən bütün avtomobillərə ağlına gələn qiyməti o yazdırır.
11. Baldızı oğlu Rəfail Niftəliyev. Enerji Resursları və Dəniz Nəqliyyatı Baş Gömrük İdarəsində idarə rəisidir.
12. Bacısının kürəkəni Sahib. Dövlət Gömrük Komitəsində Audit Təhlil Baş İdarəsində böyük inspektordur.
13. Bacısının kürəkəninin qardaşı Zaman. Dövlət Gömrük Komitəsinin Xocahəsən G/P inspektorudur.
14. Bacısı oğlu Rövşən. Rəsmən Dövlət Gömrük Komitəsində İşləyir. Hec vaxt işə gəlmir. Kənarda bizneslə məşguldur.
15. Bacısının kürəkəni Vilayət. Dövlət Gömrük Komitəsində baş inspektordur.
16. Bacanağı Həsən. Dövlət Gömrük Komitəsinin Hospitalında işləyir.
17. Dostu Elman. Dövlət Gömrük Komitəsinin Hospitalında Baş həkimdir. Onun qardaşı Fərman gömrük zabiti olduğu halda, saxta dərman idxalına görə DTK tərəfindən həbs edilib.
18. Bacanağı Eldar. Dövlət Gömrük Komitəsinin Tikinti İdarəsinin rəis müavinidir. Tikintidə “qara kassa”ya o nəzarət edir.
19. Bacanağı İlham. Dövlət Gömrük Komitəsinin Tikinti İdarəsində işləyir.
20. Qardaşının kürəkəni Arif. 51 yaşında komitədə işə düzəlib. “Gömrük Orqanlarında Xidmət Haqqinda” Əsasnamənin ziddinə olaraq, onu 51 yaşında işə götürüblər…
Siyahını davam etdirməyə ehtiyac görmürük. İndi isə onu qeyd edək ki, son məlumatlara görə, Səfər Mehdiyevin gömrük sistemində qazandığı pulların miqdarı MİLYARD-larla ölçülür. Səfər Mehdiyevin oğurladığı pulun miqdarı 40 000 000 000 (qırx milyard). Təsəvvür edin dövlət büdcəsi və Səfər Mehdiyevin oğurluğu.
Və bütün bu pulların mənbəyi bəlli olub.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Səfər Mehdiyev müxtəli məmurların, prokurorların, polis rəislərinin övladlarını gömrük sisteminə işə qəbul edərək, əvəzində rayonlarda böyük torpaq sahəsinə, obyektlərə, mülklərə, hətta örüş sahələrinə sahib olub.
Bütün bunlar hamısı yaxın zamanda müsadirə olunacaq.
Səfər Mehdiyev, bu yaxınlarda yaxın qohumunu səhiyyə sistemində işə düzəltmək istəmisən. Sənə deyiblər ki, limiitin bitib, Kürdəxanıda səni yükləyəcəklər.
P.S. Səfər Mehdiyev, yaxın dostun və qohumun Vüqar Səfərlinin oğluna gömrükdə elə bir meydan vermişdin ki, hər tərəfi sulayırdı. İndi deyəsən, görünmür, hara oldu? Amma sənə söz veririk ən yaxın dostun olan Əli Həsənovla səni damlamayınca yazıları dayandıran deyilik. Siz çox "qanlar" tökmüsünüz, bunların hamısının cavabını dövlət qurumları sizdən soracaq.
gundelik baki.com
 
 
 
Ardını oxu...
Xəbər verildiyi kimi, avqustun 4-də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.

Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb.

Hadisə yerli hüquq-mühafizə orqanmları tərəfindən araşdırılır. Londonda Azərbaycan səfirliyinə edilən hücumun məsuliyyətini “Mehdinin xidmətçiləri birliyi” deyilən şiə qruplaşması öz üzərinə götürüb.

Küveyt əsilli qruplaşma 2008-ci ildə Londonda yaradılıb. Qrupun lideri Yasir Əl-Həbib “radikal sağçı” hesab edilir. Hadisədən sonra müəyyən variantlar səsləndirilir. Həmin qrup üzvlərinin və Böyük Britaniyada qeydiyyatdan keçən “Khoddam Al Mehdi” (Mehdinin nökərləri və ya xidmətçiləri) MMC-nin rəhbərlərinin fəal bizneslə məşğul olduqları deyilir. “Fədək” (Fadak Satallite Channel) adlı peyk telekanalları, market və restoran şəbəkələrinin onlara məxsus olduğu iddiaları var.

Sosial şəbəkələri istifadəçiləri Azərbaycanda da eyni adda restoran və market şəbəkəsinin fəaliyyət göstərdiyini yazır və müxtəlif ehtimallar səsləndirir.

TEREF.AZ-ın yazdığına görə, Cebhe.info-nun araşdırması göstərib ki, ölkəmizdə bu adda bir neçə restoran, kafe , market və gül dükanı fəaliyyət göstərir. “Fədək” adlı restoranlar paytaxtın fərqli ərazilərində, Lənkəranda və digər rayonlarda, market və gül dükanları isə paytaxtda, Sumqayıtda və cənub rayonlarında var. Həmin obyektlərin rəhbərləri ilə əlaqə saxlamağa çalışdıq. Əlaqə saxladığımız bəzi obyektlərdən qətiyyətlə şəbəkə biznesinə aid olmadıqlarını bildirildi.

Bakının Xətai rayonunda Gəncə prospektində yerləşən “Fədək” restoranından isə Cebhe.info-ya bildirdilər ki, restoran əvvəlllər şəbəkə biznesinə aid olub, lakin sonra ayrılıb:

“Əvvəllər Bakının bir neçə yerində yerləşən “Fədək” restoranlarının hamısı bir mərkəzə aid idi. Badamdar, Qara Qarayev, Binə Ticarət Mərkəzi, Hövsan ərazilərində olan restoranlar bizə aid idi. İllərdir ki, bu restoranlar ayrılıb. Bu addan çox adam istifadə edir, ən çox da işlədənlər ibadət əhlidir. Fədək Fatimeyi-Zəhranın bağının adı olub. Yəni o adın altında haramlıq eləmək olmaz. Bizə aid olan filialda hansısa təşkilatla əlaqə mümkün olan bir şey deyil. Əlbəttə, bizdə ibadət edənlər var, amma nəyəsə qarışanlar yoxdur.

Fədək sadəcə addır. Bizim nə şiə, nə də ümumiyyətlə, vəhabi adına zərrə qədər aidiyyətimiz yoxdur. Bizdə şiə namazı da, əhli-sünnə namazı da qılanlar var. Burada hər kəs başını aşağı salıb, çörəyini qazanır. Hər bir kəs və dövlət orqanları da gəlib yoxlaya bilərlər”.Ardını oxu...
Xəbər verildiyi kimi, avqustun 4-də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.

Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb.

Hadisə yerli hüquq-mühafizə orqanmları tərəfindən araşdırılır. Londonda Azərbaycan səfirliyinə edilən hücumun məsuliyyətini “Mehdinin xidmətçiləri birliyi” deyilən şiə qruplaşması öz üzərinə götürüb.

Küveyt əsilli qruplaşma 2008-ci ildə Londonda yaradılıb. Qrupun lideri Yasir Əl-Həbib “radikal sağçı” hesab edilir. Hadisədən sonra müəyyən variantlar səsləndirilir. Həmin qrup üzvlərinin və Böyük Britaniyada qeydiyyatdan keçən “Khoddam Al Mehdi” (Mehdinin nökərləri və ya xidmətçiləri) MMC-nin rəhbərlərinin fəal bizneslə məşğul olduqları deyilir. “Fədək” (Fadak Satallite Channel) adlı peyk telekanalları, market və restoran şəbəkələrinin onlara məxsus olduğu iddiaları var.

Sosial şəbəkələri istifadəçiləri Azərbaycanda da eyni adda restoran və market şəbəkəsinin fəaliyyət göstərdiyini yazır və müxtəlif ehtimallar səsləndirir.

TEREF.AZ-ın yazdığına görə, Cebhe.info-nun araşdırması göstərib ki, ölkəmizdə bu adda bir neçə restoran, kafe , market və gül dükanı fəaliyyət göstərir. “Fədək” adlı restoranlar paytaxtın fərqli ərazilərində, Lənkəranda və digər rayonlarda, market və gül dükanları isə paytaxtda, Sumqayıtda və cənub rayonlarında var. Həmin obyektlərin rəhbərləri ilə əlaqə saxlamağa çalışdıq. Əlaqə saxladığımız bəzi obyektlərdən qətiyyətlə şəbəkə biznesinə aid olmadıqlarını bildirildi.

Bakının Xətai rayonunda Gəncə prospektində yerləşən “Fədək” restoranından isə Cebhe.info-ya bildirdilər ki, restoran əvvəlllər şəbəkə biznesinə aid olub, lakin sonra ayrılıb:

“Əvvəllər Bakının bir neçə yerində yerləşən “Fədək” restoranlarının hamısı bir mərkəzə aid idi. Badamdar, Qara Qarayev, Binə Ticarət Mərkəzi, Hövsan ərazilərində olan restoranlar bizə aid idi. İllərdir ki, bu restoranlar ayrılıb. Bu addan çox adam istifadə edir, ən çox da işlədənlər ibadət əhlidir. Fədək Fatimeyi-Zəhranın bağının adı olub. Yəni o adın altında haramlıq eləmək olmaz. Bizə aid olan filialda hansısa təşkilatla əlaqə mümkün olan bir şey deyil. Əlbəttə, bizdə ibadət edənlər var, amma nəyəsə qarışanlar yoxdur.

Fədək sadəcə addır. Bizim nə şiə, nə də ümumiyyətlə, vəhabi adına zərrə qədər aidiyyətimiz yoxdur. Bizdə şiə namazı da, əhli-sünnə namazı da qılanlar var. Burada hər kəs başını aşağı salıb, çörəyini qazanır. Hər bir kəs və dövlət orqanları da gəlib yoxlaya bilərlər”.

Dünyapress TV

Xəbər lenti