Ardını oxu...
Azərbaycanda yeni fəaliyyətə başlayan bukmeyker şirkəti “Misli” vətəndaşları aldadır. Vətəndaş iddia edir ki, misli.az uduşları ödəmir.

“24 saat“a müraciət edən vətəndaşlardan biri bildirib ki, şirkət onun udduğu pulu vermək istəmir.

“Cuiaba Esporte Clube-Atletiko Mineiro klubları arasındakı oyuna 10 AZN pul qoymuşam. Hər iki komandanın qol vuracağını proqnozlaşdırmışam. Kuponum gəlib. Lakin şirkət vurğudum pulu geri qaytarsa da, uduşu vermək istəmir. Uduşun məbləği 55.10 AZN-dir”, – deyə vətəndaş bildirib.

Onun sözlərinə görə, uduşun verilməməsi ilə bağlı heç bir izahat yoxdur. Şikayətçi iddiası ilə bağlı redaksiyamıza sübutlar da təqdim edib.
Ardını oxu...

 

Etibar Əliyev: “Nazir müavini məktəbdən xəbəri olmayan birisidir”.

“Mən təhsil sahəsində bütün məsələlərin şəffaf olmasının tərəfdarıyam. Qrant və proqramların maliyyələşməsindən tutmuş, məktəblərin təminatı və təchizatı kimi məsələlərə qədər. Elm və Təhsil Nazirliyinin rəhbərliyi buna çalışmalıdır. Təhsil qapalı system deyil, təhsil açıq sistemdir. Dediyim nüanslar nazirliyin saytında öz əksini tapmalıdır. Maliyyə vəsaitinin xərclənməsindən sonra audit prosesi baş verməldir”.

AzToday.az xəbər verir ki, bunu millət vəkili, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Etibar Əliyev “Yenisabah.az”-a müsahibəsində təhsil eksperti Kamran Əsədovun sosial şəbəkələrdə təhsil sektoru ilə bağlı açıqladığı korrupsiya faktlarına münasibət bildirərkən deyib.

Xatırladaq ki, K.Əsədov Elm və Təhsil Nazirliyinin orta məktəblərə oturacaqların, Prezidentin portretlərinin, bunlardan başqa, 44 günlük Vətən müharibəsinə dair qələbəmizi əks etdirən bannerlərin dərindən qat-qat baha qiymətə satılması haqda faktlar paylaşıb.
Ardını oxu...
Deputat təəssüfə qeyd edir ki, nazirliyin fəaliyyətində dediyi şəffaflığı görmür: “Mütəxəssislər, təhsil ekspertləri bu məsələləri mənbə kimi Elm və Təhsil Nazirliyinin informasiya resurslarından götürməlidirlər. Məlumatlar fərdi tanışlıq vasitəsilə əldə olunmamalıdır. Tenderlər də açıq şəkildə həyata keçirilməlidir. Burada insanların vergisindən formalaşan vəsaitlərdən söhbət gedir. Bunun da aydınlığı çox vacibdir”.

E.Əliyev əlavə edir ki, məktəblər müstəqil deyil: “Adi qapının cəftəsini dəyişməyə belə azadlığı yoxdur. Məktəb rəhbərliyi Bakıda tam şəkildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, regionlarda isə regional təhsil idarələrinə tabedir. Onlara da birbaşa Elm və Təhsil Nazirliyi rəhbərlik edir. Nazirlikdə isə məktəb işindən məlumatsız olan şəxslər toplaşıblar. Məsələn, Elm və Təhsil nazirinin məktəblərə kuratorluq edən müavini məktəbdən xəbəri olmayan birisidr. O, beynəlxalq münasibətlər üzrə mütəxəssisdir.

Məktəb çox mürəkkəb bir sistemdir. Buna görə də bu sahədə birbaşa aidiyyəti olan şəxslər olmalıdır. Məktəblərlə bağlı şaxəli araşdırmalar aparsaq, daha çox neqativ hallara rast gələrik. 10-11-ci sinif şagirdləri məktəbə gəlmir. Bu, böyük bir fəlakətdir. Burada çox böyük vəsaitdən söhbət getdiyindən, təhsilin rəhbərliyində olan şəxslər bunda maraqlıdırlar. Heç bir məktəbin normal saytı yoxdur”.

Deputat vurğulayır ki, məktəb direktorlarını ifrat asılı vəziyyətə salıblar. Onun sözlərinə görə, məktəb rəhbərlərini Bakı Şəhəri üzrə Təhsil İdarəsində müxtəlif qruplaşmalar idarə edirlər: “Həmin qruplaşmalar isə nazirlikdə formalaşıb. Belə bir məqamda məktəb direktorlarının heç nəyə etiraz etməyə cürəti yoxdur. Onları dərhal vəzifəsindən azad edərlər. Məktəbləri feodal təfəkkürlə idarə etmək olmaz. Bu cür məktəblərdə hansı keyfiyyətdən, şəffalıqdan danışmaq olar?!”.

Etibar Əliyev bildirir ki, bu gün abituriyentlər yüksək nəticələr göstərirsə, bu, ilk növbədə abituriyentin öz istedadı, ikinci növbədə, repetitorların hesabınadır: “Çünki məktəblərdə 10-11-ci sinifdə dərs olmadığından biliklə zənginləşmə də yoxdur. Məktəblərdə maliyyə müstəqilliyi olmalıdır. Məktəb laborant, süpürgəçi işə götürə bilmir”, deyə təhsil eksperti qeyd edib.

Millət vəkili hesab edir ki, məktəbin büdcəsi olsa, məktəblərə müəyyən sərbəstlik verilsə, özü özünün bəzi kiçik təminatlarını da həll edə bilər: “Bəzi şeylər kənardan 10 qat baha qiymətinə verilir və akta qol çəkməyə məcbur edilirlər. Bu proses ildırım sürəti ilə baş verir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblər üzərində “Damokl qılıncı”dır. Bundan başqa, xeyli sayda məktəb direktorunu nazirlik və idarədə əyləşən vəzifəlilərin himayə etmələri məktəbi çökdürüb. Qruplaşmaya aid olmayan məktəb direktorlarına ən sərt qaydalar tətbiq edilir. Qruplaşmaya aid olanlara isə “gözün üstdə qaşın var” deyən yoxdur. Qruplaşmaların himayə etdiyi məktəblərdə özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir. Məktəbin belə duruma düşməsini istəməzdim”.

Ardını oxu...
Teref.az-ın poçtuna daxil olan şikayət məktubunu təqdim edirik:
Göyçay rayonu Qaraməryəm kənd sakini Quliyev Səbuhi Fəxrəddin oğlu tərəfindən cənab Prezidentə

ŞİKAYƏT ƏRİZƏSİ

"Hörmətli cənab Prezident! Bildirmək istəyirəm ki, bir müddət öncə Göyçay Rayon Mərkəzi Xəstəxanasının bəzi həkimlərinin məsuliyyətsizliyi üçbatından qardaşımın həyat vəfat etmişdir. Mən də xəstənin yaxın qohumu olaraq mərhumun ölüm səbəblərinin obyektiv araşdırılması və xəstəxanada yaranmış özbaşınalıqların qarşısının alınması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Göyçay Rayon Prokurorluğuna yazılı ərizə ilə çoxsaylı müraciətlər ünvanlayırdım. Lakin, xəstəxananın direktoru Yaşar Əhmədov prokurorluq tərəfindən aparılan istintaqın normal gedişinə mane olmaq məqsədilə əsas və tərkib olmadan, qondarma ittihamla məni Göyçay Rayon Məhkəməsinə şikayət edib.

Belə ki o, facebook sosial şəbəkəsində mənim xəbərim olmadan "Səbuhi Quluzadə" adlı profildən paylaşılan paylaşımların mənimlə əlaqəsi olduğunu iddia edir. Halbuki həmin paylaşımlarda yer alan təhqir və şərəf və layəti alçaldacaq sözlərlə mənim heç bir əlaqəm yoxdur. Yuxarıda qeyd etdiyim "Səbuhi Quluzadə" profili uydurma profildir. Hətta 1 il yarım öncə həmin profilin oğurlandığı haqqında hüquq mühafizə orqanlarına yzılı ərizə ilə müraciət etmişdim. Buna baxmayaraq "facebook" sosial şəbəkəsinin baş ofisi (baş server) ölkəmizin hüdudların kənarda yerləşdiyi üçün araşdırma aparmaq mümkün olmamışdır. Həmin vaxtdan etibarən mənim adımdan istifadə edilərək paylaşılan paylaşımlarla mənim heç bir əlaqəm yoxdur.

Hörmətli cənab Prezident! Bildiyiniz kimi, Azərbaycan Respublikasının Konstitusiyasının 8-ci maddəsinə əsasən "Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır". Məhz ona görə də Sizdən çox xahiş edirəm, barəmdə Göyçay Rayon Məhkəməsinə verilən əsassız ittihamın ləğv edilməsi və hüquqlarımın bərpa olunması üçün köməklik göstərəsiniz. Sizə öz dərin təşəkkürümü bildirirəm".
 
 
 
Ardını oxu...
Bu il IV ixtisas qrupu üzrə ən yüksək – 700 balı toplayan Nigar Ağazadə Azərbaycan universitetlərindən imtina edib.

Bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.

Bildirilib ki, Nigar burs qazanaraq Ankara Universitetinin Tibb fakültəsinə qəbul olunub.

Qeyd edək ki, Nigar Ağazadə 125 nömrəli tam orta məktəbin məzunudur. O, qəbul imtahanının I mərhələsində 300 bal, ikinci mərhələsində isə 400 bal toplayaraq maksimal nəticə göstərib.
 
Ardını oxu...
Regionları birləşdirmək baxımından böyük əhəmiyyətə malik Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi turizmin və kənd təsərrüfatının inkişafına, avtonəqliyyat vasitələri ilə yük daşımalarının artımına gətirib çıxarmalı idi. Elə bu məqsədlə də Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Regionların 2014-2018-ci illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” ASC tərəfindən mühüm əhəmiyyətə malik Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13.3-91-ci km-lik ( 77.7 km ) hissəsinin I texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına (bəzi hissələrdə 6 zolaq) genişləndirilməsi layihəsinin həyata keçirləməsi üçün 100 milyon manata yaxın vəsaitin ayrılmasına göstəriş vermişdir. Layihənin necə həyata keçirilməsilə əlaqədar apardığımız araşdırmalar zamanı irimiqyaslı korrupsiya faktlarına yol verildiyini tərəfimizdən aşkar edildi. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun qeyd olunan hissəsinin yenidən qurulması layihəsi üzrə yolun genişləndirilməsi, avtonəqliyyat vasitələrinin yola asan girişini təmin etmək məqsədi ilə hər iki istiqamət üzrə 4.5 m enində kollektor yolların inşası, Müşfiq qəsəbəsinə daha təhlükəsiz giriş-çıxışını təmin etmək üçün mövcud yol ötürücüsündən istifadə etməklə 300 m uzunluğunda qəsəbədaxili yolun, həmçinin drenaj şəbəkəsinin yenidən qurulması işləri yerinə yetirilmişdir. Qeyd edək ki, 3 il öncə yenidənqurmadan sonra istifadəyə verilən Bakı- Şamaxı avtomobil yolunun Ceyrançekməz çayına çatmamış hissəsində ( 67-68- ci km ) asfalt örtüyündə yoxuş hissədə bir sıra yerlərdə hissə hissə iri çatlar, qabarmalar və çökmələr əmələ gəlmiş və avtomobillərin hərəkəti üçün real təhlükəli vəziyyət yaranmışdır. Vəziyyət nəzərə alınaraq 2 ay öncə həmin sahələrin asfalt örtüyü yenidən qazılaraq yolun səviyyəsinin qabarmalardan və çökmələrdən azad edilməsi üçün xeyli bərkitmə işləri görülmüşdür. Hansı ki, bu yolun yenidənqurulması zamanı podratçı şirkət olan "Polad Yol Yapı San., Tic. A.Ş." şirkəti yola 30 illik zəmanət vermişdir. Amma bu şirkətin 2015-ci ildə inşa edib istifadəyə verdiyi Şəki-Qax yolunda gördükləri keyfiyyətsiz işləri elə Bakı- Şamaxı yolunda da təkrarlaması , hesab edirik ki, ən azı qardaş hesab etdikləri Azərbaycana qarşı olan hörmətsizlik və sayğısızlıqdır. Qax yolunda apardığımız monitorinq zamanı aşkar etmişdik ki, öhdəliklər heç də 35 km uzunluğu olan bu yolun açılışı zamanı cənab Nəqliyyat naziri Ziya Məmmədovun cənab Prezidentə verdiyi rəsmi raportda qeyd edilənlər kimi, yol çəkilişi heç də keyfiyyətlə icra edilməmişdir. O zaman da aşkar etmişdik ki, asfalt örtüyünün 3-cü əsas qatı - yəni, 4 sm qalınlığı olan üst aşınma qatı sənəddə göstərilsə də ümumiyyətlə faktiki olaraq çəkilməmişdir. Və bunun nəticəsində dövlətə ən azı 6 milyon manat maddi ziyan vurulmuşdur. Nəticədə bu gün asfaltın orta və kənar hissələrində çoxsaylı çatlar, çökmələr və yoxuş hissələrdə qabarmalar( el arasında "şifer asfalt" adlanır) əmələ gəlmiş və yol qismən yarasız vəziyyətə düşmüşdür. Qobustan rayonun Nərimankənd kənd sakinlərindən adının çəkilməsini istəməyən ağsaqqalın verdiyi məlumatdan o da məlum olmuşdur ki, Bakı -Şamaxı yolunun 2 zolaqlıdan 4 zolaqlı asfalt yolun yenidənqurulması zamanı 2013-2019-cu illər ərzində görülən işlər zamanı da irimiqyaslı maliyyə maxenasiyalarına yol verilmişdir. Belə ki, Nərmankənd kəndinin 6 km günbatar hisəsində yerləşən "Diri Baba" dağının yaxınlığındakı qayalı dağ yerli icra başçısı olan cənab Adil Məmmədovla "Polad Yol Yapı" şirkəti rəhbərliyi arasında əldə edilmiş gizli sövdələşmə nəticəsində 3 milyon manata satılmışdır. Tikinti şirkəti yol kənarlarının genişləndirlməsi zamanı bu dağın bərk suxurlarını ağır texnikanın köməkliyi sayəsində dağıdaraq hissə hissə yol yatağına daşımışdır. AAYDA-nın 2017-ci ildə rəsmi portalı vasitəsilə verdiyi məlumatlardan isə görürük ki, yol yatağının bu hissələrində heç də AAYDA-nın rəsmi məlumatında göstərildiyi kimi işlər aparılmamışdır: http://www.aayda.gov.az/az/news/796 "Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Regionların 2014-2018-ci illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” ASC tərəfindən mühüm əhəmiyyətə malik Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13.3-91-ci km-lik ( 77.7 km ) hissəsinin I texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına (bəzi hissələrdə 6 zolaq) genişləndirilməsi layihəsi uğurla icra olunmuşdur. Layihəyə uyğun olaraq: yol yatağının eni 27.5 m, yolun hərəkət hissəsinin eni 15 m, hərəkət zolaqlarının eni 3,75 m, ayrıcı zolağın eni 5 m, hər iki istiqamət üzrə çiyinlərin eni isə 3,75 m-dir. Yol geyiminin qalınlığı 1 m 16 sm-dir: hamarlayıcı lay 50 sm, əsasın qranular alt layının qalınlığı 22 sm, doğranmış əsas layının qalınlığı isə 15 sm, bitumlu əsas layının qalınlığı 19 sm, əlaqələndirici asfalt layının qalınlığı 6 sm, üst aşınma layının qalınlığı 4 sm-dir. Ümuilikdə yol örtüyünün əsası ( asfalt-beton örtük ) 29 sm təşkil edir. Sözügedən avtomobil yolu 4 hissə üzrə yenidən qurulur: 1. 13.3-15.1 km; 2. 15.1-44.6 km; 3. 44.6-67.5 km; 4. 67.5-91.0 km. Yolun 44.6-67.5-ci km-lik (22.9 km) hissəsi ( Cəngi-Qobustan) üzrə yenidənqurma işləri tam olaraq yekunlaşdırılıb. Yolun tikintisinə 2013-cü ilin avqust ayında başlanılıb." Yəni, yol yatağının inşası zamanı rəsmi məlumatda olduğu kimi inşaat normalarına uyğun deyil, hamarlayıcı lay 50 sm, əsasın qranular alt layının qalınlığı 22 sm, doğranmış əsas layının qalınlığı isə 15 sm göstərilsə də bunların heç biri reallıqda həyata keçməmişdir. Yəni, 50sm + 22 sm + 15sm = 87 sm dərinlik sadəcə bərk dağ suxurlarının daşınıb yol yatağına tökülməsilə əvəz olunmuşdur. Layihədə göstərilən işlərin əvəzinə isə tam ucuz formada yaxınlıqdakı dağdan doğranıb daşınmış qaya suxurlarından gen-bol istifadə edilmişdir. Budur, görünən kəndə bələdçi lazım olmadığı kimi, Bakı-Şamaxı yolunun qeyd edilən hissələrində 2 ay əvvəl məcburi aparılan "yamaqvurma" əməliyyatı zamanı rəsmi məlumatların əsasız olmasını, yolun yenidənqurulması zamanı külli-miqdarda dövlət əmlakının mənimsənilməsi faktını bir daha isbatlayır. Hətta enişlərdə ( Bakı-Şamaxı yolunun 67-ci km-də) yamaqvurma əməliyyatıhəyata keçiriərkən asfaltın qalınığı 80 m-ə çatmışdır. Eləcə də layihədə göstərilən - Ümumilikdə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13.3-91-ci km-lik hissəsində layihə çərçivəsində 123 ədəd dairəvi boru, 14 ədəd düzbucaqlı su keçidi, 20 ədəd yeraltı keçid və 26 ədəd drenaj boru quraşdırılıb. Həmçinin yol boyu zəruri olan ərazilərdə 8 ədəd yerüstü piyada keçidinin inşası da planlaşdırılır.
Ardını oxu...
Bəli, dəmir konstruksiyadan hazırlanmış və hər birinin ağırlığı 30 ton olan 8 yerüstü piyada keçidinin inşası zamanı da külli-miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktını da ayrca araşdırmamız zamanı üzə çıxarmışdıq. Təkcə bu epizodla bağlı onu qeyd edə bilərik ki, Bakı-Şamaxı avtomobil yolunda 9 yerüstü piyada keçidinin inşaası zamanı xüsusi araşdırmalarımız zamanı məlum olmuşdur ki, tək bir epizod üzrə dövlətin təxminən 3 milyon manata qədər vəsaiti sabiq deputat Günəşovun MMC-si tərəfindən mənimsənilmişdir. Rəsmi məlumatdan da aydın olur ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 27-100-cü km-lik hissəsində vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etmək məqsədi ilə AAYDA ASC tərəfindən 9 yerüstü piyada keçidi inşa edilmişdir. Bu məlumatdan sonra AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsi bir daha bildirmişdir ki, işlər yüksək keyfiyyətlə və texnoloji ardıcıllığa riayət edilməklə aparılmışdır. Yeni yerüstü piyada keçidlərindən biri yolun Qaradağ rayonu Müşviqabad qəsəbəsindən keçən hissəsində, digərləri isə Qobustan rayonunun ərazisində yerləşirlər. Apardığımız araşdırmalardan belə ümumi nəticəyə gəlirik ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 27-109-cü km-lik hissəsində vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etmək məqsədi ilə AAYDA ASC tərəfindən inşa etdirdiyi 9 yerüstü piyada keçidi istifadə üçün yayarsızdır və yenidən keyfiyyətli materiallarla təchz olunaraq texnoloji qaydalar və standartlar gözlənilməklə yenidən inşa olunmalıdır. İnşaat ekspertləri asanlıqla belə keyfiyyətsiz inşa edilmiş yerüstü piyada keçidlərinin hər birinə reallıqda nə qədər vəsait sərf edildiyini də dəqiqliklə hesablayıb hüquq-mühafizə orqanarına təqdim edə bilərlər. Təxmini hesablamalarımıza görə hər bir keçid üçün dövlət büdcəsindən 470000 manat pul ayrılsa da, reallıqda bu vəsaitin max. 150000 manatı belə 30 tonluq piyada keçidlərinə sərf edilmişdir. Yəni, burada ciddi korrupsiya hüquqpozmaları olmuşdur. Nəticədə, dövlətə cəmi 3 milyon manat maddi zərər dəymişdir.( mənimsənilmişdir) Apardığımız araşdırmalar zamanı ortalığa çıxan ciddi korrupsiya faktlarına hüquqi qiymət verilməsi üçün aidyyatı üzrə yuxarı direktiv orqan rəhbərlərinə faktlar üzrə yazılı müraciətlər etdikdən və Baş prokurorluğun müraciətlər üzrə idarə prokuroru cənab Yadigar Aslanlının məsələnin araşdırılması və müraciət müəllifinə cavab verilməsi barədə rəsmi məktubundan sonra, nəhayət AAYDA ASC-nin Mətbuat Xidməti rəisi cənab Anar Nəcəfli səviyyəsində 14 aprel 2022-ci il tarixli cavab məktubu aldıq. Əlbəttə, əgər buna cavab məktubu demək mümkündürsə. Anar müəllim cavab məktubunda beynəlxalq səviyyədə sifarişin həyata keçirilməsi üçün dövlət satınalmalarının keçirildiyini, işin icrasına da eyni qayda ilə nəzarət edildiyini, yerüstü keçidlərdən intensiv olaraq istifadə edildiyini, yazdığımız və mənimsənilən rəqəmlərin reallığa uyğun olmadığı, yerüstü keçidlərin istismara qəbulunun Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilməsi bizə rəsmən xatırladılmışdır. Lakin biz AAYDA səlahiyyətlisinin məcburi formada həm bizə, həm də Baş Prokurorluğa ünvanlanmış cavab məktubunun əsas qayəsinin baş vermis irihəcmli korrupsiya cinayətlərinin ört-basdır edilməsinə xidmət edən bir namə olduğu qənaətinə gəlirik. Və cənab A.Nəcəfliyə xatırlatmaq istəyirik ki, cinayəti bilib məlumat verməmə və cinayəti ört –basdır etmə hər iki halda cinayət hesab edilir. Və cənab A. Nəcəfliyə onu da xırdalığına qədər nəzərinə çatdırmaq istəyirik ki, 9 ədəd yerüstü keçid heç də onun dediyi kimi, beynəlxalq səviyyədə sifarişə uyğun satınalmaların həyata keçdiyi kimi olmamışdır. Cavab olaraq bildirirk ki, yerüstü keçidlərin tikintisinin icraçısı satınalma zamanı "tender qalibi" olmuş MMC sabiq deputat Günəşov olmuşdur. Və onun hazırda Bakının Xətai rayonunda, Babək prospektində, konkret desək indiki köhnə təkərlər bazarının arxa tərəfində yerləşən dəmr sexində sözügedən piyada keçidləri korroziyaya uğramış metallom borulardan istifadə olunmaqla çox keyfiyyətsiz olaraq quraşdırılmışdır. Hətta paslanmış metal borulara antipas rəng vurulmadan ağ rənglənmişdir. Hazıda həmin yerüstü keçidlərin boru dayaqlarından ağ rəngin altından axan sarımtıl pas sadəcə göz oxşayır. Bizim dəqiqləşdirmələrimiz bu qədər. Ona görə də hesab edirik ki, istər Bakı-Şamaxı, istər Şəki-Qax, istərsə də Şamaxı yolunda inşa edilmiş 9 ədəd yerüstü keçidlərin tikintisi zamanı baş vermis iri miqyaslı korrupsiya cinayətlərinin yerində araşdırlması üçün dövlətin aidiyyatı üzrə rəsmi qurumlarının apardığımız araşdırmalar zamanı ortalığa çıxardığımız maliyyə maxenasiyalarına hüquqi qiymətin verilməsi zəruridir.
Onu da qeyd etmək yerinə düşərdi ki, "Polat Yol Yapı" icraçı şirkətin texniki direktoru, türk iş adamı Zəfər bəylə telefon danışığı zamanı bildirmişdir ki, sorun bizdə deyi, bizə nə qədər para ayrılırsa, biz də o qədər iş görmüşük. Yəni bu müsahibədən gün kimi aydın olur ki, sifarişçi təşkilat olan Azərbaycan Avtomobil Yolları DA-yi heç də yol ikintisi üçün nəzərdə tutulan pul vəsaitinin hamısını deyil, yalnız cüzi bir hissəsni podratçı təşkilata verirlər.
Müstəqil araşdırmaçı Məmməd Əhmədoğlu
Teref.az olaraq məqalədə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 
 
 
Ardını oxu...
"Zəruri ərzaq və gündəlik istehlak malları sürətlə bahalaşır". Bu cümləni ya bəzi rəsmi şəxslərin dilindən eşidirik, ya da mətbuatdan oxuyuruq. İqtisadi terminlər, heç kimin başa düşə bilmədiyi izahlar və sairə...

Amma və lakin hamının başa düşəcəyi və işlətdiyi bir cümlə də var - "Bazar od tutub yanır, qiymətlər hər gün qalxır"... Bu cümləni isə ölkənin bütün bölgələrində yaşayan insanlar hər gün, hər saniyə işlədir.

Bizimxeber.az bildirir ki, Azərbaycanda bazar "od tutub yanır", marketlərdəki qiymətlərə nəzarətin kimlər tərəfindən və necə edildiyi, üzən və ya qaçan məzənnənin necə tənzimləndiyini bilən yoxdur. Gündəlik tələbat malları, əsasən ərzaq məhsullarının qiyməti durmadan dəyişir və bahalaşır.

Veysəloğlu Şirkətlər Qrupu “Veysəloğlu” MMC barədə mediada yayılmış məlumata aydınlıq gətirib

Rəsmi qurumlar bu vəziyyəti, Koronavirus, Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirsələr də, sadə vətəndaş buna inanmır və gördüyü qiymət artımı ilə barışmaq istəmir.

Elə isə ölkədə əsasən gündəlik tələbat malları və ərzaq məhsullarının qiymətini tənzimləməkdə və ya artırmaqda yaxından iştirak edən böyük satış şəbəkələri hansı funksiyanı, dəstəyi verir?

Azərbaycanda bir neçə belə böyük dağıtım şirkəti fəaliyyət göstərir - "Azərsun" Holdinq, "Veysəloğlu" Şirkətlər Qurupu və adını çəkmədiyimiz diğər dağıtımçılar...

Hələlik və ilk olaraq "Veysəloğlu" Şirkətlər Qurupunun Azərbaycan istehlakçısına təqdim etdiyi məhsullara, işçi məmuniyyətina, alıcı qabiliyyətinə və qiymət tənzimlənməsinə nəzər yetirək.

"Veysəloğlu" Şirkətlər Qurupu Azərbaycan bazarında "Araz" Supermarketləri və "OBA" Marketləri ilə at oynadır. Bəli, düz oxuduz, "at oynadır"...

Şirkətin mətbuat üçün həftəlik açıqlamasında qiymətlər, tənzimləmələr və sairə hallar elə təqdim edilir ki, sanki bu şirkətin fəaliyyəti ağ kağızdır və heç bir əyri işi yoxdur.

Amma və lakin diqqət edək!

İlk olaraq diqqəti Veysəloğlu" Şirkətlər Qurupunun tərkibindəki "OBA" marketlərinə yönəldək. Azərbaycanın bütün bölgələrində, eləcə də paytaxtda 100-lərlə məkanda fəaliyyət göstərən bu marketlərin xadiməçiləri yoxdur. Bəli, düz oxuduz, bu marketlərdə xadimə yoxdur və satıcılar həm xadimədir, həm yük daşıyandır (fəhlə), həm də satıcıdır.

Təsəvvür edin ki, "OBA"da hansısa məhsulla bağlı nəsə soruşmaq istəsən, yaxud çəki ilə 1 kq qənd almaq istəsən satıcı-xadimə-fəhlə funksiyasını həyata keçirən xanım və bəyləri 5-10 dəqiqə gözləməlisən. Ya pol silir, ya hansısa məhsulu sayır, ya da toz basmış məhsulları təmizıləyir...

Hə bu bir başqa biabırçılıqdı... Əlində pol ağacı (pas-pas) olan satıcı-xadimə-fəhlə əlini yumadan (Əl yumaq üçün əksər marketlərdə su belə yoxdur) sənə 1 kq qənd çəkir. Gözəl mənzərədir, analoqsuz xidmətdir... Bu reallıqdır, əziz Veysəloğlu" Şirkətlər Qurupunun milyonçu rəhbəri..

Sizcə belə olamalıdır? Bir adam həm satıcılıq etməli, həm xadimə işi görməli, həm də fəhlə kimi yük daşımalıdır? Ayda 300-400 manata ehtiyacı olan insanların bu vəzziyyətindən istifadə edib beləmi edirsiz?

Əziz oxucu, bilirsiz bununla rəhbərlik nə demək istəyir? Məncə Veysəloğlu" Şirkətlər Qurupunun rəhbəri düşünür ki, zatən OBA merketlərində al-ver edənlər kasiblardı, acından ölənlərdir, orda çalışan Satıcı-xadimə-fəhlələr isə pula ehtiyacı olan məcburlar. Bunlara nəyi necə sırısaq məcburdular alıb yeməyə, işləməyə. İylənmiş və aylarla buzlanmış toyuq, tükü-dərisi ilə bizlikdə çəkilmiş fars, mənbəyi bilinməyən peçeniye, içərisi qırıq-qırıq olan cipsi, içərisini qurd basmış şokoladlar (belə şokoladlardakı qurdları yalnız xüsusi avadanlıqla görmək olur), mənşəyi bilinməyən baş və bədən şampunları. Bir sözlə keyfiyyətsiz nə desən tapmaq olar "OBA" marketlərində.

Daha bir müəmma odur ki, Veysəloğlu" Şirkətlər Qurupunun tərkibində olan "Araz" Supermarketlərində satılan məhsullar "OBA" marketlərdə yoxdur. Bütün bunlar OBA-nın kasıb təbəqə üçün hesablandığı qənaətini ortaya qoyur. Yəni, Veysəloğlu" Şirkətlər Qurupunun dağıtımı elə tənzimlənir ki, artıq heç nə qalmasın, mütləq mənada satılsın.

Daha bir ciddi məsələ "OBA" marketlərində satılan sosis və kolbasa məhsulları ilə bağlıdır. Bu məhsulların əksəriyyətinin, əsasən kolbasa məhsullarının keyfiyyəti böyük sual altındadır. Dəyişdirilə bilən etiketlərlə satışa çıxarılan bu məhsulların yağlılığı və ədviyyatının daha çox olması keyfiyyətilə bağlı ciddi şübhələr ortaya qoyur. Kolbasa məhsullarının yağı az qalır yerə damsın.

Qiyməti isə bir kq üçün 5 manat. Əcəba, yağı üzünə çıxan kolbasa elə görüntü yaradır ki, bu ya quzu ətindən hazırlanıb, ya da xüsusi bəslənmiş dana ətindən. Sizə bu kolbasalar belə hazırlanıb? İnanan daşa dönsün...

Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qorxmaz Təhməzli haqqında ŞOK İDDİA - FOTOLAR | KONKRET

Qiymət məsələsinə gəlincə Azərbaycanda zəruri ərzaq və gündəlik istehlak mallarının qiymətinin qalxmasında Veysəloğlu" Şirkətlər Qurupunun xüsusi payı var. Bu barədə yaxın günlərdə oxuculara ətraflı məlumat verəcəyik...

Ölkənin İqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qorxmaz Təhməzli və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbəri Məmməd Abbasbəyli cənabları... Siz nəyi gözləyirsiz? Kasıb insanların övladlarının gələcək həyatı sual altındadır. Bu marketlərdə satılan qidaların keyfiyyəti, satıcıların kimliyi və hansı iş görməsi sual altındadır.

Bizimxeber.az xatırladır:

OBA marketlərində işçiləri qul kimi işlədirlər - (İqtisadiyyat naziri Mikayıl Cabbarov)

Qiymətlər süni olaraq qaldırılır - ( Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbəri Məmməd Abbasbəyli)

Satılan qida məhsullarının keyfiyyəti böyük sual altındadır - (Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qorxmaz Təhməzli)
 
Ardını oxu...
“Ölkəmin ali qanunverici orqanında Aydın Hüseynov kimi şəxslərin millətimi, xalqımı təmsil etməsi utancvericidir. Bir deputat ki düz-əməlli yaza bilmir, sizcə, o xalqı parlamentdə normal təmsil edə bilərmi? Əlbəttə, xeyr!”

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.

GAP sədri xüsusi vurğulayıb ki, Aydın Hüseynov parlamentdə YAP-ı təmsil edir: “Obyektivlik naminə deyim ki, YAP-da kifayət qədər intellektual, müasir dünya görüşünə malik gənclər var. Müxalifət olaraq buna sevinirəm. Eyni zamanda Aydın Hüseynov kimi deputatları görəndə də üzüntü məni boğur. Belə insanları YAP-ın namizədi etmiş YAP-ın Mərkəzi İcra Aparatının keçmiş sədri Əli Əhmədov, görəsən, heç utanırmı? Sadəcə, rəzalətdir. İndi də təzə məsələ tapıblar. Kim belə biabrçı status yazır, deyir, sürücü yazıb. Ay qardaş, sürücü maşın sürmək üçündür, ya status yazmaq üçün? Desələr ki, “deputatın köməkçisi yazıb, deputatın xəbəri yoxdur” bəlkə də inandırıcə gələr. Yalanı elə abırsızcasına danışırlar ki... Xalqı qızışdırmaq, özündən çıxarmaqdır niyyətləri… A kişi, sənin rəsmi sosial şəbəkə hesablarını sürücü kimdir ki, idarə edə? Bunun məsuliyyətini anlamırsan? Elədirsə, iki qat ayıb olsun. Məsuliyyətini dərk etməyən deputatın o mandatı daşımağa mənəvi haqqı yoxdur”.
Ardını oxu...
 
Ardını oxu...
“Ötən gün Bakı hava limanında elektrik enerjisinin verilişində uzun müddət fasilə yaranması xoşagələn hal deyil. Hesab edirəm ki, hava limanının fors-major hallar üçün mütləq ehtiyat variantı olmalı idi”.
TEREF xəbər verir ki, bunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Bakupost.az -a açıqlamasında deyib.
Ç. Qənizadə AZAL-ın fəaliyyətilə bağlı məsələyə də diqqət çəkib:
“AZAL-ın təyyarələri çox gözəl xidmət göstərir. Lakin məsələnin başqa bir tərəfi var. Bir neçə saatlıq uçuş zamanı yüksək xidmət göstərib qiymətləri həddindən çox baha etmək qəbulolunan deyil. Quru sərhədlərimizin bağlı olduğu bir vaxtda insanlar məcburən, büdcələrinə qənaət edərək, ölkə xaricinə getmək üçün biletləri çox baha qiymətə alırlar. Bu gün AZAL-ın biletləri digər hava yollarının biletlərindən qat-qat yüksəkdir. Hətta Türk Hava Yollarında uçuş qiymətinin AZAL ilə bərabər olması, eyni zamanda THY-nın AZAL ilə müştərək reysləri şübhə yaradır. Necə ola bilər ki, müstəqil olan THY AZAL ilə müştərək uçuş həyata keçirir? Burada qiymətlərin diqtə olunmasından söhbət gedir”.
Komitə sədri hesab edir ki, AZAL monopolist təşkilatdır:
“Digər hava yollarının Azərbaycanda xidmət təklif etməsi ilə bağlı çətinliklər AZAL-ın monopoliyası ilə bağlıdır. Bu baxımdan hesab edirəm ki, AZAL-da islahatlar getməlidir. Ölkədə bütün sahələrdə islahatlar gedir, amma növbə AZAL-a çatmayıb. Əminəm ki, AZAL-da islahatlar başlasa, bu qurumda baş verən çatışmazlıqlar aradan qaldırılsa, insanların AZAL-a münasibəti dəyişəcək. AZAL yüksək xidmət göstərməyə borcludur. Eyni zamanda qiymətlərin yüksək olması da yolverilməzdir. Qonşu ölkələrin hava yolları şirkətlərinə baxanda bu, utancvericidir”.
 
Ardını oxu...
Babək rayon Məhkəməsi önündə özünü yandıran Nehrəm qəsəbə sakini İbrahim Abdullayevin səhhəti nisbətən yaxşılaşsa da həyatı təhlükə sovuşmayıb. O, hazırda Naxçıvan Mərkəzi Xəstəxanasında müalicəsini davam etdirir. TEREF yazır ki, İbrahim Abdullayev "Gündəlik Naxçıvan"a intihara cəhd etməsinin səbəbləri və hazırkı vəziyyətlə bağlı yeni məlumatlar verib:
“Alı adlı məhkəmə icraçısı məni boğaza yığmışdı. Təhdid edirdi ki, əvvəlcədən 4 il soranın alimentini ödəyim. Bu, 5000 manat pul edir. Dedim ki, onsuz da hər ay ödəyirəm. İmkan verin, belə də davam etsin. Dedilər yox, 4 illiyi birdən ödəməlisən. Mən borc edib 1100 manatını verdim, dedim səbr edin, qalanını da düzəldərəm. O isə mənə vaxt qoydu ki, 5 saat içində 5 min manatı tapıb düzəltməsəm, məni həbs etdirəcək. Hansı qanunda yazılıb ki, alimen öncədən ödənməlidi, üstəlik 4 illik? İşsiz adam bu pulu necə ödəyə bilər? Çıxış yolum yox idi. Nahaqdan həbs olunmaq istəmirdim. Təhdidlər qarşısında dözmədim, məcbur qalıb özümü yandırdım.”
İbrahim Abdullayev məhkəmə icraçılarının onu intihara məcbur etdiyini bildirir:
"Bunu mən hüquq mühafizə orqanı əməkdaşlarına da bildirmişəm. Ancaq, təəssüf ki, indiyə kimi heç bir tədbir görülməyib. İstintaqın aparılıb-aparılmaması ilə bağlı bizə heç bir məlumat vermək istəmirlər. İşi ört-basdır eləmək istəyirlər. Ədliyyə Nazirliyinə və Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə şikayət hazırlamışam. Aidiyyatı qurumlardan bizə kömək etməyi, məni intihar hədinə gətirənlərin cəzalandırılmasını xahiş edirəm.”
İbrahim Abdullayev onu da bildirib ki, indiyə kimi rəsmilərdən heç kim onun səhhəti ilə maraqlanmayıb. Maddi imkanı olmadığından, xəstəxanada həkimlər də ona başdansovdu yanaşırlar:
"Maddi imkan olmadığından, Bakıda müalicəni davam etdirə bilmədik. İmkansızlıqdan anam xəstəxananın həyətində gecələyirdi, dava-dərman da pul tapmırıq. Məcbur qalıb, geri qayıtdıq ki, heç olmazsa, anam əziyyət çəkməsin. Burada isə mənə demək olar ki, baxmırlar. Pulsuz, kasıb adama kim baxar. Dərman nədir, bəzən adi yemək almağa pul tapmırıq. Bakıda həkimlər dedi ki, hələ həyatı təhlükə keçməyib, müalicəmi ciddi davam etdirməliyəm. Burada da dediyim kimi baxan yoxdu".
Nehrəm qəsəbə sakini İbrahim Abdullayev iyunun 22-də Babək Rayon Məhkəməsinin önündə üzərinə benzin tökərək, özünü yandırmışdı. O, məhkəmənin haqqında çıxardığı qərara etiraz olaraq bu addımı atdığını bildirir. İmkanı olmadığından, İbrahim Abdullayev ona kəsilən 4 illik alimenti, beş min manatı əvvəldən ödəyə bilməyib. Məhkəmə isə onun 5 min manatı dərhal ödənilməsi ilə bağlı qərar çıxarıb.
İbrahim Abdullayev özünü yandırdıqdan sonra Naxçıvan Mərkəzi Xəstəxanasına çatdırılmışdı. Vəziyyəti ağır olduğundan, həkimlər onu Bakıya aparmağı məsləhət görüb. Bir müddət sonra səhhətində irəliləyiş yaranıb və o, yenidən Naxçıvan xəstəxanasına qayıdıb.
 
 
 

Dünyapress TV

Xəbər lenti