Ardını oxu...
230 saylı hərbi hissə tərəfindən keçirilən tender müsabiqələrinin qalibləri məlum olub.
TEREFD.AZ-ın xəbərinə görə, Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqələrinin qalibləri “Verno Plus” MMC (VÖEN – 1805702131) və “Montela ABC” MMC (VÖEN – 1805706801) olub.
230 saylı hərbi hissə ofis ləvazimatlarının satın alınması üçün “Verno Plus” MMC–yə 5 min 396 manat 10 qəpik, dərman və sarğı ləvazimatlarının satın alınması üçün “Montela ABC” MMC-yə 29 min 982 manat 50 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, 230 saylı hərbi hissə müsabiqə elanını avqust ayının 7-si və 9-u tarixlərində elan edib.
Qalib şirkətlər isə bu ilin yanvar ayının 24-ü və 26-da dövlət qeydiyyatına alınıblar.
Maraqlı məqamlardan biri də odur ki, “Verno Plus” MMC və “Montela ABC” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda - “Bakı şəhəri Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” yüzlərlə şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçiləri də eyni şəxslər olub.
Cəmi 6-7 ay əvvəl yaranan, barələrində açıq internet resuslarda heç bir məlumat olmayan, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Bundan başqa həmin ünvanda qeydə alınan bütün şirkətlərin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-lərin adlarındakı “az Ltd”, “az Constraksen”, “az Grup” və s. kimi uzantılardan da açıq şəkildə görünür bu şirkətləri bir-birinə bağlayan hansısa “sirli güc” var.
“Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanda qeydə alınan şirkətlərin bəziləri bunlar olub:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Vasif “xan”a ikinci zərbə: Oğlu Rza “xanzadə” zati-aliləri işdən çıxarıldı
Dərd gələndə batmanla gələr. Zavallı “xan” həzrətləri, hakimiyyətin səni hansısa bir jurnalistə məhkəmədə uduzdurması azmış kimi, indi də oğlun Rza “xanzadə” Talıbovun savadına şübhə edib işlədiyi universitetdən uzaqlaşdırıblar. Heç bu boyda da dərd olar? Bu xəbərin şokundan az qalır, əlimə dəsmal alam, ağlayam.
Bir də bəzi ağzıgöyçək jurnalistlərin sözünə qulaq asıb Naxçıvanın muxtar hüquqlarını məhdudlaşdırsalar, yəni sənin “xanlığını” da əlindən alsalar... Quş, quş, quş, qulaqlara qurğuşun! Batmanla gələn bu dərdi çəkmək olar?
Uzun preambuladan sonra keçək xəbərin özünə. Cənab Vasif “xan”ın oğlu Rza Talıbov Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin 1/319 saylə əmri ilə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakultəsindəki yarımştatlıq vəzifəsindən uzaqlaşdırılıb. Yəni “Xanzadə” həzrətlərinə hətta yarımstatlıq "iş" belə çox görülüb.
Təbii ki, o tək olmayıb. Keçmiş rektor Abel Məhərrəmovun kimlərinsə gözünə girmək üçün işə qəbul edib, professor adı verdiyi onlarla “alim” Rza Talıbov kimi universitetdən kənarlaşdırılıb. Onların arasında Baş nazirin müavini Əli Əhmədov, ombudsman Səbinə Əliyeva, sabiq təhsil naziri Misir Mərdanov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və digər adı alim, özü məlum olanlar da var.
Heydər Oğuz
Teref.az
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycanda fəaliyyət göstərən hüquqi şəxs “Soyuzaqrokontrakt” Məhdud Məsuliyyətli Cəmiyyəti Türkiyəyə məxsus olan “yük daşıma şirkəti” BGL Uluslararası Nakliyat Ticaret Limited Şirkətinə yükdaşımaya görə yaranmış borcunu ödəməkdən qərəzli olaraq boyun qaçırır.

Bu barədə tia.az-a türk şirkətinin vəkili Mahir Tağıyev məlumat verib. Onun sözlərinə görə, BGL Uluslararası Nakliyat Ticaret Limited Şirkəti ilə “Soyuzaqrokontrakt” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 10 may 2019-cu il tarixdə “yüklərin avtomobil nəqliyyatı ilə beynəlxalq daşınmasına” dair 10-05/19-SAK nömrəli müqavilə bağlanıb. Vəkil qeyd edir ki, “Soyuzaqrokontrakt” Məhdud Məsuliyyətli Cəmiyyəti yükdaşımaya görə olan qaimələrə əsasən yükdaşımanın hər birinin qiyməti 6000 (altı min) avro olmaqla ümumilikdə dörd dəfə müxtəlif vaxtalarda “Soyuzaqrokontrakt” Məhdud Məsuliyyətli Cəmiyyəti məxsus olan yükləri Fransadan Azərbaycana daşımış, lakin“Soyuzaqrokontrakt” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin yükdaşımalara görə ödəniləcək 24.000 (iyirmi dörd min) avro pulu ödəniş etməyib.

“Soyuzaqrokontrakt” Məhdud Məsuliyyətli Cəmiyyəti həmin borcların qaytarılması ilə bağlı müxtəlif fikirlər səsləndirsə də, onların borcu qaytarması ilə bağlı irəli sürdüyü iddialar təsdiq olunmur. “Soyuzaqrokontrakt” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia edir ki, 2019-cu ildə 4(dörd) maşın yük daşımış və həmin dövrdə hesablarında pul olmadığına görə daşıyıcı iddiaçını onlarla əlaqələndirən vasitəçi şirkətin nümayəndəsinin vasitəçiliyi ilə yükü gətirən sürücülərin xahişi nəzərə alınmaqla 3 (üç) maşın yük üçün daşınma pulu-yəni 18 000 (on səkgiz min) avro pul nəğd şəkildə həmin sürücülərə ödənilmiş və hal-hazırda iddiaçıya 6000 (altı min) avro borclarının qaldığını göstərib.

Halbuki, pulu verdiyi şəxslərin kimliyini onlardan soruşduqda onlar həmin şəxslərin kimiyi barədə BGL Uluslararası Nakliyat Ticaret Limited Şirkətinə heç bir məlumat vermirlər.

“Soyuzaqrokontrakt” Məhdud Məsuliyyətli Cəmiyyəti 4 maşın yükün, hər birinin qiyməti 6000 avro olmaqla 24.000 avro pul onlar tərəfindən BGL Uluslararası Nakliyat Ticaret Limited Şirkətinə ödənilməmiş, həmin pulun 18.000 avro pulu güya BGL Uluslararası Nakliyat Ticaret Limited Şirkətinə ilə “Soyuzaqrokontrakt” Məhdud Məsuliyyətli Cəmiyyəti əlaqələrinin mövcud olmasında vasitəçilik edən şəxsə ödənilmişdir.

Halbuki, “Soyuzaqrokontrakt” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 18.000 avro pulun ödənildiyi şəxslə BGL Uluslararası Nakliyat Ticaret Limited Şirkətinə heç bir əlaqəsi və ya 18.000 avro pulun iddiaçının adından cavabdehdən alınmasına dair iddiaçı tərəfindən həmin vasitəçi şəxsə hər hansı bir səlahiyyət, etibarnamə və, s verilməyib.

“Soyuzaqrokontrakt” Məhdud Məsuliyyətli Cəmiyyəti sadəcə olaraq yaranmış borcun ödənilməməsi üçün bütün üsul və vasitələrdən istifadə edərək pulu ödəməkdən qərəzli olaraq yayınır. Həmin borcun ödənilməsi ilə bağlı tələb mülki qaydada Sumqayıt Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilib.Ardını oxu...
Azərbaycanda fəaliyyət göstərən hüquqi şəxs “Soyuzaqrokontrakt” Məhdud Məsuliyyətli Cəmiyyəti Türkiyəyə məxsus olan “yük daşıma şirkəti” BGL Uluslararası Nakliyat Ticaret Limited Şirkətinə yükdaşımaya görə yaranmış borcunu ödəməkdən qərəzli olaraq boyun qaçırır.

Bu barədə tia.az-a türk şirkətinin vəkili Mahir Tağıyev məlumat verib. Onun sözlərinə görə, BGL Uluslararası Nakliyat Ticaret Limited Şirkəti ilə “Soyuzaqrokontrakt” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 10 may 2019-cu il tarixdə “yüklərin avtomobil nəqliyyatı ilə beynəlxalq daşınmasına” dair 10-05/19-SAK nömrəli müqavilə bağlanıb. Vəkil qeyd edir ki, “Soyuzaqrokontrakt” Məhdud Məsuliyyətli Cəmiyyəti yükdaşımaya görə olan qaimələrə əsasən yükdaşımanın hər birinin qiyməti 6000 (altı min) avro olmaqla ümumilikdə dörd dəfə müxtəlif vaxtalarda “Soyuzaqrokontrakt” Məhdud Məsuliyyətli Cəmiyyəti məxsus olan yükləri Fransadan Azərbaycana daşımış, lakin“Soyuzaqrokontrakt” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin yükdaşımalara görə ödəniləcək 24.000 (iyirmi dörd min) avro pulu ödəniş etməyib.

“Soyuzaqrokontrakt” Məhdud Məsuliyyətli Cəmiyyəti həmin borcların qaytarılması ilə bağlı müxtəlif fikirlər səsləndirsə də, onların borcu qaytarması ilə bağlı irəli sürdüyü iddialar təsdiq olunmur. “Soyuzaqrokontrakt” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia edir ki, 2019-cu ildə 4(dörd) maşın yük daşımış və həmin dövrdə hesablarında pul olmadığına görə daşıyıcı iddiaçını onlarla əlaqələndirən vasitəçi şirkətin nümayəndəsinin vasitəçiliyi ilə yükü gətirən sürücülərin xahişi nəzərə alınmaqla 3 (üç) maşın yük üçün daşınma pulu-yəni 18 000 (on səkgiz min) avro pul nəğd şəkildə həmin sürücülərə ödənilmiş və hal-hazırda iddiaçıya 6000 (altı min) avro borclarının qaldığını göstərib.

Halbuki, pulu verdiyi şəxslərin kimliyini onlardan soruşduqda onlar həmin şəxslərin kimiyi barədə BGL Uluslararası Nakliyat Ticaret Limited Şirkətinə heç bir məlumat vermirlər.

“Soyuzaqrokontrakt” Məhdud Məsuliyyətli Cəmiyyəti 4 maşın yükün, hər birinin qiyməti 6000 avro olmaqla 24.000 avro pul onlar tərəfindən BGL Uluslararası Nakliyat Ticaret Limited Şirkətinə ödənilməmiş, həmin pulun 18.000 avro pulu güya BGL Uluslararası Nakliyat Ticaret Limited Şirkətinə ilə “Soyuzaqrokontrakt” Məhdud Məsuliyyətli Cəmiyyəti əlaqələrinin mövcud olmasında vasitəçilik edən şəxsə ödənilmişdir.

Halbuki, “Soyuzaqrokontrakt” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 18.000 avro pulun ödənildiyi şəxslə BGL Uluslararası Nakliyat Ticaret Limited Şirkətinə heç bir əlaqəsi və ya 18.000 avro pulun iddiaçının adından cavabdehdən alınmasına dair iddiaçı tərəfindən həmin vasitəçi şəxsə hər hansı bir səlahiyyət, etibarnamə və, s verilməyib.

“Soyuzaqrokontrakt” Məhdud Məsuliyyətli Cəmiyyəti sadəcə olaraq yaranmış borcun ödənilməməsi üçün bütün üsul və vasitələrdən istifadə edərək pulu ödəməkdən qərəzli olaraq yayınır. Həmin borcun ödənilməsi ilə bağlı tələb mülki qaydada Sumqayıt Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilib.
Ardını oxu...
“Artıq bir aya yaxındır bu məsələ ilə bağlı mübarizə aparıram. Hamı tikilinin qanunsuz olduğunu bildirsə də, heç kim tikintiyə mane ola bilmir”.

TEREF xəbər verir ki, bu sözləri Xəzər Rayon İcra Hakimiyyətinin fəaliyyətindən narazılıq edən aparıcı Seva Camalova Yenicag.az-a ünvanladığı şikayətində deyib.

Aparıcının sözlərinə görə, bağ qonşusunun onun torpaq sahəsinin yaxınlığında qanunsuz ev tikməsini müvafiq qurumlar təsdiqləsələr də, problemin həllinə heç kim kömək etmir, xüsusən də Xəzər Rayon İcra Hakimiyyəti laqeyd münasibət göstərir:

“Xəzər rayonu, Şüvəlan qəsəbəsində bağ payım var. Qonşuluqda yaşayan tanımadığım şəxs özü üçün ev tikir. Lakin tikdiyi ev həm mənim həyətimin hasarına çox yaxındır, həm də hasarı bütünlüklə tutub. Çünki çox uzun və hündür evdir. Bununla bağlı bütün aidiyyəti qurumlara şikayət eləmişəm. Fövqəladə Hallar Nazirliyi, Şəhərsalma və Arxitektura Komitəsi və digər qurumlardan gələn hər kəs bildirir ki, tikinti düzgün şəkildə aparılmır. Hasar ilə ev arasında məsafə qoyulmalı idi, amma bu məsafə yoxdur. Qurumlar tikintinin dayandırılmasını bildirsə də, buna əməl olunmur və tikinti davam edir. Heç kim bu tikintini dayandıra bilmir. Artıq bir aya yaxındır bu məsələ ilə bağlı mübarizə aparıram. Hamı tikilinin qanunsuz olduğunu bildirsə də, heç kim tikintiyə mane ola bilmir.

Evi tikən şəxslə danışmışam və etirazımı bildirmişəm. Mənə dedi ki, tikintini dayandırmayacaq. Yəni çox kobud bir insandır. Kimliyini və nə işlə məşğul olduğunu bilmirəm. Bu məsələ ilə bağlı məhkəməyə müraciət etmək fikrim var. Sadəcə bunun üçün yazdığım məktublara Şəhərsalma və Arxitektura Komitəsindən cavab məktubu gəlməlidir. Hələ ki heç kim mənə cavab məktubu göndərməyib.

Mən ən çox Xəzər Rayon İcra Hakimiyyətindən şikayətçiyəm. Bu gün səhər saatlarından buradayam ki, qəbula düşüm. Deyirlər ki, icra başçısının müavini buradadır, gözləyin. Xeyli müddət gözləyəndən sonra deyirlər ki, müavin burada yoxdur. 20 gündən artıqdır Xəzər Rayon İcra Hakimiyyətində bir nəfərin qəbuluna düşə bilmirəm. Qapıda qalıram, sonra çıxarırlar ki, heç kim yoxdur”.
Ardını oxu...
"Şikayətim Azercell-dəndir". DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Yusif Məmmədov adlı istifadəçi giley edir.

Ardını oxu...
Daha sonra narazı vətəndaş yazır: "Sərbəst 15 tarifində ola ola 1 günlük 40 qəpiklik danışıq götürmüşəm.

400 dəqiqə danışığı, 3 gb interneti heç bir xəbərdarlıq etmədən siliblər.

Mən bilmrəm, xəbərdarlıq etmək sizin borcunuzdur! Belə anormallıq heç yerdə görülməyib".

İddia olunanlarla bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
 
 

Ardını oxu...
Türkiyədə idmana, xüsusən də futbola sponsorluğu ilə tanınan, idmanın inkişafında xüsusi rol oynayan “Dəmir Qrup” və “Misli.com” Azərbaycanda küçə qumarının inkişafı ilə məşğul olur.
Türkiyədə futbol oyunlarında canlı mərcləri həyata keçirən “Dəmir Qrup” və “Misli.com” qazandığı pulların böyük hissəsini futbola sərmayə olaraq geri verir. Hazırda “Misli.com” Türkiyədə demək olar ki, bütün klublara sponsorluq edir, eyni zamanda Türkiyədə futbolun inkişafında xüsusi rol alır.

Bəs ölkəmizdə bütün loterya və mərc oyunları üzərində inhisara sahib olan “Dəmir Qrup” Azərbaycanda nə işlə məşğul olur? “Misli.az”ın bu günə qədər Azərbaycan futbolunun inkişafına sərf etdiyi vəsait nə qədərdir və bu vəsait son bir ildə “Dəmir Qrup”un Azərbaycandan əldə etdiyi gəlilərin neçə faizidir?

Bildiyimiz qədəri ilə “misli.az” son zamanlar “Goal+ Summer Festival”ına sponsorluq edib. Daha sonra isə “CBC Sport”da canlı yayımlanan “Barselona - A.Bilbao” matçına sponsorluğunu üzərinə alıb edib və mərc operatörü olaraq bu sponsorluqdan heç də qazancsız çıxmayıb. Çünki telekanalda davamlı olaarq “misli.az”ın canlı mərc oyunu reklam olunub. Buna sponsorluq demək mümkünsə, olsun sponsorluq... Hər halda bu sponsorluq futbolun inkişafına deyil, futbol üzərindən qumarın inkişafına xidmət göstərib.

Avqustun 10-da isə “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Zafer Reisoğlu Azərbaycan Peşəkar Futbol Liqası ilə sponsorluq müqaviləsi imzalayıb. Və bu müqavilə futbolun inkişafından daha çox, “Misli.az”ın reklamına xidmət edir. Yəni bu müqavilə əslində canlı futbol oyunlarının yayımına yönlədirilib və “Dəmir Qrup” bu müqavilədən daha çox qazanan tərəf olacaq. Çünki bütün canlı yayımlarda və futbol meydançalarında “misli” mərc operorluğnu reklam edərək daha böyük kütləyə çatacaq. Amma bu müqavilənin Azərbaycanda futbolun inkişafına nə qədər xeyri olacaq, ümumiyyətlə olacaqmı, bilinmir...

Bu məsələnin bir tərəfidir. Mərc oyunlarının bundan əvvəl də Azərbaycanda nə qədər faciələrə yol açdığını bir tərəfə qoysaq belə, mərc operatörü olaraq “Dəmir Qrup”un futboldan qazanmaq istəyi başa düşüləndir. Amma “Azərlotereya” ASC-nin faktiki və tək sahibi olan “Dəmir Qrup”un Azərbaycan xalqını qumara alışdırması və eyni zamanda “soğan qabığı kimi soyması” heç də anlaşılan deyil.

Azərbaycanda qumar biznesinin monopoilst sahibi olan Zafer Reisoğlu hər dalanda, hər küçədə, kiçik bir qumar masası qoyaraq nəyə nail olmağa çalışır? Daha çox qazanmağamı? Axı küçələrə səpilən bu kiçik qumar masaları narkotik qədər təhlükəlidir. Və hansı səbəbdən Zafer Reisoğlu və Yıldırım Demirören mərc operatorluğundan qazandığı milyonlarla doyub-dolanmaq istəmir və hər küçəyə bir qumar masası qoyaraq bizim insanlarımızı kütləvi şəkildə qumarbaza çevirir? Burda bir qəsd varmı?

Bu sualın cavabını təbii ki, dövlət qurumları verməlidir. O dövlət qurumları ki, Demirörenin və Reisoğlunun Azərbaycanda qumar bisnesinin monopolistinə çevrilməsini rəsmi və qanuni şəkildə icazə veriblər. Ancaq küçə qumarı nə qədər qanunidir? Bu da mübahisə mövzusudur və araştırılmasına ehtiyac var...

P. S. Təbii ki bəzi məmurlar Yıldırım Demirören və Reisoğlunlə gizli şərikləri olmasaydı, indiki vəziyyətlə də üzləşməzdik…

pia.az
Ardını oxu...
 
 

Abşeron rayonunda yeni yaşıllıq zolaqlarının salınması və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir. 

 

Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə reallaşan silsilə tədbirlər çərçivəsində növbəti yaşıllaşdırma aksiyası Bakı-Şamaxı avtomagistralının rayon ərazisindən keçən hissəsində və Xırdalan şəhərində yerləşən Heydər Əliyev parkında təşkil edilib.

Keçirilən yaşıllaşdırma aksiyasında Bakı-Şamaxı avtomagistralının rayon ərazisindən keçən hissəsində 400 aliandr əkilib, 1000 kvadratmetr qazon vurulub və ərazidə təmizlik-abadlıq işləri aparılıb. Eyni zamanda, əvvəl əkilən ağac və gül kollarına da aqrotexniki quluq göstərilib.

Abşeron rayon sakinlərinin sevimli istirahət guşələrindən olan Heydər Əliyev adına mədəniyyət və istirahət parkında da yaşıllaşdırma işləri aparılıb.
İstirahət mövsümü ərəfəsində parkın ərazisində qazon örtüyü yenilənib və yeni yaşıllıq zolaqları salınıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

 

XalqXeber.Az
Ardını oxu...
"Sabirabadda hansı problemi deyirsən de, min bir bahənə tapır rəsmi qurumlar..." DİA.AZ bildirir ki, bu barədə Cavid Əliyev adlı istifadəçi sosial şəbəkələrdə giley edir.
Ardını oxu...
Daha sonr narazı Sabirabad sakini yazır: "Bu gedişlə bu rayonun inkşafı necə olar görəsən? 2030 ci-illərdə inkişaf edəcəyik? İllərin problemini yazıram:

- Kənd yoları bərbad gündədir
- Köhnə məktəblər...
- Qaz xətləri yoxdur
- 64 ərazidə olan kəndlər yadan çıxıb...
- park yox
- bankomat yox
- ödəmə termnal yox
- işszlik baş alıb gedir
- Su problemi yaşanır...

Hansını sadalayım? Sabirabadda illərdir niyə problemlər öz həllini tapa bilmir?"

Məsələ ilə bağlı dia.az olaraq bütün əlaqədar qurumları dinləməyə hazırıq...
 
Ardını oxu...
Avqustun 22-də dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid olan qruplar üzrə keçirilən test imtahanından narazılıq var.

Teref.az xəbər verir ki, bəzi iştirakçılar Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahan zamanı bir neçə sualda səhv olduğunu bildirib. Onlar bununla bağlı DİM-ə şikayət ediblər.

DİM-dən isə bildirilib ki, imtahan nəticələri ilə bağlı həmişə olduğu kimi, apellyasiya komissiyası yaradılıb:

“Avqustun 25-dək müraciətlər qəbul olunur. İmtahanın məzmunu ilə bağlı müraciətlərə komissiyada baxılır. İmtahan iştirakçıları qeyd olunan vaxtadək komissiyaya müraciət edə bilərlər. Hər hansı bir qərar komissiya üzvlərinin araşdırmalarının nəticəsinə əsasən qəbul olunur. Komissiya işini yekunlaşdırdıqdan sonra nəticələr barədə məlumat verilir” (oxu.az).
Ardını oxu...
 
 
 
Ardını oxu...
Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsində yolboyu zibil qutuları yerləşdirilməyib. Nəticədə sakinlər zibili yol kənarına atırlar. Bu isə ərazinin zibillənməsinə və ətrafı üfunət qoxusunun bürüməsinə səbəb olur.

Bu barədə Oxu.Az-a həmin küçənin sakinləri tərəfindən şikayət daxil olub.

Qeyd olunub ki, məsələ ilə bağlı dəfələrlə Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etsələr də, heç bir nəticə olmayıb: “Zibil maşını səhər saat 9-10 arası gəlib zibilləri yol kənarından yığır. Hər gün bu qoxuya dözmək məcburiyyətindəyik”.

Bizimxeber.az bildirir ki, ümumiyyətlə, Xəzər rayonu ərazisi tamimlə baxımsız vəziyyətdədir. Tək Binə qəsəbəsində deyil, rayonun Şağan qəsəbəsində daha biabırçı vəziyyət hökm sürür. Bu barədə Xəzər Rayon İcra Hakimiyyətinə edilən çoxsaylı müraciətlərə ümumiyyətlə cavab verilmir.

Həmçinin Şağan qəsəbəsinin məhəllə yolları tamamilə baxımsız vəziyyətdədir. Bu barədə dəfələrlə Xəzər Rayon İcra Hakimiyyətinə, Şağan Bələdiyyəsinə müraciət olunsa da heç bir nəticə yoxdur.

 

Dünyapress TV

Xəbər lenti