Ardını oxu...
“Evimlə bitişik ərazidə ikimərtəbəli şadlıq sarayı tikilir. Tikinti nəticəsində evimin özülünə ciddi zərər dəyir, həyatımız təhlükədədir”.

DİA.AZ xəbər verir ki, bunu Meydan TV-yə Göyçay rayonu, Cəyirli kənd sakini Nazim Rəhimov deyib. Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tikintinin qanunsuz aparıldığını təsdiqləyib.

“59 ailənin yaşadığı massivində su arxının və böyük qaz borusunun üzərində ikimərtəbəli şadlıq sarayı inşa edilir. Bina evimin bir addımlığında tikilir, həyatımıza təhlükə yaradır”,-şikayətçi söyləyib. Bildirib ki, 2018-ci ildə də həmin ərazidə restoran tikmək istəyiblər, amma tikili sakinlərin şikayəti ilə sökülüb.

Nazim Rəhomov qeyd edib ki, Göyçay Rayon İcra Hakimiyyəti başçısı İkram Vəliyevin qəbulunda olub, başçı həmin tikintiyə icazə verilmədiyini bildirib. Bundan sonra məlum olub ki, tikintiyə icazəni İcra Hakimiyyətinin Arxitektura Şöbəsinin müdiri İntiqam Süleymanovun rəyi əsasında sabiq icra başçısı Mehdi Səlimzadə verib. Fövqəladə Hallar Nazirliyinin Aran Regional İdarəsinin əməkdaşları tikiliyə baxış keçirib və qanunsuz inşa edildiyini bildiriblər.

“Övladım birinci qrup əlildir. Səs-küyün onun səhhətinə təsir edəcəyindən narahatam. Çünki indidən tikintinin səsinə, ustaların danışıqlarına reaksiya verir, narahat olur. Bina evimizə bitişikdir, tikintinin tozu, ustaların səs-küyü qapıları bağlasaq da, evin içərisində eşidilir. Tikilinin sahibi də rayonludur, deyir ki, heç kim mənə müdaxilə edə bilməz. Kəndin içində, evlərin arasında şadıq sarayının tikintisindən hamımız narazıyıq”,-kənd sakini deyib.

Nazim Rəhimovun sözlərinə görə, tikintinin qanunsuz aparıldığı deyilsə də, qarşısını alan yoxdur. Buna görə də tikintinin dayandırılması ilə bağlı Prezident İlham Əliyevə, föqəladə hallar naziri Kəmaləddin Heydərova, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin rəisi Cəbrayıl Xanlarova müraciət edib.

Göyçay Rayon İcra Hakimiyyətindən deyiblər ki, şikayətdən xəbərdardılar, məsələ araşdırılır, müvafiq mütəxəssislərin rəyindən sonra qərar veriləcək.
Ardını oxu...
“VAZ dairəsi”nin hərəkət sxemindəki dəyişiklik sürücülərin narazılığına səbəb olub.

Onlar ünvana çatmaq üçün əlavə yol qət etmələrindən gileylənirlər.

Baku-Sumqayıt yolundan Xırdalan şəhərinin şimal-şərq tərəfinə girişi təmin edən məşhur “VAZ dairəsi”nin hərəkət sxemində edilən dəyişiklikdən sonra körpünün üstünə qalxaraq sola – Xırdalan dönmək ləğv edilib. İndi bu yoldan istifadə edənlər Saray qəsəbəsinə doğru gedərək xeyli məsafə qət etməli və Xırdalana doğru geriyə qayıtmalıdırlar.
Bu da sürücülərin narazılığına səbəb olub.

Baş Dövlət Yol Polisi İdarəsindən İctimai TV-yə bildirilib ki, indi tətbiq edilən dəyişiklik hələ tam deyil:
“Layihənin icrasının növbəti mərhələsində mövcud yol şəraiti istiqamətlər üzrə nəqliyyat axını tam təhlil olunaraq hərəkətin daha da təkmilləşdirilməsi istiqmətində əlavə işlərin görülməsi planlaşdırılıb”.
Sosial şəbəkə istifadəçisi Rövşən İsgəndərli isə iddia edir ki, sözügedən ərazidə qət edilən məsafənin 4 kilometr olduğu bildirilsə də, əslində bu belə deyil. Onun sözlərinə görə sözügedən məsafə 6 kilometrdir.

R. İsgəndərli iddia edir ki, yol bu hala hansısa “ağır çəkili” nazirin tapşırığı ilə salınıb.

 
 
 
Ardını oxu...
Mətbuat Şurasının dünən seçilmiş yeni üzvü Niyaz Niftiyev bu gün müraciət edərək işlərinin çoxluğu səbəbindən üzvlükdən imtina edib. Niyaz Niftiyev İdarə Heyəti üzvlüyünə jurnalistlər kvotasından seçilmişdir.
Onun yerinə İdarə Heyəti üzvlüyünə ictimaiyyət nümayəndələri kvotasından namizəd olan Yeganə Hacıyeva daxil edilib.
Sesvermə və ondan sonra səslərin hesablanması kvotalar üzrə ayrı-ayrı aparıldığı halda bu əvəzetmə hansı məntiqə və qaydaya əsaslanır?!
Mətbuat Şurasının yeni rəhbərliyi əgər ictimaiyyət nümayəndələri kvotasından seçilmiş Əflatun Amaşovu "Xalq" qəzetinə baş redaktor təyin edildiyi üçün ictimaiyyət adamı saymırsa bu doğru deyil, oyun qaydalarının oyunun ortasında dəyişməkdir. Çünki Əflatun Amaşov Şuranın qurultayından qabaq "Xalq" qəzetinə baş redaktor təyin edilmişdi və bu mətbuatda dərc olunmuşdur.
Adı siyahıda ictimaiyyət nümayəndə kateqoriyasında idi və jurnalistlər ona bu istiqamətdən səs vermişdi.
Farid Sahbazli
Teref.az
 

Şair Aqşin Yenisey dərsliklərdəki kobud səhvlərdən yazıb.

AzToday.az xəbər verir ki, şair 3-cü sinif üçün Azərbaycan dili dərs vəsaitindəki balaca bir mətndəki səhvləri sadalayıb.

Şairin yazdığını olduğu kimi təqdim edirik:

3-cü sinif üçün Azərbaycan dili dərs vəsaitidir. Balaca bir mətndəki səhvlər:

1. Ümumi isimlər bütün hallarda böyük hərflə yazılıb.

2. “Hamısına yemək çatsın deyə, qoyunu kəsmək vaxtı çatır”. “Deyə”dən sonra vergül olmamalıdır. “Qoyunu kəsmək vaxtı çatır” yox, “qoyunu kəsməli olurlar”. Çünki vaxtı çatan hərəkət planlaşdırılmış hərəkətdir.

 

3. “Dəfnetmə mərasimində bütün qonaqları ləyaqətlə yola salmaq üçün İnəyin də sonu çatır”. “Dəfnetmə mərasimi” yox, “Dəfn mərasimi”. “Ləyaqətlə” yox, “layiqincə” olmalı. Yasda inək kəsə bilməmək ləyaqətsiz olmaq demək deyil. “İnəyin də sonu çatır” yox, “kəsilmək növbəsi inəyə çatır” olmalı.

4. “Siçan ona heç bir aidiyyatı olmayan hadisələri sadəcə kənardan durub, divardakı xırda dəlik vasitəsilə müşahidə edirdi”. “Sadəcə” ara sözüdür, cümlədə hər iki tərəfdən vergüllə ayrılır. “Kənardan durub” ifadəsi artıq və məntiqsizdir. “Dəlik vasitəsilə” deyil, “dəlikdən” olmalı. “Müşahidə edirdi” yox, “izləyirdi”, “baxırdı” olmalı. Siçan Qaliley deyil ki, nəyisə muşahidə etsin.

Azərbaycan dilini bu cür öyrənməkdənsə, uşaqlarımız lal olsalar daha yaxşıdır.
Ardını oxu...

 

Ardını oxu...
 
 

 

Ardını oxu...
 

Fərqli açıqlamaları ilə gündəmə gələn Milli Məclisin deputatlarının parlamentin iclasında aktivlikləri hər zaman müzakirə mövzusu olub.

Xalqxeber.az Yenicag.az-a istinadla xəbər verir ki, özlərinə “susqun deputatlar” yarlığını layiq görən parlament təmsilçilərinin Milli Məclisin 81 iclası (10.03.2020-30.12.2021) ilə bağlı yeni siyahısı hazırlanıb.

Meclisinfo-nun Milli Məclisin rəsmi saytında qeyd olunan stenoqramlara əsasən hazırladığı siyahıda ilk beşliyin adlarını təqdim edirik:

1. Yeni Azərbaycan Partiyasına mənsub olan, qeydiyyatda olduğu 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsinin deputatı, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Ağalar Vəliyev parlamentdə sonuncu dəfə 2019-cu ildə çıxış edib.Görünür, “Kristal Abşeron” MTK-nın sahibi Ağalar Vəliyevin başı təmsilçisi olduğu vətəndaşlara deyil, “tikinti” işlərinə qarışdığından Milli Məclisdə çıxış etməyi o qədər də vacib saymır.

2. 2020-ci ildən etibarən 3 saylı Quba-Qusar seçki dairəsinin deputatı vəzifəsini yerinə yetirən Anatoliy Rafailov da son 2 ildə parlamentdə heç bir çıxış etməyib.Qeyd edək ki, deputat həm də “Sağlam ailə” MMC-nin səyyar tibbi xidməti üzrə müdiridir.

3. 2 ildir 27 saylı Sabunçu ikinci seçki dairəsinin deputatı vəzifəsini yerinə yetirən Yeni Azərbaycan Partiyasına mənsub Əliabbas Salahzadə də seçildikdən bəri heç bir çıxış etməyib.

4. YAP-dən 1995-ci ildən bəri deputat olan İmamverdi İsmayılov da ötən iki il ərzində keçirilən 81 plenar iclasın heç birində çıxış etməyib.

5. 7 dəfə ardıcıl deputat seçilən Madər Musayev, deyəsən, bitərəfliyinə görə Milli Məclisin bütün iclaslarında susmağı üstün tutur.

Göründüyü kimi, adı çəkilən deputatlar müxtəlif biznes sahələrilə məşğul olduqlarından seçildikləri dairələrdəki vətəndaşların problemlərini dilləndirməyə, heç olmasa, parlament iclaslarında danışmağa belə vaxt və imkan tapmırlar.

 

XalqXeber.Az
Ardını oxu...
Yaxın günlərdə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov vəzifəsindən azad olunacağı gözlənilir. Redaksiyamıza məlumat verən etibarlı mənbənin bildirdiyinə görə Gəncə Dövlət Universitetinin müəllimi, tanınmış Nizamişünas alim, bir neçə dərslik və monoqrafiyanın müəllifi, Prezident təqaüdçü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi Bayram Apoyev Gəncə Dövlət Universitetinin rektoru təyin olunacaqdır. Məlumat üçün bildiririk ki, Bayram Apoyev 1957-ci ildə anadan olmuşdur. Əslən Qərbi Azərbaycanın Vedibasar vilayətindəndir. Uzun müddət dekan vəzifəsində işləyib. Elə ötən il Yusif Yusibovun əmri ilə dekan vəzifəsindən azad olunub. Bayram müəllimi öncədən təbrik edirik. İnanırıq ki, korrupsiya yuvasına dönmüş Gəncə Dövlət Universitetində şəffaflığın təmin olunmasına nail olacaqdır.

Xəbəral.az – a Gəncədən verilən məlumata görə, Yusibovla, Apoyev bir neçə vaxtdır ki, küsülüdür. Bir-birlərinə açıq savaş elan ediblər.

Xatırladaq ki, sözügedən məsələ sosial şəbəkələrdə paylaşılıb. Artıq bir çox insanlar Apoyevi telefon zəngi vasitəsi ilə təbrik edib.

Xəbəral.az qarşı tərəfin mövqe haqqını tanıyır.
 
Ardını oxu...
Xətai rayonunda, “Ağ Şəhər” layihəsində çalışan “Prestij-V” MTK-nın iş icraçıları “Prestij-V” MTK-nın rəhbəri İdris Əliyevdən şikayətçidirlər. Onlar deyirlər ki, 12 oktyabr 2020-ci ildə “Prestij-V” MTK ilə müqavilə bağlayaraq, Xətai rayonu, Rüstəmov küçəsi 8 ünvanında yerləşən və “Bakı Ağ Şəhər” layihəsinə aid “Majestik” adlı 8 mərtəbəli binada işləməyə başlayıblar. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, ötən müddət ərzində icraçılar binanın çöldən hörgülərini, fasadını tam təmir ediblər, amma MTK müqavilə öhdəliklərini yerinə yetirməkdən imtina edir: “Hörgünü apardıq, fasadı təmir etdik. Bütün işləri gördük, hətta təhvil də verdik. Amma MTK rəhbərliyi süni əngəllər yaradır, işimizi yarımçıq qoymaq məqsədilə müqavilə ödəliklərini heç bir əsas olmadan icra etmək istəmir”.
İdris Əliyev bu addımı ilə birbaşa prezidentin nəzarətində olan və dünya standartlarına cavab verən “Ağ şəhər” layihəsinə kölgə salmağa çalışır, “Aydın görünür ki, “Ağ şəhər”i yenidən “Qara şəhər”ə çevirmək istəyir. İcraçılar deyirlər ki, şirkət faktiki İdris Əliyevin adınadır, bütün işləri də oğlu Vüsal Əliyev icra edir. Mənbənin bildirdiyinə görə, “Prestij-V” MTK-nın rəhbəri İdris Əliyev hər yerdə nüfuzlu bir generalın adını çəkərək onun himayəsində olduğunu bildiir. Maraqlıdır ki, İ.Əliyevinqardaşı Şəmsi Əliyevin də adı tikinti biznesində və torpaq biznesində hallanır. Təhsil Nazirliyi yaxınlığında hündürmərtəbəli binanın tikintisini həyata keçirən Ş.Əliyevin Biləcəri qəsəbəsində 48 sot torpaq sahəsini hissə hissə olmaqla bir payı bir neçə əfərə satması haqda məlumatlar var. İcra hakimiyyəti torpağın vətəndaşa məxsus olduğunu bildirsə, əldə alqı-satqı sənədləri olsa da Şəmsi Əliyev bu günədək vətəndaşa dəymiş ziyanı ödəməkdən imtina edir və məsuliyyətdən yayınıb. Bu iki qardaşın öz qanunsuz əməllərində adını hallandırdıqları generalın kimliyi və “Ağ şəhər”dən Biləcəriyədək uzanan qanunsuzluqlar haqda növbəti yazımızda.
 //cumhuriyyet.az//
Ardını oxu...
Binamızın qarşısında mağaza tikiblər, evimizə işıq düşmür: ŞİKAYƏT
Gəncə şəhərində Nizami küçəsinin sakinləri yaşadıqları binanın qarşısında geyim mağazası tikildildiyinə görə narazılıq edirlər.

Teref.az-ın yazdığına görə, belediyye.netə yazan sakinlər sözügedən "Oksi" geyim mağazasının iki binanın arasında tikildiyini, tikintinin onların evinə düşən günəş şüasının qarşısını kəsdiyini deyirlər.

Onlar binanın qarşısında tikilən obyektin sağlamlıqları üçün birbaşa təhlükə olduğunu düşünürlər.

Görünüşə görə geyim mağazası elə yerdə tikilib ki, bu hal binanın təhlükəsizlik qaydalarını da pozur.

Belə ki, tikili binada yanğın, yaxud hansısa fövqaladə hadisə olduğu halda sakinlərin təcili yardıma çatımlılığını məhdudlaşır. Yardıma gələcək xidmət avtomobillərinin yolunu kəsir.

Binanın sakinləri Gəncə şəhərinin icra başçısı Niyazi Bayramova məktubla müraciət etsələr də, ölçü götürülmür.

Sakinlər məsələnin həll olunacağı ümidi ilə ölkə başçısına da müraciət ünvanlayıblar.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Ardını oxu...
"Kristal Abşeron” tikinti şirkətinin qanunsuz əməlləri ilə bağlı redaksiyamıza şikayət daxil olub.

İndex.az-a müraciət edən şəxsin sözlərinə görə, "Kristal Abşeron” vətəndaş qanunsuz olaraq 2000 manat tələb edir. Belə ki, "Kristal Abşeron” Şərifzadə küçəsində vətəndaşa məxsus evin yerləşdiyi ərazidə yeni bina tikir. Digər vətəndaşlar kimi, həmsöhbətimizin də evi sökülüb, əvəzində yeni tikilən binadan ona mənzil verilib. Bir müddət sonra vətəndaş isə ona verilmiş mənzili başqa bir şəxsə satmaq üçün "Kristal Abşeron”a müraciət edib, lakin şirkətdən bildirilib ki, bunun üçün 2000 manat ödənilməlidir.

Müqaviləyə əsasən, "Kristal Abşeron”, eləcə də bir sıra tikinti şirkətlərindən ipoteka ilə və ya nağd ödənişlə ev aldıqda müqavilədə bununla bağlı bənd olmalıdır. Başqa sözlə, evi sonradan başqa bir şəxsə satdıqda şirkətə əlavə olaraq 2000 manat ödənilir. İndiki halda isə şirkət yeni mənzili vətəndaşın köhnə sökdüyü evin əvəzinə verib, üstəlik, müqavilədə belə bir bənd yoxdur. Bunu "Kristal Abşeron” rəsmilərinə bildirsələr də, qarşı tərəf bu cür cavab verib: "Hər şeyi müqaviləyə salmırıq… Müdriyyət belə tələb edir, biz icraçıyıq”.

Məsələyə aydınlıq gətirmək üçün "Kristal Abşeron” şirkəti ilə əlaqə saxladıq. Şirkətin Çingiz Əsədov adlı əməkdaşı İndex.az-a bildirdi ki, əgər həmin şəxs evi öz yaxınının adına keçirsəydi, bu zaman 2000 manat tələb edilməzdi:

"Vətəndaş mənzili başqa bir şəxsə satır. Bu isə o deməkdir ki, binada sakinin adı dəyişir. Ona görə, 2000 manat tələb olunur. Bundan əlavə, əsas məsələ odur ki, bina hələ dövlət qeydiyyatına salınmayıb. Məhz bu səbəbdən yeni "kupça” (çıxarış) vətəndaşa verilməyib. Yəni vətəndaş köhnə mənzilinin "kupça”sı ilə yeni mənzilin sahibidir. Bina dövlət qeydiyyatına salındıqdan və yeni "kupça” təqdim olunduqdan sonra vətandaş mənzili satsa, bu zaman heç bir rüsum, məbləğ tələb edilməyəcək”.

Çingiz Əsədov əlavə suallarımızı "Kristal Abşeron”un baş ofisinə ünvanlamağımızı istədi.

Lakin "Kristal Abşeron”un rəsmi saytında yerləşdirilən hər 3 mobil nömrəyə zəng etsək də, cavab verən olmadı.

Qlobal.az
Ardını oxu...
Azərbaycan vətəndaşı: “Azərbaycanlı olduğum üçün məni Bakıda hotelə buraxmadılar”…

Çex Respublikasında yaşayan Azərbaycan vətəndaşı Bakıdakı hoteldə ona qarşı ayrı-seçkilik olduğunu deyir.

Bu barədə “Qafqazinfo”ya müraciət edən şikayətçi N.Əliyev bildirib ki, bir neçə gün öncə onlayn şəkildə “Marine Inn Hotel”də otaq rezerv edib, lakin azərbaycanlı olduğu üçün onu hotelə buraxmayıblar:

“Mən Azərbaycan vətəndaşı olsam da, xaricdə yaşayıram. Sentyabrın 18-də “Booking.com” beynəlxalq hotel rezervasiya sistemi vasitəsilə sabahkı gün üçün otaq bron elədim. Səhəri gün hotelə gələndə resepşndakı əməkdaş dedi ki, Azərbaycan vətəndaşlarının hoteldə qalmasına icazə verilmir. Daha sonra mən hotel rəhbərliyi ilə əlaqə saxlanılmasını istədim. Bildirdim ki, belə bir qadağa varsa, bunu mənə əvvəlcədən bildirməli idiz və ya rezervasiyamı ləğv etməli idiz. Cavab olaraq bildirildi ki, “kimə istəyirsən get şikayət et, azərbaycanlıları hotelə almırıq. Bu açıq-aşkar diskriminasiyadır. Sırf millətinə görə kiməsə xidmət göstərməmək qanunaziddir”.

Şikayətlə bağlı “Marine Inn Hotel”lə əlaqə saxladıq. Sorğumuza cavab olaraq bildirildi ki, hotel “Turizm haqqında” qanuna uyğun qaydada fəaliyyət göstərir, heç bir etnik, dini və cinsi ayrı-seçkiliyə yol verilmir, mənəvi-əxlaqi dəyərlərə sadiqlik hotelin başlıca prinsiplərdəndir: “”Turizm haqqında” qanunun 14.2.4-cü maddəsinə əsasən, turistlər yerləşmə vasitələrində, istirahət və gəzinti yerlərində daxili intizam qaydalarına əməl etməlidirlər. Halbuki N.Əliyev hotelin əməkdaşlarının onunla baş verən anlaşmazlığı həll etmək üçün söhbət apardıqları vaxt öz fikirlərini əməkdaşlara qarşı sərt və yolverilməz tərzdə ifadə etməklə onların haqlı narazılığına və narahatlığına səbəb olub. Yaranmış vəziyyət N.Əliyev hoteli tərk etdikdən sonra bir daha dəyərləndirilib. Bundan sonra hotelin meneceri vətəndaşla telefon əlaqəsi yaradaraq, baş vermiş vəziyyətlə əlaqədar onun narahatlığını anlayışla qarşıladığını, onun da hotelin fəaliyyət prinsiplərinə hörmətlə yanaşmasını xahiş edib. Telefon söhbətinin sonunda vətəndaş N.Əliyev vəziyyətin tam aydınlaşdırıldığını və heç bir iradının qalmadığını bildirib. Vətəndaşın hotelimiz barədə iddiaları tərəfimizdən tamamilə təkzib edilir, yaranan suallara aydınlıq gətirilməsi üçün hər cür müzakirəyə açıq olduğumuzu bəyan edirik”.

Qeyd edək ki, “Marine Inn Hotel” Bakının mərkəzi küçələrindən biri olan Neftçilər prospektində, Bakı Dəniz Limanının yanında yerləşir.
 

Dünyapress TV

Xəbər lenti