Ardını oxu...
DİA.AZ: - Kənddə subarezian quyusu qazılıb, ancaq suyu yoxdur.3 minə yaxın sakini olan Yeni Yol kəndi su üzünə həsrət qalıb.

DİA.AZ bildirir ki, Yeni Yol kəndinin sakinləri əsasən göyərti əkinçiliyi ilə məşğuldurlar. Subartezian quyusunun istifadəyə verilməməsi işlərinə mane olub.

Şəmkir Suvarma Sistemləri İdarəsindən bildirildi ki, dəqiq vaxt məlum olmasa da, subartezian quyusu yaxın zamanlarda istifadəyə veriləcək.

Daha ətraflı aşağıdakı videoda:



Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Mədəniyyət Nazirliyi “Antaris” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə satınalma müqaviləsi imzalayıb. Maliyyə dəyəri 874 138.28 AZN olan müqavilədə nazirliyə mərkəzləşmiş qaydada dəftərxana və təsərrüfat mallarının satın alınması nəzərdə tutulur.

Tenderin şərtlərindən məlum olur ki, Mədəniyyət Nazirliyinin təmizlik bezi, zibil paketi, zibil vedrəsi, səhifə nişanı, stolüstü sənəd rəfi, masaüstü dəst, qələm, kabel başlıqları, elektrik açar, süpürgə, xəkəndaz, döşəmə silən dəsti və s. bu kimi ofis və təsərrüfat mallarına ehtiyacı yaranıb.

Maraqlıdır ki, nazirlik əlavə olaraq Aparatın dəftərxana və ofis malları ilə təmin olunması üçün “Antaris” QSC ilə maliyyə dəyəri 82 229.17 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb.

Bu ilin iyun ayında isə Mədəniyyət Nazirliyinin Elmi Metodiki və İxtisasartırma Mərkəzi “Antaris” QSC ilə 35 613 manatlıq müqavilə imzalayıb. Müqavilədə dəftərxa və təsərrüfat mallarının alınması nəzərdə tutulur.

Beləliklə, bir il ərzində Mədəniyyət Nazirliyi dəfətərxana və ofis mallarına təxminən 1 milyon manata yaxın pul xərəcləyəcək.

qtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Antaris” QSC 30 yanvar 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 3000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi, ev 46B-də yerləşir. QSC-nin qanuni təmsilçisi Axundov Samir Nurəddin oğludur.

“Antaris” QSC əvvəllər MMC formasında fəaliyyət göstərib. 2022-ci ildə şirkətin reyestr məlumatlarına dəyişiklik edilib. Görünür, bununla “Antaris”in təşkilati hüquqi forması dəyişib.

“Antaris” QSC hal-hazırda nəhəng neft və tikinti proyektlərini, bankları, holdinqləri və dövlət müəssisələrini bütün lazımi ofis ləvazimatı ilə təchiz edir.

Şirkətin xidmət sahələri: dəftərxana ləvazimatları, kağız, poliqrafiya, möhür, mebel, seyf və digər ofis interyeri əşyaları, kartric və tonerlər, promo-materiallar, çöl və daxili reklam istehsalı. Şirkət eləcə də bir çox dünya şöhrətli markaların distribyutorudur.

Samir Axundov barəsində isə açıq mənbələrdə hər hansı məlumat yoxdur. Yalnız onun 2018-ci ildə Caspian European Club(CEO)ın 11-ci CEO Lunch-da fəxri qonaq qismində iştirakı barədə məlumat var.Reportyor.info
 
 
 
Ardını oxu...
"Azərlotereya" ASC Azərbaycan və Türkiyə Bayraqlarına qarşı hörmətsizlik edib.

AMİA.AZ xəbər verir ki , Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 79 ünvanında yerləşən binaının önünə asılan Türkiyə bayrağı cırıq və qırış-qırışdır. Eləcə də Azərbaycan bayrağı səliqəsiz və əzik şəkildədir. Bayraqların əzik bir şəkildə asılması isə sayğısızlıqdır.

Həmin görüntünü təqdim edirik:

 
 
 
Ardını oxu...
Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
DİA.AZ-ın məlumatına görə, yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 16 min 584 manat olan tender müsabiqəsinin qalibi “Delta 10 LT” MMC (VÖEN- 1102638281) olub.
“Delta 10 LT” MMC AMEA-ya stellaj üçün dayaq (12 ədəd) və rəf (450 ədəd) satacaq.
Nizamnamə kapitalı 10 manat olan “Delta 10 LT” MMC-nin hüquqi ünvanı Qaradağ rayonu, Lökbatan ŞTQ, Keçid 1594, ev 30, m. 8-də yerləşir. MMC-nin qanuni təmsilçisi Sultanova Vüsalə Vaqif qızıdır.
Tender müsabiqəsinin maraqlı və qəribə tərəfi odur ki, qalib şirkət – “Delta 10 LT” MMC tender müsabiqəsinin başlamasından cəmi 3 ay yarım əvvəl dövlət qeydiyyatına alınıb.
AMEA tender müsabiqəsini (Kotirovka sorğusu) sentyabr ayının 15-də elan edib. Tender müsabiqəsinin qalibi olan “Delta 10 LT” MMC isə iyun ayının 22-də dövlət qeydiyyatına alınıb.
Məlumat üçün onu da bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.
Cəmi 3 ay yarım əvvəl yaranan şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olduğu da başa düşülən deyil.
Onu da qeyd edək ki, iyun ayının 22-də Sultanova Vüsalə Vaqif qızının qanuni təmsilçi olduğu və hüquqi ünvanı Lökbatan ŞTQ, Keçid 1594, ev 30, m. 8-də yerləşən daha 3 şirkət – “Yaşam 88 LT” MMC (VÖEN-1102638301), “SL 99 Corp” MMC (VÖEN - 1102638151) və “Smart 86 Corp” MMC (VÖEN – 1102638431) də dövlət qeydiyyatına alınıb.
Ardını oxu...
Redaksiyamıza vətəndaş Qulam Kərimov Əli oğlu tərəfindən şikayət ünvanlanıb.

Hörmətli media nümayəndələri!

28 oktyabr 2017 ci ildə,Bakı şəhəri N.Nərimanov rayonu, Firdovsi Məmmədov küç 11, mən 14; 15 də daimi ailəmizlə yaşadıqımız ev pilot layihə əsasında sökülmüşdür. Pilot layihəni icra edən yani evimizi söküb tikən şirkət “İnteks”MMC olub.

Bizə evimizin söküntüsü zamanı özünü şirkətin səlahiyyətli nümayəndəsi kimi təqdim edən, Fərid Şabanov adlı şəxs verdiyi vədləri, göstərdiyi formal avropa stilli, italyan oboylu yüksək keyfiyyətli təmirli şəkilldə bizə mənzilimizin təhvil veriləcəyini vəd edərək, evimizdən çıxarmaqa razı saldı.

Təssüflər olsun ki, bu verilən vədlər elə vəd olaraqda qaldı.

Lakin binanın 3 il müddətində rəsmi müqavilə ilə hazır olacaqı deyilsə də, 3 ildən sonra illərlə gecikərək hələdə tikintisi davam edir.

Tikintisi başa çatmaq üzrə olduqu halda bizim iştirakımız olmadan, bizə düşən iki mənzili verdilər.

Biz bizə düşən mənzilə dəfələrlə baxış keçirmək istəsəkdə, hər dəfəsində süni maneələr yaradaraq mənzilə baxmaq şansının hələ olmadıqını bildirdilər.

Lakin bir müddətdən sonra, guya bizə avropa standarlarına cavab verəcək guya italyan oboylu mənzilimizi ortaya çıxardılar, Vətəndaş iddia edir ki,mənzilə daxil olanda mənzildə avropa standarlarına italyan oboylarına aid heçnə yox idi, yalnız olan keyfiyyətsiz təmirli mənzil, keçmiş SSR zamanındaki standartlara cavab verən bir mənzili xatırlatdı.

Mən mənzili qəbul etmədim ona görə ki, mənim keçmiş mənzilimdə hər bir otaqda pəncərə var idi, eyvan var idi, və təmirim isə əla vəziyyətdə idi.

Pəncərəsiz evdə insan yaşayar? yaşayarsa Fərid adlı şəxs və, “İnteks”MMC nin rəhbəri gəlsin yaşasın,deyərək vətəndaş aldadıldıqı şirkəti sərt ittiham edib.

Şirkətdən tələb etdiyim haqlı haqqımnan mənə verilən vədə düşəcək mənzili istəsəmdə, şirkətin rəsmisi israrla bildirdi ki, budur istəyirsən yaşa!

İstəyirsən imtina et! Hara istəyirsən şikayətini bildir!

Jurnalist sualı bir! Hara istəyirsən şikayətini bildir?

Demək ki, “İnteks” MMC vətəndaşın hüquqi savadsızlıqından, hətta etibarından sui istifadə edərək, vətəndaşa verdiyi vəddən dönük çıxaraq, vətəndaşın haqqını tapdalayaraq,hüquqi dövlətdə yaşadıqımızı unudaraq, israrla get hara istəyirsən şikayət et bildirir?

Sual 2 “İnteks”MMC hansı məmura və yaxud hansı əlaqələrinə bu qədər güvənlidir?

Ümid edirik ki, bu qaralnıq suallara jurnalist araşdırması apararaq işıq qata biləcəyik

Sual 3:”İnteks”MMC-nin rəhbəriprezident İlham Əliyevin sərt çıxışlarını “Vətəndaşları incitmək olmaz” çıxışlarını izləməyib? Və yaxud izləyib xəbərsiz kimi göstərir?

Araşdırmamız nəticəsində məlum oldu ki, “İnteks”MMC iş adamı kimi tanınan Ruslan Məmmədova aiddir. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə Ruslan Məmmədov bir vaxtlar bir iki dövlət məmurları ilə biznes ortaqlıqı olduquda bildirilir.

İş adamı Ruslan Məməmdov şirkəti “İnteks”MMC bir çox vətəndaşları şikayətlərə səbəb olacaq qədər incidir narazıçılıqlar yaradir, buna şahid olmaq elədə çətin deyil.İinternet resurslarında “İnteks”MMC yazıb axtarış verə bilərsiz və əldə etdiyiniz nəticələrdən edilən şikayətlərdən haraylardan agah ola bilərsiz.

“İnteks”MMC-yə `dur` deyən olacaq?

İkinci maraqlı məlumatımız odur ki, “İnteks” MMC nin ofisinə daxil olanda sanki sərhəd buraxılış məntəqəsini gömrük postunu keçmək təssuratı yaranır.

Bilirsiz niyə? bu şirkətin ofisinə daxil olmaq elədə asand deyil ‘face kontrolu” keçdikdə özünə aid şəxsi əşyanı məlumat dolu telefonunu aşağıda təhvil vermək şərtdir yoxsa ofisin binasına buraxılmayacaqsız.

Bəli bəli, düz oxuduz telefonunuzu verməlisiz təhvil!

Bİlirsiz niyə? şirkət etdiyi qanunsuzluqları ictimaiyyətdən hüquq mühafizə orqanlarından gizli saxlaya bilsin,və bu ofisdə olan söhbət elə ofisdədə qalsın.

Burdan belə qənaətə gəlmək olur ki,şirkətin rəhbəri Ruslan adlı şəxs hansısa qüvvələrə hələdə arxayındır, bu səbəbdən ölkə vətəndaşını ölkə qanunları ilə başa baş qoyaraq qanunlarla guya ki ölkədə qanunların işləmədiyini düşündürərək dövlətdən narazı salır.

Maraqlı tərəfi odur ki, qanunsuz əməlləri həyata keçirən sahibkar cildində olan MTK rəhbəri və güvəndiyi vəzifəli şəxslər cənab prezident İlham Əliyevin dəfələrlə etdiyi məmurlara və vəzifəli şəxslərə vətəndaşların incidilməsinə və öžbaşınalıqlara son qoyulması xəbərdarlıqlarından xəbərsizdirlər? və yaxud özlərini xəbərsiz göstərirlər?

İnanırıq ki, bu şikayət məqaləsindən sonra adiyyatı qurumlar məsələni nəzarətə götürərək özlərini qanundan üstün hesab edərək, vətəndaşları güc hesabına,əzən rahatlıqlarını,əlindən alan, əmlaklarını məhv edən, şəxslərlə bağlı qanun çərçivəsində ölçü götürüləcəyinə ümid edirik.

Mövzunu diqqətimizdə saxlayacaqıq.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq

AZƏRBAYCANREALLIĞI.COM
 
Ardını oxu...
Hacıqabul rayonunun ən böyük qəsəbələrindən olan Muğan sosial problemlərin məngənəsində boğulur. Qəsəbə ucqar bir ərazidə deyil, Bakı-Qazax magistral yolunun düz kənarında yerləşir.

Qəsəbənin şəhid adını daşıyan məktəbi olduqca acınacaqlı vəziyyətdədir. Azinforum.az olaraq bu barədə ətraflı məlumat vermişik. Bununla yanaşı, qəsəbənin icməli su problemi də var. İş o yerə çatıb ki, qəsəbə sakinləri icməli suyu pulla alır. Maraqlıdır ki, Kür çayından Bakıya çəkilən magistral su kəməri düz qəsəbənin yanından keçir.

Zamanında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qəsəbəyə su çəkilib. Bunun üstündən xeyli müddət keçdiyi üçün, borular öz istismar müddətini başa vurub. Bu da qəsəbəyə ayrılan su kvotasının çoxunun itkiyə getməsilə nəticələnir. Eyni zamanda, qəsəbənin su problemini əsasını kəmərə müəyyən imtiyazlı və imkanlı şəxslərin qanunsuz müdaxiləsi təşkil edir.

Təəssüflər olsun ki, bu işə məsul olan əlaqədar qurumlar sadalanan neqativliklərin aradan qaldırılması istiqamətində heç bir tədbir görmür. Azinforum.az Muğan qəsəbə sakinlərinin bu yöndə olan şikayətlərini olduğu kimi təqdim edir. Ümidvarıq ki, səslənən fikirlərə “Azərsu” rəsmiləri də öz mövqelərini bildirəcəklər.

 
Ardını oxu...
Bir neçə gün öncə "Bir bina bir provayderindir" mövzusunda yazı yazmışdım.
Bununla bağlı çox sayda müraciətlər oldu.
Problem bizim düşündüyümüzdən də dəhşətli vəziyyətdəymiş.
Elə MTK -lar var ki, özləri provayder yaradıblar, başqa provayderləri qəbul etmirlər və maraqlıdır ki, RİNN-nin bu provayderlərdən ümumiyyətlə xəbəri yoxdur.
Bəzilərini heç mən də tanımıram və ilk dəfə adlarını eşidirəm.
Hansı ki, Telekommunikasiya haqqında qanuna görə onlar RİNN-də uçota durmalı və özləri haqqında məlumat verməlidirlər.
Bu məsələ qalxandan sonra indi məlum olur ki, hətta elə deputatlar və məmurlar olub ki, MTK-ların özbaşınalığı və sayğısızlığı nəticəsində özlərinə məxsus dövlət telefonunu və interneti yeni köçdükləri binaya çəkdirə bilməyiblər.
MTK dövlət operatorunun nümayəndəsini binaya buraxmayıb.
Bildirilib ki, ancaq MTK-nın təklif etdiyi provayderdən xidmət almaq olar.
Bu cür biabırçı vəziyyətə aidiyyatı qurumlar son qoymalıdır.
Müşahidələr göstərir ki, RİNN və Antiinhisar Dövlət Xidməti sanki bu vəziyyətlə barışıb.
Hansı ki, bu, yolverilməzdir.
Düşünürəm ki, RİNN uçotda olan provayderlər və onların xidmət əraziləri ilə bağlı Antiinhisarla birgə monitorinq aparmalıdır.
Uçotda olmayan provayderlərlə bağlı tədbir görməlidir RİNN.
Xeyli sayda vətəndaşlar var ki, MTK-ların haqsız davranışı ilə bağlı rəsmi olaraq Antiinhisar Dövlət Xidmətinə müraciət etdiklərini bildirirlər.
Bildiyim qədər artıq Antiinhisar Dövlət Xidməti bununla bağlı araşdırma aparır.
Lakin hələlik bunların nəticəsi olmayıb.
Bir daha qeyd etmək istərdim ki, RİNN və Antiinhisar bununla bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün də səylərini gücləndirməlidir.
Antiinhisar Dövlət Xidmətindən və RİNN-dən bu problemin həlli istiqamətində konkret addımlar gözləyirik.
Osman Gündüz
Teref.az
 
 
 
Ardını oxu...
Rusiyanın Penza vilayətində 62 yaşlı yerli sakin bank kartını soruşmadan götürən 63 yaşlı arvadını qətlə yetirdiyini etiraf edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

İstintaqın məlumatına görə, bu ilin sentyabrında 62 yaşlı rusiyalı vilayətin Bessonovski rayonundakı evində olarkən həyat yoldaşından icazəsiz götürdüyü pulu və kartı ona qaytarmasını istəyib. Qadın imtina edib. Bundan əsəbiləşən kişi otaqdan çıxaraq baltanı götürüb və arvadının başına balta ilə iki dəfə zərbə endirib. Zərərçəkmişin öldüyünü görüb onun meyitini evdən çıxarıb torpaq ərazisindən kənara atıb.

Hadisədən sonra kişi cinayətin izini gizlədib, yaxınlarına arvadının itkin düşdüyünü deyib. Daha sonra qadının yoxa çıxması ilə bağlı polisə ərizə yazılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı kişi cinayət əməlini etiraf edib və meyiti basdırdığı yeri göstərib. Ona qarşı ittiham irəli sürülüb və kişi həbs edilib.
Ardını oxu...
“Vaz” adı ilə tanınan dairənin düz mərkəzində dayanmışıq. Ləğv edilsə də, izləri qalıb. Burada dayanmağımızın səbəbi qaynar xəttimizə ünvanlanan vətəndaş şikayətidir. Məsələ burasındadır ki, Bakı-Sumqayıt yolunun üzərində yerləşən Abşeron Gənclər şəhərciyində yaşayan sakinlər və ümumiyyətlə bu yolla hərəkət edən bütün sürücülər əvvəllər bax bu dairədən istifadə etməklə çox rahat formada üzü mərkəzə doğru irəliləyirdilər. Hazırda isə dairə ləğv edildiyindən onların işi bir qədər çətinləşib. Belə ki, üzü şəhərə doğru qayıtmaq üçün onlar Saray yolu ilə 3-4 kilometr də qabağa gedib geri dönmək məcburiyyətindədirlər”.

Sözügedən “VAZ” dairəsi təxminən bir aya yaxındır ki, ləğv edilib. Bu da 20 min nəfərə yaxın sakinin yaşadığı Masazır və Abşeron Gənclər şəhərciyinin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin etirazına səbəb olub. Özlərinin dili ilə desək işə gecikən kim, övladını məktəbə apararkən 1-ci dərsə çatdırmayan kim.

Bundan başqa, bu yolla hərəkət edən 199 saylı yeganə müntəzəm marşrut xəttinin fəaliyyəti də pozulub. Sözügedən yolda edilən dəyişikliyə görə, sürücülər hər gün 7 kilometr əlavə yol qət edirlər. Bu da təbii ki, onlar üçün həm əlavə vaxt itkisidir, həm də artıq yanacaq sərfiyyatı. Bütün bunların fonunda hələ işləri Təcili və Təxirəsalınmaz Tibbi yardıma düşərsə, bax əsl problem bundan sonra başlayır.

Maraqlıdır ki, bu yolda nə yol hərəkəti qaydalarını tənzimləyən lövhələr var, nə də işıqfor. Məsələ ilə bağlı əvvəlcə Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq. Qurumun əməkdaşı, polis baş leytenantı Toğrul Nəsirli bildirdi ki, “VAZ” dairəsi yolda yaranan uzun-uzadı tıxaclar səbəbindən ləğv edilib.

“Nəzərə almaq lazımdır ki, layihənin icrasının sonrakı mərhələsində mövcud yol şəraiti, istiqamətlər üzrə nəqliyyat axını tam təhlil olunaraq, hərəkətin daha da təkmilləşdirilməsi istiqamətində əlavə işlərin görülməsi, daha yaxın məsafədə geriyə dönmə zolağının yaradılması nəzərdə tutulub. Lakin unutmayaq ki, həmin ərazidə əvvəllər mütəmadi sıxlıq müşahidə olunurdu ki, bu da həmin yolla hərəkətdə olan sürücülərin narazılığına, əlavə vaxt itkisinə və artıq yanacaq sərfiyyatına səbəb olurdu. Hazırda sürücülər bu istiqamət üzrə əlavə olaraq 2.8 kilometr məsafə qət etməklə heç bir sıxlıq problemi yaşamadan geri dönmə edib, hərəkətlərini davam edə bilərlər ki, bununla da tıxacda qalmadan mənzil başına rahat gedə bilərlər”.

Məsələyə digər cavabdeh qurum olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxlamaq istəyimiz isə baş tutmadı. Çünki qurumun heç bir nümayəndəsi telefonlara cavab vermədi. Bir müddət öncə saytlardan birinə açıqlama verən qurumun mətbuat katibi Anar Nəcəfli isə yalnız bunları deyib.

"Baş Dövlət Yol Polisi ilə birlikdə qeyd edilən ərazidə yeni layihə hazırlanıb. Hazırda layihənin icrası həyata keçirilir. Günün pik saatlarında həmin ərazidə tıxaclarla bağlı çoxsaylı müraciətlər daxil olurdu. Layihə də bu müraciətlər əsasında həyata keçirilir. Hazırda sürücülər bir istiqamət üzrə əlavə 2,5 kilometr məsafə qət etməklə geridönmə edib hərəkətlərinə davam edə bilərlər. Layihə hələ tam başa çatmayıb, gələcəkdə daha yaxın məsafədən yeni geridönmə hissəsinin yaradılması da nəzərdə tutulur. Bütün bunlar əlavə vaxt itkisinə səbəb olmur, əksinə tıxacların qarşısını alır". Sitatın sonu

Əvvəla burda bir şeyi dəqiqləşdirək. Hazırda sürücülər bir istiqamət üzrə əlavə 2,5 deyil, 3 kilometr məsafə qət edir. Bu da həm əlavə vaxt itkisi, həm də artıq yanacaq sərfiyyatına səbəb olur. İkincisi isə göz önündədir. Rəsmi qurumlar nə qədər sakinlərin bu yoldan rahat şəkildə istifadə etdiyini desə də, vətəndaşlar tam əksini bildirir.

Hələ biz insanların müayinə olunmaq üçün Abşeron xəstəxanasına və ya işlərini asanlaşdırmaq üçün “DOST” mərkəzinə gedərkən qarşılaşdığı çətinlikləri demirik. Dövlət vətəndaşın işini asanlaşdırmaq üçün bir bu qədər şərait yaratsa da, bu kimi qurumlar öz fəaliyyətsizlikləri ilə bu işə kölgə salmağa çalışırlar.

Görünür Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xalqa xidmət etmək əvəzinə bəzi şəxslərin rahatlığını daha üstün bilir. Halbuki cənab Prezident vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün bu quruma milyonlarla pul ayırır. Amma nə fayda... Dəfələrlə sökülüb tikilən Bakı-Quba yolu, 7 ildən artıqdır ki, davam edən və hələ də rəsmi şəkildə istifadəyə verilməyən Zığ-Hövsan yolu bu qurumun fəaliyyətinin hansı şəkildə təşkil olunduğunu gözlər önünə sərir. Elə buna görə də “Görünən köyə, bələdçi lazım olmaz”mış deyirlər.

Ümid edək ki, aidiyyəti qurum bu dəfə vətəndaşların narazılığını görməzdən gəlməyəcək. Edilən səhvlər tez bir zamanda aradan qaldırılacaq. 10 metrə görə, əlavə 7 kilometr məsafə qət olunmayacaq. Gəlin sağ qulağımızı sağ əllə qaşıyaq.

 
Ardını oxu...
Azərbaycanda animasiya filmələri sahəsində ixtisaslaşan "NME” MMC-nin rəhbəri Nicat Manafov Mədəniyyət Nazirliyini məhkəməyə verməyə hazılaşır.

Bu barədə Qaynarinfo-ya Nicat Manafovun özü bildirib.

Onun sözlərinə görə, bir neçə gün əvvəl Bakı Kommersiya Məhkəməsində Mədəniyyət Nazirliyinə qarşı iddia qaldırsa da, icraata götürülməyib: "Belə əsaslandırdılar ki, işin Bakı Kommersiya Məhkəməsinə aidiyyəti yoxdur. Dedilər ki, ümumi məhkəməyə müraciət etməlisən. Mən də bu dəfə ümumi məhkəməyə müraciət etməyi düşünürəm. Yəqin ki, yaxın günlərdə iddiamı təqdim edəcəm”.

Nicat Manafov iddiasında Mədəniyyət Nazirliyi ilə "Salnaməfilm” studiyası arasında bağlanmış müqavilənin ləğv olunmasını tələb edir.

Məlumat üçün deyək ki, "Qarınqulu” tammetrajlı animasiya filminin çəkilişi "Salnaməfilm” studiyasına həvalə edilib. Nicat Manafov təxminən yarım milyon dəyəri olan layihənin tender keçirilmədən Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən və animasiya filmlərinin çəkilişində ixtisaslaşmayan "Salnafilm” studiyasına verilməsini qanunsuz hesab edir.

"NME” MMC-nin rəhbəri bununla bağlı ilk olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət ünvanlayıb. Mraciətə cavab olaraq qurum Mədəniyyət Nazirliyinə məktub göndərərək "Salnafilm” studiyası ilə müqavilənin ləğv olunmasını və "Dövlət Satınalmaları haqqında” Qanuna müvqafiq olaraq bütün podratçılara bərabər rəqabət mühitini təmin etməklə tender keçirilməsini tələb edib.

Nicat Manafov deyir ki, Mədəniyyət Nazirliyi bu tələbə əməl etmir: "Fakriki olaraq iş gedir. Ona görə də düşündüm ki, məsələnin məhkəmə müstəvisində həllinə nail olum”.
 

Dünyapress TV

Xəbər lenti