Ardını oxu...
Türkiyədə on minlərlə insanın ölümü ilə nəticələnən zəlzələdən sonra Azərbaycanda da inşa olunan yaşayış binalarının təhlükəsizliyi, zəlzələyə davamlılığı ilə bağlı müzakirələr açılıb.

Bir çox ekspertlər hesab edir ki, Bakı şəhərində inşa olunan yeni yaşayış binaları yoxlanılmalıdır.

DİA.AZ bildirir ki, uzun illər bina tikintisi ilə məşğul olan “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov Gununsesi.info-ya açıqlamasında bu haqda danışıb.

İş adamı bildirib ki, onun şirkətləri tərəfindən inşa olunan binaların təhlükəsizliyinə zəmanət verir: “Allah bir daha yaşatmasın. Amma Türkiyədəki zəlzələ burada olarsa, insanlara deyərəm ki, evinizdə oturun, çayınızı için. Mən bunu məsuliyyətimlə deyirəm”.

Bakıda inşa olunan binaların ciddi nəzarətdən keçməməsi barədə iddialara gəlincə, İsfəndiyar Axunov bildirib ki, belə bir məsələ yoxdur: “İnşaat prosesinə başlamazdan xeyli əvvəl onun hər bir detalı araşdırılır, rəy verilir. Bu olaydan sonra mən Türkiyədəki binalarla maraqlandım. Mən sizə foto təqdim edirəm. Birinci fotodakı mənim tikdiyim binadır. İkinci isə Türkiyədə inşa olunan binanın təməlidir. Onlar bizimki qədər dərinlikdə betonlama etmirlər. Təmələ beton piltə atırlar, üstünə də bir az beton verilir. Belə olanda təbii ki, bu təhlükəli olacaq”.

Ardını oxu...
Göyçay rayon Ulaşılı Şıxlı kəndinin sakinləri etiraza qalxıb.

"DogruXeber.az" bildirir ki, bu barədə sakinlərin özləri tərəfindən lentə alınan görüntülər facebook sosial şəbəkədə yayımlanıb.

Etiraz edən sakinlərin narazılığı kəndin küçələrinin, xüsusilə də məktəb yolunun bərbad halda olmasındandır.

Onlar bildirirlər ki, "3 il əvvəl Vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev fondundan 1 milyon manat pul ayrıldı və kənddə bütün standartlara cavab verən, gözəl məktəb binası inşa edilib. Lakin, məktəbin yolları palçıqlı, çuxurlu olduğundan gediş-gəliş mümkünsüz hala gəlib. Avtomobillər çətinliklə hərəkət edirlər. Yollardakı çuxurlar avtomobillər üçün tez-tez problemlər yaradır."

Həmçinin, sakinlər dəfələrlə Göyçay rayon İcra Hakimiyyətinə və digər aidiyyatı qurumlara müraciət etsələr də, heç bir münasibət bildirilmədiyini deyirlər.



Görüntülərlə bağlı Göyçay rayon rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.
 //"DogruXeber.az"//
Ardını oxu...
“Biz bilmirik ki, şəhərdə harada nə tikilir, necə olur” – AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Abzas Media-ya müsahibəsində deyib.

O əlavə edib ki, Bakıda müxtəlif seysmoloji balların olması şirkətlər üçün əlavə xərc deməkdir. Buna görə də onlar qurumdan rəy almaqda maraqlı deyillər.

Daha ətraflı aşağıdakı videoda:

 

Ardını oxu...
Qardaş ölkə Türkiyədə baş vermiş zəlzələ nəticəsində Azərbaycan hər zaman qardaş ölkənin yanında olduğunu bildirmişdir. Ölkə başçısı İlham Əliyev ilk gündən, Türkiyəyə bütün köməkliklərin göstəriməsi barədə öz xüsusi tapşırıqlarını vermişdir.

Paytaxt Bakının bir neçə yerində humanitar yardımlar toplanır demək olar ki, humanitar yardım edənlərin ardı-arası kəsilmir,hətta ölkəmiz də, elə iş adamları var ki, qardaş ölkəyə yüz minlərlə hətta, millyonlarla maddi və humanitar yardım göstərir.

Amma media olaraq bu şəxslərin kimliyini cəmiyyətə göstərmək istəsəkdə onlar razı sala bilmədik.

Bir neçəsi bildirdi ki, biz bunları reklam üçün yox qardaş ölkənin fəlakəti üçün etmişik.

Fəlakət üzərindən bizə reklam yaraşmaz kimi cavablarda aldıq.

Amma halbu ki, o şəxslər böyük izləyicisi böyük kütləsi olan media və xəbər səhifələrinə 5-10 manat verib "Karqo Şamil" kimi özlərini reklamda etdirə bilərdilər.

Necə deyərlər sağ əlin verdiyini sol əl bilməməlidir axı...

Hörmətli Şamil müəllim, unutmaq lazım deyil ki, olunan bütün humanitar və maddi yardımların hər biri Heydər Əliyev fondu tərəfindən olunur. Ölkəmizin bir nömrəli fondu olan bir vaxtda qardaş ölkədə baş vermiş fəlakət facisəini öz üzərinə götürdüyü bir vaxtda siz 30 min LİRƏ maddi yardım 200 min lirə humanitar yardımınızı bu qədər reklam etməyə nə ehtiyac var?

Hazırladıqınız yardım video çarxlardada bəzi yardımlar sual altındadır. Maraqlıdır ki, Şamil Heydərov 44 günlük vətən müharibəsi zamanı hansısa şəhid ailələrinə yardımını belə görmədik.

Niyə o zaman şəhid ailələrinə maddi və humanitar yardımlarını video çarxlar düzəldib pul paylayıb reklam etmədi? heç karqo Şamilin pandemiyadada hansısa ehtiyaclı ailələrə humanitar yardımını görmədik.

Görünür ki, həmin vaxtı müəllimin arxasında olan boz kardinala və digər Rusiya kadırlarına beli daha çox bağlı imiş. Amma indi görünür ki, Şamil müəllim bir neçə ay öncə, bəzi media resuslarında barəsində yazılan yazılardan çox narahat olub.

Deyəsən bu dəfə onun arxasında duran qüvvələr ona yardım edə bilməyəcəyini hiss edir. Bu cür yardımlarda reklam etməklə çıxış yolu sanır. Amma qurtulacaqıda sual altındadır.

Bu arada millət vəkili Fazil Mustafa unikal.az-a açıqlamasında bildirib ki, "Sosial şəbəkə meymunları yenə də dövriyəyə girdi.

Bay və bayan meymunlar, agah olun ki, Milli Məclisin bütün deputatları maşlarının çox hissəsin Türkiyə yardım göndərib "Üstəlik də ayrı-ayrı yardım toplama məntəqələrdə yaşam üçün vacib malları da hazırlayıb təhvil verən xeyli deputatlar var Bunu reklam etmək üçün hər qutunun yanında şəkilmi çəkdirməlidirlər?

Türkiyəmizin bu acı günündə hər kəs səmimi şəkildə öz imkanı çatanı etsin, yalandan vətənpərvərlik pozası alıb meymunluq etməyə gərək yox! Bu ucuz reklamlarnızı yersiz hərəkətlərinizi acı, kədərli günlərimizdə bəlkə təxirə salasınız?", - deyə o qeyd edib.

AZƏRBAYCANREALLIĞI.COM
 
Ardını oxu...
İstanbula külli miqdarda qızıl aparmaq istəyən "NF Model” şirkətinin direktoru və onun nişanlısına hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, Nürəddin və nişanlısı Yevgeniya ümumi dəyəri 144 min 347 manat təşkil edən 825,01 qram çəkidə olan qızıl-zinət əşyalarını Bakı-İstanbul aviareysi ilə Türkiyəyə aparmaq istəyiblər.

Onlar 2 fevral 2022-ci il tarixdə, saat 20 radələrində TK335 saylı Bakı-İstanbul aviareysi ilə Azərbaycandan Türkiyəyə gedərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin ‘Terminal-1” gömrük postunda həmin malları bəyannamədə qeyd etməyiblər. Beləliklə, istintaq qərara gəlib ki, adıçəkilən şəxslər qızıl-zinət əşyalarını qəsdən qaçaqmalçılıq yolu ilə keçiriblər.

1990-cı ildə Bakıda anadan olan təqsirləndirilən şəxs Nürəddin Hüseyn ifadəsində bildirib ki, "NF Model” şirkətinin direktoru və təsisçisidir. Vergi ödəyicisi kimi Dövlət Vergi Xidmətində qeydiyyatdan keçib və adına VÖEN açılıb. Həmin şirkət müxtəlif məhsulların dizayn edilməsi ilə məşğul olub. Həm də fərdi qaydada bəzi idmançılara ödənişsiz dərslər keçib. Ötən il onlar İstanbul şəhərinə gəzmək və fotosessiya etmək məqsədilə Bakı-İstanbul aviareysinə bilet alıblar.

İstanbula getmək istəyərkən hava limanında yoxlama keçirilib və ona məxsus əl çantasından, baqaja verdiyi çemodandan protokolda göstərilən sayda və çəkidə qızıl-zinət əşyaları aşkar olunub. Həmçinin də nişanlısının həm üzərindən, həm də baqajından qızıl-zinət əşyaları aşkar edilib. Onun sözlərinə görə, qızıl-zinət əşyaları nənəsindən miras qalıb. Təqsirləndirilən şəxs deyib ki, həmin qızılları Türkiyədə yaşayan bibisinə vermək üçün aparırmış. Nürəddin Hüseyn həmçinin bildirib ki, nişanlısının üzərində aşkar olunan qızılları da özü hədiyyə edib. Bundan başqa, ailə üzvləri də ona qızıl zinət əşyaları hədiyyə ediblər.

1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş Yevgeniya da nişanlısının ifadəsini təsdiqləyib.

Məhkəmə Nürəddin və nişanlısı Yevgeniyanı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (Qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə təqsirli bilib. Məhkəmənin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlara Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib və barəsində 1 il 6 ay sınaq müddəti seçilib.
         
Ardını oxu...
Qardaş Türkiyədə 6 fevral tarixində baş verən zəlzələ və bu dəhşətli faciənin yaratdığı kədərli durum təkcə Türk dünyasında yox, bütünlükdə olaraq bəşər insanlarına çox üzücü təsir bağışladı, deyə bilərik. Hər halda dünyanın əksər ölkələrinin bu gün Türkiyəyə yardıma qoşması da bu faktı sübutıayan şərtlərdəndir. Bu əsnada Azərbaycan xalqının qardaş Türkiyəyə digərlərindən xüsusi məhəbbəti ilə seçilməsi də diqqət mərkəzindədir ki, bizlər buna heyrətlənmir, bunu normal qarşılayırıq. Düşünürük ki, hrə bir azərbaycanlı bu gün darda olan Türkiyəmizin yanında olmalıdır.

Amma belə düşünməyənlər də var ki, biz də DİA.AZ olaraq bu qəbildən olan şəxs və şirkətləri araşdırmaqla məşğuluq. Bu araşdırmalarımız zamanı ortaya maraqlı bir fakt çıxıb. Yardım edənlər arasında hələ iki il əvvəl Azərbaycanda rəsmi QUMAR BİZNESİNƏ nəzarəti öz əlinə götürən və bununla da “Azərlotereya” ASC-nin idarəetməsinə nəzarət edən Türkiyənin “Demirören Holding” şirkətinin adına rast gəlmədik.

Qeyd edək ki, yerli Azərbaycan KİV-lərində özünü YARDIMSEVƏR, XEYİRSEVƏR kimi təqdim edən "Demirören Holding"in həm bir Türkiyə şirkəti olması və həm də Azərbaycanda da kifayət qədər ciddi bisnezə malik olması faktları əsas yaradır ki, bizlər də bu QUMAR ÇƏBƏKƏSİ sahibləri üzərində hansısa sözləri deməyə haqq qazanaq.

Müraciətimiz isə belədir: Türkiyədəki fəaliyyətinizi bilmirik, Azərbaycandan oğurladıqlarınızıl heç omasa qardaş türkiyəyə yollayın... Bəlkə bununla bir halallıq da qazanmış olasınız...

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Hər halda, maraqlı olardı...
 
 
 

Ardını oxu...
Əvvəllər məlumat verdiyimiz kimi 2022-ci ilin mart ayında Masallı Rayon Mərkəzi Xəstəxanasın baş həkim təyin edilən, elə həmin ilin 26 dekabrında Korrupsiya Qarşı Mübarizə təşkilatı tərəfindən həbs edilən Eşqin Əlievdən sonra vakansiya olan baş həkim yerinə təyinat olub. Belə ki, Mərkəzi Xəstəxananın Reanimaya Şöbəsinin müdiri İlqar Məmmədov 10 fevral 2023-ci ildə həmin vəzifəyə təyin edilib.

İlqar Məmmədov kimdir?

DİA.AZ Cenub.az-a istinadla bildirir ki, o, 1971-ci ildə, noyabr ayının 26-da Masallı rayonunun Böyük Xocavar kəndində anadan olmuşdur. 1989-cu ildə Masallı rayonu 2№-li şəhər orta məktəbini bitirmişdir. 1989-cu ilin dekabr ayından 1991-ci ilin noyabr ayına kimi Ukrayna SSR-nin ərazisində Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra 1992-ci ilin noyabr ayına kimi “Azərbaycan Kurortlararası Təmir-Tikinti” idarəsində fəhlə işləmişdir. 1992-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub, 1998-cı ildə həmin universiteti bitirmişdir. 1998-ci ilin avqust ayından 1999-ci ilin iyul ayına kimi anesteziologiya və reanimatologiya ixtisası üzrə internatura keçmişdir. 2007-ci ildən 2012-ci ilə kimi Azərbaycan Tibb Universiteti Elmi Tədqiqat Mərkəzinin dissertantı olmuşdur. 2012-ci ildə “Qaraciyərdə və öd yollarında cərrahi əməliyyatlar zamanı anesteziya metodlarının optimallaşdırılması” mövzusunda dissertasiyanı müdafiə etmişdir. 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. 2011-ci ildən Masallı Rayon Mərkəzi Xəstəxanasının anesteziologiya və reanimasiya şöbəsinin müdiridir. İşlədiyi illər ərzində Azərbaycan Respublikasının və Türkiyə Respublikasının müxtəlif klinikalarında ixtisasartırma kurslarında olmuşdur. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Yevlax Rayon Mərkəzi Xəstəxanasında həkim anestezioloq-reanimatoloq kimi fəal iştirak etmişdir.
Ardını oxu...
Qazaxda başçının adamının həkim bıçaqlamış qardaşı yüksək vəzifəyə hazırlaşır
Qazaxın Diaqnostika Mərkəzinin sabiq müdiri, hazırda orada terapevt olan Şahin Həsənovun daha yüksək vəzifəyə getmək iştahı yaranıb. Qazaxda keçmiş məhkum və qalmaqallı biri kimi tanınan, həmkarını iş başında bıçaqlayan doktor kimi xatırlanan Şahin Həsənov həmin hadisənin unudulduğunu düşünərək Qazax rayon Mərkəzi Xəstəxanasına baş direktor getmək həvəsindədir. Bu haqda Reportyor.info-nu məlumatlandıran yerli qaynaqların iddiasına görə, Şahin Həsənov bu məsələdə iki faktora arxayın olub: birincisi, bacısı Gülayə Həsənovanın Qazaxın icra başçısının müavini olması, başçı Rəcəb Babaşova da təsir imkanları, ikincisi isə səhiyyə nazirinin dəyişməsi və keçmişi haqda məsələlərin yaddan çıxması. Mənbə qeyd edir ki, hələ 10 il əvvəl, yəni 2013-cü il, 8 avqustda Şahin Həsənov cərrahiyyə şöbəsinin müdiri Vasif Pirvəliyevi klinikada bıçaqlayıb. Yəni hadisə iş yerində olub. Əslində, elə bu fakt kifayət etməli idi ki, peşə fəaliyyətinə xitam verilsin. İddialara görə, hadisə şəxsi zəmində baş verib və V.Pirvəliyev həmin vaxt dərhal cərrahiyyə əməliyyatına göndərilib. Diaqnostika Mərkəzinin müdiri Ş.Həsənov isə həbs edilib, amma məhkumluq həyatı uzun çəkməyib. Halbuki Cinayət Məcəlləsinin 121.1 (sağlamlığa ağır zərər yetirmə) maddəsi ilə onu 3 ildən 8 ilədək həbs gözləməli idi. İndisə keçmiş dustaq həkim bu reputasiya və dosye ilə Qazaxın mərkəzi xəstəxansında baş direktor olmaq niyyətindədir. Üstəlik, başçı müavini olan bacısını da səfərbər edib ki, bu təyinatı həyata keçirə bilsin. Hətta iddialara görə, icra başçısı Rəcəb Babaşov bu məsələdə “xeyir-dua” verib, onun “maraqları” təmin olunub.

Sadəcə, şöbə müdirini bıçaqlamış birinə bütün Qazaxın səhiyyəsini etibar etmək nə dərəcədə düzgün qərar olar, maraqlıdır. Hər halda Qazaxda kifayət qədər təcrübəli kadrlar var və onların təyin olunması daha məqsədəuyğundur. Eyni zamanda, şöbə müdirini iş yerində bıçaqlayan Şahin Həsənovun bu cinayəti törətməsi göstərir ki, onun psixoloji vəziyyəti də yerində deyilmiş və özünə hakim kəsilə bilməyib, emosiyalarını cilovlaya bilmir. Belə bir psixoloji əhvala malik həkimin baş direktor təyin edilməsi də riskli qərar ola bilər. Məsələ ilə bağlı yeni detalları dəqiqləşdirməyə çalışırıq.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Medianın İnkişafı Agentliyi (MİA) media haqqında qanunun 74-cü maddəsinə əsasən KİV və jurnalistlərin reyestrində qeydiyyata alınmaq üçün bu quruma elektron qaydada müraciət edən fotoreportyor Əziz Kərimovun qeydiyyatından imtina edib.

MİA-da qeydiyyatdan imtinanı onunla əsaslandırıblar ki, Kərimovun KİV redaksiyasında ştatlı jurnalist kimi minimum üçillik iş stajı yoxdur, həm də fotoqraf jurnalist sayılmır. Kərimov uzun illərdirdir fotojurnalistika ilə məşğuldur və fərdi sahibkar kimi Turan agentliyinin redaksiyası ilə müqaviləsi var, agentlikdə yerləşir, öz foto- məhsullarını onun işinə maraq göstərən hər kəsə satır. Kərimovun fotolarını dünya nəşrləri dərc edirlər.

Media haqqında qanunun 74.2.10-cu maddəsində həqiqətən göstərilir ki, jurnalist –frilanser (sərbəst işçi) üçillik iş stajı olduğu təqdirdə media reyestrində qeydiyyata alına bilər. Ancaq qanunda bu stajın redaksiyada işləyərkən hesablanmalı olduğu göstərilmir. Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev DOST-da (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi) maraqlanıb: fərdi əmək fəaliyyətilə məşğul olan şəxslər üçün çalışdığı illərə görə staj hesablanırmı? DOST-da cavab veriblər ki, 2006-cı ildən başlayaraq, əgər həmin şəxs Fonda sığorta haqları ödəyibsə, ona ödəniş etdiyi illərə görə staj hesablanır.

Beləliklə, ilk suala aydınlıq gətirildi. MİA əsassız, qanuna zidd olaraq, səlahiyyətlərindən sui-istifadə edərək məcburi üçillik staj haqqında 74.2.10-cu maddədən istifadə edib Kərimovun qeydiyyatından imtina edib.

Keçək imtina ilə bağlı ikinci bəhanəyə - fotoqraf. MİA-də hesab edirlər ki, fotoqraf, video- operator jurnalist deyil, yəni yaradıcı əməkdaşlardır. Onları redaksiyaların texniki əməkdaşları hesab edirlər. Başqa KİV-lərdə də bu peşə sahiblərinin qeydiyyata alınmaması barədə məlumatlar var.

Jurnalistika fakültəsində mənim kursum foto işinin öyrənilməsini nəzərdə tuturdu. Bu fənn üzrə imtahan verdim. Və foto istehsalı jurnalistikanın ayrılmaz hissəsidir.

Vikipediyanın bu barədə geniş, o cümlədən jurnalist olmayan auditoriya üçün nə dediyinə baxaq:

Fotojurnalistika jurnalistikanın fotoqrafiyadan əsas ifadə vasitəsi kimi istifadə edən xüsusi formasıdır. Fotojurnalistika fotoqrafiyanın əlaqəli janrlarından (sənədli fotoqrafiya, küçə fotoqrafiyası və məşhurluq fotoqrafiyası kimi) aşağıdakı xüsusiyyətlərə görə fərqlənir:

Zaman - şəkillər hadisələrin inkişafının xronoloji kontekstində əhəmiyyətlidir.

Obyektivlik-vəziyyət fotoşəkillərin dürüst olacağını və çəkilən hadisələri dəqiq əks etdirəcəyini nəzərdə tutur.

Nəql etmək - çəkilişlər digər xəbər elementlərilə birlikdə oxucuya və ya tamaşaçıya məlumat verir, hadisələrin mahiyyəti barədə təsəvvür yaradır.

Və burada məlum olur ki, MİA fotoqraf terminindən sui-istifadə edərək onu jurnalistika kontekstindən çıxarır. Bəli, jurnalistika çərçivəsindən kənarda fəaliyyət göstərən fotoqraf, sadəcə, fotoqrafdır, məsələn, fotoatelyedə və ya bulvarda foto çəkən biri kimi. Yəni, statik foto çəkir, baxmayaraq ki, bu iş də fotoqrafiya obyektinə bədii baxış tələb edir. Jurnalistikadan kənar fotoqrafların xətrinə dəymək istəmirəm. Şəxsən mən onları yaradıcı peşənin daşıyıcıları kimi tanıyıram, amma indi söhbət jurnalistikadan gedir.

Hələ media haqqında qanunun qəbul olunduğu dövrdə biz narahatlığımızı ifadə etdik və xəbərdarlıq etdik ki, qanunun bir çox müddəalarında ziddiyyətlər, məntiq qanununun pozulması var, müxtəlif yozumlar üçün yer qoyur və beləliklə redaksiyaların və jurnalistlərin fəaliyyətinin əngəllənməsi üçün asanlıqla istifadə oluna bilər. Ümumiyyətlə, qanunun fəlsəfəsi bunu ifadə edir. Obrazlı olaraq, gilyotini xatırladır.

Ümumiyyətlə, kimsə izah edə bilərmi:

Frilanser kimi reyestrə daxil olmaq üçün niyə bir və ya beş, on il yox, üçillik iş stajına malik olmaq lazımdır?

Niyə redaksiyanın üç ildən az staja malik ştatlı jurnalisti redaksiyanın tərkibində reyestrdə qeydiyyata alınır? Axı, 74.2.10-cu maddənin məntiqinə görə (jurnalistika sahəsi üzrə 3 (üç) ildən az olmayaraq iş stajı olmalıdır) o, reyestrə daxil edilməməlidir.

Niyə hansısa redaksiyada üç il işləmədiyi üçün fərdi sahibkar statusu ilə jurnalistikayla məşğul olmaq istəyən şəxsin reportyor, fotoreportyor, video-operator vəzifələrini yerinə yetirmək hüququ yoxdur?

Mən bu sualları linotip - çap jurnalistikası əsrində vermirəm, multimedia əsrində verirəm, elə bir zamanda ki, informasiya istehsalı və yayılması sahəsində özünü ifadə etmək istəyən hər bir vətəndaş bunu heç kimdən soruşmadan edir, çünki texniki cəhətdən bunun mənası yoxdur, amma siyasi cəhətdən - bu hüquq ona Konstitusiyanın (dövlətin ali qanunu, bu da aşağıda göstərilən heç bir qanunu, o cümlədən media haqqında qanunu bloklaya bilməz) 51- ci maddəsilə verilib.

Madam, reyestr məsələsinə toxunduq, o zaman KİV və frilanserlərin leqallaşmasını əngəlləyən digər mübahisəli məsələyə keçək. Məsələn, redaksiyanın 20 müəllif materialının məcburi istehsalı, bu informasiyanın bir abzasdan və ya məqalədən ibarət olmasının , saatlarla, yoxsa günlərlə yazılmasının əhəmiyyəti yoxdur. Niyə 20, 10 və ya 50 deyil? Niyə bu meyar üç jurnalisti olan redaksiyaya da, 70 jurnalisti olan redaksiyaya da eyni dərəcədə şamil edilir? Və ya dəyişiklik edib bir adam üçün norma tətbiq etmək olarmı, məsələn, bir və ya iki? O zaman daha ədalətli olacaq – birinci üzrə norma 6 informasiya, ikinci üzrə 140. Təsəvvür edirəm ki, birincilər bu cümləni oxuduqdan sonra sevinəcəklər, ikincilər isə kütləvi infarkt olacaqlar.

Ümumiyyətlə, media haqqında belə bir qanunu və onun əsas gilyotini kimi reyestri düşünən məmurlarımızın bu no-hau-nu başqa sahələrdə də tətbiq etməsi yaxşı olardı.

Polis-bu qədər cinayət işini araşdırsın, bu qədər cinayətkarı zərərsizləşdirsin.

Həkimlər-gün ərzində bu qədər xəstəni müayinə etsinlər, bu qədər əməliyyat aparsınlar.

Kənd təsərrüfatı istehsalçıları-bu qədər kartof əksinlər, bu qədər məhsul yığsınlar.

Deputatlar-gündə bu qədər sayda qanun müzakirə etsinlər və qəbul etsinlər.

Hamını peşə sexləri üzrə reyestrlərə daxil etsinlər və üzərinə öhdəlik qoysunlar.

Lakin ilk növbədə, aşağıdakı öhdəliklərlə - işsizliyə, inflyasiyaya, korrupsiyaya yol verməmək, pensiyaların, maaşların (dövlət qulluqçularına və deputatlara yox) məcburi illik artımı və s. ilə icra hakimiyyəti üçün belə bir reyestr yaratmaq lazımdır.

Reyestrin, bütövlükdə media haqqında qanunun problemləri haqda çox danışmaq olar. Artıq danışmışıq. Bizi eşitmədilər. Əziz Kərimova qayıdaq. Bu məqaləyə dair fotoda oxucu Əzizin onu yalnız statusuna görə deyil, fotojurnalistika sahəsindəki xidmətlərinə görə fotoreportyor kimi tanıyan müxtəlif yerli və beynəlxalq tədbirlərdən akkreditasiya beciklərini görə bilər.

Mən bu yazını yazdığım zaman Əziz Türkiyədə zəlzələ zonasında hadisə yerindən fotolarını çəkib yayır. MİA-nın onu fotojurnalist kimi rəsmən tanımaması vəziyyəti dəyişmir. Gözünüzü açın, cənablar!
Mehman Əliyev, IA Turan-ın direktoru
 
Ardını oxu...
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə vəkillərin vəsatəti ilə bağlı əlavə şahidlərin dindirilməsi mərhələsi həyata keçirilib.

Bunlar işlə bağlı rəy vermis ekspertlərdir. Çünki məhkəmə araşdırmaları zamanı ekspert rəylərilə bağlı xeyli ziddiyyətlər ortaya çıxıb. Prokuror ziddiyyətlərin olduğunu qəbul edib, ekspertlərin çağrılıb dindirilməsinə etiraz etməyib.

Bu gün keçirilən prosesdə 3 il öncə yanmış meyiti müayinə etmiş tibbi ekspertlərdən biri Nazim Rəhimov ifadə verib.

Hazırda Ağstafa rayonunda işlədiyini deyən Nazim Rəhimov vəkillərin suallarının bir çoxuna konkret cavab verə bilməyib. O, hətta imzaladığı rəyi xatırlamadığını bildirib.

Hakim şərait yaradıb ki, ekspert imzaladığı rəylə tanış olsun, bir çox məsələləri yadına salsın, nəyə imza atdığını atırlasın.

Azyaşlı Nərminlə bağlı şübhə yaradan məsələlərdən biri meyitin qan qrupu ilə onun şəxsiyyət vəsiqəsindəki qan qrupunun fərqli olmasıdır.

Bundan başqa, müdafiə tərəfi cinayət işinin materiallarında olan fotolara əsaslanaraq bildirir ki, meyitin boyu 10 yaşlı uşağın boyundan xeyli uzundur. Ekspert rəyində də meyitin boyunun ölçüsü göstərilməyib.

Vəkillərin sözlərinə görə, istənilən meyitin müayinəsində boyun ölçüsünün göstərilməsi vacibdir. Müdafiəçilər məhkəmədə dindirilən ekspert Nazim Rəhimovdan meyitin boy ölçüsünün rəydə niyə göstərilmədiyini soruşub. Ekspert isə “ölçməmişik” deyə cavab verib.

Vəkillər ekspertdən kürək nahiyəsi torpağın üstündə olduğu halda, sinə ilə eyni dərəcədə yanması, yaxud da geyimlər yanmadığı halda, bədənin kömürləşmə həddində yanmasının səbəbləri haqda soruşublar.

Lakin ekspert bu sualların da bir çoxuna “bilmirəm”, “bu sualı qrupun rəhbəri Seyfulla müəllim cavablandıra bilər” kimi cavablar verib.

Ekspertin sözlərinə görə, meyit müayinəyə təqdim olunanda onlara məlumat verilmişdi ki, Tovuzda itkin düşmüş Nərmin Quliyevadır. Vəkillər ekspertdən soruşub ki, müayinədə azyaşlının yaxınlarından kimsə iştirak edirdimi?

Hakim müdaxilə edərək, bu sualı çıxarıb, nədənsə ekspertin bunu cavablandırmasına imkan verməyib.

Növbəti məhkəmə iclaslarına isə digər ekspertlər çağrılacaq. Ekspertiza ilə bağlı açıq qalan suallardan biri meyitin üstündən çıxmayan paltarların sonradan ekspertin əlinə necə gedib çıxmasıyla bağlıdır.

Məsələn, ekspert uşaq cins şalvarının üstündən İlkin Süleymanovun gödəkçəsinə aid lif tapılması haqda rəy verib. O cins şalvarın ekspertə necə gedib çıxması məlum deyil. Çünki meyitin üzərindən çıxan paltarların siyahısında cins şalvar yoxdur.

Telefonla bağlı ekspert rəyində də ziddiyyətlər ortaya çıxıb. Məsələn, rəyə əsasən, İlkin Süleymanovun telefonda parno fotolara baxdığı iddia olunan vaxtda o, müstəntiqin yanında şahid qismində dindirmədə olub.

Növbəti proses fevralın 15-də davam edəcək.

İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
 

Dünyapress TV

Xəbər lenti