Ardını oxu...
Biri bu Azercell - in soyğunçuluğunu durdursun. Rominqdə bilmədən internetim açılıb, kredit-limitim 60 manat olduğu halda, 1saat olmadan, nömrəmə 697.38 AZN borc yazıb. Bu hansı məntiqdir ki, nömrənin kredit-limiti 60 manatdırsa, necə olur, 697.38 AZN borc yazırsınız? Qayıdım, məhkəməyə müraciət edəcəyəm!
Teref.az yazır ki, bunu Azercell-in ındrabadi işlərindənb şikayətlənən jurnalist, Reaksiya TV-nin baş redaktoru Zaur Qəriboğlu öz feysbuk səhifəsində yazıb. Daha sonra yazdıqlarını şərh edən baş redaktor yazır.
Olmaz belə, bu qədər də olmaz! Əvvəllərdə bu halla qarşılaşmışdım, az məbləğ olduğu üçün ödəmişdim ki, vaxt itirməyim. Amma bunu keçməyəcəm!
Zaur Qəriboğlu
Teref.az
Ardını oxu...
 
Ardını oxu...
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür.

Tribunainfo.az xəbər verir ki, dövlət başçısının 61 yaşı tamam olur.

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxuyub. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olub. MDBƏİ-ni bitirdikdən sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi alıb. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.

Ardını oxu...

1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. “Heydər Əliyevin neft strategiyası”nın həyata keçirilməsində fəal iştirak edib. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur. İki dəfə, 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib. 1999-cu ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. Həmin tarixdən indiyədək YAP-ın sədridir.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.

2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilib. Baş nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verib. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib. O, 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.
2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilib.

2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73% səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 2008-ci il oktyabrın 24-də vəzifəsinin icrasına başlayıb.

Ardını oxu...

2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54% səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 2013-cü il oktyabrın 19-da vəzifəsinin icrasına başlayıb.
2018-ci ilin aprelin 11-də Azərbaycanda növbəti prezident seçkisi keçirilib. Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyev 86.03 faiz səslə yenidən Azərbaycan Respublikasının prezidenti seçilib. Aprelin 18-də and içən prezident İlham Əliyev səlahiyyətlərinin icrasına başlayıb.

Ardını oxu...

Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf edib, ölkədə yoxsulluq və işsizlik kəskin şəkildə aşağı düşüb, yüzlərlə yeni iş yerləri açılıb. Bu illər ərzində bir sıra böyük layihələrə imza atan Azərbaycan regionun lider dövlətinə çevrilib.

Ölkə başçısı Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində torpaqlarımızı erməni işğalçılarından azad edib. Ali Baş Komandanın xalqımıza bəxş etdiyi tarixi qələbə nəticəsində 30 ildən sonra işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır.
Ardını oxu...
 
Ardını oxu...
Azəbaycanda dövlət qurumları tərəfindən satınalmaların təşkili zamanı məmurların yaxın adamlarının adına, qeyri-müəyyən şəxslərin adına yaradılmış MMC-lər vasitəsi ilə tender prosedurlarının saxtalaşdırılması halları barədə kifayət qədər yazılıb. Dövrü mətbuatda, sosial şəbəkə və elektron media resusrslarında demək olar ki, hər gün yeni məlumatların yayılmasına baxmayaraq bu proses hələ də davam etdirilir. Yəni, birdəfəlik şirkətlər gündəmdən son vaxtlar düşmür. Bir nəfərə məxsus, eyni ünvanda yaradılan onlarla MMC-nin qısa müddətdə, bir çox satınalmaların qalib olmalarının çox şahidi olmuşuq. Son vaxtlar isə qanuni təmsilçiləri xanım olan MMC-lərin sayı çoxalıb.

Apardığımız araşdırmalar zamanı məlum olur ki, bu qadınların çoxunun yaşı 70 keçib. Yəni, soruşularsa tenderin nə demək olduğunu heç bilməz. Bəziləri barədə məlumatlar ümumiyyətlə yoxdu. Çünki yüksək vəzifəlilərin qohumu olduğundan gizlin saxlayırlar. Bəzilərinin üsə müəyyən dövlət orqanlarında çalışdığı məlum olur. Ayrı-ayrı sahələr üzrə bir çox dövlət sifarişləri alan bu xanımlara şəraiti kimlər yaradır bəlli deyil. Amma eləsi də var üzə çıxır. Bir çox hallarda məhkəmələrdə adlar çəkilir, bəzi hallarda da özləri parıldayır, yəni gözə girir.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi 22.12.2022-ci il tarixdə “Damazlıq heyvandarlıq təsərrüfatının elektron reyestrinin yaradılması və buna dair müraciətlərin elektronlaşdırılması” xidmətlərinin satınalınması üzrə keçirdiyi açıq tenderin nəticələrini açıqlayıb. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda nazirliyin “DIGITAL UMBRELLA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 163000 manat məbləğində satınalma müqaviləsi bağladığı göstərilir.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “DIGITAL UMBRELLA” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 15.11.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, MƏTBUAT PR. , ev 35C, m. 126qanuni təmsilçisinin isə Xəlilova Ulduzə Tofiq qızı olduğu göstərilir.

Bəs Xəlilova Ulduzə Tofiq qızı kimdir?

Məlum olduğu kimi İnam Kərimov 2012-ci ilin sentyabrından 2018-ci ilin aprel ayına qədər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsində çalışıb. Həmin dövrlərdə Xəlilova Ulduzə Tofiq qızı da “ASAN xidmət” işçilərindən olub. Hansı vəzifəni daşıdığı məlum olmasa da Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə “ASAN xidmət” işçilərinin peşə bayramı günü münasibətilə və dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə Xəlilova Ulduzə Tofiq qızı ” Tərəqqi” medalı ilə təltif olunub.

Yuxarıda qeyd etdiyimiz kimi İnam Kərimov 2018-ci ilin aprel ayının 21-dən Kənd Təsərrüfatı naziri təyin edilib. Xəlilova Ulduzə Tofiq qızının hazırda harada çalışması barədə açıq mənbələrdə heç bir məlumat yoxdu. Lakin görsənən odur ki, Ulduzə Xəlilovanın qanuni təmsilçisi olduğu MMC-nin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən keçirilən tenderin qalibi olması heç də təsadüf deyil. Ya onları bir biri ilə hansısa qohumluq telləri bağlayır. Ya da İnam Kərimov bir nazir kimi keçmiş işçisinə şəxsi biznesini qurmaq üçün dövlət vəsaitləri hesabına şərait yaradır.

Göründüyü kimi Ulduzə Xəlilovanın qanuni təmsilçisi olduğu “DIGITAL UMBRELLA” Məhdud Məsuliyyətli Cəmiyyəti cəmi bir ildir yaradılıb. Maddi texniki bazası, işçi qüvvəsi, ixtisas göstəriciləri barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Amma buna baxmayaraq İnam Kərimovun rəhbəri olduğu nazirliyik son bir ildə sözügedən MMC ilə 223 000 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Əvvəlki müqavilə isə nazirliyin Aqrar Xidmətlər Agentliyi tərəfindən keçirilmiş operativ məlumatların idarəedilməsi sistemi üzrə proqram təminatının satın alınması üzrə olub və 07.07.2022-ci il tarixdə 60 000 manat dəyərində qiymətləndirilib.

Dövlət satınalmalarının vahid internet portalında gözə dəyən bu məlumatlardan da görsəndiyi kimi Kənd Təsərrüfatı naziri İnam Kərimovla “DIGITAL UMBRELLA” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Ulduzə Xəlilova bir birilərini yaxından tanıyırlar. İstəsələr də bunu inkar edə bilməzlər. Çünki, neçə il bir yerdə çalışıblar. “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanunu isə tanış, yaxın adamların satınalma prosedurlarında iştirakını qadağan edir. Belə olan halda Ulduzə Xəlilovanın ulduzu niyə göylərdə yox, Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi tenderdə parladı? Maraqlı olan da budur.(aktualinfo.org)
 
Ardını oxu...
“Hakimlərin çıxartdığı bütün hökm, qərar, qətnamə və qərardadlar Azərbaycan Respublikasının adından qəbul edilir. Bu böyük məsuliyyətdir. Məhkəmələrin işinə ən yaxşı qiyməti elə Məhkəmə Hüquq Şurası verir. Bu ilin dekabr ayının 15-də Şuranın növbəti iclası olub. Şuranın iclasında qanunvericiliyin tələblərinin pozulmasına, vətəndaşların haqlı narazılığını doğuran nöqsanlara görə Apellyasiya Məhkəməsinin 3, birinci instansiya məhkəmələrinin isə 6 hakimi intizam məsuliyyətinə cəlb olunub, 2 hakim barədə intizam icraatı başlanılıb. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Süleyman Əhməd oğlu Ağayevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Hakimlərin təyinatında təqdimatlar cənab Prezidentə doğru-düzgün verilməlidir. Son 10 ildə 10-larla hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib”.

“AzPolitika.info” xəbər verir ki, bu fikirləri deputat Etibar Əliyev parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı dilə gətirib.

E.Əliyev qeyd edib ki, “Məhkəmələr və hakimlər haqqında qanuna” dəyişiklilər birinci oxunuşda müzakirəyə çıxarılır. “Hazırda qüvvədə olan müddəanın məzmunu ondan ibarətdir ki, yuxarı instansiya məhkəmələrin hakimi vəzifələrinə bir qayda olaraq ən azı 5 il birinci instansiya məhkəmələrinin hakimi işləmiş şəxslər təyin oluna bilərlər. İndi qanunda dəyişikliyin əsas yönümü yuxarı instansiya məhkəmələrin hakimi vəzifələrinə təyinatla bağlı məhkəmə hakimlərinə qoyulmuş 5 illik tələbin 3 ilə endirilməsidir. Hesab edilir ki, hakim 3 ilin sonunda özünü doğruldursa artıq onun irəliləməsi üçün hər hansı maneə qoyulmasına zərurət yoxdur”.

Deputat çıxışının davamında deyib: “Ali Məhkəməyə təyinat alan iki hakim barədə danışmaq istəyirəm. Həqiqəti gizətmək mümkün deyil. Məhkəmə hüquq Şurasının 16 noyabr 2017-ci ildə keçirilən iclasının qərarı: İclasda hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq, korrupsiyaya şərait yaradan hallara, habelə icra intizamının və qanunvericiliyin tələblərinin dəfələrlə kobudcasına pozulmasına yol verdiyinə görə, Sumqayıt Apellyasiya məhkəməsinin hakimləri Vidadi Cəfərov və Hüseyn Nəbiyevə töhmət elan edilmişdir.

Qərarda deyilir: “Hakim Vidadi Cəfərovun sədrliyi (məruzəsi) ilə baxılmış 15 cinayət işi üzrə, qanunla müəyyən edilmiş müddətdə tərtib olunmamış və imzalanmamış protokolların ümumi sayı 63 olmuşdur. Bu kimi hallar nəticəsində, məhkəmə iclasının protokolları ilə tanış olmaq hüququ olan şəxslərə protokolla tanış olmaq imkanı yaradılmamış və həmin şəxslərin protokola dair yazılı qeydlər vermək imkanları məhdudlaşmışdır. Bu insan hüququ və vətəndaşın müdafiə hüququnun ciddi pozuntusdur. Konvensiyanın 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) pozulmasıdır”. Töhmətdən 1 il sonra Vidadi Cəfərov Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin olunub. Bu gün isə onun Ali Məhkəməyə hakim təyin olunmasına səs verəcəyik. 26 oktyabr 2021-ci ildə keçirilən Məhkəmə Hüquq Şurasının İclası: Məhkəmə–Hüquq Şurasının hakim üzvləri QƏRARA ALDI: “Bakı Apellyasiya Məhkəməsinin hakimləri Rəşad Abdulov və Qədim Babayev intizam məsuliyyətinə cəlb edilməklə onlara töhmət elan edilsin”. Qüvvədə olan qanuna görə bu hakimlərin hər ikisi son 5 ildə özlərini doğrultmayıblar. Hakim töhmət alıbsa onun 5 illik fəaliyyəti necə müsbət qiymətləndirilə bilir? Hakim haqqında mənfi rəy varsa, onu yuxarı məhkəmə instansiyasına təyin etmək doğru deyil”.

E.Əliyev deyib ki, bütün sahələrdə – səhiyyədə, təhsildə, gömrükdə olduğu kimi hakimlərin də təhsil aldıqları ali məktəbin nüfuzu və diplomların həqiqliyi yoxlanılmalıdır. “Ali Məhkəmənin bir hakimi var, Abiddin Hüseynov. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib, sonra könlündən hüquqşünaslıq keçib. Bioqrafiyasında yazılır ki, 1999-cu ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu, 2003-cü ildə isə Rusiya Hüquq Akademiyasını bitirib. Oxuduğu müddətdə, 2000-2003-cü illərdə Konstitusiya Məhkəməsinin Beynəlxalq hüquq şöbəsində aparıcı mütəxəssis vəzifəsində çalışıb. Belə çıxır ki, oxuduğu dövrdə əmək fəaliyyəti olub, yəni qiyabi təhsil alıb? Qiyabi təhsil 5 illikdir. Bu isə 4 il təhsil alıb. Bu müddət də şübhələr doğurur. Abiddin Hüseynovun diplomunun həqiqiliyi çox ciddi şübhələr yaradır və hesab edirəm ki, bu istiqamətdə xüsusi araşdırmaya ehtiyac vardır. Belə hakimlərin, təhsili hansı dildə alıbsa, dil bilyi də yoxlanılmalıdır. Araşdırsanız, bu hakim barədə Məhkəmə Hüquq Şurasına nə qədər şikayət göndərilməsinin sayını bilərsiniz. Təkcə birini deyəcəm. Onun avtoqəzada adam ölümü ilə bağlı çıxardığı 25.12.2018-ci il tarixli qərarından zərərçəkmişlər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 29.01.2019-cu il tarixdə kassasiya şikayəti veriliblər. Azərbaycan Respublikası Ali Məhkəməsinin (məruzəçi hakim Xələfov İlqar Rəhim oğlu) 15.05.2019-cu il tarixli, 2(102)-3549/2019 saylı qərarı ilə Bakı Apellasiya Məhkəməsinin 25.12.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, işə yenidən baxılması üçün Bakı Apellasiya Məhkəməsinə geri qaytarılmışdır. Bu, adam ölümü ilə bağlı olduğundan dilə gətirdim. Sübutu qəsdən aradan qaldırmağa yönəlik qərar verib.

Bu gün məhkəmələrin əsas problemi birinci instansiya məhkəməsi hakimlərinə 20 il məhkəmə sədri işləmək ixtiyarının verilməsidir. 20 ilə öz imperiyalarını qururlar. Belə olan halda gənclərin perspektivindən necə danışmaq olar? Hakimlərin uzun müddət bir yerdə qalmaları korrupsiya əlaqələri yaradır və sabitləşir. Prokurorluq, təhsil, səhiyyə müəssisələrinin rəhbərləri və sahibkarlarla əlaqələr genişlənir. Düşünürəm ki, məhkəmə sədrləri bir rayonda 5 ildən artıq işləməməlidirlər”.
 
Ardını oxu...
Vasif “xan”ın oğlu Seymur Talıbovun Naxçıvanlı iş adamlarının əmlaklarını zorla ələ keçirdiyinə dair yeni dəlillər ortaya çıxır.
Redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən sahibkar Xəyal Hüseynov Əlixan oğlunun iddiasına görə, 2013-cü ildə böyük əziyyət hesabına Naxçıvanın Əliabad kəndi yaxınlığında bir avtoservis ərsəyə gətirib. 4 il ərzində intensiv və keyfiyyətli çalışmalar nəticəsində avtoservis Naxçıvanda əməlli-başlı ün qazanıb. Hər kəs öz avtomobilini bu servisdə təmir etdirməyə çalışıb. Amma Xəyal Hüseynovun bu uğuru uzun sürməyib. 2017-ci ildə Seymur Talıbovun “şilləvuranı” və sürücüsü Həsən Əhmədov onun servisinə gəlib və “xanzadə”nin fərmayişini ona çatdırıb: “Servis Seymur müəllimin ixtiyarına verilməlidir”.
Təbii ki, fərmayiş yuxarı yerdən gəldiyindən Xəyal Hüseynovun buna qismi etirazlarının heç bir nəticəsi olmayıb. Tərəflər Naxçıvan şəhərindəki 1 saylı notariusa yollanıb və daşınmaz əmlakın bağışlanmasına dair müqavilə imzalayıblar. Avtoservis hədiyyə adı ilə “Nəqşi-cahan MED”in balansına keçirilib. “Hədiyyəni” qəbul edən tərəf isə şirkətin o zamankı müdiri Cəlal Kərimov olub.
Teref.az yazır ki, bunu jurnalist Heydər Oğuz deyir.Daha sonra jurnalist qeyd etdiyi faktlarla bağlı şərh verərək deyir:
Maraqlıdır, “Nəqşicahan” Holdinqin əczaçılıq üzrə ixtisaslaşmış şirkəti kimi fəaliyyət göstərən “Nəqşi-cahan MED” hansı məntiqlə avtoservisə yiyələnmək ehtiyacı hiss edib? Görünür, 11 illik orta məktəbi 8 ildə bitirdiyindən savadı qıjqıran Seymur əfəndi maşınların təmirini də tibb sahəsi hesab edirmiş. Yəqin onun fikrincə, təmir də elə bir növ avtomobillər müalicəsi kimi bir şeydir.
Qeyd edək ki, Naxçıvan sakinlərinin əmlaklarının zorla qəsb edilməsi Seymur Talıbovun “şilləvuranı” adı ilə ün qazanmış Həsən Əhmədovun ilk əl işi də deyil. Bundan əvvəl iş adamı Razi Orucovun əmlakları zorla ələ keçirilmişdi. Razi Orucov əmlaklarının qaytarılması tələbi ilə müvafiq orqanlara müraciət etsə də, Həsən Əhmədova verdiklərinin hamısını geri ala bilmir.
Teref.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Dekabrın 22-də mədəniyyət naziri Anar Kərimov tutduğu vəzifədən azad olunub. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Xatırladaq ki, Anar Kərimov Azərbaycan Prezidentinin 5 yanvar 2021-ci il tarixli sərəncamı ilə mədəniyyət naziri vəzifəsinə təyin edilmişdi.
Adil Qabil oğlu Kərimli Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə o, mədəniyyət nazirinin birinci müavini təyin edilib. Bununla yanaşı, mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası mədəniyyət nazirinin birinci müavini Adil Kərimliyə həvalə edilib.

Adil Kərimli Bakı Dövlət Universitetində Hüquq fakültəsinin həm bakalavr, həm də magistr pillələrini bitirib. Daha sonra Bakı Dövlət Universitetində cinayət hüququ ixtisaslaşması üzrə doktorantura təhsili alaraq, hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. Daha sonra 4 il “Pro Bono” Vəkil Bürosunda vəkil işləyib. A.Kərimli 2010-cu ildə Azərbaycanın “Eurovision” yarışmasındakı nümayəndə heyətinin rəhbəri olub. Prezident İlham Əliyevin 8 oktyabr 2012-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsinə təyin edilib.

Anar Kərimov 2020-ci ilin iyulunda mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti verilmiş, digər sərəncamla Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılmışdı.

Bir ay əvvəl-noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirməsi bu nazirlikdə baş verənləri, daha doğrusu, ciddi korrupsiya hallarına yol verilməsi, eləcə də nazir Anar Kərimovun postuna adekvat olmayan fəaliyyətini gündəmə gətirmişdi. Yada salaq ki, əməliyyat zamanı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, nazirliyin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov, Protokol Şöbəsinin rəisi Kamil Rzayev və digər vəzifəli şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər. Əməliyyat nəticəsində Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Azər Rəcəbov, həmin idarənin İnsan resursları şöbəsinin rəisi Ələkbər Əliyev və məsləhətçisi Seymur Səfərov barələrində olan korrupsiya əməllərinə görə həbs ediliblər.

Azər Rəcəbov Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə həbs olunmazdan cəmi 6 ay öncə təyinat almışdı. Onu da bu vəzifəyə mədəniyyət naziri Anar Kərimov təyin etmişdi.

DTX-nın keçirdiyi əməliyyatın bütün detalları açıqlanmasa da, nazirliyin yüksək vəzifəli əməkdaşlarının korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına görə saxlanıldığı bildirilirdi.

Mətbuatda yer alan məlumata görə, Hesablama Palatası Mədəniyyət Nazirliyində yoxlama aparıb, Anar Kərimovun vəzifədə olduğu dövr təftiş edilib. Yoxlamaların nəticələrinə gəlincə, nazirlikdə külli miqdarda yeyinti faktının üzə çıxdığı iddia olunurdu.

Qəribə görünsə də, DTX 2020-ci ilin mayında Mədəniyyət Nazirliyində əməliyyat keçirmiş və həmin vaxt nazir müavini Rafiq Bayramov saxlanılmışdı. Korrupsiya olayında adı hallanan Əbülfəs Qarayev 2020-ci il mayın 21-də vəzifəsindən azad edilmiş, bir müddət sonra onun yerinə Anar Kərimov gətirilmişdi. İlk baxışda yeni nazirdən gözləntilər müsbət olsa da, cəmi bir ildən sonra belə neqativ halların üzə çıxması onun karyerasına da nöqtə qoydu.

Anar Kərimov dövlət vəsaitlərini belə mənimsəyir: Şəhərin mərkəzində xanımına 3 milyonluq ofis alıb (FAKTLAR) - Busaat.az

Məlumata görə, dövlət büdcəsindən ayrılan milyonlarla vəsait Anar Kərimovun yaxın çevrəsinin adına təsis etdiyi və həyat yoldaşı Mehriban Kərimova tərəfindən idarə olunan “Cultural Network House” və digər şirkətlər üzərindən mənimsənilib. Media hələ bir müddət əvvəl yazmışdı ki, Anar Kərimov həyat yoldaşı Mehriban Kərimova üçün paytaxtın mərkəzi küçələrindən birində son bir ildə əldə etdiyi, ümumi sahəsi 400 kvadrat, dəyəri təqribən 3 milyondan çox olan ofis alıb.

Mədəniyyət Nazirliyinə dövlət büdcəsindən ayrılan milyonlara rəğmən, bölgələrin əksəriyyətində mədəniyyət evləri bərbad, baxımsız vəziyyətdədir.
“Yeni Müsavat”
 
Ardını oxu...
Sumqayıt Şəhər İcra Hakimiyyəti “Grant Dual” MMC ilə satınalma müqaviləsi imzalayıb.

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 19 380 AZN olan müqavilədə bayram tədbirlərinin təşkilinin satın alınması nəzərdə tutulur.

Tenderin şərtlərindən məlum olur ki, İcra Hakimiyyəti şirkətdən 200 ədəd kiçik, 200 ədəd böyük ölçülü bayraqlar, 450 kvadratmetrlik plakat və transporantlar, 100 ədəd isə afişa alacaq.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Grant Dual” MMC 1 sentyabr 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Bakı-2 küçəsi, ev 26, mənzil 33-də yerləşir. MMC-nin qanuni təsisçisi Məmmədova Lalə Vahid qızıdır.

Açıq mənbələrdə “Grant Dual” MMC və Lalə Məmmədov barəsində hər hansı məlumat yoxdur. Şirkətin nə veb-səhifəsi, nə də telefon nömrələri var. Görünür, bu, “Grant Dual” MMC-nin yeni yaranması ilə bağlıdır.

Bəs 3 ayın şirkəti satınalma müsabiqəsində necə iştirak edib? “Dövlət satınalmaları haqqında” Qanunun 6.2.1-ci maddəsində deyilir ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığın olması gərəkdir. 3 aydır yaranan, adicə veb-səhifəsi belə, olmayan şirkətin bu kriteriyalara cavab verdiyi inandırıcı görünmür.

Maraqlıdır ki, “Grant Dual” MMC yeni yaranmasına baxmayaraq, artıq beş satınalma müsabiqəsinin qalibi olub. Bunlardan ikisi Sumqayıt Şəhər İcra Hakimiyyətinin, digər üçü isə Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin keçirdiyi müsabiqədir. Müqavilələrin hamısı dekabr ayında imzalanıb.

Müqavilələrdən o da aydın olur ki, “Grant Dual” MMC təkcə bayraq satmır. Şirkət eyni zamanda stol, stul, soyuducu, su qızdırıcısı, kompüter və s. bu kimi avadanlıqların satışı ilə məşğuldur. “Grant Dual” MMC eyni zamanda istehlakyönlü xidmətlər də göstərir. Bu xidmətlərə sənədlərin cildlənməsi, katriclərin və odsöndürən balonların doldurulması ilə məşğuldur.

Yeni yaranan şirkətin bir ayın içində Sumqayıtda beş satınalma müsabiqəsinin qalibi olması bir qədər şübhəli görünür.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə mədəniyyət naziri Anar Kərimov vəzifəsindən azad edilib.

Teref.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu vəzifəyə təyin olunmasından heç iki il keçməmiş Anar Kərimovun işdən çıxarılması bir çox suallar yaradıb. Belə ki, adətən Azərbaycanda yüksək posta gətirilən məmurlara həmin sahədə özünü təsdiq etmək, lazımi işlər görmək üçün müəyyən zaman tanınır. A.Kərimovda isə belə olmadı və bu, açıq suallar yaratdı.

Məlum olduğu kimi, hələ bu qurumda Əbülfəs Qarayevin vəzifəsindən azad olunması ilə nəticələnən Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyatlar A.Kərimovun vaxtında da davam etdi. Bu əməliyyatlar nəticədə onun birinci müavini Elnur Əliyevin bir neçə ay əvvəl işdən çıxarılması və digərlərinin həbsi ilə nazirlikdə baş verən oğurluq, yeyinti faktlarını obrazlı ifadə etsək, mədəniyyətsizliyi ortaya qoydu.

Bütün baş verənlər, həm də A.Kərimova bir siqnal idi. Lakin görünür, o, nə sələflərindən, nə də müasirlərindən dərs götürdü.

Bu arada, nazirin öz həddini aşması ilə bağlı daha bir fakt ortaya çıxıb.

“Qafqazinfo”ya daxil olan fotodan çox şey aydın olur. Belə ki, bu yaxınlarda Heydər Əliyev Sarayında keçirilən tədbirlərdən birinə qatılan A.Kərimov, həmkarı, kənd təsərrüfatı naziri İnam Kərimov və onların xanımları sarayda adətən dövlət başçısının oturması üçün nəzərdə tutulan və protokol hesab edilən sıraya əyləşiblər.

Deyilənə görə, nazirə həmin yerin Prezident sırası olduğu haqda xəbərdarlıq edilsə də, o, məhəl qoymayaraq kresloların üstündəki örtüyü açdırıb və israrla orada oturub.

Vurğulayaq ki, A.Kərimovun yerini bilməməyi təkcə özünə aid olmayan yerdə oturması ilə bağlı deyil. O, qısa zaman kəsiyində nazir işləməsinə baxmayaraq, hərəkətləri ilə sənət adamlarının narazılığına səbəb olmuşdu. Belə ki, onun, hətta əsas yoxlanmalı yerləri qoyub Azərbaycan Dövlət Kukla Teatrı kimi bir mədəniyyət ocağında yeyinti axtarması gülüşlə qarşılanmışdı.

Sadaladıqlarımız məhz A.Kərimovun nazir ömrünün belə qısa bitməsi ilə nəticələndi. Zənnimizcə, bu tale bir daha yüksək etimad göstərilən məmurlar üçün örnək olmalıdır.
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti