Ardını oxu...
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Sabko” MMC (VÖEN- 1402899701) olub.

Yeniavaz.com xəbər verir ki, “Sabko” MMC Elm və Təhsil Nazirliyinin sifarişi ilə Mingəçevir şəhəri və Yevlax rayonunun ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin 2024-cü il ərzində yeməklə təchizatını həyata keçirəcək.

Nazirlik yeməklər üçün “Sabko” MMC-yə 5 milyon 984 min 196 manat 12 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, “Sabko” MMC 1 sentyabr 2014-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili, ev 30, m. 5-də yerləşir. MMC-nin qanuni təmsilçisi Sadıqov Amil Telman oğludur.

Qeyd edək ki, “Sabko” MMC ötən il – 2023-cü ildə də Elm və Təhsil Nazirliyinin keçirdiyi analoji tender müsabiqəsinin qalibi olub. Bu şirkət 2023-cü ildə Mingəçevir şəhəri ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrini yeməklə təchiz edib və qarşılığında 4 milyon 702 min 748 manat 12 qəpik alıb.

Son 2 il ərzində Elm və Təhsil Nazirliyinin 10,7 milyon manatlıq tender müsabiqəsində qalib olan “Sabko” MMC-də 2021-ci ilin fevral ayında Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yoxlama keçirib.

AQTA-nın açıqladığı məlumatda göstərilir ki, Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 8 ünvanında yerləşən “Sabko” MMC-yə məxsus anbarda yoxlama keçirilib. Keçirilən yoxlama zamanı məhsulların saxlanma qaydaları və temperatur rejiminin kobud şəkildə pozulduğu məlum olub. Belə ki, müəssisənin dondurucu və soyuducu kamerasında, rəflərdə məhsulların açıq vəziyyətdə, mal qonşuluğu qaydalarına, saxlanma temperaturuna riayət olunmadan, qida və qeyri-qida məhsularının eyni sahədə yanaşı saxlanıldığı müəyyən olunub, həmçinin istifadə müddəti bitmiş məhsullar aşkarlanıb. Eyni zamanda içkilərin saxlanma sahəsində divarın tamlığının pozulduğu, müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, çalışan işçilərin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən olunub.
 
        
Ardını oxu...
“Azercell” yeni ilə təzə tariflərlə başlayıb. Şirkət yanvar ayından etibarən internet paketlərinin qiymətlərini artıracağını açıqlayıb. Sözügedən artım yanvarın 8-də nəzərdə tutulsa da, bu müddət uzadılıb. Belə ki, “Buraxılmış zəng” xidməti, “Azercellim” tarif paketi və “İnternet” paketləri ilə bağlı qiymət dəyişikliyi fevralın 19-dan tətbiq ediləcək.

“Azercell”in son yeniliyinə əsasən isə, hazırda mövcud olan bəzi internet paketləri ləğv edilir və daha baha qiymətə yeni paketlər təqdim edilir. Belə ki, 500 MB internet paketinin tarifi 3 manatdan 4 manata, 30 GB internet paketi isə 25 manatdan 29 manata qaldırılıb. 1 GB internet paketi ləğv edilib, yeni 1,5 GB internet paketi yaradılıb və qiyməti 6 manat müəyyənləşib.

10 manata olan 5 GB internet paketi ləğv edilib, əvəzində 12 manatlıq 6 GB internet paketi yaradılıb.

15 manata olan 10 GB internet paketi ləğv edilib, əvəzində 19 manatlıq 12 GB internet paketi yaradılıb.

30 manata olan 50 GB internet paketi ləğv edilib, əvəzində 39 manatlıq 55 GB internet paketi yaradılıb.

Bundan əlavə, günlük paketlərin siyahısında da dəyişiklik edilib. Belə ki, günlük 50 qəpiyə olan 100 MB internet paketinin həcmi 250 MB-yə, qiyməti isə 80 qəpiyə qaldırılıb. Günlük 1,2 manat olan 500 MB internet paketinin həcmi 1000 MB-yə, qiyməti isə 1,5 manata qaldırılıb.

500 MB aylıq internet paketinə yeni qoşulmalar fevralın 19-dək dayandırılacaq. Həmin tarixədək paketi aktivləşdirən abunəçilər abunəlik ləğv edilənədək müvafiq internet paketindən istifadəyə davam edəcəklər. Göstərilən tarixədək aktiv olan aylıq və günlük internet paketləri üzrə müvafiq istifadə müddəti bitdikdən sonra yeni dəyişikliklər tətbiq ediləcək.

Ölkənin ən böyük mobil operatorunun son vaxtlar verdiyi qərarlar istifadəçiləri arasında ciddi narazılığa səbəb olub. Abunəçiləri “Azercell”in onların cibinə girdiyini artıq açıq şəkildə dilə gətirirlər. İstifadəçilərin şikayəti bununla da bitmir. Onlar bildirirlər ki, qiymətlər yüksəlsə də, xidmət səviyyəsi qat-qat aşağıdır.

Statistikaya baxanda görmək olur ki, mobil operatorun təqdim etdiyi orta keyfiyyətli xidmətlər orta hesabla dünya qiymətlərindən bir neçə dəfə bahadır. Qonşu ölkələrdə isə mobil tariflər gündən-günə ucuzlaşır. Təbii ki, istifadəçilərin qiymət fərqi ilə barışması mümkünsüz görünür.

Çünki bu, istifadəçilərin “Azercell”ə qəzəbinin artmasına səbəb olur. “Azercell”in son tarifləri abunəçilərini kobud şəkildə desək, “Kasıbsansa, abunəçim olma!” fikrinə gətirib çıxarır.

Şirkət isə bahalı trafiki, bahalı datanı satmaqla işinin bitdiyini hesab edir. Halbuki, əhalinin mütləq əksəriyyəti internetdən istifadə etdiyi üçün qiymətlərə yenidən baxılmalı və ya qiymətlər əlçatan səviyyəyə endirilməlidir.

“Azercell” verdiyi qərarlarla gəlirlərini artırmağı düşünsə də, görünür, itirəcəyi abunəçi sayını nəzərə almayıb. Bəlkə də, “Azercell” istifadəçiləri üzərində “qələbə” qazanacaq. Amma ümid edək ki, ölkənin ən böyük mobil operatorlarından biri olan “Azercell”in qələbəsi “Pirrin qələbəsi”nə dönməyəcək.

Sonda isə nə deyək? “Qazanc”ın bol olsun, “Azercell”! (Sfera.az)
 
Ardını oxu...
Deputat Zahid Oruc nazir Sahil Babayevdən qazinin ərizəsinə baxmağı xahiş edib
Milli Məclisin insan hüquqları komitəsinin sədri , Prezidentliyə namizəd Zahid Oruc 1-ci dərəcəli Qarabağ qazisinin dələduzluqla kəsilən pensiyasının bərpası ilə bağlı ƏƏSMN naziri Sahil Babayevə müraciət edib. Millət vəkili 23.11.2023-cü il tarixli qəbulunda qazinin təqdim etdiyi 4 vərəqdən ibarət sənədləri də qoşaraq nazirdən ərizəyə baxılmasını və nəticəsi barədə göstəriş verilməsini xahiş edib.
MM-dən ƏƏSMN-ə göndərilən sənədlər isə DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyevin 26.01.2023 tarixli, müavini Elnur Qurbanovun 22.02.2023 tarixli, digər müavini Kərim Sarıyevin 08.04. 2022 tarixli məktubları və 1 BİİM-in ( hakim Elçin Məmmədov) 05.07.2017 tarixli , 2-1(81)-1889/17 saylı qərarından çıxarışdır. Bu sənədlərdə Qarabağ qazisinin pensiyasının məhkəmə qərarı ilə ayrılan 110 manatla birgə hesablandığı yazılıb. Di gəl , həmin borclu Filial 01.04.2023-cü ildən məhkəmə qərarını görməzliyə vurur, 1-ci dərəcəli əlilin pensiyasına əlavə olunan 110 manatı kəsərək, daha 138.79 manat azaldıb. Cinayətkar saxtalığa baxın, üzərinə öhdəlik qoyulan pensiya orqanı dövlətin adından çıxarılan məhkəmə qərarını pensiyaçı qazinin şəxsi işindən yoxa çıxarıb !(?) Bu yekəlikdə korrupsiya, dövlətə- Prezidentə, MM-ə, məhkəməyə hörmətsizliyə 10 aydır qiymət verilmir. Cinayətkar saxtalıq o həddədir ki, hətta qərarı qəbul edən Bakı İnzibati Məhkəməsi də 6 ildən ( artıq 7 ildən) sonra məhkəmə qərarının yoxa çıxmasını qanuni sayır. Borclu DSMF-in pensiya filialı hamını Azərbaycanda Konstitusiyanın qüvvədə olmadığına inandırıb ki, qazinin pensiyasına əlavə “Əmək pensiyaları haqqında” qanunun 19.1.7 maddəsi əsasında verilib və bu maddə 2021-ci ildə ləğv olunduğundan hələ pensiyaçının büdcəyə 3188.79 manat borcu var. Halbuki məhkəmə qərarında 19.2.5 maddəsi əsasında baza hissəsinin 100 faizi həcmində əlavənin 2007-ci ildən hesablanıb ödənilməsi qərara alınıb. İstənilən halda qanunun ləğv edilməsi ilə nə məhkəmə qərarı ləğv oluna bilər , nə də pensiyaya əlavə olunan məbləğ.
Hələ ki nazir Sahil Babayevin deputat sorğusuna reaksiyası bəlli deyil. Onu da vurğulayaq ki, MM-in insan hüquqları komitəsinin sədrinin 18.12.2023 tarixli qəbulunda da 1-ci dərəcəli Qarabağ qazisi eyni sənədləri təqdim edib və pozulmuş insan hüquqlarının bərpasını diləyib.
Məğrur Bədəlsoy
Teref: Xocanın Blogu
Ardını oxu...
 
Ardını oxu...
"Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin strateji planlaşdırma şöbəsinin rəisi İlqar Həbiyev xidmətdəki mövqeyindən, nüfuz və səlahiyyətindən istifadə edərək çalışdığı qurumu sözün həqiqi mənasında bazara çevirib".

Məqalənin əvvəli burada:

Davamı burada:

"Maraqlıdır ki, gecə-gündüz fərdi maraqları üçün çalışan İlqar Həbiyev həm də siyasi intriqa
ustası və daha yüksək vəzifələrə hədsiz iddialı şəxs kimi tanınmaqdadır. Şöbə rəisi hesab edir ki,
onun bu qurumdakı “çoxillik zəhmətləri” lazımınca qiymətləndirilməyib, onun “daha ciddi
vəzifələrdə təmsil olunmaq haqqı” tapdanıb. Bu səbəbdən də Əmlak Məsələləri Dövlət
Xidmətində özü üçün potensial təhlükə hesab etdiyi şəxsləri ləkəmə, gözdəns alma kampaniyası
həyata keçirən şöbə rəisi, bununla “yüksək vəzifəyə layiq yeganə namizəd” statusu
formalaşdırmağa çalışır. Nəticədə, dövlətə vicdanla xidmət edən şəxslər əsassız iddialarla
gözdən salınır, İlqar Həbiyevin qanunsuz əməllərinə etiraz edən, bu əməlləri ifşa edən şəxslər
şöbə rəisi tərəfindən böhtanlara hədəf seçilir.
İlqar Həbiyevin hansı vəzifəyə göz dikdiyi, kimlərə qarşı hansı böhtan kampaniyaları apardığı,
dövlət vəsdaiti hansı üsullarla mənimsədiyi, sabiq komitə sədri Kərəm Həsənovla
münasibətlərinin keçmiş və hazırkı vəziyyəti, sahib olduğu daşınmaz əmlaklar, Cəlilabad
reyestrində müdir vəzifəsində çalışan qardaşının qanunsuz əməllərini necə ört-basdır etdiyi və s.
ilə bağlı növbəti yazıda sizə ətraflı məlumatlar təqdim edəcəyik..."

Bizi izləyin...

dia-az.info

Ardını oxu...
Uzun illərdir Azərbaycanın idman sahəsində, əsasən də idmanın boks növündə özbaşınalıq davam edir. Gənc və yeniyetmə idmançılara edilən haqsızlıqlar onların gələcək həyatlarına və kariyerasına ciddi təsir göstərir.

Çox acınacaqlı haldır ki, hər il böyük potensialı olan uşaqlar Boks Federasiyasındakı monopolist şəxslərin, şəxsən Federasiya prezidentinin (Sahil Babayev), eləcə də, Gənclər və İdman nazirinin, (Fərid Qayıbov) bu qurumdakı aidiyyatı şəxs və şəxslərin yarıtmaz fəaliyyətinin qurbanı olur.

Statistik rəqəmlər göstərir ki, hər il ölkəmizdə yüzlərlə gənc və yeniyetmə boksçu bu yarışlar zamanı üzləşdikləri haqsızlıqlar üzündən boksla vidalaşır. Bu isə Boks Federasiyasındakı işbazlarla əlbir olan "məşqçi"lərin karına çatır. Bu barədə daha ətraflı məlumat verəcəyik, bu məşqçilərin adını, onların fəaliyyətini tək-təık göstərəcəyik.

Ardını oxu...

Qısacası ötən ilin son günlərinə kimi gizlətdikləri yeniyetmələr arasında keçiriləcək Boks üzrə Azərbaycan Birinciliyi bu gün başlayıb.

Bizimxeber.az əməkdaşları yarışın keçirildiyi zalda - Boks Federasiyasında olaraq, müşahidələr aparıb, yeniyetmələrlə danışıb, yarışı izləyib.

İlkin müşahidələr götərir ki, nazir Fərid Qayıbovla, Sahil Babayevin təşkil etdiyi Respublika Birinciliyi adlı bu nəsə yarışdan çox şou proqrama oxşayır.

Bəli, yarışa rəhbərlik edən Emin adlı şəxs sözün əsl mənasında yenə köhnə ampulasındadır. İstədiyi qərarları verir, istədiyini qalib edir, istəmədiyini uzaqlaşdırır... Kimdir bu Emin...? Bu barədə də ətraflı, daha müfəssəl məlumatları sabah verəcəyik.

Hələlik, ondan başlayaq ki, yarışın təşkilatçılığı olduqca aşağı, sistemsiz, nizamsızdır. Federasiyanın giriş qapısında quraşdırılan təhlükəsizlik aparatı işləmir. Yoldan keçən şəxs yoxlanmadan içəri rahatlıqla girə və istədiyini edə bilər. Nəzərə alsaq ki, bu yarışda 400-dən çox yeniyetmə iştirak edir və bunların təhlükəsizliyi öndə dayanmalıdır. Bu hal Sahil Babayevi narahat etmir.

Ardını oxu...

Daha bir məqam yarış iştirakçıları və müəllimlər üçün hazırlanan sadə kağız parçasının, "vəsiqə"lərin sistemsiz və nizamsız, hara gəldi tökülməsidir. Bu səpələnmiş vəsiqələri kim istəyir götürə bilər. Azyaşlı uşaqlar saatlarla öz adına olan vəsiqəni axtarır. Hələ vəsiqələri boyundan asmaq üçün olan bağlar isə yerdə, antisanitariya şəraitində təpiklər altında qalır.

Ardını oxu...

Bundan başqa ilkin müşahidələr zamanı olduqca maraqlı faktlar toplamaq mümkün olub. Əldə etdiyimiz məlumata görə, yarışın qalibləri demək olar ki, müəyyənləşib. Bu aparılan bölgüdən aşkar görünür. İddialara görə, yarış iştirakçılarının bölgüsü xüsusi olaraq, məqsədli şəkildə aparılıb. Sahil Babayevin və ya ABF-in İdarə Heyətinin üzvü Rövşən Hüseynovun,ona yaxın məşqçilərin qalib etmək istədikləri idmançılar başqa bir qrupa salınıb. Sahibsiz, kasıb, adamsız boksçülar isə qarışıq dedilən qruplarda yer alır. Bu nə deməkdir?

Ardını oxu...

Araşdırmalar zamanı bəlli olub ki, bu işlərə ABF-in İdarə Heyətinin üzvü Rövşən Hüseynov, Gənclərdən ibarət yığmada baş məşqçi olan Elbrus Rzayev, Federasiyada vəzifə tutan və yarışın əsas təşkilatçılarından olan bir xanım rəhbərlik edir.

Bu arada qeyd edək ki, Boks Federasiyası iddia edir ki, bölgü kompyuter tərəfindən aparılıb və tam ədalətlidir.

Elə isə bölgü aparan ədalətli kompyuter və ya proqrama diqqət edin!!!

Necə olur ki, bir idmançı 5 dəfə rinqə çıxır, başqa bir idmançı 3 dəfə. Bu necə bölgüdür? Bu hansı ədalətdir, hansı proqramdır? Yaxud bir idmançı 2 döyüşlə yarımfinala çıxır, başqa bir idmançı 5 döyüşlə...? Budurmu sizin ədalətli bölgünüz, yoldaş Qayıbovla, Babayev? Sizin ədalətli kompyuteriniz də elə sizin "ədadlət"iniz kimi işləyir? Bu uşaqların niyə gələcəyi ilə oynayırsız? Budurmu sizin təşkil etdiyiniz yarışın məqsədi və məramı? Yeniyetmələri idmandan iyrəndirmək, məhv etmək, yoxsa, yaxşı döyüşçü üzə çıxartmaq?


Ardını oxu...
Bu əməli törədənlərin ciddi şəkildə cəzalandırılmaları tələb olunur

Yeni avtomobil almaq çoxlarının imkanı xaricindədir, ona görə də bir çox insanlar bazarda ikinci əl avtomobil seçirlər. Potensial alıcının baxdığı ilk şey “dəmir at”ın görünüşü, istehsal ili və yürüşüdür. Həddindən artıq yürüş alışdan imtina etmək üçün bir səbəbdir, lakin çox az olması da şübhəli ola bilər. Ola bilsin ki, avtomobil bir neçə ildir istifadə olunmayıb və ya yürüş sadəcə geri çəkilib. Bu cür faktlara indi də bir çox ölkələrdə rast gəlinir.

Avropa Komissiyasının məlumatına görə, bu cür fırıldaqçılıq iqtisadiyyata ildə təxminən 9,6 milyard avroya başa gəlir. Beləliklə, “CarVertical”ın keçən ilki araşdırması göstərdi ki, Şərqi və Mərkəzi Avropa yürüşlərin geri çəkilməsində liderdir. Baltikyanı ölkələr də öndədir. Onlardan sonra Rumıniya, Rusiya və Ukrayna gəlir.

Beləliklə, bu problemin Ukraynada aktual olması, bu ölkədə odometrdə yürüşün azaldılmasına görə cərimə tətbiq etməyi təklif etmələri ilə ifadə edilir. Qanun layihəsinə əsasən, işlənmiş avtonəqliyyat vasitəsinin üçüncü şəxslərə satılması məqsədilə onun yürüş məsafəsinin saxtalaşdırılmasına görə qeydiyyat (təkrar qeydiyyat) zamanı aşkar edilərsə, iri cərimələr, bir il ərzində təkrar qayda pozuntusuna yol verildikdə isə külli miqdarda cərimələrin tətbiqi təklif edilir.

Bizdə isə mütəxəssislərin dediyi kimi, işlənmiş avtomobillərin də müəyyən faizi yürüşü aşağı salınaraq satılır. Mövzu barədə AYNA-ya danışan Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynovun özü də vaxtilə bu cür saxtakarlığın qurbanı olub: “Bizdə belə faktlara tez-tez rast gəlinir. Bir neçə il əvvəl qrant çərçivəsində təşkilatımız üçün avtomobil almaq qərarına gəldim və bunun üçün işlənmiş avtomobil bazarında oldum. Uzun axtarışlardan sonra bir avtomobil seçdim və aldım və hətta onu yoxlamaq üçün bir mexanik dəvət etdim, o, maşını almağa dəyər olduğuna əmin etdi. Amma qısa müddətdən sonra avtomobilin qeyd olunandan daha çox işlənmiş olduğu məlum oldu. Ortaya çıxdı ki, avtomobilin yürüşü təxminən 100 min km geri çəkilib. Maşını vicdansız satıcıya qaytarmaq çox əziyyətli iş oldu”.

“İstehlakçıların aldadılması, haqsız rəqabət və s. kimi suallar bu günə qədər açıq qalır. İstifadə olunmuş avtomobil alanlara avtomobilin servis kitabçasının olub-olmadığını yoxlamağı məsləhət görürəm. Əgər yoxdursa, deməli, onun yürüşü mütləq çox çəkilib və mən belə bir alış etməyi məsləhət görmürəm. İkinci tövsiyə ondan ibarətdir ki, əgər siz hələ də servis kitabçası olmayan avtomobil almaq qərarına gəlsəniz, rəsmi avtomobil xidməti ilə əlaqə saxlayın və cari yürüş haqqında rəsmi sənəd alın. Qanunvericilik bazasını bu aspektdə gücləndirmək lazımdır ki, qanun aldadılan istehlakçının tərəfində olsun”, - deyə həmsöhbətimiz bildirib.

Qeyd edib ki, bu sahə hələ də müvafiq strukturların nəzərindən kənarda qalıb: “Hər ay bizim quruma işlənmiş avtomobilin alınması ilə bağlı 2-3 narazılıq, şikayət daxil olur. Biz insanlara daha çox məlumat verməliyik ki, onlar saxtakarlığın qurbanı olmasınlar. İstehlakçıların bu məsələdə köməyə ehtiyacı olarsa, biz onlara pulsuz yardım etmək üçün əlimizdən gələni etməyə hazırıq. Digər problem odur ki, bazarda çoxlu saxta ehtiyat hissələri var, xüsusən də ucuz Koreya avtomobilləri üçün. AİB bu bazarda monitorinq keçirməyə hazırlaşır və oradakı vəziyyəti öyrənir”.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) sədri Natiq Zərbəli AYNA-ya açıqlamasında deyib ki, bəzən möhtəkirlər avtomobili satmazdan əvvəl onun yürüşünü azaltmaq üçün odometr göstəricilərini geriyə doğru dəyişirlər: “Yürüş nə qədər az olsa, avtomobil bir o qədər təzə olar. Əvvəllər onu mexaniki şəkildə çəkirdilər, amma indi hər şey rəqəmsaldır, ona görə də proqram təminatını sındırırlar”.

Öz növbəsində “Sürücülərin Maarifləndirilməsinə Yardım” İctimai Birliyinin sədri Fazil Məmmədov sözügedən problemin aktuallığını təsdiqləyib: “Yürüşün çəkilməsi əsl cinayətdir və təbii ki, buna görə ciddi cəza olmalıdır. Bu, fırıldaqdır, çünki satıcı avtomobili olduğundan daha təzə kimi satır. Geri çəkilmə əhəmiyyətli dərəcədədirsə, deməli, əslində nəqliyyat vasitəsi dəfələrlə daha çox istifadə edilib, o zaman nəqliyyat vasitəsinin aşınması, əlbəttə ki, tamamilə fərqli olacaq. Və ümumiyyətlə, fövqəladə hal ola bilər, heç bir təhlükəsizlik təmin edilmir. Bunun üçün sadəcə kiçik bir cərimə kifayət deyil. Deyək ki, real qiyməti 5 min dollar olan maşın, yürüşü çəkildikdən sonra dəfələrlə baha satılır”.

“Əlbəttə ki, bu hal daha çox bahalı populyar maşınlarda tətbiq olunur, digərlərində isə bu cür saxtakarlıqdan çox qazana bilməyəcəksiniz. Belə bir satıcı tutulsa, cərimə ödəməyə məcbur olsa belə, yenə də ondan yaxşı pul qazanacaq. Bu, o deməkdir ki, belə tədbirlər davam edəcək. Amma indi alıcı üçün hər şeyi yoxlamaq asandır. Avtomobilin tarixçəsi və lazımi məlumatları VIN kodu - nəqliyyat vasitəsinin eyniləşdirmə nömrəsi ilə tapmaq olar”, - deyə müsahibiz vurğulayıb.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfər də AYNA əməkdaşı ilə söhbətində söyləyib ki, indi müasir texnologiyalar sayəsində işlənmiş avtomobilin tarixini yoxlamaq mümkündür: “Yürüşün çəkilməsi SSRİ-də adi hal idi və hələ də postsovet məkanında rast gəlinir. Bir qayda olaraq, yürüş Gürcüstandan bizə gələn avtomobillərdə çəkilir. Bu fakt dələduzluq kimi qiymətləndirilməlidir və bununla qarşılaşanların polisə müraciət etmək üçün bütün əsasları var”.

Müəllif: Elya Belskaya
 
Ardını oxu...
“Pulunu ver, torpaq al, üstündə də öz hesabına nəsə tik, olsun sökülən əmlakının əvəzi” - Naxçıvanda kompensasiya məntiqi
Naxçıvan MR-nın Culfa rayonun Gömrük idarəsi bir vətəndaşın mülkiyyətinə aid torpaq üzərində tikilib.

Ovqat.com-a bu barədə məlumatı adının açıqlanmasını istəməyən rayon sakinlərindən biri verib.
Ardını oxu...
Onun sözlərinə görə, şəkildə gördüyünüz bu binanın yerində 2006-ci ilə qədər mağazalar və anbar var imiş. 1998-ci ildən fəaliyyət göstərən bu anbar və mağazalar İrana gedib gələn Naxçıvan sakinlərinə qonşu ölkədə ən çox tələb olunan məhsulları satırmış. Başqa sözlə, pis də qazandırmırmış. Rəsmi sənədləri olmasına baxmayaraq, obyekt 2006-cı ildə sahibkarın razılığı alınmadan hərbçilər tərəfindən sökülür və yerində gömrük idarəsinin indiki binası tikilir. Mənbəmiz obyektin sökülmə anını əks etdirən videoları da redaksiyamıza göndərib.

Binanın sökülmə anını bu linki tıklayaraq seyr edə bilərsiniz:
Mülkün sahibi Bayram Talıbov imiş və o, 2006-cı ilin aprel ayının 9-da dünyasını dəyişib. Naxçıvanlı Bayram kimi tanınan sahibkarın Moskvada "qanuni oğru” Hikmət Muxtarovla (Sabirabadlı Hikmət) birlikdə güllələnmiş kriminal avtoritet olduğu bildirilir. Maraqlıdır ki, həmin mülkiyyət də elə həmin illərdə qanunsuz olaraq sökülüb. İlk baxışdan şübhələr bu iki işin bir-birilə əlaqəsi olması ehtimalına götürsə də, söhbətləşdiyimiz qaynaqlar bunu istisna edirlər. Bildirildiyinə görə, həmin obyekt Bayram Talıbovun sağlığında sökülüb və hətta hadisənin xəbərini alan mülk sahibi Naxçıvana qayıtmaq istəyirmiş. Fəqət ona və Sabirabadlı Hikmətə açılan atəş buna imkan verməyib .
Ardını oxu...Ardını oxu...
Ardını oxu...Ardını oxu...
Şəkillərdə: Culfa rayon Gömrük İdarəsinin binasının Naxçıvanlı Bayrama məxsus torpaq üzərində tikildiyini təsdiqləyən sənədlərdən bəziləri
İki böyük bədbəxtliyi eyni anda yaşayan Talıbovlar ailəsi bir də Vasif Talıbovun repressiyasına məruz qalmamaq üçün onun hakimiyyətdən “öz xoşuyla” uzaqlaşmasına qədər susub. O, hakimiyyətini Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəfliyə təhvil verəndən sonra Talıbovlar ailəsinin də qəlbində bir ümid işığı doğub. Və bu ümidlər də 1 ildir döymədikləri qapı, şikayət etmədikləri ünvan qalmayan Talıbovlar hələ də öz mülkiyyətlərini geri qaytara bilmirlər.

Bayram Talıbovun 18 ildir başsız qalan ailəsi 2 nəfərdən ibarətdir: həyat yoldaşı Elmira və 19 yaşlı oğlu Həsən. Atasının üzünü görə bilməyən Həsən onun qanuni varisi sayılır. Öz ailə mülkiyyətlərini geri qaytarmaq üçün hüquq müstəvisində mübarizə aparan da odur. Bu işdə ona ən böyük dəstəyi isə əmisi Ceyhun Talıbov verir.
Ardını oxu...
Ardını oxu...
Şəkillərdə: Culfa rayon Gömrük İdarəsinin gerçək sahibi Həsən Talıbov

Əlaqə saxladığımız Ceyhun Talıbov deyilənləri təsdiqlədi. Bildirdiyinə görə, Naxçıvanda şikayət etdikləri bütün ünvanlar onlara məhkəməyə üz tutmalarını məsləhət biliblər. Ailə də bu tövsiyələri nəzərə alıb və Azərbaycan məhkəmə sisteminin ədalətinə bel bağölayıb 23.05.2023-cü il tarixində Naxçıvan İnzibati Məhkəməsinə müraciət ediblər. Şikayətlərinə məhkəmənin hakimi Elnur Hüseynov baxır. Daha doğrusu, rəsmən baxır, həqiqətdə isə ona “baxmaq” demək olmaz . Elnur Hüseynov şikayətçiləri qəsdən get-gələ salaraq bu sevdadan vaz keçirməyə çalışır. Hər halda Həsən Bayramovun Azərbaycan Prezidentinə yazdığı məktubdan da belə anlaşılır.

“İş üzrə Naxçıvan İnzibati Məhkəməsinin hakimi Elnur Hüseynovun icraatına 23.05.2023-cü ildə icraatına daxil olmuş və bu 6 ay ərzində 5 məhkəmə iclası (13.06.2023, saat 09:40 (Hazırlıq icraatı) , 24.07.2023, saat 12:00 (Hazırlıq icraatı), 26.09.2023, saat 15:30 (Hazırlıq icraatı), 02.11.2023, saat 11:00 (Hazırlıq icraatı), 09.01.2024, saat 11:30 (Hazırlıq icraatı), 2.11.2023, saat 11:00 (Hazırlıq icraatı)) keçirilmişdir.

Qeyd edirəm ki, bu günkü tarixədək işin bu qədər uzanmasına səbəb Naxçıvan İnzibati Məhkəməsinin hakimi Elnur Hüseynov olmuş və bu günkü tarixədək iş üzrə heç bir araşdırma aparmadan, lüzumsuz olaraq məhkəmə iclaslarını təxirə salmış və mənim cavabdeh Culfa Rayon İcra Hakimiyyəti ilə barışmağımı təkidlə istəmişdir. Lakin, mən cavabdeh Culfa Rayon İcra Hakimiyyəti ilə ən başından razılaşmayacağımı bildirsəm də, hakim Elnur Hüseynov hər dəfəsində bir ümidlə məhkəmə iclasını təxirə salmış və razılığın əldə edilməsini gözləmişdir. Artıq bu qədər məhkəmə iclaslarının uzadılması mənim pozulmuş hüquqlarımı məhkəmə sferasında bərpa etdirməyimə kifayət qədər əngəl yaradır. İş materiallarına da nəzər yetirmiş olsanız, görərsiniz ki, bu günkü tarixədək iddia tələbimin mahiyyəti ilə bağlı araşdırmanın aparılması üçün məhkəmənin hakimi Elnur Hüseynov tərəfindən heç bir orqana sorğu göndərilməmiş, heç bir araşdırılma aparılmamış, işin mahiyyəti ilə əlaqədar olaraq araşdırma aparılması üçün onun tərərfindən heç bir addım atılmamışdır”, - 08.12.2023 tarixində Həsən Bayramov tərəfindən Prezident Aparatına göndərilən məktubda belə deyilir.
Ardını oxu...
Şəkildə: Vətəndaşı get-gələ salıb "İcra Hakimiyyəti ilə barış" deyən hakim
Sual oluna bilər: Naxçıvan İnzibati Məhkəməsinin hakimi Elnur Hüseynov şikayətçiyə “Culfa rayon İcra hakimiyyəti ilə barış” deyərkən nəyi nəzərdə tutur?
Suala Mərhum Bayram Talıbovun qardaşı Ceyhun Bayramov belə aydınlıq gətirir: “Bayramovlar ailəsi əllərindən zorla alınan mülkiyyətin kompensasiya olunması xahişi ilə dəfələrlə Culfa rayon İcra Hakimiyyətində olub. Sonuncu dəfə onlara başqa yerdə - ana yolun kənarında torpaq sahəsi təklif etdilər. Bunun üçün isə hər kvadrat metrə 5 manat istədilər. Üstəlik, torpağı alandan sonra onun üzərində anbar və mağaza tikmək də ailənin boynuna yüklənmişdi. Allah eşqinə, bunun harası kompensasiyadır? Axı, 2006-cı ildə qardaşımın topdağıtmaz obyektini söküblər. Ədalətli kompensasiya o olardı ki, həmin müəssisənin yenidən bərpası üçün vəsait də verilsin”.

Həmsöhbətimiz onu da vurğuladı ki, ailənin təklif olunan həmin torpağı almağa və onun üzərində obyekt tikməyə pulu yoxdur: “Olsaydı, istədiyi yerdən mülk alıb yeni obyekt tikərdi də. Kiminsə qapısını döyməyə nə ehtiyac vardı?”.
 
Ardını oxu...
Daşkəsən Rayon İcra Hakimiyyəti sentyabr ayından bu günə kimi ümumilikdə 3 tender müqaviləsi imzalayıb. Bir müddət əvvəl işindən azad olunan icara başçısını birinci müavin Vüqar Məmmədov əvəz edir. Xəbər verilir ki, rayonda bütün tenderlər təmir və abadlıq işlərinə həsr olunub. Amma ortada heç nə yoxdur. Ümumilikdə isə qalib şirkətlərin hesabına 160 min manatdan çox pul köçürülüb.

Çox güman ki, Daşkəsən rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov təmir işlərini başa çatdırmaqda çətinlik çəkir. Əks halda Daşkəsən rayonun təmir olunması üçün cəmi 4 aya 3 dəfə tender elan etməzdi.

Baş tutan tenderləri sıra ilə təqdim edirik:

DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ ŞƏHƏR NÜMAYƏNDƏLİYİ -
"GÖYGÖL TİKİNTİ" Məhdud Məsuliyyətli Cəmiyyəti -
Daşkəsən şəhərinin küçələrində abadıq işləri -Məbləğ: 48.747,99 AZN

Sözügedən qalib MMC-nim nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi ANAR TAĞIYEV ƏHMƏD OĞLUdur.

DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ ŞƏHƏR NÜMAYƏNDƏLİYİ
"STAR TƏMİR CONSTRUCTİON" Məhdud Məsuliyyətli Cəmiyyəti -
Daşkəsən şəhərində çoxmərtəbəli yaşayış binalarının giriş bloklarının əsaslı təmiri

Bu qalib MMC-nin isə nizamnamə kapitalı 20 AZN, qanuni təmsilçisi ZAUR ƏSGƏROV MARİF OĞLUdur.

DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ ŞƏHƏR NÜMAYƏNDƏLİYİ
"STAR TƏMİR CONSTRUCTİON" Məhdud Məsuliyyətli Cəmiyyəti -
Daşkəsən şəhərdaxili yolların əsaslı təmiri işləri - Məbləğ: 74.818,96 AZN

Diqqət çəkən məqam DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ ŞƏHƏR NÜMAYƏNDƏLİYİnin bütün tenderləri STAR TƏMİR CONSTRUCTİON" MMC ilə olmasıdır.

Nəzərinizə çatdıraq ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin merini əvəz edən birinci müavin, sabiq icra merinin kadrıdır.

Mövzuya qayıdacayıq.

hurriyyet.az
 
 
 
Ardını oxu...
"Möhtərəm Prezident! Sizə, Azərbaycanın dövlətçiliyinə və ölkəmizin beynəlxalq imicinə böyük ziyan vura biləcək bir məsələ haqqında məlumat bildirməyi özümüzə borc bilirik. Belə ki, 25 noyabr 2023-cü il tarixində AR Kənd Təsərrüfatı naziri M.Məmmədov və AR Qida Təhlükəsizliyi Agentliyinin sədri Q.Təhməzli tərəfindən AR İqtisadiyyat naziri M. Cabbarova müraciət məktubu göndərilmişdir. Bu müraciətin mahiyyəti və məqsədi “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununun ləğv edilməsi və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə “Azərbaycan Respublikasının Qanunu” layihəsi haqqındadır. Bununla əlaqədar Sizə AMEA-nın Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin kollektivinin rəyini təqdim edirik". Bu barədə AMEA-nın Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzi kollektivinin Prezident İlham Əliyevə ünvanlanmış müraciətində deyilir.
Müraciətdə daha sonra deyilir: "Bu rəy Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının və aqrar elmin mövcud vəziyyətinin real qiymətləndirilməsi istiqamətində lazımi təhlillər aparıldıqdan, dünya təcrübəsi öyrənildikdən sonra nəzəri-fundamental və tətbiqi-innovativ tədqiqatların optimal strukturunu, orta və uzunmüddətli prioritetlərini və inkişaf pespektivlərini, bunların reallaşması üçün müvafiq elm və təhsil müəssisələrinin əsas vəzifələrini, yeni idarəetmə və koordinasiya sisteminin konturlarını müəyyənləşdirən istiqamətləri nəzərə alaraq hazırlanmışdır.
Yuxarıda adı çəkilən qanun layihəsi ölkə ictimaiyyəti, azərbaycan alimləri və peşəkar mütəxəssisləri, digər aidiyyatı dövlət qurumları (Azərbaycan Milli Elmlər Akademiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası və s.) tərəfindən müzakirə edilmədən, yalnız bu təşəbbüsü irəli sürən mərkəzi icra hakimiyyəti orqanları olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 4 (dörd) nəfər əməkdaşı tərəfindən hazırlanıb.
Sizə məlumat olaraq bildiririk ki, dünyanın 190-dan artıq ölkəsində bu ölkələrin qanunvericilik bazasının əsasında ekoloji(orqanik) kənd təsərrüfatı sistemi inkişaf etdirilir. Bu proses bütün ölkələrdə İFOAM (Beynəlxalq Orqanik Kənd Təsərrüfatı Hərəkatı Federasiyası) tərəfindən idarə olunur və Azərbaycan dövləti İFOAM-ın baza standartlarının əks olunduğu bütün beynəlxalq konvensiyalara qoşulmuşdur.
Azərbaycan Ekoloji Təmiz Kənd Təsərrüfatı haqqında 2008-ci ildə Qanun qəbul edildikdən sonra MDB ölkələri cərgəsində 1-ci, dünya ölkələri içərisində sonuncu onluq arasındadır.
Azərbaycanda ekoloji kənd təsərrüfatının inkişaf etdirilməsi ideyası 1996-cı ildə Gəncədə doğulmuşdur. Məqsəd xırda və pərakəndə torpaq istifadəçiliyi və eyni zamanda torpaq payı alan insanların texniki və maliyyə imkanlarının məhdud olduğu şəraitdə onlara ata-baba, yəni ekoloji kənd təsərrüfatı istiqamətində vərdiş və bacarıqlar aşılamaq idi. Beləliklə, 1996-cı ildə Azərbaycan Dövlət Aqrar Universitetində, Gəncədə yerləşən Elmi-Tədqiqat İnstitutlarında çalışan və özlərinin yüksək vətənpərvərlik ruhu, əqidə birliyi, vətəndaşlıq borcu və peşəkarlıq sevgisi ilə birləşən bir qrup alimlərin və onlara həmin amallar fonunda qoşulan könüllülər birlikdə ölkədə Ekoloji Kənd Təsərrüfatı Hərəkatının əsasını qoydular. Sonrakı mərhələdə bir neçə il dünyada müxtəlif ölkələrdə mövcud olan ekoloji təmiz əkinçilik qanunvericiliyi öyrənildikdən sonra 2005-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (AKTA-indi Azərbaycan Dövlət Aqrar Universiteti) professoru A.Babayevin rəhbərliyi altında AKTA və Gəncə Aqrobiznes Assosiyasiyasını (GABA) təmsil edən ekspertlər qrupu «Ekoloji Kənd Təsərrüfatı haqqında Qanun» layihəsini işləyib hazırladılar. Bu layihə ictimai rəyi öyrənmək məqsədilə mərkəzi və regional mətbuat orqanlarında çap edildikdən sonra Milli Məclisə və respublikanın müvafiq nazirliklərinə təqdim edildi. Qanun layihəsi yalnız 2007-ci ilin aprel ayında ölkə parlamentinin Aqrar Siyasət Komissiyasında müzakirə mövzusuna çevrildi və prof. A.Babayev İşçi Komissiyanın tərkibində qanun layihəsinin müzakirəsi və redaktəsi prosesində iştirak etdi. Qanun Milli Məclisdə 2008-ci ildə qəbul olundu və ölkə Prezidentinin 25 avqust 2008-ci il tarixli fərmanı ilə qüvvəyə mindi.

Qanun qəbul olunduqdan 10 il sonra FAO ölkəmizdə bu qanunla əlaqədar islahatların çox ləng getdiyini nəzərə alaraq hökümətlə apardığı danışıqlardan sonra “GCP/AZE/006/TUR: Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqların artırılması” layihəsini icra etdi və lahiyənin yerinə yetirilməsinə xeyli maliyyə xərcləndi. Bu layihənin əsas hədəfləri Azərbaycanda orqanik kənd təsərrüfatının inkişafına təkan vermək, bu sahədə mövcud qanunvericiliyin, hüquqi bazanın formalaşdırılmasının, müvafiq milli strategiyanın hazırlanmasından ibarət idi. Layihə çərçivəsində hazırlanan hüquqi aktlar və tövsiyyələr Azərbaycan hökümətinə təqdim olundu.

9 iyul 2019-cu il tarixində Sizin göstərişinizlə AR Prezidenti Administrasiyası rəhbərliyi Respublikanın Mərkəzi İcra Orqanlarına monitorinq keçirmək məqsədilə ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunvericiliyin icra vəziyyətinin yoxlanılması ilə əlaqədar zəruri məlumatları Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmələri haqda məktub göndərdi (məktub nömrəsi 2/795). Monitorinqin nəticələrinə görə məlum oldu ki, ölkə qanununun və Prezidentin Fərmanlarının yerinə yetirilməsi istiqamətində görülən işlər qeyri-qənaətbəxşdir. Yalnız Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin 25 avqust 2008-ci il tarixli 818 №-li və 24 may 2010-cu il tarixli 267 №-li Fərmanlarını və 2010-cu il tarixli 159 nömrəli qərarlarını əsas tutaraq yaradılan (AMEA-nın Rəyasət Heyətinin 25 may 2016-ci il tarixli 8/5 nömrəli qərarı ilə) AMEA-nın Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin (“Mərkəz”) gördüyü işlər məqbul hesab olundu. Qeyd etmək lazımdır ki, bu “Mərkəz”-in fəaliyyəti sayəsində regionun 2 rayonunda (Qax, Zaqatala) ekoloji təmiz kənd təsərrüfatı üzrə təlim və seminarlarda iştirak edən 1000-ə qədər fermerdən 500-ü və yaxud 50 fermer qrupunun Avropanın Akkreditasiya Orqanları tərəfindən sertifikatlaşdırılması Azərbaycanda ilk hadisədir və bunu “Mərkəz”in qısa müddət ərzində fəaliyyətinin önəmli nəticəsi kimi qəbul etmək olar. Orqanik fermer statusu alan fermerlərin Avropa Akkreditasiya orqanlarına ödəməli olan rüsumu (bizim fermerlərin ödəniş qabiliyyəti zəif olduğuna görə (qiyməti 4000 (dörd min) avro olduğunu nəzərə alsaq) IFOAM (Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyası) ödənişi öz üzərinə götürmüşdür. Beləliklə orqanik sertifikatlaşma prosesinə ödənilməli olan rüsumun ümumi məbləğ 200 (iki yüz) min avro olmuşdur.

Lakin təəssüflər olsun ki, qanunun təkmilləşdirilməsi haqqında FAO-nun təklif və tövsiyyələri yerinə yetirilmədi. Bunun əksinə olaraq, bu sahəyə cavabdeh olan bəzi orqanlar məsuliyyətdən gələcəkdə yaxa qurtarmaq üçün birdəfəlik Qanunu ləğv etdirmək qərarına gəliblər. Eyni zamanda təqdim etdikləri layihədə orqanik məhsulların sertifikatlaşdırılması ilə əlaqədar bütün səlahiyyətlər Qida Təhlükəsizliyi Agentliyinə verilməklə aidiyyatı olan digər mərkəzi icra orqanlarının səlahiyyətlərinə müdaxilə olunur. Halbuki, dünyanın bütün ölkələrində orqanik məhsulların sertifikatlaşdırılması bu ölkələrin Milli Standartlarına əsaslanaraq yerinə yetirilir. “Azərbaycanın Milli Standartları” bizim tərəfimizdən işlənib hazırlanaraq 2016-cı ildə Azərbaycan Standartlar Komitəsinə təqdim olunmuşdur və bu standartlar Azərbaycan Standartlaşma İnstitutu tərəfindən hüquqi sənəd formasına salınsa da, hələ də burokratik əngəllər ucbatından qəbul olunmayıb.
Belə olan halda sual olunur ki, Qida Təhlükəsizliyi Agentliyinin ölkənin standartları ilə məşğul olan bir orqanın səlahiyyətlərinə müdaxilə edərək öz üzərinə götürməkdə məqsədi nədir? Digər tərəfdən “Qanun boşluğu” yarandığı halda ölkədə orqanik məhsul istehsalını kim və hansı səlahiyyətlərlə təşkil etməlidir və yaxud ölkədə orqanik məhsul istehsalçısının və orqanik məhsulun olmadığı halda Qida Təhlükəsizliyi Agentliyi kimi və nəyi sertifikatlaşdıracaq?
Aşağıda qeyd etdiyimiz əsas motivlərə əsaslanaraq bildiririk ki, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununun ləğvi ölkəmizin ictimai mühitində və beynəlxalq aləmdə dövlətimizə qarşı mənfi rəy yarada bilər:

1. Mövcud Qanuna qarşı olan qeyri-dövləti münasibət hal-hazırda qüvvədə olan “Azərbaycanda ekoloji cəhətdən dayaynıqlı sosial-iqtisadi inkişafa dair Milli Peoqram”-in mahiyyəti ilə ziddiyyət yaradır və 4.1 - Su ehtiyatları, 4.2 - Atmosfer havası, 4.3 – Torpaq ehtiyatları, 5.1 – İqlim dəyişmələri, 5.2 – Səhralaşmaya qarşı mübarizə, 5.3 – Bioloji müxtəliflik maddələrində göstərilən strateji məqsədləri inkar etmək və qarşımıza qoyulan vəzifələrdən boyun qaçırmaq mənasını yaradır. .

2. Qanunda qeyd olunan “Ekoloji kənd təsərrüfatı haqqında qanunvericiliyin məqsədi”, 4-cü maddədə qeyd olunan “Ekoloji kənd təsərrüfatının ümumi prinsipləri”, 5-ci maddədə “Ekoloji təmiz kənd təsərrüfatının dövlət tənzimləməsi”, 6-cı maddədə “Ekoloji təm kənd təsərrüfatına dair tələblər”, 7-ci maddədə “Bitkiçilikdə tətbiq olunan ekoloji tələblər”, 8-ci maddədə “Heyvandarlıqda tətbiq olunan ekoloji tələblər”,9-cu maddədə “Ekoloji təmiz kənd təsərrüfatı cubyektlərinin təşkil qaydaları”, 10-cu maddədə “Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü” müddəalarında, eyni zamanda Qanunun 3-cü, 4-cü, 5-ci və 6-cı fəsillərdə qeyd olunmuş bütün maddələri ləğv etmək o deməkdir ki, Azərbaycan hökuməti Qanun işlənib hazırlanan zaman əsas kimi qeyd etdiyi İFOAM-ın Baza Standartlarından, BMT-nin davamlı inkişaf haqqında “XXI əsrin gündəliyi ” direktivlərindən, Avropa İttifaqının 2092/91 saylı Qətnaməsindən, Avropa İttifaqının Aqrar – Ekoloji Proqramından , Avropa Şurasının CAP- Ümumi Kənd Təsərrüfatı adlı tədbirlər Planından və Avropa Birliyinin bütün ölkələri üçün əsas kimi qəbul edilən “Avropa Birliyinin Ümumi Kənd Təsərrüfatı Siyasəti”-nin prinsiplərindən Avropa İttifaqının 834/2007 nömrəli qətnaməsindən imtina edir.

3. Nəzərə alınmır ki, Azərbaycan dünyada qloballaşma şəraitində davamlı inkişafın prinsiplərini rəhbər tutaraq qoşulduğu “Monreal protokolu”(Monreal,1987), “Kioto protokolu”(Kioto,1997), “Orxus konvensiyası”(1998), “XXI əsrin Gündəliyi” qətnaməsi(Rio-De-Janeyro,1992), Yohannersbuqda Dünya sammitində qəbul edilən deklorasiya (Yohannesburq, 2002), “Avropanın Ətraf Mühiti” konfransının bəyanatı (Kiyev, 2003) və digər beynəlxalq aktlarda qeyd olunur ki, heç bir ölkənin davamlı inkişafı əhalinin, torpağın, suyun, bitkilərin və heyvanları sağlamlığını və təhlükəsizliyini təmin edən siyasətin həyata keçirildiyi şəraitdə mümkündür. Bu müddəalar Ekoloji Təmiz Kənd Təsərrüfatı haqqında Azərbaycan Respublikasının Qanununda əsas məqsəd kimi qarşıya qoyulmuşdur!

4. Azərbaycanın 2024-cü ildə BMT-nin iqlim dəyişiklikləri üzrə Cenevrə Konvensiyasının Tərəflər Konfransında 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək bir ərəfədə bu mövcud Qanunun ləğv edilməsi faktı konfrans iştirakçılarının, o cümlədən İFOAM-dan olan nümayəndə heyətinin ciddi iradlar yaradacaq sürpriz ola bilər.


5. Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Azərbaycan Respublikasının Qanununun ləğv edilməsi üçün əsas kimi “Azərbaycan Respublikasının kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi ”nə istinad olunmasını təşəbbüskarların yanlış addımı kimi qəbul edirik. Çünki Strateji Yol Xəritəsi dövri sənəddir(yəni 2025-ci ilə qədərki dövrü əhatə edir) və “ Yol Xəritəsi”ndə qeyd olunan “7.4. Ekoloji Təmiz Kənd Təsərrüfatının inkişaf etdirilməsi”prioriteti bizim adını çəkdiyimiz Qanun əsasında işlənib hazırlanmışdır. Yol Xəritəsi və planlardan fərqli olaraq qanunların ömrü 50-100 il ola bilər.

Müraciətimizin sonunda bildirmək istərdik ki, biz, bir qrup mütəxəssis çiyinlərimizdə daşıdığımız vətəndaşlıq ruhu ilə 1996-ci ildən bəri ötən dövr ərzində könüllü olaraq heç bir təmanna güdmədən və hətta dövlətin bir manat vəsaitinə şərik çıxmadan, böyük zəhmət və əziyyətlə müasir dünyada həm elmi, həm də praktiki nou-xau kimi qimətləndirilən ekoloji(orqanik)kənd təsərrüfatının ölkəmizdə elmi, elmi-metodiki, elmi-informasiya bazasını yaratmağa nail olmaqla yanaşı dövlətimizin hüquqi qanunvericilik bazası üçün strateji əhəmiyyət kəsb edən hüquqi sənədlərini də işləyib hazırlayaraq ali dövlət orqanlarına təqdim etmişik:

1. “Ekoloji Təmiz Kənd Təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı bəzi normativ hüquqi aktlar (8 Qaydalar AR Nazirlər Kabinetinin 2009-cu il 8 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmişdir).
2. Milli Standartlar (işlənib hazırlandıqdan sonra 2016-ci ildə Dövlət Standartlar Komitəsinə təqdim olunub).
3. Milli Konsepsiya (2016-ci ildə AMEA-nın Rəyasət Heyətində müzakirə edilərək onun əsasında Dövlət Proqramı işlənib hazırlanmışdır).
4. Dövlət Proqramı (2016-ci ildə AMEA-nın Rəyasət Heyətində müzakirə edildikdən sonra AR Nazirlər Kabinetinə təqdim olunub).
5. Kənd Təsərrüfatı Məhsullarının İstehsalı və Emalı üzrə Strateji Yol Xəritəsi (7.7.4. Prioritet 7.4. Ekoloji təmiz kənd təsərrüfatı istehsalının inkişaf etdirilməsi)

Möhtərəm Prezident!
Diqqətinizə görə təşəkkür edirik. Əgər burokratik səbəblər ucbatından bizim müraciətimiz Sizə çatdırılmazsa, biz çalışacağıq ki, bu müraciəti sosial şəbəkə vasitəsi ilə Sizə təqdim edək!"
dia-az.info
 

      
Ardını oxu...
Beynəlxalq Universitetin sabiq rektoru, Fransada məskunlaşan Elşad Abdullayevin oğlunun və özünün ermənilərlə iş birliyində olması ilə bağlı yenidən məlumatlar yayılıb. Yayılan məlumatda iddia olunur ki, Elşad Abdullayevin oğlu, Rusiya Federasiyasında yaşayan və biznes fəaliyyəti ilə məşğul olan Elşən Abdullayevin Ermənistanın keçmiş Prezidenti Serj Sərkisyanın yaxın qohumu Susanna, eləcə də sözügedən ölkənin Rusiyadakı sabiq səfiri Qarik Meliksetyan ilə ticarət əlaqələri mövcuddur.

İddia olunur ki, E.Abdullayev ötən müddətdə Susanna ilə birgə Azərbaycanın işğal olunmuş ərazilərində torpaq sahələrinin alqı-satqısı ilə məşğul olublar. Bununla əlaqədar, E.Abdullayev tərəfindən 2014-cü ildə qarşı tərəfə 4.500.000 (dörd milyon beş yüz min) rubl məbləğində pul vəsaiti ödədiyinə dair notarial qaydada müqavilə bağlanıb.

Qeyd olunanlarla bağlı yayılan sənədləri aşağıda təqdim edəcəyik.

Ondan öncə xatırladaq ki, Elşad Abdullayevin adı uzun müddətdir ki, bu məsələdə hallanır. Onun ermənilərlə biznes əlaqələri barəsində ölkə mediasında məqalələr hələ 7 il öncə dərc edilib. Ancaq o zaman irəli sürülən iddialara dair sənədlərin fotosu yayılmayıb.

2017-ci ildə moderator.az saytında verilən yazıda qeyd olunub ki, Elşən Abdullayevlə Bakıda doğulmuş, erməni əsilli Şaxramanova Susanna Şaqenova arasında imzalanmış bir neçə müqavilə sənədləri üzə çıxıb.

Sayt yazır: “Sənədlərdə qeyd olunur ki, 1987-ci il təvəllüdlü Abdullayev Elşən Elşad oğlu ona məxsus Moskva şəhəri, Lenin rayonunda yerləşən obyekti Şaxramanova Susanna Şaqenovaya arendaya verir. Müqavilənin müddəti 10 aprel 2015-ci ildən 2017-ci ilin aprelinə qədər nəzərdə tutulub. Müqaviləyə əsasən 225,5 kvm olan obyektə görə qarşı tərəf ayda 50 000 rubl (təxminən 1500 manat) ödəyəcək@.

Həmin zaman Elşad Abdullayev məsələ ilə bağlı Musavat.com-a açıqlama verib. Açıqlamasında Abdullayev belə bir əlaqələrinin olmadığını bildirib:

“Bizim ermənilərlə iş birliyində olmağımız haqqında məlumatlar həqiqətə uyğun deyil. Biz heç bir erməni ilə iş birliyində olmamışıq, mən özümə bəraət qazandıran insan deyiləm də. Bizim alnımız açıq, üzümüz də ağdır”.

E.Abdullayev yayılan sənədlərdə adı çəkilən erməni əslli Susanna Şaxramanova haqda bunları deyib:

“Əvvəla, biz Bakıda doğulmuş Şaxramanova Susanna Şaqenova ilə işbirliyində olmamışıq, onu tanımıram da. Bu səbəbdən də mən Moskvada olan hüquqi nümayəndəmdən xahiş etdim ki, həmin şəxs haqqında mənə yazılı məlumat versin. O da mənə onun rus dilində əl yazması şəkilində bəyanatını göndərdi. Şaxramanova Susanna bəyan edib ki, Elşad Abdullayevlə biznesi yoxdur, məni tanımır, heç bir vaxt görməyib və Rusiya Federasiyasında heç bir biznes əlaqəsi yoxdur. Onu da bildirib ki, kommersiya məsələləri üzrə yeganə əlaqə saxladığı azərbaycanlı şəxs Fuad Rzayevdir”.

İndi isə sözügedən məsələ ilə bağlı sənədlər və müqavilələr yayılıb. Həmin müqavilələrə əsasən əlaqələrin mövcudluğu iddia olunur.

Onları təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Onu da qeyd edək ki, məsələ ilə bağlı yenə də qarşı tərəfi dinləyib, mövqeyini dərc etməyə hazırıq.

Qafar Səfərli,
Musavat.com
 

Dünyapress TV

Xəbər lenti