Ardını oxu...
 
Türkiyəli aktrisa Sinəm Ünsalla həmkarı Halit Özgür ayrılıb.
Cütlük fikir ayrılığı səbəbindən münasibətlərini sonlandırıb. 
Qeyd edək ki, Sinem və Halit "Gizli saklı" serialında birgə rol aldıqdan sonra eşq yaşamağa başlamışdı.
 
Ardını oxu...
Müğənni Dəniz Əsədova sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə dindirilib. Bu barədə müğənni özü məlumat verib.

O qeyd edib ki, saxta əlillik düzəltmək adı ilə vətəndaşlardan pul alınması faktı üzrə istintaqın suallarını cavablandırıb:

“Heç bir günahım olmadan Səlim Müslümovun işinə görə məni istintaqa cəlb elədilər. Məni dələduzluqda ittiham edirdilər. Halbuki əlimdə sübutlarım da var idi ki, işi görən Mehparə, Rauf, Rüfət, Şahin və Eldəniz adlı həkimlər olub. Bildirdim ki, mənə qarşı ittihamlar yalan və böhtandır. Adını çəkdiyim həkimlər tanıdığım adamlardan pul alıblar”.

Göründüyü kimi müğənni özü hadisələrin içində olduğunu etiraf edir. Həm aldadılanları, həm də aldanılanları yaxından tanıdığını gizlətmir. Bununla belə o özünü günahkar saymır.

Günümüzün acı reallığı budur ki, şou əhlinin bəzi strukturlara nüfuz etməsi, bəzi qapıları “təpiklə açması” heç kimə sirr deyil. Ona görə də müğənni Dənizin də belə bir qalmaqalda adının hallanmasında qəribə heç nə yoxdur.

Məsələyə münasibət bildirən Xalq artisti Əbdül Mahmudov bildirdi ki, bu gün istənilən gözəl xanım müğənni ola bilir:

“Bunun üçünsə sənət, səs yox, sponsor lazımdır. Çox təəssüf ki, hazırda müğənnilərimizin çoxuna da “həcilər” və bəzi məmurlar sponsorluq edir. Elə adı çəkilən müğənni Dəniz də onlardan biridir. Adama deyərlər ki, sən hara, Səlim Müslümov hara?! Sən hara əlillik düzəltmək hara?! Deməli, ona bu səlahiyyəti verənlər olub ki, bu da ortalığa düşüb iş düzəldirmiş də... 50 ilin yaradıcı adamıyam. Mənim niyə adım belə qalmqallarda hallanmır? Məni niyə məhkəmələrə çağırmırlar? Atalar demiş: “Od olmasa, tüstü olmaz”. Deməli, həmin müğənni hansısa qanunazidd hərəkət edib ki, 3 ildir məhkəmlərə gedib gəlir”.

Xalq artisti onu da əlavə etdi ki, bütün bunların günahı cəmiyyətimizdədir:

“Bəzən adama elə gəlir ki, cəmiyyəti qanunlar deyil, şou əhli idarə edir. Hamı onlara oxşamağa çalışır. Yerindən duran müğənni olmaq istəyir. Əlinə 5-10 manat pul düşəndə başlayır həmin müğənnilərə sponsorluq etməyə. Həmin sponsorların pulu və zəngi ilə müğənnilər təkcə iş düzəltmirlər, həm də bütün efirləri zəbt edirlər. Və o efirlərdən də bizə mənəviyyat dərsi keçirlər”.
Bizim.Media
Ardını oxu...
Teref.az yazır ki, Bakıda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə bağlı atəşfəşanlıq təşkil olunacaq.
Bu barədə Teref.az-a Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Ayaz İmaməliyev bildirib.
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən dekabrın 31-də Dənizkənarı Milli Parkda möhtəşəm bayram atəşfəşanlığı təşkil ediləcəkdir.
Teref.az
 
Ardını oxu...
 
Müğənni Kərim Abbasov paylaşımı ilə izləyicilərini üzüb.
Yenisabah.az xəbər verir ki, o, dünyasını dəyişən anası Səkinə Abbasovanın doğum günü ilə bağlı qəbrinstalığa yollanıb.
Kərim validetynləri və erkən yaşda dünyadan köçən qardaşını ziyarət edib.
Müğənni həmin anları sosial şəbəkə hesabında paylaşıb.
Görüntülərdə Kərim Abbasov deyir: “Əziz anam, doğum günün mübarək. Allah günahlarını bağışlasın. Bu gün sənin doğum günündür. Gəldim səni təbrik etməyə. Ata, sən nəfəsim olmusan.
Əziz, doğma qardaşım. Ana, ata, qardaşım Allah sizə rəhmət eləsin”.
Həmin görüntüləri təqdim edirik:

 
Ardını oxu...

“Tiktok” sosial platforması videoların üfüqi şəkildə göstərilməsini sınaqdan keçirib.

Tribunainfo.az xarici KİV-ə istinadən xəbər verir ki, videoları bu formada izləmək istəyənlər üçün tətbiqə yeni düymə əlavə olunacaq. Həmin işarə kvadrat formalı videolarda görünəcək.

Bunun əsas səbəbi “TikTok”un “Youtube” sahəsinə daxil olmasından xəbər verir. Belə ki, şirkət daha əvvəl videoların uzunluğunu 10 dəqiqəyə qədər yüksəltmişdi. Bu da uzun videolar çəkən istifadəçiləri “Tiktok”a çəkmək üçün bir addım idi.
 
Ardını oxu...
Tanınmış meyxana ustası Rəşad Dağlının illər əvvəl cəzaçəkmə müəssisəsində bayram tədbirində iştirak etməsi barədə görüntülər yayılıb.

Gununsesi.info xəbər verir ki, Rəşad Dağlı həmkarı Ağamirzə ilə birgə həbsxanada məhkumlar qarşısında meyxana deyərək onların könlünü xoş edib.

Qeyd edək ki, qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu barədə qərar Qaradağ Rayon Məhkəməsinin hakimi Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilib.

R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirməkdə ittiham olunur.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

 
 
 

Ardını oxu...
Müğənni Əli Mirəliyevlə bəstəkar Ruslan Səfərli arasında qalmaqal yaşanıb.

Belə ki, Mirəliyevin bir müddət öncə söylədiyi “Ruslan bəstəkar deyil” sözlərindən əsəbiləşən Səfərli sənətçinin cavabını efirdə verməli olub. Bəstəkar, “Əli Mirəliyev ağzına gələni danışır. Hətta Alim Qasımov haqqında da danışır. Efirdə pula, reytinqə xatir insanın kişiliyi əldən getməz. Peyğəmbərimiz buyurur ki, insan öləndə qəbirə təmiz getməlidir”, – deyə bildirib.

DİA.AZ bildirir ki, Mirəliyev Yenicag.az-a açıqlasında Ruslanın sözlərinə cavabı belə olub:

“Mən yenə də öz fikrimdə qalıram, o bəstəkar deyil. Mən onu tanımıram, heç bilmirəm onun rəngi ağdır, yoxsa qaradır… Efirə çıxıb deyirlər, Ruslan Səfərovun bəstələridir. Mən də dinləyib görürəm ki, hamısı ara mahnılarıdır. Əgər bəstəkardırsa, Canagir Cahangirov, Eldar Mansurov, Cavanşir Quliyev, Faiq Sücəddinov, Gövhər Həsənzadə kimi hamnılar bəstələsin. Toy bazarına işləməsin. Alim Qasımov haqqında da öz fikrimdə qalıram. Bəli, 1992-ci ilə kimi oxuduğu mahnılara ağlamışam, o illərdən sonra isə dərviş kimi oxuyur”.

Müğənni bəstəkara, “Yekə adamsan, bəstəkarsansa, ara mahnıları yazma. Bax, gör bəstəkarlarımız necə bəstələyibsə, sən də elə yaz”, – deyə müraciət də edib.

“Kimdən pul almışam? Kim mənə pul verir ki? Nə reytinq, nə pul? Kişiliyin bura nə dəxli var”, – Bəstəkarın ittihamlarına əsəbiləşən Ruslan Səfərli belə cavab verib.

Qeyd edək ki, Ruslan Səfərov Ə.Mirəliyev haqqında bu sözləri “Həmin Zaur” verilişində səsləndirib.
Ardını oxu...
Son vaxtlar açıq-saçıq fotoları və videoları ilə gündəmə gələn tanınmış aktrisa Çiimnaz Sultanovanın “Soyunmaq bir elmdir” kəlməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Aktrisanın sözləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Yenicag.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin aktrisanın açıqlamasına reaksiyası belə olub:

“Soyunmaq elm deyil. Onların yiyələrindən soruşmaq lazımdır ki, niyə bunları belə buraxırlar. Hər halda, şəxsi işləridir. Amma ağ etmək də olmaz, hər şeyin yeri var. Abır, ismət olmalıdır. İnsanlar var ki, istəyirlər, özlərini süni şəkildə gözəlləşdirsinlər. Amma Hamısıah hansı gözəlliyi, hansı qisməti veribsə, odur. Hər halda, abırlı, ismətli olsalar, daha yaxşıdır.
Qadınşünas deyiləm. Xanımlar özləri necə soyunur, necə geyinir, özləri bilər. Harada soyunurlar, kimin yanında soyunurlar, soyunub özlərini kimə göstərirlər, deyə bilmərəm, amma belə söz işlətməklə düz etməyib”.

Qeyd edək ki, aktrisa Çimnaz Sultanova bu sözləri “Tarixin bir günü” verilişində deyib.
 
Ardını oxu...
"10 il əvvəl Ruhəngiz dedi ki, gəl qalmaqal yaradaq. Cavab verdim ki, mən təhsilli müğənniyəm, belə şeylərə gedən adam deyiləm. Sənətə qalmaqalla gəlməmişəm. Üstündən keçdi. Ruhəngizlə söhbət etdik, onu da gedib aparıcıya deyib. Aparıcı da mənim üstümə hücum çəkdi. Aramızda olan söhbəti niyə ona-buna danışırsan?".

DİA.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Kəmalə Rəhimli qalmaqal yaşadığı həmkarı, Əməkdar artist Ruhəngiz Musəvinin ünvanına deyib. Xanəndə müğənninin onunla bağlı dediklərinə cavab verib:

"Ruhəngizə dedim ki, niyə gedib sözü orada-burada danışırsan? Qayıtdı ki, mən deməmişəm. Mən də dedim ki, canım mənim üçün qiymətlidir. Əgər bu söhbəti gedib danışmısansa, Allah bilsin. Dilini sakit qoysun, telekanallarda ağlamasın. Qarğış etmişəm, edirəm, edəcəyəm də. Onu qarğışlayıram, satqındır".

 
Ardını oxu...
Türkiyənin məşhur müğənnisi Demet Akalın növbəti dəfə Azərbaycana təşrif buyurub.

Sənətçi paytaxtımıza qonaq gəlib. O, uzun müddətdir birgə çalışdığı stilist Anar Ağakişiyevin gözəllik salonunu da ziyarət edib.

Demet oradan görüntüləri və Anarla birgə fotosunu "Instagram"da paylaşıb.

TNS Olay.az-a istinadla xəbər verir ki, sənətçi paytaxt restoranlarının birində dəbdəbəli toyda səhnə alıb.

Demet gecədə populyar mahnılarını səsləndirib. Nəsib Nurun aparıcılıq etdiyi məclisdə Xalq artisti Tünzalə Ağayeva, Əməkdar artist Xumar Qədimova da çıxış edib.

 

Dünyapress TV

Xəbər lenti