Ardını oxu...
Qvatemalada 3 gündür itkin düşən 27 yaşlı hip hop ulduzu Nesli Monterrosonin cəsədi tapılıb.

Hurriyyet.Az xarici KİV-ə istinadla xəbər verir ki, müğənninin dekabrın 5-də itkin düşməsi ilə bağlı polisə məlumat verilib.

Araşdırmadan sonra onun meyiti tərk edilmiş avtomobilin içindəki çəlləkdə tapılıb.

İlkin açıqlamaya görə, Nesli başından aldığı zərbədən ölüb.

Bundan əlavə, şahidlər Neslinin bədənində xeyli sayda zorakılıq izlərinin olduğunu bildiriblər.

Hadisəni araşdıran polislər deyir ki, müğənni sonuncu dəfə cəsədin tapıldığı yerə yaxın bir ofisdən çıxarkən görülüb.

Faktla bağlı araşdırma aparılır.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
MTV-də yayımlanan "Ümid ilə gəl" proqramında qalmaqal yaşanıb.

Qlobal.net xəbər verir ki, proqrama ekspert kimi dəvət olunan vəkil Şəfiqə Nağıyeva bu dəfə aparıcı Rövşanə Ağasəfqızı ilə dava edib. Mübahisə isə vəkilin xəyanət edən qadınları tənqid etməsindən sonra başlayıb: "Ərinə xəyanət edən xanımı efirdə gözlər önündə necə ucaldım? Mən bu cür qadınları vururam, düz danışmırsınız. Rövşanə xanım kimi danışanlar demək istəyirlər ki, guya mən qadın düşməniyəm. Ailəsini satan, ərinə, xanımına xəyanət edən, uşaqları atan qadınların düşməniyəm, başqa heç kimin. Ailəsinə sadiq olan qadın və kişilərin dostuyam. Lap tutaq ki, mən qınayıram, nifrət edirəm, amma hər halda pis yola düşən qadın da bir kişinin səhvindən belə edir. Ərdə olan qadının hansı hissindən danışmaq olar?".

Rövşanə Ağasəfqızı qızı isə Şəfiqə Nağıyevanı qadınların düşməni kimi gördüyünü bildirib: "Söhbət belə qadından getmir. Lütfən qadınları kiçiltməyin. Siz qadınları alçaldırsınız. Mən sizi hər zaman qadın düşməni kimi görmüşəm. İndi mənim sözümə gəlirsiniz. Siz bu verilişdən də getsəniz, heç bir proqram sizə qapı açmayacaq. Bütün qadınlardan ideallıq istəyə bilmərik. Niyə biz xanımlardan "Madonna" yaratmaq istəyirik? Qadının da hissi, düşüncəsi, yanaşma tərzi var. Əxlaqsızlıqdır, amma bu insana xas olan şeydir. İnsan varsa, cinayət, oğurluq var. Ağıllı-ağıllı danışıb, insanlara əxlaq dərsi keçənlərin, 60 yaşında qadının 30 yaşlı sevgilisini mən tanıyıram. Heç kim kamera qarşısında imam övladı olmasın".

Qeyd edək ki, bir neçə gün əvvəl "Təsir dairəsi" verilişində Şəfiqə Nağıyevayla jurnalist-şair Anar Vəziroğlu arasında qalmaqal yaşanmışdı.


 
 
 
Ardını oxu...
 
Müğənni Nəfəs və Zeynəb toy qiymətini açıqlayıb.
Gənc müğənnilər bu haqda ATV kanalında yayımlanan "Zaurla Günaydın" verilişində açıqlama veriblər:
“Toylara getmək üçün işləmək lazımdır, bir də xalqın zövqünü bilmək. Bəzən bizə deyirlər ki, 6/8 oxuyursunuz, toy mahnıları oxuyursunuz. Bəs nə oxuyaq? Gündəmi tuturuq. Zeynəbin ayrı, Nəfəsin ayrı qiyməti var”.
Nəfəs toylara 2-5 min arası getdiyini bildirib: “Yarım saatı 2 min, bütün toy isə 5 min manat. Bura ansambl daxil deyil”.
Zeynəb isə qiymət deməkdən imtina edib: "Şükür, Allaha yaxşıdır. Qiymətimi açıqlamaq istəmirəm”.
Həmin görüntüləri təqdim edirik:
 

 
Ardını oxu...
Müğənni Nura Suri xalq artisti Röya Ayxanın Türkiyənin "Altın Kelebek" mükafatlandırma mərasimində təqdimatına etiraz edib.

Nura Suri sosial şəbəkədə bu sözləri yazıb:

"Ölkə xaricinə tədbirə gedən hər kəs Azərbaycanı təmsil edir. Bu səbəbdən mütləqdir ki, onların görünüşü, geyimi, danışığı peşəkarlar tərəfindən əvvəlcədən düşünülüb hazırlanmalıdır. Şəxsi fikrimdir, razılaşmaq məcburiyyətində deyilsiz. Bu tədbirlərdə Azərbaycanın xalq artislərini də təşkilatçılar səviyyəlli təqdim etməlidirlər. Aygün Kazımovanı da, Röyanı da elə təqdim etmək olmaz. Biz türk qardaşlarımızı, sənətçiləri hörmətlə təqdim edirik. “Azərbaycanın sevilən müğənnisi" nə idi? Niyə? Azərbaycanın xalq artisti, ən məşhur sənətçisi və sairə kimi cümlələr deyilə bilərdi..."

Qeyd edək ki, Röya Ayxan mərasimə "Azərbaycanın ən parlaq ulduzu" nominasiyası üzrə mükafatı vermək üçün qatılıb. Gecədə ölkəmizdən aparıcı Türanə Hüseynli, müğənnilər Nazrin və Ayaz Babayev iştirak edib.
 //Teleqraf.com//

Ardını oxu...
 
Avtomobil kolleksiyası olan azərbaycanlı bloger Hüseyn Həsənov onların sırasına daha birini əlavə edib.

Bloger Dubayda aldığı 2022-ci ilə məxsus “Rolls-Royce Ghost” markalı maşınının fotolarını instaqram hesabında paylaşıb.

Qeyd edək ki, sözügedən maşının Dubaydakı satış qiyməti 1 milyon 749 min dirhəmdir (təxminən 800 min manat).
Ardını oxu...
 
Ardını oxu...
Bəstəkar-müğənni Murad Arifin dünən Bakıda keçirilən "Altın Kelebek" mükafatlarına aid paylaşdığı sərt fikirlər birmənalı qarşılanmayıb.

TEREF.AZ Lent.az-a istinadla xəbər verir ki, ifaçı "Altın Kelebek"i ciddi tənqid edib:

"Rəzalətin kiçik forması hələ də davam etməkdədir. “Altın Kelebek” Türkiyədə müxtəlif kateqoriyalarla sənət və sənətçiləri dəyərləndirir. İlin serialı, ilin filmi, ilin mahnısı, klipi, müğənnisi, maqazin verilişi və s. Bu sənət nominasiyalarının içində bir (qazanc yeri kimi) “Azərbaycanın ulduzu” nominasiyası açıblar. Hər il Azərbaycandan sanki "saç" seçirlər. Eyni kateqoriyada (qadınlı-kişili) müğənni, aktrisa, rəqqasə, aparıcı, bir-birinə aidiyyatı olmayan adamları “soxuşdurmaq?!"

Zənnimcə, mən də, Hiss də, konkret bir məsələyə aidiyyatı olmayan bu “təki olsun” kateqoriyasını boykot etməkdə haqlıyıq. “Altın kelebek”, “Azerbaycanın starı” nədir?! Ya Azərbaycanın müğənnisi, aktyoru, modeli, aparıcısı nominasiyası edin, ya da bu rəzaləti hər il yaşatmayın qardaş ölkəyə...”.

Bu fikirlərə münasibətini bildirmək üçün keçən il "Altın Kelebek"də namizəd olmuş müğənni Nahidə Babaşlı ilə əlaqə saxladıq. İfaçının Azərbaycandakı prodüseri Rasim Amanov Lent.az-a bildirdi ki, o, bəstəkarın "qazanc yeri" məsələsi üzərindən söylədiyi fikirlərini qəbuledilməz hesab edir:

"Biz keçən il müsabiqədə iştirak edəndə tədbirin əvvəlindən sonuna kimi, nə hansısa məbləğ tələb etmişik, nə də pul istəyiblər. Həmçinin, bu, bizimlə bərabər orada iştirak edən azərbaycanlı müğənnilərə də aiddir. Mükafatı almağımıza da fanat kütləsinin sevgisi olub. Onu da bildirmək istəyirəm ki, Murad bəylə çox yaxşı münasibətlərimiz var.

Düzdür, şəxsi fikridir, ancaq maddiyyat üzərindən söylədiyi fikirlər qəbuledilməzdir. Onsuz da bu, həvəsləndirici mükafat kimi gənc ulduzlara təqdim olunur. Hətta namizədlər azdır.

Niyə Azərbaycanda keçirilməsin ki? Azərbaycanın xalq artistləri Aygün Kazımova və Röya mükafat alandan sonra gənclərin də mükafatlandırılmasına üstünlük verildi. Keçən il gənclər arasında ilk qalib Nahidə xanım oldu. Ümid edirik ki, bu il də layiqli olan qazanar".

Nahidə Babaşlı bundan başqa, Türkiyədə bəzi məşhurların "Altın Kelebek"ə qatılmaqdan imtina etməsindən söz açıb:

"Təbii ki, o, normal haldır. Bərabər səviyyədə reytinqi olan müğənnilər, aktyor və aktrisalar, məşhur simalar çoxdur. Onların eyni mükafat uğrunda mübarizə aparmaqları düzgün deyil. Ona görə imtina etməkləri təəccüblü hal deyil. Azərbaycanda imtina etməyə tutarlı səbəb də yoxdur. Bu tədbirin, konsertin üzərindən "Pantene" Azərbaycandan hansısa qazanc əldə etmir. "Pantene" yalnız reklamdan qazana bilir".

Qeyd edək ki, dekabrın 4-də Türkiyədə keçiriləcək "Altın Kelebek"in tədbirində Azərbaycanı aparıcı-aktrisa Turanə Hüseynli, müğənnilərdən isə Ayaz Babayev və Nəzrin təmsil edəcək.
 
Ardını oxu...
Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində qalmaqal baş verib.

Hadisə verilişdə ekspert qismində əyləşən Anar Vəziroğlu və vəkil Şəfiqə Nağıyeva arasında baş verib.

Anar Vəziroğlu “Bu qadında ləyaqət yoxdur” deyərək Şəfiqə Nağıyevanın üstünə su atıb.

Sözügedən hadisədən sonra ekspert proqramdan uzaqlaşdırılıb.

Qeyd edək ki, Anar Vəziroğlu Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun qardaşıdır.

Həmin anın görüntülərini təqdim edirik:

 

 
Ardını oxu...
 
Qonşusunu qətlə yetirməkdə təqsirləndirilərək həbs olunan tanınmış meyxanaçı Rəşad Dağlının oğlu Yusif yenə diqqəti öz üzərinə çəkib.
11 yaşlı Yusif bu dəfə söz ustadı Ağamirzəyə telefon açaraq, onu ad günü münasibətilə təbrik edib.
Qeyd edək ki, atasının həbsindən sonra Yusif sosial şəbəkə hesabındakı paylaşımları ilə qısa müddət ərzində məşhurlaşa bilib. O, az vaxt ərzində “Instagram”da hesabında izləyicilərinin sayını 2 dəfə artırmağı bacarıb. 
Balaca Yusifin "baba" deyərək müraciət etdiyi Ağamirzəylə telefon danışığı sosial şəbəkə iştirakçıları təərfindən maraqla qarşılanıb. 

 

 

Ardını oxu...
 
Xalq artisti Tünzalə Ağayeva xarici görünüşü ilə diqqət çəkib. 
Sənətçi saçlarını uzatdıraraq qara rəngə boyatdırıb. Sosial şəbəkədə yeni görüntülərini paylaşan ifaçı imici ilə izləyicilərini təəccübləndirməyi bacarıb. İfaçı paylaşımına "Mən Rapunzeləm" sözlərini yazıb. 
46 yaşlı Xalq artisti yeni görünüşünü boz libası və eyni rəngli dikdaban ayaqqabı ilə tamamlayıb. Ağayevanın stili üzərində peşəkarlardan ibarət komanda çalışıb. Onun yeni saç düzümü yaxın dostu, stilist Anar Ağakişiyevə aiddir. 
BAKU.WS sənətçinin yeni görünüşdə olan fotolarının təqdim edir:

  • Ardını oxu...
  • Ardını oxu...
  • Ardını oxu...
Ardını oxu...
Müğənni Aysun İsmayılova yeni paylaşımı ilə diqqət çəkib.

"DogruXeber.az" xəbər verir ki, ifaçı sosial şəbəkədə həyat yoldaşı Eşqinin ona göndərdiyi buketi paylaşıb. Belə ki, buketin içindəki açıqcada "Hər zaman üzün gülsün, mələyim" qeydi yazılıb.

Qeyd edək ki, Aysun Eşqin Cəlilovla iyunun 30-da evlənsə də, bir neçə ay sonra onların ayrıldığı barədə xəbərlər yayılıb.

 

Dünyapress TV

Xəbər lenti