Ardını oxu...
Rəşad Dağlının oğlunun adından saxta hesabla pul toplanır
Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının azyaşlı oğlunun adına saxta sosial şəbəkə hesabı açılaraq meyxanaçıya dəstək adı ilə pul yığılır.
Meyxanaçının və oğlu Yusifin TikTok səhifələrində məlumat paylaşılıb.
Paylaşımda saxta hesabın Rəşad Dağlının oğlu ilə əlaqəsi olmadığı, dələduzluq məqsədilə yaradıldığı bildirilib.

Məsələ ilə bağlı Rəşad Dağılının vəkili də açıqlama yayıb. Vəkil yardım adı ilə yığılan pulların meyxanaçının ailəsi ilə əlaqəsi olmadığını deyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məsələdən məlumatlıdırlar. Hazırda araşdırma aparılır.
Ardını oxu...
 
Ardını oxu...
Nadirin yeni görkəmi görənləri ŞOK ETDİ: “Niyə özünü bu günə qoyub?" - FOTO
Müğənni Nadir Qafarzadənin yeni görünüşü görənləri şoka salıb.

Yenicag.az xəbər verir ki, estetik əməliyyatla üzündəki qırışlardan büsbütün xilas olan sənətçinin fotosunu əməkdar artist, tanınmış aktyor Cavahşir Hadıyev sosial şəbəkə hesabında paylaşıb.

Foto izləyicilər tərəfindən müzakirələrə səbəb olub.

Nadir estetik əməliyyatla dəyişən simasına görə sərt tənqidlərə tuş gəlib. Onu lağa qoyanlar da olub. Həttə bəzi izləyicilər Nadiri tanımayıblar, “Bu, kimdir?”, – deyə suallar ünvanlayıblar.

“Bunlar niyə özlərini bu günə qoyurlar. Çelentano, Alen Delon və digər bu kimi dunya ulduzlarına baxıb niyə təbiiliyi öyrənmirlər?! Özgüvənsizliyin əlamətləridir bu…”, – deyib onu dünya ulduzlarından ibrət götürməyə səsləyənlər də olub.

Fotonu təqdim edirik:
Ardını oxu...
 

İstanbulun Şişhane metrostansiyası yaxınlığında atışma səsləri eşidilir. Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli vətəndaşı zərərsizləşdiriblər.

Yerli sakinlər yaxınlıqdakı mağazalara sığınmağa məcbur olublar.

Şahidlər ən azı 60 atəş səsi eşitdiklərini iddia edirlər. (iz.ru)
 
Ardını oxu...
Rusiyalı teleaparıcı və müğənni Olqa Buzova narkomaniyaya meylli olduğunu etiraf edib.

Publika.az xəbər verir ki, o, bu barədə "Instagram"da paylaşım edib.

"Ən faydalı asılılıq idman asılılığıdır. Artıq məşq etmədən gedə bilmərəm", - Buzova bildirib.

Buzova müntəzəm olaraq idman zalından kadrları dərc edir və etdiyi məşq variantlarını abunəçiləri ilə bölüşür.

O qeyd edib ki, xəstəlikdən çətinliklə sağalsa da, aktiv həyat tərzinə qayıtmağı zəruri hesab edir:

"Heç nə idman etmək qədər kömək etmir, ona görə də idman zalına gedirəm",
 
 
 
Ardını oxu...
Kulis.az meyxana aləminin kralı hesab olunan Rəşad Dağlı haqqında maraqlı faktları təqdim edir. Rəşad Vaqif oğlu Əmirov 21 aprel 1984-cü ildə Bakının Yasamal rayonunda anadan olub. 2001-ci və 2011-ci ildə Azərbaycan telekanallarında yayımlanan “De gəlsin” meyxana yarışmasında iştirak edəndən sonra böyük populyarlıq qazanıb.

O, gəlib-keçmiş meyxanaçılar arasında ən yaxşılardandır. Hətta deyişmə müstəvisində, bəlkə də, ən yaxşısıdır. Səri bəhrində aparılan çevik deyişmələrdə Rəşadı məğlub edən meyxanaçı olmayıb. O, hətta Aydın Xırdalanlı ilə də kəllə-kəlləyə gələ bilirdi.

Bir qrup meyxana deyən gənc Rəşad Dağlının öz avtoritetindən istifadə edərək gənclərin yolunu bağladığını iddia edir. Bir vaxtlar Rəşadla üz-üzə deyişən, hətta bəzi meydanlarda Rəşada layiqli rəqib olan o gənclər günlərin birində “meyxana kralı”nın qəzəbinə tuş gəlirlər, Rəşad onların olduğu məclislərdən imtina etməyə başlayır. Təbii, məclis sahibi də bu seçim qarşısında qaldıqda Rəşadı seçir və həmin gənclərdən imtina edir. Gənclərin iddiasına görə, Rəşad onunla ciddi rəqabət aparan rəqibləri sevmir. O, toylara, adətən, elə kollektivlə yollanır ki, həmin məclisdə onun krallığı açıq-aydın seçilsin, onunla deyişən, bir məclisdə olan şəxslər də, iddiaya görə, bu qaydaya sadiq qalırlar.

Bu haqda Rəşad Dağlının yaxın dostu Orxan Lökbatanlı müsahibələrinin birində deyib: “Mən Rəşadı neçə illərdir tanıyıram. Rəşad kiminsə çörəyinə bais olacaq insan deyil. Sadəcə, elə adamlar var ki, özlərini meyxanaçı kimi qələmə verirlər. Biz məclisə gəlirik, bizə deyirlər ki, filan uşaq təzə-təzə meyxana deyir, istedadı var, qoyun o da sizinlə meyxana desin. Razılaşırıq. Həmin uşaq mikrofonu əlinə götürüb ikinci bəndə keçəndə başlayır qanacaqsızlıq etməyə. Ola bilər ki, həmin məqamla bir də rastlaşmamaq üçün mən də, Rəşad da, digər meyxanaçılar da toya dəvət edənə deyək ki, məclisdə keçən dəfə qanacaqsızlıq edən oğlan olmasın”.

Rəşad Dağlı 2010-cu ildə Nailə Süleymanzadə adlı xanımla ailə qurub. Onların Yusif adlı oğlu və Bətül adlı qızları dünyaya gəlib. 9 ildən sonra, 2019-cu ilin avqust ayında isə Nailə Süleymanzadə Xətai Rayon Məhkəməsinə verdiyi ərizədə Rəşad Dağlıdan ailədaxili münaqişələrdən bezdiyi üçün boşanmaq istədiyini bildirərək, bununla bağlı məhkəməyə müraciət edib.

Xəbərin üzərindən bir neçə saat keçəndən sonra Nailə xanım mətbuata açıqlama verərək boşanma haqqında məhkəməyə müraciət etdiyini doğrulayıb: “Bu haqda danışmaq istəmirdim. İstəməzdim ki, belə xəbərlər mətbuatda yer alsın. Biz Rəşadla dost kimi ayrılmağı düşünürük. O, övladlarımın atasıdır. Sadəcə ailə münaqişələrimiz oldu və anlaşa bilmədik. Boşanma ərizəsini mən vermişəm. Rəşad isə bununla razı deyil”.

Rəşad 2015-ci ildə ANS TV-də yayımlanan “Maşın Şou”da iştirak edib. Bu verilişdə o, aktrisa Mehriban Xanlarova ilə mübahisələri ilə yadda qalıb. Belə ki, aktrisa dağlılardan səs istəyib. Rəşad özü də dağlı olduğu üçün onun səs istəməsinə belə münasibət bildirib: “Dağlı qadını Cəfər Cabbarlını, Mikayıl Müşfiqi dünyaya gətirən qadındır, Mehriban Xanlarova deyil”.

Bu şouda Rəşad yüksək səs yığaraq stilist Anar Ağakişiyevi uzaqlaşdırması ilə də yadda qalıb.

Deyilənlərə görə, Rəşadın ən ciddi münaqişəsi yaşadığı meyxanaçı Rüfət Nasosnu olub. Belə ki, məclislərin birində onların mübahisəsi o qədər dərinləşib ki, Rəşad öz həmkarını bıçaqlayıb. Bir müddət sonra Rəşadla birgə şəklini sosial şəbəkədə paylaşan Rüfət belə yazıb:

“Mən ancaq Allahdan xeyirlisini arzuladım... İstər özümə, istər özüm kimilərə”.

Meyxananın tacı və kralı hesab olunan Rəşad Dağlı bu gün də öz taxtını qorumaqdadır. Meyxana aləmində onun rəqibi yoxdur. Rəşad mətbuata heç bir müsahibə vermir. Son günlər isə o, bunu Aydın Xırdalanlının, Vüqar Biləcərinin ölümü ilə əlaqələndirib və onlara hələ də yas saxladığını bildirib. O, nə qədər sərt, davakar təsir bağışlasa da, göz yaşları ilə də yadda qalıb. Yaxın dostları Aydın Xırdalanlı və Vüqar Biləcəri dünyasını dəyişən zaman Rəşad kameralar qarşısında hönkür-hönkür ağlayıb.

Rəşad Dağlı 9 noyabr 2022-ci ildə qonşusu 43 yaşlı İskəndər Mehtiyevlə aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qətlə yetirib. Hadisədən sonra könüllü polisə təslim olan Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
 

Ardını oxu...
"Mən urvatsız gedənləri görüb həmişə demişəm ki, bu sənətdən gedəndə kişi kimi getmək lazımdır".

DİA.AZ lent.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev "Xəbər Ətər" verilişində qonaq olarkən, deyib.

"Hiss etsəm ki, sevənim yoxdur, toyum azalıb, alqış yoxdur, sənətdən gedərəm. Şükür Allaha, acından ölmürük, uşaqlar yerləşib, elə bir problem yoxdur. Toya şah kimi getməlisən, səni qarşılamalıdırlar. "A, kim gəldi?" - deməlidirlər. Əgər o olmasa, şəxsən söz verirəm ki, həmən günü gedərəm. Vaxtında gedəndə həm hörmətli olursan, həm də elə gözəl olur".
Ardını oxu...
ATV telekanalında yayımlanan “Bizimləsən” verilişində İranda baş verən etirazlara dəstək nümayiş olunub.

“Qafqazinfo” xəbər verir ki, proqramın aparıcısı Zaur Baxşəliyev İrandan bir çox izləyiciləri salamlayaraq onların mübarizə əzmini təqdir edib.

“Ərdəbildə baş verənləri göz yaşları ilə izlədik, amma müqavimətiniz möhtəşəmdir. Qəlbimiz hər zaman sizinlədir”,- deyə Zaur qeyd edib.

İzləyicilər İrandakı soydaşlarımızın mübarizəsinə alqışlarla dəstək verib.
Ardını oxu...
Türkiyədə yayımlanan "Söylemezsem Olmaz" verilişinin şərhçisi Arto şok açıqlamaları ilə gündəmə gəlib.

"Paralel.az" xəbər verir ki, Artonun "Rza Zərrab Mehmet Dinçerlərə pul verib, Hadisə ilə evlənməsini istəyib" deməsi gündəm yaradıb.

"Beyaz" TV-də yayımlanan verilişinin şərhçisi Arto bu çıxışı ilə canlı yayıma damğa vurub. Hadisə ilə sevgili olduğu iddiası ilə gündəmə gələn Arto, Hadisənin boşandığı həyat yoldaşı Mehmet Dinçerlərlə bağlı maraqlı açıqlamalar verib.

“Sənə başqa bir nəzəriyyəmi danışacağam” deyərək çıxışına başlayan Arto bunları deyib: "Məncə Rza Zərrab Mehmet Dinçerlərlə razılaşaraq, "Sənə borcunu ödəmək üçün pul verirəm, Hadisə ilə evlən, 3-5 aya boşanacaqsan" deyib. Məncə çox mətiqlidir. Mehmet Dinçerin çoxlu borcları var idi. Mənim ağlıma bu versiya gəlir. Hətta mən Rzanın Hadisə ilə görüşdüyünə də inanıram". (Musavat.com)
 
Ardını oxu...
Azərbaycanda gənc müğənni, bəstəkar, "Yeni Ulduz" yarışmasının iştirakçısı olan 31 yaşlı Samir Cabbarov bir ildir xərçəngdən əziyyət çəkir.

Teref.az Medicina.az-a istinadən xəbər verir ki, 2 il əvvəl stomatoloq tərəfindən yonulan dişinin sərt ucu onun dilinə sürtünərək dilin kənarlarını zədələyib. Öncə buna əhəmiyyət verməyib, bir müddət sonra onun dilinin kənarında kiçik şiş kimi qabarıq əmələ gəlib.

Daha sonra limfaları şişən Samirə həkimlər həmin şişin xərçəng olduğunu və limfalara yayıldığını bildirib.

Onkologiya Mərkəzində onun dilinin yarısı və limfa düyünləri kəsilib.

Kimyaterapiyalardan bir neçə ay sonra yenidən çənədə yumru şişlər əmələ gəlib.

Hazırda həmin şişlərin yeri dəlik kimi qalıb. Xəstəliyinə görə 20 kq arıqlayan, artıq mədəyə birləşmiş borucuq ilə qidalanan Samirin müalicəsində Bakıda oluna biləcək üsul qalmayıb.

Samirin həyat yoldaşı onu Türkiyəyə apararaq ağıllı dərman metoduna üz tutmaq istəyir:

"Biz bir neçə dəfə İstanbulda bahalı kimyaterapiyalardan keçmişik. Samirin qardaşı, yaxınları bu 1 ildə bütün müalicələrin xərcini çəkib. Amma daha manatımız belə yoxdur.

Samir yaxşı danışa bilmir, qorxur, heç dostlarının da onu bu halda görməsini istəmir. Heç bir verilişə çıxa bilmir.

Ağıllı dərmanın alınması üçün 15-20 min dollar lazımdır.

14 noyabrda biz Türkiyədə çek-apdan keçməliyik. Vaxt azdır, Samirin xilası üçün bundan artıq yol qalmayıb.

Ümidimiz gələn hər yerə üz tutmuşuq.

Samir hələ gəncdir, gözəl səsi var, arzuları, xəyalları vardı. Onu belə görmək içimizi parçalayır".
 
Ardını oxu...
Azərbaycanda TikTok sosial şəbəkəsində qoyulan məhdudiyyət aradan qaldırılıb.

Yeniavaz.com xəbər verir ki, hazırda Azərbaycan istifadəçiləri heç bir məhdudiyyət olmadan sözügedən sosial şəbəkədən istifadə edə bilirlər.

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti də məlumat yayıb.

“Elektron Təhlükəsizlik Xidməti vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət etməyə çağırır”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, TikTok-a giriş sentyabrın 14-də məhdudlaşdırılmışdı. Dövlət Təhlükəsizliyi Xidməti hərbi əməliyyatlarla bağlı ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatların yayıldığını əsas gətirərək Tiktok sosial şəbəkə resursuna girişi məhdudlaşdırmışdı.
 

Dünyapress TV

Xəbər lenti