Ardını oxu...

İmam Hatip tərəfdarlarının ünvanına təhqiramiz ifadələr işlətdiyi üçün 3 ilə qədər həbs cəzası alan Gülşənin məhkəməsi sabah İstanbul 11-ci Cəza Məhkəməsində hakim qarşısına çıxacaq.

"DogruXeber.az" xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Qeyd edək ki, məşhur müğənni aprelin 30-da İstanbul Ataşehirdə verdiyi konsertdə "Daha əvvəl İmam Hatipdə oxumuşdu, azğınlığı oradan gəlir" kimi ifadələr işlədib. Gülşənin bu sözlərindən sonra İstanbul Respublika Prokurorluğu tərəfindən istintaq başladılıb və o, istintaq çərçivəsində əvvəlcə tutularaq həbsxanaya göndərilib. Daha sonra isə "iqamətgahı tərk etməmək" şərti ilə sərbəst buraxılıb.

 

 
Ardını oxu...
40 yaşlı müğənni Britni Spirs 13 il himayəsində olduğu Ceymi Spirsin atasına qarşı yenidən ittihamlar səsləndirib.

Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" ulduzun sosial şəbəkələrinə istinadən xəbər verir.

İfaçı bildirib ki, tam sağlam olmasına baxmayaraq, valideyni onu məcburi müalicəyə məcbur edib.

"Mənim üçün bütün bunların mənası yox idi - təcrid, tibb bacıları, qan boruları, daimi ünsiyyət. Bütün bunlar doğru deyildi - mən yaxşı idim", - deyə sənətçi yazıb.

Müğənni qəyyumluğunun 13 ilini "gizli və manipulyasiya zorakılığı" adlandırıb, həmçinin Ceymi Spirsi qətlə cəhddə ittiham edib: "Və nəticə: ən çətini onların (Spirsin valideynləri) qəddar olduğunu dərk etməkdir. Atamın məni öldürməyə çalışdığını hiss etdim. Ümid edirəm ki, cəhənnəmdə yanacaq".
 
Ardını oxu...
Təbrizdə yaşayan musiqiçi Rza Əbdüləhi Pirəli həbs edilib.

DİA.AZ Lent.az-a istinadla xəbər verir ki, bu barədə İranın "MOUZE" teleqram kanalı məlumat yayıb.

Qeyd olunur ki, musiqiçi, bağlama alətinin təlimatçısı, “Təbriz Bağlama Eli” musiqi məktəbinin sahibi Rza Əbdüləhi Pirəlinin evində axtarış aparılıb və onun bəzi şəxsi əşyalarını, o cümlədən noutbukları, mobil telefonları müsadirə olunub.

Onun həbsinin səbəbləri, ittihamları və köçürülmə yeri barədə hələ də ətraflı məlumat yoxdur.
Ardını oxu...
“Çarlinin mələkləri” və onlarla digər filmlərdəki rolları ilə tanınan aktrisa Dryu Berrimor sonuncu dəfə 6 il əvvəl cinsi əlaqədə olduğunu etiraf edib.

47 yaşlı aktrisa şəxsi həyatının təfərrüatlarını pərəstişkarları ilə bölüşüb.

Xüsusilə, kino ulduzu aktrisa intim münasibətlərinə yenidən baxdığını bildirib.

“İki uşaq sahibi olmağım və onların atalarından ayrı qalmağım məni daha ehtiyatlı etdi. Diqqətimi özümə və qızlarıma yönəltdim. Kişilər kənarda qaldı. Mən seksə nifrət etmirəm. Bu yaxınlarda ağlıma gəldi ki, sevgi və seks eyni deyil”, - deyə məşhur bildirib.

Qeyd edək ki, Dryu Berrimor üç dəfə evlənib. Onun keçmiş həyat yoldaşlarından iki qızı var: 10 yaşlı Oliv və 8 yaşlı Frenki.

Mənbə: gazeta.ru
Ardını oxu...
Bir müddət əvvəl qızını qucağına alan tanınmış aktrisa Demet Evqar reklam və seriallardan xeyli gəlir əldə edir.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa reklamdan qazandığı 1 milyon TL-ni Manisada illərdir əkinçiliklə məşğul olan ailəsinə bağışlayıb.

Bununla özünü çox xoşbəxt hiss etdiyi deyən aktrisa heç bir işdə tarladakı qədər yorulmadığını dilə gətirib:

“Hələ də bu işlə məşğuluq. Övladımı da fermaya da aparmışam ki, o yerin havası ilə nəfəs alsın. Torpaqla işləyənlərin həyatı saat 04:30-05:00 başlayır. Səhər saat 12:00-a qədər işi bitir. Torpaqla məşğul olanlarda səhər məhsuldarlığı deyilən bir şey var. Onu deyə bilərəm ki, heç bir işdə tarladakı qədər yorulmamışam"- aktrisa deyib.

 
Ardını oxu...
Rusiyaya köçən müğənni Afət Fərmanqızı yaradıcılığı ilə bağlı Musavat.com-a danışıb. Müğənni Rusiyadakı toy bazarından xeyli razı qaldığını deyib. “Buradakı işim Azərbaycandakından xeyli əladır, vəziyyətimdən çox razıyam. Rusiyada müğənniyə çox yüksək səviyyədə qiymət verilir. Burada hər kəs böyük-kiçik yerini bilir. Bilsəydim, Rusiyaya çoxdan köçərdim. Qonorara gəldikdə isə Azərbaycandakı üç toyun qiymətini burada bir toydan götürmək olur”.

Bəs başqa daha hansı azərbaycanlı müğənnilər Rusiyada çörək qazanır? Afət Fərmanqızı düzmü deyir? Doğrudanmı Azərbaycanda müğənniyə az dəyər verilir? Bakıda hazırda ən bahalı toy müğənnisi kimdir?

Xatırladaq ki, bundan öncə də Rusiyaya qazanc dalınca gedən bir neçə müğənnimiz oradakı toy qiymətlərindən razılıq edib, sənətçilərə böyük dəyər verildiyini bildirmişdi. Onların arasında Rusiyada biznes quranlar da var. Məsələn, Əməkdar artist Könül Kərimova ötən il bu mövzuda açıqlama verərkən bildirmişdi ki, Rusiyadakı toylar Azərbaycandakından daha bahadır: “Hələ müğənni toyda qəşəng şabaş da yığır. Orada belə bir hörmət də var. Müğənniyə hörmət xatirinə pul da verirlər”.

Müğənni bu açıqlamasının ardından sosial şəbəkədən Moskvada biznes qurduğunu, orada xına evi açdığını bəyan etmişdi.

Müğənni Rəqsanə isə artıq uzun müddətdir ki, Rusiyada yaşayır. Sənətçi ötən il pandemiya səbəbindən Rusiyaya üz tutan həmkarlarına qısqanclıqla yanaşaraq, bir neçə dəfə qalmaqallı açıqlamalar vermiş, Rusiyaya gələn bəzi sənətçilərin “göyərti qiymətinə” toy tutduğunu və yaxud qeyri-əxlaqi hərəkətlər etdiyini bildirmişdi. Onun bu cür açıqlamaları elə həmkarları tərəfindən tənqid edilmişdi.

İki ilə yaxındır ki, oğlu ilə birlikdə Rusiyaya köçən Fədayə Laçın da bu ölkənin toy bazarına daxil olmaqla yanaşı, həm də özünə biznes quraraq, restoran açıb. Müğənni televiziya proqramlarının birinə verdiyi açıqlamasında bildirmişdi: “Əlhəm üçün restoran açdım. Dedim ki, onun da bir işi olsun. Əlhəm filoloqdur. Rusiyada öz sahəsi üzrə heç cür işləyə bilməyəcəyini düşündüm. Buna görə də biznesdən başlayaq. Əlbəttə, özüm üçün də belə məkan lazımdır, məşqlər edirəm. Məclislərimiz də, konsertlərim də burada olur”.

Eləcə də Tacir Şahmalıoğlu, Zemfira İbrahimova, Üzeyir Mehdizadə, Xəyyam Nisanov, Şəbnəm Tovuzlu, Vəfa Şərifova, Əməkdar artist Mətanət İsgəndərli, Nadir Qafarzadə pandemiya dövründə qazanc dalınca tez-tez Rusiyaya gedən sənətçilərdir.

Bir müddət Rusiya toy bazarına qatılan müğənni Pərvin Səfərov Rusiyada sənətçilərimizin qazancı, ən bahalı müğənninin kim olması, kimlərin monopoliya yaratması haqda gizlinləri “Yeni Müsavat”a bölüşüb: “Bəli, doğrudan da Rusiyada toylarda yüksək məbləğ verirlər. Məsələn, adi Bakıda 100 manata oxuyanlar Rusiyada 3 dəfə artıq, 300 manat alır. Amma düşünməyin ki, Rusiyaya qazanc dalınca gedən kimi səni toya salırlar, bunun üçün mütləq ya çox tanınan olmalısan, ya da oradakı musiqiçilərlə əlaqədə olmalısan. Bir də ki, oradakı monopoliya məsələsi Bakıdakından daha güclüdür. Bildiyiniz kimi, mən pandemiya dövründən əvvəl ora getmişdim və pandemiya düşən kimi sənətçilərimiz ora axın etdilər. Bu zaman arada rəqabət, qisqanclıq, paxıllıq böyüdü. Xatırlayırsınızsa, müğənni Rəqsanə Bakıdan gedən müğənniləri ”gözü götürmürdü". Çünki gənc müğənnilər ondan və digərlərindən daha yaxşı qazanc əldə edirdi. Nəticədə Rəqsanə həmin müğənnilər barəsində qeyri-etik ifadələr işlətdi, bəzən isə şər-böhtan atdı.

Orada daha bir məsələ var, bəzən görürsən ki, Azərbaycanda heç cürə tanınmayan bir müğənnini elə təqdim edirlər ki, şoka düşürsən. Təbii ki, bunun üçün səni təqdim edən adamı yaxşı “görməlisən”. Yəni güclü monopoliya var. Bəzi müğənnilərimiz restoranların administratorlarına və yaxud musiqiçilərinə əvvəldən pul, şirinlik verir ki, toy olanda onu çağırsınlar. Hazırda isə Rusiya toy bazarında durğunluq var. Ora qazanc dalınca gedən, hətta biznes quran sənətçilərimiz artıq Bakıdadır, işlərini burada qurmağa başlayıblar. Məsələn, Rusiyada Fədayə Laçın kimi sənətçi indi toylara getmir, yalnız ayda 1-2 toy olar, ya olmaz. Biznesini isə artıq təhvil verib, restoranı daha yoxdur".

Pərvin Səfərov Rusiyada daha çox qazanan və tələb olunan müğənnilərin kimliyini də açıqlayıb: “Orada daha çox Gürcüstan azərbaycanlıları və yəhudilər azərbaycanlı sənətçiləri öz toylarına dəvət edirlər. Məsələn, hazırda Şəbnəm Tovuzlu, Afət Fərmanqızı, Vəfa Şərifova tələb olunan müğənnilərdir ki, onlar da demək olar ki, Gürcüstan azərbaycanlılarının toyuna gedir. Rusiyada daha çox musiqiçilərlə deyil, gərək camaatın özü ilə əlaqədə olasan. Çünki qeyd etdiyim kimi, onlar yalnız onlarla işləyən, əlaqədə olan müğənniləri çağırırlar”.

O ki, qaldı hazırda Bakıda ən bahalı toy müğənnisinin kim olmasına, hazırda müğənnilərin təxmini toy qiymətləri aşağıdakı kimi qeyd olunur. Onu da əlavə edək ki, bu qiymətlər bütöv toyun aparılmasına aiddir: Vasif Məhərrəmli - 10 min, Sevda Yəhyayeva - 9 min, Nurlan Əzizbəyli - 5 min, Brilyant Dadaşova -15 min, Tünzalə Ağayeva - 15 min, Zamiq - 10 min manat, Nuri Sərinləndirici - 16 min, Abbas Bağırov - 16 min, Faiq Ağayev - 15 min, Nadir Qafarzadə - 10 min, Xatirə İslam - 10 min, Samir Piriyev - 9 min, Xatun - 7 min manat.
 
Ardını oxu...
Britaniyalı musiqiçi və keçmiş “Beatles” üzvü Rinqo Starr Şimali Amerika turnesini ləğv edib.

İfaçının iki həftə ərzində ikinci dəfə koronavirusa yoluxduğu bildirilib. Onun testi sağaldıqdan sonra yenidən müsbət nəticə göstərib.

Turun ikinci mərhələsinin ləğvi Ringo tərəfindən “yenidən yolda” olduğunu elan etdikdən üç gün sonra baş tutub.

“Əminəm ki, siz də mənim kimi təəccüblənəcəksiniz. Koronavirus üçün testim yenidən müsbət çıxdı. Qastrol konsertlərimin qalan hissəsi də ləğv edilib”, - Starr “Twitter”də yazıb.

Qeyd edək ki, oktyabrın 4-də 82 yaşlı musiqiçiyə koronavirus diaqnozu qoyulduğu bildirilib.

Mənbə: lenta.ru
 
Ardını oxu...
"PnB Rock" ləqəbi ilə tanınan amerikalı reper Rakim Allen öldürülüb.
Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, Los-Ancelesdə, restoranda sevgilisiylə yemək yeyən 30 yaşlı reperə şübhəli şəxs hücum edib. O, reperin üzərindəki qızıl-zinət əşyalarını götürmək istəyib. Daha sonra reperi güllələyən cinayətkar dərhal hadisə yerindən qaçıb
Reper ən yaxın xəstəxanalardan birinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Ardını oxu...
 
Ardını oxu...
Bakıda gənc oğlan itkin düşüb.
Teref.az Lent.az-a istinadən xəbər verir ki, Ağayev David Oleq oğlu 3 gün əvvəl yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Bu barədə onun yaxınları polisə müraciət ediblər.
Hazırda axtarışlar davam edir.
Qeyd edək ki, David “TikTok”dakı paylaşımları ilə tanınır.
Ardını oxu...
 
Ardını oxu...
Aşıq Namiq Fərhadoğlu qəzaya düşüb.

DİA.AZ “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Bakının Nizami rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, Namiq Hüseynov idarə etdiyi 99-NF-002 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobili ilə işıqforun qırmızı işığında dayanıb. Bu zaman yüksək sürətlə hərəkət edən 77-HB-375 dövlət nömrə nişanlı “Azsamand” markalı avtomobil qarşıda dayanan 99-PS-832 dövlət nömrə nişanlı “Renault”a çırpılıb.

“Renault” isə Namiq Hüseynovun maşınına dəyərək dayanıb.

Hadisə zamanı xəsarət alanların olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, sənətçinin özü də qəza ilə bağlı instaqram hesabında video paylaşıb.

0
 
 

Dünyapress TV

Xəbər lenti