“Əlinizdə sübut olmaya-olmaya ağzınıza gələni yazmaq tərbiyəsizlikdir,
Tanınmış müğənni Elmira Ələkbərzadə (Emma) məhkəməyə müraciət edəcək. DİA.AZ bildirir ki, o özü bu haqda Moderator.az-a danışıb. Sənətçi bildirib ki, saytlardan biri onun haqda “mədə kiçiltmə əməliyyatı etdirib” deyə xəbər yazıb.

“Saytda yayımlanan məlumatı mənə dünən yolladılar. Baxmayaraq ki, əqrəb bürcüyəm amma o qədər səbrliyəm ki. Tərbiyəm, mədəniyyətim heç vaxt imkan verməyib ki, bu illər ərzində mən hansısa problemə görə məhkəmə işi açım, prokuorluğa müraciət edim. Dünən artıq səbrim daşdı. Öz-özümə dedim ki, belə olmaz. Gecə ikən vəkilim İradə Cavadovaya zəng edib, məsələdən xəbərdar etdim. Saytın adını dedim. Əlbəttə ki, həmin saytdan rəsmi bir insanı tapacaqlar. Mənim üçün fərq etmir, kasıb saytdır yaxud da varlı sayt! Şərə və yalana görə mənə böyük məbləğ ödəyəcəklər. Sizin əlinizdə sübut olmaya-olmaya nə ixtiyarınız var ki, götürüb ağzınıza gələni yazasız. Kim sizə bu ixtiyarı verib? Bu tərbiyəsizlikdən başqa bir şey deyil! Onlar qanun qarşısında cavab verəcəklər” deyə müğənni bildirib.

Sənətçi deyib ki, hələ də onun mədə kiçiltmə əməliyyatı etdirdiyini düşünənlər var.

“Bilirsiniz bədbəxtçilik nədədir? Bilən də, bilməyən də rəy yazır. Mən ümumiyyətlə saytın sonunda yazılan rəyləri oxumuram, çünki özümü sevən insanam. Bəzi kütlə var ki, bisavaddılar. Bizim mədə kiçiltmə cərrahlarının bəziləri ilə efirlərə çıxmışam, hörmətim var onlara. Hətta onlar belə etiraf edirlər ki, siz elə bilirsiniz ki, mədə kiçiltmə əməliyyatından sonra ömür boyu zərif qalacaqsız, siz yanılırsınız. Böyük kütlə bilir, bu haqda məlumatlara sahiblənir. Amma balaca kütlə savadını artırmaq istəmir. Onların işi-gücü yoxdur. Bədbəxtdirlər. Ona görə də mən çəkilmişəm kənara, qanun işini görür” deyə müğənni bildirib.

Emma Ələkbərzadə xüsusi pəhriz proqramı ilə artıq çəkilərdən xilas olduğunu bildirib.

“Uzun illərdir, 2008-ci ildən bəri pəhrizdəyəm. Üstündən gör neçə illər keçib, mən yenə də formada qalmışam. Çünki buna iradə, güc, səbr lazımdır. Yemək də yeyirəm, amma qədərində. Süfrədən ac durmaq lazımdır. Çalışıram belə edim. Gör neçə ildir arıqlamışam, hələ də insanlar bunu müzakirə edirlər” deyə sənətçi bildirib.

Bölmənin digər xəbərləri

07 İyun 2025 Qarayevlər ata-bala 2 kanalda qara siyahıya düşdü
07 İyun 2025 Gülüstan Əliyeva qaraya büründü - Fotolar
06 İyun 2025 Nəfəsin iddialı geyimi gündəm oldu - VİDEO
06 İyun 2025 Zaurdan Tolikə AĞIR CAVAB: “Kabinetdə müğənnilərlə oturub... olmaz!” - VİDEO
06 İyun 2025 Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? – Özü danışdı
05 İyun 2025 Şəhriyardan Oksana açıqlaması: “Uşağımın anasıdır”
05 İyun 2025 “Nəfəs və onun kimiləri efirə buraxmaq olmaz!”- Xalq artisti QƏZƏBLƏNDİ
04 İyun 2025 “Keçmiş arvadlarım məndən varlıdır” – Məşhur aktyordan ŞOK açıqlama
04 İyun 2025 “O pula soyuducumu dolduraram” - Nisə Qasımova
04 İyun 2025 Aqşin Fateh: “Bir ilə 100 min manat xərcləyirəm”
03 İyun 2025 “Toy etsəm, hamı biləcək” — VİDEO
03 İyun 2025 Rihanna Nyu-York küçələrində "belə yaxalandı" - VİDEO
03 İyun 2025 Azərbaycanlı müğənnini "daş-qalaq etdilər" - Video
02 İyun 2025 "Hüseyn bunları gündəm üçün edir"
02 İyun 2025 Miri Yusifin ailəsi Bakıya bu səbəbdən köçüb
02 İyun 2025 Akif İslamzadə Ağdama köçür? - “Anam deyirdi ki, Abdal-Gülablıda evimiz var, amma” -AÇIQLAMA
02 İyun 2025 “Röya ilə barışmaram, təkcə oğlumun toyunda bir araya gələcəyik” - ÖZƏL
01 İyun 2025 Nəsrindən iddialı FOTOlar
31 May 2025 "Filmə aktyoru yox, sevgilisini çəkir"
31 May 2025 Şəbnəm makiyajsız belə görünür - VİDEO

Dünyapress TV

Xəbər lenti