“Müğənnilər səhnəyə lüt çıxır, cəsarətiniz çatırsa onları yazın, Yaşar Nurinin qızını yox”
“Geyimimlə bağlı mənə yazılan tənqidi rəylərin heç birini qəbul etmirəm. Onların yazdıqlarına əhəmiyyət belə vermirəm. Geyinmişəm, geyinirəm, geyinəcəm də. Əcəb edirəm, yaxşı edirəm. Yaşar Nurinin adını az hallandırın! Elə etməyin ki, sizin başqa cür, məhkəmədə görüşək! Yaşar Nurinin sağlığında da belə geyinirdim! Mənim atam kişi kimi yaşayıb, kişi kimi öldü. Bir şey olmamış yazırlar ki, Yaşar Nurinin qızı açıq-saçıq geyindi! Yaşar Nurinin qızı geyinə bilməz?! O qədər məşhurlar var ki, az qalırlar səhnəyə lüt çıxsınlar! Yazsınlar da onlar haqda, niyə yazmırlar?! Bəzi səhifələr, saytlar özlərinə reytinq qazanmaq istəyirlərsə icazə verirəm. Təki mənim məşhurluğumdan reytinq qazansınlar”. Teref.az bildirir ki, bunu Moderator.az-a açıqlamasında Yaşar Nurinin qızı, müğənni Ülkər Yaşarqızı deyib.

O daha sonra əlavə edib.

“Mən müğənniyəm! Bu mənim öz həyatım, düşüncəmdir. Geyimin insanın əxlaqı ilə heç bir əlaqəsi yoxdur. Geyimə görə insana dəyər vermirlər. Yaşar Nurinin qızının əsgərlərə verdiyi konsertləri, şəhid anaları ilə görüşlərini gündəmə gətirsinlər. Yaşar Nurinin qızının etdiyi yaxşı şeyləri işıqlandırsınlar da. Bu axı onlara sərf etmir!” deyə o bildirib.

Ülkər Yaşarqızı bildirib ki, indiyə qədər heç kimdən dəstək görməyib.

“Atamın heç bir sənət dostu mənə dəstək olmayıb. Heç gözləmirəm də, istəmirəm də. Dəstəkçim yoxdur, göydə Allah, yerdə özüməm. Özümə sponsor da axtarmıram. Allah qismət edərsə həyatıma gələn biri mənə dəstək olar. Mən nəyəsə görə kimlərinsə qabağında əyilməmişəm. Əyilsəydim bu dəqiqə 5 villam, 10 maşınım, hər cür şəraitim olardı. Bu günki şəraitimə də çox şükür edirəm. Hər şeyi özüm əldə etmişəm. Şükür Allaha sevilirəm, məni öz məclislərinə dəvət edənlər də var. Oramı-buramı şişirtməmişəm, hər şeyim təbiidir, özümünküdür. Allah nə veribsə odur” deyə müğənni bildirib.

Bölmənin digər xəbərləri

07 İyun 2025 Qarayevlər ata-bala 2 kanalda qara siyahıya düşdü
07 İyun 2025 Gülüstan Əliyeva qaraya büründü - Fotolar
06 İyun 2025 Nəfəsin iddialı geyimi gündəm oldu - VİDEO
06 İyun 2025 Zaurdan Tolikə AĞIR CAVAB: “Kabinetdə müğənnilərlə oturub... olmaz!” - VİDEO
06 İyun 2025 Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? – Özü danışdı
05 İyun 2025 Şəhriyardan Oksana açıqlaması: “Uşağımın anasıdır”
05 İyun 2025 “Nəfəs və onun kimiləri efirə buraxmaq olmaz!”- Xalq artisti QƏZƏBLƏNDİ
04 İyun 2025 “Keçmiş arvadlarım məndən varlıdır” – Məşhur aktyordan ŞOK açıqlama
04 İyun 2025 “O pula soyuducumu dolduraram” - Nisə Qasımova
04 İyun 2025 Aqşin Fateh: “Bir ilə 100 min manat xərcləyirəm”
03 İyun 2025 “Toy etsəm, hamı biləcək” — VİDEO
03 İyun 2025 Rihanna Nyu-York küçələrində "belə yaxalandı" - VİDEO
03 İyun 2025 Azərbaycanlı müğənnini "daş-qalaq etdilər" - Video
02 İyun 2025 "Hüseyn bunları gündəm üçün edir"
02 İyun 2025 Miri Yusifin ailəsi Bakıya bu səbəbdən köçüb
02 İyun 2025 Akif İslamzadə Ağdama köçür? - “Anam deyirdi ki, Abdal-Gülablıda evimiz var, amma” -AÇIQLAMA
02 İyun 2025 “Röya ilə barışmaram, təkcə oğlumun toyunda bir araya gələcəyik” - ÖZƏL
01 İyun 2025 Nəsrindən iddialı FOTOlar
31 May 2025 "Filmə aktyoru yox, sevgilisini çəkir"
31 May 2025 Şəbnəm makiyajsız belə görünür - VİDEO

Dünyapress TV

Xəbər lenti