Ardını oxu...
Pensiya yaşının azaldılması Azərbaycanda ən çox müzakirə edilən mövzulardan biridir.

Ekspert Xalid Kərimli mövzu ilə bağlı bildirib ki, Azərbaycanda pensiya yaşı Avropa ilə eynidir: “İnkişaf etmiş ölkələrin əksəriyyətində pensiya yaşı 65 yaşdır. Azərbaycanda insanların orta ömür müddəti, Avropa və Qərb ölkələri ilə müqayisədə daha aşağıdır. İnsanların əksəriyyəti 9 il pensiya alsalar da, onlara 12 il ərzində ödənişin verilməsi nəzərdə tutulub”.

 
Ardını oxu...
Dövlət Sosial Müdafiə Fondu ofis icarəsi ilə bağlı iki tenderə yekun vurub.

DİA.AZ xəbər verir ki, hər iki tenderin qalibi Qaze Həsən Qızı Həsənova olub.

Qalib şəxsə "Fondun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması" 3 481 812, "Fondun Maddi - Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması tenderi üzrə" 1 668 600 manat ödəniləcək.

Qeyd edək ki, birinci tenderdə nəzərdə tutuluan icarə sahəsi 10 300 m2, ikinci tender üzrə 3 000 m2-dir.

Yekun məbləğ təklif edilərkən 36 ay nəzərə alınmalıdır.

Qaze Həsən Qızı Həsənova daha öncə də Dövlət Sosial Müdafiə Fondunun bir neçə icarə tenderlərini də udub.
Ardını oxu...
Əmək məzuniyyətində olan və bu dövrdə əmək qabiliyyətini müvəqqəti itirməklə - xəstəlik vərəqəsi alan və iş yerinə təqdim edən işçilərə müavinət ödənilirmi və bu hal qanunvericiliklə necə tənzimlənir?
Əmək məzuniyyətində olan işçilərin bu dövr üçün məzuniyyət günləri necə hesablanlr?
1. İlk olaraq onu qeyd etmək istəyirəm ki, bir çox idarə, müəssisə və təşkilatlarda və ya bu qurumlarda işləyən "mütəxəssis" və ya məsul vəzifəli şəxslərdə: belə yanlış fikir formalaşıb ki, ümimiyyətlə, əmək məzuniyyətinə çıxan işçilərin: əmək məzuniyyətləriində olduğu dövrdə - əmək qabiliyyətini müvəqqəti itirməklə xəstəlik vərəqəsi almaq hüququ yoxdur.
2.Bu fikrin yanlış olmasını bilmək üçün, əmək məzuniyyətinin nə demək olduğunu və ya Əmək Məcəlləsi ilə nədən,hansı səbəblərdən məcburi olduğunu nəzərə almaq lazımdır. Belə ki:
3.Əmək məzuniyyəti dedikdə-işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası və ya sağlamlığının mühafizəsi, bərpası və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi və müddəti Əmək Məcəlləsində nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır.
4. Əgər işçi: əmək məzuniyyətində olduğu müddət ərzində əmək qabiliyyətini itirməklə xəstələnirsə, o zaman o,normal istirahət edə bilmir və is yerində itirdiyi sağlamlığını bərpa etməmiş olur. Bu isə gələcəkdə istehsalat üçün daha böyük problemlər yaratmış olar.
5.Məhz bu əsaslardan,əmək məzuniyyətində olduğu zaman işçinin - əmək qabiliyyətini müvəqqəti itirməklə xəstəlik vərəqəsi almaq hüququ vardır. Yəni, qanunverivilik bu halda, işçinin istirahət hüququnu qorumuş olur.
6. Məhz qeyd olunan əsaslara görə də: əmək məzuniyyətində olan işçinin təqdim etdiyi xəstəlik vərəqələrinin müddətinə uyğun olaraq, işçinin əmək məzuniyyətinin günləri də müvafiq qaydada artırılmalıdır.
7. Qeyd olunan hallarda,əslində işçinin əmək məzuniyyətinin günləri formal olaraq artırılır, bu müddət üçün işçinin əmək məzuniyyəti - artırılmır, bu müddət, yəni, işçinin əmək məzuniyyətinin müddəti - həmin dövrdə xəstəlik vərəqəsinə görə uzadılmış olur.
8. Növbəti məzuniyyət (əsas və yaxud əlavə məzuniyyət zamanı) zamanı: xəstəlik və ya zədə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, təqdim olunmuş xəstəlik vərəqəsinə əsasən işçinin əmək qabiliyyətini itirdiyi iş günləri üçün verilir.
9. Əmək haqqı saxlanılmadan məzuniyyətin və ya uşağa qulluq etməkdən ötrü məzuniyyət zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir.
10. Əgər əmək qabiliyyətinin müvəqqəti itirilməsi əmək haqqı saxlanılmadan məzuniyyətdən və yaxud uşağa qulluq edilməsinə görə məzuniyyətdən sonra da davam edərsə, onda müavinət işçinin işə başlamalı olduğu gündən ümumi qayda üzrə verilir.
11. Hamiləliyin süni yolla dayandırılması ilə əlaqədar aparılmış əməliyyatdan sonra müavinət ümumi qayda üzrə əmək qabiliyyətinin itirilməsinin bütün müddətinə düşən iş günlərinə görə verilir.
12.Əmək məzuniyyətində olan,bu müddətdə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar xəstəlik vərəqəsi təqdim edən işçilərin əmək hüquqlarını pozan vəzifəli şəxslər üçün məsuliyyət nəzərdə tutulur.
Azər Quliyev,
 
Ardını oxu...
Bu gün danışıqlar aparılsa da artıq axşam saatları olmasına baxmayaraq, heç bir nəticə yoxdur.

Bunu APA-ya açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev deyib.

Bildirib ki, biz gözləmə mövqeyindəyik:

"4-cü gündür ki gözləyirik. Müəyyən problemlər üzündən biz gətirdiyimiz 40 ton unu Qarabağ iqtisadi zonasında olan erməni əsilli sakinlərə təhvil verə bilməmişik. Amma bu istiqamətdə israrlıyıq. Nə qədər lazımdırsa biz burda gözləyəcəyik. Məqsədimiz, məramımız bəllidir. Gətirdiyimiz gördüyünüz 2 TIR 40 ton unu Qarabağ iqtisadi zonasında yaşayan erməni sakinlərinə çatdırmayana qədər biz bu ərazidən getmiyəcəyik. Bu gün də, danışıqlar aparıldı amma heç bir nəticə yoxdu".
 
Ardını oxu...
Elnarə Binyətova Şamaxıda ağır şərtlərlə dörd uşaq böyüdür. Onun həyat yoldaşı bir neçə xəstəlikdən əziyyət çəkir. Bir neçə ay əvvəl ailənin sosial yardımı kəsilib. Binyətovlar qayğıların öhdəsindən gələ bilmir.

“Gözümüzü sosial yardıma dikmişdik”

Elnarə Binyətova danışır ki, həyat yoldaşı ağır xəstədir. Amma bazarda işləməyə məcburdur. Zahid Binyətovun vərəm xəstəsi olduğunu bildirir. Amma ağciyəri də sıradan çıxmağa başlayıb.

“Həyat yoldaşım bazarda 2 manata araba sürür. Hansısa yükü daşıyır ki, pul versinlər. Belə ağır xəstə o işi görməməlidir. İndi təcili müalicə olunmalıdır. Üç kurs müalicə etdirmişdik onu. Pulsuzluqdan dayandı. Heç təqaüd də vermək istəmirlər. Həyat yoldaşım yarımcan yaşayır. Ağciyərinə su gəlmişdi. O vəziyyətdə heç bir halda, araba dartmamalıdır. Vərəm çox əziyyət verir ona. Pis nəfəs alır. İcra hakimiyyətinə gedəndə də demişdim. Həyat yoldaşım bu şərtlərlə işləməməlidir. Dəfələrlə icra başçısının qəbulunda olmuşam. Həyat yoldaşımın pensiyaya ehtiyacı olduğunu demişəm”.

“Bu sentyabrdan uşaqların dördü də məktəbə gedəcək, çox çətin vəziyyətə qalmışıq”

Ailənin daimi gəlir yeri yoxdur. Sosial yardım kəsiləndən vəziyyət lap ağırlaşıb. Elnarə Binyətova deyir ki, sözün birbaşa mənasında yeməyə çörək tapmırlar:

“Bütün qayğıları sosial yardımla həll edirdik. Üç qızım, bir oğlum var. Böyük uşaq 16, kiçiyi 6 yaşındadır. Bu sentyabrdan dördü də məktəbə gedəcək. Çantanı hansı pulla alacam? Hər il nə əziyyətlə sosial yardım üçün tələb olunan sənədləri toplayırdım. İlin əvvəlindən kəsiblər. Çox çətin vəziyyətə qalmışıq. Gözümüzü o pula dikmişdik. Sosial yardımın sayəsində həyat yoldaşımı müalicə elətdirirdik. Uşaqların məktəb xərclərinin öhdəsindən gəlməyə çalışırdım”.

Bir müddət əvvəl sosial yardım müraciətinə imtina cavabı gəlib. Amma Elnarə Binyətova yenə ümidini kəsmir. O, yenidən sənədlər toplamağa başlayıb.

Ailənin böyük uşağı Nahid bu yerdə imtina sənədində “illik gəliriniz sıfra bərabərdir” yazısını xatırladır:

“Bizim gəlirimiz yoxdursa, deməli, yardım edilməlidir də”.

“Hökumət var, mən də ondan kömək istəyirəm”

Binyətovların ev şəraiti çox pisdir. Əvvəllər çörək bişirilməsi üçün nəzərdə tutulmuş yeri otağa çeviriblər. Elnarə Binyətova buranın atasının həyətindən onlara kəsilib verilmiş kiçik hissə olduğunu bildirir:

“Bizi evdən çıxarmışdılar, bura sığındıq. Fövqəladə Hallar Nazirliyinə də yazmışam. Qaldığımız yer qəzalıdır. Hökumət var, mən də ondan kömək istəyirəm. Çox yerə müraciət etmişəm. Eləcə quru sözdən ibarət məktub gəlir”.

Şamaxıda Binyətovların yaşadığı ərazidə onları çox kasıb ailə kimi tanıyırlar. 47 yaşlı qadın qonşuların, tanışların köməyi olmadan yaşaya bilmədiklərini deyir.

“Bizə əl tutanlar olmasa, acından ölərik. Qonşular nəsə gətirir. Həcc ziyarətindən gələnlər… Bazarda həyat yoldaşımı görənlər… Yoxsa heç nə tapmırıq yeməyə. Araba sürməklə ev dolanmaz…”.

Ailənin təbii qaza görə borcu 300 manata çatır. Buna görə daha qaz yandıra bilmirlər:

“Odun parçaları tapıb həyətdə qalayırıq. O cür yemək bişirməyə çalışıram. Kommunal xərcləri heç cür ödəyə bilmirik. Həyat yoldaşımın vəziyyətini görürsünüz… Özüm də xəstəyəm. Gözümdə mirvari suyu var. Bir gün gözlərim tutulacaq. Belə olsa, bizim ailənin taleyi necə olacaq?”

İşləyib ailəsinə kömək etməyə çalışan məktəbli…

Ana deyir ki, oğlu bir neçə ilə əsgər gedəcək, amma indi düz-əməlli qidalanmır. Nahidin oxumaq istəyi olub. Amma ən adi qayğıların öhdəsindən gələ bilməmək imkan verməyib. Evin böyük uşağı işləmək məcburiyyətində qalıb.

“Hər yay restoranda günü 7 manata işləyirəm. Başqa vaxtlar da iş tapmağa çalışıram. Həmişə olmur. Ailəmə mütləq kömək etməliyəm”, – Nahid deyir.

Elnarə Binyətova təkrar-təkrar çox əziyyət çəkdiklərini danışır. Uşaqlar yenə nimdaş geyimdə məktəbə gedəcəklər:

“Bircə onları böyüdə bilsəydim…”.

İcra başçısının müavini: “Əgər vətəndaş bizə müraciət edirsə…”

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini, eyni zamanda, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Eyyubova Meydan TV-yə bildirib ki, icra hakimiyyəti Şamaxıda maddi-sosial durumu ağır olan vətəndaşlara mümkün qədər dəstək olmağa çalışır:

“Konkret bu vətəndaş (Elnarə Binyətova-red.) bizə müraciət edibmi, yoxsa yox – bunu araşdırarıq. Ümumiyyətlə isə əgər vətəndaşlar bizə müraciət edirsə, biz araşdırırıq, bacardığımız qədər, səlahiyyətlərimiz çərçivəsində kömək edə bilirik”. //meydanTV//
 
Ardını oxu...
Ölkədə yeni doğulanların sayının kəskin azalması gələcək üçün yaxşı heç nə vəd vermir.

Ötən tədris ili üçün 152 minə yaxın şagirdin birinci sinfə gedəcəyi proqnozlaşdırılırdısa, bu il bu say 123300-ə bərabərdir. Qeyd edək ki, 2016-cı ildə 159464, 2017-ci ildə 144041, 2018-ci ildə isə 138982 uşaq dünyaya gəlib. Bu aidiyyəti qurumlar üçün də diqqətə alınacaq məsələdir. Yeni doğulan körpələrin sayının azalması isə uşaq pulunun verilməməsi ilə əlaqədardır. Bəzi ölkələrdə doğuşu stimullaşdırmaq üçün “uşaq pulu” ödənilir. Ölkəmizdə isə bu məsələ illərdir ki müzakirə olunsa da, hələlik müsbət nəticə yoxdur.

TEREF.AZ-ın məlumatına görə, Milli Məclisin deputatı Razi Nurullayev Cebhe.info-ya açıqlamasında bildirib ki, uşaq sayının azalmasında birinci səbəb sosial vəziyyətin ağırlığı ilə əlaqədardır:

"Azərbaycanda doğulan uşaqların sayının azalmasını yaxşı hal saymıram. Birinci səbəb kimi sosial vəziyyətin ağırlığını göstərə bilərəm. İnsanlar bir uşağı belə böyüdüb boya-başa çatdırmaq üçün əziyyət çəkirlər. Əgər bir ailənin yaxşı gəlir mənbəyi yoxdursa, uşağının yaxşı təhsil verə, sağlamlığını qoruya bilmirsə, o zaman ailədə ciddi problemlər yaranır. Bu günə qədər insanlarda müəyyən ümid var idi ki, “uşaq pulu” verilər və ya yeni doğulanlar üçün başqa bir formada yardım edilər.

Bunlar isə hələ yoxdur. Bu da ailələrdə ciddi narahatlıq doğurduğu üçün yeni cütlüklər bir uşaqla kifayətlənməli olurlar. Cəmiyyətimizdə vətəndaş nikahında yaşamaq və heç bir uşaq saxlamamaq meyilləri də var. Bu hal Bakı şəhərində hiss olunur. Bu isə Avropadan bizə transfer olunan yanaşmadır. Amma ümumilikdə çoxluq sosial vəziyyətə görə bir və ikidən artıq uşaq dünyaya gətirmək istəmir, boşanmaların sayı artır, evlənməyənlərin də sayı çoxalır".

Deputatın sözlərinə görə, mərhələ-mərhələ də olsa, “uşaq pulu”nu vermək olar:

“Uşaq pulu”nun verilməməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müxtəlif fikirlər ortaya atılır ki, çox böyük məbləğdir, bunu vermək olmaz. Amma mərhələli şəkildə çox şey etmək olar. Birincisi, dövlət tərəfindən xırda, heç bir tələbat təşkil etməyən onlarla sosial yardım verilir.

Bu sosial yardımların kəsilməsi və əvəzində “uşaq pulu”nun verilməsi daha yaxşı yanaşma olardı. Həmişə demişəm ki, bir yaşından üç yaşına qədər olan uşaqlara pulsuz ərzaq yardımı verilməlidir. Yəni valideyn heç olmasa, bu yaş aralığında narahatlıq keçirməməlidir. Bu gün özümüz və Avropadakı insanların sağlamlıq durumuna baxsaq görərik ki, onlar daha sağlamdır, ucaboydur, amma Azərbaycanda bunun əksidir. Bu da uşaqlarımıza qoyulan fundament səbəbindəndir. Mərhələ-mərhələ də “uşaq pulu”nu təşkil etmək olar. Ümid edirəm buna nə zamansa qayıdılacaq".
Ardını oxu...
Azərbaycanda əhali işsizlikdən böyük əziyyət çəkir. Məhz iş imkanlarına görə ölkədə yaşayanların az qala yarısı paytaxtda toplaşıb. Bölgələrdə heç iş yoxdur. Kəndlərdə işsizlər ordusu toplaşıb. Amma hökumət deyir ki, ölkədə işsiz çox azdır.
Bizimyol.info xəbər verir ki, Azərbaycanda iqtisadi fəal əhalinin 5,2 milyon nəfərdən çox olduğu bildirilir. Guya bu qədər insanın 94,5 faizi işləyir. İşsizlik faizinin yalnız 5,5 olduğu iddia edilir.

Buna necə inanmaq olar? Hökumət pandemiya dövründə də işsizliyin aşağı-yuxarı bu qədər olduğunu deyirdi. Amma 190 manat üçün müraciət edənlərin sayının dəfələrlə çox olduğu üzə çıxdı. Özü də bu insanların əksəriyyətinin çoxdan işsiz qaldığı dəqiqləşmişdi. Hətta deputat Əli Məsimli parlamentdə saxta statistikanın axırına çıxmağın, Azərbaycanda real işsizlərin sayını ortaya qoymağın vaxtının çatdığını dilə gətirmişdi.

Azərbaycanda əhalinin 46 faizi kəndlərdə yaşayır. Hər halda rəsmi statistika belə deyir. Yəni 4,6-4,7 milyon nəfərdən söhbət gedir. Necə iddia eləmək olar ki, Azərbaycanda cəmi 289 min nəfər işsizdir? Hamıya məlumdur ki, kəndlərdə böyük "işsizlər ordusu" yaranıb. Guya hər 15-16 nəfərdən 1-i işsizdir. Heç inandırıcı səslənmir. Kəndlərdə, ümumiyyətlə, bölgələrdə vəziyyətin bu istiqamətdə çox pis olduğunu bilirik. Hökumət ortaya fərqli statistika qoya bilər. Bilirik ki, bölgələrdə insanlar işsizlik üzündən çox sıxıntı çəkir. Böyük ehtimalla hökumət günəmuzd çalışanları da əhalinin məşğul kateqoriyasına aid edib. Bu nə dərəcədə doğrudur?! Günəmuzd çalışanların böyük əksəriyyətinin əmək müqaviləsi yoxdur. Hamımız vəziyyətin necə olduğunu bilirik. Həmin şəxslər bir qarın yeməyə işləyirlər. Nə sığorta var, nə işin davamlı olacağına zəmanət. Bir gün işləyirsən, bir neçə gün işsiz qalırsan. Bunun harası məşğulluq oldu?

Həqiqətən də, saxta işsizlik statistikasına son qoymaq lazımdır. Real durum etiraf edilməli, problemdən çıxış yolları axtarılmalıdır. Ölkədə bu qədər işsiz olmamalıdır.
bizimyol
 
Ardını oxu...
"Sığınacaqda olan, amma sənədləri olmayan uşaqlar bu il birinci sinifə gedə bilməyəcək”. Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.
Onun sözlərinə görə, bu il birinci sinifə gedəcək uşaqların sayı 22-dir:

"Məktəbəqədər təhsill müəssisələrinə getməli olan uçaqların sayı 12-dir. Ümumilikdə, sığınacaqda 57 uşaq var, onlardan 3-ü korpədir, 6 qız peşə məktəbinə gedəcək, ötən il məktəbə gedənlər bu il də təhsilini davam etdirəcəklər. Amma bizi narahat edən bir problem var. Sənədləri olmayan, yerdəyişmədə problemləri yaranan, doğum şəhadətnaməsi olub vəsiqəsi olmayan bu uşaqlar electron sistemdə qeydiyyatan keçə bilmir. Çünki onların sənədləri yoxdur. Elektron sistem isə ancaq vəsiqə, arayış, qəyyumluq haqqında sənəd istəyir. İndi bu sənədlər yoxdur deyə, uşaqlar oxumamalıdır?”

Kəmalə Ağazadə bildirib ki, sənədsiz uşaqlar məktəbdən kənarda qala bilməz:

"Onlar da oxumalıdır. Biz ötən il də Elm və Təhsil Nazirliyinə müraciət etmişdik. Gəlib araşdırdılar, amma yenə də iki usagı kənarda saxladılar. Birini güclə fərdi təhsilə cəlb edə bildik, çünki vəsiqəsini düzəldə bilmişdik. O birisinə isə "yox” cavabı aldıq. Bu il isə mən yenə də rəsmi nazirliyə müraciət etmişəm. Amma hələ də mənim müraciətimə cavab verilməyib. Vaxtım daralıb, bu uşaqlar məktəbə və baxçaya getməlidirlər”.

Bahar Rüstəmli
Ardını oxu...
Əhalinin qocalması, həm də yeni doğulanların sayının azalması ilə əlaqədar iqtisadçı-ekspert Natiq Cəfərli sosial media hesabında həyəcan təbili çalıb. Ötən illərin statistik göstəricilərini müqayisə edən ekspert deyib ki, 2015-ci illə müqayisədə 2022-ci ildə 43 min 364 uşaq az doğulub: “Ölkəmizdə ildən-ilə doğuş sayı azalır. 2015-ci 166 min 210, 2016-cı ildə 159 min 464, 2017-ci ildə 144 min 41, 2018-ci ildə 138 min 982, 2019-cu ildə 141 min, 2020-də 125 min, 2021-ci ildə 110 min 700, 2022-ci ildə 122 min 846 körpə dünyaya gəlib. Digər çox ciddi problem də var – bizdə əhali də sürətlə qocalır və əngəlli insanların sayı kəskin artır.

Azərbaycanda ahıl şəxslərin (70 yaş və daha artıq olan) sayı 2000-ci ildə 226,7 min nəfərdən 2022-ci il 1 yanvar tarixinə olan məlumata əsasən, 452,1 min nəfərə çatib – təqribən 2 dəfəyə yaxın artım var. Bundan başqa əlilliyi müəyyən edilmiş şəxslərin sayı artaraq, bu müddətdə 251 min nəfərdən 615 min nəfərə qədər yüksəlib – bu göstəricidə də 3 dəfəyə yaxın artım qeyd olunub.

Yəni demoqrafik vəziyyətimiz kritikləşir, doğuş azalır, yaşlı və əngəlli insanların sayı artır – bu isə o deməkdir ki, bir müddət sonra təqaüd yaşında olanlar artacaq, obrazlı desək, “nəsillər arası həmrəylik” zənciri qırılacaq - indi indi gənclər işləyir, DSMF-yə pul ödəyir, o pulla təqaüdçülərə ödənişlər olunur, sonra indiki gənclər növbəti nəslin ödənişlərini təqaüd kimi almalıdırlar. Zatən DSMF öz xərcini ödəyə bilmir, büdcədən ən çox dotasiya alan qurumlardan biridir, bir müddət sonra büdcənin təqaüd və əngəlli insanlara ödəniş üçün daha çox vəsait ayırmağa məcbur qalacağıq. Bu isə bir tək neft-qaz sektorunda asılı olan büdcənin yükünü çəkilməz edəcək, ödənişlərin azalması, həyat keyfiyyətinin və səviyyəsinin daha da azalması baş verəcək”.
Ekspert hesab edir ki, demoqrafik vəziyyətin düzəlməsi üçün “uşaq pulu” təsis edilməlidir. Bu isə büdcəyə yüklənəcəyi üçün ölkədə dayanıqlı iqtisadi model tətbiq olunmalıdır.

TEREF.AZ-ın məlumatına görə, sosioloq Lalə Mehralı isə “Sherg.az”a açıqlamasında deyib ki, maddi-sosial problemlər içində çapalamasınlar deyə, aztəminatlı ailələr dünyaya birdən artıq uşaq gətirmək istəmir: “Hər nə qədər Azərbaycanda demoqrafik problem yoxdur, artım tempi normaldır kimi fikirlər səslənsə də, ölkəmizin gələcək demoqrafik vəziyyəti ətrafında çox ciddi düşünmək lazımdır. Bəli, uzun müddət Azərbaycanda doğum səviyyəsi ilə bağlı problem yox idi və çoxları hesab edirdi ki, bunu stimullaşdırmağa ehtiyac yoxdur. Amma indi statistika narahatlıq yaratmağa başlayıb.

Biz hansısa vasitələrlə ailələri uşaq dünyaya gətirməyə çağırmalıyıq. Bu sahədə ciddi təşviqat işi həyata keçirmək, onlara maddi-sosial dəstək vermək olar ki, ailə sayını artırsınlar, demoqrafik vəziyyətimizə töhfə versinlər. İnsanlar arasında maarifçilik işləri aparılmalıdır ki, doğum faizi yüksəlsin. Bu öz yerində. Bir məsələni də vurğulamaq istəyirəm. Bir uşaqdan artıq övlad dünyaya gətirən ailəni nə gözləyir? Əsasən problemlər gözləyir. Sosial problemlərə, qidalanma, geyim, təhsillə bağlı gərək olanları əldə edə bilmədiklərinə, ləvazimatları almağa gücləri olmadıqlarına, uşaqlarını təmin edə bilmədiklərinə görə dünyaya uşaq gətirmək istəmir. Yoxsa heç bir valideyn istəməz ki, övladı bu dünyada tək, yalnız qalsın. Biz bu dünyanı tutub durmayacağıq. Valideyn olaraq nə vaxtsa dünyadan köçüb gedəcəyik. Bizdə təşviqat alətləri yoxdur. Hansı tədbirlər görülür ki, bu insanlar dünyaya uşaq gətirsinlər? Bu məsələlər ciddi yanaşma tələb edir və bunu təkcə ailələrin üzərinə qoymaq da düzgün deyil. İnsanlara, ailələrə dəstək verilməlidir. Dövlət nəhayət ki, uşaq pulu məsələsinə bir əncam çəkməlidir. Müzakirələrin, çağırışların nəticəsi olmalıdır. Biz böyük, fantastik məbləğlərdən danışımırıq, hər ailənin köməyinə yetəcək və dövlət büdcəsini zərərə salmayan məbləğdən danışırıq”.
 
Ardını oxu...
Bir ilə yaxındır yataq xəstəsi olan 65 yaşlı Almas İsgəndərova Kəlbəcər rayonundan məcburi köçkündür.

Xəstəliyinə görə, Almas İsgəndərova hərəkət qabiliyyətini tamam, nitq qabiliyyətini isə qismən itirib, yaxşı danışa bilmir.

Ona gəlini və digər ailə üzvləri qulluq edir.

Həyat yoldaşı 66 yaşlı Rahim Həsrətov deyir ki, onun özünün də hər iki gözü tutulub.

Ailə deyir ki, illərdir yaşayış yerləri olmadığına görə, Qaxın Qapıçay kəndindəki keçmiş kərpiz zavodunun gözətçi köşkündə məskunlaşıblar.

Dörd nəfər və iki yaşlı körpədən ibarət olan ailə bu bir otaqlı daxmada yaşayır.

Əvvəllər gözətçi köşkü olmuş bu tikilinin döşəməsi betondur, tavanında isə iri dəliklər görünür.

Həyətə qaz gəlmir və ailə bir gözlü tikilidə qışda odun peçi yandıraraq keçindiklərini deyir.

Ailə deyir ki, sağlamlıqları üçün müraciət etdikləri Qax xəstəxanasında şəfa tapa bilməyiblər.

Rahim Həsrətov həm də Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, yerli icra hakimiyyəti orqanlarının və səhiyyə təşkilatlarının onlara etinasız münasibət göstərdiyini deyir.

Məcburi köçkün ailəsi deyir ki, şəraitsizlikdən yeməklərini tavanı dəlik-deşik olan daldalanacaqda hazırlayırlar. Elə həyətlərindəki ev heyvanları da günün istisindən bura sığınıb.

Qaxın Qapıçay kəndinin icra nümayəndəsi İlqar Məmmədov BBC-yə deyib ki, ailənin ittihamlarının hamısı haqlı deyil.

“İcra başçısı ötən ilin mayında gəlmişdi, onlar da ev istədilər. Hüquqşünaslar da vardı orda və onlara başa salındı ki, onlar Qax ərazisində qeydiyyatda deyillər. Ev məsələsini qeydiyyatda olduqları Şəki və başqa yerlər müraciət etmələri deyilib”, - İlqar Məmmədov

İcra nümayəndəsi deyib ki, Rahim Həsrətov Şəki qeydiyyatındadır, Almas İsgəndərova isə məcburi köçkün kimi başqa ünvanda, Gəncədə qeydiyyatdadır və onlardan yardım müraciəti daxil olmayıb. Onun sözlərinə görə, əgər ailə ərzaq yardımı üçün ona və ya bələdiyyəyə müraciət etsə vaxtaşırı icra hakimiyyətindən ayrılan belə yardımları ala bilər.

TƏBİB-dən BBC News Azərbaycancaya bildiriblər ki, Almas İsgəndərova və Rəhim Həsrətov heç biri Qax Rayon Mərkəzi Xəstəxanasına müraciət etməyib.

"Rahim Həsrətov Zaqatala RMX-ya müraciət edib, ona özəl tibb müəssisəinə göz əməliyyatı üçün müvafiq göndəriş təmin olunub. Daha sonra o müraciət etdiyi özəl tibb müəssisəsindən narazılığını ifadə edib", - TƏBİB bildirib.

TƏBİB-də deyilib ki, qurum, yalnız dövlət tibb müəssisələrinin fəaliyyətinə nəzarəti həyata keçirir.

Rahim Həsrətov deyib ki, onu gözü üçün Bakıdakı özəl tibb müəssisəsinə göndərsələr də, imkansızlıqdan Bakıya səfər edə bilməyib və xidmətdən imtina edib.

Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi hələ ittihamlara cavab verməyib.
 //BBC-Azərbaycanca//

 

Dünyapress TV

Xəbər lenti