Ardını oxu...
Mediasiya təşkilatına və Məhkəməyə: Ərizə və İddia ərizəsi ilə müraciət edərkən işçilər hansı məbləğdə dövlət rüsumu və xidmət haqqı ödəməlidirlər?
1. İlkin olaraq onu bildirirəm ki, Mediasiya haqqında AR Qanununa əsasən, əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər - ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.
2. Əmək mübahisələri zamanı, Mediasiya prosesinin tətbiqi, tərəflər arasında olan mübahisə üzrə - iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
3. Mediasiya prosesi - mübahisəyə barışıq sazişi ilə son verməzsə, mübahisə üzrə iddia müddətinin axımı bərpa olunmuş hesab olunur.
4. AR Nazirlər Kabinetinin: 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş
"İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləğinə" əsasən:
Əmək münasibətləri üzrə mübahisəyə görə xidmət haqqı - 50 manat, poçt, kargüzarlıq və digər cari xərclərin məbləği təsdiqedici sənədlər əsasında 10 manatdan, cəmi 60 manatdan çox olmayaraq müəyyən edilir.
5. Dövlət Rüsumu Haqqında AR Qanununa əsasən: əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə, əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar
Azər Quliyev.
Teref.az
Ardını oxu...
"Regionlardan insanların iri şəhərlərə üz tutması həm qlobal problemdir, həm də hökumətimizin əsas düşündüyü məsələlərdən biridir".

Teref.az.Az bildirir ki, bu sözləri Valyuta.az-a iqtisadçı Xalid Kərimli regionlardan insanların iri şəhərlərə, xüsusi ilə Bakıya axın etməsinin səbəbləri haqqında danışarkən deyib.

İqtisadçı deyib ki, yoxsulluğun azaldılması proqramı, regionların inkişafı ilə bağlı hökumət bir neçə proqram həyata keçirib, lakin problem həll olunmur:

"İqtisadi inkişafın məüyyənləşdirdiyi prioritetlər var, onlardan da biri regionların balanslı inkişafına nail olmaqdır. Bu təkcə iş yeri ilə bağlı deyil, həm də regionlarda demoqrafik problem yaradır, kəndlərin boşalmasına gətirib çıxarır. Əsas hədəflərimizdən biri Şərqi Zəngəzurun və Qarabağın bərpasıdır. Lakin insanlar 30 ildir ordan ayrılıb, gənclər oranı görməyib, bir bağ qalmayıb. Bu məsələ problemli məsələdir, hökumət nələrsə etməyə çalışır”.

"Regionlarda iş yerlərinin yaradılması ilə bağlı güzəştlər problemin həlli üçün yetərli deyil"

Xalid Kərimlinin sözlərinə görə, regionlarda iş yerlərinin yaradılması ilə bağlı müəyyən güzəştlər olsa da, bunlar yetərli deyil:

"Məsələn, şirkət iki baxımdan öz biznesinin yerini müəyyənləşdirir. Alış bazarına və resurslara yaxınlığıa görə. Resurslar isə Bakıda daha yaxşıdır. Şirkət işçi axtarırsa, onu Bakıda daha rahat tapacaq. Əhalinin nisbətən alıcılıq imkanına malik olan hissəsi paytaxtda məhsulu satmaq, işçi tapmaq daha rahatdır. Digər məqam xammaldır. Xammallar olan regionlarımızda da məsələn Gədəbəydə, Daşkəsəndə şirkətlər fəaliyyət göstərir. Bu çətin məsələdir. Həll yolu yoxdur, amma ümumi şəkildə danışsaq, sual verməliyik ki, Bakıda əhali çoxdurmu? Bakıda əhali çox deyil. Lakin şəhərin düzgün planlaşdırılması həyata keçirilməlidir. İki ay bundan əvvəl Çində idim. Çinin yüzə yaxın şəhəri Bakıdan böyükdür, daha çox əhalisi var. Hətta Bakıdan 10-15 dəfə əhalisi çox olan şəhərləri var. O şəhərlərin infrastruktur problemi yoxdur. Çində elə şəhərlər var ki, 25-30 milyon əhali yaşayır”.

"Bakının əhalisi o qədər çox deyil, narahat olmayaq. Problem odur ki..."

İqtisadçı deyib ki, Bakının əhalisi o qədər çox olmadığı üçün, narahat olmamalıyıq. Əksinə, Bakını daha yaxşı inkişaf etdirməliyik:

"Hər şeyi Bakının mərkəzinə yığmaq olmaz, şəhəri ağıllı şəkildə böyütmək, genişləndirmək lazımdır ki, insanlar burada rahat yaşaya bilsinlər. Birinci bu haqda fikirləşmək lazımdır. Regionlara gəlincə, texnologiya, rəqəmsallıq yerləşmə ilə bağlı bir çox məsələləri həll edir. Bakının inkişafı bizim ürəyimizcə deyil, insanların ciddi problemi var, onlar da iş yerləri tapmaqda çətinlik çəkir”.

Xalid Kərimli əlavə edib ki, hökumət hazırda ağıllı kənd, ağıllı qəsəbə, regionlarda Bakıdan fərqli olmayan yaşayış konsepsiyaları tətbiq etməyə çalışır:

"Amma ümumi şəkildə Azərbaycanda 1-2 böyük şəhərin olması, burda əhalinin daha çox məskunlaşmasında bir problem görmürəm. Bununla bağlı süni addımların atılmasına da ehtiyac yoxdur. Hesab edirəm ki, hansısa rayonda süni şəkildə iş yerləri açılmasına yox, rəqabət mühitinin yaradılmasına, sahibkarlığın inkişafına çalışılmalıdır. Bakıda da insanlar yaxşı yaşaya bilmirsə, ağıllı şəkildə infrastrukturu inkişaf etdirilməlidir”.

Həmsöhbətimiz bildirib ki, Bakıda insanların iş tapmaqda kifayət qədər problemləri olduğu halda rayonlarda hansısa güzəşt problemləri həll etmir:

"Hətta rayonlarda vergi olmasa da, bu problem həll olunmayacaq. Vergini ləğv etmək də olmaz. Rayonlarda yalançı iş yerləri olacaq, bu da səmərəsiz iqtisadiyyatın formalaşması ilə nəticələnəcək. Güman edirəm ki, hökumət ümumi iqtisadi problemlərin həllinə istiqamətlənməlidir".
 
Ardını oxu...
Genişmiqyaslı müharibə başlayandan bəri Azərbaycan Ukraynanın enerji sisteminin bərpası üçün 10 humanitar yardım göndərib.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyindən bildirilib.

Bildirilib ki, bu ilin sonuna qədər yeni yardım partiyasının tədarükü gözlənilir.

Qeyd olunub ki, Ukraynanın energetika naziri German Qaluşenko və Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Seymur Mərdəliyev neft-qaz sənayesində əməkdaşlığı, xüsusən də ehtiyatların saxlanması və tranziti məsələsini müzakirə ediblər.

Ardını oxu...
DİA.AZ: - "Şikayətim "Qala sığorta"dandır". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Vasif Hacıyev adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra yazır: "Mənim maşınımda hər iki farayuyan qəza hadisəsi zamanı qırılmışdı. Onu isə ölkəmizzdə tək servis gətirir. Bir ədədini qapaq ilə birgə 205 manata, ikisinin isə 410 manat etdiyi halda mənə cəmi 60 manat pul ayrıldı "Qala Sığorta"dan.

Eiraz edəndə sığorta işcisi mənə deyir ki, get Çindən "zakaz" elə... Heç Çindən belə alsam, o qiymət eləmir..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
“Hazırda Azərbaycanda 1 700 000 nəfərə yaxın əmək fəaliyyəti ilə məşğul olan, yəni sosial sığortaya cəlb olunan şəxs var. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) vəsaitləri hesabına pensiya alan təqaüdçülərin sayı isə 1 500 000 nəfərə yaxındır.

Əgər fonda sığorta haqqı ödəyənlərin və pensiyaçıların ailə üzvlərini də buraya əlavə etsək, dövlət büdcəsi vəsaiti hesabına 4 milyon nəfərdən artıq şəxsin müalicə sanatoriyalarına yollayış almaq hüququ var”.

Bu sözləri “Bizim.media”ya açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Nəsirov deyib.

Onun sözlərinə görə, il ərzində DSMF büdcəsinin vəsaiti hesabına maksimum 20 000 nəfər yollayışla təmin olunur:

DSMF vəsaitləri hesabına alınmış yollayışlar əsasən müalicə müəssisələrinə verilir ki, bunun da əsas hissəsi Abşeron yarımadasında yerləşir. Yollayışların az bir qismi Naftalan, Şabran, Nabran inzibati ərazi vahidlərində yerləşən müalicə və istirahət müəssisələrinə verilir.

“Bunlardan əlavə vətəndaşlar üzv olduqları həmkarlar ittifaqları təşkilatlarının öz büdcəsi, yəni toplanmış üzvlük haqları hesabına da yollayış əldə edə bilərlər. Həmkarlar İttifaqı təşkilatlarına toplanmış vəsaitlər hesabına il ərzində orta hesabla 150 000 nəfərə yaxın həmkarlar ittifaqı üzvü yollayışla təmin olunur.

Həmkarlar İttifaqına toplanan üzvlük haqları hesabına isə Abşeron yarımadası, Nabran, Quba, Qusar, İsmayıllı, Şamaxı, Qəbələ, Lənkəran, Masallı, Lerik, Naftalan inzibati ərazi vahidlərində yerləşən istirahət və müalicə müəssisələrinə yollayışlar alınır.

Dövlət qurumları, xüsusən də təhsil və səhiyyə sahəsində çalışan işçilər də ən çox yollayış alan vətəndaşlar kateqoriyasına daxildirlər. Belə ki, təkcə ötən il həm DSMF, həm də Həmkarlar İttifaqlarının öz büdcə vəsaitləri hesabına alınmış (turist səfərləri istisna olmaqla) 65 000 yollayışdan 35 600 ədədi dövlət qurumları, o cümlədən 19 700 ədədi təhsil, 8 200 ədədi isə səhiyyə müəssisələrində çalışan işçilərə verilib”.

Şöbə müdiri, təmsil etdiyi qurum tərəfindən vətəndaşlara yollayışın verilmədiyini də diqqətə çatdırıb:

“Konfederasiya tərəfindən ilin əvvəlində yollayışın bölgüsü aparılır və bölgü əsasında alınaraq yalnız sahələrdə ilk həmkarlar ittifaqı komitələri tərəfindən vətəndaşlara verilir. DSMF vəsaitləri hesabına alınmış yollayışlar vətəndaşlara dəyərinin 15%-i ödənilməklə, yollayışların sayının 10%-i isə tam güzəştlə, yəni pulsuz olaraq bu quruma sosial sığorta haqqı ödəyən vətəndaşlara verilir.

Həmkarlar İttifaqının büdcəsinin vəsaitləri hesabına alınmış yollayışların verilmə ödənişini isə həmkarlar ittifaqı təşkilatları öz qərarları ilə müəyyən edirlər. Orta hesabla bu ödəniş yollayışın dəyərinin 20%-ni təşkil edir”.

R.Nəsirov, yollayışların növbəlilik qaydasında kimlərə verilməsinin də həmkarlar ittifaqı təşkilatları tərəfindən müəyyən edildiyini vurğulayıb:

“Həmkarlar İttifaqı üzvlərinin istirahət müəssisələrinə tələbatını ödəmək məqsədilə təhsil, dövlət, dəmiryol, səhiyyə, dəniz nəqliyyatı, rabitə işçiləri Həmkarlar İttifaqı respublika komitələri öz büdcə vəsaitləri hesabına istirahət müəssisələri tikərək istifadəyə veriblər. Bu müəssisələrdə hər il 7000 nəfərə yaxın həmkarlar ittifaqı üzvləri istirahət edir”.

AHİK rəsmisi sonda, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi vəsaiti hesabına sanatoriya-kurort və istirahət müəssisələrinə alınmış yollayışları əldə etmək hüququna malik olan şəxslərin siyahısını da təqdim edib. Bu siyahıya DSMF-yə sosial sığorta haqqı ödəyənlər, DSMFvəsaitləri hesabına pensiya alan təqaüdçülər, DSMF sosial sığorta haqqı ödəyənlərin və pensiyaçıların ailə üzvləri, əlilliyə görə pensiya alan hərbi qulluqçular daxildir.
 
Ardını oxu...
Diqqətlə oxuyun, ehtiyac olduqda başqalarını da marifləndirin,
Bu barədə AR-nın Vergi Məcəlləsində bir çox güzəştlər nəzərdə tutulur. Onlardan daha vacib və işçilərin daha çox rastlaşdığı və gəlir vergisindən azad olan ödəmələr:
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla dövlət müavinətləri.
Əvəzsiz dövlət köçürmələri, dövlət pensiya və təqaüdləri.
Hüquqi şəxsin, onun filialı, nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə AR-nın Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar
Azərbaycan Respublikasının qanunları və ya müvafiq icra hakimiyyəti orqanının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar.
Dəymiş zərərlərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişləri, dalğıc işləri üçün ödənilən mükafatlar, alimentlər.
Təqvim ili ərzində alınan: hədiyyə, birdəfəlik müavinətlər və maddi yardımlar.
Ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərin tibbi müayinədən keçirilməsi üçün işəgötürənin hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmiş xərc məbləğləri.
İş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavə vəsaitin (gündəlik 15 manat), habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin qanunvericiliklə nəzərdə tutulan məbləği.
Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş ezamiyyə xərclərinin məbləğləri.
Əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri və işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə verilən xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin dəyəri və sair.
Azər Quliyev.
Teref.az
Ardını oxu...
Payız-qış mövsümü başlayıb.

İlin soyuq aylarında əhali mənzillərin isidilməsində təbii qazdan daha çox istifadə edir. Ölkəmizdə təbii qazın verilməsində qiymətlər üzrə limit müəyyənləşib.

Yəni əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün bir tarif, digər 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün başqa tariflər müəyyənləşdirilib.

Hazırda əhalinin illik istehlakının 1200 kubmetrədək olan hissəsinin qiyməti 12 qəpikdən hesablanır. 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün isə müvafiq olaraq 20 və 25 qəpik müəyyən edilib.

Vətəndaşların bəziləri təbii qazın aşağı tariflə, yəni hər kubmetrə görə 12 qəpik ödənilən həcmini aşdıqlarını bildirirlər.

Qaz limitləri ilə bağlı son statistika necədir?

“Azəriqaz” İB-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdir Eldəniz Vəliyev Cebhe.info-nun sorğusuna cavabında rəqəmləri təqdim edib:

"2023-cü ilin yanvar-sentyabr ayları ərzində əhali sektorunda təbii qazla təmin olunan 1 1 537 336 abonent 12 qəpik tarifilə (ümumi abonentlərin 61,0 %), 874 420 abonent 20 qəpik tarifilə (ümumi abonentləin 34,7 %) və 108 449 abonent 25 qəpik tarifilə (ümumi abonentləin 4,3 %) qazdan istifadə edib".
 
Ardını oxu...
Astara rayonu Ərçivan qəsəbə sakini Xalid Məmmədov deyir ki, atası Vaqif Məmmədov bu ilin aprelində 65 yaşında vəfat edib, amma ona iş yerindən çatası pulu ala bilmirlər.

Onun əlavə etməsinə görə, atası cəmi iki ay pensiya ala bilib və o da müalicəsinə xərclənib: "Müalicəsi böyük pul istəyirdi. Bankdan kredit götürdü. Müalicə düz getmədi. rəhmətə getdi. Atam Astara Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində müəllim işləyib, mədəniyyət sahəsində çalışıb, rayon icra hakimiyyəti başçısının birinci müavini olub. 20 ilə yaxın idi ki, müəllim işləyirdi. Dəfn pulunu - 500 manatı aldıq. İş yerindən veriləcək pulunu isə ala bilmirik".

"Hara lazımdır şifahi və yazılı müraciət etmişəm"
X.Məmmədov xatırladır ki, qanunvericiliyə əsasən, ölən adamın keçmiş iş yerindən əməkhaqqının üç misli ailəsinə verilməlidir: "Hara lazımdır şifahi və yazılı müraciət etmişəm. Astara-Lənkəran regional təhsil şöbəsinə, prezidentə, Elm və Təhsil Nazirliyinə məktub yazmışam. Cavab yoxdur. Get-gələ salırlar. İnanın ki, yorulmuşam. Desələr, gözləyin, gözləyərəm. Heç nə demirlər".

Onun sözlərinə görə, kredit alınan bankda da olub: "Bank dedi ki, krediti ödəməlisiniz, ödəməsəniz, məhkəməyə verərik, sizin üçün ağır keçər. Əlimə pul gələndə hər dəfə 50-60 manat ödəyirəm. Belə başa düşdüm ki, qanunlar işləmir".

V.Məmmədovun qardaşı Fəxrəddin Məmmədov isə hesab edir ki, bank borcları pensiya sığortasından ödənilsə, yaxşı olar: "Qardaşım xəstə yatdı. Belində yırtıq var idi. Onu əməliyyat edəndən sonra dünyasını dəyişdi. Yanvarda 65 yaşı tamam oldu, pensiyaya çıxdı".

"Dedilər ki, belə bir mexanizm yoxdur"
F.Məmmədovun deməsinə görə, qardaşı işdən çıxmamışdı: "Cəmi iki ay pensiya ala bildi. Qardaşımın pensiya sığortası yığılıb qalıb. Dedik ki, heç olmasa, bu pulla bankın borcunu ödəyək. Dedilər ki, belə bir mexanizm yoxdur. İndi oğlu onun bank borcunu ödəyir. Heç olmasa, sığorta pulunun bir hissəsini ailəsinə verin, öz problemlərini həll etsinlər. Dedilər ki, azyaşlı uşağı olsaydı, verilərdi".

X.Məmmədov deyir ki, belə bir vəziyyətdə məhkəməyə müraciət də məsrəf tələb edir: "Pulu haradan gətirim?! İnanmıram ki, məhkəmə çəkişməsi müsbət nəticə versin. Ümid edirəm ki, şikayətimi eşidəcəklər".

Rəsmi cavab...
Astara-Lənkəran təhsil şöbəsinin Astara sektorundan bildiriblər ki, sənədlər Maliyyə Nazirliyinə göndərilib: "Dünyasını dəyişmiş daha bir müəllimin ailəsinə pul ödənməlidir, o da qalıb. Maliyyə Nazirliyi haçan vəsait ayırsa, biz ödəyəcəyik".

Məsələ ilə bağlı Maliyyə Nazirliyi ilə danışmaq mümkün olmayıb.

AzadlıqRadiosu
 
Ardını oxu...
Son 2 gündə mənə, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinə çoxlusayda bu növ müraciətlər daxil olur.
Neftçilər günü münasibətilə işçilərə ödənilən 500 manat mükafatdan-gəlir vergisi,məcburi sosial sığorta haqqı və sair digər ödəmələrin tutulması qanunidirmi?
Bununla əlaqədar bildirirəm ki, qüvvədə olan AR-nın Vergi Məcəlləsində və digər digər qanunvericilik aktlarında:işçilərə ödənilən bu növ mükafatlardan - vergi, məcburi sosial sığorta və sair sahələrdə güzəştlər nəzərdə tutulmayıb və ya azad edilməyib. Göstərilən səbəblərdən işçilərə ödənilən - 500 manat məbləğində mükafatdan: gəlir vergisi, məcburi sosial sığorta haqqı, tibbi sığota və işsizlik sığortası kimi məcburi, həmkarlar ittifaqı təşkilatına üzvlük haqqı və digər məcburi və könüllü ödəmələr tutulur.
Azər Quliyev.
Teref.az
Ardını oxu...
“Son 10 ilə nəzər salsaq, görərik ki, tələbə təqaüdləri bu müddət ərzində 10 dəfədən çox artırılıb”.

Bu fikirləri ali və orta ixtisas müəssisələrində təhsil alan tələbələrin təqaüdlərinin artırılma ehtimalını dəyərləndirən təhsil eksperti Kamran Əsədov Yenicag.az-a açıqlamasında deyib.

Ekspertin sözlərinə görə, təqaüdlərin əsaslı şəkildə artırılması ali məktəblərdə tələbələr arasında daha yüksək nəticələr göstərmək istiqamətində motivasiyanı gücləndirəcək:

“Xatırladım ki, ölkə universitetləri 2010-cu ildən özünümaliyyələşdirmə sisteminə keçib. Bu isə o deməkdir ki, dövlət sadəcə 52 ali təhsil müəssisəsində təhsil alan 60 min tələbənin təqaüdünü yox, həm də onların təhsil haqlarını ödəyir.

Buraya dövlət sifarişli ixtisaslar üzrə təhsil alanlar və sosial statusuna görə təhsil haqqından azad olunan tələbələr daxildir. Nəzərinizə çatdırım ki, bu gün təhsilimizdə standart, prezident təqaüdü, xüsusi təqaüd və adlı təqaüdlər sistemi mövcuddur. Onlardan başqa, bəzi universitetlərin daxili təqaüd proqramları da var.

Yəni universitetə qəbul olma balına uyğun təqaüd, bir də tələbənin universitet həyatındakı fəaliyyətinə görə təqaüd müəyyənləşir. Bu isə o deməkdir ki, hər bir tələbənin təqaüd almaq imkanı var. Amma çalışqan və vaxt keçirən tələbəyə bərabər təqaüdün verilməsi ədalətli olmaz. Ona görə də hər kəsə öz biliyinə, bacarığına uyğun təqaüd vermək, qiymətləndirmək lazımdır.

Təklif edirəm ki, tələbələrə yalnız dövlət büdcəsindən deyil, həmçinin Təhsil Nazirliyindən və universitetlərin ödənişli təhsildən əldə etdikləri vəsaitlər hesabına yaradılan fonddan da adlı (rektor, prorektor, dekan) təqaüdləri verilsin.

Qeyd olunan məsələyə gəldikdə isə tələbələrin təqaüdləri hər il prezident tərəfindən qaldırılır. Son 10 ilə nəzər salsaq, görərik ki, tələbə təqaüdləri bu müddət ərzində 10 dəfədən çox artırılıb”.
 

Dünyapress TV

Xəbər lenti