Ardını oxu...
Əhməd əl-Şaraa keçid dövründə Suriyanın yeni prezidenti təyin edilib.

Bu barədə “Reuters” məlumat yayıb.

Bundan əlavə, Suriyada parlament buraxılıb və ölkə konstitusiyası qüvvədən düşmüş elan edilib.

Xatırladaq ki, Əhməd əl-Şaraa Suriyanın keçmiş prezidenti Bəşər Əsədi devirən Heyət Təhrir əl-Şam qruplaşmasının lideri olub.
 
 
 
Ardını oxu...
Gürcüstan nümayəndə heyəti AŞPA-da işini dayandırıb.

Bbu barədə heyətin rəhbəri məlumat verib.

“Gürcüstan nümayəndə heyəti assambleyada işini yeni parlament seçkilərinin keçirilməsi barədə qətnamə qəbul edilməsi səbəbindən dayandırır.

Ölkəmizə və xalqımıza qarşı hədə-qorxuya son verildikdən sonra AŞPA-da işimizi davam etdirəcəyik”, – deyə o qeyd edib.
 
Ardını oxu...
ABŞ Prezidenti Donald Tramp prezident vəzifəsində olduğu ilk doqquz gün ərzində rekord sayda - 38 fərman imzalayıb.

TASS xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Qeyd olunur ki, tarix boyu heç bir Amerika lideri belə etməyib.

Portalın qiymətləndirmələrinə görə, Tramp prezident səlahiyyətlərini genişləndirmək məqsədilə ABŞ administrasiyasının işini yenidən qurur.

Keçmiş ABŞ prezidentlərindən yalnız Cozef Bayden və Harri Trumen Ağ Evdə işlədikləri ilk 100 gün ərzində 40-dan çox fərman imzalayıblar.

Tramp yanvarın 20-də andiçmə mərasimindən dərhal sonra sələfi Baydenin imzaladığı 78 fərman və memorandumu ləğv edib.
 
 
 
Ardını oxu...
ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahunu fevralın 4-də Ağ Evdə keçiriləcək görüşə dəvət edib.

Bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.

"ABŞ prezidenti Donald Tramp baş nazir Benyamin Netanyahunu fevralın 4-ü çərşənbə axşamı Ağ Evdə keçiriləcək görüşə dəvət edib. Baş nazir Netanyahu Donald Trampın ikinci dövründə Ağ Evə dəvət edilən ilk xarici liderdir", - deyə məlumatda bildirilir.
 
Ardını oxu...
Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə dəvət olunub.
Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı Rusiya mətbuatında, eləcə də Rusiyanın bəzi rəsmi dairələri tərəfindən dezinformasiya xarakterli, ölkəmizi hədəf alan yazıların dərc olunması, reportajların yayımlanmasının anlaşılmazlıq yaratdığı, bunun Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin məzmun və ruhuna zidd olduğu diqqətə çatdırılıb.

Azərbaycan Hava Yollarına məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı ilkin təhqiqatın nəticələrinin məlum olduğu, istintaqın yekunlaşdırılması üçün iş aparıldığı, qəza ilə bağlı Rusiya tərəfindən gözləntilərimizin açıq şəkildə bəyan edildiyi xatırlanıb.

Yerli mətbu orqanında “Rus evi” ilə bağlı məlumata gəldikdə, bunun rəsmi mövqe olmadığı, bu kimi təşkilatların ölkəmizin ərazisində fəaliyyətinin qarşılılıq prinsipinə əsaslandığı və qanunvericiliyin tələblərinə uyğun aparılmasının vacib olduğu bildirilib.

Qeyd edək ki, ötən gün Azərbaycanın Rusiyadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə dəvət olunmuşdu.
 
Ardını oxu...
Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları yumşaldacaq.
APA xəbər verir ki, bunu Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas “X” hesabında açıqlayıb.

“Avropa İttifaqının xarici işlər nazirləri Suriyaya qarşı sanksiyaların yumşaldılmasına dair yol xəritəsini indicə razılaşdırıblar”, - Kallas vurğulayıb.

Onun sözlərinə görə, Avropa İttifaqı bu məsələdə sürətlə hərəkət etmək niyyətindədir, lakin “səhv addımlar atılarsa” Suriyaya qarşı sanksiyaların yumşaldılması qərarı geri alına bilər.
 
 
 
Ardını oxu...
Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar aprel-may aylarında başlaya bilər.

Tanınmış jurnalist Əbdülkadir Selvinin Türkiyənin “Hürriyət” qəzetində dərc edilən məqaləsində belə deyilir.

Türkiyə hakimiyyət dairələri ilə sıx əlaqəsi olan Selvinin yazdığına görə, danışıqlar başlamazdan əvvəl Donald Tramp və Vladimir Putin arasında görüş keçiriləcək. Həmin görüşdən sonra və aparılacaq geniş danışıqlardan əvvəl atəşkəs elan olunacaq: “Birinci atəşkəs elan olunacaq. Bundan sonra sülh danışıqları başlayacaq. Danışıqlar prosesində Türkiyə müəyyən missiyanı öz üzərinə götürə bilər və prezident Rəcəb Tayyib Ərdoğan həm Putin, həm də Zelenski ilə ünsiyyət qura bilən yeganə lider olduğu üçün vasitəçi rolunu oynaya bilər. İndi Tramp da onlara qoşulub”.

O xatırladır ki, Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar 2022-ci ildə İstanbulda aparılıb. Selvi yazır: “Ancaq ABŞ və İngiltərə müharibə istədikləri üçün o zaman heç bir razılaşma əldə oluna bilmədi. İndi sülh istəyən Tramp və Putin var. Amerikanın dəstəyini itirən Zelenskinin isə danışıqlar masasından qaçmaq şansı yoxdur”.

Xatırladaq ki, Türkiyənin Xarici İşlər naziri Hakan Fidan ötən həftə Ukraynadakı münaqişənin dönüş nöqtəsinə yaxınlaşdığını və Ankaranın onun həlli üçün səyləri dəstəkləməyə hazır olduğunu bildirib. /azpolitika.info
 
Ardını oxu...
Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Gürcüstanın diplomatik və xidməti pasportlarına malik şəxsləri üçün vizasız rejimin dayandırılması barədə qərarı təsdiq ediblər.

Bu barədə məlumat Avropa İttifaqı Şurasının saytında yer alıb.

Bununla yanaşı, gürcü diplomatlar və rəsmilər Aİ ölkələrinə səfər edərkən ərizə təqdim etmək üçün daha qısa müddət, daha az viza rüsumu və daha az sənəd təqdim etmək kimi güzəştlərdən də istifadə edə bilməyəcəklər.

Həmçinin qeyd olunub ki, adi pasporta malik Gürcüstan vətəndaşları əvvəlkitək Avropa İttifaqı ölkələrinə qısamüddətli səfərlər edərkən vizasız rejimdən yararlana biləcəklər.

Qərar yaxın günlərdə qüvvəyə minəcək.

Qeyd edək ki, yanvarın 27-də Brüsseldə Aİ-yə üzv ölkələrin XİN rəhbərləri Şurasının iclası keçirilib. Gürcüstanın diplomatik pasporta malik şəxsləri üçün vizasız rejimin ləğv edilməsi üçün yalnız 15 səs tələb olunurdu. Macarıstan və Slovakiya qərarın əleyhinə çıxış edib.

Onu da xatırladaq ki, 2024-cü ilin sonunda Şuranın iclasında gürcü diplomatlar və rəsmilər üçün vizasız rejimin dayandırılması barədə razılıq əldə olunmuşdu.
 
 
 
Ardını oxu...
Son vaxtlar Azərbaycanda yeni Konstitusiya qəbul olunacağı, bu il ərzində referendum keçiriləcəyi barədə məlumatlar yayılır.

Hökumətdəki mənbələrdən APA-ya bildirilib ki, Azərbaycanın hazırkı gündəliyində belə məsələ yoxdur.

“Gündəlikdə Konstitusiya ilə bağlı dəyişiklik müzakirəsi yoxdur. Belə bir dəyişikliyə hazırlaşmırıq. Bunu müzakirə edənlərin hansı məqsəd daşıdıqları, bu informasiyaların hansı zərurətdən yarandığı da bizə məlum deyil”, - deyə, mənbə bildirib.

Qeyd edək ki, bu il Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə “Konstitusiya və suverenlik ili” elan olunub.
Dövlət başçısının sərəncamında “Konstitusiya və Suverenlik ili” nin elan olunmasının səbəbi göstərilib.

Sərəncamda qeyd olunub ki, Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq bu il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib.
 
Ardını oxu...
Yunanıstan parlamentində keçirilən prezident seçkiləri namizədlərdən heç biri lazımi sayda səs toplamadığı üçün ikinci tura qalıb.
Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Yunanıstan parlamentində səlahiyyət müddəti martda başa çatacaq prezident Katerina Sakelaropolunu kimin əvəzləyəcəyini müəyyən etmək üçün seçkilər keçirilib.

Hakim Yeni Demokratiya Partiyasının namizədi Kostantinos Tasulas, ana müxalifət partiyası Panhellenik Sosialist Hərəkatının namizədi Tasos Yaniçis, Radikal Sol Alyansın namizədi Luka Kaçeli və Qələbə Partiyasının namizədi Kostas Kiryaku seçkidə iştirak edib.

300 yerlik parlamentdə 297 deputat səs verib. Tasulas 160 səslə birinci olub, Kaçeli 40, Yaniçis 34 və Kiryaku 14 səs ala biliblər. Bitərəflərin sayı isə 49 olub. Birinci turda heç bir namizəd prezident seçilmək üçün 200 səs toplamadığından seçkilər ikinci tura qalıb.

Yanvarın 31-də seçkilərin ikinci turu keçiriləcək. Yunanıstanda prezident hazırkı prezidentin səlahiyyət müddətinin bitməsinə ən azı bir ay qalmış parlament tərəfindən beş illik müddətə seçilir. Bir şəxs ölkədə maksimum iki müddət prezident ola bilər.

Prezident seçilmək üçün namizəd parlament deputatlarının ən azı üçdə ikisinin səsini almalıdır. Bu səs faizinə çatmazsa, 5 gün ərzində seçki təkrarlanır.

İkinci seçkidə lazımi sayda səs toplana bilmədikdə, 5 gün sonra üçüncü seçki keçirilir. Parlament üzvlərinin ümumi sayının beşdə üçünün dəstəyini alan namizəd prezident seçilir.

Üçüncü turda prezident seçilməzsə, 5 gün sonra keçiriləcək seçkilərdə deputatların ümumi sayının mütləq əksəriyyətinin dəstəyini alan namizəd prezident olur.
 

Dünyapress TV

Xəbər lenti