Ardını oxu...
Türkiyə ABŞ-nin yeni administrasiyasının “Sanksiyalar vasitəsilə Amerikanın düşmənlərinə qarşı mübarizə” qanunu (CAATSA) çərçivəsində sanksiyaları ləğv edəcəyini gözləyir.

İndex.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının (Aİ) diplomatik xidmətinin rəhbəri Kaya Kallasla danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

“ABŞ Türkiyənin mühüm strateji tərəfdaşıdır və münasibətlər bu istiqamətdə davam edəcək. Əvvəllər də aydın şəkildə bildirdiyimiz kimi, ABŞ Prezidenti Donald Trampın yeni administrasiyasının münasibətlərimizdəki problemli sahələri, xüsusilə də CAATSA çərçivəsində sanksiyaları aradan qaldıracağını gözləyirik”, – o qeyd edib.

CAATSA qanunu 2017-ci ilin avqustunda qəbul edilib.
 
Ardını oxu...
Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

Rusiya dövlət başçısının sözlərinə görə, bunun üçün Qərb Zelenskiyə təzyiq göstərməlidir: "Kiyevin sponsorları Zelenskini məcbur etməlidir ki, o, Moskva ilə danışıqların qadağan edilməsi barədə qərarını ləğv eləsin. Çünki onun belə bir dekreti var”.

Putin əlavə edib ki, Ukrayna özü-özünə Rusiya ilə dialoq aparmağı qadağan edib, belə olan halda isə istənilən danışıqlar qeyri-legitim sayılır.
 
 
 
Ardını oxu...
“Konstitusiya və Suverenlik İli” çərçivəsində müxtəlif yerli və beynəlxalq təşkilatlarla ardıcıl görüşlər keçiriləcək və müzakirələr təşkil ediləcək. Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin yanvarın 23-də keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.

O bildirib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində qarşıda bir çox çağırışlar, baxışlar var: “Bu çağırışlar arasında yeni referendumun keçirilməsi də var. Konstitusiya dövlət quruculuğunun Baş Planıdır, bu anlamda Zəfər Konstitusiyasının qəbul olunması da mümkündür. Yeni konstitusion quruluşlar məsələsi parlamentdə tez-tez qaldırılır. İcra hakimiyyətləri sistemi ilə paralel xüsusi nümayəndəlik institutu formalaşıb. Bu, artıq tək azad edilmiş ərazilərdə deyil, həm də Naxçıvanda tətbiq olunur”.

Xatırladaq ki, “Konstitusiya və Suverenlik İli”nin böyük sürprizinin referendum keçirilməklə Zəfər Konstitusiyası qəbul ediləcəyi barədə 2024-cü ilin 29 dekabrında Musavat.com saytında məlumat verilib. Milli Məclisin İnsan hüquqları komitəsinin 23 yanvarda keçirilən iclasında komitə sədri Zahid Orucun açıqlaması üç həftə öncə yazdıqlarımızın təsdiqi sayıla bilər.

1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyasına görə, Milli Məclisdə 125 deputat təmsil olunur. Bəzi ekspertlər və siyasətçilər bildirir ki, 1995-ci ildən bu yana ölkə əhalisi 2 milyon nəfərdən çox artıb, ancaq əhalinin parlamentdə təmsilçilik nisbəti dəyişməyib. Əgər 1995-ci ildə parlamentin 1 deputatı 61 min nəfəri təmsil edirdisə, bu gün 1 deputat 81 min nəfəri təmsil edir. Buna görə zaman-zaman bəzi siyasətçilər parlamentin deputatlarının sayının artırılmasını təklif ediblər.

Azərbaycan Konstitusiyasında dəyişməsi gözlənilən məsələlərdən biri də qarışıq seçki sisteminə keçiddir. Parlament seçkilərində qarışıq seçki sistemi 2002-ci ilə qədər mövcud olub. 1995 və 2000-ci illərdə keçirilən seçkilərdə parlamentin 20%-i (25 deputat) proporsional, 80%-i isə majoritar qaydada seçilib.

Məlumat üçün bildirək ki, proporsional seçki sistemində seçicilər birbaşa namizədlərə deyil, partiyalara səs verir. Partiyalar qazandıqları səslərə görə parlamentdə mandat qazanır. Majoritar seçki sistemində isə seçicilər birbaşa namizədə səs verir və ən çox səs toplayan namizəd deputat seçilir.

Azad edilən ərazilərdə Prezidentin xüsusi nümayəndəlik institutunun yaradılmasından sonra Azərbaycanda icra hakimiyyətlərinin ləğv edilməsi məsələsi gündəmə gəlib. Xüsusi nümayəndə prezidentin müəyyən etdiyi ərazi hüdudlarında prezidenti təmsil edən vəzifəli şəxsdir və prezidentin müəyyən etdiyi ərazi hüdudlarında onun müəyyən etdiyi səlahiyyətləri həyata keçirir. Məlumata görə, yeni yaradılan qurumun tətbiqi uğurlu nəticə verərsə, ölkənin digər ərazilərində də Prezidentin xüsusi nümayəndəliyi yaradıla bilər.

Nəhayət, Nazirlər Kabinetinin ləğvi. İndiki konstitusiyada Nazirlər Kabinetinin özünəməxsus heç bir səlahiyyəti yoxdur. Bu isə o deməkdir ki, Nazirlər Kabinetinin konstitusion statusu çox zəifdir və ləğv oluna bilər.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a bildirib ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunmasının bir neçə səbəbi var: “Birincisi, müstəqil Azərbaycanın Konstitusiyasının 30 illiyidir. Bu konstitusiya MDB məkanında olan konstitusiyalardan ən demokratik konstitusiyalardan biridir. Üstündən 30 il keçib və bu gün yeni reallıqlar yaranıb, böyük inkişaf yolu qət edilib, bu müddətdə bir çox qanunlarımızda dəyişikliklər həyata keçirilib, bir çox vacib yeni qanunlar, yeni sənədlər qəbul edilib, ən son olaraq 2024-cü ilin dekabrında Milli Məclis "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunda ciddi dəyişikliklər etdi. Qanunlarımızda sonuncu referendumdan indiyə qədər edilmiş bir sıra dəyişikliklər, yeni qanunların qəbulu da konstitusiyada dəyişikliklərin həyata keçirilməli olduğunu gündəmə gətirir. Eləcə də idarəetmədə, bələdiyyələrlə bağlı, seçki sistemi ilə əlaqədar konstitisiyada dəyişikliklər edilməsi istisna deyil. Torpaqlarımız işğaldan azad edildikdən sonra bir sıra rayonlarımızın idarəetməsində yeniliklər tətbiq edilib, həmçinin Naxçıvan Muxtar Respublikasında. Bu yeniliklər konstitusiyada təsbit olunmalıdır. Ölkəmizin bütün ərazisində suverenliyimizin bərpa olunması da yeni reallıqlar meydana gətirib. Bu reallıqlar da ana qanunumuza əlavələr və dəyişikliklər edilməsi zərurətini meydana gətirir".

Ekspert həmçinin qeyd edib ki, əhalimizin sayı 30 ildə 3 milyon nəfərə qədər artaraq 10 milyonu keçib. Bu amil də konstitusiyada müəyyən dəyişiklikləri zərurətə çevirir: “1995-ci ildə qəbul edilən konstitusiyanın səhv etmirəmsə, 82-ci maddəsində qeyd olunur ki, Milli Məclis üzvlərinin sayı 125 nəfərdən ibarətdir. Əhalinin sayı 7 milyon olanda Milli Məclisin 125 deputatının olmasının məqsədəuyğunluğu ana qanuna daxil edilib. Bu gün əhalimizin sayı 10 milyondan çoxdur. Ona görə də artıq 1 deputata düşən seçicinin sayı artıq 50 mindən yuxarıdır. Ona görə də hesab edirəm ki, konstitusiyada Milli Məclis üzvlərinin sayının artırılması məsələsi də gündəmə gələ bilər. Bütün qeyd etdiyimiz və digər dəyişikliklərin edilməsi isə yalnız referendumun keçirilməsi ilə mümkündür”.
 
Ardını oxu...
Nazir qeyd edib ki, Türkiyə Ukrayna ilə bağlı danışıqlarda vasitəçi kimi çıxış etməyə hazırdır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 24-də Avropa diplomatiyasının rəhbəri Kaya Kallasla görüşəcək və ona Rusiya ilə Ukrayna münaqişəsi üzrə danışıqlar prosesinin başlanmasının zəruriliyini söyləyəcək.
Bu barədə "RİA Novosti" Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
"Türkiyənin xarici işlər naziri Ukrayna ilə Rusiya arasında münaqişənin diplomatik yolla ədalətli və möhkəm həlli üçün danışıqlar prosesinin intensivləşdirilməsinə Ankaranın dəstəyini bəyan edəcək", - mənbə bildirib.

Ukrayna Prezidenti Vladimir Zelenski yanvarın 22-də "Bloomberg"in baş redaktoru Con Mikltueyt ilə söhbətində münaqişəyə son qoymaq üçün Rusiya lideri Vladimir Putinlə danışıqların aparılmasını istisna etməyib.
Zelenskinin fikrincə, Çin Prezidenti Si Cinpin Putini sülhə sövq edə bilər.
Türkiyənin xarici işlər naziri bu yaxınlarda Türkiyənin Ukrayna ilə bağlı danışıqlarda vasitəçi kimi çıxış etməyə hazır olduğunu söyləyib.
Ardını oxu...
“Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda dəyişiklik edilib.
Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Dəyişikliyə əsasən, silah, hərbi texnika və digər hərbi məhsulların istehsal həcmi və buraxılışının istehsal gücü ilə yanaşı, onların göndərilməsi də dövlət sirrinə aid edilən məlumatlar kimi qeyd olunub.

Bundan əlavə, müəssisələr (istehsalçı) tərəfindən silah, hərbi texnika və digər hərbi məhsulların işlənib hazırlanması, istehsalı ilə bərabər, ixracı, satışı, habelə onların istehsalının, ixracının, satışının təşkili barədə, eləcə də həmin müəssisələrin (istehsalçının) qeyd olunanlarla bağlı kooperasiya üzrə əlaqələri və onların maliyyə hesabatları haqqında məlumatlar da dövlət sirrinə aid edilir.
 
Ardını oxu...
   

“Konstitusiya və Suverenlik ili” çərçivəsində müxtəlif yerli və beynəlxalq təşkilatlarla ardıcıl görüşlər keçiriləcək və müzakirələrin təşkil ediləcək.

Musavat.com apa-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.

O bildirib ki, "Konstitusiya və Suverenlik ili” çərçivəsində qarşıda bir çox çağırışlar, baxışlar var:

“Bu çağırışlar arasında yeni referendumun keçirilməsi də var. Konstitusiya dövlət quruculuğunun Baş Planıdır, bu anlamda Zəfər Konstitusiyasının qəbul olunması da mümkündür. Yeni konstitusion quruluşlar məsələsi parlamentdə tez-tez qaldırılır. İcra hakimiyyətləri sistemi ilə paralel xüsusi nümayəndəlik institutu formalaşıb. Bu, artıq tək azad edilmiş ərazilərdə deyil, həm də Naxçıvanda tətbiq olunur”.

Musavat.com

Ardını oxu...
Ötən il dekabrın 25-də AZAL-a məxsus təyyarənin Rusiyanın hava hücumunda müdafiə sistemi ilə vurulması nəticəsində Qazaxıstanda qəzaya uğramasından sonra Bakı və Moskva arasında soyuqluq müşahidə olunur.

Eyni zamanda Azərbaycanın İran və Avropa İttifaqı (Aİ) ilə də münasibətlərində eyni vəziyyət hökm sürür. Bəzi ekspertlər bu soyuqluğu pərdəarxası maraq toqquşması kimi şərh edirlər.

Azərbaycanın hazırda əsas müttəfiqi kimi Türkiyə, İsrail, Pakistan göz önünə gəlir. Həmçinin bu siyahının arxa planında son zamanlar Çinin də adı vurğulanır.

Üç güc mərkəzi ilə məsafəli siyasət sərgiləyən Bakının nə kimi planları var? Azərbaycan bütün bu mürəkkəb kombinasiyaları necə, hansı üstünlüklə yekunlaşdıracaq?

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, hazırda əsas yanaşma Azərbaycanın İranla Rusiya arasında qalması və müəyyən mənada Qərblə toqquşması istiqamətindədir:

“Mövcud situasiya xüsusilə də regionda Tehran və Moskvanın birgə mübarizəsini təşkil edir. Bu arqumenti gücləndirən kifayət qədər faktlar var. Azərbaycana qarşı molla təfəkkürlü İranla eyni cəbhədə yer alan ateist avropalı tapmaq mümkündür (faktiki olaraq bir-birinə düşmən olan iki təfəkkür eyni cəbhədə dayanır). Bundan başqa, kommunistlərlə mollalar Bakıya yanaşmada eyni istiqamətdə yer alılar.

İran ilə Rusiyanın real təsir mexanizmi sual altındadır. Tehranın Bakıya qarşı təsir rıçaqları coğrafi olaraq Naxçıvana gedən yol üzərindədir. Yəni nəticə olaraq İran sona qədər Azərbaycanla bağlı mövqe sərgiləyə bilmir. Çünki din, tarixi amil və Cənubi Azərbaycan məsələsi bu imkanları məhdudlaşdırır”.

Ekspert bildirib ki, Azərbaycanla İran arasında heç vaxt pozulmayan iqtisadi əlaqələr var:

“Bu, bizim üçün vacib prosesdir, amma Tehranın prizmasından əhəmiyyəti daha böyükdür. Azərbaycan İran üçün nəfəslik rolunu oynayır. Ona görə də Tehran Bakıya qarşı gedə bilmir.

Rusiyaya gəldikdə isə Ukrayna müharibəsi Kremlin də, Tehranın da gücünü tükədir. 2022-ci ildən sonrakı proseslər hər iki ölkənin Cənubi Qafqazdakı mövqeyini zəiflətdi. Hazırda milli maraqlar naminə Tehran Moskva ilə bir araya gəlməyə çalışır.

Rusiyanın da Azərbaycana təsir imkanları zəifləyib. Orduda aparılan davamlı islahatlar, NATO-ya inteqrasiya, Türkiyə ilə əməkdaşlıq Kremlin təsirlər imkanlarını xeyli məhdudlaşdırdı.

Hazırda Bakının Ankara ilə birlikdə yaratdığı müttəfiqlik, həmçinin Gürcüstan, İsrail, Pakistan və Macarıstanla münasibətlər Azərbaycana iqtisadi diktə imkanı verir”.
 

Ardını oxu...
  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos səfəri ilə əlaqədar sosial şəbəkə hesabında paylaşım edib.

Musavat.com xəbər verir ki, dövlət başçısı Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrə Konfederasiyasında işguzar səfərdədir və forum öncəsi bir sıra rəsmi şəxslərlə görüşlər keçirib.  

 

Musavat.com

 

 
 
 
 
 

 

 
 
 
Ardını oxu...
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında İsrail lideri İsxak Hersoq ilə görüşüb.

"Cebheinfo.az" xəbər verir ki, görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi qeyd olunub.

İsxak Hersoq ölkəmizə rəsmi səfərini məmnunluqla xatırladıb.

Söhbət zamanı iqtisadi-ticari sahədə əməkdaşlığın yaxşı səviyyədə olduğu bildirildi, hökumətlərarası birgə komissiyanın işi yüksək qiymətləndirilib.

Azərbaycanlılarla yəhudilər arasında ənənəvi, tarixi dostluq münasibətlərinin mövcud olduğu vurğulandı, ölkəmizdə digər icmaların nümayəndələri ilə yanaşı, yəhudi icmasının nümayəndələrinin də sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma mühitində yaşamaları üçün hərtərəfli şəraitin yaradıldığı məmnunluqla qeyd edilib.
Ardını oxu...
 
Ardını oxu...
Yanvarın 24-də Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Asambleyası (AŞPA) ilə əməkdaşlığı dayandırmasının bir ili tamam olur.

Nümayəndə heyətinin üzvləri 2024-cü ildə sözügedən tarixdə bəyanatla çıxış edərək qurumun Azərbaycana münasibətdə qeyri-obyektiv yanaşması səbəbindən əməkdaşlığı dayandırdıqlarını açıqlayıblar. Beləliklə ölkəmizin təşkilatda iştirakı qeyri-müəyyən müddətə təxirə salınıb.

Son bir il ərzində rəsmi Bakı üçün nələr dəyişdi? Azərbaycanın təşkilatda iştirakı hansı hallarda bərpa oluna bilər?

Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, Azərbaycan konstitusiyasında ölkəmizin hüquqi dövlət olması, demokratik prinsiplərin qorunması, insan hüquqları, fikir, söz azadlığının təmin edilməsi kimi məsələlər öz əksini tapıb:

“AŞPA-da insan hüquqları ilə bağlı olan bütün məsələlər təşkilat ilə Azərbaycan arasında deyil, birbaşa konstitusiyamızda olan məsələ olduğu üçün bu, daim diqqət mərkəzindədir.

AŞPA digər Avropa institutları içərisində demokratik dəyərlərin inkişafı, qanunların qəbul edilməsi üçün vacib institutlardan biridir. Lakin bütün bu məsələlər Azərbaycanın AŞPA üzvü olub-olmamasından asılı deyil. Çünki bu məsələlər Azərbaycanda konstutsion normalarda göstərilib. Ona görə də AŞPA-da Azərbaycanın olub-olmaması bizim demokratik hüquqi dövlət olub-olmağımız hesab edilə bilməz. Bütün bunlar onsuz da bizim konstitusiyamızda var. Azərbaycanın AŞPA-dan uzaqlaşması ölkəmizdə insan hüquqları ilə bağlı məsələləri dəyişmir”.f2
 

Dünyapress TV

Xəbər lenti