Referendum keçiriləcəyi xəbəri təsdiqlənir -
“Konstitusiya və Suverenlik İli” çərçivəsində müxtəlif yerli və beynəlxalq təşkilatlarla ardıcıl görüşlər keçiriləcək və müzakirələr təşkil ediləcək. Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin yanvarın 23-də keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.

O bildirib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində qarşıda bir çox çağırışlar, baxışlar var: “Bu çağırışlar arasında yeni referendumun keçirilməsi də var. Konstitusiya dövlət quruculuğunun Baş Planıdır, bu anlamda Zəfər Konstitusiyasının qəbul olunması da mümkündür. Yeni konstitusion quruluşlar məsələsi parlamentdə tez-tez qaldırılır. İcra hakimiyyətləri sistemi ilə paralel xüsusi nümayəndəlik institutu formalaşıb. Bu, artıq tək azad edilmiş ərazilərdə deyil, həm də Naxçıvanda tətbiq olunur”.

Xatırladaq ki, “Konstitusiya və Suverenlik İli”nin böyük sürprizinin referendum keçirilməklə Zəfər Konstitusiyası qəbul ediləcəyi barədə 2024-cü ilin 29 dekabrında Musavat.com saytında məlumat verilib. Milli Məclisin İnsan hüquqları komitəsinin 23 yanvarda keçirilən iclasında komitə sədri Zahid Orucun açıqlaması üç həftə öncə yazdıqlarımızın təsdiqi sayıla bilər.

1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyasına görə, Milli Məclisdə 125 deputat təmsil olunur. Bəzi ekspertlər və siyasətçilər bildirir ki, 1995-ci ildən bu yana ölkə əhalisi 2 milyon nəfərdən çox artıb, ancaq əhalinin parlamentdə təmsilçilik nisbəti dəyişməyib. Əgər 1995-ci ildə parlamentin 1 deputatı 61 min nəfəri təmsil edirdisə, bu gün 1 deputat 81 min nəfəri təmsil edir. Buna görə zaman-zaman bəzi siyasətçilər parlamentin deputatlarının sayının artırılmasını təklif ediblər.

Azərbaycan Konstitusiyasında dəyişməsi gözlənilən məsələlərdən biri də qarışıq seçki sisteminə keçiddir. Parlament seçkilərində qarışıq seçki sistemi 2002-ci ilə qədər mövcud olub. 1995 və 2000-ci illərdə keçirilən seçkilərdə parlamentin 20%-i (25 deputat) proporsional, 80%-i isə majoritar qaydada seçilib.

Məlumat üçün bildirək ki, proporsional seçki sistemində seçicilər birbaşa namizədlərə deyil, partiyalara səs verir. Partiyalar qazandıqları səslərə görə parlamentdə mandat qazanır. Majoritar seçki sistemində isə seçicilər birbaşa namizədə səs verir və ən çox səs toplayan namizəd deputat seçilir.

Azad edilən ərazilərdə Prezidentin xüsusi nümayəndəlik institutunun yaradılmasından sonra Azərbaycanda icra hakimiyyətlərinin ləğv edilməsi məsələsi gündəmə gəlib. Xüsusi nümayəndə prezidentin müəyyən etdiyi ərazi hüdudlarında prezidenti təmsil edən vəzifəli şəxsdir və prezidentin müəyyən etdiyi ərazi hüdudlarında onun müəyyən etdiyi səlahiyyətləri həyata keçirir. Məlumata görə, yeni yaradılan qurumun tətbiqi uğurlu nəticə verərsə, ölkənin digər ərazilərində də Prezidentin xüsusi nümayəndəliyi yaradıla bilər.

Nəhayət, Nazirlər Kabinetinin ləğvi. İndiki konstitusiyada Nazirlər Kabinetinin özünəməxsus heç bir səlahiyyəti yoxdur. Bu isə o deməkdir ki, Nazirlər Kabinetinin konstitusion statusu çox zəifdir və ləğv oluna bilər.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a bildirib ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunmasının bir neçə səbəbi var: “Birincisi, müstəqil Azərbaycanın Konstitusiyasının 30 illiyidir. Bu konstitusiya MDB məkanında olan konstitusiyalardan ən demokratik konstitusiyalardan biridir. Üstündən 30 il keçib və bu gün yeni reallıqlar yaranıb, böyük inkişaf yolu qət edilib, bu müddətdə bir çox qanunlarımızda dəyişikliklər həyata keçirilib, bir çox vacib yeni qanunlar, yeni sənədlər qəbul edilib, ən son olaraq 2024-cü ilin dekabrında Milli Məclis "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunda ciddi dəyişikliklər etdi. Qanunlarımızda sonuncu referendumdan indiyə qədər edilmiş bir sıra dəyişikliklər, yeni qanunların qəbulu da konstitusiyada dəyişikliklərin həyata keçirilməli olduğunu gündəmə gətirir. Eləcə də idarəetmədə, bələdiyyələrlə bağlı, seçki sistemi ilə əlaqədar konstitisiyada dəyişikliklər edilməsi istisna deyil. Torpaqlarımız işğaldan azad edildikdən sonra bir sıra rayonlarımızın idarəetməsində yeniliklər tətbiq edilib, həmçinin Naxçıvan Muxtar Respublikasında. Bu yeniliklər konstitusiyada təsbit olunmalıdır. Ölkəmizin bütün ərazisində suverenliyimizin bərpa olunması da yeni reallıqlar meydana gətirib. Bu reallıqlar da ana qanunumuza əlavələr və dəyişikliklər edilməsi zərurətini meydana gətirir".

Ekspert həmçinin qeyd edib ki, əhalimizin sayı 30 ildə 3 milyon nəfərə qədər artaraq 10 milyonu keçib. Bu amil də konstitusiyada müəyyən dəyişiklikləri zərurətə çevirir: “1995-ci ildə qəbul edilən konstitusiyanın səhv etmirəmsə, 82-ci maddəsində qeyd olunur ki, Milli Məclis üzvlərinin sayı 125 nəfərdən ibarətdir. Əhalinin sayı 7 milyon olanda Milli Məclisin 125 deputatının olmasının məqsədəuyğunluğu ana qanuna daxil edilib. Bu gün əhalimizin sayı 10 milyondan çoxdur. Ona görə də artıq 1 deputata düşən seçicinin sayı artıq 50 mindən yuxarıdır. Ona görə də hesab edirəm ki, konstitusiyada Milli Məclis üzvlərinin sayının artırılması məsələsi də gündəmə gələ bilər. Bütün qeyd etdiyimiz və digər dəyişikliklərin edilməsi isə yalnız referendumun keçirilməsi ilə mümkündür”.
 

Bölmənin digər xəbərləri

18 Aprel 2025 Lavrov ABŞ-nin dövlət katibi ilə danışdı
18 Aprel 2025 Türkiyəyə qarşı “qisas əməliyyatı” başladı – Sürpriz ola bilər
18 Aprel 2025 Ermənistan dövləti Qarabağ üçün yaradılıb – Paşinyandan ŞOK / VİDEO
18 Aprel 2025 Siyasi oyunbazlıq: Bakıda “Qarabağ Azərbaycandır” söylə, Berlində əksini
17 Aprel 2025 Mayın 9-da Kiyevə yox, Moskvaya gedəcəyəm - Fitso
16 Aprel 2025 Prezidentlərin nahar əsnasında geniş tərkibdə görüşü oldu
16 Aprel 2025 Moskvaya gedəcəyəm və mənə kimsə qadağa qoya bilməz – Fitso
16 Aprel 2025 Rusiyalı səfir İsveç XİN-ə çağırıldı
15 Aprel 2025 Rəsmi Bakıdan Fransaya ŞİLLƏ KİMİ cavab: Rədd edirik!
15 Aprel 2025 ABŞ-İran danışıqlarında bu məsələlər MÜZAKİRƏ OLUNACAQ
15 Aprel 2025 Referendum və konstitusiya dəyişiklikləri – Nə gözlənilir?
14 Aprel 2025 Türkiyə və İsrailin Bakı görüşü: Fidandan reaksiya...
13 Aprel 2025 Türkiyə və Ermənistan XİN başçıları görüşüblər
13 Aprel 2025 Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatdı-FOTO
12 Aprel 2025 Ərdoğanla əş-Şara görüşdü
12 Aprel 2025 Dünyanın diqqəti İstanbulda: Məxfi sənədlər qaytarılır, qərar dəyişəcək
11 Aprel 2025 Azərbaycanın diplomatik uğurları: Antalya Forumunda yeni perspektivlər
11 Aprel 2025 Lukaşenko: Qərb ölkələrində heç vaxt demokratiya olmayıb
11 Aprel 2025 Amerika Çinlə barışmaq istəyir
10 Aprel 2025 Lavrov Türkiyəyə niyə gedir?

Dünyapress TV

Xəbər lenti