Ardını oxu...
OPEC+ hasilata mövcud könüllü məhdudiyyətlərdən imtina edərsə, dünya bazarında neftin qiyməti 2025-ci ildə bir barel üçün 40 dollara düşə bilər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu proqnozla tanınmış analitiklər çıxış ediblər. Onların fikrincə, alyans çox güman ki, 2025-ci ilin əvvəlində bu məhdudiyyətləri mərhələli şəkildə aradan qaldırmağı seçəcək.

OPIS-in enerji təhlili rəhbəri Tom Kloza deyib: “2025-ci ildə neftin qiymətləri ilə bağlı son illərdə - Ərəb baharından bəri xatırlaya biləcəyim bütün illərdən daha çox narahatlıq var.”

Avrasiya Qrupunun Enerji, İqlim və Resurslar Departamentinin rəhbəri Henning Gloystein qeyd edir ki, gələn il neftə tələbat artımının gündə 1 milyon bareldən az olacağını nəzərə aldıqda, OPEC+ məhdudiyyətlərinin 2025-ci ildə tam geri qaytarılması “şübhəsiz ki, neft qiymətlərinin çox kəskin azalmasına, bəlkə də bir barel üçün 40 dollara qədər enməsinə gətirib çıxaracaq.”

MST Marquee-nin baş enerji analitiki Saul Cavonic də OPEC+-ın bu addımının “neft qiymətlərini COVID-dən bəri görülməmiş aşağı səviyyələrə çatdıra biləcək bazar payı üçün qiymət müharibəsinə səbəb olacağını” düşünür.

Qeyd edək ki, OPEC+ neft qiymətlərindəki enişin qarşısını almaq üçün iki ay müddətinə sutkada 2,2 milyon barel könüllü ixtisarın mərhələli şəkildə dayandırılması planlarını 2 dəfə təxirə salıb. Noyabrın əvvəlində qəbul edilən qərarla bu addım dekabrın sonuna qədər təxirə salınıb.

Neftin qiymətinin aşağı düşməsi, digər məsələlərlə yanaşı, dünyanın aparıcı neft idxalçısı olan Çində pandemiyadan sonra tələbin ləng bərpası ilə bağlıdır.

Gloystein bildirir ki, bundan əlavə, bazarda yanacağın həddindən artıq tədarükü mənfi amildir, çünki OPEC-dən kənarda olan ABŞ, Kanada, Qayana və Braziliya kimi əsas neft istehsalçıları da tədarükləri artırmağı planlaşdırırlar.
 
Ardını oxu...
Azərbaycanın ən böyük banklarından biri olan “Unibank”ın sahibi Eldar Qəribov ölkəni birdəfəlik tərk etmək niyyətindədir.

AzToday.az - a daxil olan məlumata görə, 2016-cı ildə Malta vətəndaşlığı alan Eldar Qəribov biznesini Fransaya köçürməkdədir. Bu ölkədə onlarla bahalı daşınmaz əmlaka sahib olan biznesmen Azərbaycandakı bankı başda olmaqla biznesini satışa çıxarıb.
Ardını oxu...
Məlumatda iddia olunur ki, Azərbaycanda biznesinin gələcək taleyindən narahat olan Eldar Qəribov artıq ailə üzvlərini Avropada yerləşdirib.

Qeyd edək ki, Eldar Qəribov Azərbaycan- Fransa əlaqələrinin inkişafına verdiyi töhfəyə görə, Fransa prezidentinin fərmanı ilə bu ölkənin ali mükafatı- “Fransanın Fəxri Legion Kavaleri ordeni”nə layiq görülüb.
 
Ardını oxu...
Kanadanın "Shopify" şirkəti çərşənbə axşamı analitiklərin rüblük gəlir üzrə proqnozlarını üstələyib.

Valyuta.az "Yahoo Finance"ə istinadən xəbər verir ki, şirkətin süni intellektlə təchiz edilmiş alətlərə yönəlməsi, xüsusilə əhəmiyyətli bayram mövsümündən əvvəl daha çox tacirin elektron ticarət xidmətlərinə maraq göstərməsinə səbəb olub.

Açıqlanan hesabata əsasən ABŞ-da listinq olunan "Shopify" səhmləri ilkin ticarətdə 12%-dən çox artıb.

Onlayn mağaza yaratmaq və idarə etmək üçün şirkətlərə vebsayt hazırlamaqdan məhsul göndərməyə qədər müxtəlif alətlər təqdim edən "Shopify" bu il xidmətlərini süni intellekt əsaslı funksiyalarla gücləndirib.

Şirkət iyun ayında satış hesabatları təqdim edən, müştəri davranışları barədə məlumat verən və endirim kodlarının yaradılması kimi tapşırıqları yerinə yetirməyə kömək edən "Sidekick" adlı süni intellekt köməkçisini platformasında daha geniş satıcı kütləsinə təqdim edib.

"Shopify" hazırkı rübdə gəlirin orta və yüksək iyirmi faiz arasında artacağını proqnozlaşdırıb, analitiklər isə 22,7%-lik artım gözləyirdi.

Şirkət 30 sentyabrda başa çatan üçüncü rüb üçün 2,16 milyard dollar gəlir əldə etdiyini açıqlayıb ki, bu da analitiklərin orta hesabla 2,11 milyard dollarlıq proqnozunu üstələyib.
 
 
 
Ardını oxu...
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Qlobal Cənub ölkələrində iqlim fəaliyyətlərini aktivləşdirmək üçün yeni iqlim maliyyəsi hədəfinə həsr olunub.

Index.az xəbər verir ki, bunu “ActionAid International” qeyri-hökumət təşkilatının nümayəndələri mətbuat konfransında bildiriblər.

Bildirilib ki, maliyyələşdirmə olmadan iqlim fəaliyyətləri haqqında söhbətlər sadəcə söhbət olaraq qalacaq.

“Deyirlər ki, pulsuz nahar olmur – deməli, pulsuz iqlim hədəfləri də olmur. Əgər biz iqlim fəaliyyətlərinə ciddi yanaşırıqsa, bunun üçün pul ödəməliyik. Məhz bir əsr və ya daha çox müddət ərzində ətraf mühiti çirkləndirən Qlobal Şimalın zəngin ölkələri nəhayət iqlim fəaliyyətləri üçün real pul ödəməlidirlər. İndiyədək bu ölkələr öz öhdəliklərindən yayınıblar.

2022-ci ildə inkişaf etmiş ölkələr birlikdə Qlobal Cənub ölkələrində iqlim fəaliyyətləri üçün yalnız 28-35 milyard dollar məbləğində qrant ayırıblar”, – QHT nümayəndəsi Tereza Anderson bildirib.
 
Ardını oxu...
İqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün 1 trilyon ABŞ dollarından çox vəsaitə ehtiyac var.Bunu İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi səfiri Fransesko Korvaro bildirib.Onun sözlərinə görə, bu gün Bakıda işə başlamış BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) İqlim Maliyyəsi Fondunun vəsaitinin məbləği müzakirə ediləcək: "COP29-da iqlim maliyyəsi üzrə məsələnin müzakirəsi üçün toplaşmışıq. COP29-un Azərbaycan Sədrliyi bütün maraqlı tərəflərin müzakirələrə qoşulması və uğurlu nəticə əldə edilməsi üçün ümumi məkan yaradıb".O əlavə edib ki, ölkəsi iqlim dəyişikliyi ilə bağlı hər kəslə dialoqa başlamağa hazırdır: "İqlim maliyyəsi sahəsində "Yeni Kollektiv Kəmiyyət Hədəfi" (NCQG) üzrə nəticə əldə edilməsini gözləyirik. NCQG yeni bir hədəfdir və iqlim məsələsini maliyyələşdirməyi hədəfləyir. Bizim həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrlə çoxlu müzakirələrimiz olub. Danışıqlar çox şaxəli və mürəkkəbdir. Özəl sektoru bura cəlb etmək lazımdır. Düşünmək lazım deyil ki, təkcə dövlətlər 1 trilyon ABŞ dollarından çox məbləği maliyyələşdirəcəklər".
Səfirin sözlərinə görə, gələcək on illiklər iqlim dəyişikliyi üçün çox vacibdir: "Hazırda iqlim dəyişikliyi problemləri barədə danışıqlar aparılır. Konkret nəsə demək çətindir. İtaliya və Avropa İttifaqı bu iqtiqamətdə ambisiyaları artırmağı hədəfləyir. COP hərtərəfli sazişdir. Biz ümumi dil tapmalı,ortaq ideya formalaşdırmalıyıq".UNFCCC-nin Tərəflər Konfransı 1995-ci ildən keçirilir. Əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunub. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub.BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyanın tərəf dövlətlərindən 80-ə yaxın dövlət və hökumət başçısı noyabrın 12-13-də COP29 çərçivəsində Bakıda keçiriləcək Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin yüksək səviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış edəcək.© Report
 
Ardını oxu...
İlk kriptovalyuta olan “Bitcoin”in dəyəri yüksəlib.

Tribunainfo.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, “Bitcoin”in dəyəri 3,49% artaraq 82 056 min dollara yüksəlib və bununla da bütün zamanların rekordunu yeniləyib.
Ardını oxu...
Bitkoin kriptovalyutasının qiyməti tarixində ilk dəfə 79 min dolları keçib, bu isə əvvəlki rekord 78 min dollardan yalnız dəqiqələr sonra baş verib.

Bu, ticarət məlumatlarından məlum olub.

“Bybit” kriptovalyuta birjasında Bakı vaxtı ilə saat 08:55-də bitkoinin qiyməti 79 min 331 dollara çatıb.
 
Ardını oxu...
İran Ermənistanla ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bunu İran Ticarət Təşkilatının təmsilçisi Əkbər Qodari deyib.

“Bizim ilk mərhələdə Ermənistana ixracı 1 milyard, uzunmüddətli perspektivdə isə 3 milyard dollara çatdırmaq məqsədimiz var. Gələn il bu ölkə ilə ticarətdə 20-30 faizlik artım gözləyirik”, - qurum rəsmisi bildirib.
 
Ardını oxu...
Rusiya Mərkəzi Bankı həftə sonu və bazar ertəsi üçün rəsmi valyuta məzənnələrini müəyyən edib.

Tənzimləyici cümə günü dolların məzənnəsini 98,07 rubldan 97,83 rubla endirib.

Avronun rəsmi məzənnəsi də aşağı salınıb. Mərkəzi Bank Avropa valyutasının məzənnəsini bir gün əvvəl olan 105,56 rubla qarşı 105,45 rubl müəyyən edib.

Yuan məzənnəsi bir gün əvvəlki 15,59 rublla müqayisədə 13,62 rubla endirilib.
 
 
 
Ardını oxu...
Bakıdakı hotellər COP29 ərəfəsində 80 faiz dolub.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov mediatur zamanı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ümumilikdə 17 500 hotel otaqlarının 80 faizi artıq satılıb.
“Qonaqların yerləşdirilməsi üçün yaşayış komplekslərindən də istifadə ediləcək”, – Anar Ələkbərov bildirib.

O əlavə edib ki, bu günə kimi Bakıda 67 min nəfər COP29 üçün qeydiyyatdan keçib.
“Çox sayda qonaq gözləyirik. Bu, Azərbaycan tarixində ən böyük tədbirdir. Bütün COP29 məkanı istifadə olunacaq, boş yer qalmayıb”, – A.Ələkbərov bildirib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bir neçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. “COP” (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan “Tərəflərin Konfransı” mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.//Trend
 

Dünyapress TV

Xəbər lenti