Ardını oxu...
İsveçrənin ikinci ən böyük bankı olan Credit Suisse ilin üçüncü rübündə 400 milyon İsveçrə frankı zərər gözlədiyini və 4,034 milyard İsveçrə frankı zərər görəcəyini açıqlayıb.

Avropa.info xəbər verir ki, Credit Suisse 2022-ci ilin üçüncü rübü üzrə maliyyə nəticələrini və restrukturizasiya strategiyasını açıqlayıb.

İllərdir müxtəlif qalmaqallardan sonra çətin vəziyyətə düşən bank bu ilin üçüncü rübündə gözlənilən 400 milyon İsveçrə frankı itkisinə qarşı 4,034 milyard İsveçrə frankı itirdiyini bildirib. Ötən ilin analoji dövründə bank 434 milyon İsveçrə frankı mənfəətini açıqlamışdı.

Credit Suisse bəyan edib ki, zərər onun strategiyasının nəzərdən keçirilməsi ilə bağlı təxirə salınmış vergi aktivlərində 3,7 milyard frank dəyərsizləşməni əks etdirir.

İnvestorların təzyiqi altında olan bank investisiya bankının fəaliyyətinə və gəlirlərinə mənfi təsir göstərən məhkəmə xərclərini aradan qaldırmaq üçün fəaliyyətində strateji dəyişiklik edəcəyini də bəyan edib.

Credit Suisse investisiya bankını köklü şəkildə yenidən quracaq, diqqəti daha çox varlılara yönəldəcək. O, həmçinin 2025-ci ilə qədər xərclərini 2,5 milyard İsveçrə frankı azaltmağı hədəfləyir.

Agentlik ilin sonuna qədər 2700 işçini ixtisar etməyi və ya işçi qüvvəsini 5 faiz ixtisar etməyi planlaşdırır.

Bank həmçinin 2025-ci ilin sonuna qədər işçi qüvvəsini təxminən 9 min nəfər azaldıb 43 min nəfərə qədər ixtisar edəcək. 2024-cü ilin sonuna qədər restrukturizasiyanın 2,9 milyard İsveçrə frankına başa gələcəyini hesablayır.

Credit Suisse, ixtisaslı investorlara yeni səhmlər buraxaraq və bonus emissiyası yolu ilə 4 milyard İsveçrə frankı yığacağını açıqlayıb.

Bir vaxtlar İsveçrənin “etibarlılığının” simvolu olan bankın reputasiyası çirkli pulların yuyulması qalmaqalı və bundan sonra baş verən cərimələr və qalmaqallarla ləkələnmişdi.
 
Ardını oxu...
Almaniyanın “Mercedes-Benz” avtomobil şirkəti bu gün verdiyi açıqlamada Rusiya bazarını tərk etmək niyyətində olduğunu bildirib. Bununla da şirkət Rusiyanı tərk edən dördüncü nəhəng avtomobil istehsalçısı olub.

Həmçinin açıqlamada şirkətin Rusiyadakı törəmə müəssisələrinin "Avtodom" şirkətinə satıldığı elan edilib. Şirkətin Rusiyadakı aktivləri təxminən 2 milyard avro dəyərində qiymətləndirilib.

Xatırladaq ki, "Mercedes-Benz" bu il martın əvvəlində Rusiyada avtomobil istehsalını və avtomobil ixracını dayandırdığını açıqlamışdı. “Mercedes”dən əvvəl isə Rusiyanın avtomobil bazarını “Renault”, “Nissan” və “Toyota” tərk edib. Şirkətin Rusiyadan çıxmasının əsas səbəbləri Avropadan 50 min avrodan artıq dəyəri olan avtomobillərin, eləcə də ABŞ-dan hər hansı avtomobilin Rusiyaya gətirilməsinə qadağa qoyulması, eləcə də sanksiyalara görə avtomobil komponentlərinin gətirilməməsi ilə bağlıdır.
 
Ardını oxu...
“Deutsche Bank”ın rəhbəri Kristian Syuinqin sözlərinə görə, Hindistanın iqtisadi artım tempi böyük bankların və maliyyə mərkəzlərinin diqqətini cəlb edib. Bank rəhbəri hesab edir ki, dünya iqtisadiyyatında geriləmə qeydə alınarkən, Hindistan böyük investisiyalar cəlb etməyə müvəffəq olub. Əhalisi bir milyarddan çox olan Hindistan Çinlə rəqabəti gücləndirib.

Buna baxmayaraq, bölgədə siyasi risqlər Hindistan iqtisadiyyatının inkişafını əngəlləyə bilər. Misal üçün Kəşmirdəki vəziyyət hər an sabitliyi poza bilər. Dünyanın böyük maliyyə mərkəzləri isə sabit ölkələrə yatırımlar qoymaqda maraqlıdırlar, qeyri-müəyyənlik və hərbi toqquşma yatırımçıları ölkədən qaşırda bilər. Misal üçün Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi işğalçı müharibə və ya Tayvan adasına görə Çinlə ABŞ arasındakı münasibətlərdə gərginlik beynəlxalq maliyyə mərkəzlərini Rusiya və Çindən uzaqlaşdırıb.

Rusiya və Çindən uzaqlaşan kapitalın Hindistana yönəldiyi bildirilib. Məşhur “Citigroup”un rəhbəri Manolo Falkonun sözlərinə görə, dünyada müxtəlif gərginliklər fonunda yatırımların Hindistana istiqamətlənməsi müşahidə olunur. Halbuki, yatırımlar əvvəlki illərdə Çinə yönəlirdi. Yatırımçıları Çindən uzaqlaşdıran Tayvan böhranı ilə yanaşı Pekinin koronavirusla mübarizədə sərt qapanmalar əmri olub. Pekin harda virus aşkarlayırdısa, həmin şəhəri həftələrlə qapadırdı. Bu isə həmin şəhərlərdəki müəssisələrin fəaliyyətini iflic edirdi. Nəticədə həmin müəssisələrə yatırım qoyanlar maliyyə itkisi ilə üzləşdilər və gəlirdən məhrum oldular, digər tərəfdən müəssisələr arasında zəncir halqası qırıldı.

Dehli bu vəziyyətdən öz məqsədləri üçün istifadə edib. Hindistan ötən il 83 milyard dollar yatırım cəlb etməyə müvəffəq olub. Bunu hindli milyarder və Asiya qitəsinin ən varlı adamı Qautam Andanı Sinqapurda keçirilən konfransda deyib. Ancaq baş nazir Narendra Modinin siyasətini Qərbdə tənqid edənlər də var. Tənqidçilərin sözlərinə görə, Hindistan hökumətində və idarəetmədə üstünlük hindlilərə verilir, müsəlmanlar və digər etnik qrupların imkanları məhduddur. Bu siyasət sabitliyi pozmaq və iqtisadi artıma mənfi təsir edə bilər. Ona görə də Narendra Modi hökuməti iqtisadi artımın dayanıqlı olmasını təmin etmək istəyirsə, ölkə içində sabitliyə zərər verəcək addımlardan çəkinməlidir.

“Atlas” Araşdırmalar Mərkəzi
 
 
 

Ardını oxu...
Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 26-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

Bankın oktyabrın 26-dan etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.
Ardını oxu...
Avropada təbii qazın qiyməti iyunun 14-dən bəri ilk dəfə min kubmetr üçün min dollar həddindən aşağı düşüb.

Niderlandın TTF habında təbii qazın noyabr fyuçersləri 989 dollaradək ucuzlaşıb. Gün ərzində ucuzlaşma 14 faizdən çox təşkil edib.

Qeyd olunur ki, təbii qaz ucuzlaşması Avropada yeraltı qaz anbarlarının 93 faizdən çox dolması, eləcə də elektrik enerjisi istehsalında külək enerjisinin payının artması ilə əlaqələndirilir.

Xatırladaq ki, sentyabrın əvvəlində Avropada təbii qazın min kubmetri 2 900 dollara yaxınlaşmışdı./Trend/
 
Ardını oxu...
İranın daxilində sabitliyin pozulması, kütləvi etirazlar və təhlükəsizliyin təmin edilməməsi xarici turistlərin bu ölkəyə səfərlərinin azalmasına hətta ləğv edilməsinə gətirib çıxarıb.
İranın getdikcə tam qapalı ölkəyə çevrilməsi “molla rejiminin” anti-insani idarəçiliyi ölkə iqtisadiyyatının geriləməsinə səbəb olur.
Millət vəkili Vüqar Bayramov İranın dünya neft ehtiyatlarının 10, qaz ehtiyyatlarının 5 faizinə malik olmasına baxmayaraq, adam başına düşən ÜDM-nin cəmi 2 min dollar olduğunu qeyd edib.
Daha ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
Rusiyanın addımları nəticəsində hazırda 165-dən çox gəmi Bosforda qalıb və onların sayı hər gün artır. “Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Rusiyanın addımları qlobal ərzaq təhlükəsizliyinə zərbə vurur. Yoxlamaların gecikməsi Ukraynanın əlavə 3 milyon ton taxıl ixrac etməsinə mane olub”, - bəyanatda bildirilib.

Ukrayna XİN-in bəyanatında qeyd olunub ki, dünyada 10 milyon insan Rusiyanın siyasi iddiaları ucbatından vaxtlı-vaxtında qida əldə edə bilməyib: “Ukrayna beynəlxalq ictimaiyyəti, xüsusilə Afrika və Asiya ölkələrini Rusiyadan gəmilərin yoxlanılması prosesini gecikdirməsini dərhal dayandırmağı tələb etməyə çağırır. Biz Kremli milyonlarla insanı öz siyasi oyunlarının girovuna çevirməsinə imkan verməməliyik”,

Ukrayna artıq İstanbulda yerləşən Birgə Koordinasiya Mərkəzinin Katibliyinə bu məsələnin təcili həll olunması, xüsusən də Bosfor boğazında müfəttişlərin sayının artırılması ilə bağlı müraciət edib.
 
Ardını oxu...
Rusiya təbliğatı illərdir deyir ki, dünyada dolların rolu azalır, hətta Rusiya 2014-cü ildən bəri bəzi populist bəyanatlar verərək digər ölkələrlə qarşılıqlı ticarətdə dollardan imtina edəcəyini, hətta artıq etdiyini elan edib, amma reallıq başqadır, Kremlin arzuları kimi deyil.
Teref.az yazır ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyir. Daha sonra ekspert fikrini davam etdirərək deyir:
Beynəlxalq Valyuta Fondunun (BVF) rəsmi rəqəmlərinə görə dünya ölkələrinin ehtiyat “yasdığı” 2013-cü ildə 11 trilyon 700 milyard dollar dəyərində olub, bu məbləğın cəmi 3 trilyon 810 milyardı dollarda, yerdə qalan hissəsi digər valyutalar, qiymətli kağızlar və qızılda saxlanılırdı. Üç il sonra, yəni 2016-cı ildə dünya ölkələrinin ehtiyat vəsati 10 trilyon 720 milyard dolar idi və bu məbləğın artıq 5 trilyon 500 milyardı dollarda, yerdə qalanları isə digər aktivlərdə idi. Növbəti üç ildə, yəni pandemiyadan öncəki 2019-cu ildə ölkələrin ehtiyat vəsaiti 11 trilyon 820 milyard dollara qalxdı və bunun 6 trilyon 730 milyardı dollarda idi. 2021-ci ildə ölkələrin ehtiyat vəsaiti 12 trilyon 920 milyard dollara qalxdı və bu vəsaitin 7 trilyon 90 milyardı sırf dollarda saxlanılırdı.
Göründüyü kimi dolların ehtiyat vəsaitlərin saxlanması kimi rolu son 10 ildə getdikcə artır, amma bu o demək deyil ki, “dollar dünyasında” problemlər yoxdur – təbii ki, var və getdikcə artacaq. Çünki, qlobal dünyadan fraqmental dünyaya keçid sürətləndikcə yeni regional cəlbedici valyutalar yaranacaq – bu gün Çin yuanı artıq elə bir rol almağa yaxındır, çünki Çin valyutası dollara qarşı ən az volotil, yəni dəyəri az “oynayan” valyutalardan biridir. 2011-2021-ci illər arası Çin valyutası bir dollara qarşı 6,22 yuanla 7,10 yuan arası dəyişib – oynaqlıq çox azdır, bu isə yuanı cəlbedici edir. Amma yuanın da ən zəif nöqtəsi odur ki, dollara, ABŞ iqtisadiyyatına çox bağlıdır, ABŞ-Çin qarılıqlı ticarət dövriyyəsi 2021-ci ildə 2020-ci ilə nisbətən 28,7% artaraq (il-ilə rekord artış göstəricisidir) 755 milyard 640 milyon dollar olub, ABŞ uzun illərdir ki, Çinin 1 nömrəli ticarət tərəfdaşıdır, məsələn, Rusiya isə Çinin ticarət dövriyyəsidə 11-ci yer tutur.
Fraqmentallaşan dünyada regional güclərin yaranması, möhkəmlənməsi regional valyutaların da yaranıb-güclənməsinə səbəb ola bilər. Bu mənada Türk Dövlətləri Birliyi gələcək üçün (yaxın 10 ilə ağılla plan qurub işləməklə) özlərinin ticarət əlaqələrini gücləndirmək yollarından biri kimi ümumi valyutanın yaradılması haqqında da düşünməlidirlər. Bu klassik “kağız pul” olmaya da bilər, hətta olmamalıdır da, sadəcə ölkələrin öz valyutalarını saxlamaq şərti ilə ortaq "digital" (bu “coin” deyil, səhv salmayın) pul vahidi, məsələn, “elektron akçe” dövriyyəyə buraxmaq olar və bu addım TDB-nin qarşılıqlı ticarəti sürətləndirmək üçün geniş perspektivlər aça, Birliyin “dollar, avro və yuan dünyası” ilə də iqtisadi münasibətlərin artmasına səbəb ola bilər...
 
 
 
Ardını oxu...

"Gəncə Şərab evi 1" i - 145 mindən çox vergi borcu yaranıbdır.

DogruXeber.az: - Belə ki, qanuni təmilçisi Mirməhəmməd Məmmədov Həmid oğludur, adına olan vergi borcu "VÖEN" daxilində 145454.52 (yüz qırx beş min dörd yüz əli dörd manat, əli iki qəpik) mövcuddur.

Böyük bir müəssisənin bu qədər vergi borcu yaranması çox müəmmalıdır.

AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİYYAT NAZİRLİYİ YANINDA DÖVLƏT VERGİ XİDMƏTİNİN- Gəncə Şəhər Ərazi vergilər 12 saylı Ərazi Vergilər Baş İdarəsinin məsuliyyətsizliyi bu qədər vergi borcunun yaranmasına, hüquqi baxımından çinayət xarakterli dövlət rüsumundan yayınma, külli miqdarda pulun mənimsənilməsi, Dövələt Xəzinadarlığına daxil olmaması çinayət deyilsə bəs nədir?

Bu halın nəyin ki, Gəncə Şərab evi 1" saylı Açıq Tipli Səhmdar Cəmiyyətin də yaranıb, o cümlədən Gəncə Şərab evi 2" saylı Açıq Tipli Səhmdar Cəmiyyətinin də 33 mindən çox vergi borcu var.

Adı çəkilən Gəncə şərab evi 2" ASC -nin Qanuni təmsilçisi - Saleh Babazadə Nadir oğludur.

Onun adına olan "VÖENİN" vergi borcu rəqəmsal olaraq 33608.57 (üç yüz otuz altı min səkkiz manat, əli yeddi qəpik) rəsmi borc yaranması, vergidən yayınması Gəncə 12 saylı Ərazi Vergilər Baş İdarəsinin fəaliyyətinə ləkədən başqa bir şey deyil.

Yazıda qeyd olunan müəssisələrin hal-hazırda fəaliyyət göstərməsi, işçi sayının olması, "Şərab" istehsal etməsi mövcuddur.

Mövzuya qayıdacayıq.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq... //hurriyyet.az//

Ardını oxu...

Ardını oxu...
Rusiya BMT və Türkiyənin vasitəçiliyi ilə bağlanmış saziş əsasında taxıl daşıyan gəmilərin keçidini qəsdən gecikdirir.

Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

O,150 ​​gəminin keçid üçün gözlədiyini qeyd edib. Gecikməyə görə Ukrayna 10 milyon insanı qidalandırmaq üçün kifayət edəcək 3 milyon ton daha az taxıl ixrac edib.
 

Dünyapress TV

Xəbər lenti