Ardını oxu...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Dövlət Məşğulluq Agentliyinin idxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı işlərinin satın alınması məqsədilə keçirdiyi tender müsabiqəsinin qalibi "Agro Best” QSC (VÖEN – 1405235391) olub. Məşğulluq Xidməti qeyd olunan mallarının alınması üçün qalib şirkətə 73 milyon 574 min 800 manat vəsait ödəyəcək.

Məlumat üçün bildirək ki, "Agro Best” QSC 20.08.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2010 manat olan şirkətin hüquqi ünvanı "Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə, ev 1, m. 48” olaraq göstərilir. Şirkətin qanuni təmsilçisi isə Ələkbərov Nahid Kamil oğludur.

Qeyd edək ki, "Agro Best” QSC əvvəllər də Dövlət Məşğulluq Agentliyinin keçirdiyi və dəyəri milyonlarla manat olan analoji tender müsabiqələrində qalib olub.

Maraqlıdır ki, dövlət qeydiyyatından keçdikdən qısa müddət sonra milyonlarla dəyəri olan tenderlərin qalibi olan "Agro Best” QSC-nin nəinki veb-saytı, hətta sosial şəbəkə hesabları belə yoxdur.
Ardını oxu...
Avropa Mərkəzi Bankı (ECB) 2023-cü il üçün illik inflyasiya proqnozunu 6,3 %-dən 5,3 %-ə endirib.

Bu barədə tənzimləyicinin məlumatında deyilir.

Proqnoza görə, 2024-cü ildə inflyasiya 2,9 %, 2025-ci ildə isə 2,1 % səviyyəsində gözlənilir.

ECB 2023-cü ildə avrozonanın ÜDM artımı ilə bağlı proqnozunu 1 %-ə qaldırıb.
 
Ardını oxu...
Türkiyə çalışır ki, “taxıl müqaviləsi” Rusiyanın dediyi kimi iki ay deyil, 120 gün uzadılsın.

Bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, dünyanın ərzaq təhlükəsizliyi üçün vacib olan “taxıl dəhlizi” ilə artıq 24 milyon tondan çox Ukrayna ərzaq məhsulları daşınıb: “Möhlətin uzadılması həqiqətən vacibdir.

Danışıqlarımızı iki ay deyil, 120 gün üzərində davam etdirəcəyik. Tərəflər vəziyyəti dəyərləndirəcək. Rusiya və Ukrayna birlikdə qərar verəcək. Birləşmiş Millətlər Təşkilatı (BMT) də bizim kimi düşünür. İnşallah, önümüzdəki günlərdə məsələni həll etməyə çalışacağıq”, – deyə Akar qeyd deyib.
TRT Haber
Ardını oxu...
Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub.

TEREF.AZ xəbər verir ki, bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma yulaf yarmasının, düyünün, vaflinin, peçenyenin, mal və qoyun ətinin, balıq konservlərinin, sterilizə olunmuş üzlü südün, yoqurtun, pendirin, zeytun yağının, naringinin, narın, almanın, bananın, soğanın, kartofun, kələmin, xiyarın, pomidorun, şəkərin, konfetlərin, çayın, kola içkisinin, meyvə şirəsinin, arağın qiymətində qeydə alınıb.

Ucuzlaşma isə əsasən qarabaşaq yarmasının, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, mərcinin qiymətlərində müşahidə olunub.
 
Ardını oxu...
BMT Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Moskvanın Qara dəniz taxıl təşəbbüsünün müddətinin əvvəlki dəfə olduğu kimi 120 gün əvəzinə 60 gün uzadılmasına razılıq verdiyi barədə sözlərini nəzərə alıb.

APA-nın xəbərinə görə, bu barədə BMT-nin mətbuat xidmətinin bəyanatında deyilir.

Qeyd edək ki, ötən gün Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin ölkəsinin Qara dəniz taxıl təşəbbüsünün uzadılmasına etiraz etmədiyini bildirib.
 
Ardını oxu...
"Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bizə qaz təchizatı və ya mövcud qaz təchizatının artırılması ilə bağlı 10-dan çox Avropa ölkəsindən müraciət olunub".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib.

“Biz tərəfdaşlarımızın ehtiyaclarını qarşılamaq üçün hər şeyi edirik. Bizim qaz təchizatımızın artıq kifayət qədər şaxələndirilmiş coğrafiyası var”, - deyə dövlətimizin başçısı vurğulayıb.
 
Ardını oxu...
Türkiyə sanksiyalar altında olan malların ölkə vasitəsi ilə Rusiyaya tranzitinə qadağa qoyub.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə "Bloomberg" agentliyinə açıqlamasında adının çəkilməsini istəməyən Türkiyə hakimiyyətindəki yüksək rütbəli rəsmilərdən biri bildirib.

O qeyd edib ki, sözügedən qərar artıq martın 1-dən tətbiq olunur.
Ardını oxu...
Kanadallara Rusiya Federasiyasından, dəmir, polad, alüminium və ondan hazırlanan məhsullar gətirmək və almaq qadağan olunub.

Bununla bağlı qəbul olunmuş sənəddə deyilir:

“Kanada hakimiyyəti Rusiyadan alüminium və poladın idxalını qadağan etmək qərarına gəlib. Bu barədə hökumətin saytında dərc olunan “Xüsusi iqtisadi tədbirlər haqqında” müddəalara dəyişikliklərlə bağlı sənəddə qeyd olunur.

Dəyişikliklərə əsasən, Kanadadakı istənilən şəxsə və Kanadadan kənarda olan hər hansı bir şəxsə Rusiyadan, dəmir, polad, alüminium və ondan hazırlanan məhsulların idxalı və ya alınması qadağandır.

Ardını oxu...
Bayram ayı kimi xarakterizə edilən martın daxil olması ilə bazarlarda meyvə-tərəvəz məhsullarının, xüsusilə də quru meyvələrin satışında aktivlik müşahidə olunur. Belə ki, hətta metro çıxışlarında və ya avtobus dayanacaqlarında quru meyvə satıcılarına rast gəlmək olur. Ölkəmiz quru meyvə yetişdiriciliyi cəhətdən olduqca münbit və bərəkətli torpaqlara sahibdir.
Xüsusilə Naxçıvandan və Qəbələdən gələn quru meyvə məhsulları bu bazarlarda müxtəlif qiymətlərə satılır. Həmin məhsullar içərisində isə fındıq və badamın qiyməti fantastik rəqəmləri ilə diqqət çəkməyi bacarır. Belə ki, ötən il kiloqramı 11 manat olan fındıq bu il 13, hətta bəzi yerlərdə 14.50 azn-ə satılır. Badamın bir kq-nın qiymətinə isə iki kiloqram dana əti almaq olar, çünki badam ləpəsinin qiyməti 25-26 manata satılır. Qoz isə nisbətən "ucuz" qiymətə - 9, 10 manata satılır. Ümumi mənzərə, bayramqabağı bazarlarda olduqca ciddi bahalaşmadan xəbər verir.

DİA.AZ bildirir ki, Azad İstehakçılar Birliyinin sədri Eyyub Hüseynov bazarlarda satılan bu məhsulların bahalığını Bizimyol.info-ya şərh edib. O, bildirib ki, quru meyvə-tərəvəz məhsullarının alış-satışı bir qrup şəxslərin əlində cəmləşdiyindən, onlar bu məhsulları istədikləri qiymətə sata bilirlər:

“Bazarda qiymətlər tələb və təklif əsasında ilə formalaşır. Xüsusilə bayramqabağı bu məhsullara olan tələb artdığı üçün qiymət də artır və keyfiyyət aşağı düşür. Qeyd edək ki, bu il qoz-fındıq sahəsində quraqlıq olduğu üçün fərdi təsərrüfatların çoxunda fındıq məhsulu olduqca keyfiyyətsiz olub, həcmi kiçilib və bazarlıq olmayıb. Fındıq təsərrüfatları böyük bağçılıqlarda birləşdirilib və onların suya olan ehtiyacı, digər zərərverici həşəratlara qarşı mübarizə əlçatanlığı təmin olunub. Ancaq fərdi və ev təsərrüfatlarının istehsal etdiyi məhsullar bazara uyğun deyil, ona görə də onlar satıcılarının əllərində qalıb. Dükan və mağazalar da həmin məhsulları qəbul etməkdən imtina edirlər. Bu sahədə indi təmərküzləşmə gedir – fındıq bağları böyük təsərrüfat sahiblərinin əlində birləşir. Ona görə də bir başa “meyvəli” ilə müqavilə bağlanılır və məhsul ora çıxır. Orda isə bazarın ikinci subyekti ortaya çıxır, alverçilər qiymətlərə təsir edir və məhsul Bakı bazarlarında satılır. Qiymətə təsir edən bu cür amillər var ki, onunla yanaşı bağçılıq təsərrüfatları müəyyən qrup adamların əlində birləşib və həmin qrupların qiymətləri asanlıqla təyin etmək imkanı var. Ola bilsin ki, bu, karter sövdələşmələridir. Onu da qeyd edək ki, fındıq təsərrüfatında bu il suvarma zəif olduğu üçün məhsuldarlıq da aşağı olub. Həmin məhsullar alıcıların diqqətini cəlb edəcək səviyyədə olmadığından bazara çıxarılmayıb. Üstəlik, fındıqda “aflatoksin” adlanan göbələyin də (həmin göbələk məhsulda kiflənmə yaradır – red) olması qiymətlərə təsir edən amillərdəndir.

O ki, qaldı badama, bu quru meyvə növünün istehsalı Azərbaycanda çox məhdud vəziyyətdədir. Bu məhsul xarici ölkədən – İrandan gətirilərək bazarlarımıza çıxarılır. Əlbəttə, xaricdən mal gətirən necə deyərlər, qiyməti də diqtə edə bilir. Onu da qeyd edim ki, hal-hazırda bazarda ötən illərin badamı da var, hansı ki, alıcılar onun təzə badam olduğunu zənn edirlər və idxalçıların özləri bu məhsullara qiymət təyin edirlər. Ölkə prezidentinin də hər zaman qeyd etdiyi kimi, ölkədə inhisarçılıq mövcuddur. Bunun da kökündə yatan səbəb odur ki, Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi bərbad vəziyyətdədir və bu problemi həll etməli olan dövlət orqanının fəaliyyətsizliyi göz önündədir” – deyə, ekspert bazardakı bahalaşmanı şərh edib.
Ardını oxu...
Türkiyə lirəsi bu gün yeni rekord həddə düşüb.

Hazırda 1 dollar 18,96 lirə səviyyəsində dayanıb.

Qeyd olunur ki, Türkiyənin milli valyutasının dəyərdən düşməsi investorların bu ilin fevralında ölkədə baş vermiş güclü zəlzələlərin iqtisadi nəticələri barədə qiymətləndirmələri ilə bağlıdır.

Xatırladaq ki, dollar Türkiyədə 6 aya yaxındır stabil olaraq 18,5 lirə ətrafında dəyişirdi.
 

Dünyapress TV

Xəbər lenti