Ardını oxu...
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2022-2023-cü illər üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişməyib.

“APA-Economics”in EİA-ya istinadən verdiyi məlumata görə, 2023-cü ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatın 640 min barel təşkil edəcəyi ehtimal edilir, bu da əvvəlki proqnoz göstəricisinə bərabərdir.

Proqnoza görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 670 min barel təşkil edəcək ki, bu da əvvəlki proqnoz (sentyabrda verilib – red.) göstəricisinə bərabərdir.

Qeyd edək ki, ötən il ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 720 min barel səviyyəsində olub. 2020-ci və 2019-cu illərdə sözügedən göstərici müvafiq olaraq 700 min barel və 780 min barel səviyyəsində olub.
Ardını oxu...
“Drujba” neft kəmərinin ikinci xəttində təzyiq aşağı düşüb.

Qəzanın səbəbləri hələlik məlum deyil və araşdırma aparılır. “Drujba” kəmərindəki neft sızıntının bir neçə saat davam edəcəyi açıqlanıb. Bildirilib ki, ötən gün Plotskdan 70 kilometr məsafədə yerləşən “Drujba” boru kəmərinin iki xəttindən birində sızıntı baş verib. Lakin bunun səbəbi məlum deyil. Kəmərin bu hissəsi vasitəsilə Almaniya neft nəql olunur. Serbiyanın energetika naziri Zoran Mixayloviç deyib ki, “Drujba” neft kəmərində baş verən insident və Rusiya neftinin tədarükü ilə bağlı digər problemlər “Şimal axını” təbii qaz kəmərlərində baş verən hadisələrin davamı kimi görünür.

Qeyd edək ki, bir müddət öncə “Şimal-axını 1” və “Şimal-axını 2” boru kəmərlərində də partlayışlar meydana gəlib. Bunun ardından qazın verilişi dayandırılıb.

Daha sonra baş verən partlayışla bağlı Rusiya və ABŞ bir-birini ittiham edib. Maraqlıdır, bunların ardıcıl baş verməsi təsadüfdür, yoxsa təxribat?

Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Cebhe.info-ya açıqlamasında bildirib ki, burada açıq təxribat elementləri var:

“Bu, açıq şəkildə görünür. Buna görə də tərəflər bir-birini ittiham edirlər. Amma yaxşı olardı ki, strateji əhəmiyyətli enerji xətləri etibarlı müdafiə olunardı. Niyə bir neçə ay bundan əvvələ qədər belə hallar baş vermirdi? İndiyə qədər hər hansısa problem olmayan borularda son zamanlarda sızıntılar baş verir. Məhz indiki məqamda bu partlayışların baş verməsinin səbəbi tərəflər arasında anlaşılmamazlıq olmasıdır. Ona görə də boru xətlərində partlayışlar və sızıntılar baş verir”.

Ekspert borulardakı sızıntıların arxasında insan faktorunun olduğuna əmindir:

“İstənilən halda bunu təsadüf adlandırmaq və ya texniki qəzadan danışmaq olmaz. Üstəlik, bütün bunlar çox peşəkar insanlar tərəfindən icra olunur. Hesab edirəm ki, bunlar diqqəti yayındırmaq üçün Rusiyanın xüsusi xidmət orqanları tərəfindən də həyata keçirilə bilər. Bununla yanaşı, Rusiyanı hədəfə gətirmək istəyən dövlətlər də bu addımları ata bilərlər”.
 
 
 

12 oktyabr saat 8.40-dan 8.58-dək Ukraynanın cənubunda Silahlı Qüvvələrin hava əleyhinə raket bölmələri Rusiyanın ən azı dörd hücum helikopterini (Ka-52) məhv edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

İlkin məlumata görə, işğalçılardan azad edilmiş əraziyə bir helikopter düşüb, qalanları toqquşma xəttindədir.

Qeyd olunub ki, təsdiqlənmiş vurulan helikopterlərin sayının artma ehtimalı yüksəkdir.
 
Ardını oxu...
“Bu gün ölkəmizdə yığılan pambıqları zavodlar alır və bizim pambıq daha çox xaricə ixrac olunur, əsasən də Türkiyəyə. Türkiyədə də pambıqdan hazırlanan parçalar ölkəmizə daxil olur, yaxud da bu parçalardan geyimlər tikilir. Bunu nəzərə alsaq görərik ki, ölkəmizdə pambıq əkilsə də, onun daxili bazarı ödəməməsi müşahidə olunur. Təbii ki, bu da zavodların apardığı siyasətlə bağlıdır. Çünki onlar burada pambığı alır və onu xarici ölkəyə yönəldir. Ola bilsin ki, gəlir baxımından ixrac daha sərfəlidir. Hesab edirəm ki, Kənd Təsərrüfatı Nazirliyi bu sahədə ciddi iş görməlidir. Yəni, yeni fabriklər açılsın və pambıq birinci yerli bazarı ödədikdən sonra xaricə çıxarılsın”.

TEREF.AZ yazır ki, bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Rauf Qarayev deyib.

İqtisadçı bildirib ki, ölkəmizdə taxıl sahəsində də vəziyyət ürəkaçan deyil:

“Təəssüf ki, ölkəmizdə yetişdirilən taxıl da yerli bazarı ödəmir. Bu baxımdan da, biz yenə də xarici bazardan asılıyıq. Son vaxtlar müşahidə olunur ki, bizə Qazaxıstan müəyyən qədər dəstək olacaq. O baxımdan ki, oradan taxıl məhsulları ölkəyə gətirilərək, burada anbara yığılacaq. Həm digər ölkələrə yönəltmək üçün, o cümlədən də daxili bazar üçün nəzərdə tutulub. Bizdə taxılın yararlı olmadığını bildirirlər, bunu da onunla əlaqələndirirlər ki, ölkədə yetişdirilən taxıl Rusiayda yetişdirilən taxıldan çox aşağı səviyyədədir. Ondan alınan un aşağı olduğu üçün istehsal ettmək gəlirli hesab olunmur. İstehsal olunduqdan sonra onu yalnız dən məhsulları kimi həyət evlərində olan quşların yemi üçün istifadə oluna bilər, qismən də çörək istehsalında istifadə oluna bilər. Ölkəmizdə taxılın az əkilməsi məhz bununla bağlıdır. Hesab edirəm ki, Qarabağ zonası minalardan tam təmizlənəndən sonra yüksək formada taxılın istehsalı üçün işlər görüldəcək və ölkəyə xaricdən taxılın gətirilməsinə ehtiyac olmayacaq. Hətta, Azərbaycan başqa ölkələrə taxıl satacaq.”

İqtisadçının sözlərinə görə, ölkəmizdə kartof əkilsə də, təəssüf ki, o da daxili tələbatı ödəmir:

Kartofun daxili bazarı ödəməməsinin əsas səbəbi onun Rusiya bazarlarına getməsiylə bağlıdır. Bu gün də kartof Rusiyaya getməkdə davam edir, çünki bu onların bağldıığı müqavilədən irəli gələn bir məsələdir. Bunun nəticəsində kartof daxili bazarı ödəmir. Bunun nəticəsində də, biz Pakistan, İrandan ölkəmizə kartofun gəlməsini müşahidə edirik. Hesab edirəm ki, bizim yerli istehsal olunan kartof daha keyfiyyətli olduğu üçün Rusiya bazarına gedir və onun yerində daxili tələbatı ödəmək üçün digər ölkələrdən kartof gətirilir. Bu gün ölkəmizdə yetişdirilən kartof yerli bazarı ödəyir. Sadəcə olaraq, kartof Rusiya bazarlarına getdiyi üçün yerli bazarda qıtlıq əmələ gəlir. Qıtlığın da qarşısnı almaq üçün digər ölkələrdən bura kartof gətirilir. Burada digər məsələ də var ki, bazarlarda da biz müşahidə edirik ki, əvvəllər bir-iki furalar kənd təsərrüfatı ilə bazara daxil olurdusa, indi bunun sayı çoxalmaqddır. Çoxalırsa, demək ki, digər ölkələrdən gətirilən kənd təsərrüfat məhsulları yerli bazarlarda olan məhsulları sıxışdırıb çıxarır. Bunun da səbəbi birbaşa tək kəndlinin üstünə deyil, həm də Kənd Təsərrüfatı Nazirliyinin də üzərinə düşür. Bu maneələri yerli bazarlarda canlandırmaq üçün müəyyən hərəkətlər etməlidirlər ki, ölkədə istehsal olunan kartof birinci növbədə yerli bazarı ödəsin, ondan sonra digər ölkələrə getsin”.
 
Ardını oxu...
Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri aparılacaq.

Bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan yeni hazırlanmış “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsində qeyd olunub.

Layihəyə əsasən, səlahiyyətli qurum mikro, kiçik və orta sahibkarlıq subyektləri haqqında müvafiq məlumatların daxil edildiyi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrini yaradacaq.

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin aparılması qaydası və həmin reyestrə daxil edilməli olan məlumatların siyahısı mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə ilə müəyyən ediləcək. Müəyyən edilən məlumatların əldə edilməsi “İnzibati icraat haqqında” qanuna uyğun olaraq həyata keçiriləcək.

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək.

Layihə səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.
 
Ardını oxu...
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) sentyabr ayında bitki yağı qiymətlərinin azaldığını açıqlayıb. FAO Bitki Yağı Qiymətləri İndeksi aylıq müqayisədə 6,6 faiz azalaraq, sentyabr ayında 152,6 bənd təşkil edib. Bu göstərici son bir ilin ən aşağı həddidir. Azərbaycanda isə vəziyyət digər ölkələrdən bir qədər fərqlidir. Belə ki, həm bitki yağlarının, həm də bütövlükdə duru yağların qiymətində kəskin artım müşahidə edilir. Əvvəlki illərdə artım aşağı həcmdə olduğu üçün çox nəzərə çarpmasa da, son bir ildə yağlarda 1-5 manat aralığında bahalaşmanın olduğu açıq görünür.

Maraqlıdır, dünya bazarında yağın qiymətində ucuzlaşma olduğu halda, Azərbaycanda niyə hələ də bahalaşma davam edir?

Məsələni şərh edən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli ilk olaraq dünya bazarında ərzaq qiymətlərinin ucuzlaşma səbəblərindən danışıb.

O bildirib ki, əsas səbəb bir neçə ay bundan əvvəl Avropanın və Afrikanın ərzaq təminatında müstəsna rola malik olan Ukrayna limanlarının açılmasıdır:

“Bu hadisə ucuzlaşmaya təkan verdi. Beş ay Ukrayna limanları bağlı qaldı və həmin müddətdə Ukraynanın ərzaq alıcıları məhsul ala bilmədilər deyə öz ehtiyatlarından istifadə etdilər, nəticədə qıtlıq yarandı və qiymətlər bahalaşdı. Amma Ukraynadakı ərzaq olduğu kimi qaldı. Birdən-birə limanların açılması dünya bazarına xeyli miqdarda məhsulun atılmasına səbəb oldu ki, bu da qiymətlərin ucuzlaşmasına gətirib çıxardı.

Bundan başqa, yay kənd təsərrüfatı məhsullarının mövsümüdür. Mövsüm başlayanda bütün dünyada bu ilin kənd təsərrüfatı üçün çox münbit bir il olduğu, məhsuldarlığın yüksək olacağı müşahidə olundu. Buğdanın məhsuldarlığı Rusiyada 30-40 faiz artıb. Nəticədə ötən illə müqayisədə bu il Rusiya iki dəfə çox ərzaq buğdası, dənli bitkilər istehsal edə bilib. Ukrayna, Braziliyada da həmçinin məhsuldarlıq yüksək olub. Ona görə də dünya bazarında təklif spektri genişlənib. Bu da, sözsüz ki, qiymətlərin aşağı düşməsinə səbəb olub. Yəni bitki yağlarının qiymətinin dünya bazarında ucuzlaşmasının ilkin səbəbi Ukrayna limanlarının açılması idisə, ikinci səbəb ərzaq məhsullarının bolluğu ilə bağlıdır. Hətta Meksikada da məhsuldarlıq ötən illə müqayisədə 40-50 faiz artıb”.

Ekspert Azərbaycanda yağların, xüsusilə bitki yağlarının qiymətlərinin bahalaşma səbəbinin isə ümumi olduğunu deyib:

“Bu gün Azərbaycanda idxal da, daxili istehsal da inhisardadır. İnhisarçı sahibkar isə heç vaxt məhsulun ucuzlaşması barədə düşünmür. Digər tərəfdən, istehsalçı da əgər istehsal etdiyi mal və məhsul inhisardadırsa, qiymətlərin bahalaşmasından narahat olmur. Əsassız olaraq qiyməti artırırlar, bu da onunla bağlıdır ki, həmin sahibkarların bazarda rəqibi yoxdur. İnhisarçılar məhsulları öz aralarında gizli şəkildə bölüblər, ixtisaslaşıblar, bir qrup taxıl, digər qrup başqa məhsul idxal edir”.

İqtisadçı həmin şəxslər arasında gizli sazişin olduğunu və ona uyğun olaraq qiymət müəyyənləşdirdiklərini diqqətə çatdırıb:

“Özləri üçün xeyir götürürlər, onların qiymət artımı isə əhliyə ziyan vurur. Bu gün bazarda hansısa inhisarçının rəqibi yoxdursa, onlar nəyə görə qiyməti ucuzlaşdırmalıdır, bahalaşmanı niyə dayandırmalıdır? Bahalaşmanın dayandırılması, optimal qaydada qiymətin qoyulması və keyfiyyətin yüksəlməsi üçün bazarda mütləq rəqabət olmalıdır, rəqabət olmayan bazarda heç vaxt qiymətin ucuzlaşmasını müşahidə etmək mümkün deyil. Biz Azərbaycanda ucuzlaşmanı və keyfiyyətin yüksəlməsini o vaxt müşahidə edəcəyik ki, Azərbaycan iqtisadiyyatı inhisardan azad olsun, heç olmasa, inhisar azalsın. Çünki bu gün iqtisadiyyatımızın böyük hissəsi inhisardadır. Ona görə də biz Azərbaycanın daxili bazarında nə qiymətin ucuzlaşmasını, nə də keyfiyyətli məhsulu gözləyək. Çünki keyfiyyətli məhsul maya dəyərini artırır. Maya dəyəri artırsa, inhisarçı sahibkarın gəlirləri azalır. Qiymətlərin ucuzlaşması üçün heç bir mexanizm, təzyiq vasitəsi yoxdur. Ona görə də sahibkar getdikcə qiyməti artırır ki, gəliri artsın”./oxu.az
 
 
 
Ardını oxu...
“Azərbaycanla birlikdə TANAP-ın illik ötürmə qabiliyyətinin ikiqat artırılmasına dair işlərə başladıq”.

APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.

O, illik ötürmə qabiliyyətinin 16 milyard kubmetrdən 32 milyarda qaldırılaraq TANAP-ın Avropanın enerji təhlükəsizliyini təmin edəcəyini bildirib.
Ardını oxu...
Fransa hakimiyyətinin qiymət artımlarının məhdudlaşdırılması, xüsusən də enerji resursları ilə bağlı gördüyü tədbirlər 2023-cü ilin sonuna qədər 100 milyard avroya başa gələ bilər.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Bruno Le Mer deyib.

“2021-ci ilin oktyabrında biz elektrik enerjisi və qaz tariflərinin artımına limit tətbiq etməklə son beş ilin ən mühüm qərarlarından birini qəbul etdik. Ümumilikdə, 2021, 2022, 2023-cü illərdə soydaşlarımızı qiymətlərin sürətli artımından qorumaq üçün 100 milyard avro xərcləməliyik”, – deyə nazir bildirib./Trend/
 
Ardını oxu...
ABŞ maliyyə naziri Canet Yellen OPEC+ ölkələrinin neft hasilatının azaldılması ilə bağlı qərarının qlobal iqtisadiyyat, xüsusilə də böyüyən bazarlar üçün “faydasız və qeyri-müdrik” olduğunu bildirib. Bu barədə oktyabrıb 9-u Financial Times xəbər verib.

“Biz inkişaf etməkdə olan ölkələr və onların üzləşdiyi problemlərlə bağlı narahatıq” – deyə Yellen qəzetə müsahibəsində bildirib.

Nazir həmçinin müttəfiqləri Ukraynana maliyyə yardımı göstərməkdə ləng olduqları üçün tənqid edib.

“Ukraynaya vəsaitlərin köçürülməsi tempi olduqca yavaşdır” – Yellen bildirib və əlavə edib ki, bəzi ölkələr Ukrayana yardım öhdəliyi götürsələr də, hələ də bunu reallaşdırmayıblar.
amerikaninsesi
 
Ardını oxu...
Rusiyalıların müharibəyə səfərbərliyi ölkədəki məşğul insanların axınana səbəb olub. Rusiya iqtisadiyyatı vacib malların idxalının bayanması və böyük müəssisələrin bağlanması səbəbilə ölməyə başlayıb.

UNİAN-ın məlumatına görə, bu barədə «Ecprecco» telekanalının efirindən Strateji Araşdırmalar İnstitutunun baş məsləhətçisi, iqtisad elmləri namizədi İvan Uss danışıb.

“Hazırda Rusiya iqtisadiyyatının reallığı belədir ki, gerçəkdən onların valytasına xüsusi maraq yoxdur. Formal olaraq möhkəmlənib. Amma rubl ona görə möhkəmlənməyib ki, Rusiya iqtisadiyyatı yaxşı işləməyə başlayıb. Sadəcə ona görə ki, iqtisadiyyat üçün vacib olan malların idxalı dayanıb.

Bu da bir tərəfdən, rublu gücləndirib. O biri tərəfdən isə nə zaman ki, sənini üçün vacib olan idxal yoxdursa, sənin istahsalın dayanmağa başlayır. Məhz ona görə də may ayında Rusiyada avtomobil istehsalı 97 faiz azalıb, başqa sözlə, faktiki dayanmışdı. Bu, mütləq baş verməli məntiqi nəticə idi. Sadəcə iqtisadiyyat ölməyə başlayır” – deyə, Uss izah edib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin elan etdiyi səfərbərlik də Rusiya Federasiyasının iqtisadiyyatına neqativ təsir göstərir. Bu, onunla bağlıdır ki, ölkənin bilavasitə ümumi daxili məhsul (ÜDM) yaradan insanları xarici ölkələrə qaçırlar.

“Əmək qabiliyyətli vətəndaşlar, xüsusən, kişilər ölkəni tərk edirlər. Bu, o deməkdir ki, təxminən yarım milyon rusiyalı ölkədən gedib. Bu, Rusiya iqtisadiyyatı üçün daha çətin problemlər yaradacaq” – deyə, ekspert izah edib.
Ardını oxu...
Ukrayna limanlarından taxıl daşınmaları təhlükəsiz şəkildə davam edir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, iki gün ərzində ümumilikdə daha 17 taxıl yüklü gəmi Ukrayna limanlarından yola düşüb.
 

Dünyapress TV

Xəbər lenti