Bağlanan bankın sədri dövlətdən dəstək almadığından gileylənib
Əkrəm Həsənov: “Kiçik və orta bankları bağlayırlar ki, 4-5 iri bank üçün şərait yaransın”

Mayın 16-da Mərkəzi Bankın (MB) qərarı ilə “Günay Bank” ASC-nin lisenziyası ləğv edilib. MB açıqlamasında bildirib ki, bankın kapitalının miqdarı müəyyən edilmiş minimumdan az olduğu üçün belə qərar verilib.

Bankın mayın 11-də, yəni 5 gün bundan əvvəl yaydığı məlumatda qeyd olunur ki, iyulun 5-də “Günay Bank” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə isə nizamnamə kapitalının artırılması məsələsi daxil edilib.

“Günay Bank” ASC-nin Müşahidə Şurasının sədri Mahmud Məmmədov mayın 7-də haqqın.az saytına müsahibə verib. O, müsahibəsində narazılıq edib ki, “Günay Bank”-a dövlət heç bir dəstək göstərmir.

““Günay Bank” ASC-nin bank sektorundakı payı 5 faizdir. Bu bank Azərbaycana hansı zərəri verə bilər? Nə qazana, nə itirə bilərik? O böyük bankların dərdin çəkmək lazımdır ki, dövlət onlara 17 milyarda qədər pul verdi.

31 ildir fəaliyyət göstəririk, Mərkəzi Banka 1 manat da borcumuz yoxdur. Hansı ki, böyük banklarda bu, 400 milyon, 600 milyondur. Onların 10 faizi bizdə olsa, bəlkə də qol-qanad açıb inkişaf edərdik”- bankın sədri deyib.

Hüquqşünas Əkrəm Həsənov Abzas Media-ya deyir ki, “Günay Bank” son 5 ildə bağlanan 5-ci bankdır. Buna qədər "AG Bank", "NBC bank", "Atabank" və "AmrahBank"ın lisenziyaları ləğv edilib.

“Son 10 ildə Azərbaycanda bankların yarıdan çoxu bağlanıb. Burada əsas məqsəd bank sektorunu tam inhisar altına almaqdır. Kiçik bankları sıradan çıxarıb, böyük banklara şərait yaradırlar. Azərbaycanda istənilən böyük biznesin arxasında hansısa dövlət qurumu və ya dövlət məmuru dayanır”- Ə. Həsənov deyir.

Hüquqşünas deyir ki, Elman Rüstəmovun Mərkəzi Banka sədrlik etdiyi dövrdə banklar üçün məcmu kapitalın miqdarı 5 milyon manatdan 50 milyon manata qaldırılıb.

Onun sözlərinə görə, ABŞ və Avropada kapital tələbi 3-5 milyondur.

“Yəni, hər bankın 50 milyon pulu olmalıdır. Niyə olmalıdır, bu da məlum deyil. Elə bil sizə deyirlər ki, sizin də mətbuat orqanınızın bu qədər pulu olmalıdır, AZTV-nin də. Niyə? Məgər keyfiyyət və səmərəlilik böyüklüklə ölçülür? Azərbaycanın ən böyük bankı Beynəlxalq Bankdır, ən səmərəsiz bank da odur. Bir neçə il əvvəl müflisləşib bağlanmaq təhlükəsi ilə üzləşmişdi, dövlət ora 5 milyard manat qoyub, bankı qurtardı. Bu, bir siyasətdir ki, kiçik və orta bankları "kapitalı uyğun deyil" bəhanəsilə bağlasınlar. Ən bariz nümunə “Günay Bank” ASC-dir”.

Mərkəzi Bank açıqlayıb ki, "Günay Bank"-da 40 milyon manata yaxın sığortalanmış (kompensasiya olunan) əmanət var.

"Günay Bank” Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun üzvüdür, əhalinin bu bankdakı sığortalanmış əmanətləri üzrə kompensasiyalar qanunvericiliyə uyğun qaydada ödəniləcək. Bankın Fonda təqdim etdiyi hesabatlara əsasən, 2023-cü ilin I rübünün sonuna sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 milyon manat təşkil edir. Bankın əmanətçilərinin say etibarı ilə 99,9 %-nin əmanətləri kompensasiya olunacaq. Bankın digər öhdəliklərini isə məhkəmənin təyin edəcəyi ləğvedici qanunvericiliyə müvafiq qaydada tənzimləyəcək", - deyə qurum bəyan edib.

Əkrəm Həsənov deyir ki, kiçik və orta banklar

bağlananda sahibkarlar əmanətlərini geri ala bilmirlər.

“Kiçik banklar bağlananda kreditorların əmanətləri sığortalanır, ancaq adətən sahibkarlara ya az kompensasiya çatır, ya da heç nə çatmır. Çünki Əmanətlərin Sığortalanması Fondu bankın ləğvi prosesində banka aid əmlakları satıb pula çevirir. Əvvəllər də faiz almasına baxmayaraq ilk olaraq öz payını götürür, sonra kreditorların pullarını qaytarır, ən son sahibkarlardır. Onlara da ya az pul çatır, ya da çatmır. Bunu görən sahibkarlar da kiçik və orta bankların müştərisi olmaqdan qorxurlar. Çünki bu bankların hamısının bağlanmaq ehtimalı var”- hüquqşünas deyir.

Sosial şəbəkə hesabında məsələyə münasibət bildirən iqtisadçı-ekspert Samir Əliyev isə deyir ki, “Günay Bank” ASC-nin bağlanması xəbəri bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə təhlükə yaratmayacaq.

Onun sözlərinə görə, bu, ölkədə aparılan bank siyasətinin tərkib hissəsidir:

“Bu siyasət də ondan ibarətdir ki, neft pullarının azalması fonunda Azərbaycan iqtisadiyyatı üçün mövcud bank sayı çoxdur. Son 10 ildə bankların sayı 45-dən 24-ə endirilib. Yaxın illərdə onların sayı 20-dən də aşağı düşəcək. Bunun həm də dünyada blokçeyn texnologiyasının tətbiqi fonunda müşahidə edilən bankların sayının azaldılması tendensiyası da tələb edir”.

“Günay Bank” 1992-ci ildə yaradılıb. Mahmud Məmmədov “Günay Bank” ASC-nin Müşahidə Şurasının sədri olmaqla yanaşı, “Günay Sığorta”nın Direktorlar Şurasının sədridir.
 

Bölmənin digər xəbərləri

07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT
04 İyun 2025 Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi...
04 İyun 2025 Görünür ki, Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib
04 İyun 2025 Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
03 İyun 2025 Ölkəmizin enerji siyasətinin növbəti təqdimatı
03 İyun 2025 Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? - Tam siyahı
02 İyun 2025 Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir
02 İyun 2025 Bayram ərəfəsində bölgə hotellərində SON VƏZİYYƏT - VİDEO
31 May 2025 ABŞ-ın ticarət kəsiri rekord səviyyədə azalıb, amma...
31 May 2025 Alça 15, şaftalı 17, tut isə 10 manata - Bazarda od tutub yanan qiymətlər
30 May 2025 Manatın məzənnəsi ilə bağlı mühüm YENİLİK – Vətəndaşların nəzərinə
30 May 2025 Marketlərdə qiymətdə aldatma - milyonları belə qazanırlar
30 May 2025 Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? - GƏLİŞMƏ
30 May 2025 Manatın dollar qarşısındakı real məzənnəsi 132-yə yüksəlib - SİYAHI
29 May 2025 QAZANMADIĞIMIZ PULLAR: Onları xərcləmək həvəsi... - NƏ ETMƏLİ?
29 May 2025 Ayı ətinin satışına icazə veriləcək

Dünyapress TV

Xəbər lenti