Cəlilabadlı fermerlər ÇƏTİN DURUMDA
Regionlarda yenicə yetişdirilmiş kartof sahələrdə qalıb. Fermerlər alıcı tapmadıqlarına görə məhsul yığmağa lüzum görmürlər. Deyirlər ki, kartofun tarladan toplanmasına çəkilən xərc, onun alışına təklif edilən vəsaitdən çoxdur. Ona görə də fermerlər çıxılmaz vəziyyətdə qalıblar. Vəziyyət Cəlilabad rayonunda daha acınacaqlıdır.

Məsələ ilə bağlıi Millət vəkili Elman Nəsirovun fikirlərini öyrəndik. DİA.AZ-ın xəbərinə görə, Bizim.Media-ya açıqlamasında o vəziyyətdən xəbərdar olduğunu bildirdi:

“Cəlilabad fermerləri bu il bol kartof yetişdiriblər. Amma bol məhsulu realizə edə bilmirlər. Ona görə də bəzi fermerlər kartofu hətta sahələrdən yığmaq belə istəmirlər. Çünki, yığım üçün lazım olan vəsait satış pulundan xeyli çoxdur. Ən narahat edici məqam odur ki, onların böyük bazarlara çıxışı yoxdur.

Hazırda Bakı və digər şəhərlərdəki ticarət məntəqələrində satılan kartofun qiyməti ilə Cəlilabaddakı kartofun qiyməti arasında ağlagəlməz fərq var. Bu fərq necə yaranır bilmirəm. Amma bildiyim odur ki, Cəlilabadda külli miqdarda kartof sahələrdə zay olub gedir”.

Millət vəkili Kənd Təsərrüfatı Nazirliyinin bu məsələyə operativ müdaxilə etməsini vacib sayır:

“Hazırda həm dövlətimizin, həm də Kənd Təsərrüfatı Nazirliyinin imkanı var ki, fermerlərdən istehsal etdikləri bütün kartofu alsın və böyük bazarlara çıxartsın, ya da ki, regionlardakı soyuducu anbarlar yığsın. Üzü payıza bazara çıxardıb satsın.

Əgər bu addım atılsa, həm fermerlər ziyandan sığortalanmış olar, həm də gələcəkdə bazardakı süni qiymət artımının qarşısı alınmış olar. Açığı deyim ki, əgər fermerlərə dəstək olunmasa çətin ki, gələn il Cəlilabadda bu qədər məhsul yetişdirilsin”.

Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin də mövqeyini öyrəndik.

Bizim.Media-ya açıqlamasında o bildirib ki, indiki halda yaxşı olar ki, hökümət fermerlərə anbar təminatında yardımçı olsun:

“Üstəlik, müvafiq dövlət qurumları fermerlərə xaricdə və daxildə sərfəli müştəri axtarmalıdır. Bəziləri deyir ki, faraş kartofu anbarda uzunmüddətli saxlamaq olmur. Bu kökündən yanlış fikirdir. Çünki, faraş kartofun saxlanma texnologiyası var. Bu texnologiyanı öyrənmək lazımdır. Üstəlik ən qısa zamanda fermerləri anbarlarla təmin etmək gərəkdir ki, onlar min bir əziyyətlə yetişdirdikləri məhsulla baş-başa qalmasınlar”.

Akif Nəsirli bu sahədəki dünya təcrübəsindən də danışıb:

“Dünya təcrübəsində belə vəziyyətlərdə xüsusi addımlar atılır. Məsələn ABŞ-da bu sahəyə cavabdeh olan dövlət qurumu hər il ciddi planlaşdırma aprır, gözlənilən məhsuldarlığı qabaqcadan müəyyən edir. Buna uyğun da bazar müəyyən edir.

Əgər istehsal olunan məhsul bazarın tələbatından çoxdursa, onda hökümət həmin məhsulu fermerdən alıb ya ixrac edir, ya da ki, anbarlara vurub saxlayır. Hökümət bütün riskləri qarşılayır ki, fermer ziyan görməsin və növbəti il üçün məhsul istehsalında daha həvəsli olsun. Buna hökümətin kənd təsərrüfatı məhsullarının tənzimlənməsi siyasəti deyirlər. Hazırda bizim dövlətin də fermerlərə kömək etmək üçün böyük imkanları var”.

Bölmənin digər xəbərləri

07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT
04 İyun 2025 Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi...
04 İyun 2025 Görünür ki, Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib
04 İyun 2025 Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
03 İyun 2025 Ölkəmizin enerji siyasətinin növbəti təqdimatı
03 İyun 2025 Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? - Tam siyahı
02 İyun 2025 Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir
02 İyun 2025 Bayram ərəfəsində bölgə hotellərində SON VƏZİYYƏT - VİDEO
31 May 2025 ABŞ-ın ticarət kəsiri rekord səviyyədə azalıb, amma...
31 May 2025 Alça 15, şaftalı 17, tut isə 10 manata - Bazarda od tutub yanan qiymətlər
30 May 2025 Manatın məzənnəsi ilə bağlı mühüm YENİLİK – Vətəndaşların nəzərinə
30 May 2025 Marketlərdə qiymətdə aldatma - milyonları belə qazanırlar
30 May 2025 Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? - GƏLİŞMƏ
30 May 2025 Manatın dollar qarşısındakı real məzənnəsi 132-yə yüksəlib - SİYAHI
29 May 2025 QAZANMADIĞIMIZ PULLAR: Onları xərcləmək həvəsi... - NƏ ETMƏLİ?
29 May 2025 Ayı ətinin satışına icazə veriləcək

Dünyapress TV

Xəbər lenti