Ardını oxu...
Kriştianu Ronaldu Portuqaliya millisinin azarkeşlərinə müraciət edib.

“Bu komanda xarici qüvvələr tərəfindən parçalana bilməyəcək qədər möhkəmdir. Bu millət heç bir rəqibdən qorxmayacaq qədər cəsurdur. Xəyalları uğrunda sona qədər mübarizə aparacaq əsl komanda! Bizimlə birlikdə inanın! İrəli, Portuqaliya!”, – deyə yığmanın kapitanı sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, DÇ-2022-nin 1/4 finalında Portuqaliya Mərakeşlə qarşılaşacaq. Qarşılaşma şənbə günü, dekabrın 10-da baş tutacaq.
 
 
Ardını oxu...
Futbol üzrə Rusiya millisinin və İngiltərənin “Mançester Yunayted” klubunun keçmiş futbolçusu Andrey Kançelskis İspaniya millisinin dünya çempionatını tərk etməsinə münasibət bildirib.

Fanat.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kançelskis ispanları oyun satmaqda ittiham edib:

“2018-ci ildə İspaniya millisi oyunu Rusiyaya satdı, indi isə Yaponiyaya. İlk oyunda göstərdikləri normal futbolu oynasaydılar… Amma nədənsə, futbol oynamaq istəmədilər.

Nə baş verdi? Futbol tanrısı onları cəzalandırdı. Fırıldaqçıları və yaramazları həmişə belə aqibət gözləyir. Futbol oynamaq lazımdır! Hər matçı sonuncu matçınız kimi oynayın! Futbol tanrısı var və o, xəyanət edənləri cəzalandırır”.

Xatırladaq ki, İspaniya yığması ötən gecə Mərakeşə penalti seriyasında uduzaraq mundialda mübarizəni dayandırıb.
 
Ardını oxu...
DÇ-2022-nin oyunlarını qəbul edən stadionlardan birinin sökülməsinə başlanılıb.
Tribunainfo.az xəbər verir ki, mundialın 7 matçının təşkil olunduğu “Stadion 974” öz funksiyasını başa vurub.Xüsusi olaraq DÇ-2022 üçün qurulan konstruksiyaların sökülməsi üçün bütün texnikalar arenanın önünə gətirilib. Artıq arenanın üzərindəki DÇ-2022 loqoları da sökülüb. Qətərin qonağı olan azarkeşlər stadionla son şəkillərini çəkdirməyə çalışır. Konstruksiyalara daxil olan 974 konteyner və tribunalardakı oturacaqların inkişaf etməkdə olan ölkələrə verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bu arenanın açılışı 2021-ci il noyabrın 30-da olub.
 
Ardını oxu...
İspaniya millisinin futbolçusu Qavi dünya çempionatlarının tarixinə düşüb.

"Barselona"nın yarımmüdafiəçisi bunu Qətərdəki dünya çempionatında Mərakeş yığmasına qarşı 1/8 final matçında meydana çıxmaqla bacarıb.

O, Braziliya millisinin sabiq hücumçusu, üçqat dünya çempionu Peledən sonra mundialların pley-off mərhələsində çıxış edən ən gənc futbolçu olub - 18 yaş 23 gün. Əfsanəvi "sambaçı" isə pley-off matçında meydana çıxarkən 17 yaş 249 günlüyündə olub.

Qeyd edək ki, hazırda Mərakeş - İspaniya matçında ilk hissə oynanılır və hesab açılmayıb.
 
Ardını oxu...
Günün ilk matçında Mərakeşlə İspaniya üz-üzə gəldi.
Oyunun əsas və əlavə vaxtı qolsuz başa çatdı. Belə olan təqdirdə qalib penaltilər seriyasında müəyyənləşir.

Penaltilər seriyası Mərakeşin 3:0 hesablı qələbəsi ilə başa çatdı. Mərakeş 1/4 finala, İspaniya isə evə yollanır.
Teref.az
 
Ardını oxu...
Argentina millisinin futbolçusu Lionel Messi Qətərdə keçirilən dünya çempionatında favoritlərini açıqlayıb.

“Report”un məlumatına görə, 35 yaşlı hücumçu Braziliya və Fransa yığmalarının titula ən yaxın komanda olduqlarını düşünür.

Argentina millisinin kapitanı, xüsusən də, “pentakampeonlar”ın güclü oyunçulardan formalaşdığını söyləyib: “Kameruna məğlubiyyət istisna olmaqla, Braziliya çox yaxşı futbol oynayır. Onlar ən çox sevilənlərdən biri olmaqda davam edirlər. Həmçinin, topu qəbul edərkən nə etdiklərini çox dəqiq bilən Fransa da güclüdür. Bu iki komandanın şanslarını yüksək hesab edirəm”.

Qeyd edək Argentina yığması DÇ-2022-nin 1/4 final mərhələsində dekabrın 9-da Niderlandla qarşılaşacaq. Fransa həmin mərhələdə İngiltərəyə rəqib olubsa, Braziliya millisi bu gün 1/8 finalda Cənubi Koreyanı sınağa çəkəcək.
 
Ardını oxu...
Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, Seneqal yığmasını 3:0 hesabı ilə darmadağın edən İngiltərə adını 1/4 finala yazdırıb.

İlk qolu 39-ci dəqiqədə Cordan Henderson vurub. Birinci hissəyə əlavə olunmuş 3-cü dəqiqədə kapitan Harri Keyn fərqi 2 topa çatdırıb. Görüşdə son nöqtəni isə 57-ci dəqiqədə fərqlənən Bukayo Saka qoyub.

İngiltərə millisi bu qələbə ilə növbəti raundda Fransa kollektivinə rəqib olub.

Qeyd edək ki, daha əvvəl Niderland və Argentina yığmaları 1/4 finala yüksəlib.
 
 

Ardını oxu...
Fransa millisinin futbolçuları tarixə düşüb

Fransa millisinin futbolçusu Olivye Jiru dünya çempionatının 1/8 finalında Polşaya qol vurmaqla tarixə düşüb. Teref.az Apasport.az saytına istinadən xəbər verir ki, 36 yaşlı hücumçu 44-cü dəqiqədə fərqlənməklə millidə 52-ci qolunu vurub.

Bu göstərici ilə o, 51 qol vurmuş Tyeri Anrini qabaqlayaraq Fransa millisinin ən sərrast futbolçusu olub. Jiru hazırda 3 qolla mundialın da ən sərrast 7 futbolçusundan birinə çevrilib.

Bundan başqa, Antuan Qrizmann Fransa millisinin ardıcıl 71 matçında forma geyinən ilk futbolçu adını qazanıb. O, 2017-ci ildən etibarən Fransa millisinin bütün oyunlarında iştirak edib.
 
Ardını oxu...
Qətərdə keçirilən dünya çempionatının 1/8 final oyununda Fransa Polşaya qalib gəlib. Matçın son anlarında dördüncü qol vurulub.

Belə ki, qarşılaşmanın 90+9-cu dəqiqəsində Levandovski penalti zərbəsi ilə Polşanın heyətində fərqi azaldıb.
Ətraflı

Onun zərbəsini əvvəlcə Fransanın qapıçısı Üqo Lloris tutsa da, hakim bildirib ki, zərbə yenidən təkrarlanmamalıdır.

Hücumçu ikinci cəhdində şansı əldən verməyib və qolu reallaşdırıb.

Bu, matçdakı son hadisə olub. Hakim qarşılaşmanı bitirib.
 
Ardını oxu...
Braziliya millisi Qətərdə keçirilən dünya çempionatında G qrupunu ilk pillədə tamamlayıb.

"Sambaçılar" sonuncu turda Kameruna 0:1 hesabı ilə uduzsa da, qrup qalibi olub. Yeganə qolu əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə Vensan Abubakar vurub. 30 yaşlı forvard 1 dəqiqə sonra ikinci sarı vərəqə ilə meydandan qovulub.

Bu nəticədən sonra 6 xalı olan "sambaçılar" 1/8 finala qrup lideri kimi adlayıb. Cənubi Amerika təmsilçisi növbəti mərhələdə Cənubi Koreya yığması ilə qarşılaşacaq.

4 xalı olan Kamerun seçməsi isə 3-cü yeri tutaraq, DÇ-2022-də mübarizəni dayandırıb.
 
 

Dünyapress TV

Xəbər lenti