Qətərdə keçirilən dünya çempionatında bu gün 3-cü yer uğrunda oyun keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bürünc medal görüşündə Xorvatiya və Mərakeş yığmaları üz-üzə gələcəklər. "Xəlifə" stadionunda oynanılacaq matçı qətərli FIFA referisi Əbdülrəhman Əl-Cassim idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
İki kollektiv mundialda eyni qrupda yer alıb. F qrupunu Afrika təmsilçisi 7 xalla 1-ci, avropalılar isə 5 xalla 2-ci pillədə tamamlayaraq, pley-offa adlayıb. Komandaların qrup mərhələsindəki duelində qolsuz heç-heçə qeydə alınıb.
Xorvatiya millisi qələbə qazanacağı halda tarixində 2-ci dəfə dünya üçüncüsü olacaq. "Damalılar" ilk dəfə DÇ-1998-də Niderlandı 2:1 hesabı ilə məğlub edərək bu titula sahib çıxıblar.
Mərakeş isə tairixində ilk dəfə mundialda 3-cü yer uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, dünya çempionatına dekabrın 18-də Argentina və Fransa milli komandaları arasında keçiriləcək final matçı ilə yekun vurulacaq.
Portuqaliya millisinin 37 yaşlı hücumçusu Kriştianu Ronaldu bir neşə gündür fərdi qaydada çlışdığı məkanı - "Real Madrid"in bazasını tərk edib.
Fanat.Az xəbər verir ki, informasiyanı DAZN-ın jurnalisti Serxio Kvirante şəxsi "Twitter" hesabı üzərindən yayıb.
Xəbərə görə, təcrübəli ulduz İspaniyanın paytaxtından şəxsi təyyarəsi ilə ayrılaraq Dubaya uçub. Mənbə Ronaldunun Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"lə müqavilə üçün Dubaya yollana biləcəini xatırladıb.
Qeyd edək ki, bir müddət öncə "Əl-Nəsr" rəhbərliyinin Ronalduya illik 200 milyon avro əməkhaqqı ilə 2,5 illik anlaşma təklif etdiyi barədə məlumatlar yayılmış, tərəflərin yanvarın 1-də rəsmi sazişə imza atacaqları bildirilmişdi.
Ukrayna Prezidenti Volodimir Zelenski Qətərdə keçirilən dünya çempionatının final oyunda nitq söyləmək istəsə də Beynəlxalq Futbol Federasiyası(FIFA) buna qarşı çıxıb.
Beynəlxalq Futbol Federasiyası bu ideyanı isti qarşılamayıb. Məlumata görə, FIFA-nın mənfi cavabı Ukrayna Prezidentinin Aparatında təəccüb doğurub.
Bununla belə, verilən son məlumata əsasən, Ukrayna tərəfi ilə FİFA rəhbərliyi arasında danışıqlar davam etdirilir və V. Zelenskinin final oyunundan əvvəl ekranlarda görsənməsi baş tuta bilər.
Xatırladaq ki, Qətərdə təşkil edilən dünya çempionatının finalında Argentina ilə Fransa yığması üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.//oxu.az
Qətərdə təşkil olunan dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçiriləcək final oyununun hakimləri açıqlanıb.
Qarşılaşmanı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.
Ona yan xətt hakimləri Pavel Sokolnitski və Tomaş Listkeviç köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını ABŞ-dan olan İsmail Elfat yerinə yetirəcək.
Görüşün VAR hakimi isə Tomaş Kvyatkovski olacaq.
Qeyd edək ki, dekabrın 18-də oynanılacaq Argentina - Fransa matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Teref.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa millisinin 3 üzvü- Dayet Upamekano, Adrien Rabyo və Kinqsli Komanda “Dəvə qripi” virusu aşkarlanıb.
Qeyd edək ki, dünya çempionatında Fransa Mərakeşi 2:0 hesabı ilə məğlub edib.
Qətərdə keçirilən dünya çempionatında futbolçuların performansına görə FIFA-dan ən çox maliyyə əldə edəcək klubların adları açıqlanıb.
Teref.az xəbər verir ki, mundiala 16 oyunçusu yollanan İngiltərənin “Mançester Siti” klubunun qazancı 5 milyon 580 min ABŞ dolları təşkil edəcək.
DÇ-2022-yə 17 oyunçu göndərən İspaniya “Barselona”sının büdcəsinə 4,1 milyon dollar daxil olacaq. Kataloniya təmsilçisinin 8 üzvü İspaniya millisinin heyətində yer aldığından, onlar 1/8 final mərhələsində mübarizəni dayandırıblar.
Növbəti yerləri İngiltərə klubları tuturlar. Premyer Liqada mübarizə aparan “Mançester Yunayted” 13 oyunçu üçün 3,6 milyon, “Çelsi” 12 futbolçuya görə 3 milyon, “Tottenhem” isə 11 nəfəri göndərdiyi üçün 2,8 milyon dollar qazanıb.
Futbolçuların dünya çempionatında keçirdiyi gün sayına görə FIFA klublara ümumilikdə 209 milyon dollar ödəniş edəcək. Hər futbolçu üçün klublara qrup mərhələsində 180 min, 1/8 finalda 220 min, 1/4 finalda 280 min, yarımfinalda 320 min, finalda isə 370 min dollar ödəniləcək. Futbolçuların oyunlarda iştirak edib-etməmələri heç bir rol oynamır.
Qeyd edək ki, DÇ-2022-də dekabrın 17-də Xorvatiya ilə Mərakeş yığmaları arasında 3-cü yer uğrunda oyun, bir gün sonra isə Argentina ilə Fransa milliləri arasında final matçı keçiriləcək (report).
Qətərdə keçirilən dünya çempionatında yarımfinal mərhələsinin oyunlarından sonra turnirin ən yaxşı futbolçuları bəlli olub. “Goal” nəşrinin tərtib etdiyi yenilənmiş siyahıya Argentina millisinin futbolçusu Lionel Messi başçılıq edir. Fransa yığmasından Kilian Mbappe ikinci, onun komanda yoldaşı olan Antuan Qrizman üçüncü pillədə qərarlaşıb. İlk “5-liy”i Mərakeş seçməsindən müvafiq olaraq Sofyan Amrabat və Əşrəf Hakimi qapayır. Argentinalı Nikolas Otamendi 6-cı, onun həmyerlisi Xulian Alvares 7-ci, fransalı Olivye Jiru 8-ci, portuqaliyalı Brunu Fernandeş 9-cu, braziliyalı Rişarlison 10-cudur. 10 ən yaxşı oyunçudan səkkizi DÇ-2022-də medallar uğrunda mübarizə aparacaq. Qeyd edək ki, dekabrın 17-də Mərakeş və Xorvatiya komandaları üçüncü yer uğrunda görüşdə, dekabrın 18-də isə Argentina və Fransa milliləri finalda üz-üzə gələcəklər.
Qətərdə keçirilən dünya çempionatında sonuncu finalçının adına aydınlıq gəlib.
Yarımfinalda Mərakeş yığmasını 2:0 hesabı ilə məğlub edən Fransa millisi həlledici qarşılaşmada Argentinaya rəqib olub.
Matçda hesab erkən qolla açılıb. 5-ci dəqiqədə Teo Ernandes komandasını önə keçirib. 79-cu dəqiqədə isə Randal Kolo Muani ikinci topu afrikalıların qapısından keçirməklə son nöqtəni qoyub.
Beləliklə, dekabrın 18-də oynanılacaq final görüşündə Argentina və Fransa kollektivləri üz-üzə gələcəklər. Bir gün öncə isə Mərakeş və Xorvatiya seçmələri 3-cü yer uğrunda oyunda qarşılaşacaqlar.
Qeyd edək ki, Fransa yığması ardıcıl ikinci dünya çempionatında finala vəsiqə qazanıb. “Xoruzlar” 2018-ci ildə Rusiyada təşkil olunmuş mundialda da eyni uğura imza atıblar. Həmin vaxt finalda Xorvatiyaya qalib gələn fransızlar dünya çempionu olublar.
Fransalı hücumçu Killian Mbappe 2022-ci il dünya çempionatının Mərakeş yığması ilə yarımfinal matçı öncəsi isinmə hərəkətləri zamanı azarkeşi topla vurub.
Tribunainfo.az xəbər verir ki, fransız hücumçunun zərbəsi qapıdan aralı keçərək azarkeşlərindən birinin başına dəyib.
Fanat bir müddət huşsuz vəziyyətdə qalıb. Mbappe üzr istəmək üçün azarkeşə yaxınlaşıb.
Qeyd edək ki, Fransa – Mərakeş matçında birinci hissə davam edir. Fransızlar 1-0 öndədir.
Qalib komanda dünya çempionatının finalına yüksələcək və yarımfinalda Xorvatiyanı 3:0 hesabı ilə məğlub edən Argentina ilə qarşılaşacaq.