Medvedev şirkətlərindən 8 milyard qazandı, pulu "gizli bağ evi"nə xərclədi
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevlə əlaqəli şirkət və fondlar 2024-cü ildə 8 milyard rubl gəlir əldə edərək tarixlərində ən yüksək maliyyə göstəricisinə imza atıblar.

Qaynarinfo xəbər verir ki, bu barədə "Mojem obyasnit” nəşrinin əldə etdiyi maliyyə hesabatlarında bildirilir.

Medvedevin "imperiyası” daxilində ən yüksək gəliri Toskanadakı üzüm bağlarının sahibi olan "FinkonsaltingK” şirkəti əldə edib. Əgər bu şirkət 2023-cü ildə 941 milyon rubl zərərə düşmüşdüsə, 2024-cü ildə 4,1 milyard rubl mənfəət göstərib. Bundan əlavə, Qış Olimpiya Növlərinin Dəstəklənməsi Fondunun gəliri üç dəfə artaraq 772 milyon rubldan 2,5 milyard rubla yüksəlib. Medvedevin İvanovo vilayətinin Ples şəhərindəki malikanəsinə sahib olan "Gradislava” fondunun da mənfəəti 865 milyon rubldan 926 milyon rubla qalxıb.

Medvedevə bağlı digər iki fondun gəliri əvvəlki ilə nisbətən azalsa da, hələ də müsbət zonada qalıb: "Soçqosproyekt” 356 milyon, "Dar” isə 197 milyon rubl mənfəət əldə edib. Bununla belə, "Dar” fondu "Qazprombank”dan 2,1 milyard rubl kredit götürüb və girov kimi "Seym-Agro” ASC-nin səhmlərini təqdim edib. Bu şirkət Medvedevin əmisi oğlu Andreyə məxsusdur və Kursk yaxınlığındakı istixana kompleksi ilə məşğuldur. "Dar” fondunun hesabatında göstərilir ki, bu borc ödənmir, hər dəfə refinansasiya edilərək müddəti uzadılır.

Bu fond və şirkətlərin qazandığı pullar Medvedevin Plesdəki malikanəsinin genişləndirilməsinə yönəldilir. "Mojem obyasnit”ə görə, "Dar” fondunun maliyyə hesabatına əlavə olunmuş izahlarda 2024-cü ildə Medvedevin mülkündə ovçuluq evi, qapalı üzgüçülük hovuzu, yardımçı tikililər inşa edildiyi və 347 min rubl dəyərində vinil plaççalar alındığı qeyd olunur.

Medvedevin Plesdəki "gizli bağ evi” ilk dəfə 2016-cı ildə Aleksey Navalnının Korrupsiya ilə Mübarizə Fondunun araşdırmasında üzə çıxmışdı. Kompleks 80 hektar ərazini əhatə edir və bir neçə tikilidən ibarətdir. Medvedevin nümayəndələri isə bu obyektin yalnız müvəqqəti yaşayış üçün istifadə edildiyini bildiriblər.

Ukrayna müharibəsi başlayandan sonra Medvedev hücumkar bəyanatlarla çıxış edən əsas simalardan birinə çevrilib. O, dəfələrlə Ukrayna şəhərlərinə zərbələr endirilməsinə və "rus şəhərləri olan” Kiyev və Odessanın ələ keçirilməsinə çağırıb. Medvedevə görə, bu müharibəyə SSRİ-nin dağılması səbəb olub və Rusiyanın əsas məqsədi "Kiyevə maksimal zərbə endirməkdir”. O bildirib ki, "düşmən” hələ də müqavimət göstərir və "tam məğlub edilməyib” – bu açıqlamanı Medvedev Rusiya və ABŞ arasında Ukrayna üzrə danışıqlar fonunda verib.

Bölmənin digər xəbərləri

18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO
18 Aprel 2025 Ukrayna və ABŞ faydalı qazıntılarla bağlı memorandum imzalayıb
18 Aprel 2025 CHP ilə bağlı açıqlama verən jurnalist tutulub
18 Aprel 2025 Dünya "Təbii fəlakət" deyib qıraqdan baxır? - Onlar belə önləyici tədbirlər alırlar...
17 Aprel 2025 Tramp və Ərdoğan arasında strateji anlaşma: ABŞ və Türkiyə yeni qlobal güc mərkəzi qurur
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 Fransadan Azərbaycana böyük pislik - Bakı bağışlamayacaq!
17 Aprel 2025 Anar Əlizadəyə Serbiya pasportunu kim və niyə verdi: Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir - SENSASİYA
17 Aprel 2025 Paşinyanın Çingiz xan travması - Parlamentdə Monqol xaqanının adını buna görə çəkibmiş…
16 Aprel 2025 İran ABŞ-la danışıqlara hazırdır – “Uran zənginləşdirmə prinsipindən geri dönməyəcəyik”
16 Aprel 2025 Narazı ermənilər küçələrə çıxdılar: “Qarabağ klanı” Paşinyanı devirmək istəyində
16 Aprel 2025 İranın parçalanması planında inanılmaz detal – Hədəf başqadır
16 Aprel 2025 Putindən Paşinyana qarşı ŞOK HƏMLƏ
15 Aprel 2025 Bu ölkədən Suriyaya BÖYÜK DƏSTƏK - 15 milyard dollarlıq borcunu bağlayacaq
15 Aprel 2025 Lavrov bu iki ölkə liderinə xəbərdarlıq etdi
15 Aprel 2025 HƏMAS İsraillə danışıqları davam etdirmək üçün Qətərə nümayəndə heyəti göndərib
15 Aprel 2025 Məhkəmədən İmamoğlu ilə bağlı qərar
15 Aprel 2025 Aİ Qələbə Paradına qatılacaq ölkələrə xəbərdarlıq etdi
15 Aprel 2025 Dünyanın ən bahalı şəhərləri açıqlanıb
14 Aprel 2025 Rusiyadan xəbərdarlıq: “Bu, ağrılı proses olacaq, o cümlədən Ermənistan əhalisi üçün”

Dünyapress TV

Xəbər lenti