Ardını oxu...
Arda Gülərin ardınca “Fənərbağça” daha bir aparıcı futbolçusunu itirə bilər.

Söhbət İstanbul klubunun 25 yaşlı qapıçısı Altay Bayındırdan gedir.

Türkiyə mətbuatı yazır ki, Türkiyə millisinin də formasını geyinən qapıçı yaxın vaxtlarda İspaniya La Liqasında və ya İngiltərə Premyer Liqasında çıxış edə bilər.

Hələlik gənc qapıçının hansı klubların maraq dairəsində olduğu deyilməsə də, İspaniya və İngiltərədən gələn skautların “Fənarbağça” klubunun rəhbərliyi ilə intensiv danışıqlar apardığı dəqiqdir.
Məlumat üçün əlavə edək ki, bu günə qədər yalnız İngiltərənin “Mançester Yunayted” klubu Altay Bayındırla maraqlandığını rəsmi formada elan edib.

Mənbə: Haber Global
Ardını oxu...
Bir neçə saat öncə Neftçi"yə yeni baş məşqçi təyin olunub".

"Report" xəbər verir ki, bunu rumıniyalı tanınmış mütəxəssis Marius Şumudike "Digi Sport"a açıqlamasında deyib.

52 yaşlı çalışdırıcının sözlərinə görə, Bakı klubunun rəhbərliyi 45-dən çox məşqçi arasından seçimini edib: "Məlumat alanda yolda idim. Adını bilmirəm. Amma anlaşdıqlarından xəbərim var. Yekun siyahıda Adrian Muta da daxil olmaqla, üç məşqçinin adı var idi".

Qeyd edək ki, "Neftçi"yə son olaraq Laurentsiu Regekampf başçılıq edib. Ötən mövsümün sonunda rumıniyalı mütəxəssislə yollar ayırılıb.
 
Ardını oxu...
“Yarışa getməzdən öncə orada erməni idmançılarının iştirak edəcəyini bilirdik”.

Oxu.Az xəbər verir ki, bunu Gürcüstanda keçirilən “Batumi Open” beynəlxalq turnirində erməni təxribatına - onların Azərbaycan bayrağının üzərinə öz bayraqlarını asmalarına imkan verməyən karateçimiz Zəki Cəfərzadə deyib.

İdmançı qeyd edib ki, ermənilərlə heç bir problem yaşamamağa çalışıblar:
“Lakin onlar bizim bayrağımızın üzərinə öz bayraqlarını qoymağa çalışdılar. Mən bunu ilk gördüyüm anda reaksiya verərək, iradımı bildirdim. Təbii ki, etirazım nəticəsiz qalmadı. Hər şeydən əvvəl bir Azərbaycan vətəndaşı kimi bayrağımıza edilən hörmətsizliyə göz yummadım”.
 
Ardını oxu...
“Erməni rəqibimin təxribatına baxmayaraq, mən Azərbaycan xanımı və idmançısı kimi öz mədəniyyətimi göstərdim. Biz qalib ölkə və qalib xalqıq. Fəxr edirəm ki, azərbaycanlıyam”.

Oxu.Az xəbər verir ki, bunu Gürcüstanda keçirilən “Batumi Open” beynəlxalq turnirində erməni təxribatı ilə üzləşən Azərbaycan karateçisi Alika Semixova deyib.

O bildirib ki, üç qələbədən sonra finalda erməni rəqibi ilə üzləşib: “Yarışa komanda olaraq həm fiziki, həm də psixoloji səviyyədə yüksək hazırlaşmışdıq. Final görüşünün əsas vaxtında Ermənistan təmsilçisinə 2:0 hesabı ilə qalib gəldim. Ancaq o, uyğun olmayan hərəkət etdi. Yarışdan öncə də bizə bildirilmişdi ki, belə şeylərə uymayaq. Mən də öz mədəniyyətimi göstərdim”.

Alika Semixova erməni idmançıdan bu cür hərəkət gözləmədiyini əlavə edib.

Qeyd edək ki, Alika Semixovanın finalda qalib gəldiyi erməni idmançı məğlubiyyəti həzm edə bilməyərək, ona əl uzadan təmsilçimizi vurub.
PhotoStock.az Gürcüstanda keçirilən “Batumi Open” beynəlxalq turnirində iştirak edən idmançılarımızın qarşılanma mərasimini lentə alıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Gürcüstanın Batumi şəhərində keçirilən karate turnirində Azərbaycan təmsilçisinə qarşı təxribat törədən erməni idmançı yarışdan kənarlaşdırılıb.

Bu barədə “İctimai Televiziya”ya Azərbaycan Karate-do Federasiyasının prezidenti Arif Məmmədov bildirib.

Onun sözlərinə görə, erməni idmançı həmçinin finalda təmsilçimizə uduzaraq qazandığı gümüş medal da məhrum olub.
Ardını oxu...

Qeyd edək ki, bundan öncə həmin çempionatda ermənilər öz bayraqları ilə Azərbaycan bayrağını örtmək istəyiblər. Amma həmyerlimiz cəld onlara yaxınlaşaraq buna imkan verməyib.
Ardını oxu...
Gənclər və idman naziri Fərid Qayıbov III Avropa Oyunlarında Azərbaycan idmançılarının qazandığı medal sayının az olmasının səbəbini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, nazir bu barədə qurumun rəsmi saytındakı qeydində yazıb.

“Ötən oyunlara nisbətən medallarımızın sayı az oldu. Düşünürəm ki, bunun əsas səbəblərindən biri ötən oyunlarda qazanılmış medalların 75 faizinin bizim üçün ənənəvi medal gətirən idman növlərində əldə edilməsidir. Lakin bu dəfə həmin idman növləri oyunların proqramında yox idi. İndi federasiyalarla birlikdə oyunların nəticələrini təhlil edib müzakirələr aparmalıyıq”, – nazir vurğulayıb.

Qeyd edək ki, Azərbaycan idmançıları III Avropa Oyunlarında 3 qızıl, 2 gümüş və 6 bürünc medal əldə ediblər.
 
Ardını oxu...
“Qəbələ” növbəti transferini gerçəkləşdirib. 2023/24 mövsümünün transfer çalışmalarını davam etdirən “qırmızı-qaralar” Lukas Afrikonu heyətinə qatıb.

"Report" xəbər verir ki, 28 yaşlı mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.

Son iki mövsümdə Portuqaliya təmsilçisi “Eştoril”in şərəfini qoruyan braziliyalı futbolçu “San Bernardo” klubunun yetirməsidir. O, vətənində “Flamenqo”, “Santos”, “Londrina”nın formasını geyinib. 2018-ci ildə Portuqaliyaya transfer olunan Lukas “Maritimo” və “Eştoril”də çıxış edib. Müdafiəçi artıq Qəbələdə komanda ilə məşqlərə qoşulub.
Xatırladaq ki, “Qəbələ” Afrikoya qədər Ahmed Ayzaya və Zurab Oçiqavanı da heyətinə qatıb.
 
Ardını oxu...
Kataloniyalılar “Fənərbağça”ya iki dəfəyə təxminən 20-25 milyon avro ödəyəcək.

Futbolçunun müqaviləsində üç vacib müddəa olacaq:

“Barsa” 18 yaşlı futbolçunun ən azı 20 əsas komanda matçında heyətdə olacağına zəmanət verir;

2023/24 mövsümünün sonuna kimi Arda “Fənərbağça”da qalacaq;
Kataloniyalılar ona qarşıdakı mövsüm üçün tam məvacib verəcəklər.

Deku artıq Türkiyəyə səfər edib və orada gənc futbolçunun təmsilçilərilə danışıqlar aparır. “Barsa” tərəfi gələn həftə müqaviləni bağlamağa ümid edir.

Qeyd edək ki, ötən mövsüm türkiyəli yarımmüdafiəçi “Fənərbağça”nın heyətində bütün yarışlarda 6 qol vurub və 7 məhsuldar ötürmə edib.

Mənbə: sports.ru
 
Ardını oxu...
3x3 basketbol üzrə Dünya Qadın Seriyasının İsraildə təşkil olunan Netanya mərhələsində, B qrupunda qərarlaşmış “Neftçi” klubu qrupda sonuncu oyununu keçirib.

Oxu.Az xəbər verir ki, təmsilçimiz Litva millisinə 20:14 hesabı ilə qalib gələrək, qrup lideri kimi yarımfinala vəsiqə qazanıb.
“Neftçi”nin yarımfinal qarşılaşması iyulun 3-də Bakı vaxtı ilə saat 23:15 -də baş tutacaq
 
Ardını oxu...
İspaniyanın “Marca” nəşri 2022-2023-cü illər mövsümünün ən yaxşı futbolçularının reytinqini açıqlayıb.

Reytinqdə ilk pillənin sahibi “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Holand olub. İlk üçlüyü “İnter Mayami”nin argentinalısı Lionel Messi və braziliyalı vinger, “Real Madrid”in futbolçusu Vinisius Junior daxil olub.

Top-10-u təqdim edirik:

1. Erlinq Holand (“Mançester Siti”)

2. Lionel Messi (“İnter Mayami”)

3. Vinisius Junior (“Real Madrid”)

4. Kilian Mbappe (PSJ)
5. Kevin de Bruyne (“Mançester Siti”)

6. Rodri (“Mançester Siti”)

7. Antuan Qrizman (“Atletiko”)

8. Viktor Osimen (“Napoli”)

9. İlkay Gündoğan (“Mançester Siti”, hazırda “Barselona”ya transfer olunub).

10. Xviça Kvaratsxeliya (“Napoli”)
 

Dünyapress TV

Xəbər lenti