Ardını oxu...
Millimizin və “Qarabağ” futbol klubunun əsas qapıçısı Şahruddin Məhəmmədəliyev ötən gün “Rakov” klubuna qarşı sərgilədiyi biabırçı oyunla yerli azarkeşlərin əsas tənqid hədəfinə çevrilib.

Təcrübəli qolkiperin Qarabağ üçün tarixi oyunlardan birində adi epizodlarda komandanı çətin vəziyyətdə qoyması, qələbədən etməsi futbolsevərlərin böyük narazılığına səbəb olub. Ş. Məhəmmədəliyevin bu səhvləri birinci dəfə etmədiyi, sistematik hal aldığı, amma buna görə cəzalanmadığı qeyd olunub.

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov da azarkeşlərin tənqidinə tuş gəlib. Onlar uzun illərdir “köhlən atlar”ın sükanı arxasına keçən, bir dönəm milli komandamızı da çalışdıran Qurbanovun israrla bu qapıçını əsas heyyətdə saxlamasına etiraz ediblər.

Tənqidlər öz yerində. Emosiyaların olması, insanların hisslərlə davranmasını başa düşmək olar. Bəs faktiki zərər nədi?

Şahruddin Məhəmmədəliyevin son 2 ildə yol verdiyi kobud, birbaşa nəticəyə təsir edən səhvləri maddi olaraq nə qədər zərərə başa gəlib, klub nə qədər maliyyə itirib?
Teref.az “Rekord.az”-a istinadla bu statistikanı təqdim edir:

1. 25 noyabr 2021-ci il.

“Qarabağ” – “Omoniya” (Kipr) 2:2

Konfrans Liqası(KL). H qrupu.

90-cı dəqiqədə 10 nəfərlə qalan kiprlilərin forvardı Xordi Qomes meydanın mərkəzindən qol vurur. Şahruddinin kobud səhvi var. Etibarlı mənbənin verdiyi məlumata görə, oyundan öncə baş məşqçi “Qomes uzaqdan zərbələr vurur, qabağa çıxma” tapşırığını verib. Amma Şah buna riayət eləməyib. Nəticədə xal itkisi və qrupu 1-ci bitirmək perspektivinin minimuma enməsi.

- KL-də qrupda qələbəyə verilən pul: 500 min avro.

- KL-də qrupda bərabərliyə verilən pul: 166 min avro.

Faktiki itki: 334 min avro.

- KL-də qrup liderliyi üçün mükafat: 650 min avro.

- KL-də qrupda 2-ci olmağa görə mükafat: 325 min avro.

İtki: 325 min avro.

Əlavə olaraq

- Birbaşa 1/16 finala çıxış bonusu: 600 min avro.

- Nokauta (pleyf-off) çıxış bonusu: 300 min avro.

İtki: 300 min avro.

Bir səhvin başa gəldiyi toplam itki: 959 min avro.

2. 23 avqust 2022-ci il.

“Viktoriya” (Çexiya) - "Qarabağ" 2:1.

Çempionlar Liqası. Pley-off.

Şahruddin “məhşur” qabağa çıxışını edir, meydan sahibləri rahat fərqlənərək qələbənin təməlini qoyurlar. Nəticədə “Qarabağ” Çempionlar Liqasının yox, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanır.

- Çempionlar Liqasının qrupuna vəsiqə üçün mükafat: 15 milyon 640 min avro.
Ətraflı

- Avropa Liqasnın qrupuna vəsiqə üçün mükafat: 3 milyon 630 min avro.

Faktiki itki: 12 milyon 10 min avro.

3. 27 oktyabr 2022-ci il.

“Nant” (Fransa) – “Qarabağ” 2:1

Avropa Liqası. G qrupu.

Şahruddin səhv ötürməylə topu rəqibə verir və fransızlar qol vuraraq qələbə üçün böyük üstünlük qazanırlar (O qol olmasaydı, oyun bərabərlik bitə bilərdi. Bəli, futboldu, öncədən proqnozlaşdırmaqolmur, amma reala yaxın durum məhz belə idi). Nəticədə “Nant” qrupda 2-ci olaraq Avropa Liqasının pley-offuna, “Qarabağ” isə 3-cü olaraq Konfrans Liqasına vəsiqə qazanır.

Avropa Liqasında qrupda bərabərlik üçün mükafat: 210 min avro.

İtki: 210 min avro.

- Avropa Liqasının qrupunda 2-ci olmaq üçün bonus: 550 min avro.

- Avropa Liqasının pley-offuna (nokaut) çıxış üçün əlavə bonus: 500 min avro.

- Konfrans Liqasının pley-offuna çıxış üçün bonus: 300 min avro.

İtki: 750 min avro.

Toplam itki: 960 min avro.


4. 26 iyul 2023-cü il.

“Rakuv” (Polşa) – “Qarabağ” 3:2.

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi.

Kobud səhvlərlə yadda qalan Şah "Qarabağ"ı faktiki qələbədən etdi. Bu səhvlər nəticəsində komanda turu keçə bilməsə 380 min avro itirəcək. Bu günə olan itki ehtimalı: 380 min avro.

Beləliklə, son 2 ildə Şahruddinin kobud səhvləri nəticəsində klub 14 milyon 309 min avro faktiki itki edib. Növbəti mərhələlərdə qazanılacaq qələbələr, daha böyük klublarla oyunlardan əldə edilə biləcək digər mümkün gəlirləri heç saymıram. Adicə ötən il “Barselona”, “Bavariya” və “İnter”li qrupda oynamağın nə demək olduğunu izah etməyə ehtiyac yoxdur. Həmçinin Məhəmmədəliyevin digər, səhv etdiyi, amma komandanın müsbə nəticə qazanaraq unutdurduğu oyunları da bura aid edilməyib.

Son nəticə: 14 milyon avro. Təxminən 27 milyon manat.

Çox böyük rəqəmdi. Nəticə çıxarmaq, bu nəticəyə səbəb olanı çıxarmaq lazımdır. Qurbanovun hər dəfə oyunçularının müdafiəsinə qalxmasını müəyyən mənada başa düşmək olar. Çünki nəticə etibarilə Qurbanov məşqçidir və o, oyunçusuna yönələcək tənqidlərin şiddətini bir qədər azaltmaq adına bu cür reaksiya verə bilər.

Qurbanovu bir kənara qoysaq, bəs klubun Prezidenti Tahir Gözəl, İdarə Heyyətində təmsil olunan şəxslər niyə bu məsələdə dözümlülük nümayiş etdirirlər? Niyə bu “toxunulmaz” qapıçı ilə bağlı heç bir cəza tədbiri görülmür? Niyə “Qarabağ” klubuna etibarlı qapşıçı alınmır? Burada hansı maraqlarvar?

Ümid edirik ki, rəhbərlik bu suallara cavab verəcək və peşəkarlıqdan uzaq hərəkətlərə yol verən belə oyunçularla bağlı ölçü götürəcək!

Ardını oxu...
"Neftçi" UEFA Konfrans Liqasının 2023/2024 mövsümündə mübarizəyə başlayıb.

"Ağ-qaralar" II təsnifat mərhələsinin ilk oyununda Bosniya və Herseqovinada "Jelezniçar"ın qonağı olub. "Qrbavitsa" stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 3-də Bakıda olacaq. Bu cütün qalibi növbəti raundda "Beşiktaş" (Türkiyə) - "Tirana" (Albaniya) duelinin güclüsü ilə qarşılaşacaq. Yeri gəlmişkən, Türkiyə klubu ilk matçda inamlı qələbə qazanıb - 3:1.
Ardını oxu...
Dünya Çempionatı zamanı ukraynalı qadın qılıncoynadan rusiyalı həmkarının əlini sıxmaqdan imtina edib və onu qılıncla hədələyib.

Döyüşdə qalib gələn və yarışın 1/16 finalına yüksələn ukraynalı idmançı Olqa Xarlan rusiyalı Anna Smirnovanın əlini sıxmayıb. Xarlan qılıncını önə doğru uzadıb və ona tərəf gələn Smirnovanı dayandırıb, sonra isə döyüş meydançasını tərk edib.

Qaydalara görə, döyüşdən sonra idmançılar bir-birini salamlamalı və əl sıxmalıdırlar. Buna əməl edilmədikdə oyun başa çatmış hesab olunmur.

Beynəlxalq Qılıncoynatma Federasiyası bu səbəbdən ukraynalı oyunçunu yarışdan kənarlaşdırıb.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: “Lenta dnya” “Telegram”
 
 


 
Ardını oxu...
Türkiyə “Fənərbağça”sı UEFA Konfrans Liqasında mübarizəyə başlayıb. “Report”un məlumatına görə, İstanbul təmsilçisi II təsnifat mərhələsinin ilk oyununda Moldova “Zimbru”sunu qəbul edib.

“Ülker” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 5:0 hesablı darmadağını ilə başa çatıb.
Ardını oxu...
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk matçlarına yekun vurulub.

"Report"un məlumatına görə, son oyun günündə 5 qarşılaşma baş tutub.

Azərbaycan təmsilçisi "Qarabağ" Polşada "Rakuv"a minimal fərqlə uduzub - 2:3.

Bu cütün qalibinin III raunddakı potensial rəqibləri olan Kipr "Aris"i ilə Belarus BATE-si arasında keçirilən matçda isə qapılara 8 top vurulub.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

26 iyul

21:00. "Şerif" (Moldova) - "Makkabi" (Hayfa, İsrail) - 1:0
Ətraflı
Ad - 00:23

Qol: Amin Talal, 28

21:00. "Aris" (Kipr) - BATE (Belarus) - 6:2

Qollar: Yannik Qomis, 17 (penalti); 60. Leo Benqtsson, 32. Sidi Bane, 40 (avtoqol). Ceyden Montnor, 83. Mariuş Stepinski, 90+1 (penalti) - Artyom Kontsevoy, 48. Ruslan Xadarkeviç, 65

22:15. "Rakuv" (Polşa) - "Qarabağ" (Azərbaycan) - 3:2

Qollar: Elvin Cəfərquliyev, 55 (avtoqol). Fabian Pyasetski, 71. Sonni Kittel, 90+1 - Redon Cica, 73; 75

22:45. "Luduqorets" (Bolqarıstan) - "Olimpiya" (Sloveniya) - 1:1

Qollar: Dominik Yankov, 44 - Timmi Elşnik, 14

22:45. "Klaksvik" (Farer adaları) - "Haken" (İsveç) - 0:0

Qeyd edək ki, II təsnifat mərhələsinin cavab oyunları 1-2 avqustda keçiriləcək.
 
Ardını oxu...
"Açığı, oyunu tam izləmədim. Həmin saatlarda məşqimiz var idi. Ümumi təəssüratlar pis deyil".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oğlu Musa Qurbanlının İsveçin "Yurqorden" komandasındakı debüt oyunu ilə bağlı danışarkən deyib.

51 yaşlı mütəxəssis bildirib ki, indidən bu barədə ətraflı fikir bildirmək tezdir: "Bu komandaya gedənədək xeyli müzakirəmiz oldu. Təkcə Musanın oyunu ilə deyil, oradakı gedişatla, klubun iş prinsipləri ilə maraqlanıram. Məncə, faydalı olmalıdır. Amma yenə də zaman lazımdır. Qarşıdakı oyunlardan, təqribən 1-2 aydan sonra dəqiq fiir bildirmək olar".

Qeyd edək ki, Musa Qurbanlı "Yurqorden"lə 3 illik müqavilə imzalayıb. 21 yaşlı forvardın debüt oyunu "Elfsborq"la çempionat matçına (0:4) təsadüf edib.
 
 
 
Ardını oxu...
Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan millisi evə qayıdarkən təyyarədə xoş sürprizlə üzləşib.

Belə ki, təyyarənin türkiyəli kapitanı sərnişinləri göyərtədə salamlayarkən qızlarımızı bu nailiyyət münasibətilə təbrik edib.

Pilot millimizin qələbəsinin onun üçün qürur mənbəyi olduğunu qeyd edib.
Xatırladaq ki, Avropa çempionatı C Divizionunun finalında ev sahibi Andorra seçməsini 45:57 hesabı ilə məğlub edən qızlarımız turnir ərzində heç bir oyunda məğlub olmayıblar və qitə çempionu adını qazanmaqla Azərbaycan qadın basketbolu tarixində bir ilkə imza atıblar.
Ardını oxu...
“Əl Hilal” Mbappeyə mövsümdə 700 milyon avro və 2024-cü ildə Real Madridə pulsuz keçid təklif edir
“Əl Hilal” klubda bir mövsüm keçirdikdən sonra Kilian Mbappeni “Real Madrid”ə buraxmağa hazırdır. Daha əvvəl Səudiyyə klubunun Mbappe üçün PSJ-yə rekord məbləğdə 300 milyon avro təklif etdiyi bildirilirdi.
Qaynarinfo xəbər verir ki, CBS-nin jurnalisti Ceyms Benjinin məlumatına görə, “Əl-Hilal” Mbappeyə bir mövsüm üçün 700 milyon avro təklif etməyə hazırdır.
Bundan əlavə, hücumçu 2024-cü ilin yayında “Real Madrid”ə keçmək istəsə, klub sahibləri onu pulsuz buraxmağa hazır olacaqlar.
Eyni zamanda, Mbappe Səudiyyə Ərəbistanında daha uzun müddətə qalmaq istəsə, “Əl-Hilal” buna getməyə hazırdır.
Xatırladaq ki, PSJ müqaviləni yeniləməkdən imtina etdiyinə və 2024-cü ildə azad agent kimi klubdan ayrılmaq niyyətinə görə Mbappeni Yaponiya turnesinə götürməyib. Parislilər bu yay Mbappeni satmaq təkliflərini müzakirə etməyə hazırdırlar.
 
Ardını oxu...
U-16 qız millimiz və ev sahibi Andorra seçməsi arasında keçirilmiş final oyununda yığmamız yekunda rəqibinə 57-45 hesabı ilə qalib gəlib
Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunun final oyunu baş tutub.
Azərtac xəbər verir ki, U-16 qız millimiz və ev sahibi Andorra seçməsi arasında keçirilmiş final oyununa sürətli başlayan yığmamız yekunda rəqibinə 57-45 hesabı ilə qalib gələrək, heç bir oyunda məğlub olmadan Avropa çempionu olub.
Qeyd edək ki, bu çempionluq Azərbaycan qadın basketbolu adına tarixi bir ilk və çox böyük uğurdur.
(Azərtac)
Ardını oxu...
Kosovanın paytaxtı Priştina şəhərində 16 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C divizionunun B qrupunda qərarlaşmış U-16 millimiz qrupdakı üçüncü oyununda Albaniya yığması ilə üz-üzə gəlib.

Gununsesi.info xəbər verir ki, qarşılaşmaya üstün başlayan U-16 yığmamız rəqibinə 87-67 hesabı ilə qalib gələrək qrupda ardıcıl ikinci qələbəsini qazanıb.

Millimizin qrupdakı sonuncu oyunu iddiasız San-Marino seçməsinə qarşı olacaq.

Oyun iyulun 24-də Bakı vaxtı ilə saat 19:30-da baş tutacaq.
 

Dünyapress TV

Xəbər lenti