Ardını oxu...
Azərbaycan milli komandası AÇ-2024-ün seçmə mərhələsinin 3-cü turunda Bakıda Estoniya yığması ilə 1:1 hesablı heç-heçə edib.
Millət vəkili Fazil Mustafa millimizin oyunu ilə bağlı fikirlərini açıqlayıb.

Deputat bu barədə "Facebook" səhifəsində paylaşım edib. Fazil Mustafanın fikirlərini təqdim edirik:

“Estoniya ilə görüşdə gözləntimiz məğlubiyyət idi. Şükür, heç-heçə oldu. Ruhsuz, iradəsiz, təsadüfə ümid bəsləyən bir milli komanda. Meydançada oynayanların çoxu azərbaycanlıdır və Azərbaycan adına oynadıqlarını dərk etməlidirlər. Sən fədakarlıq et, uduzsan da, tamaşaçı fədakarlığını alqışlayacaq. De Byazinin boynuna atmağa çalışmayın. Bir gün vaxt vardı. Məşqdən də önəmli dünən oturub kollektiv şəkildə Ermənistan millisinin oyununu seyr etmək lazım idi. Sadəcə Ermənistan adına oynayan insanların məsuliyyət və əzmkarlığını dərk etmək baxımından vacib idi. Hələ Xorvatiyanı demirəm. Türkiyə yığması da xorvatların oyununu izləməliydi. Öyrənmək üçün. Onsuz da xorvatlar Türkiyədə qalib gəlib dərs vermişdilər, “ay-ulduzlular” Latviya ilə oyunda özlərindən o qədər müştəbeh idilər ki, təsadüf olmasaydı, son dəqiqədə heç-heç ilə sevinəcəkdilər. Hələlik hər ikisi də məyusedici bir komandadır”.
 
Ardını oxu...
"Montsa", "Adana Dəmirspor" və "Breşia"da uğursuz macəralardan sonra İsveçrəyə üz tutan Avropanın ən mübahisəli oyunçularından italiyalı futbolçu Mario Balotelli "Sion"da da qalmaqala səbəb olub.

Məlumatı "Blick" portalı yayıb.

Xəbərə görə, İtaliya millisinin üzvü hələ ötən mövsümöncəsi İspaniyadakı təlim-məşq toplanışı zamanı komandasının məşqini buraxıb. O, vaxtının çoxunu otel otağında təsadüfi qadınları dəvət edərək keçirib. Gecə məclislərinin birindən sonra ertəsi "Ştutqart"la yoldaşlıq görüşünə gedə bilməyib. 32 yaşlı futbolçunu tənqidlərdən xilas etmək istəyən İsveçrə klubu italyan futbolçunun yoxluğunun onun səhhətindəki problemlə bağlı olduğunu bildirib.

Son qalmaqal isə "Sion" klubunun prezidenti və idman direktoru Bartelemi Konstantinin iştirakı ilə baş verib. Klub rəhbəri oyunçusunu karnaval tədbirlərindən birinə aparıb. Bu münasibətlə o, “Pul evi” serialının personajı kimi geyinib. Balotelli restoranda "Pikaçu kostyumu"nda görünüb. Bir anda onu qonaqlardan biri tanıyıb və şəklini çəkməyə çalışıb. Əsəbiləşən oyunçu ona hücum çəkərək yumruqlarını işə salıb. İtalyanın başlatdığı gərginliyi Bartelemi aradan qaldırıb.

Qeyd edək ki, dəfələrlə meydandan kənarda etdiyi davranışla gündəmə gələn 32 yaşlı forvard "Sion"un heyətində 18 oyun keçirib və 6 qol vurub. \\Fanat.Az
Ardını oxu...
Azərbaycanın iki sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında finala yüksəlib.

"Report"un məlumatına görə, 55 kq-da Hacı Kərimov və 110 kq-da Yusif Dursunov adlarını həlledici görüşə yazdırıblar.

Kərimov yarımfinalda fransalı Ubayda İtayev üzərində inamlı qələbə qazanıb - 12:0. Dursunov isə türkiyəli Arda Gülerə 11:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Turan Daşdəmirov (45 kq) qızıl, Elnar Ziyadov (48 kq), Əli Seyidəlili (51 kq), Ayxan Cavadov (55 kq), Elmin Əliyev (80 kq) və Mahir Qurbanlı (110 kq) isə bürünc medal qazanıblar. Qadın güləşçilərdən isə Ruzanna Məmmədova Avropa ikincisi olub.
Ardını oxu...
Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsi çərçivəsində sabah Bakıda Estoniyanı sınağa çəkəcək.

AFFA Avstriya və İsveçlə oyunlarda alınan biabırçı məğlubiyyətlərdən (1:4, 0:5) sonra tsiklda qazanılacaq ilk qələbəyə görə milli üzvlərinə mükafat vəd verib.

Qurum Estoniya üzərində əldə olunacaq qələbəyə görə əsas heyət üzvlərinə 25 min manat məbləğində "premya" verəcək.

Xatırladaq ki, sabah "Dalğa Arena"da keçiriləcək Azərbaycan – Estoniya matçı saat 20:00-da başlayacaq. \\Offsideplus.az
Ardını oxu...
Almaniyada yerləşən “Transfermarkt” futbol platforması oyunçuların bazar qiymətlərini yeniləyib.

Yenilənmiş məlumatlara görə, ən dəyərli 10 türk futbolçu məlum olub.

Siyahı aşağıdakı kimidir:

10. Çağlar Söyüncü, “Lester Siti”, 15 milyon avro;

9. Kerem Aktürkoğlu, “Qalatasaray”, 15 milyon avro;

8. Arda Gülər, “Fənərbağça”, 15 milyon avro;

7. Cengiz Ünder, “Marsel”, 17 milyon avro;

6. Salih Özcan, “Borussia” (Dortmund), 17 milyon avro;

5. Ferdi Kadıoğlu, “Fənərbağça”, 17 milyon avro;

4. Merih Demiral, “Atalanta”, 17 milyon avro;

3. Enes Ünal, “Hetafe”, 25 milyon avro;

2. Orkun Kökçü, “Benfika”, 30 milyon avro;

1. Hakan Çalhanoğlu, “İnter”, 40 milyon avro.
oxu.az
 
Ardını oxu...
Azərbaycan güləşçisi Ruzanna Məmmədova Avropa ikincisi olub.

Bu barədə Azərbaycan Güləş Federasiyasından bildirilib.


Qeyd edilib ki, Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatı davam edir.

Üçüncü yarış günündə qızlardan ibarət millimizin 2 üzvü xalça üzərinə çıxıb.

Mübarizəyə 1/4 finaldan qoşulan Səadət Quliyeva (43 kq) sonuncu xal prinsipinə əsasən (3:3) isveçli Maya Yohanssona məğlub olub.

Ruzanna Məmmədova (57 kq) isə qitə birinciliyinə inamlı start verib. Həmyerlimiz əvvəlcə ispaniyalı Rosa Rodrigesi, daha sonra isə türkiyəli Aslı Köleni “tuş”la üstələyib. Məmmədova yarımfinalda polşalı Suzanna Horbikə 5:1 hesabıyla qalib gələrək 2-ci dəfə Avropa çempionatının finalına yüksəlib. Ruzanna həlledici görüşdə macarıstanlı Sofi Ritterə 2:5 hesabıyla uduzub və gümüş medalla kifayətlənib.
 
Ardını oxu...
O bildirib ki, Oyunların açılış və bağlanış mərasimi Krakov şəhərində təşkil olunacaq. Yarışda 86 idmançımız medallar uğrunda mübarizə aparacaq.
Azərbaycan üçüncü Avropa Oyunlarında 13 idman növündə təmsil olunacaq. Həmin idman növləri 6 şəhərdə keçiriləcək.
Bu sözləri Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov iyunun 14-də təşkil olunan mətbuat konfransında deyib.
O bildirib ki, Oyunların açılış və bağlanış mərasimi Krakov şəhərində təşkil olunacaq. Yarışda 86 idmançımız medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Polşada keçiriləcək III Avropa Oyunları 50 ölkədə birbaşa yayımlanacaq. Siyahıda Avropa ilə yanaşı, Cənubi və Mərkəzi Amerika ölkələri də yer alıb.
III Avropa Oyunları iyunun 21-dən iyulun 2-dək Polşanın Krakov şəhərində təşkil olunacaq. Yarışda 48 ölkədən 7 minədək idmançı iştirak edəcək.
Xatırladaq ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda, II Avropa Oyunları isə 4 il sonra Minskdə təşkil olunub.
 
 
 
Ardını oxu...
Hazırda Azərbaycan milli komandasının düşərgəsində olan Cəlal Hüseynov 21 yaşadək futbolçulardan ibarət yığmanın heyətinə qoşulacaq.

AFFA-nın rəsmi saytı xəbər verir ki, 20 yaşlı müdafiəçi iyunun 14-dən etibarən Samir Əliyevin baş məşqçi olduğu komandanın tərkibində yer alacaq.

Hüseynov ötən gün Bolqarıstanın "Arda" klubu ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Azərbaycan U-21 millisi iyunun 17-də İstanbulda Türkiyə, iyunun 20-də isə “Dalğa Arena”da Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirək.
Ardını oxu...
İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 2023/2024 mövsümü üzrə ilk püşkü atılıb.

Offsideplus.az xəbər verir ki, püşkatmada ilkin mərhələnin yarımfinal cütləri müəyyənləşib.

Yarımfinalda “Atletik Ekaldes” (Andorra) “Buduçnost” (Monteneqro) ilə, “Tre Penne” (San Marino) isə “Breydablik”lə (İslandiya) üz-üzə gələcək. Bu raundun görüşləri iyunun 27-də, final qarşılaşması isə iyunun 30-da baş tutacaq.

Qeyd edək ki, qalib komanda I təsnifat mərhələsinə yüksələcək və Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibi olacaq. I təsnifat mərhələsinin püşkü iyunun 20-da atılacaq.

 
Ardını oxu...
Futbol transferləri üzrə ixtisaslaşmış “Transfermarkt” portalı Səudiyyə Ərəbistanı çempionatının oyunçularının bazar dəyəri ilə bağlı məlumatları yeniləyib.

Aut.az xəbər verir ki, “Əl-Nasr”ın hücumçusu Kriştiano Ronaldonun transfer qiyməti 5 milyon avro azalaraq 15 milyon avroya düşüb.

38 yaşlı portuqaliyalı Səudiyyə çempionatının ən bahalı oyunçusu statusunu 1 milyon avro bahalaşan braziliyalı komanda yoldaşı Taliska ilə bölüşür.

Ronaldo “Mançester Yunayted”dən mübahisəli şəkildə ayrıldıqdan sonra 2022-ci ilin dekabr ayının sonunda “Əl Nəsr”ə keçdi. O, ölkə çempionatında 16 matçda 14 qol vurub.
 

Dünyapress TV

Xəbər lenti