“Oba” marketdən aldığımız istənilən məhsul ya köhnə olur, ya da paketi açıq olur. marketin havalandırma sistemi olmadığına görə də də satılan hər şeydən, çörəkdən belə pis qoxu gəlir.
Tribunainfo.az xəbər verir ki, bu barədə jurnalist Həbibə Abdulla yazıb. O bildirib ki, “Oba”da satılan heç nə alınacaq səviyyədə deyil:
“Məhəlləmizdə təxminən 500 metr radiusda 4 OBA Market var. Hamısında zay məhsullar satılır. O gün olmur ki, aldığımız nəsə ya köhnə, ya açıq paket olmasın. O qədər sıx düzülüblər ki, xırda məhəllə marketləri məcbur olub bağlanıblar, sakinlər OBA-lara üz tutmağa məhkum ediliblər. Ən yaxınımızdakı OBA-da isə bir qoxu var ki, baş çatladır. İş o yerə çatıb, artıq ordan çörək və s. açıq məhsul almırıq, qoxu dadına çökür məhsulların. Paketlərini də gələn kimi açır zibilə atırıq ki, qoxusu evə dağılmasın. Səbəb odur ki, MARKETDƏ HAVALANDIRMA SİSTEMİ YOXDUR! Bir neçə ay əvvəl diqqətlərinə çatdırmışam, amma nəticə də yoxdur. Yazanda, deyirlər bizə inhisarçı deyirsiz, inhisarçılığın buynuzumu olur? Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə hələ malalamaqla məşğuldur. Onlara verdiyimiz sorğunu və aldığımız cavabı təqdim edəcəm, özünüz baxıb görəcəksiz necə mahir malaçı olduqlarını…”