“Tıxacı yaradanlar məmur-oliqarxlar, bir sıra deputatlar və bir növ onların ətrafındakı adamlardır” - NƏ ETMƏLİ?
“Bakı-Sumqayıt yolu ən böyük problemli, ən çox tıxac olan yoldur. Burada saatlarla maşın dayanır, ölkənin şimalından, eyni zamanda, Abşeron rayonundan gələn avtomobillər sözün həqiqi mənasında sıx tıxac yaradır və bu, kifayət qədər çətinliklər törədir.
Bu yolun sağı, solu tikintilərlə əhatə olunub. Ona görə də ayrı-ayrı ölkələrin təcrübələrindən istifadə etmək olar”.
Bu sözləri deputat Fəzail Ağamalı Bizim.media-ya nəqliyyat sahəsindəki problemlərdən danışarkən deyib.
O, Bakı-Sumqayıt yolunda saatlarla yaşanan tıxacların hər gün təkrarlandığını və bunun üçün parlamentdə də təkliflə çıxış etdiyini vurğulayıb:
“Yaponiyada olanda görmüşəm ki, orada yüngül konstruksiyalı iki və ya üçmərtəbəli yollar çəkilib. Bundan istifadə etmək olar, düzdür, bir az bahalıdır, lakin Bakı-Sumqayıt yolundakı tıxacın aradan qaldırılmasının yeganə yolu budur. Çünki yolun daha da genişləndirilməsi mümkün deyil.
Nəzərə alsaq ki, həmin yol metronun “20 Yanvar” stansiyasına çatmamış körpüyə qədər 6 zolaqlıdır, körpüyə çatanda 3, tuneldən çıxandan sonra iki zolağa çevrilir. Bu da maşınların rahat hərəkəti üçün problem yaradır”.
Bundan başqa Milli Məclisin üzvü iki şəhər arasında metro xəttinin çəkilməsinin və şəxsi maşınların paytaxta buraxılmamasının tərəfdarıdır:
“Sumqayıta qədər yerüstü metro da çəkilə bilər. Bu da səmərəli nəticə verər. Metro olduqdan sonra Sumqayıtdan gələn şəxsi avtomobillərin Bakıya girişi məhdudlaşdırıla bilər. Hər hansı şəxs metro ilə Bakıya gələ, paytaxtda öz işini görüb, Sumqayıta qayıda bilər. Beləliklə sıxlığın qarşısı alınar”.
Məsələ ilə bağlı Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı "Sherg.az"a bildirib ki, Milli Məclisdə nəqliyyat məsələləri üzrə müzakirə apararkən deputat Fəzail Ağamalı Novxanıda yaşadığını və iş yerinə gələndə 2 saat vaxt sərf etdiyini qeyd etdi:
"İndi isə açıqlama verir ki, Sumqayıtdan gələn şəxsi avtomobillər Bakıya buraxılmasın. Belə çıxır ki, Fəzail bəyin də maşını buraxılmamalıdır. Iclasda tıxac mövzusunu gündəmə gətirdi. Mən isə çıxışımda bildirdim ki, Novxanıya hər gün gedib gələndə Masazırdan keçirsiz. Yolun kənarında qanunsuz mənzillər tikiləndə, piyada səkilərinin üzərində hündürmərtəbəli binaların təməli qurulanda harada və nə işlə məşğul idiz? Niyə səsinizi çıxarmırdız? Qanunsuz tikilən binalara Fövqəladə Hallar Nazirliyi qaz verilməsinə icazə vermədikdə siz və sizin kimi bir neçə deputat parlamentdə məsələ qaldırırdı ki, qaz verilmədiyinə görə, sakinlər narazıdır. Hərçənd, heç sakinlərin çoxusu həmin binada yaşamırdı. Bina sahiblərinin əksəriyyəti sahibkarlıqla məşğul olan şəxslərdir. Maraqlıdır, tıxacdan narahat olanlar niyə həmin vaxt bu mövzunu gündəmə gətirmirdi? ”.

Ekspert vurğulayıb ki,tıxacı yaradanlar məmur-oliqarxlar, bir sıra deputatlar və bir növ onların ətrafındakı adamlardır:
"Harada gəldi bina tikir, yaşıllıqları məhv edirlər. Hörmətli deputat indi deyir ki, Sumqayıtdan gələn maşınlar buraxılmasın və nəticədə Fəzail müəllim rahat işə gələ bilsin. Bəs həmin adamlar insan deyil? Şəhərə nə ilə gəlsinlər? Maşınlarını hara atsınlar ki, deputatın rahatçılığı pozulmasın ”.
 

Bölmənin digər xəbərləri

22 Aprel 2025 Rəşad Cəbrayılov yeni başçı təyin edilən Rüstəm Xəlilovun `saqqızını oğurlaya` bilib - İLGİNC İDDİALAR
22 Aprel 2025 “Pilot-16” qalmaqalı böyüyür – Prorab məhkəmə zalında həbs edildi
22 Aprel 2025 Azəriqazda mütəxəsis qıtlığı ,yoxsa SOCAR-çoxvəzifəlilik siyasəti davam edir
22 Aprel 2025 Şərurlu İsfəndiyarın oğlunun həbsi ilə bağlı ŞOK İDDİA – Türkiyədən…
21 Aprel 2025 ABŞ-də təyyarə qəzası: Ölənlər var
21 Aprel 2025 “EŞKİYA DÜNYAYA HÜKÜMDAR OLMAZ” HİKAYESİ…
21 Aprel 2025 Bakıda şadlıq sarayında KÜTLƏVİ DAVA: Polis müdaxilə ETDİ
21 Aprel 2025 Qəzada sağ qalan sürücünü köməyə gələn kranın trosu öldürdü
21 Aprel 2025 Bakıdakı yanğın zamanı beş avtomobil külə döndü — VİDEO
21 Aprel 2025 Uşağa pul göstərib sonra oğurlayıbmış — VİDEO
20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO
19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal

Dünyapress TV

Xəbər lenti