İran indi də ölkəmizdə milli və etnik zəmində sabitliyi pozmağa çalışır.
Xezerxeber.az xəbər verir ki, İslam Azad Universitetində "Talış - İran mədəniyyəti və tarixinin aynasında" adlı konfrans keçirilib. Dırnağarası "Talış Muğan Respublikası mühacir hökumətinin prezidenti" kimi çağırılan Boris Talışinski konfransda əsas məruzəçi qismində çıxış edib. O “Şimali Talışıstan"ın ölmüş "prezident"i kimi qələmə verilən Ələkrəm Hümbətovun varisi olaraq təqdim edilib. Bütün bu məlumatları isə İranın əsas xəbər Agentliyi olan İRNA paylaşıb.
Boris Talışinski bu siyasi və mədəni tədbirdə iştirak etməkdən məmnunluğunu ifadə edərək vurğulayıb ki, "İranın əziz Talışlarının Şimali Talaşistandakı qardaş və bacıları üçün narahat olmağa haqqı var və bu, insan hüquqları ilə eynidir."
Şimali Talışıstan haradır? Dırnağarası "Talış Muğan Respublikası" tarixin arxivinə qovuşmadımı?
İran yenidən bu məsələni gündəmə gətirməklə nə etmək istəyir, aydındır. Bu konfrans açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünə təhdiddir və milli maraqlarına zidd məqsədlər daşıyır.