“AzParking" əməkdaşları vətəndaşların hüquqlarını belə pozur
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Anar Rzayev deyib ki, parklanma həm də şəhər mərkəzinə ediləcək nəqliyyat səfərlərinin sayının azalmasına yönəlib: “Parklanma tətbiq etdiyimiz küçələr daha səliqəli olub”.

Ümumiyyətlə, bugünkü reallıqda parklanma tətbiq edilən küçələrdə tam səliqə-sahman yaratmaq mümkündürmü?

Məsələ ilə bağlı TNS-ə danışan nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, parklanma məsələsi əvvəl-axır həll olunmalı idi və artıq proses paşlayıb: “Yaxşıdır ki, artıq proses gedir, “AzParking” MMC yaradılıb. Parklanma ilə bağlı yeni layihənin tətbiqindən sonra həqiqətən şəhərdə səliqə-sahman yaranıb. Bu da onu göstərir ki, parklanma ilə şəhərdə səliqə-sahman yaratmaq praktik cəhətdən mümkündür və yəqin ki, proses daha da sürətlənər”.

Ekspert bu sahədə olan problemdən və vətəndaşları narazı salan vəziyyətdən də danışıb: “Parklanma özü yaxşı mobil tətbiq olsa da, vətəndaşların müəyyən şikayətləri var. Onların əsas şikayətləri odur ki, yaşadıqları ərazidə avtomobil saxlayarkən onlara güzəşt tətbiq edilmir, qeydiyyat tələb olunur. Bu, qeyri-qanunidir. Qanuna əsasən, vətəndaşlar yaşayış yerinə görə güzəşt talonları əldə etməlidirlər. Yəni, qanunda güzəşt qeydiyyat yerinə yox, yaşayış yerinə görə yazılıb. Amma “AzParking”də müəyyən məsul şəxslər var ki, qanunu pozaraq, bunun yaşayışa görə yox, qeydiyyata görə olduğunu deyirlər və vətəndaşların hüquqlarını pozurlar. Ümid edirəm ki, bu məsələ yaxın vaxtlarda həll edilər və vətəndaşlar incidilməz”.

Bölmənin digər xəbərləri

22 Aprel 2025 Rəşad Cəbrayılov yeni başçı təyin edilən Rüstəm Xəlilovun `saqqızını oğurlaya` bilib - İLGİNC İDDİALAR
22 Aprel 2025 “Pilot-16” qalmaqalı böyüyür – Prorab məhkəmə zalında həbs edildi
22 Aprel 2025 Azəriqazda mütəxəsis qıtlığı ,yoxsa SOCAR-çoxvəzifəlilik siyasəti davam edir
22 Aprel 2025 Şərurlu İsfəndiyarın oğlunun həbsi ilə bağlı ŞOK İDDİA – Türkiyədən…
21 Aprel 2025 ABŞ-də təyyarə qəzası: Ölənlər var
21 Aprel 2025 “EŞKİYA DÜNYAYA HÜKÜMDAR OLMAZ” HİKAYESİ…
21 Aprel 2025 Bakıda şadlıq sarayında KÜTLƏVİ DAVA: Polis müdaxilə ETDİ
21 Aprel 2025 Qəzada sağ qalan sürücünü köməyə gələn kranın trosu öldürdü
21 Aprel 2025 Bakıdakı yanğın zamanı beş avtomobil külə döndü — VİDEO
21 Aprel 2025 Uşağa pul göstərib sonra oğurlayıbmış — VİDEO
20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO
19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal

Dünyapress TV

Xəbər lenti