Türkiyə "uçurumun kənarı"ndan döndü: Ərdoğan Qərbin dəhşətli planını necə pozdu


ABŞ və Qərb Ərdoğan hakimiyyətini kənarlaşdırmaq, Türkiyəyə yenidən nəzarət şansı qazanmaq üçün hər şeyi hesablamışdı, yalnız Türk xalqının qətiyyətini və prinsipial siyasi iradəsini unutmuşdu... Türk xalqı isə birləşdi, prezident Rəcəb Tayyib Ərdoğanı dəstəklədi, Türkiyəni ABŞ və Qərbə heç vaxt təslim etməyəcəyinin birmənalı mesajını verdi...
Türkiyə növbəti tarixi sınaqdan uğurla keçdi. Dünyaya örnək olacaq səviyyədə demokratik, şəffaf və ədalətli seçki keçirtdi. Hakimiyyətinin davam etməsi Türk Dünyası üçün taleyüklü xarakter daşıyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə qalib gəldi. Və bununla da Türkiyənin və Türk Dünyasının bədxahlarını dərindən məyus etdi.

Məsələ ondadır ki, Ərdoğan hakimiyyəti son 20 ildə Türkiyəni beynəlxalq məkanda yeni səviyyəyə yüksəltmişdi. Rəsmi Ankara artıq ABŞ və Qərbin mövqeyinə əhəmiyyət vermədən müstəqil siyasət yürüdürdü. Ərdoğan hakimiyyətinin əsas hədəfi Türkiyənin maraqlarını təmin etmək üzərində indeksləşmişdi. Və addım-addım bir tərəfdən Türkiyəni beynəlxalq siyasi iradə mərkəzinə, digər tərəfdən isə Türk Dünyasını yeni qlobal supergücə çevirmək istiqamətində irəliləməyə çalışırdı.

Təbii ki, müstəqil siyasət yürüdən, qarşısına ABŞ və Qərbin maraqlarına zidd hədəflər qoyan bir Türkiyə mövcud beynəlxalq siyasi iradə mərkəzləri üçün ciddi problemlər yaradırdı. Deməli, Türkiyəni ABŞ və Qərbin təsir dairəsinə qaytarmaq üçün ilk növbədə Ərdoğan hakimiyyətinin mütləq dəyişdirilməsi olduqca vacib idi. Və Türkiyədə keçirilən prezident seçkiləri bu baxımdan, Qərb üçün həlledici fürsət rolunu oynaya bilərdi.

Əslində, buna qədər də ABŞ və Qərb Türkiyədə Ərdoğan hakimiyyətini devirmək üçün dövlət çevrilişinə cəhd göstərmişdi. Ancaq prezident Rəcəb Tayyib Ərdoğan ABŞ və Qərbin Türkiyə daxilində olan "5-ci kolon"u vasitəsilə iki çevriliş cəhdinin qarşısını almağı bacarmışdı. Və Qərbin Türkiyədəki öz əlaltılarının hamısını bir mərkəzdə birləşdirib, seçkiləri fürsətə çevirməsi artıq üçüncü cəhd idi.

Əslində, seçkilər ərəfəsində Ərdoğan hakimiyyətinin durumu o qədər də qənaətbəxş deyildi. Çünki beynəlxalq maliyyə-iqtisadi böhran Türkiyəyə də ağır zərbələr vurmaqdaydı. Eyni zamanda, Ukrayna savaşı ətrafında yaranmış siyasi-iqtisadi proseslər də rəsmi Ankara üçün əlavə problemlər yaradırdı. Üstəlik, Türkiyənin seçki ərəfəsində dünya tarixinin ən dəhşətli iki zəlzələsinə məruz qalması sosial-iqtidadi cəhətdən böyük fəlakət xarakteri daşıyırdı.

ABŞ və Qərb üçün bundan sərfəli fürsət tapılması baxımından, yəqin ki, daha güclü fantaziyalar qurmaq lazım olardı. İndi yalnız prezident Rəcəb Tayyib Ərdoğana qarşı olan bütün daxili qrupları vahid mərkəzdə toplamaqla, ABŞ və Qərbin öz hədəflərinə çata biləcəyi təxmin olunurdu. Və Qərb bunu etməyi də bacardı.

ABŞ və Qərb bir-birindən zəhləsi gedən, ancaq Ərdoğan hakimiyyətinə düşmən olan bütün qüvvələri bir "masa" ətrafında cəmləşdirmişdi. Hətta FETÖ və PKK, eləcə də, bu terror təşkilatlarının siyasi qanadı HDP belə, ABŞ və Qərbin qurduğu "altılı masa"nın vahid namizədi, CHP lideri Kamal Kılıçdaroğlunun seçki qələbəsi üçün səfərbər edilmişdi. Və nəhayət, bütün Qərb mətbuatı da Ərdoğan hakimiyyətinin məğlubiyyətinə bağlı olan məkrli plana tam gücü ilə propoqanda dəstəyi verirdi.

Təbii ki, bu məkrli plan uğur qazanacağı təqdirdə, ABŞ və Qərb, eləcə də onun "seçki alətləri" bundan istədikləri kimi faydalana biləcəkdilər. Yəni, "oyun" üzdə görünəndən daha böyük və dəhşətli məzmun daşıyırdı. ABŞ və Qərb isə Türkiyəyə qarşı qurduğu "xain plan"ın bu dəfə baş tutacağına inanmağa başlamışdı.

Beləliklə, ABŞ və Qərbin, eləcə də, FETÖ, PKK, HDP və digər Türkiyə düşmənlərinin dəstək verdiyi "altılı masa"nın prezidentliyə vahid namizədi Kamal Kılıcdaroğlu qalib gəlsəydi, rəsmi Ankaranın indiki müstəqil daxili və xarici siyasəti tam əks istiqamətdə dəyişəcəkdi. Türkiyə Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşulacaqdı. Və nəticədə Ukrayna savaşının bütün maliyyə-iqtisadi zərbələrini öz üzərinə çəkmiş olacaqdı.

Türk Dünyasını birləşdirən və yeni süpergüc yaradılmasına istiqamətlənən Türk Dövlətləri Təşkilatının fəaliyyəti arxa plana keçiriləcəkdi. Daha sonra isə ümumiyyətlə, strateji hədəfdən tamamilə imtina olunacaqdı. Üstəlik, Bay Kamalın seçki propoqandasından da göründüyü kimi, Türkiyə-Azərbaycan strateji müttəfiqliyi pozulacaqdı. Və Ermənistan üçün daha sərfəli situasiya yaranmağa başlayacaqdı.

Türkiyə yenidən Qərb kapitalına təslim ediləcəkdi. Beynəlxalq Valyuta Fondu üzərindən Türkiyə borclandırılacaqdı və rəsmi Ankara paranın sahiblərinin təlimatları ilə idarə olunacaqdı. Yəni, Türkiyənin indiki müstəqil və qətiyyətli xarici siyasət prinsiplərindən əsər-əlamət qalmayacaqdı. Və Türkiyə Qərbdən asılı olduğu ötən əsrin 90-ci illərindəki dövrə qaytarılacaqdı.

ABŞ və Qərbin "daxili alətləri" olan "altılı masa" vasitəsilə Türkiyənin dövlət quruluşu dəyişdiriləcəkdi. Türkiyəni daim daxili xaos vəziyyətinə çəkən parlamentar sistemə keçirəcəkdi. Türkiyə dövlətinin təməl prinsipləri Konstitusiyadan çıxarılacaqdı. Və Qərbin Türkiyəni daha rahat idarə edəcəyi siyasi sistem formalaşacaqdı.

Prezident seçiləcəyi təqdirdə, CHP lideri Kamal Kılıçdaroğlu PKK-nın öz siyasi qanadı HDP üzərindən diqtə etdiyi dəstək şərtlərini icra etmək məcburiyyətində qalacaqdı. CHP liderinin bağlı qapılar arxasında HDP-yə avtonomiya sistemi barədə vədlər verdiyi bildirilir. Yəni, Türkiyənin cənub-şərq bölgəsində HDP "çətiri" altında PKK təmsilçiləri idarəetmə sistemini ələ keçirəcəkdilər.

ABŞ və Qərbin tələbinə uyğun olaraq, Türkiyə qoşunları Suriyadan çıxarılacaqdı. Nəticədə Türkiyənin sərhədlərində PKK/YPG-nin əli-qolu yenidən açılacaqdı, Qərb uzun müddətdən bəri planlaşdırdığı "terror dövləti" layihəsini reallaşdırmaq şansı qazanacaqdı. Və daha sonra bu prosesi Türkiyənin parçalanmasına qədər inkişaf etdirməyə çalışacaqdı.

Nəhayət, Ərdoğan hakimiyyətinin terrorizmlə mübarizə sahəsində qazandığı böyük uğurlar heçə çıxarılacaqdı. Terrorizm ötən əsrin 90-cı illərində olduğu kimi, yenidən Türkiyə ərazisinə sıçradılacaqdı. Yəni, Türkiyə növbəti dəfə xaos və qeyri-sabitlik dövrünə qaytarılacaqdı. ABŞ və Qərbin Türkiyə üçün belə bir planının mövcud olduğu isə çoxdan məlumdur.

Məsələ ondadır ki, vaxtilə Türkiyədə törədilmiş 15 iyun dövlət çevrilişi cəhdi zamanı bu plan ifşa olunmuşdu. Belə ki, ABŞ kəşfiyyatı tərəfindən idarə olunan FETÖ-ya xidmət edən generallar çevrilişə cəhd vaxtı Türkiyə ordusunu Suriya ilə sərhəddən çəkmişdilər. PKK/YPG-nin əli silahlı minlərlə terrorçusu isə Türkiyənin cənub-şərq bölgəsinə basqın etmək üçün çevrilişin sona çatmasını gözləyirdi.

Əlbəttə, Kamal Kılıçdaroğlunun qalib gələcəyi təqdirdə, Türkiyəni gözləyə biləcək təhlükəli proseslərin sırasını daha da genişləndirmək olar. Belə ki, hazırda NATO-da hərbi-siyasi iradə sahibi olan Türkiyənin düşəcəyi vəziyyəti təsəvvür etmək o qədər də çətin deyil. Hər halda, seçki ərəfəsində İsveçin rəsmi Ankaranın şərtlərini icra etmədən NATO-ya üzv olmaq üçün məhz prezident Rəcəb Tayyib Ərdoğanın məğlubiyyətini həyəcanla gözlədiyini xatırlamaq tamamilə yetərlidir.

Bütün bunlar onu göstərir ki, prezident Rəcəb Tayyib Ərdoğanın seçki qələbəsi sadəcə, bir dövlət xadiminin siyasi zəfəri deyil. Bu, Türkiyənin ABŞ və Qərb qarşısında həlledici qələbəsidir. Bu qalibiyyət Türkiyəyə "uçurumun tam kənarı"ndan geri dönmək şansı verdi. Belə anlaşılır ki, ABŞ və Qərb Ərdoğan hakimiyyətini kənarlaşdırmaq, Türkiyəyə yenidən nəzarət şansı qazanmaq üçün hər şeyi hesablamışdı. Ancaq yalnız Türk xalqının qətiyyətini və prinsipial siyasi iradəsini unutmuşdu. Türk xalqı isə birləşdi, prezident Rəcəb Tayyib Ərdoğanı dəstəklədi, Türkiyəni ABŞ və Qərbə təslim etməyəcəyinin birmənalı mesajını verdi.(Yeni Müsavat)

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 Çin avtomobillərinin ölkəyə axını sürətlənib: Seçərkən nələrə diqqət etmək lazımdır?
24 Noyabr 2024 AZƏRBAYCANLI İSTANBULDA 70 KQ QIZILLA TUTULDU - Kimliyi və hadisənin detalları bilindi + VİDEO
24 Noyabr 2024 Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi

Dünyapress TV

Xəbər lenti